Fikirlər dəryası
Bu ajanda mənə hədiyyə ediləndə, neçə yaşım var idi bilmirəm,doğrusu önəmli də deyil. Yazdığım vaxt isə,yəni indi 18 yaşındayam. Hər nə qədər böyük,fərqli səslənsə də 17-dən sonra gələn, 19 – a səni hazırlayab bir rəqəmdən fərqi yoxmuş. Bəzən hər şeyi elə beləcə gözümüzdə böyüdürük,ya insanları yada hadisələri yaşanılan və yaşanacaq olanlari. Sonrasında isə nəticədən razıyıqsa buna “uğur”deyib keçirik,əks halda təcrübə kimi deyimlərlə “bunuda aşdıq” deyirik. Məncə hərşey uğurdur. Sən onu təcrübə edəcək qədər adiləşdirməmisənsə.
Həyatın məni yenə düşüncələrimlə boğduğu dəqiqələrdə bəlkədə, birdə oxumayacağım və ya yazmayacağım bir dəftəri qarışıq fikirlərimlə doldurarkən,əslində doğurdanda boşluqda olduğumun fərqinə vardım. Əvvəl tələskənliyimlə sadəcə vərəqi doldurmaq üçün yazırdım,indi isə fikirlərim də vərəq də uzun bir sonu görünməyən çay-a bənzəyir,dərya da ola bilər.
Adlandırsam fikirlər dəryası deyərdim. Ucsuz bucaqsız,dolu amma boş ,içində ehtiva etdiyi hərşey onu daha da sonsuzluğa qərq edən bir dərya. Elə bir dərya ki okean yox,dəniz yox, məhz elə dərya ki, dərin,sərbəst,gözləntisiz,öz içində bir dərya
Yazmaq xoşbəxtlikdə gətirir,sükut da..
Yazdıqca beynim susur,amma fikirlərim dahada coşur. Dərya boyu uzanan düşüncələr azad olunmağa çalışan bir məhkum kimi can atır sətirlərə tökülməyə. Xoşbəxtliyi elə burasındadır ki,rahatlayırsan yükdən qurtulursan,danışarkən düyümlənən boğazında qalan,axşamlar özünü,”niyə dilə gətirmədim?” deyə məzəmmət etdiyin hisslərdən bir anlıq xilas olursan,yada olduğunu zənn edirsən. Hər hansı halda yenə də rahatlayırsan. Dilə gətirə bilmədiyimiz yox, yazıyla,poeziayla daha da dərindən ifadə etdiyimiz,ağırlaşdırdığımız hisslər deyə bilərik.
Həmişə “anı yaşamaq” barədə düşünmüşəm.
Get Fatima seyfullazade’s stories in your inbox
Join Medium for free to get updates from this writer.
Necə insan hər günü son günüymüş kimi keçirə bilər ki? Hər dəqiqəni son dəqiqəmizmiş kimi keçirsək son- a nə qalar?hər günün fərqliliyi azalmaz mı?
Adətən insanlar son günlərində, son arzu və istəklərini edəcəklərini deyirlər,bunları hər gün etsək,bizim üçün nə mənası qalardı ki?
Adi bir şeyə çevrilməzdi bütün bunlar?
Çox güman istək və arzular dəyişər,yenidən dəyişər amma nəhayət bitərdi. Çünki, dünya adlanan bu yerdə ediləcək çoxda fərqli şeylər yoxdur
Məqsədinə çatan hər insan biraz durğunlaşır.
Ondan deyildir ki, o artıq məqsədsiz,sadəcə. boşa yaşayan birinə çevrilmişdir. O. məqsədinin ağır yükünü daşımaqdan yorulmuş,həftələrlə yol gedən at arabasl kimi əvvəl axır dincəlməyə məcburdur. Digər məqsədlər isə bir sonraki faytonla yola çıxacaq








