Stories by Bizim Media on Medium
Heç bir sualın qarşısında aciz qalmayan sınaq mərhələsindəki süni intellekt tətbiqi ChatGPT son zamanlarda diqqəti öz üzərinə çəkməyi bacarıb.
Mütəxəssislərin yaxın vaxtlarda bir çox sektorlara yayılacağını açıqladığı texnologiyadan istifadə edənlərlə yanaşı, nə olduğunu bilməyənlər hələ də var.
ChatGPT hələ sınaq mərhələsindədir. Amma artıq bir çox sahələrdə istifadə olunur. Xüsusilə, tələbələr ondan daha çox yararlanmağa çalışır.
Chat GPT-ə veb sayt vasitəsilə daxil olmaq mümkündür. Üzv olduqdan sonra sistemdən istifadə etmək pulsuzdur.
Mobil cihazlar üçün isə hələ ki, heç bir proqramı yoxdur.
Zərər görməmək üçün necə istifadə etməli?
Sosial media mütəxəssisi Fərid Ağazadə Bizim.Media-ya açıqlamasında ChatGPT adı verilən süni intellekt vasitəsinin hazırki dövrdə yeni nəslin “Google” sistemi kimi şərh edildiyini deyib:
“Google”da lazım olan məlumat qarşına çıxırsa, indiki sistem məlumatla yanaşı, onun barəsində süni intellektin öz şərhini də verir. ChatGPT-nin bir çox funksiyası var.
Yeni vasitə sosial şəbəkələrdə, “Google” və yaxud da digər axtarış vasitələrində olan bütün məlumat bazasını özündə saxlamaqla bərabər, həmin baza haqqında elektron şəkildə informasiya vermək xüsusiyyətinə sahibdir. Deyək ki, ChatGTP-dən hansısa yazıçının yazı üslubunda yazı yazmağını istəyirsən. Tətbiq elektron versiyalar üzərində qısa bir təhlil aparararaq həmin yazarın dəsti-xəttinə uyğun şəkildə roman yazmağa başlayır”.
Ekspert deyir ki, süni intellekt tətbiqinə bütün yaradıcılıq sahələrində insana bərabər şəkildə mübarizə gücü yüklənsə də, hər insanın öz dəsti-xəttinin olması robotların onu əvəz etməsinə imkan vermir:
“Ümumiyyətlə, ChatGPT insanı əvəzləmək üçün yox, ona kömək üçün lazım olan vasitədir. Düzgün şəkildə istifadə etməklə ondan öz işlərimizdə faydalana bilərik. ChatGPT özündə yalnız məqalə, şeir, roman və s. resursları toplamır, eyni zamanda şahmat da oynaya bilir. Bütün şahmatçıların oyunlarının tarixi onun beynində olduğu üçün istənilən şahmatçı ilə rahat oynaya bilər. Çünki o, artıq hansı oyunçunun hansı gedişi edəcəyini bilir. Amma bu yenə də hər zaman ChatGPT-nin qalib gələcəyi anlamına gələ bilməz. Belə ki, oyunçu yeni fəndlərdən istifadə edə bilər. Əgər həmin fəndlər sosial şəbəkələrdə hansısa bir oyunlarda istifadə edilməyibsə, bu zaman proqram şahmatçı qarşısında aciz qala bilər”.
Müsahibimiz deyir ki, robotdan doğru şəkildə faydalana bilmək və insanın üstünlüyünü göstərmək üçün doğru sualı vermək, nə istədiyimizi bilmək vacibdir:
“Hansısa bir mövzuda tam funksiyalı araşdırma aparmaq lazımdır ki, süni intellektin bizə təqdim etdiyi 100 minlərlə nümunələrin içərisində “başımızı itirməyək”.
F.Ağazadənin sözlərinə görə, ChatGPT, ümumiyyətlə süni intellekt doğru şəkildə istifadə edənlər üçün heç bir təhlükə yaratmır.
Milli Məclisdə oturanların 60 %-i alimdir — Elmi dərəcəsi olan deputatların SİYAHISI
Milli Məclisin deputatları içərisində akademik təhsil alaraq elmi dərəcəyə sahib olanların sayı kifayət qədər çoxdur. Onların içərisində deputatlıqla yanaşı elmi fəaliyyətini davam etdirənlər də var.
Bizim.Media xəbər verir ki, VI çağırış üzrə Milli Məclisdə mandat qazanmış deputatlardan 65 nəfərin elmi dərəcəsi var.
Həmin millət vəkillərinin siyahısını təqdim edirik:
1. Mahir Abbaszadə — Bakı Dövlət Universitetinin İqtisadi nəzəriyyə fakültəsini bitirib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 2 monoqrafiya, 21 elmi məqalə və 6 elmi tezis müəllifidir.
2. Fəzail Ağamalı — Azərbaycan Dövlət Universitetinin (BDU) Tarix fakültəsini bitirib. Tarix elmləri doktoru, professordur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 4 monoqrafiya, 1 dərslik və 50-dən çox elmi məqalənin müəllifidir.
3. Ülviyyə Ağayeva — Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini, eləcə də Dilşünaslıq ixtisası üzrə magistr pilləsini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. 1 monoqrafiyanın, 100-dən çox elmi-publisistik məqalənin müəllifidir.
4. Novruzəli Aslanov — Azərbaycan Politexnik İnstitutunun Avtomatika və elektron-hesablayıcı texnika fakültəsini bitirib. Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktorudur. 11 kitabın, yüzlərcə musiqi əsərinin müəllifidir.
5. Vüqar Bayramov — Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini və Vaşinqton Universitetinin İqtisadiyyat fakültəsini bitirib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 37 elmi məqalənin müəllifidir.
6. Nizami Cəfərov — Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimidir. 50-dən çox kitabın, onlarca məqalənin müəllifidir.
7. Tamam Cəfərova — Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Tarix üzrə fəlsəfə doktorudur. Elmi məqalələr və metodiki tədris vəsaitlərinin müəllifidir.
8. Məzahir Əfəndiyev — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinin bakalavr pilləsini, eləcə də Təhsilin təşkili və idarə edilməsi ixtisası üzrə magistr pilləsini bitirib. Davamlı inkişafın idarə edilməsi üzrə fəlsəfə doktorudur.
9. Adil Əliyev — Leninqrad Ali Hərbi Dənizçilik Akademiyasının Mühəndis-şturman fakültəsini, Azərbaycan Polis Akademiyasını və BDU-nun magistraturasını bitirib. Hüquq üzrə fəlsəfə doktorudur. 1 monoqrafiyanın müəllifidir.
10. Bəxtiyar Əliyev — Moskva Dövlət Universitetinin Psixologiya fakültəsini bitirib. Psixologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. 15 monoqrafiya və dərsliyin, 225 elmi məqalə və məruzə tezislərinin müəllifidir. Elmi rəhbərliyi ilə 42 nəfər elmlər doktoru və fəlsəfə doktoru hazırlanıb.
11. Etibar Əliyev — Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 7 kitabın və 30-dan çox elmi məqalənin müəllifidir.
12. Jalə Əliyeva — Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib, daha sonra həmin universitetin Hüquq fakültəsində ikinci ali təhsil alıb. Filologiya elmləri doktoru, professordur. Türk dili və ədəbiyyatı üzrə mütəxəssisdir. 5 monoqrafiyanın, 2 dərs vəsaitinin və 120 elmi məqalənin müəllifidir.
13. Kamilə Əliyeva — Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Biologiya elmləri doktoru, professordur. 110 elmi əsər, 6 dərslik və dərs vəsaitinin müəllifidir.
14. Əziz Ələkbərov — Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. 45-dən çox kitabın və 100-dən artıq elmi məqalənin müəllifidir.
15. Əhliman Əmiraslanov — Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tibb elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvüdür. 500-dək elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 31 dərsliyin və dərs vəsaitinin müəllifidir. 16 ixtirası və səmərələşdirmə təklifi vardır. Onun rəhbərliyi altında 48 nəfər elmlər və fəlsəfə doktoru hazırlanıb.
16. Ziyafət Əsgərov — Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktoru, professordur.
17. Cavanşir Feyziyev — Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Fransız və ingilis dilləri üzrə tərcümə fakültəsini bitirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 8 monoqrafiyanın, 70-dən çox elmi məqalənin müəllifidir.
18. Sevinc Fətəliyeva — Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. 80-dən çox məqalə, tezis və metodik vəsaitin müəllifidir.
19. Emin Hacıyev — Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, Rusiya Xarici İşlər Nazirliyi yanında Diplomatiya Akademiyasını bitirib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur.
20. Əli Hüseynli — Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.
21. Rafael Hüseynov — Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının, Oksford Akademiya İttifaqının həqiqi üzvüdür. Əməkdar incəsənət xadimidir. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Teatr Xadimləri İttifaqının üzvüdür. 84 kitab, monoqrafiya və dərsliyin, 562 elmi araşdırmanın, 700-dən çox publisistik məqalənin müəllifidir.
22. Hicran Hüseynova — Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Siyasi elmlər doktoru, tarix üzrə fəlsəfə doktoru, professordur. 20-dən çox monoqrafiya, dərslik və elmi məqalənin müəllifidir.
23. Sevinc Hüseynova — Saratov Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Tarix üzrə fəlsəfə doktorudur. 1 monoqrafiya və 8 məqalənin müəllifidir.
24. İsa Həbibbəyli — Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının Dil-ədəbiyyat fakültəsini bitirib. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür, əməkdar elm xadimidir. Müxtəlif dillərdə çap olunmuş 40-dan çox kitabın, 1000-dən artıq elmi məqalənin müəllifidir.
25. Naqif Həmzəyev — Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini, eləcə də Yaxın və Orta Şərqin tarixi ixtisası üzrə magistr pilləsini, Türkiyənin Fırat Universitetinin Sosial Elmlər İnstitutunun doktoranturasını bitirib. Tarix üzrə fəlsəfə doktorudur. 2 kitabın müəllifidir.
26. Nurlan Həsənov — Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini və Almaniyanın Bremen Universitetinin Hüquq fakültəsinin Alman hüququ və müqayisəli hüquq ixtisası üzrə magistr pilləsini bitirib. Bremen Universitetinin Hüquq fakültəsində doktorluq elmi işi müdafiə edərək hüquq doktoru (Dr. jur) elmi dərəcəsi almışdır. 2 kitabın müəllifidir.
27. Fəzail İbrahimli — Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsində təhsil alıb. Tarix elmləri doktoru, professordur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 100-dək elmi əsərin, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir.
28. Eldar İbrahimov — Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda təhsil alıb. İqtisad elmləri doktoru, professordur. 7 kitabın və 27 elmi məqalənin müəllifidir.
29. Məlahət İbrahimqızı — Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Harvard Universitetinin Kennedi Proqramının İctimai səhiyyə, Qadın və hakimiyyət kurslarında təhsil alıb. Tarix üzrə fəlsəfə doktorudur. Qadın hüquqlarına dair 5 kitabın müəllifidir.
30. Anar İsgəndərov — Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Tarix elmləri doktoru, professordur. 20 monoqrafiya, 8 dərs vəsaiti və 260-dan çox elmi məqalənin müəllifidir.
31. Pərvin Kərimzadə — Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Tarix üzrə fəlsəfə doktoru, dosentdir. Əməkdar müəllimdir. 3 monoqrafiya, dərs vəsaiti və metodik vəsaitin, Azərbaycanda və xarici ölkələrdə dərc edilmiş 100-dək elmi məqalənin müəllifidir.
32. Sahibə Qafarova — Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini, Azərbaycan Dillər Universitetinin İngilis filologiyası fakültəsini bitirib. Filologiya elmləri doktoru, professor, əməkdar müəllimdir. Bir neçə dərsliyin, dərs vəsaitinin, monoqrafiyanın və elmi məqalələrin müəllifidir.
33. Musa Qasımlı — Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tarix elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. ABŞ-da Orta Şərq Araşdırmaları Mərkəzinin, Türkiyədə Turan Strateji Araşdırma Mərkəzinin, Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin üzvüdür. Azərbaycanda və xarici ölkələrdə 10 dildə nəşr edilmiş 47 kitab və 190-dan çox elmi məqalənin müəllifidir.
34. Azay Quliyev — Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda «Beynəlxalq dövlət idarəçilik proqramı» üzrə təhsil alıb. Siyasi elmlər üzrə fəlsəfə doktorudur.
35. Eldar Quliyev — Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ticarətin iqtisadiyyatı fakültəsini bitirib. İqtisad elmləri doktoru, professordur. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının, Vatikan Bonifasian Akademiyasının həqiqi üzvüdür. Roma şəhərinin fəxri alimidir. 10-dan çox dərslik və monoqraqfiyanın, 100-dən artıq elmi məqalənin müəllifidir.
36. Musa Quliyev — Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Tibb üzrə fəlsəfə doktorudur. 18 kitabın və 150-dən çox məqalənin müəllifidir.
37. Rüfət Quliyev — Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. İqtisad elmləri doktoru, professordur. Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş 300-dək elmi əsər və məqalənin müəllifidir.
38. Sadiq Qurbanov — Bakı Dövlət Universitetinin Mexanikariyaziyyat və Hüquq fakültələrini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Texnika üzrə fəlsəfə doktorudur. 2 kitabın həmmüəllifi, 10-dan çox elmi məqalənin müəllifidir.
39. Elşad Mirbəşiroğlu — Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Politologiya ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib. Siyasi elmlər doktorudur. 3 monoqrafiya, 1 dərslik, 6 tədris proqramı və 60-dan çox elmi məqalənin müəllifidir.
40. Rəşad Mahmudov — Türkiyə Respublikasında 9 Eylül Universitetini və Ege Universitetini bitirmişdir. Əməkdar həkimdir. Tibb elmləri doktorudur. 20-yə qədər beynəlxalq konfransın təşkilatçısı, Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş 3 kitabın, 80-ə yaxın elmi məruzə və məqalənin müəllifidir.
41. Tahir Mirkişili — Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. Oksford Universitetində «İqtisadiyyat və siyasət» xüsusi proqramı üzrə təhsil alıb. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 1 monoqrafiya və 9 elmi məqalənin müəllifidir.
42. Aydın Mirzəzadə — Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir. 13 kitabın, o cümlədən 1 dərsliyin müəllifidir.
43. Səttar Möhbalıyev — Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Mühasibat uçotu fakültəsini bitirib. İqtisad elmləri doktoru, professordur. Rusiya Sosial Elmlər Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. Bir sıra kitabların müəllifidir.
44. Asim Mollazadə — Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirib. Tibb elmləri doktorudur. Bir sıra dərslik və elmi məqalələrin müəllifidir. Bir neçə ixtirası var.
45. Rasim Musabəyov — Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Avtomatika və telemexanika fakültəsini bitirib. Fəlsəfə üzrə fəlsəfə doktoru, politologiya üzrə dosentdir. 300-dən çox kitab, kitabça və elmi məqalənin müəllifidir.
46. Fazil Mustafa — Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 1 monoqrafiyanın, 24 kitabın və onlarca elmi məqalənin müəllifidir.
47. Bəhruz Məhərrəmov — Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirib. Hüquq üzrə fəlsəfə doktoru, dosentdir. 1 monqorafiya, 3 kitab, 7 tədris proqramı və 30-dan çox elmi məqalənin müəllifidir.
48. Ceyhun Məmmədov — Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin Beynəlxalq İslama Dəvət Kollecini və Xəzər Universitetinin Humanitar fənlər fakültəsini bitirib. İlahiyyat üzrə fəlsəfə doktorudur. 2 kitabın müəllifidir.
49. Hikmət Məmmədov — Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Siyasi elmlər doktoru, professordur. 75-dən çox elmi əsər, 4 dərslik, 4 monoqrafiya və 3 kitabın, yüzlərcə məqalənin müəllifidir.
50. İqbal Məmmədov — Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsini bitirib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur.
51. Soltan Məmmədov — Azərbaycan Dövlət Neft Akademiyasının İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsini və Xəzər Universitetinin İctimai səhiyyənin idarə edilməsi fakültəsini bitirib. Texnika üzrə fəlsəfə doktorudur.
52. Əli Məsimli — Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Siyasi iqtisad fakültəsini bitirib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. İqtisadiyyatın aktual problemlərinə dair 1300-dən çox məqalə, elmi-nəzəri araşdırma, elmi-kütləvi çalışma, təhlil, açıqlama, müsahibə, çıxış və şərhlərin müəllifi, 3 kitabın və 1 broşürün həmmüəllifidir. Tədqiqatlarının nəticələri bir sıra xarici ölkələrdə nəşr edilib.
53. Aqiyə Naxçıvanlı — Azərbaycan Pedaqoji Dillər İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib. Fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi elmlər doktoru, professordur. Əməkdar müəllimdir. 3 monoqrafiya, 8 kitab və 100-dən çox elmi məqalənin müəllifidir.
54. Siyavuş Novruzov — Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.
55. Elman Nəsirov — Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Siyasi elmlər doktoru, professordur. 9 kitab, 100-dən çox elmi məqalə və 6 tədris-metodik vəsaitin müəllifidir.
56. Qənirə Paşayeva — Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktoru, professordur. 20-dən artıq elmi, publisistik kitabın, romanın, yüzlərcə məqalənin müəllifidir.
57. Cavanşir Paşazadə — Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsini bitirib. Fəlsəfə doktorudur.
58. Sabir Rüstəmxanlı — Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. Azərbaycanda və xaricdə nəşr edilmiş 60-dan çox kitabın müəllifidir.
59. Tahir Rzayev — Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. 21 kitabın və elmi məqalələrin müəllifidir.
60. Əliabbas Salahzadə — Azərbaycan Beynəlxalq Universitetində təhsil alıb, Azərbaycan Milli Aviasiya Akademiyasının Beynəlxalq hüquq fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur.
61. Səməd Seyidov — Leninqrad Dövlət Universitetinin Psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Psixologiya elmləri doktoru, professordur. 150-dən çox elmi əsər, dərs vəsaiti, monoqrafiya və kitabın müəllifidir.
62. Nizami Səfərov — Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin aspiranturasında və Rusiya Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun doktoranturasında təhsil alıb. Xarici ölkələrdə nəşr edilmiş 5 monoqrafiya və 120 elmi məqalənin müəllifidir.
63. Ziyad Səmədzadə — Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Beynəlxalq Menecment Akademiyasının, Beynəlxalq Şərq Neft Akademiyasının akademikidir. 500-ə qədər elmi əsərin, çoxsaylı monoqrafiya və məqalələrin müəllifidir.
64. Fatma Yıldırım — Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur.
65. İltizam Yusifov — Moskva Energetika İnstitutunun Avtomatika və telemexanika fakültəsini bitirib. Texnika üzrə fəlsəfə doktorudur.
“10 ilə Xəzər ölü dənizə çevriləcək” — Balıq təsərrüfatları BALIQ FONDUNU necə məhv edir?
“Bu gün Azərbaycanda təbii balıq tapmaq müşgül məsələdir”.
Bunu Bizim.Media ilə söhbətində ekspert Akif Nəsirli söyləyib. O, bunu həm də bir balıq həvəskarı kimi deyib:
“Qida rasionumda balığa çox yer vermək istəyirəm. Amma alınmır. Bütün satış məntəqələrində ancaq vətəgədə süni şəkildə yetişdirilmiş balıqlar satılır. Amma Xəzərdə, Kürdə, Arazda yetişmiş balığı tapmaq qeyri-mümkündür.
Balıqlar niyə miqrasiya edə bilmir?
Bunun da bir çox səbəbi var. Ən əsas səbəbsə ekoloji faktordur. Son 50 ildə Xəzər dənizinin, Kür və Araz çaylarının kəskin şəkildə çirklənməsi digər sahələrlə yanaşı balıqçılığa da ciddi xələl gətirib. Bu səbəblərdən balıqlar dənizin dərinliklərinə və digər sahillərə çəkilib. Əvvəllər dənizdəki balıqlar kürü tökmək üçün Kürün deltasından üzü yuxarı üzürdülər. Amma bu gün belə hal yoxdur. Çay girişləri bloklanıb, suyu azalıb. Heç bir normativlərə əməl olunmadan çay suları əkin-biçinə, süni balıq göllərinə yönləndirildiyindən balıqların miqrasiyasında problemlər var. Harada gəldi qurulmuş vətəgələr də mane faktoruna çevrilib.
İkincisi səbəb, Kür və Araz çaylarında və eləcə də Xəzərdə suyun azalmasıdır. Bu ekoloji fəlakət səbəbindən dayaz və su axını zəif olan Kür və Arazda balıq demək olar ki, yoxa çıxıb.
Üçüncüsü, qeyri-sənaye üsulu ilə ovlama balqıların azalmasına səbəb olub. Çox təəssüf ki, balığın nə zaman və necə ovlamaq lazım olduğunu çoxlarımız bilmir. Baxmayaraq ki, çoxlarımız özümüzü balıqçı sanırıq. Ən pisi də odur ki, 90-cı illərdən etibarən həm çaylarda, həm də göllərdə balıqların vəhşicəsinə və kütləvi şəkildə ovlanmasına başlanıldı. Balıq ovu zamanı partlayıcı maddələrdən belə istifadə edildi. Bu da balıqların kütləvi şəkildə tələf etdi”.
Ümid vətəgə balıqlarına qalıb
Akif Nəsirli təssüflə bildirdi ki, vətəgələrdə balıqlar sənaye və gigenik üsuilla yetişdirilmir:
“Burda balıqların qidalandırılması isə tamamilə bərbad vəziyyətdədir. Normalda balıq 3 aya yetişdirilir. Amma vətəgələrdə balıqlar ay yrıma satışa çıxarılır. Və bu balıqlar süni qidalarla və sürətlə yetişdirildiyindən qidaya yaramır. Bu balıqlar sadəcə ölüm mənbəyidir. Təsadüfi deyil ki, indi çoxlarımız mağazalardan dondurulmuş okean balıqları alırıq. Bu da o ləzəti vermir. Bu vəziyyətdə kefə baxan yalnız əzcaçılardır. “Omeqa-3” valideynlərin hər gün aldığı dərman sırasındadır”.
Xəzərdə balıq qalmayacaq
Ekspert perspektiv üçün də ümidsiz danışdı:
“Xəzər dənizində suyun azalması hələ ən azı 10 il də davam edəcək. Bu da əlavə ekoloji fəlakətlər yaradacaq. Bu gedişlə də Kürün deltasında və Xəzərin yaxın sahillərində hələ uzun müddət arzuladığımız balıq sürülərini görə bilməyəcəyik. Xəzər getdikcə ölü dənizə çevriləcək. Bunun qarşısını vaxtında almaq lazımdır”.
Övladlarının “aftoşluğuna” görə vəzifəsini itirən məmurlar — SİYAHI
Bütün dünyada olduğu kimi ölkəmizdə də məmurlar hər zaman ictimai müzakirə obyektində olublar. Bu, o qədər güclü marağa səbəb olub ki, hətta məmurların övladları da hər zaman diqqət mərkəzində qalıblar. Di gəl ki, bəzi məmur övladları heç də hər zaman valideynlərinin başını uca etməyiblər. Əksinə, etdikləri çirkin əməllərə görə yüksək vəzifə daşıyan valideynlərinin də sonunu gətiriblər.
Bizim.Media övladlarına görə vəzifəsini itirən məmurlar haqqında araşdırma aparıb. Həmin araşdırmanı təqdim edirik:
1. Övladına görə vəzifəsini itirən məmurlardan biri sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovdur. Onun oğlu Vüqarla İsmayıllı sakinləri arasında yaranan gərginlik pik həddə çatmışdı. Eks-nazirin oğluna məxsus “Çıraq” oteli və onun bir neçə bahal avtomobil yandırılmışdı. Bundan sonra, F.Ələkbərov da nazir vəzifəsi ilə vidalaşmışdı. Bu hadisədən sonra İsmayıllı rayon icra başçısı işləyən Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov da vəzifəsindən azad edilmişdi.
2. Baş nazirin sabiq müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi avtomobil qəzası zamanı iki nəfər ölmüşdü, iki nəfər isə ağır xəsarətlər almışdı. Hadisədən sonra həbs olunan N.Allahverdiyevin babası Əli Həsənov Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini itirmişdi.
3. “Azərsu” ASC nin sədri Qorxmaz Hüseynovun qızının əri Turan Həsənzadə lüks avtomobillə 2021-ci ilin mart ayının 19-da gecə saat 1 radələrində Neftçilər prospektində ağır qəza törədmişdi. Turan Həsənzadə sərxoş vəziyyətdə idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə “Port Baku”nun qarşısında park vəziyyətində olan iki avtomobili vurmuşdu. O zaman bu hadisə böyük səs-küyə səbəb olmuşdu. Hadisədən cəmi 45 gün sonra Qorxmaz Hüseynov 4 may 2021-ci il tarixdə vəzifəsindən azad edilmişdi.
4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor Novruzəli Orucov da oğlu sarıdan bəxti gətirməyən məmurlardandır. Oğlu Rüstəm sürətli idarəetməyə görə ona irad bildirən avtobus sürücüsünü vəhşicəsinə döymüşdü. Sürücünün şikayətindən sonra haqqında cinayət işi açılan məmur oğlu həbsə, atası isə istefaya göndərilmişdi.
5. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olmuşdu. Şəxsinə aid avtomobili yüksək sürətlə idarə edən X.Mədətov xalq artistinin həyat yoldaşı və nəvəsini vurmuşdu. Bəbs edilən və bir müddət sonra azadlığa buraxılan məmur oğlunun atası Mübariz Mədətov isə vəzifəsindən azad edilmişdi.
6. Zərdab rayon İcra Hakimiyyətinin sabiq başçısı Lütvəli Babayev də oğluna görə vəzifəsini itirib. Beləki, 2015-ci ildə onun oğluna etdiyi xuliqanlığa görə 15 sutka inzibati cəza verilmişdi. Mingəçevir şəhər Yol Polisi Şöbəsinin 2015-ci ildə rəisi olan Ələsgər Bədəlovla köhnə ədavəti səbəbindən icra başçısı oğlu 15 sutka həbs olunsa da, cəmi bir həftə sonra azadlığa buraxılmışdı. Lakin bu hadisə Lütvəli Babayevin karyerasını sonlandırmışdı.
7.Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun vəzifədən azad edilməsi də övladıyla bağlı olub. Onun ikinci dəfə ailə həyatı quran qızı Ayselə 400 min dollarlıq toy etməsi ciddi rezonans yaradmışdı. Paytaxtdakı liftlərin işləməsinə cavabdeh olan məmurun bu qədər pulu haradan əldə etməsi ciddi suallar doğurmuşdu. Bu informasiya yayıldıqdan az sonra Qüdrət Şükürov vəzifəsindən azad olunmuşdu.
8. Vergilər Nazirliyinin sabiq idarə rəisi Fəxrəddin Əliyevin oğlu Məhərrəm Əliyev mübahisə etdiyi şəxslərə “Vinçestr” markalı tüfəngdən atəş açaraq, onlara ağır bədən xəsarətləri yetirmişdi. Bundan sonra, məmur oğlu və hadisədə iştirakçı olan dostu həbs edilmişdi, atası Fəxrəddin Əliyev isə tutduğu vəzifəsini itirmişdi.
9. Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi olmuş Əliməmməd Həsənovun oğlu Tural Həsənov 2014-cü ildə Zığ şossesində avtoxuliqanlıq etmişdi. Nəticədə onun bu özbaşnalığına görə, özü DİN-dən qovulmuşdu. Atası isə vəzifəsindən azad edilmişdi.
10. Tərtər rayon İcra Hakimiyyəti başcısının birinci müavini Vidadi Bəylərov da övladına görə vəzifəsini itirənlər sirasındadır. 2013-cü ildə Vidadi Bəylərovun oğlu Elxan Bəylərlinin törətdiyi avtomobil qəzası nəticəsində bir nəfər ölmüşdü.
Bu hadisədən sonra Vidad Bəylərov vəzifədən azad edilmişdi. 2014-cü ildə isə, Tərtər rayonuna yeni icra başcısı təyin edilən Müstəqim Məmmədov tələbə yoldaşı Vidadi Bəylərovu Tərtər Rayon Telekomunikasiya Qovşağının rəisi təyin etmişdi. 2017-ci ildə isə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazir Ramin Quluzadənin əmri ilə Vidadi Bəylərov bu vəzifədən də azad edilmişdi.
11. Zərdab rayon İcra Hakimiyyətinin başçısının birinci müavini olmuş Allahverdi Səfərovun vəzifədən azad edilmə səbəbi oğlunun avtoxulianlığı olub. Belə ki, 2015-ci ilin martın 22-də Ceyhun Səfərov sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdmişdi. Buna görə də, o İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs edilmişdi. Bu hadisədən sonra isə, Allahverdi Səfərov vəzifəsi ilə vidalaşmışdı.
12. Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi olmuş Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadə xeyli sayda pulları, lüks evini və müxtəlif avtomobilləri sosial şəbəkədə nümayiş etdirdiyi üçün atası 2014-cü ildə öz ərizəsi ilə vəzifəsindən azad olunmuşdu.
13. Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun oğlu da avtomobil qəzası törədərək atasının nüfuzunu aşağı salan övladlar sırasındadır. Oğlu Elmir 2017-ci ildə maşınla yaşlı qadını vuraraq öldürməsi ilə gündəmə gəlmişdi. Hadisədən sonra Elmir İbadov 5 il müddətinə həbs edilsə də, 2019-cu ildə bəraət almışdı. Ancaq atası vəzifəsini itirmişdi.
14. Eks-deputat Ayaz Orucov da oğlunun özbaşınalığına görə vəzifəsini itirənlərdəndir. Oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli “Mercedes Galenvagen” markalı, AZ 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli “Nissan Juke” markalı, AZ 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açmışdı. Bu hadisədən sonra Ayaz Orucovun deputatlıq fəaliyyəti sonlandırmışdı.
“Changan Auto” şirkəti müştərilərə “defekt” avtomobil SATIR — 8 avtomobil sahibi necə ALDADILDI?
“Çin avtomobil istehsalçısı “Changan Auto”şirkətinin Azərbaycandakı filialı müştəriləri aldadır.”
Bu iddia ilə 3 ay əvvəl sözügedən şirkətin Babək prospekti, 74 ünvanında yerləşən satış mərkəzindən “Changan HUNTER Pickup” modelli avtomobil alan Tahir Mahir oğlu Dadaşov Bizim.Media-ya müraciət edib.
Tahir Dadaşov bildirib ki, 47 min manat dəyərində aldığı dizel mühərriki ilə təchiz edilmiş avtomobil cəmi bir ay sonra defekt çıxıb. Həmin avtomobilin yanacaq nasosu və yanacaq sisteminə aid digər bir neçə detalı xarab olub. 5 illik zəmanətin və kasko sığortanın olmasına baxmayaraq avtomobili satan şirkət təmirdən boyun qaçırır. Hətta nasazlığın müştəri tərəfindən yaradıldığını iddia edir.
Şikayətçi deyir ki, avtomobili satan şirkətin rəsmi servisi yaranan problemin aradan qaldırılması üçün ondan 8500 manata yaxın pul tələb edir:
“Avtomobili alanda şirkət nə problem olsa, özləri həll edəcəklərini bildirmişdi. Maşının cəmi 8000 km yürüşü oldu. Avtomobilə yanacaq vurandan sonra nasazlıq yarandı. Qeyd edim ki, yanacağı yalnız “Azpetrol” yanacaq məntəqəsindən vurmuşuq. Şirkətə avtomobilin işə düşmədiyini bildirdim. “Götürün gəlin” dedilər. Maşın Astarada olduğu üçün evakuatora qoyub gətirdik. Avtomobilə servisdə baxıldı və problemin tanış olduğunu dedilər. Maşının müayinəsi üçün 1 gün vaxt da istədilər. Müayinə olundu və təsdiq etdilər ki, avtomobilin yanacaq nasosunda problem var.
Yanacaqda su olduğuna görə guya sistemə su düşüb. Mən dedim ki, su problemi mənlik deyil. Ola bilsin ki, problem yanacaq məntəqəsinindir. Amma o da dəqiq deyil. Biz özümüz də şirkətik və bu avtomobildən başqa dizellə işləyən bir neçə nəqliyyat vasitələrimiz var. Əgər yanacaqdandırsa, bəs o maşınlarda niyə eyni problem olmur? Şirkət “Changan HUNTER Pickup”ın yanacaq nasoslarının həssas olduğunu əsas gətirir.
Əgər belə problem var idisə, müştərini niyə məlumatlandırmayıblar? Avtomobili təmir etmirlər. Üstəlik problemin aradan qaldırılmasına 8500 manata yaxın xərc tələb olunur. Yanacaq nasosusunun qiyməti isə 3500 manatdır. O da dekabr ayına qədər Çindən gətiriləcək. Bir sözlə yanacaq sistemi olan mator yenidən yığılmalıdır”.
Şikayətçinin sözlərinə görə şirkət özü etiraf etdi ki, bənzər problemlə bağlı servis mərkəzində daha 7 avtomobil sahibi gözləyir:
“Kameranı açıb, nasaz avtomobilləri göstərdilər. Hətta bir avtomobilə 8900 xərc çəkildiyini və yola salındığını dedilər. 10 gün gözlədəndən sonra təmir üçün müəyyənləşdirdikləri ödənişi tələb etdilər. Biz isə razlaşmadıq və məhkəməyə müraciət etdik. Məsələni biləndən sonra dedikləri məbləği də inkar etdilər. İlkin ödəniş üçün 5600 manat ödədik. İçərisində zəmanət, sığorta və nömrə təklif olunur. Şirkət maşınları bir qayda olaraq sırıyır. Bunlar bir növ dolandırıcılıqla məşğuldurlar. Bir ayın maşınında bu problem ola bilməz”.
“Changan Auto” şirkətinin rəsmisi Orxan Bayramov isə Bizim.Media- ya verdiyi açıqlamada sözügedən məsələdə nə sığorta, nə də zəmanət halının olduğunu vurğulayıb:
“Avtomobilin yanacaq çəninə su dolub. Su da hər halda hansısa yanacaq məntəqəsində yanacağa qarışıb. Ondan dolayı mühərrikdə problem yaranıb. Bu, birbaşa müştərinin üzərinə düşən bir öhdəlikdir. Təbii ki, müştərinin şikayət etmək hüququ var. Amma biz də şirkət olaraq hüquqi tədbirlərimizi görürük”.
Şirkət sözçüsü bənzər problemlə bağlı onlara müraciət olunmadığını xüsusilə qeyd edib. Mübahisə doğuran məsələyə hüquqşünas Əsabəli Mustafayev də münasibət bildirib.
O, deyib ki, şikayətçi rəsmi servisə müraciət etsə və nasazlığın səbəbi ilə bağlı arayış tərtib olunsa, daha yaxşı olar:
“Kiçik bir ekspertiza keçirmək lazımdır. Müştəri yanacaq nasosunun xarab olma səbəbinin qeyd olunduğu arayışla satış mərkəzinə qarşı iddia qaldıra, dəymiş maddi və mənəvi zərəri tələb edə bilər. Arayış olmadan məsələni mübahisələndirmək çətin olacaq.
“Ümumiyyətlə, mürəkkəb cihazlarda istənilən detala mütləq zəmanət verilməlidir. Çünki səbəb ya zavod defektindən, ya da yanacağın keyfiyyətsizliyindən ola bilər. Bənzər hallar başqa müştərilərin avtomobilində də baş veribsə, demək ki, zavod deffektidir. Yaxud avtomobilləri alıb satan satış mərkəzinin həmin nəqliyyat vasitələrini uyğun olmayan şəraitdə saxlaması səbəb olub. Məsələn, nəm və ya əksinə çox quru yerdə saxladığına görə detal xarab ola bilər. Əlbəttə ki, bu məsuliyyəti satış mərkəzi boynuna götürməyəcək. Adətən satış mərkəzləri müştərini məmnun etmək üçün çalışır. Görünür bu şirkət bir qədər cığallıq edəndir. Gələcəkdə hətta müəyyənləşsə ki, şirkətin məsuliyyətsizliyi ucbatından avtomobillərdə nasazlıq yaranıb, barəsində şikayət edib onları satış hüquqdan məhrum etmək də olar”, — deyə hüquqşünas əlavə edib.
Qeyd edək ki, “Changan Auto” şirkətinin servis xidməti alıcının müraciəti ilə avtomobilini müayinə etsə də, nasazlıqla bağlı müştəriyə heç bir rəsmi arayış təqdim etməyib.
İran İslam Respublikasında 22 yaşlı Məhsa Əmininin hicab qaydalarını pozması səbəbilə polislər tərəfindən öldürülməsi bütün ölkə boyu etiraz aksiyalarının başlaması ilə nəticələnib.
Baş verənlərlə bağlı Orta Doğu Araşdırma Mərkəzinin sədri Sədrəddin Soltan Bizim.Media ilə fikirlərini bölüşüb.
Müsahibəni təqdim edirik:
- Sizcə, İranda etiraz aksiyalarının bu qədər geniş masştabda yayılması sırf sosial səbəblərləmi bağlıdır, yoxsa burada siyasi faktorların da rolu var?
- İstənilən etiraz aksiyasının siyasi tərəfləri var. Dövlətlər siyasətlə idarə olunduğu üçün hər məsələdə siyasət var. O cümlədən İranda baş verən askiyalar da siyasətdən kənar deyil. Çünki bu aksiyalar İran hakimiyyətinin tətbiq etdiyi hicab qaydasına etirazdır. Hicab qaydası isə İran hakimiyyətinin siyasi-ideoloji xəttidir.
Etirazlar da bu ideologiyanın təməl prinsiplərindən birinə qarşıdır. Cəmiyyət 43 ildir tətbiq olunan bu qaydaları qəbul etmir, bunu fərdi və ailə azadlığına qarşı sayır.
Bu etirazlar yeni deyil. Sadəcə son 10 gün ərzində keçirilən aksiyalar 22 yaşlı gənc xanımın qətli ilə bağlıdır və cəmiyyət günahsız qadının ölümünə etiraz edir. Bir neçə il öncəyə qədər, İranda hicab qaydaları daha yumşaq idi və hakimiyyət buna indiki formada müdaxilə etmirdi.
Sadəcə, onları polis idarələrinə dəvət edib, profilaktik söhbətlər etdikdən sonra sərbəst buraxırdılar. Lakin bu il hicaba qarşı xanımların etiraz videoları paylaşılmağa başladı. Onlar yaylıqları olduqca sərbəst qaydada taxırdılar.
Məsələn, belə bir paylaşım edənlərdən biri, Güney Azərbaycandan olan Məleykə Qaragözlüyə 4 il 4 ay həbs cəzası verildi.
Yəni, bu, ümumiran problemidir. Ona görə də, ölkənin bütün şəhər və təbəqələrini əhatə edir. Yəni, aksiya birbaşa siyasi məzmunlu deyil. Lakin İran hakimiyyəti etirazlara laqeyd yanaşır, aksiyaçılara şər-böhtan yaxır, onları xarici ölkələrlə əlaqələndirildir. Hakimiyyət İran vətəndaşlarını alçaldır ki, guya onlar bu məsələləri özləri düşünə bilməz, azadlıqları uğrunda mübarizə apara bilməzlər, etirazçıları yalnız başqa ölkələr idarə edir.
Hakimiyyət bu aksiyanı qarşılamaq, gənc qadını qətlə yetirənləri cəzalandırmaq yerinə, daha da qıcıq yaradır. Belə ki, iki gün öncə Tehranda etiraz aksiyalarını pisləyən nümayişlər keçirildi. Bu, hakimiyyətin etirazların dərinləşməsinə getdiyini göstərir. Eyni zamanda bəzən dinc aksiyalara ləkə yaxmaq üçün guya silah istifadə olunması ilə bağlı da fikirlər ortaya atırlar.
- Sədrəddin bəy, qeyd etdiniz ki, son bir ildə İran hakimiyyəti hicab qaydalarına yanaşmanı daha da sərtləşdirib. Bu, İranda mühafizəkar İbrahim Rəisinin hakimiyyətə gəlməsi ilə bağlıdır?
- Xeyr. Çünki 1994-cü ildə Ayətullah Əli Xamenei qadınların rəngli şallar bağlamasına icazə verən sərəncam imzalamışdı. Onda islahatçı prezident yox, Rəfsəncani hakimiyyətdə idi. İndi Həsən Ruhani və ya Rəisinin hakimiyyətdə olmasının elə bir fərqi yoxdur. Hicab İran hakimiyyətinin siyasi-ideoloji baxımdan təməl prinsiplərindən biridir. Hicab olmasa İranda hakimiyyət ola bilməz. Lakin keçirilən hicab aksiyalarından hakimiyyətdaxili qüvvələr bir-birinə qarşı istifadə edə bilər ki, bu ayrı məsələdir.
- Artıq aksiyaların 10-cu günündəyik. Etirazların başlamasından bir neçə gün əvvəl Xameneinin səhhətinin ağırlaşması ilə bağlı xəbərlər yayıldı. Sizcə, aksiyaların bu qədər geniş yayılmasında Ayətullahın durumunun da rolu varmı?
- Xamenei bu yaxınlarda görüş keçirdi. Doğrudur, deyilənə görə o zəifləyib. Lakin, təbii ki, bu məsələnin rolu istisna olunmur. Çünki istənilən etiraz aksiyalarında hadisələrin bir-birinə təsir imkanları böyükdür. Lakin İrandakı mövcud hakimiyyət təkcə Xameneinin üzərində qurulmayıb və onun xəstəliyi bir neçə ildir ki, davam edir. İrandakı hakimiyyətin bu qədər başı işləmir ki, Xameneinin ölüm variantına hazır olmasın? Xeyr, bunların hamısı hesablanıb. Artıq bir neçə ildir ki, Xameneinin varis planı ilə bağlı da fikirlər dolaşır. Bu plan isə oğlu Müctəba Xameneinin hakimiyyətə gəlməsidir. Bunla bağlı ciddi təbliğatlar da gedir.
Ola bilər ki, Müctəbadan başqa variantlar da var. Məsələn, Rəisinin Ayətullahlığa namizədliyi mümkündür. Çünki Rəisi hal-hazırda ölkədə ikinci şəxsdir. Lakin Müctəba ehtimalı ona görə yüksək qiymətləndirilir ki, SEPAH və digər güc strukturları daha çox Xameneinin xəttinin tərəfdarıdır. Müctəba da atasının oğlu olduğu üçün, onun dəstəklənməsi ehtimalı daha böyükdür. Amma istənilən halda fərqli hadisələrin baş verməsi də mümkündür.
- Sizcə, bütün bu etirazlar nə ilə yekunlaşacaq? Ən azı hicab qaydalarında yumşalmalara gedilməsi gözlənilirmi?
- Hələ ki hakimiyyətin xəttində yumşalma hiss olunmur. Tehrandakı əks-etiraz aksiyası da sübut edir ki, hakimiyyət hicab əlehdarlarına güzəştə və danışıqlara getməyə hazırlaşmır. İran hakimiyyəti hesab edir ki, əgər cəmiyyətə güzəştə gedilsə, onlar daha böyük tələblər irəli sürərlər və bu rejimin süqutu ola bilər.
Son 43 ildə İranda o qədər çoxsaylı problem yaranıb ki, hakimiyyət nə islahatlar apara bilmir, nə də etirazlara qarşı uzun müddət mübarizə aparmaq mümkün deyil.
Eyni zamanda, güc strukturları sona qədər hakimiyyətin arxasında dayana bilməz, çünki onlar da cəmiyyətin içərisindən çıxıb. Cəmiyyətdə nəyin baş verdiyini isə generallar da yaxşı bilir.
Hesab edirəm ki, əgər hazırki etirazlar yatırılsa belə, yaxın dövrdə başqa aksiyalar yenidən başlayacaq. Məsələn, ola bilər ki, Məhsə Əmininin 40-ı, ya da ad günündə aksiyalar keçirilsin.
Yaxud etirazlarda, ümumilikdə, 50 nəfər həyatını itirib ki, onların anım günlərində də aksiyalar keçirilə bilər. Çünki İranda belə bir ənənə var. Əgər ənənə indi də davam etsə, bu o deməkdir ki, etiraz aksiyaları səngiməyəcək. Bir sözlə, hazırki aksiyalar yatırılsa belə, gələcək dövrdə növbəti etiraz dalğası istisna olunmur.
Azərbaycanda siyasi partiyalar arasında düşmənçilik hökm sürür — SƏBƏBLƏR
Dünyanın əksər ölkələrində koalisiyalar siyasi həyatın ayrılmaz parçası kimi qəbul olunur. Belə ki, ideoloji və ya vahid məqsəd uğrunda mübarizə partiyaları bir araya toplayır. Bəzən hətta fərqli düşərgələri və siyasi baxışları olan təşkilatların belə birgə mübarizə aparmasına rast gələ bilirik.
Azərbaycanda isə vəziyyət fərqlidir. Doğrudur, proporsional seçki sisteminin olmaması koalisiyalar ənənəsini qarşısına sədd çəkir.
Lakin istənilən halda siyasi təsir gücünü artırmaq üçün, yaxud majoritar seçki sistemində qarşılıqlı dəstəyi təmin etmək üçün də partiyalar güclərini birləşdirə bilərlər.
Buna rəğmən ölkəmizdə son illərdə nəinki hər hansı koalisiyaya, heç bu istiqamətdə təşəbbüslərə də rast gəlmirik.
Bəs, partiyaların koalisiya ideyasına isti baxmamasına səbəb nədir?
Mövzunu Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə ilə müzakirə etdik. Xatırladaq ki, AMİP illər öncə bloklara qoşulmamaqla bağlı qərar qəbul edib.
Partiya sədri Bizim.Media-ya açıqlamasında qeyd edib ki, AMİP-in gələcək dövrdə koalisiyalara qoşulması mümkündür:
“Azərbaycan siyasi arenasında seçki qabağı belə blokların yaradılmasına şahid olmuşuq. AMİP uzun illərdir ki, digər partiyalarla ikitərəfli əməkdaşlığa üstünlük verir. Amma siyasət dövrə uyğun olaraq dəyişilə bilər.
Əgər seçkilər majoritar qaydada keçirilərsə, digər partiyalarla ikitərəfli əməkdaşlıq təşkil edilə, hətta qarşılıqlı müqavilələr də imzalana bilər. Proporsional yaxud qarışıq seçki sistemi bərqərar olacaqsa, hesab edirəm ki, tək AMİP yox, digər partiyalar da koalisiyalarda birləşməyə can atacaqlar.
Arzuxan Əlizadə ölkəmizdə koalisiyaların qurulması təcrübəsinin yoxa çıxmasına konkret səbəb göstərməyin çətin olduğunu bildirib:
“2002-ci ildə proporsional seçki sisteminin ləğvindən sonra, hər bir partiya öz namizədini keçirmək üçün ayrılıqda fəaliyyətə üstünlük verdi. Amma görünən odur ki, ölkədəki siyasi reallıqlar partiyaların bir araya gəlməsi imkanlarını azaldıb.
Bu illər ərzində vahid bir təşkilatlanma forması olmasa belə, partiyaların bir araya gəlməsinə şahidlik etmişik. Məsələn, 2019-cu ildə ölkədə islahatlara gedilməsi üçün vahid paket hazırlanarkən 12 siyasi partiya AMİP-in təşəbbüsü ilə bir araya gəldi və sənədin hazırlanmasına nail olundu”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev ölkəmizdə partiyaların birgə fəaliyyətilə bağlı nümunələrin olduğunu qeyd edib:
“Xatırlayırsınızsa, Vətən müharibəsi dönəmində 1–2 partiyadan savayı bütün partiyalar ortaq mövqe ortaya qoydular. İndiki dövrdə də əksər məsələlərdə fərqli düşüncələrə sahib olan partiyalar milli maraqlar müzakirə mövzusu olduqda eyni mövqe ortaya qoyurlar.
Konkret blokların yaranması isə seçkilərlə bağlıdır. Onu da qeyd edim ki, siyasi partiyaların da yetkinlik səviyyəsi istənilən həddə deyil. Daha çox bir lider ətrafında birləşmə, hətta liderlər arasında münasibətlərin yaxınlaşmaya maneə törətməsinə şahidlik edirik. Bu doğru deyil, çünki oxşar düşüncəni daşayan camelərin ortaq davranması zəruridir”.
Fərəc Quliyev digər önəmli səbəb kimi tarixi təcrübəni ön plana çıxarıb:
“Baxmayaraq ki, bir çox partiyaların nizamnamələri oxşardır və hakimiyyət uğrunda mübarizədə bəzi bloklar yarandı. Lakin sonradan çox ciddi şəkildə çatlar oldu və hətta düşmənçiliyə çevrildi. Görünür, partiyalar bir qədər də bundan ehtiyat edirlər.
Lakin başlıca məsələ proporsional seçki sisteminin olmamasıdır. Düşünürəm ki, proporsional və ya qarışıq seçki sisteminə keçilərsə, partiyalar arasında ayrılıq da müəyyən qədər aradan qaldırılar”.
Homoseksual əlamətlər hiss edirsizsə, dayandırmaq sizin əlinizdədir — Valideynlərə YAŞ TÖVSİYYƏSİ
İnsan həyatının ən əhəmiyyətli hissələrindən biri olan yeniyetməlik dövrü 11–12 yaşdan 14–15 yaşadək olan müddəti əhatə edir ki, bu da orta məktəbin beşinci-səkkizinci siniflərinə təsadüf edir.
Bu yaş periodunda ən sürətli sıçrayış qızlarda 11–12 yaşında, oğlanlarda isə 13–14 yaşında əmələ gəlir. Bəzi valideynlər tərəfindən səthi yanaşılan bu dövr insan həyatının ən riskli və qalıcı travmalarla yadda qalan bir kəsimidir.
Uşaqlıq və gənclik yaşları arasında ən həssas məqam olan yeniyetməliyin incəliklərinə bələd olmaq, yeniyetmələri bu çətin dövrdə doğru istiqamətləndirmək həm valideylərin, həm də bütövlükdə bir cəmiyyətin uğuruna, əks təqdirdə isə uğursuzluğuna çevrilə bilər.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Taryel Faziloğlu bildirib ki, bu zaman yeniyetmələrdə güclü hormonal dəyişikliklərin olduğu üçün maksimum maarifləndirmə aparılmalıdır.
“Həmin vaxt qadınlarda estrogen, kişilərdə isə testesteron artmağa başlayır. Hormonun çoxalması nəticəsində hər iki tərəfin seksual aktivliyi güclənir və bəyənilmə duyğusu meydana çıxır. Yeniyetməlik dövrünün bu tip hormonal aktivlityindən yaranan psixoloji məqamlar zamanı yeniyetmələr zamanlarının əsas hissəsini qarşı cinsə fokuslanmağa həsr edirlər.
Ona görə də, bu zaman bəzi xoşagəlməz hadisələr özünü göstərə bilir. Hormonların yeniyetmələrdə yaratdığı aktivliyi daha faydalı sahələrə yönəltmək lazımdır. Əks halda isə bu gün gənclərdə tez-tez qarşımıza çıxan problemlərlə üzləşmək məcburiyyətində qalacağıq”.
Psixoloq vurğulayır ki, yeniyetmələrin cinsi yetişkənliyi yaxşı keçirməməsinin əsas səbəblərindən biri də, texnologiya dövründə yaşamağımız və gənclərin sosial şəbəkələrdəki mənfi vərdişlərə həddindən artıq aludə olmsından qaynaqlanır.
“Yeniyetmələr bütün mövcud sosial şəbəkələrdən istifadə edərək cinsi həyata daha tez atılmağa çalışırlar. İşdən əlavə sosial şəbəkələrdə daha çox vaxt keçirən valideynlər isə bir növ uşaqlarında hansı istək və həvəslərin oyandığından xəbərsiz olurlar. Bu dövrdə həmçinin əksinə olaraq kişilərdə qadın hormonu olan estrogen, qadınlarda isə kişi cinsi hormonu testesteron arta bilər.
Nəticədə isə yeniyetmələrdə homoseksuallıq istəyi güclənir. Bu zaman onları bu istəkdən çəkindirmək valideynlərin borcudur. Çünki məhz bu periodda həyatı bahasına səhvlər edən yeniyetmələr üçün sonradan ən çox təəssüflənən məhz onların valideynləri olur”.
Həkim-terapevt Rasif Bağırovun sözlərinə görə bəzi xəstəliklər özünü məhz yeniyetməlik dövründə biruzə verməyə başlayır. Buraya genetika ilə ötürülən əsəb xəstəlikləri və sinir sistemi pozğunluqları da aiddir.
“Uşaqlarda olan sinir pozğunluqları cinsi yetişkənlik dövründə o qədər gərginləşə bilir ki, hətta şizofreniyanın bəzi xırda simptomları da orada özünü göstərə bilir. Həmçinin beyində “mental sistem” yəni düşüncə və təfəkkürlə bağlı problemlərə də rastlanır.
Keçid dövründən sonra bu kimi əlamətlər nisbətən azalmağa başlayır, amma müalicə etmədiyimiz təqdirdə isə bu ömür boyu davam edə bilir. Bəzən həkimlərimiz yalnış olaraq heç bir müalicə yazmadan bu kimi halları keçid dövrü ilə bağlayır və bir müddət sonra düzələcəyini vurğulayırlar.
Dünya alimləri müəyyən ediblər ki, 13–17 yaş arası insan orqanizminin kalsiuma olan tələbatı 99 il yaşayan insan bədəninin tələb etdiyi kalsiumdan daha çoxdur. Bu məqam yeniyetməlik dövrünə təsadüf etdiyi üçün bunu diqqətdə saxlamaq məsləhətdir.
Həmin zaman yeniyetmə orqanizminin kalsiuma olan tələbatı ödənməyəndə əzələləri nazik və çəlimsiz olur. Uzun və arıq görkəm alan orqanizmin müqaviməti zəifləyir və bu zaman istənilən bir yolxucu xəstəliyə yoluxmaq asanlaşır”.
Dördüncü Brüssel görüşünün konkret nəticəsi nədir? — TƏHLİL
Xəbər verdiyimiz kimi, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Prezidenti Şarl Mişel arasında görüş baş tutub. Sayca dördüncü Brüssel görüşündə sülh gündəliyinin ənənəvi məsələləri müzakirəyə çıxarılsa da, bir sıra istiqamətlərdə yeni nəticələrə əldə olunub.
Belə ki, ötən görüşlərdə olduğu kimi, Şarl Mişel görüşün nəticələrilə bağlı məlumat verib. Bu açıqlamalara istinad edərək, əsas müzakirə mövzularını və nəticələri bu cür sıralaya bilərik:
1. Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılıq əldə olundu. Bu istiqamətdə xarici işlər nazirləri mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırılıb.
Əminliklə deyə bilərik ki, bu istiqamətdə əldə olunan irəliləyiş görüşün əsas nailiyyəti hesab edilməlidir. Çünki sülh müqaviləsi məsələsində bu cür konkret müddəa daha əvvəl razılaşdırılmamışdı.
Eyni zamanda müqavilə mətninin hazırlanması üçün dəqiq tarixin göstərilməsini də xüsusi qeyd etməliyik. Çünki ya Ermənistan tərəfi deyilən tarixədək öz öhdəliyini yerinə yetirməli olacaq, ya da Azərbaycan masada və meydanda təzyiq üçün böyük “kozır” əldə edəcək.
2. Humanitar məsələlər, o cümlədən minalardan təmizlənmə, saxlanılanlar və itkin düşənlərin taleyilə bağlı müzakirələr aparıldı.
Azərbaycan tərəfi daim humanitar problemləri diqqətə saxlayıb, bu məsələnin danışıqların predmetinə çevrilməsinə nail olub. Dördüncü Brüssel görüşündə də bu məsələ yenidən masada olub.
Məlumdur ki, bu məsələdə İrəvan lazımi informasiyaları (mina xəritələri, kütləvi məzarlıqların yeri və s.) Azərbaycana tam şəkildə təhvil vermir. Rəmi Bakı isə bu məsələni daim diqqət mərkəzində saxlamaqla Ermənistan üzərində təzyiq yaratmağa davam edir.
3. Azərbaycan tərəfinin diqqətinə erməni saxlanılanların azad edilməsinin vacibliyi çatdırıldı. Bu məsələ hər nə qədər rəsmi İrəvanın lehinə görünsə də, Mişelin istifadə etdiyi termin vəziyyətin fərqli olduğunu göstərir. Çünki erməni diversantlarıyla bağlı Ermənistan tərəfinin istifadə etdiyi “əsir” ifadəsindən istifadə olunmayıb. Onlar sadəcə “saxlanılan şəxs” kimi təqdim edilib.
4. Sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamlar nəzərdən keçirilib. Razılığa gəlinib ki, sərhədlərin delimitasiyası üzrə komissiyalarının növbəti iclası noyabrda Brüsseldə keçirilsin.
Bu isə Brüsselin danışıqlar prosesində rolunun artdığını göstərir. Siyasi ekspertlər və bir sıra rəsmilər tərəfindən Aİ-nin moderatoluğunun yüksək qiymətləndirildiyini nəzərə alsaq, bu razılaşmanı da müsbət məqam hesab etmək olar.
Ümumilikdə isə, dördüncü Brüssel görüşünün danışıqlar prosesində yeni səhifə açdığını söyləyə bilərik.
Çünki…
Birincisi, Qarabağla bağlı hər hansı məsələ Ermənistanla müzakirə predmeti deyil.
İkincisi, danışıqlar yenə də Azərbaycanın irəli sürdüyü 5 prinsip ətrafında gedir.
Üçüncüsü, Ermənistan tərəfi sülh müqaviləsinin hazırlanması üçün konkret addımlara məcbur edildi.
Belə görünür ki, artıq sülh müqaviləsinin imzalanması üçün tərəflər arasında hər hansı ciddi maneə qalmayıb və uzun illərdir bütün regionun həsrətində olduğu sülhün bərpası günü-gündən yaxınlaşır.
AMEA-da növbəti ÇƏKİŞMƏ — Elmi işçi institut rəhbərini MƏHKƏMƏYƏ verdi
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi Lola Hüseynova institut rəhbərliyini məhkəməyə verib. Səbəb kimi Lola Hüseynova ilə institutun baş direktoru Abbas Seyidov və Kadrlar şöbəsinin müdiri Leyla Rüstəmova arasında bir neçə il əvvəl başlayan şəxsi münasibətlər zəmnindəki problemlərdir.
Bu iddia ilə Bizim.Media-ya Lola Hüseynova çıxış edib. Bildirdiyinə görə Abbas Seyidov və Leyla Rustəmova vəzifəyə gəldiyi gündən etibarən təzyiqlərə, şantaja məruz qalıb, onu işdən çıxarmaq üçün səfərbər olublar.
Şikayətçinin iddiasına görə rəhbərlik “işdən uzaqlaşdırma planlarını” Leyla Rüstəmovanın köməyi ilə vəzifəyə gətirilmiş İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sədaqət Məmmədlidən istifadə edərək reallaşdırmağa çalışır:
“Abbas Seyidov mənə şiddətli töhmətlə bağlı əsassız qərar verib. Bu günə qədər işimlə bağlı mənə xəbərdarlıq belə olunmayıb. Hesab edirəm ki, şiddətli töhmətin verilməsi işdən uzaqlaşdırılmağım üçün olub.
Qərarda heç bir əsası olmayan məsələlər qeyd edilib. Bildirilib ki, guya mən icazəsiz qazıntı yerini tərk etmişəm. Halbuki işdəkilər də bilir ki, bəlkə də son günə qədər ezamiyyətimdə iştirak edən 10 işçidən biriyəm. Bunu əminliklə deyə bilərəm. Sadəcə mən icazə almışam və direktorun çağırışı ilə instituta gəlmişəm. Şəxsi qərəzdir, belə istəyiblər və ediblər. Amma kimin qərəzi varsa, küçədə aparsın. İnstitut qərəz yeri deyil axı…”
Lola Hüseynovanın sözlərinə görə 6 ilə yaxındır ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda çalışır və nümunəvi işçilərdən sayılır:
“Elə bir ezamiyyəm yoxdur ki, adım sənəddə getsin, özüm isə orada olmayam. Şiddətli töhmətə laqiq deyiləm. Ona görə də məhkəməyə müraciət etmişəm və haqqımı tələb edirəm. Abbas müəllimlə dialoqumuz olmayıb. Direktora hörmətsizlik və sayğısızlığım olmayıb. Əgər institutun direktoru hansısı işçini başqa bir işçidən seçirsə, demək atdığım addımın da bir əsası olmayacaq”.
Lola Hüseynova qeyd edib ki, ən böyük problemi institutun Kadrlar şöbəsinin müdiri Leyla Rüstəmova ilədir:
“Maraqlıdır ki, çox yaxşı dost və bir şöbənin əməkdaşı olmuşuq. Sonradan mənlə bağlı həmkarların qondarma iclasını düzənlədilər. Orada da üzümə durdu və and içdi. Şoka düşdüm. Sözün düzü ondan gözləmirdim.
Leyla Rüstəmovanın mənə düşmənçiyi nədir, hələ də bilmirəm. Niyə Abbas Seyidov və Leyla Rüstəmova birləşib Sədaqət Məmmədli üzərindən üstümə gəldilər, anlamıram. Bilirəm ki, işdən getməyimi istəyən elə o iki şöbə yoldaşımdır.
Mən heç kimin çörəyinə bais olmamışam. Bizim Abbas Seyidov, Leyla Rüstəmova və Sədaqət Məmmədli ilə şəxsi problemlərimiz 2 il əvvəl başlayıb. Onlar işə gələn kimi ilk məqsədləri məni işdən atmaq olub. Halbuki Abbas Seyidov sevinməlidir ki, məni kimi işçisi var. Görünür, kimsə direktor haqqında qeybət etmək istəyib.
Bilib ki, bizim də belə problemlərimiz var. Yəqin düşünülmüş şəkildə adımı ortaya salıblar. Amma məhkəmədə də bu məsələlərin açılmasını istəyirəm. Direktorun məni işdən uzaqlaşdırmaq fikri olmasaydı, ilk növbədə mənə xəbərdarlıq verərdi. İşçiyə birinci xəbərdarlıq, ikinci töhmət, daha sonra şiddətli töhmət verilir.
Hətta bir neçə şəxsin yanında “mən onu işdən kənarlaşdırdıqdan sonra ömrünü məhkəmələrdə çürüdəcəyəm” deyib. Olsun, mən həvəsdən düşmürəm və işimdən kənarlaşmamaq şərtilə sonadək gedəcəyəm”.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidov məsələyə münasibət bildirib. O, əslində Lola Hüseynovanı işdən azad etmək istəyində olduğunu bildirib:
“O insan işdən azad olunmalı idi. Çünki icazə almadan iş yerini tərk edərək qanundankənar instituta qayıdıb və burada vəzifəli şəxsi təhqir edib. Şöbə müdirini qolundan tutub sürüyüb. Bura qoçuluq meydanı deyil ki, kimsə istədiyini etsin. İş yerini tərk etdiyi, vəzifəli şəxsi təhqir etdiyi və ictimai yerdə xuluqanlıq hərəkəti etdiyi üçün mən onu işdən azad etmək istəyirdim. Bir neçə şəxsə üz vurdu. Onların xahişi və minnəti ilə onu şiddətli töhmətlə işdə saxladıq. Amma belə hərəkətlərini təkrarlasa, biz onu işdən kənarlaşdıracağıq”.
Abbas Seyidov Lola Hüseynova ilə köklü problemi və ya qərəzi olmadığını qeyd edib:
“Şəxsən ona qarşı heç bir prinsipim yoxdur. Adi bir işçidir. Elə bir səviyyəli işçi də deyil ki, deyək bundan yoxdur. İki elmi rəhbər və iki mövzu dəyişib, amma heç bir iş görməyib. O qadın şər-böhtanla məşğuldur.
Onları rəhbər olaraq düz yola çəkirəm və işləmək üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Bütün işçilər kimi onun da hüququ qorunur. Amma heç kimə icazə verilmir ki, iş yerini buraxıb gəlsin və başqa bir şəxsi təhqir etsin.
Gedib məhkəməyə müraciət etsin. Dövlətin ali orqanı Lola Hüseynova haqqında müsbət qərar çıxararsa, şiddətli töhməti aradan qaldırarıq”, -deyə institut direktoru fikirlərini yekunlaşdırıb.