Karyera
Karyera nədi? Nəyə lazımdı?
Həyat bizə yaşamaq üçün pulun vacib olduğunu deyir. Bunun üçün isə işləməli və karyera qurmağımız lazımdır.
Niyə də?! Başqa cür olmurmu?
Təbii ki, olur. Babandan miras qalması ya da atanın varlı olması da bir seçimdir. Olsa, nə gözəl…
Karyera bizim həyatımızda vacib bir yer tutur.
Həm özümüzü xoşbəxt sanmamıza yardım edir, həm də həmin pulu əldə etməyə. Karyera, hər hansı bir ixtisasdakı bacarıqlar və onlardan pul qazanmaqdır.
Amma məsələ təkcə pulda da deyil. Pul hər şeyin nəticəsidi, səbəbi yox.
Karyera qurmaq, sadəcə “dolana bilmək” üçün deyil, özünü ifadə eləmək üçündü. İnsan bir işi yaxşı görəndə, təkcə maaş almır, bir dəyər hissi də qazanır.
Get Emil Dost’s stories in your inbox
Join Medium for free to get updates from this writer.
Bəzən elə olur ki, karyera dediyin şey səni yavaş-yavaş dəyişir.
Əvvəl “bir az təcrübə olsun” deyirsən, sonra görürsən ki, sən dəyişmisən.
O təcrübə səni başqa bir insan eləyib. Bəlkə daha səbirli, daha real, bəlkə də bir az yorğun, amma daha bilikli.
Karyera bir yarış deyil, bir prosesdi. Kimisə yox, özünü keçməkdi.
Biri üçün bu dizayn eləməkdi, başqa biri üçün dərs demək, bəlkə də sakit bir yerdə öz biznesini qurmaq.
Axırda hamımız eyni şeyi axtarırıq.
Tək bu sual məsələni həll eliyir:
“Mən hər nə iş görürəmsə, onun bir mənası varmı?”








