Feelingness
Bunu yazanda ac olduğumu hiss elədim ,hissizin biriyəm guya ki. Yazma səbəbim də işdə mənə fikirli olduğumu demələridi. Nə fikri çəkirəm deyə danışsam sabaha qədər burda olarıq və mən hələ də heç nə danışmamış olaram. Boş hiss eləyərəm bir şeylər danışsam da. Çünki insanlara nə isə danışanda səhv anlama ehtimalları yüksəkdi. Önəmsizləşir danışılanlar. Onların baxışı ləkələyir sanki. Ağızlarından çıxan hər kəlmə. Bəlkə onların doğurdan da sikində olmamasından qaynaqlanır amma bu ehtimalda da istisnalar ola bilər. Bunu mən yox insanlar özləri seçir. Nə deyirdim bir şeylər danışmaq. Çox zaman heyiflənirəm danışdığıma.Üzərimdə olan qəribə baxışları sevmirəm. Elə bil ki məni hər hansı sinifə əlavə eləyirlər,mənə ad verirlər. Bəzi hadisələri də danışmaq heç lazım deyil sanki. Ətrafı çirkləndirir sadəcə. Düzdü səndə qalanda sənin için də çirklənir amma danışsan belə təmizlənmirsən. Başqa da danışmaq sanki yabani kol əkmək kimidi. O dəqiqə çoxalır və çıxartmaq üçün əziyyət çəksən belə heç zaman tam olaraq təmizlənmir .
Get shine girl’s stories in your inbox
Join Medium for free to get updates from this writer.
Belə belə çəktiyim fikirlər (beynimdə olan düşüncələr və mənim onların içində daima üzməyim) bu yaşa kimi boşuna gəldiyimi hiss elətdirir. Əlimi hara atsam əlimdə qalır. Xarab olmuşam elə bil. İçimdəki inam sevinc (vb )yox olub. Bəlkə bunu tanrı ilə əlaqələndirməliyəm ya yox bilmirəm. Hamı belədi bəlkə də böyüyürük ,görüb dərk eləyirik. Yaşamasam daha yaxşı hiss eləyərdim kimidi,və həyatımı sonlandırmaq da istəmirəm. Hansısa bir qüvvə… məni buna məcbur eləyəcək ya da nəbilim bunu mənə eləyəcək nə isə.. Yarıda qoymaq istəmirəm sadəcə. Bunlar doğru hisslərim deyil yəqin. Mən əslində bacarmaq istəyirəm. Doğurdan bir şeyləri bacarmaq. Sonra isə hər şeyi sonlandırmaq. Əsl həzz budur. Gözüm arxada qalmadan, bu həyatı yaşadığımı bilmək. Rahat bir nəfəs. Daha sonra növbəti level, ən maraqlı olanı. Nə danışırdım nə danışdım.
Atamın heç dostu yoxdur. Bir dənə də olsun. Dostluq nədi bunu anlamıram bu sıralar. Balaca şəhzadədə olduğu kimi? Heç nə bilmirəm,çox şeyi də bilirəm. Amma hər şey alt üstdü. Heç nəyim yoxmuş kimi hiss eləyirəm. Hiss eləyirəm.. əslində hiss eləyirəm amma o qədər də ürək açmır bu hisslər əksinə boğur məni. Bunları düşünəndə özümü asmaq keçir xəyalımdan və yenə də dəvam eləyirəm. O qədər yoruluram ki, bezirəm. Əvvəllər sahib olduğum duyğular mənimlə deyil. Doğurdan nə gülə nə ağlaya bilirəm. Qarışıb bir birinə. İlk dəfə hissiz hiss elədiyim zamanlar ağlıma gəldi. Sinif yoldaşımı qucaqlamışdım. Qucaqlamaq mənim üçüm ilahi bir şey idi. Gözəl hiss idi. O qədər soyuq idi,boş və mənasız. Hal hazırda belə qəlbimə yol tapmış insanlarda həmin doğmalığı cuzi hiss eləyirəm. Qucaqlaşmaq mən burdayam, yanındayam deməyin bir yoludur. Bunları birinə danışsam məni düzəltməyə çalışar, ya da məni səhv anlayar. Ona görə danışmaq yorur məni. Özümü anlatmağın düzgün yolunu tapa bilmirəm, və heyifslənməkdən başqa əlimdə nə isə qalmır mənə.






