Sitemap
Aphar Magaramova

Aphar Magaramova

I am a backend developer with a passion for writing about technology. I strive to make complex topics accessible to a wider audience. github.com/aaphar/

Object-Oriented Programming

3 min readNov 29, 2022

--

Bu məqalədə, obyekt yönümlü proqramlaşdırma haqqında ümumi məlumat verəcəyəm: Class nədir? Object nədir? Və OOP-un prinsipləri.

OOP proqramlaşdırmaya yeni başlayan hər kəs üçün ilk dəfədən anlaması çətin olan mövzulardan, daha doğrusu, bölmələrdən biridir. Ancaq bunu asanlaşdırmaq üçün edə biləcəyimiz əsas şey proqramlaşdırma ilə real həyatı əlaqələndirmək olar.

Obyekt nədir?

Class-lara keçmədən öncə obyekt anlayışını başa düşməliyik. Hər hansı xüsusiyyəti və funksionallığı olan şeylər obyektlətdir. Ətrafımızda da çoxlu obyektlər var. Onların bəziləri eyni tipdir, amma fərqli xüsusiyyətləri (state: rəngi, adı, yaşı və s. ) və funksiyaları (behavior: ütüləmək, qaçmaq, yazmaq və s. ) var. Məsələn, hazırda olduğunuz yerdə hansı obyektləri görürsünüz? Mən öz ətrafımda gördüklərimi sayım: noutbuk, söykənəcəksiz stul, söykənəcəkli stul, qələm, qapı və s. Gördüyünüz kimi fərqli obyektlər var, amma eyni obyektlər də var. Məsələn, stullar. Eyni tipdirlər, amma biri söykənəcəksiz, digəri söykənəcəklidir, fərqli xüsusiyyətləri var. Amma tipləri eynidir, ikisi də stuldur, buna görə də biz onları eyni sinifə aid edə bilərik.

Bu da o deməkdir ki, obyektlət öz class-ın bir nümunəsidir.

Proqramlaşdırmada da eyni ilə belədir. Bizim siniflərimiz və bu siniflərdən törəyən obyektlərimiz olur. Bu obyektlər fərqli xüsusiyyətlərə və funksionallıqlara sahib ola bilərlər.

Class nədir?

Class ortaq xassələri olan obyektlər qrupudur.

Java-da class-lar aşağıdakılardan təşkil oluna bilərlər:

  • Fields
  • Methods
  • Constructors
  • Blocks
  • Nested class and interface

Məsələn, “Car” class-ımız var. Onun təkərləri, rəngi, markası, mexanizmi bunlar field-lərə aiddir. Field-lər hər zaman private olaraq müəyyən edilir. Çünki class-ın xaricindən onları dəyişdirilə bilməsi class-ın, obyektin təhlükəsizliyi üçün yaxşı deyil. Maşının hərəkətə keçməsi, sürətini dəyişməsi, — bunlar method-lara aiddir. Digər xüsusiyyətləri növbəti məqalələrdə aydınlaşdıracağam, hələlik bilməsək, də olar.

public class Car extends Vehicle {
private int wheels;
private String color;
private String gears;
private boolean isManual;

public void changeGear(int currentGear) {
System.out.println("Car has changed the gear");
}

public void changeVelocity(int speed, int direction) {
System.out.println("Car has changed velocity");
}
}

Class-lar blueprint-dir. Digər şəkildə desək, yeni yaradılacaq obyekt üçün bir template-dir.

New keyword-u

Hər hansı class-ın instance-nı yaratmaq üçün istifadə edilir. New keyword-u vasitəsilə yaddaşda yeni yaradılacaq obyekt üçün yer ayrılır.

Get Aphar Magaramova’s stories in your inbox

Join Medium for free to get updates from this writer.

Məsələn, yuxarıdakı Car class-ımızın obyektini yaradaq. Obyekti yaradarkən onu initialize etməsək, default value primitiv type dəyərlər üçün 0, reference type dəyərlər üçün null, boolean üçün false, double və float üçün isə 0.0 olacaqdır.

public class Main{
public static void main(String[] args) {
Car car = new Car();
System.out.println(car.wheels); // 0
System.out.println(car.color); // null
System.out.println(car.isManual); // false
}
}

Buna görə də obyekt yaradarkən onu initialize etmək lazımdır, yəni dəyərlər mənimsətmək. Bunu 3 üsulla etmək olar:

  1. reference variable-lar ilə: olduqca sadədir, sadəcə nöqtədən istifadə edərək properties müraciət edirik.
public class Car extends Vehicle {
private int wheels;
private String color;
private boolean isManual;
}

public class Main{
public static void main(String[] args) {

Car car = new Car();
car.wheels = 4;
car.color = "black";
car.isManual = true;

}
}

2. metod ilə: Class-ın içərisində metod yaradaraq ötürülən dəyərləri field-lara mənimsədirik:

public class Car extends Vehicle {
private int wheels;
private String color;
private boolean isManual;

public void insertRecord(int w, String c, boolean m){
wheels = w;
color = c;
isManual = m;
}
}

public class Main{
public static void main(String[] args) {

Car car = new Car();
car.insertRecord(4, "black", true);

}
}

3. constructor ilə: bu üsul ikinci üsula bənzəyir. Ancaq fərq ondadır ki, constructor xüsusi bir metod-dur.

public class Car extends Vehicle {
private int wheels;
private String color;
private boolean isManual;

public Car(int wheels, String color, boolean isManual){

this.wheels = wheels;
this.color = color;
this.isManual = isManual;
}
}

public class Main{
public static void main(String[] args) {

Car car1 = new Car(4, "black", true);
Car car2 = new Car(4, "blue", true);

}
}

Gəlin, obyekti yaradarkən onun yaddaşda necə yerləşdiyini izah edək. Əvvəlcədən də qeyd etdiyimiz kimi, new keyword-u yaddaşda obyekt üçün yer ayırır. Obyektin özü heap-də yerləşir. Ona reference edən variable-lar car1 və car2 isə stack-da yerləşir.

OOP prinsipləri

OOP-un əsas 4 prinsipi var:

  1. Inheritance
  2. Polymorphism
  3. Encapsulation
  4. Abstraction

Bu prinsiplərə geniş şəkildə daha sonra toxunacağıq.

--

--

Aphar Magaramova
Aphar Magaramova

Written by Aphar Magaramova

I am a backend developer with a passion for writing about technology. I strive to make complex topics accessible to a wider audience. github.com/aaphar/