Stories by Cavad Eyyubov on Medium
Daim mənə verilən işdən artığını görməyə çalışıram. Çünki məqsədim var. Özümü sübüt etmək və zəhmət ilə biryerlərə gəlməyin mümkün olduğunu göstərmək, başqalarını da həvəsləndirmək və onlara kömək etməkdir.
Hansı səbəblər bizi kasıb edir?
Başqalarını günahlandırmaq — kasıblar heç vaxt günahı özlərində görmürlər. Məsuliyyətdən yaxa qurtarmaq üçün özlərindən başqa hər kəsi, hətta zəmanəni də günahlandırırlar.
2. Vaxtı uzatmaq — yüz ölçüb bir biçmək yaxşı şeydir, amma vaxtın qızıl olduğunu da unutmaq olmaz. Vaxt keçir və insan özünə sual verməlidir ki, mən nə etmişəm, bundan sonra nə edə bilərəm?
3. Aza qane olmaq — kasıb insanlar risk etməyə qorxurlar. Daha doğrusu, risk etməyə qorxan elə kaslb qalır. Əlindəki cüzi miqdardan milyonçu olan keçmiş kasıblar da az deyil. Ümumilikdə isə maaşdan maaşa dolanaraq, aza qane olmağa özlərini öyrədirlər. Əslində isə insan özünü daha yaxşı həyata layiq hesab etsə, silkinib qalxa bilər.
4. Pulsuz oxumaq — kasıblar pulsuz təhsilə, treninqə, kurslara yazılmaq istəyirlər. Amma hamı bilir ki, cibindən pul vermədiyin müəllimə heç kim qulaq asmır. Məsələn, orta məktəblərdə keçilən dərsləri repetitor da keçir. Əlavə nəsə öyrətmir ki? Sadəcə repetitora pul verildiyi üçün, boşa getməsin deyə canına əziyyət verib oxuyurlar. Amma məktəb pulsuz olur. Ona görə də xarici ölkələrdə pullu təhsil və kurslar daha uğurlu sayılır. Həm də belə yerlərdə keyfiyyət göstəricisi də yüksək olur.
5. Özünə yazığı gəlmək — kasıb insan özünə həmişə acıyıb, özünü öz gözündən salıb. Bunu ilk sadalanan səbəblə də bağlamaq olar — “öz zamanımda doğulmamışam, mən başqa ölkənin vətəndaşı olmalıydım, ailəm, arxam olmayıb” və s. Düzdür, öz ölkəsində uğursuzluğa düçar olub, başqa ölkələrdə şöhrət tapanlar da var, amma bunun üçün də gərək cəhd edəsən. Yerindəcə oturub “mən amerikalı olmalıydım” deməklə olmur. Gərək amerikalı olmağa cəhd göstərəsən. Çox vaxt isə xarici qüsurlarını günahlandırırlar: qısa boyun, çirkin üzün, yöndəmsiz bədən quruluşunun ona mane olduğunu deyirlər. Lakin tarix də göstərir ki, zirvəyə qalxmaq, dövlətli olmaq istəyən çirkin vücudundan “seks simvolu” da yarada bilər.
6. Taleyindən gileylənmək — kasıb adamın ən “sevdiyi” məşğuliyyətdir. Oturub-durub fələyi, zəmanəni, qara bəxtini söyən adamdan nəsə uğur gözləməyə gərək yoxdur. Çünki gileylənməkdən başı açılmır. Düşünən insan isə taleyin hər zərbəsini bir fürsət bilir. Onu yıxılmaq qorxutmur, əksinə hər yıxılanda daha möhtəşəm dikələ bilir.
7. Başqaları nə deyər — düşüncəsi kasıbın “belini qıran” ən əsas yanlışlardandır. Uğurlu insanlar başqalarının nə dediyinə baxmadan öz ağlı ilə hərəkət edən, öz istəyinə çatanlardır. Kasıb isə ətrafından, cəmiyyətdən çox asılıdır. Üstəlik bu “başqaları” da qətiyyən uğurlu insan deyillər. Elə özü kimi addım atmağa qorxanlardır.
8. Pulu boşa xərcləmək — burda deyə bilərsiniz ki, kasıbın xərcləməyə pulu varmı? Elə məsələ də bundadır: əlində olan-qalanı da xərcləyir. “Onsuz da qəpik-quruşdan nə olacaq ki?”, deyərək hər xırda şeyi alıb evi doldurur. Ağlına da gəlmir ki, o xırda pullar illərlə də olsa yığılıb xeyli pul ola bilər. Dama-dama göl olmaq məsələsi…
9. Sevmədiyi işlə məşğul olmaq — maaşı bəhanə edib sevmədiyi işlə məşğul olmaq da geniş yayılmış səbəblərdəndir. Sevdiyi və bacardığı işin qulpundan yapışmaq yerinə qohum-əqrəbaya görk olmaq üçün hər gün ayaqlarını sürüyə-sürüyə işə yollanmağa hazırdır. Yalnız həftəsonlarının xəyalı ilə yaşayır, rəhbərliyi söyür, bacardığı işin dalınca isə getməyə cəsarəti çatmır. Bunun üçün onun daim əl altında olan bəhanələri var.
10. Başqasının həyatı ilə yaşamaq — varlı ədəbiyyat oxuyub özünü maarifləndirir, kasıb isə oxuyub özünü qəhrəmanların yerinə qoyur. Ya da oturub seriala baxır, sonra sanki öz qonşusu, qohumu imiş kimi onu müzakirə edir. Serial bitdikdən sonra isə şou-proqramlara baxıb müğənni və aktrisaların taleyi ilə maraqlanır. Kasıb xəyallarla yaşayır, öz kumirlərinin uğurlarından zövq alır, özü isə ömrünün kərpic-kərpic sökülməsinə əhəmiyyət vermir.
Kitab oxumağın nə qədər önəmli olduğunu qeyd etməyə belə ehtiyac yoxdu. Şübhəsiz ki, kitablar bütün həyatımıza daxil olmuş ən yaxşı informasiya qaynağıdırlar. Zaman keçdikcə yazarların əhatə etdiyi mövzular da çoxalır. Buna uyğun olaraq indiki dövrdə oxucu zövqləri də çox dəyişib. Mən bu bloq yazımda sizə kitabların bizim zəkamıza olan təsiri barəsində söhbət edəcəm.
Mənə görə kitablar ümumilikdə 2 qrupa ayrılır:
Şəxsi inkişaf kitabları
Bədii ədəbiyyatlar
SUAL: Bəs bu 2 növ kitablar bizim beyinimizi necə çalışdırır? Bizim zəkamazımıza necə təsir göstərir?
Başlayaq şəxsi inkişaf kitablarından. Şəxsi inkişaf kitabları beyinimizin daha çox sol yrımkürəsini çalışdırır ki, sol beyin də birbaşa olaraq məntiqi beyinimizdir. Bəli şəxsi inkişaf kitabları bizim məntiqimizi gücləndirir. Bu kitablar daha yavaş oxunan kitablardı. Siz öz oxu sürətini nə qədər artırsanız belə bu kitabları həqiqətən təmkinlə oxumaq gərəklidir. Verilən informasiyanın ağırlığı bu kitabların aşağı sürətlə oxunmasına səbəb olur. Bəzən də tərcümlərin yaxşı edilməməsi bu kitabları daha çox ağır edir ki, bəzən oxucu bu növ kitablardan bu səbəbdən uzaqlaşır. Amma təəssüflənməyə dəyməz, əzm göstərib məhs bu kitabaları oxumağımız çox önəmlidir. Bu kitabların ağır olmasının digər səbəbi, hətta ən böyük səbəbi məhz bu kitabların daha çox informasiya ötürməsi ilə əlaqədardır. Şəxsi inkişaf kitabları əvəzsiz informasiya qaynağıdır. Bu növ kitablara başlamazdan əvvəl əlinizin altınada dəftər və qələm olsun. Kitabın hər önəmli informasiyasını qeyd edin. Əgər bunu etmək istəmirsinizsə, karandaş köməyinizə gələcək. Ən önəmli duyduğunuz hissələrin altından xətt çəkin. Önəmli detallardan biri sözlərin altından xətt çəkin. Tutaq ki, önəmli bir cümlə tapmısınız. Bütünlüklə cümləni xətləməyə ehtiyac yoxdur. Həmin cümlədə ən önəmli sözü işarələyin. Əks halda fikriniz əsas informasiyadan yayınacaq. Bu həm də vaxt itkisinə yol açacaq.
Yaradıcılığımız inkişaf etsin deyənlər üçün Bədii kitablar əvəzsizdir. Bədii kitablar sağ beyin yarım kürəmizi inkişaf etdirir ki, bu da birbaşa olaraq yaradıcılığımızı artırır. Heç kitab oxumayan insanlar kitab oxumağa bu sıradan olan kitablarla başlasınlar. 3–4 kitabdan sonra özünüzdə dəyişikliyi hiss edəcəksiniz. Bədii kitablar bizə bir situasiyaya müxtəlif rakursdan baxmağımıza şərait yaradır. İstənilən mühitdə fərqliliklər axtamağa başlayırsınız bu kitablardan sonra. Sağ beyin yarımkürəmiz bizim duğularımızın mərkəzi olduğunundan, bu sıradan olan kitablar bizim emosiyalarımıza, bizim hisslərimizə təsir göstərir. Bədii kitablar içərisində vizuallaşdırmanı daha güclü edən kitablar Detektiv janrda olan kitablardır. Xüsusilə bu sıradan Aqata Kristinin kitablarını misal göstərə bilərəm.(Mən detektiv janrda ən çox onun kitablarını oxumuşam) Detektiv janrda olan kitablar beynimizi 2 tərəfdən inkişaf elətdirir. Hər 2 beyin yarımkürəmizi eyni anda aktiv hala gətirən kitablardır. Bədii kitabları oxuyarkən özünüzə kitabda bir obraz götürün. O obrazı canlandırmağa çalışın. Vizuallaşdıma bizim yaddaşımızı inkişaf etdirməklə yanaşı sağ beyin yarımkürəmizin sürətlə işləməsini təmin edir. Ümumilikdə mənim tövsiyəm hər 2 növ kitabı ardıcıllıqla oxuyun.
Məsələn səhər şəxsi inkişaf kitabı, axşam bədii kitab.
Xoş mütaliələr
Bilirsiz, insan cəmiyyətin qanunları ilə yaşayır və bu sosial qanunlar içərisində nəyi nə üçün etdiyini anlamır. Bununla bağlı oxuduğum kiçik bir hekayəni yazmaq istərdim. Məncə bu hekayə sosial qanunları, qadağanları anlamaqda bizə kömək olacaq.
Bir gün gənc xanım ərinə ördək bişirmək istəyir amma resepti bilmir. Anasından kömək istəyir və anası başa salır. Əvvəlcə ördəyi yaxşıca yuyursan sonra yarıdan bölürsən və yarısını qoyursan tavaya. Üstünə bal və souz töküb iki saat belə saxladıqdan sonra fırına yerləşdir. Yanına alma və kartof qoya bilərsən. Yarım saatdan bir onu çıxarıb tavaya yığılan yağı kənara süzə bilərsən. Ördək çox yağlı olur saat yarıma 200 dərəcədə ördək hazır olacaq Qız elə belə də etdi və həqiqətən ördək çox ləzzətli alındı. Qız həmişə anasının ördək bişirməsini sevirdi və özü də anası kimi bişirə bilmişdi. Amma əri ördəyi yeyəndən sonra sual verdi .
Bəs niyə ördəyin yarısıdır ki?
Qız uşaqlıqdan anasının ördəyi belə bişirdiyini görüb və heç vaxt bu haqda düşünməmişdi. O bilirdi ki, resept belədir. Amma əri bunu ilk dəfə görürdü və kənardan baxan bir adam kimi bu ona qəribə gəlirdi. O arvadından xahiş etdi ki, gedib anasından bunu öyrənsin.
Qız belə də edir, gedib anasından soruşur ki, niyə ördəyin yarısı?
Anası gülümsəyir və deyir çünki resept belədir. Belə bişirmək lazımdır. Mənim anamda belə bişirirdi həmişə.
Bu zaman qıza da anasına da maraqlı gəlir yarı ördəyin səbəbi. Beləcə ana və qız nənənin yanına gedirlər və ondan nə üçün belə ləzzətli ördəyin yarısının tavaya qoyuluğunu soruşurlar.
Nənə isə gülür və deyir. Ay balalar fərqi yoxdu yarı ya bütöv ördək. Sadəcə o vaxtı kənddə bizim böyük tavamız yox idi və ördəyin ancaq yarısı yerləşirdi. Ona görə də yarısını bişiridim
Bu həqiqətən olmuş bir hadisədir. Və həqiqətən ailəyə kənardan gələn ər olmasaydı bu ailə heç vaxt anlamayacaqdı ki, Adət yaranır.Heç bir əsası olmayan və təsadüf əsasında keçən bir adət. Amma bu qaydanın əsasında nəyin durduğunu Biləndən sonra insanlar üz döndərirlər. Həmin qız heç vaxt ördəyin yarısını bişirməyəcək. Çünki əgər əvvəl burda kulinariyya sirri var idisə indi hər şey məlum idi. Sadəcə tava balaca idi
Biraz araşdırmalar edəndən sonra mən anladım ki, bəzi şeylər hardan başlağıcını alır. Amma indi hər şeyə ağ səhifədən başlamağı planlayıram. Əsgərlik müddəti bitdikdən sonra yenə də araşdırmalar etməyi planlayıram bu mövzuda.
Bahalı maşınlar, ayfonlar, nişanlıya qızıl, bayram payı, yengə, gül bayramı, bayraq günü, qız qaşını almaz, oğlan saqqal saxlamaz, əsgərliyə getməsən dövlət işinə götürməzlər, qlamur Bakı, türkçülük, yenidən bakirə olmaq üçün əməliyyat, yas zamanı televizorun üstünə, güzgülərin üstünə salınan ağ pərdə, ayı bütöv görəndə Pissimilla demələr, məzarlığın yanından keçəndə maqintafonu söndürmək- bunlar hamısı mənə yarımçıq ördək kimi gəlirdi. Çünki nəyə əsaslandıqları məlum deyildi. Sadəcə var idi və bu qanunlarla ayaqlaşmalı idin.