Stories by Ali Yusifov on Medium
İlk Microsoft sertifikatımı (AI-900) necə qazandım?
Giriş
Dövrümüzdə sertifikasiyalar getdikcə önəmini artırmağa başlayır. Söhbət burda hər hansı bir kurs sertifikatından deyil, qlobal şirkətlərin keçirdiyi imtahanlar əsasında verilən sertifikatlardan gedir. IT sahəsinin hansı qolunda olmağınızdan asılı olmayaraq AWS, Microsoft, Google kimi şirkətlərin sertifikatlarını almaq sizə əlavə bilik qazandırmaqla yanaşı iş imkanlarınızı daha da genişləndirəcək. Hal hazırda sahədən asılı olmayaraq bulud (cloud) texnologiyalarına tələbat çoxalıb. İndi gələk mənim yenicə aldığım AI-900 sertifikatına. İlk öncə qeyd edim ki, Microsoft-un Data elmi and Maşın öyrənməsi üzrə əsas sertifikatları bunlardır (asandan çətinə doğru sıralanıb):
AZ900 — Azure Fundamentals (əgər ilk dəfədir Azure işlədirsinizsə bu sertifikasiya ilə başlamağınız məqsədəuyğundur)
AI900 — Azure AI Fundamentals
AI102 — Azure AI Engineer Associate
DP100 — Azure Data Scientist Associate
AI104 — Azure AI Solution Architect Expert (bu il(2024) gələcəyi gözlənilir)
AI-900 imtahanı nədir?
Bu imtahan Azure bulud servisində süni intellekt və maşın öyrənmə servislərini işlədə bilmək bacarıqlarınızı yoxlamaq üçün keçirilən imtahandır. Azure nəhəng bulud platforması olduğuna görə siz onun hər bir komponentini bilməyiniz demək olar ki, mümkün deyil (əgər sizin ən azı 8–10 il təcrübəniz yoxdursa). Buna görə bu platformanın öz sahənizə uyğun hissəsini öyrənə və öz proyektlərinizdə tətbiq edə bilərsiz. Azure-ın süni intellekt və maşın öyrənməsinə dair əsas servisləri bunlardır(ingilis dilində bilməyiniz daha faydalıdır):
Azure Machine Learning (AML):
Azure Machine Learning Studio
Cognitive Services
Vision — Computer Vision, Custom Vision, Face, Form Recognizer
Speech — Speech to Text, Text to Speech, Speech Translation, Speaker Recognition
Language — Text Analytics, Translator, Language Understanding (LUIS), QnA Maker,
Decision — Personalizer, Anomaly Detector, Content Moderator
Bot Services — Azure Bot Service
MLOps and DevOps for AI — Azure DevOps, Azure Pipeline
Azure Applied AI Services — Azure OpenAI service
və s.
Burada qeyd etdiklərim ən çox istifadə olunan servislərdir amma bunlarla bitmir təbii ki. Bu imtahanda sizin bu servislər haqda ümumi anlayışınız yoxlanılır, verilmiş vəziyətlərdə hansı servisi istifadə etmək daha məqsədəuyğun olması və s. Həmçinin sizin klassik maşın öyrənmə və dərin öyrənmə bilikləriniz də test edilir. AI-900 imtahanında Azure konseptlərinin nəzəri yoxlanıldığına görə sizi case study və ya lab gözləmir.
Bu imtahan kimlər üçündür?
Əgər maşın öyrənmə haqda bilikləriniz varsa və bunları bulud texnologiyası ilə genişləndirmək istəyirsinizsə bu imtahanda iştirak edə bilərsiniz. Bu sahədə fundamental bilikləriniz varsa imtahan sizə çox rahat gələcək deyə bilərəm, çünki əksər suallar ümumi məntiq əsasında hazırlanıb.
İmtahan nələri əhatə edir?
İmtahan əsasən bu mövzuları əhatə edir:
Süni intellektin işləmə prinsipləri və istifadəsi zamanı nəzərə alınmalı faktorlar
Azure-da klassik maşın öyrənmə prinsipləri
Azure-da Computer Vision iş yüklərinin xüsusiyyətləri
Azure-da Natural Language Processing (NLP) iş yüklərinin xüsusiyyətləri
Azure-da generativ süni intellekt iş yüklərinin xüsusiyyətləri
İmtahan hazırlaşmaq üçün istifadə etdiyim materiallar
Bu imtahana hazırlaşmaq təxmini 10 günümü aldı, hərgün 1 saat çalışmaqla. İlk istifadə etdiyim resurs Microsoft-un özünün rəsmi hazırladığı kurs oldu. Deyərdim ki, bu ən yaxşı resurslardan biri idi.
Microsoft Azure AI Fundamentals
Tövsiyə edərdim ki, bu kursda olan bütün materialları hissə-hissə oxuyub tapşırıqları edəsiz.
İstifadə etdiyim digər iki resurs isə video formatındadır. Əgər oxumağa həvəsiniz yoxdursa bu videolar vasitəsiylə də hazırlaşa bilərsiz.
Azure AI Fundamentals Certification 2024 (AI-900) — Full Course to PASS the Exam
AI-900 — Azure AI Fundamentals Study Guide
Bu materiallar imtahan üçün lazım olan məlumatların demək olar ki, hamısını əhatə edir. İmtahan hazırlığı prosesində bu materiallardan istifadə edərək uğurlu nəticələr əldə etmək mümkündür. Həmçinin, imtahana hazırlaşarkən praktiki biliklərinizi möhkəmləndirmək üçün əla bir fürsət də mövcuddur: İmtahanın rəsmi saytında təqdim olunan praktik testlər. Bu testlərdən bir neçə dəfə istifadə etməklə özünüzü imtahan gününə daha yaxşı şəkildə hazırlaya bilərsiniz.
İmtahan prosesi və qiyməti
İlk öncə bu linkdən qeydiyatdan keçib hesab açmalısınız. Bu imtahan nəzarətlə(proctered) olduğuna görə imtahan zamanı siz hər hansı resursa baxa bilməzsiz . İmtahan Pearson Vue tətbiqi vasitəsiylə keçirilir.
Daha sonra imtahanınız üçün tarix və saat seçməyiniz tələb olunacaq. Məsləhət görərdim ki, imtahan vaxtını səhər saatlarına salasız. Və sonda sizin şəxsi məlumatlarınız soruşulacaq. İmtahan günü sizin passportunuz (xarici passport) yanınızda olmalıdı, imtahandan öncə tətbiq vasitəsiylə sizin kimliyiniz yoxlanılacaq. Həmçinin, sizdən imtahanı verdiyiniz yerin ətrafının da çəkilib göstərilməsi tələb olunacaq. İlk olaraq sizə göndərilən linkdən ətrafın şəklini çəkərək sistemə yükləyəcəksiniz, daha sonra isə sizinlə video zəng vasitəsilə əlaqə saxlanılacaq və ikinci yoxlanış bu zəng zamanı olacaq. Video zəng zamanı texniki problemlər ola bilər, buna görə həyəcanlanmayın. Əgər zəng zamanı texniki problem yaranarsa çat vasitəsiylə bunu bildirə bilərsiz və sizlə yenidən əlaqə saxlanılacaq. Yoxlamalar bitdikdən sonra siz imtahan daxil olacaqsız, kompüteriniz kilidlənəcək, yalnız imtahan səhifəsində ola biləcəksiz. İmtahandan bir həftə və iki gün öncə sizə mail gələcək, bu maildə sizə Pearson Vue tətbiqini yükləmək qaydası, imtahana necə daxil olmalı, və imtahan üçün tələb olunan kompüter parameterləri haqda məlumat veriləcək. Eksperiment məqsədli göndərilənləri imtahandan bir-neçə gün öncə mütləq test edin ki, ciddi texniki problem olarsa imtahanı ləğv edə biləsiz. İmtahanı ləğv etməkçün ən azı 24 saat öncədən bildirməlisiz. İmtahan öncəsi gələn mail bu formatda olacaq:
İmtahan qiyməti olduğunuz ölkədən asılı olaraq dəyişir, Azərbaycan üçün bu imtahanın qiyməti hal hazırda 55$ təşkil edir. Amma bir vacib məqamı qeyd edim ki, Microsoft tez-tez “Microsoft Learn Challenge” tipli yarışlar keçirir. Bu yarışlarda sizdən Microsoft Learn-də olan müəyyən sahələr üzrə modulu bitirmək tələb olunur. Əgər challenge ərzində (əksərən 30 gün olur) bitirə bilsəz siz seçilmiş imtahanlara kupon əldə edə bilərsiz və tamamilə pulsuz şəkildə iştirak edə bilərsiz.
Bonus
Bura qədər oxuduğunuza görə sizə kiçik bir hədiyyəm olacaq:) Mən bir neçə dəfə praktika üçün olan imtahanda iştirak edib orda verilən sualları toplamışam. Bu GitHub repo vasitəsiylə siz keçid edib sualları nəzərdə keçirə bilərsiz. Bu linkdə 100 sual yerləşdirilib. Digər imtahanları da keçdikcə eyni repo-da sizlərçün yeni suallar əlavə edəcəm. Formatı sizə ən rahat şəkildə etməyə çalışmışam. Suallarda hər hansı problem olarsa orda Issues vasitəsiylə bildirə bilərsiz, ən qısa zamanda düzəldəcəm. Repozitorunu ulduzlasaz və məni izləsəz, sizə minnətdar olaram :)
İştirak edəcək hər kəsə uğurlar! Diqqətiniz üçün təşəkkürlər!