Stories by Altunay Huseynli on Medium
Reymon Karverdən tərcümə
Reymon Karver
Oktyabr, nəmli bir gün. Oteldə qaldığım nömrənin pəncərəsindən şəhərin böyük bir hissəsini görə bilirəm. Binaların bəzilərindən gələn işıqları, hündür bacalardan çıxan qatı tüstünü də. Kaş ki, görməzdim.
Keçən il Sakramentoda atamla görüşərkən mənə danışdığı əhvalatı sizə nəql edəcəm. Onun başına gələn bu hadisə həmin vaxtdan — atamla anamın boşanmasından iki il əvvəl baş verib.
Mən kitab satıcısıyam. Məşhur bir şirkəti təmsil edirəm. Dərslik çap edirik, əsas ofisimiz Çikaqoda yerləşir. İllinoys, Ayova və Viskonsinin bir hissəsinə mən baxıram. Los-Ancelesdə Qərb Kitab Naşirləri Assosiasiyasının konqresinə gedəndə birdən ağlıma gəldi ki, atamla görüşüm. Boşanandan bəri onu görməmişdim, bilirsiz də. Ünvanını pul qabımdan çıxarıb teleqraf göndərdim. Növbəti günün səhəri əşyalarımı Çikaqoya yollayıb Sakramentoya uçan təyyarəyə mindim.
İzdihamın içində onu tapmaq elə də çətin olmadı. Hamının dayandığı yerdə dayanmışdı — qapının yanında — ağ saçları, eynəyi və şux qəhvəyi şalvar ilə.
– Necəsən, ata? — dedim.
– Les, — dedi.
Ötəri görüşüb terminala tərəf getdik.
– Meri və uşaqlar necədi? — soruşdu.
– Hamısı yaxşıdı, — dedim. Yalan danışdım.
Əlindəki ağ kağız paketi mənə uzatdı.
– Gedəndə bunları da apararsan, — dedi. — Böyük bir şey deyil. Meri üçün bir az badamlı şokolad, uşaqlar üçün də marmelad.
– Sağ ol, — dedim.
– Götürməyi yadından çıxarma, — dedi.
Bir neçə rahib uçuş zonasına qaçırdı. Yoldan çəkildik.
– İçki, yoxsa kofe? — soruşdum.
– Sən qərar ver, — dedi. — Mən maşınsızam.
Gözləmə zalına getdik, içki aldıq, siqaret yandırdıq.
– Nəhayət, görüşdük, — dedim.
– Həə, — dedi.
Çiyinlərimi çəkib “həə” dedim.
Stula söykənib dərin nəfəs aldım; onun başının üstündə asılı qalan kədərli havanı ciyərimə çəkdim.
– Çox güman, Çikaqo hava limanı dörd bu boydadı, — dedi.
– Ondan da böyük, — dedim.
– Bilirdim elə, — dedi.
– Nə vaxtdan eynək taxırsan?
– Uzun müddətdi, — cavab verdi.
İçkidən böyük bir qurtum alıb dərhal mövzuya keçdi.
– Məni öldürsə, bu öldürəcək. — İri əlləri ilə qədəhi qucaqladı. — Oxumuş adamsan, Les. Məni ancaq sən başa düşə bilərsən.
Üstündəki yazını oxumaq üçün külqabını çevirdim: “XARRA KLUBU/RİNO VƏ TAXO GÖLÜ/ƏYLƏNCƏLİ GÖZƏL MƏKANLAR
– “Stenli” şirkətində işləyirdi. İncə-mincə qadın idi, əlləri və ayaqları balaca, saçları kömür qarası. Düzdü, gözəllər gözəli deyildi, amma suyuşirin idi. 30 yaşı olardı, uşaqları var idi. Əxlaqlı qadın idi, indi danışacaqlarıma fikir vermə.
Anan alış-verişi həmişə ondan edərdi; süpürgə, döşəmə silən, piroq qabı və s. Ananı tanıyırsan da. Şənbə idi, evdəydim. O da harasa getmişdi. Bilmirəm hara. İşləmirdi. Qapı döyüləndə girişdəki otaqda qəzet oxuyub kofe içirdim. Gələn Salli Ueyn idi. Həmin incə-mincə qadın.
– Missis Palmerin sifarişlərini gətirmişəm, — dedi.
– Mən əriyəm, — dedim. Ardınca: — Missis Palmer evdə yoxdu, — əlavə elədim. Sifarişlərin pulunu gətirənə qədər ondan içəri keçməsini xahiş elədim. Bir anlıq tərəddüd elədi, bilmədi girsin, ya yox. Əlində balaca kağız paketlər və qəbz ilə elə yerindəcə donub qaldı.
– Onları mənə verin, — dedim. — Mən pul tapana kimi, bəlkə, içəridə gözləyəsiz?
– Problem deyil, — dedi. — Sonra ödəyərsiz. Başqa müştərilər də belə edir. — Narahat olmadığını bildirmək üçün gülümsədi.
– Yox, yox, — dedim. — Pulum var. İndi ödəyəcəm. Bir də niyə gələsiz, mən özüm də borclu qalmağı xoşlamıram. — İçəri keçin, — dedim, qapı torunu açıq saxladım. Onu çöldə gözlətmək ayıb olardı.
Öskürdü və siqaretimdən birini götürdü. Barın yanında bir qadın güldü. Ona baxdım, sonra külqabının altındakı yazını təzədən oxudum.
– İçəri keçdi. “Bir dəqiqə gözləyin”, dedim və pulqabımı tapmaq üçün yataq otağına getdim. Qarderoba baxdım, tapa bilmədim. Bir az xırda pul, kibrit qutuları və darağımı tapdım, amma pulqabımı tapa bilmədim. Həmin səhər anan evi təmizləmişdi. Nəsə, geri qayıdıb “pulqabımı tapa bilmirəm”, dedim.
– Narahat olmayın, — dedi.
– Heç bir narahatlıq yoxdur, — dedim. — Onsuz da onu tapmalıyam. Siz rahat olun. Elə bil öz evinizdi.
Təşəkkür elədi, ardınca soruşdum:
– Şərqdəki böyük silahlı soyğundan xəbəriniz var? Elə bu barədə oxuyurdum ki, siz gəldiz.
– Dünən gecə TV-də gördüm, — dedi.
– Yaxşı aradan çıxıblar, — dedim.
– Yəqin, peşəkardılar, — dedi.
– Qüsursuz cinayət, — dedim.
– Hər adam canını qurtara bilməz bundan, — dedi.
Başqa nə deyim bilmirdim. Eləcə orada dayanıb bir-birimizə baxırdıq. Verandaya çıxıb paltar səbətində şalvarımı axtarmağa başladım, dedim, yəqin, anan ora qoyar. Pulqabım şalvarımın arxa cibində idi. Götürüb otağa qayıtdım.
– Borcumuz nə qədərdir? — soruşdum.
Səhv xatırlamıramsa, üç, ya dörd dollar idi. Ödədim. Sonra bilmirəm niyə, soruşdum ki, soyğunçuların oğurladıqları pul onda olsaydı, neyləyərdi.
Güldü, dişlərini gördüm.
Ondan sonra mənə nə oldu bilmirəm, Les. 55 yaşım var idi, uşaqlar da böyük. Gərək özümü cilovlayaydım. Qadın məndən iki dəfə balaca idi, uşaqları məktəbə gedirdi. “Stenli” deyilən şirkətdə onlar məktəbdə olan vaxt işləyirdi, baş qatmaq üçün. İşləməyə məcbur deyildi. Pis yaşamırdılar. Əri Lerri yükdaşıma şirkətində sürücü işləyirdi. Yaxşı pul qazanırdı, özün bilirsən də.
Dayanıb üzünü quruladı.
– Hamı səhv edə bilər, — dedim.
Başını buladı.
– İki oğlu var idi: Xenk və Freddi. Biri o birindən bir yaş böyük idi. Şəkillərini göstərmişdi mənə. Əlqərəz, mən o pulla neyləyəcəyini soruşanda güldü, sonra da “yəqin, “Stenli”dən çıxıb Daqoya köçər və ev alıb orda yaşayaram” dedi. Daqoda qohumları var imiş.
Siqaretin birini də yandırıb saatıma baxdım. Barista qaşlarını, mənsə eynəyimi qaldırdım.
– Divanda oturmuşdu, məndən siqaret istədi. Özününkünün o biri çantasında qaldığını və evdən çıxandan bəri çəkmədiyini dedi. Evdə paçka ola-ola siqaret almaqdan zəhləsi gedirmiş. Ona bir siqaret verib yandırdım. Əllərim əsirdi, Les.
Sözünə ara verib bir dəqiqə butulkalara baxdı. Bayaq gülən qadın qollarını yanındakı kişilərin qollarına kilidləmişdi.
– Sonra hər şey dumana büründü. Xatırlayıram, kofe istəyib-istəmədiyini soruşdum. Dedim, təzə dəmləmişəm. Dedi artıq getməliyəm, amma bir fincan içə bilərəm. Mətbəxə gedib kofenin qızmasını gözlədim. Allah şahiddir, Les, ananla olduğum müddətcə bircə dəfə olsun ona xəyanət etməmişəm. Bircə dəfə. Nə yalan deyim, bəzən ürəyim istəyirdi, hətta fürsət də yaranmışdı. Ciddi deyirəm, sən ananı mənim qədər tanımırsan.
– Ehtiyac yoxdu bu barədə danışasan, — dedim.
– Kofeni gətirəndə artıq paltosunu çıxarmışdı. Divanın o biri küncündə oturdum və şəxsi söhbətlər eləməyə başladıq. Dedi ki, uşaqları Ruzvelt ibtidai məktəbində oxuyur, əri isə sürücü imiş, arada bir-iki həftəlik səfərə çıxırmış . Sietlə, ya da Los-Ancelesə, bəzən də Feniksə. Evdə tapılmırmış. Lerri ilə məktəbdə tanış olmuşdular. Onunla bu qədər yol qət etdiyinə görə özü ilə qürur duyduğunu dedi. Çox keçmədən ona bir lətifə danışdım, dodağı qaçdı. İkibaşlı reaksiya idi. Sonra səyyar ayaqqabı satıcısının dul qadına zəng elədiyi lətifəni eşidib-eşitmədiyimi soruşdu. Lətifəyə birgə güldük, sonra mən daha gülməlisini danışdım. Xeyli gülüb siqaret yandırdı. Söz sözü çəkirdi.
Sonra… öpdüm onu. Başını divana söykəyib öpdüm. Dili ağzıma girmək üçün tələsirdi. Başa düşürsən nə deyirəm? Bir adam ömür boyu bütün qaydalara əməl edərək yaşaya bilər, amma elə bir an gələr, hər şeyə tüpürər. Bəxt ondan üz döndərər, başa düşürsən də.
Hər şey ildırım sürəti ilə oldu qurtardı. Sonra, “indi, yəqin, elə bilirsən fahişə-zadam” dedi və çıxıb getdi.
Çox həyəcanlıydım, başa düşürsən də. Divanı düzəltdim, döşəkçələri tərsinə çevirdim. Qəzetləri yığışdırdım, kofe içdiyimiz fincanları yudum. Qəhvədanı təmizlədim. Bunları edə-edə bircə şey düşünürdüm: ananın üzünə necə baxacam. Qorxurdum.
Həə, hər şey belə başladı. Ananla yenə əvvəlki kimi bir yerdə yaşayırdıq. Amma o hadisədən sonra həmin qadınla mütəmadi görüşməyə başladım.
Bar stulunda oturan qadın ayağa qalxdı. Bir neçə addım atıb mərkəzə gəldi və rəqs etməyə başladı. Başını otərəf-butərəfə yelləyərək çırtıq çaldı. Barmen əl saxladı. Qadın qollarını başının üstünə qaldırıb durduğu yerdə kiçik bir dairə cızdı. Amma sonra dayandı. Həmin vaxt barmen yenidən öz işinə qayıtdı.
– Gördün bunu? — atam soruşdu.
Cavab vermədim.
– Hər şey belə başladı, — sözünə davam elədi. — Lerrinin iş qrafiki var idi, mən də fürsət düşdükcə onlara gedirdim. Anana da hər dəfə bir şey deyirdim.
Eynəyini çıxarıb gözlərini yumdu.
– Bunları heç kimə danışmamışam, — dedi.
Heç nə demədim. Səhnəyə, sonra da saatıma baxdım.
– Qulaq as, — dedi. — Nə vaxt uçacaqsan? Başqa təyyarəyə minə bilərsən? İcazə ver içkilərimizi təzələyək, Les. Əlavə ikisini də sifariş elə. Çalışacam tez danışım. Bir dəqiqə vaxt ver, bitirirəm. Qulaq as, — dedi.
– Ərinin şəklini yataq otağında, çarpayının yanında saxlayırdı. Əvvəl-əvvəl şəkil məni narahat edirdi. Amma sonra öyrəşdim. Görürsən də, insan nələrə öyrəşir? — başını buladı. — Hələ də inana bilmirəm. Qısası, hər şey pis qurtardı. Olanları bilirsən.
– Mənə nə danışmısan, ancaq onları bilirəm, — dedim.
– Danışım da, Les. Bu məsələdə ən vacib şeyin nə olduğunu danışım sənə. Bilirsən, bəzi şeylər var. Ananın məni tərk eləməyindən daha vacib şeylər. Qulaq as. Bir gün çarpayıda uzanmışdıq. Nahara az qalmışdı, deyəsən. Sadəcə, uzanıb danışırdıq. Ola bilsin, mürgüləyirdim. Yuxuyla oyaqlıq arasındakı o qəribə halı deyirəm, bilirsən də. Amma eyni zamanda öz-özümə deyirdim ki, bir azdan durub getməliyəm. Elə həmin vaxt bir maşın qaraja girdi və kimsə qapını çırpıb bağladı.
– Aman Allah, — Salli qışqırdı. — Gələn Lerridi!
Dəli oldum. “Arxa qapıdan qaçsam, məni elə hasarın yanındaca tutub öldürər”, deyə düşündüyümü xatırlayıram. Salli qəribə səslər çıxarırdı. Təngnəfəs olmuşdu. Xalatı əynində idi, amma qabağı bağlı deyildi. Mətbəxdə dayanıb başını yelləyirdi. Bunların hamısı birdən oldu, başa düşürsən?! Və bütün bunlar baş verəndə mən paltarlarım əlimdə tumançaq dayanmışdım, Lerri də qabaq qapını açırdı. Bilmədim neyləyim, tullandım. Geniş pəncərədən, şüşələrin içindən çölə tullandım.
– Qaça bildin? — deyə soruşdum. — Arxanca gəlmədi?
Atam mənə elə baxdı ki, sanki ağlımı itirmişəm. Sonra gözlərini boş qədəhə zillədi. Saatıma baxıb gərnəşdim. Yüngül baş ağrım var idi.
– Mən getsəm, yaxşı olar, — dedim. Çənəmi sığalladım, sonra da yaxamı düzəltdim. — O qadın hələ də Reddinqdə qalır?
– Heç nə bilmirsən, hə? — dedi atam. — Sən ümumiyyətlə heç nə bilmirsən. Kitab satmaqdan başqa.
Artıq vaxt idi, getməli idim.
– Sən Allah, üzrlü hesab elə, — dedi. — Heç nə, adam darmadağın oldu. Döşəməyə sərilib ağlamağa başladı. Salli də mətbəxdə idi. O da orda ağlayırdı. Diziüstə çöküb Allaha dua elədi, özü də adam eşitsin deyə ucadan dua elədi.
Atam başqa nəsə də demək istəyirdi. Amma bunun əvəzinə başını buladı. Bəlkə də, mənim nəsə deməyimi gözləyirdi.
Amma birdən:
– Yox, sən uçmalısan, — dedi.
Paltosunu geyinməyinə kömək elədim və gəzməyə başladıq. Dirsəyindən tutan əlim onu yönləndirirdi.
– Gəl səni taksiyə mindirim, — dedim.
– Yox, mən səni yola salım, — dedi.
– Ehtiyac yoxdu, — dedim, — ­bəlkə, gələn səfər.
Sağollaşdıq. Bu, onunla son görüşüm idi. Çikaqo yolunda hədiyyələri qoyduğu kağız paketləri barda unutduğumu xatırladım. Heç nə olmaz. Onsuz da Merinin şirniyə ehtiyacı yoxdu, badamlı şokolada, ya başqa nəyəsə də.
Keçən ildə qaldı bunlar. İndi daha az ehtiyacı var.
Tərcümə etdi: Altunay Hüseynli
“Özgə ömür” filmi (1987)
Fariz Əmiroviç (Aleksandr Kalyagin)
Psixoloji-dram janrında olan bu film Rüstəm İbrahimbəyovun ssenarisi əsasında 1987-ci ildə rejissor Rasim Ocaqov tərəfindən çəkilib. Filmin adı da təsadüfi seçilməyib. İlk başda “İz” adlanmasına baxmayaraq, daha sona “Özgə ömür” olaraq dəyişdirilməsi filmdə baş obrazın (Fariz Əmiroviç) ikili həyat yaşaması ilə əlaqədardır. Bəs bu obraz kimdir?
O, Bakıda dövrünün ən prestijli universitetlərindən birinin rektorudur. Filmin ilk səhnələrində deyirdim “bax, ideal rektor belə olar”, lakin səhnələr açıldıqca fikrimdən daşındım, hətta daşınmaqla da qalmadım. Belə ki, ilk başlarda o nə qədər intizamlı, ədalətli biri kimi görünsə də, sonlara doğru tamamilə əks bir xarakterlə üz-üzə qaldım. Bəli, məyus edici haldır. Çünki sadəcə filmdə yox, elə real həyatımızda da belə insanlarla kifayət qədər rastlaşmırıqmı? Tanımaq çətindir, zaman alan bir prosesdir. Məsələ onsuz da zamanda deyil, ən sonda ümidin puç olması, xəyal qırıqlığıdır insanı məyus edən...
Rektorun ikili həyatı cəmiyyət arasında olduğu adamla özü arasında gedib gəldiyi anlardır. Bir tərəfdə rəhmsiz, qəddar, duyğusuz biri ilə rastlaşırsan, digər tərəfdə isə bunlardan dolayı iztirablar içərisində boğulan bir adam çıxır qarşına. Və bu özü ilə üzləşmə anı məşuqəsinin (Lilya) evində gerçəkləşir. Onu anlayan, onu təkcə sevən qadının yanında. İnsanın birinə özünü açması elə də asan olmur. Bəzən danışmaq üçün dinlənildiyini, başa düşüldüyünü hiss etməlisən. Yoxsa elə qapılarımız açılmaz qalacaq, özümüzdən başqa heç kim o qapıların ardında nə baş verdiyini, nələrin düşünüldüyünü bilməyəcək. Hətta bəzən özümüz də… Filmdə də Farizi duyan tək insan Lilya idi. Bu səbəbdən onun evi Fariz üçün aydınlanma yeri idi. Bu da danışaraq baş verirdi. Yəni onlar çətin olanı bacarırdı. Çünki insanlar danışmaqda, bir-birini anlamaqda çətinlik çəkirlər. Bunu da aşmanın tək yolu elə danışmaqdır. Başqa cür münasibətdə harmoniya tutmaq mümkün deyil. Kimisi buna sevgi deyir, kimisi dostluq. Mənim üçünsə bu bütünləşmədir. Biz insanlar tək yarımçığıq. Bir adam ola bilmək üçün həyatımızda mütləq ki başqa bir insana ehtiyac duyuruq. Tapa bilməyəndə isə əzab çəkirik. Təklikdən yox, yarım qalmaqdan, tamamlanmamaqdan…
Görünür, onların arasında da bu vardı. Di gəl ki Fariz universitet işçilərindən birinin öz arvadı ilə tapa bilmədiyi yaxınlığı başqa bir qadında tapdığına görə ona işdən çıxarma qərarı verdi. Nə var ki, nə var o qadın da universitetin işçilərindən biri idi və bu əxlaqsızlıq sayılırdı. Birini sevmək, onunla özünü paylaşmaq nə vaxtdan əxlaqsızlıq olub ki? Yoxsa elə Farizin öz içində olduğu vəziyyət də əxlaqsızlıq idi? Hətta mən deyərdim ki, universitet işçilərinin münasibəti daha səmimidir, çünki ortada aldadılma yoxdur. Bütün tərəflər bu vəziyyətdən xəbərdardır. Amma Fariz? Fariz isə necə ki özünü gizlədirdi hamıdan, özündən, sevgisini də gizli yaşayırdı. Bu məsələ biraz kontroversial məsələdir bizim cəmiyyətdə. Yəni, evlənmisənsə, sənin artıq başqası ilə münasibətdə olma haqqın yoxdur. Bu qəbuledilməzdir. Lakin bir şey gözardı edilir. Ya xoşbəxt deyilsənsə? Buna görə də mənim bu barədə fikrim belədir: Hansı yaşda olursan, ol başqa birinə aşiq olma azadlığın olmalıdır. Amma eyni zamanda bunu həyatında olan insana deyə biləcək qədər səmimiyyətə və zərər vermədən həyatından çıxa bilmə mədəniyyətinə də sahib olmalısan.
Ümumilikdə, filmdə üzərində düşünə biləcəyimiz məqamlar həddindən artıq çoxdur. Mənə görə ən təsirli səhnə isə filmin sonunda Lilyanın insanların içərisində Farizin ardından uzun-uzun baxdığı andır. Filmin melanxolik musiqisində yavaş-yavaş Lilyanın gözlərinin dolması ilə baxışlarındakı səmimiyyətdə sevginin “qəbuledilməz” olanını belə anlamamaq mümkün deyil.
Yeri gəlmişkən qeyd edim ki, çəkiliş zamanı ciddi texniki problemlər yaşanmasına rəğmən, uğurlu bir iş ortaya qoyulub. İstər mövzusunun vuruculuğu ilə, istərsə də rolların mükəmməl mənimsənilməsi ilə, yəqin ki, film uzun zaman ağlımda qalacaq. Hər zamankı kimi Fəxrəddin Manafov yenə öz rolunu mükəmməl icra edərək bir daha kino tariximizə öz imzasını atır. Bizim üçün “Özgə ömür” filminin uğurlarından biri də odur ki, xarici aktrisa İrina Kupçenko ən yaxşı epizodik rola görə “Nika” prizinə layiq görülmüşdür.
Əməyi keçən hər kəsə təşəkkürlər!
“Özgə vaxt” filmi (1996)
Leyla (Ayan Mirqasımova)
Ramiz Rövşən və Hüseyn Mehdiyevin ssenaristi olduğu psixoloji-dram janrında olan “Özgə vaxt” 1996-cı ildə çəkilib və filmoqrafiyamızın ilk sənət filmlərindən sayılır.
Filmdə ifa olunan rollar, məkan dəyişikliyi hər nə qədər az olsa da, sadəcə toxunduğu mövzu ilə üzərimdə buraxdığı təsir bir o qədər güclü oldu. Film ata-qız münasibətlərindən bəhs edir. Bəlkə də, bu qədər təsirlənməyimin səbəbi elə məhz hekayənin bu xətt üzərində qurulmasıdır. Belə ki, ata damdan yıxılaraq ağır xəstəliyə düçar olur və qızı (Leyla) nəvazişlə onun qayğısına qalır. Təbii ki, bu yolda itkilər, çətinliklərin olması qaçınılmazdır. Leyla bilirdi ki, zamanla sahib olduğu hər şeydən imtina etməli olacaq. Sevgilisindən, işindən və dostlarından. Lakin o hər şeyi gözə alaraq atasının yanında olur. Bu hadisə mənim başıma gəlsəydi, nə edərdim? Sualın cavabı içimdə aydın şəkildə mənə məlumdur, amma işıq üzərinə çıxarsam, hal-hazırda, yəqin ki, cavab verə bilmərəm. Bunun səbəbi isə tamamilə mənim uşaqlığımla gəncliyim arasında sıxışıb qalmağım və hardasa balansı itirməyimlə əlaqədardır.
Yadlaşma: Albert Camus təzadı
Albert Camus
“Bu gün anam öldü, bəlkə də, dünən, bilmirəm” sözləri ilə başlayan məşhur “Yad” əsərinin gənc qəhrəmanı (Meursault) ölümü nə qədər təbii hal olaraq qəbul etsə də, “Özgə vaxt” filmində, Leylanın simvolunda tamamilə əksini gördüm. Bir tərəfdə Meursault-un “onsuz da öləcəyik, bunun necə və nə zaman olmasının heç bir mənası yoxdur” fikirləri ilə hissizləşmə, daha doğrusu, reallıqdan bədənim buz kəsəndə, digər tərəfdən Leylanın hələ xəstə atasının sağalacağına ümid bəsləməsi, bunun gerçəkləşəcəyinə dair inancı qarşısında o buzlar əridi və yavaş-yavaş yanaqlarımdan axmağa başladı. Bu iki obrazı birləşdirən isə yadlaşmadır, insanlardan, dünyadan təcrid olunma. Tale onlara soruşulmadan yazıldı, deyəcək heç nə qalmadı və öz həyatlarında sadəcə bir izləyici oldular.
Ümumilikdə filmin ab-havası çox ağırdır. Güclü səhnələri ilə Azərbaycan kinosunda fərqli bir atmosfer yaradılıb deyə bilərəm. Bu atmosfer insanı içinə maqnit kimi çəkir və səni alışmadığın duyğular burulğanına salır. Nə qədər çabalasan da oradan çıxa bilmirsən, ən sonda səhnə bitir və bədənin sürətlə yerə çırpılır. Xilas olduğunu düşünürsən, o sıra qeybdən belə bir səs gəlir: Bəs sən kimsən? Öz həyatında bir izləyici, yoxsa roluna sahib çıxan obraz?
Necə ki filmdə təsvir olunan göyərçinlər pəncərələr açıq olsa belə, uçub getmirdilər, atanın yaşadığı otaqda uçuşurdular, eynilə Leyla üçün də dünya o balaca evdən ibarət oldu. Filmin sonunda göyərçinlər kimi Leylanın da onu idarə edən həyata nəinki alışması, ondan qurtula bilmədiyi də görünürdü. Və beləcə atanın ölüm faciəsi ilə daha bir faciənin başlanğıcı qoyulmuş oldu.
Hər nə qədər çətin olsa da, bəzən qəbullanmaq lazımdır. Davam etmək lazımdır, sevməyə davam etmək, özünü, insanları, işini.. Və bir də insanlara ölümünü seçməyə icazə vermək lazımdır. Əgər ataya bu şans verilsəydi, görəsən, film necə dəyişərdi?
Son olaraq qeyd edim ki, film rejissor, ssenarist işi ilə yanaşı çox gözəl aktyorluq işi də ortaya qoyub və bir sıra kateqoriyada dəyərləndirilib. Məsələn, Berlin Kino Festivalında mükafat qazanan yeganə Azərbaycan filmidir. Bu filmdəki roluna görə Ayan Mirqasımova isə 1997-ci ildə Madriddə keçirilən I Beynəlxalq Kino Festivalında ən yaxşı aktrisa nominassiyasında mükafat alıb.
Uzun sözün qısası, izləyin, izlətdirin. :)
Toy
“Şəhər üzərində”-Mark Şaqal
Üstümdə ağ ipək, dizdən biraz aşağı don vardı. Sanki bədənimdə su kimi axırdı. Saçlarım da həmişəki kimi qısa, dalğalı. Yalın ayaqda daşların ayağıma batdığını hiss edəndə irkildim və ətrafıma baxdım. Qabağımda qohumların haxışta deyə-deyə toy yerinə getdiyini gördüm. Haxıştanın, əslində, gəlin hələ evdəykən onu çıxarmaq üçün gələndə oxunduğunu bildiyimdən biraz qəribə gəlmişdi bu hal. Üstündə qalmadım və kimlə evlənirəm deyə ətrafıma yenidən baxmağa davam etdim. Arxamda heç kim yox idi, hamı qabağımda addımlayırdı. Bəzilərinin arxadan kim olduğunu seçsəm də, çoxsunu göstərdiyim çabaya rəğmən tanıya bilmədim. Ayaqlarım isə getdikcə daha çox əzab verirdi. Taqətdən düşməyə başladım və kömək çağırdım, amma heç kim səsimi eşitmirdi. Hərə bir yandan çala-oynaya yeriməyə davam edirdi. Ağlıma dünən gecə gördüyüm yuxu gəldi. Dizlərim qanayırdı, nə ayağa qalxa bilirdim, nə də qanı dayandıra. Oyananda qan-tər içində qalmışdım. Gözüm yenə ayaqlarıma sataşdı. Hər şey qaydasında idi, sadəcə biraz tozlanmışdı. Yerimdə durub geriyə, yuxarı kəndə tərəf baxdım. İki ay əvvəl qardaşım və bacımla birlikdə həmin kənddə qalan bir ailə dostunun evində bir müddət qalmağa qərar verdiyimiz vaxtı xatırladım. Bir gün dağa tərəf qalxıb ətrafı gəzmək üçün çıxmışdıq. O sıralar da münasibətimiz çox yaxşı olduğundan elə hey söhbətləşirdik. Başımızın da bu söhbətlərə qarışıb evdən xeyli uzaqlaşdığımızı başa düşdüyümüz anda artıq hava qaralmağa başlayırdı. Fevralın sonları olduğu üçün hələ də soyuq idi. Qardaşım ətrafa boylanıb gecələyə biləcəyimiz bir yer varmı deyə baxdı. Nə hikmətsə, yarğanın yanında balaca bir daxma göründü. Çobanların mala çıxanda burada qaldıqlarını dedi. Görünür, o da bunu sadəcə təxmin edirdi, amma içəri girəndə otağın sol küncündəki soba və yanındakı taxta dəyənək, sağ tərəfdə çarpayıya bənzər yataq, üzərində də qoyun dərisindən hazırlanan döşəkçələr oranın həqiqətən də çobanların qalması üçün hazırlandığını göstərirdi. Vaxt itirmədən sobanı yandırdıq, bacım da evdən çıxanda götürdüyü peçenye və almanı çıxarıb masaya qoydu. Alma bir dənəydi, buna görə də, kimə nə çatacaq deyə bir-birimizə baxıb gülüşdük. Almanı üç yerə ayırıb yedik. Qardaşım çölə ehtiyat odun yığmağa çıxdı. Biz də bacımla pəncərədən yavaş-yavaş əriməkdə olan qara baxırdıq. Birdən bir səs eşidib irkildik. İnsan səsləri idi, səs çox yaxından gəlirdi, amma heçnə başa düşmürdüm. Qardaşımın səsini ayırd etdiyim an əlimə sobanın altından isti bir odun alıb çölə qaçdım. O təlaşla bacımın arxadan gəlib-gəlmədiyinə belə diqqət etmədim. İkisi mənim boyda qız, üçü isə bir az məndən hündür oğlan vəhşi üz ifadəsiylə qardaşımın üstünə gedirdi. Əlimdəki yanan odunla onları qorxudub geri çəkilmələrini dedim. Əslində, işə yaramayacağını düşünürdüm, amma aralarından biri yanıma gəlib səssizcə sadəcə çörək istədiklərini dedi. Evə qaçıb qalan peçenyeleri gətirib hamsına verdim. Üzlərindəki məsumiyyət onların heç kimə ziyan verməyəcəyinin, aclıqdan vəhşiləşdiklərinin nişanəsi kimiydi. İçimdəki onları tanıma arzusu bədənimi sobadan daha çox isidirdi. Kim olduqlarını, harada yaşadıqlarını öyrənmək üçün yanıb-tutuşurdum. Bir də haçan belə bir situasiyada ola bilərəm deyə düşündüm və bacımgilə onlarla gedib qayıdacağıma dair bir xeyli dil tökdüm. Nəhayət, qərib qonaqların evinə doğru yol aldıq. Bizdən çox da uzaqda sayılmazdı qaldıqları yer. Kənardan iki otaqlı kimi görünən əslində üç olan, balaca, hər an dağılacaqmış kimi duran bir evdi. Əvvəlcə məni evin arxa tərəfinə apardılar. Ayağımın altında cırıldayan balkondan aşağı tərəf baxdım. Ətrafında çoxlu ağaclar olan uzun bir dərəyə baxırdı bu balkon. Ən aşağıda olan ağacın budaqlarını görmək olurdu. Həyatımda heç elə bir mənzərə görməmişdim. Ağaclar heç bu qədər çılpaq görünməmişdi. O görüntünü heç vaxt unuda bilməyəcəyimin bilincində yenidən evin önünə gəldik, qapını açıb içəri girdim. Biri sağ, biri sol küncdə iki çarpayı vardı. Çarpayıda xəstə halda yatan atası və anasına salam verdim, amma donuq sifətlə üzümə baxan nə gözlərdən, nə də o quru dodaqlardan bir cavab almadan çıxdım. Digər otağa girdim. Birinci ilə eyni görünüşdə idi, sadəcə yataqlar biraz daha geniş, yatanlar isə cavan idi. Hətta biri 14 yaşlarında bir oğlan uşağıydı. Mən içəri girəndə böyük olan ayağa qalxdı. Hündür və saqqalıydı. Bədəninin iriliyindən biraz qorxmuşdum, ona görə də, tez tələsik salam verib çıxdım.
Xəstə adamların bu qədər uşağı belə bir yerdə necə böyütdüyünü düşünərək üçüncü otağa girdim. Bizim yanımıza gələn qızlardan biri pəncərənin kənarında oturub iri gözlərini mənə dikmişdi. Bu balaca evdə böyük bir dünyaya qapı kimi açıldı o gözlər, məni də içinə aldı. Qorxudan bədənimin titrədiyini duyacaq deyə çox narahat oldum, amma bu qorxu nə yad qonaqlarla bağlıydı, nə də gerçəklərlə üzləşməklə. Bütün bunlarla həyatıma necə yön verəcəyimin bilinməzliyi ilə yanına getdim, əlimi tutdu. Əlləri o qədər sərt idi ki, üzünə baxmasan bir qadın əli olduğunu anlamaq mümkünsüzdü. Anasının dünyaya gətirdiyi beş uşağın (hərəsi bir yerə çöküb sakitcə bizə baxırdı) haqqında danışmağa başladı. İkinci otaqda gördüyüm oğlanların əslində qızlardan ikisinin-Fizzə və Çinarın əri olduğunu başa düşdüm. Mənim başda oğlan olaraq tanıdıqlarım da qız idi. Olduqları vəziyyət onların qadınlığını almışdı. Kişi kimi olmağa məcbur buraxılmışdılar sanki. Girdiyim o dünyada xoşbəxtlik çox az — hətta demək olar ki — yox idi. İnsanlardan uzaq, izolyasiya edilən bu qadınlarda gördüyüm sadəcə iztirab, peşmançılıq və səfalətdi… İnsan ağılsızlığı nələrə qadirdir, ilahi?- deyə içimdən dərin bir ah çəkdim.
Çox çəkmədən qardaşımın arxamca gəldiyini eşitdim. Qapıda məni gözləyirdi. Onlara mütləq yenidən gələcəyimə dair söz verdim. Çıxanda Fizzənin utanaraq “Qayıdanda mənə üzük al”,- dediyini eşitdim. Qadınlıq bir daş kimi çiyinlərimdəm sallanırdı. Gözlərimin bir an dolub soyuq yanağımdan axdığını hiss etdim.
Yuxudan duranda saat yeddi idi və o yaş artıq körpücük sümüyümə çatmışdı. Pəncərədən çölə baxdım, gözüm evlə üzbəüz kinoteatrın üstündəki afişaya sataşdı. Roy Andersonun “Sonsuzluq haqqında” (About endlessness) filminin tezliklə nümayiş olunacağı deyilirdi. Mənsə həyatımla artıq nə edəcəyimi bilirdim. Barmağımdakı üzüyü çıxarıb tirmonun üstündəki qutuya qoydum və mətbəxə gedib çayın altını yandırdım.
“Pəncərə” filmi (1991)
“Doğrudan, görəsən, bu uşaqlar bədbəxtdirlər, ya xoşbəxt?” elə filmdə də verilən bu sualı filmin açılış hissələrində mən də özümə verirdim. Söhbət internat məktəbində oxuyan uşaqlardan gedir. Filmin ilk səhnələrində Əhsən adlı oğlanın atası tərəfindən məktəbə gətirilməsi, başqa digər balaca qızın qardaşının yanına ağlayaraq qaçması və sonra qardaşının bu barədə direktorla söhbətini görürük. Bununla da uşaqların məktəbə yazdırılma səbəbləri ortaya çıxır. Baxmayaraq ki, bəzilərinin valideynləri var, amma film boyunca yetim kimi təqdim edilmələri əslində onların ağlamalarının səbəbini, kədərlərini anlamamda ilkin şərait yaradan amil idi. Çünki var olan bir şeyin yoxluğunu duymaq olmayanın ağrısından daha dərindir. Buna görə də düşündüm ki, sevgisiz bir evdə böyüməkdənsə, ortaq kədəri paylaşdığın çox mərtəbəli bir binada yaşamaq o boşluğu müəyyən qədər doldura bilər. Uşaqların bir-birinə olan münasibəti də hardasa bu fikrimi təsdiqlədi. Müdafiə, mərdlik, paylaşma, səmimiyyət aralarında tam aydın hiss olunurdu. Bu isə onların vaxtından tez böyümələrindən və həqiqəti dərk etmələrindən irəli gəlirdi. Amma yaddan çıxan bir məqam var. Evdə idarəedici ata/ana fiqurunun olduğu kimi, məktəbdə də direktorun olması, hətta sadəcə direktor da yox, müəllim, təsərrüfat müdiri, onların tabe olduğu dövlət. Bütün bunlar sıxışdırılma, psixoloji təzyiq, zorakılıq hallarının qaçınılmazlığını üzümə şillə kimi vurdu. Təbii ki, bu idarə olunmaqla yox, necə idarə olunmaqla bağlıdır və sözsüz ki, dövlət nümayəndələrinin rüşvətxorluğu, eyş-işrət düşkünlüyü məni filmdə verilən sualın cavabına daha da yaxınlaşdırırdı.
“Musiqimiz qalıb arvadların ümidinə” filmdə deyilən bu cümlə nəinki ölkədə qadınların cəmiyyətdəki rolunun qəlibləşdirilməsinin, hətta sənətin dəyərsizləşdirilməsinin bir qrup şəxsə bağlı olması və bu şəxslərin ölkənin taleyini dəyişdirə biləcək insanlar olması isə ayrıca əhəmiyyətli hissədir. Bu da sağlam və xoşbəxt bir gələcək üçün dəyişikliyə elə məhz buradan başlamağın lazım olduğunu göstərir.
Bir az da yaxşı şeylərdən danışmaq istəyirəm. Uşaqların Siçan Zəki, Cırtdan Vasif kimi bir-birinə qoyduğu ləqəblər əsl Azərbaycan məktəbi aurası verdi. Özümü lap 12 yaşında hiss etdim desəm, yalan olmaz. Daha sonra gecə yatanda Səmədin nağıl danışması, Ulduzun kamança ifasında otaqdakı səssizlik, kameranın uşaqların üzlərini yaxın çəkimləri, Savalanın ilk maaşında Vasifə kamança almaq istəyi uşaqların saflığından, mehribanlığından xəbər verir.
Qırmızı pioner qalstukunun doğruluğun, dürüstlüyün simvolu kimi göstərildiyi bir dövrdə bu rəmzin çalarlarını sadəcə uşaqların timsalında görməyimiz, böyüklərin isə sadəcə dildə istifadə etdiyi bir ifadə kimi gözümüzə çarpması yaş artıqca bu kimi xüsusiyyətlərin itirildiyini, buna səbəb isə yaşadığımız mühit və cəmiyyətin təsirinin olduğunu göstərir.
Zaman keçir, dövr dəyişir, lakin pəncərə ardı dəyişməz qalır. İnsanlar elə eyni insanlar, hadisələr elə eyni hadisələrdir. Sadəcə problemlərin donu dəyişdirilib fərqli adlara geydirilir. 1991-ci ilin Əhsəni olur 2019-cu ilin Elinası…Məsələ burasındadır ki, pəncərə çıxış yolu deyil, olmamalıdır. Qapılarımız nə qədər açıq olsa, xoşbəxtliyi yuxarıda yox, elə ən aşağıda tapacağıq.