Stories by asim mammadov on Medium
İT Biznes analist kimi bilməli olduğunuz vacib nüanslar
İlk olaraq onunla başlayaq ki, İT biznes analist olaraq işləmək özündə çox yönümlü işləmə bacarığı tələb edir. Bu iş zamanı sizə ən lazım olacaq 2 bacarıq varsa, birincisi analitik düşüncə, ikincisi isə düzgün kommunikasiyadır. Bu bacarıqlarınızın ortalamadan daha yaxşı olduğunu düşünürsünüzsə, o zaman texniki biliklərinizi də inkişaf etdirərək biznes analitika sahəsində uğurlu bir mütəxəssisə çevrilə bilərsiniz.
İT biznes analitiksinizsə, sizin komandanızın tərkibi frontend, backend developerlər, eyni zamanda dizayner və məhsul sahiblərindən formalaşacaqdır. Bu da sizin İT dilinə nə qədər hakimsinizsə, o qədər yaxşı kommunikasiya və analitika bacarığınız ola biləcəyini göstərir. Bu səbəbdən mümkün olduqca İT və proqramlaşdırma dillərinin məzmununu, hansı proqramlaşdırma dillərinin hansı üstünlüklərə malik olduğunu və nə cür layihələrdə istifadə olunduğuna dair bilikləri əldə etməyiniz vacibdir. İndi isə keçək İT biznes analitiklərin iş günü ərzində ən çox istifadə etdikləri alətlərə.
İT Biznes Analitiklərin gündəlik istifadə etdiyi 10 alət
Jira — Task menecment aləti. Hazırda Agile sistemi ilə işləyən İT komandalarının dünya üzrə ən çox istifadə etdikləri task menecment proqramıdır. Jira çox funksionaldır və siz bu alət vasitəsilə komandanın backlogunu idarə edə, sprintlər yarada və taskları bu sprintlərə əlavə edib komanda yoldaşlarınıza assign edə bilərsiniz. Jira Scrum master-lər və Product owner-ların daha çox istifadə etdiyi bir alət olsa da, komandada bu üzvlər olmadığı təqdirdə biznes analitiklər tərəfindən bu işlərin icrası həyata keçirilir.
Postman — Əgər yaxşı bir biznes analitik olmağı hədəfləyirsinizsə, Postman-dan bərk yapışın və bütün funksionallıqlarını öyrənin. Postman REST API-lərlə sorğu göndərmək üçün istifadə olunur. Bunun vasitəsilə endpoint qeyd edilərək sorğu göndərilib API-lər yoxlanılır. Postman-da eyni zamanda kolleksiyalar da yaratmaq mümkündür. Postman həm developerlər, həm testerlər, həm də biznes analitiklər tərəfindən ən çox istifadə olunan alətdir, demək olar.
Figma — UX/UI dizaynerlərin əsas aləti olan Figma, İT biznes analitiklər üçün olduqca vacib bir alətdir. Bunun əsas səbəbi isə bütün komandalarda UI dizayner olmamasıdır. Bu zaman frontend developerlərə tapşırıqların daha aydın ötürülməsi üçün bu cür vizuallaşdırmaya ehtiyac yaranır.
Camunda — BPMN çəkilməsi üçün lazımi alətlərdən biridir. Bir çox böyük strukturlu şirkətlərin istifadə etdiyi Camunda backend proqramlaşdırmada çox geniş yayılmışdır. Camunda həm prosesi göstərmək, həm də texniki səviyyədə çəkmək üçün istifadə oluna bilər. Bu zaman isə backend developerlərlə birgə işləməyə ehtiyac duyula bilər. Bəzi şirkətlər isə Camunda-nın sistemi zəiflətdiyini düşündüyü üçün BPMN məntiqini istifadə etmir, ancaq yenə də çoxluq üçün hələ də ən çox istifadə edilən alətlərin əvvəlində yer alır.
Draw.io — Bu alət proseslərin vizuallaşdırılması üçün olduqca əlverişli bir alətdir. Burada həm user story-lər, həm sequence diagram, həm BPMN, həm də flow mapping kimi bir çox diaqram və qrafik növü mövcuddur. Bu alətin əsas üstünlüyü ödənişsiz olmasıdır. Əgər bu işlər üçün daha rahat bir alət axtarırsınızsa, sizə Lucid Chart-ı da məsləhət görə bilərəm, sadəcə Lucid Chart ödənişli bir proqramdır, məlumatınız olsun.
Excel — Gəldik biznes analitiklərin olmazsa olmazı olan Excel-ə. Bir çoxları Excel-in sadəcə mühasiblər və maliyyəçilər üçün olduğunu düşünsə də, biznes analitiklər üçün də bu alət olduqca həyati bir yerə sahibdir. Xüsusən reportinq işləri üçün bu alətə böyük ehtiyac duyulur. Bazar araşdırması, analizlər və reportlar adətən Excel üzərindən aparılır. Çox funksionallığı bu aləti rəqibsiz edir.
Gravitee — Bu bir API menecment alətidir. Bunun vasitəsilə biznes analitiklər API-ların sorğularına baxa bilər, sorğunun request–response-nu görə bilərlər. Daha çox support zamanı yaranan xətaların həllində, xətanın müəyyən olunması mərhələsində olduqca faydalı bir alətdir. Hansı sorğunun hansı cavabı qaytardığı, xəta olub-olmadığı kimi məlumatları əldə edə bilirsiniz. Eyni zamanda sistemlərin yenidən dizaynı zamanı bu alət vasitəsilə hansı endpoint-in hansı request–response-u olduğunu müəyyən etmək olur.
Axure RP — Yuxarıda UI dizayn üçün Figma-dan bəhs etmişdik. Figma-nın istifadəsi çox bəsit olmadığı üçün qısa zamanda dizayn üçün bir həll lazım olduqda Axure köməyə çatır. Figma qədər olmasa da, lazım olan tapşırıqların developerlərə ötürülməsi üçün istifadə oluna biləcək bir alətdir. Bəzi hallarda isə stakeholder-lardan alınan məlumat əsasında UI dizaynlar üçün bir prototip yaradıla bilər.
PowerPoint — Bir çox sahədə olduğu kimi biznes analitikada da görülən işlərin yaxşı şəkildə təqdimatı üçün PowerPoint bacarıqları lazımdır. Hazırda təqdimatların hazırlanması üçün bir çox yeni AI alətləri inkişaf etdirilsə də, PowerPoint öz aktuallığını bu sahədə hələ də davam etdirir.
Tableau — Bu alətin əsas məqsədi data ilə analizlərin vizuallaşdırılmasıdır. Funksionallıq olaraq vizuallaşdırmanı Excel-də də həyata keçirmək mümkündür, lakin bəzi şirkətlər bunun üçün Tableau istifadəsini daha məqsədəuyğun hesab edir.
Yeni bir məhsul fikri olub lakin ideyasını necə reallaşdıracağı barədə tərəddüdü olanlar üçün yol xəritəsi.
Məhsul ideyasını tapmaq
İlk addım hər zaman kəşflərlə başlayır deyə düşünürsünüzsə nəzərinizə çatdıraq ki, kəşflər üçün ən əsas vəsait yol xəritəsidir. Əvvəlcə yeri müəyyən edin ki, kəşf çox vaxt aparmasın. Əgər yer olaraq digital dünyadan danışırıqsa hər hansısa bir iş sahəsini vəya bir xidməti seçə bilərsiniz. Yer seçildikdən sonra isə oradakı kəşfinizə fokslana bilərsiniz. Yavaşdan zehninizdə canlanan bir şeylər oldusa yolumuza davam edə bilərik.
Rəqib araşdırması
Bir ideyanız var? Əsas sual isə budur, bu ideya sizdən başqa kimlərdə var? Bəlkə də kimlərdəsə bu ideya illər əvvəl olub və hazırda bazarda belə bir məhsul var yəni rəqiblərə sahibsiniz. Əgər vəziyyət belədirsə narahat olmayın, milyonlarla xidmət və məhsulun tək bir satıcısı yoxdur. Burada əsas olan nüans rəqiblərinizi nə qədər yaxşı tanımağınızdır və bu yerdə sizə Jack Trout Al Ries — Marketing Warfare kitabını tövsiyyə edəcəm. Səbəb isə bu kitabda bazarın və rəqiblərin vəziyyətinə görə nə cür strategiyalar və taktikalar istifadə oluna bilər onları öyrənəcəksiniz. Beləliklə bir excel vərəqi açıb sırası ilə rəqiblərinizi və onlarla bağlı bildiyiniz bütün məlumatları qeyd etməyə başlaya bilərsiniz. Nümunə olaraq rəqiblərinizin xidmətləri, qiymətləri, filialları, reklamları, istifadə etdikləri texnologiyalar və ağlınıza gələ biləcək bütün bu qəbildən məlumatları qeyd edə bilərik.
Boşluqları tapmaq
Məhsul vəya xidmət ideyanız var və rəqiblərinizlə bağlı məlumatları da yuxarıda qeyd edilən kimi toplamısınızsa o zaman bu məlumatlardan başlayaraq boşluqları tapmaq lazımdır. Sizin ideyanıza görə məhsulunuz vəya xidmətiniz bazardakı rəqiblərinizə nəzərən hansı əlavə problemi həll edir. Sizin məhsul yaratdığı dəyərlə bazardakı hansı boşluğu bağlaya bilər? Bu hər hansısa bir texnologi həll ola bilər bəlkə də eyni həlli sadəcə fərqli bir texnologiya ilə icra edərək üstünlük əldə etmək.
Hedef bazarı və müştərini müəyyən edin
Hədəf kütləni və müştəri profilini müəyyən etmək demək olarki satış və marketinq işlərinizin əsas müəyyən edici faktorudur. Bunları müəyyən edərək siz kimlərə məhsul satmağa çalışacaqsınız onun qərarını vermiş olursunuz. Əgər hədəf bazarınız və müştəri profiliniz yoxdursa bu zaman işiniz samanlıqda iynə axtarmağa bənzəyəcək. Bu üsul sizin eyni zamanda reklam və marketinq resurslarınıza vurulmuş böyük bir zərbədir. Müştəri profilini müəyyən edərkən məhsulunuzu hansı yaş aralığında, hansı cins və sosial statusda olan şəxslərə yönəldiyini ilk olaraq müəyyən etməlisiniz. Bu ayrım çox geniş bir ayrımdır sadəcə başlanğıc üçün sizə kömək edəcəkdir. Buna misal olaraq semrush platformasının hədəf kütləsi digital marketoloqlar daha da dərinə ensək seo mütəxəssisləri, Jira-nın hədəf kütləsi İT teamlər, daha çox agile istifadə edən böyük korporativlər olduğunu deyə bilərik. Bir çox məşhur şirkətlərin fərqli markalar yaradaraq bazarda yer almısının əsas səbəbi də bu fərqli hədəf müştəri kütlələrinə xitab etmələləridir. Yəni eyni bir məhsulu bütün bazara satmağa çalışmaqdansa bazarı yaxşı analiz edib, fərqli seqmentlər yaradıb hər bir seqmentə aid müştəri kütlələri üçün fərqli marka və reklam işləri ilə daha yüksək profitlər hədəfləmək daha çox üz tutulan bir yoldur. Siz də bu səbəbdən öz məhsulunuzu yaratdıqda bu məhsulun xitab edəcəyi kütləni müəyyən xüsusiyyətlərə görə təsnifatlandırmalısınız. Bunu daha aydın anlamaq üçün Mad Man serialında pivə bazarına yeni daxil olacaq Miller üçün qeyd edilən müştəri profilinə baxaq. Bu pivə markasının əsas istehlakçıları aşağıdakı kimidir:
Midwestern-də yaşayan
Universistet bitirmiş
Yaxşı işi və qazancı olan
Günün böyük hissəsini işlədiyi üçün xoşbəxt olmayan
Qarajında istifadə etmədiyi elektirikli alətlər olan
İdmanı sevən çünki nə vaxtsa idmanla məşğul olub
İtləri sevən çünki danışa bilmirlər
Bu xüsusiyyətlərə sahib bir çox insan var və onlar üçün xüsusi bir pivə markasına ehtiyac duyulub. Siz də öz məhsulunuzun öz kütləsini bu cür təsnifləndirərək növbəti addımlara daha aydın zehinlə keçə bilərsiniz.
MVP Features
Digital məhsul yaradarkən ideyanız rəqibləriniz və hədəf bazar və müştəri kütlənizi müəyyən etmisinizsə o zaman məhsulunuz ilk olaraq hansı feature-lar yəni hansı funksionallıqlarla bazara çıxacağını dəqiqləşdirmək lazımdır. Hamısı olsun və məhsul mükəmməl şəkildə hazırlansın elə bazara çıxaq düşüncəsi sizin çox uzun zamanınızı ala bilər və fikrə qarşı olan marağınızın azalmasına səbəb olacaqdır. MVP anlayışı bu səbəbdən çox vacibdir. Müəyyən etdiyiniz əsas problemi həll edəcək minimum funksionallıqla bazara çıxıb məhsulunuzu inkişaf etdirməyiniz həm resusrs həm də zamanlama cəhətdən daha faydalı olacaqdır.
Prototype
Prototip məhsulunuzun necə olacağını təsəvvür etdiyiniz və çızma qaralara başladığınız bir mərhələdir. Məhsul veb-də yoxsa mobil tətbiqdə mi olacaq yoxsa hər ikisində mi? Müəyyən etdiyiniz minimal funksionallıqla üçün istifadəçi təcrübəsi və vizuallaşdırmanın təməllərini müəyyən edəcəksiniz. Bunun üçün kağız qələm də istifadə edə bilərsiniz aşağıda qeyd edəcəyim alətləri də.
Balsamic
Axure RP
Visio
Bu zehninizdəki məhsulun vizuallaşmağa başladığı və dizayner və developerlərlə sıx işləməyə başladığınız bir mərhələdir. Artıq digital məhsulunuz üçün ilk output-u əldə edə bilərsiniz.
Dizayn
Bu mərhələ məhsul yaratmada ən həyacan verici mərhələdir demək olar. Çünki artıq məhsul ağlınızda deyil gözününüz qarşısındadır və siz onun insanlar tərəfindən necə görünəcəyini müəyyən edirsiniz.Bu mərhələdə məhsulunuzun həll edəcəyi problemə funksionallığa və istifadəçilər üçün yaradacığı təcrübənin xoş olmasına fokslanmaq əsasdır. Sizə mümkün qədər asan anlaşılan və istifadəsi rahat bir məhsul olacaq. Eyni zamanda da zamanın trendləri ilə uyğunlaşma şərtdir. Əgər bazarda hədəf kütlənizin istifadə etdiyi oxşar məhsul varsa onun dizaynı kopyalamayın amma ondan çox da fərqli bir istifadəçi təcrübəsinə də keçid etməyin ki istifadəçilərdə məhsulun narahat dizayna sahib olduğu düşüncəsi yaranması. Beləliklə də dizayn zamanı diqqət edilməli olan 2 əsas nüans rahat istifadə ediləbilən məhsul olması və istifadə zamanı xoş istifadəçi təcrübəsi yaratması yəni yorucu sıxıcı olmaması istifadəçini daim axışda tutmasıdır. Dizayn prosesinin əsas tələbləri bunlar olsa da təməldə çox dərin bir anlayışlarla da qarşılaşacaqsınız. Qısaca bu təməl anlayışlar aşağıdakı kimidir
Conceptual Design
İnformation Architectura
İnteraction Design
Vizual Design
Bu anlayışların hər biri isə çox geniş izaha ehtiyac duyulan mövzulardır.
Test
Artıq uzun bir yolun son mərhələlərinə çatırıq. Üzərində işlədiyiniz məhsul evdən çıxıb dünyanın qalanı ilə tanış olmağa hazırdır. Bəs bunun üçün hər şey hazırdır mı. Əgər cavabınız bəlidirsə sizi son testlərə dəvət edirəm. Digital məhsul üçün test dedikdə hər kəsin ağlına ilk olaraq QA testləri və usability ən əsas da A/B testi gəlməkdədir. QA yəni Quality assurance tests məhsulunuzun funksionallığını performansını və təhlükəsizliyi kimi nüansları yoxlamaq üçün istifadə edilir. Usability testləri məhsulun istifadə rahatlığını müştəri flowlarının düzgünlüyünü yoxlayır. Ancaq bunlarla yanış sizin hədəf müştəri qrupları ilə də testlərə və onların məhsul haqqındaki düşüncələrini eşitməyə ehtiyacınız olacaq. Bu xüsusən marketinq üçün olduqca əhəmiyyətli bir mövzudur çünki zamanınızı və resurslarınızı xərcləyərək ortaya çıxardığınız bu məhsulun bazarda əksik görünməsini istəməz heç bir kəs.
Development
Təbriklər məhsulunuz testləri keçdi və artıq bazardadır. Ancaq bu son deyil və hər şey indi yenidən başlayır. İndiyə qədər etdiyiniz şeyləri yaxşı yadınızda saxlayın çünki çünki hər gün onlara davam etməlisiniz. Məhsuluz hər gün inkişaf etməlidir.Artıq bir yeni şey də etməlisiniz bu da nəticələri ölçüb onlara uyğun pozisya almaqdır. Nəticələri ölçün və onları hər gün yaxşılaşdırmaq üçün çalışın və daha sonra yenidən ölçün və yenidən yaxşılaşdırın. Yaxşılaşdırmaq üçün isə yeni fikirlər və hipotezlər düşünün.Beləliklə də digital dünya ilə ayaqlaşan məhsulunuzun yaşam ömrü uzun illərə yayıla biləcəkdir.
Son zamanların həm sosyal mühitdə həm də veb-də ən çox danışılan mövzularından biri iş məsələsidir. Hansı seçim daha qazançlıdır və ya hansı seçimin kimlərə daha uyğun olduğu barədə bu yazıda məlumatlar yer alacaq. İlk olaraq onu bildirim ki bu mövzunun aktuallığı xaric bu məsələ bağlı ilə yazmaq fikri Disney+ da yer alan Enterprineurs serialıdır. Yazının davamından həmin serialında bu məsələ barədə yanaşması əksini tapacaq.
Yuxarıdakı şəkili 25 və daha çox yaşı olan insanlar yəqinki görüblər. Bu şəkil də bir zamanlar korporativ iş dünyasından bezib kafe biznesinə olan axımın nəticəsini göstərən statusdur. Amma içinizi bu qədər də qaraltmayım çünki bu yolu seçib də uğurlu olmuş bir çox nümunə mövcuddur. Bəs düzgün qərar vermək üçün nə edilməlidir deyə düşünürsünüzsə aşağıdakı suallara cavablarınız gərəkli olacaq.
Risk almağı sevirsiniz mi?
Qeyri müəyyənlikdə idarəni saxlaya bilirsiniz mi?
Pula düşkünlüyünüz azdır mı?
Əlinizdəkiləri itirmək sizi narahat etmir mi ?
Əgər siz də yuxarıdakı suallara bəli-dirsə o zaman sizin öz işinizi qurmaqda çətinlik yaşayacağınızı zənn etmirəm. Çünki sahibkarlığa başlamaq qaranlıq bir gecədə gözləriniz bağlı irəlləməyə bənzəyir. Siz hissləriniz və bacarığlarınızla işığı tapa bilərsiniz vəya yolu tapa bilməyib geri qayıda bilərsiniz. Əlbəttə hər şey insanın özündən də asılı deyil lakin bu yolun sizə nələr gətirəcəyini əvvəlcədən düşünməlisiniz. İlk olaraq yaşadığınız mühitin uyğun olub olmadığını da anlamaq lazımdır. Məsələn bəzi ölkələrdə dövlət və qurumları kiçik bizneslərə xüsusi dəstək verərkən bəzi ölkələrdə biznes mühitinin dövlətdən asılılığı demək olar ki yoxdur. Yenə də bu yazıda biznesin necə uğurlu ola biləcəyini deyildə sizin üçün hansı istiqamətin daha faydalı ola biləcəyini aydınlaşdırmağa çalışırıq. Ona görə aşağıdakı suallara baxmağda fayda olacaqdır.
Həyatınızı planlı yaşamağa mı üstünlük verirsiniz?
Öz standartlarınızına bağlısınız mı?
Disiplinli bir həyatınız var mı?
İş-yaşam bərabərliyinə nə dərəcədə önəm verirsiniz?
Yuxarıdakı suallara cavabınız bəlidirsə o zaman siz korparativ mühitdə uğurlu ola bilərsiniz. Çünki bu tərz işlər yüksək disiplin və səbr tələb edir. Entrepreneurs serialında bir şirkət əməkdaşı co-working mərkəzinə gəlib girişimcilərlə danışarkən maaşlı işin üstünlüklərini bildirir hansıki siz az da işləsəniz çox da işləsəniz ay sonu eyni məbləğdə maaşınızı alırsınız. Şirkətdə yüksəlib yaxşı gəlir əldə edə bilirsiniz. İş saatlarınız və tətil günləriniz bəllidir. Öz işinizi yaxşı şəkildə yerinə yetirdiyiniz halda istədiklərinizi də əldə edə bilirsiniz. Eyni zamanda tibbi sığorta və sosial müavinətlər də əldə edə bilirsiniz.
Əgər sizin də əlinizdə inandığınız bir ideyanız varsa o zaman yoxlamağınızı tövsiyyə edirəm amma kontrolu əldən buraxmadan. Ətrafdakı Fake Stive Cobsların podcastlarına çox da aldanmamağa çalışın. Məsələ pul qazanmağdırsa maaşlı işlər bunun üçündür məsələ azad həyat tərzidirsə o zaman müəyyən riskləri alıb irəlləməli olacağsınız. Bu mövzu ilə bağlı Quora-da çox sevdiyim bir rəy var idi onu da əlavə edirəm.
“İşlər müvəqqətidir. Ömürlük bir maaşlı işə bağlı qala bilməzsiniz. Bir şirkətdə nə işlə məşğul olmağınızdan asılı olmayaraq, müdiriniz mənfəət və ya zərərlə bağlı olaraq qərarlar qəbul edir. Müasir dünyada müəyyən bir müddətdən sonra risk götürmək və öz biznesinizi qurmaq çox vacibdir.” — Shraddha Pawar