Stories by Nurlan on Medium
İstifadəçi təcrübəsinin dərindən, data əsaslı və metodik olaraq araşdırmaq və yaxşılaşdırmaq məqsədilə digital productlar üzərində davamı olaraq UX audit işləri aparılmasına ehtiyac duyulur.
UX auditin bir hissəsi də “istifadəçilərin gözə çarpmayan və ya dərhal görünməyən davranışları” olaraq izah edə biləcəyimiz istifadəçi davranışlarındakı “hidden trends” lərlə bağlıdır.
“Hidden trends”-i analizi digital product-ımızın hansı sahəyə aid olmasından asılı olaraq dəyişsədə əsasən aşağıda bəhs edəcəyimiz metriklərdən istifadə edə bilərik:
Bounce rate
Exit rate
Average session duration:
Traffic
Bounce rate. Sayta və ya tətbiqə daxil olan istifadəçilərin yalnız bir səhifəyə baxdıqdan sonra heç bir klik etmədən saytdan ayrılma faizini göstərir. Yüksək bounce rate adətən istifadəçilərin daxil olduqları səhifənin yetərincə maraqlı olmadığının və ya gözlədiklərini tapa bilmədiklərinin göstəricisi ola bilər.
Bu formulla hesablanır:
Bounce rate = 100% − engagement rate
Məsələn saytımızda ümumilikdə 10 seans var və onlardan 6-ı hansısa sesiyalar həyata keçirib, burada 60% “engagement rate” 40% isə “bounce rate”-ə bərabərdir.
Exit rate. İstifadəçilərin sayt və ya tətbiqin son olaraq hansı səhifəsindən çıxdığını göstərir. Bu yaxşı olmayan dizayn və ya məzmunun istifadəçini sonrakı mərhələyə apara bilməməsini göstərə bilər. Exit rate bizə səhifələrin performansını fərdi olaraq təhlil etməyə kömək edir.
Average session duration. Bu metriks istifadəçilərin saytınıza daxil olduqdan sonra saytda nə qədər vaxt keçirdiyini göstərir. Uzun sessiya müddəti, istifadəçilərin məzmunla daha çox maraqlandığını göstərə bilər, bu metriksdə digərləri kimi saytın məqsədindən asılı olaraq dəyişə bilər. Məsələn, blog səhifələrində uzun müddət vaxt keçirmək müsbət qəbul edilsədə, e-ticarət sayt və ya tətbiqlərdə çox uzun müddət göstəriciləri naviqasiya problemindən xəbər verə bilər.
Traffic. Veb saytın və ya tətbiqin nə qədər istifadəçi tərəfindən ziyarət edildiyini göstəricisidir. Saytın ümumi olaraq hansı sayda auditoriyaya çatma səviyyəsini ölçmək üçün istifadə olunur. Məsələn, əgər bir e-ticarət saytınız var və gündəlik trafikiniz 10,000 nəfərdirsə, bu, həmin gün ərzində saytınıza 10,000 nəfərin daxil olduğunu göstərir. Trafik fərqli mənbələrdən gələ bilər: organik search, sosial media, pullu reklamlar və s.
Audit və analiz aparmaq üçün müxtəlif alətlər mövcud olsa da, ən çox istifadə olunan 3 alət Google Analytics, Amplitude və Hotjar-dır.
Google Analytics: Ödənişsiz olaraq veb sayt və mobil tətbiqlərdə istifadəçi davranışını izləmək və təhlil etmək üçün ən çox istifadə olunan analitik platformadır. Google Analytics ilə istifadəçilərin haradan gəldiyini, hansı səhifələri ziyarət etdiklərini, nə qədər vaxt keçirdiklərini, və ümumi istifadəçi davranışlarını izləmək, təhlil imkanı verir.
Hotjar: İstifadəçi təcrübəsini optimallaşdırmaq üçün istifadə olunan vizual analitik vasitədir. Hotjar, veb səhifələrdə “heatmaps” yaradaraq, istifadəçilərin səhifədə harada klik etdiyini, nəyi izlədiyini və necə davrandığını göstərir. O, həmçinin istifadəçilərdən feedback toplamaq üçün anketlər və istifadəçi sessiyası qeydləri ilə də kömək edir.
Amplitude: Məhsul analiz platformasıdır və istifadəçilərin bir tətbiq və ya veb sayt daxilində necə davrandığını dərin təhlil etməyə imkan verir. Amplitude istifadəçilərin məhsulunuzda necə hərəkət etdiklərini və hansı funksiyalarla daha çox qarşılıqlı əlaqədə olduqlarını anlamaq üçün istifadə olunur. Bu alət vasitəsilə də istifadəçilərin səhifədə harada klik etdiyini, nəyi izlədiyini və necə davrandığını görmək mümkündür. İstifadəçiləri fərdi olaraq analiz etmək üçün əvəzsiz alətdir. Ödənişli və ödənişsiz versiyları mövcuddur.
UX audit, yalnız cari vəziyyəti qiymətləndirmək deyil, həm də istifadəçi təcrübəsini artırmaq üçün strategiyaların inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. UX audit prossesi istifadəçilərə daha yaxşı xidmət göstərmək üçün vebsayt və ya tətbiq fəaliyyət göstərdiyi müddətdə davam etdirilməlidir.
Ehtiyaclar və tələblər eyni deyil.
Bəzi tələblər istifadəçi təcrübəsi baxımından digərlərindən daha tez həll olunmalıdır. Belə olan halda UX dizayner olaraq, prioritetləşdirmək həll yollarını düzgün tapmaq və tez həll etmək üçün əsas köməkçimiz ola bilər. Bunun üçün bizness modelinə, komandaya və əlimizdəki digər imkanlara görə seçə biləcəyimiz müxtəlif metodlar mövcuddur.
Bu medotlardan istifadə etməmişdən əvvəl, “Məhsulun hədəfləri nələrdir? Komanda daxilində yaranan problemlər necə həll olunacaq? Nə qədər resursa sahibsibik?” kimi sualları aydınlaşdırmaq prossesi daha rahat davam etdirməyə kömək olacaq.
İndi isə geniş istifadə olunan metodlardan bəziləri:
MoSCoW metodu kimi tanınan, tələbləri və ehtiyacları idarə etmək üçün məşhur prioritetləşdirmə üsulu. Bu metod aşağıdakı 4 hissədən ibarətdir:
Olmazsa olmaz (Must-have): Əsas funksionallığın labüd tələbləri.
Olmalıdır (Should-have): Vacib, lakin həyati olmayan xüsusiyyətlər; istifadəçi təcrübəsini yaxşılaşdırmaq.
Ola bilər (Could-have): Kritik olmayan lakin arzu olunan xüsusiyyətlər.
Olmayacaq (Won’t have): Gələcəkdə nəzərə alınacaq aşağı dərəcəli funksiyalar.
4 təməl faktoru özündə birləşdirən RICE metodu (reach (çatmaq), impact (təsir), confidence (güvən), and Effort (zəhmət və ya resurs)). Bu metoda əsasən, irəli sürülən ideyaların hər birini aşağıdakı düstura əsasən qiymətləndirməlisiniz:
“RICE SCORE”-ı müəyyən edən ilk amil, hər hansı bir zaman aralığında təşəbbüsünüzün nə qədər insana çatacağını (reach) təxmin etməyinizdir.
Təsir (impact), məhsul istifadəçiyə çatdıqda neçə ədəd yeni emala (conversions) yol açacağı kimi kəmiyyət (quantitative) və ya istifadəçi məmnuniyyətini artırmaq kimi keyfiyyət (qualitative) hədəfləri əks etdirə bilər.
İstifadəçi davranışının müəyyən hissələri haqqında statistik məlumatlarımız ola bilər, lakin bəzi hissələrdə fərziyyələrimiz və intuisiyamıza daha çox güvənə bilərik. Güvən (Confidence) ilə bu qeyri-müəyyənliyi dəyərləndirərək, intuisiyaya və məlumatlara əsaslanan elementləri balanslaşdırmaq və prioritetləşdirmə zamanı daha real qərarlar vermək mümkün ola bilər.
RICE metodunda yuxarıdakı komponentlər (reach, impact, confidence) layihənin nəticələrini hesablamaq üçün istifadə olunan amillərdir, effort isə layihəni həyata keçirmək üçün tələb olunan iş yükünü göstərir. Yəni, bir layihənin həyata keçirilməsi üçün nə qədər vaxt və resurs lazım olduğunu təmsil edir. Daha çox səy tələb edən bir layihə, dəyər-fayda nisbətində daha az prioritet alır, çünki xərc yüksəldikcə fayda azalar.
Eisenhower Matrixi: Araşdırma tapşırıqlarını prioritetləşdirmək üçün istifadə oluna bilən məşhur vaxt idarəetmə metodurdur. Tapşırıqları aktuallığına və əhəmiyyətinə görə dörd hissədə təsnif edir:
Təcili və vacib olanlar: Bu hissədə təcili diqqət və hərəkət tələb edilir. UX araşdırmasındakı kritik istifadə problemləri, əlçatanlıq problemləri və ya təcili dizayn dəyişiklikləri bura daxil ola bilər.
Vacib, lakin Təcili olmayanlar: Uzunmüddətli məqsədlərə nail olmaq üçün əhəmiyyətlidir, lakin təcili hərəkətə keçmək tələb olunmur. Nümunələr istifadəçi müsahibələrinin aparılması, personajların yaradılması və ya rəqabətli təhlilin aparılması ola bilər.
Təcili, lakin əhəmiyyətli olmayanlar: Zamanla həll edilməli, lakin ümumi məqsədlərə təsir payı yüksək olmayan elementlər.
Nə Təcili, nə də Vacib olanlar: Bu vəzifələr təxirə salına və ya tamamilə ləğv edilə bilər.
Son olaraq, uğurlu məhsul yaratmaq üçün dizayner istifadəçilərin ehtiyaclarını dərindən dərk etməlidir. Onları funksional, emosional və gizli ehtiyaclar olaraq 3 hissəyə bölərək istifadəçi təcrübəsinə təsir edən bütün aspektləri müəyyən etməyə və yeni təkliflər irəli sürərək keyfiyyətli məhsul yaratmağa kömək edir..”