Stories by Namik on Medium
Frontend-ə başlayanda özümü developer hesab edirdim.
Kod yazırdım, komponent qururdum, layout-ları “işlək hala” salırdım. Amma bir detal vardı ki, zamanla məni rahat buraxmadı.
Mən kod yazanda dizayna həddən artıq fikir verirdim.
Düymənin yeri, boşluqlar, istifadəçinin bunu necə görəcəyi, harda çaşacağı… Bunlar mənim üçün sadəcə “UI detalı” deyildi. Mən bu sualları koddan əvvəl verirdim.
Və bu, ilk siqnal idi.
Kod Yazırdım, Amma Problem Dizayn Idi
Bir layihədə hər şey texniki olaraq düz idi.
State işləyirdi, API gəlirdi, səhv yox idi.
Amma istifadəçi:
•	səhifədə ilişirdi
•	lazım olan yeri tapmırdı
•	axını yarımçıq qoyurdu
Bu nöqtədə başa düşdüm ki, problem kod deyil.
Problem, qərar verməyi çətinləşdirən dizayndır.
Mən kodu düzəldə bilirdim, amma istifadəçi davranışını düzəldə bilmirdim. Çünki bunun üçün başqa bir düşüncə lazım idi.
“Sən UX/UI-ya Bax” Deyilən An
Bir developer dostumla bu mövzuda danışanda, sadə bir cümlə işlətdi:
“Sən koddan çox dizayn düşünürsən. UX/UI sənlikdir.”
Bu, məni silkələdi. Çünki ilk dəfə idi ki, kənardan biri mənim düşündüyümü sözə çevirirdi.
Araşdırmağa başladım:
•	UX nədir?
•	UI nədir?
•	Dizayn sadəcə vizualdırmı?
Və bu araşdırma məni bir yerə gətirdi.
Ulvin Omarov və İlk Real Anlayış
YouTube-da videolar axtararkən Ulvin Omarov-un kontentinə rast gəldim.
Bu videolar mənim üçün “tutorial” deyildi.
Bu, düşüncə tərzi idi.
İlk dəfə bu anlayışlar mənə aydın oldu:
•	Dizayn = problem tərifi
•	UI = nəticədir, başlanğıc yox
•	İstifadəçi səhv edirsə, günah ondadır yox, dizayndadır
Videolara baxdıqca bir şey dəyişdi:
artıq ekrana yox, istifadəçinin beyninə baxırdım.
Öz Üzərimdə İşləməyə Başladım
Sadəcə baxmaqla kifayətlənmədim.
•	Flow-lar çəkdim
•	Öz dizaynlarımı tənqid etdim
•	“Bu düymə niyə buradadır?” sualını verdim
•	Eyni problemi 3 fərqli UX həlli ilə sınadım
Bu mərhələ çətin idi. Çünki:
•	artıq frontend rahatlığı yox idi
•	“işləyir” demək kifayət etmirdi
•	hər qərarın səbəbi olmalı idi
Amma məhz burada inkişaf başladı.
Bu Sahəni Niyə Sevdim?
Çünki UX/UI mənə bir şeyi verdi: məntiq.
Artıq dizayn:
•	zövq yox,
•	trend yox,
•	təsadüf yox idi.
Bu gün UX/UI mənim üçün:
•	sistem qurmaqdır
•	risk görməkdir
•	istifadəçini səhv etməyə məcbur etməməkdir
Mən hələ yolun sonundayam demirəm.
Amma hər gün bu sahədə daha yaxşı düşündüyümü hiss edirəm.
Və ən əsası — bu işi həqiqətən sevirəm.