Stories by Sharif Latifov on Medium
STP Layer 2 şəbəkə protokoludur və əsas vəzifəsi switch-lər arasında yaranan loop-ları aşkarlamaq və bloklamaqdır.
Təsəvvür edək ki, şəbəkədə switch lər arasında bir neçə fiziki bağlantı var. Bu MAC table ın tez-tez dəyişməsinə, broadcast storm un yaranmasına, dublikat frame lərin yaranmasına səbəb ola bilər. STP-nin rolu burada ortaya çıxır ki, loop yarada biləcək fiziki xəttləri məntiqi olaraq bloklayır və loop un yaranmasının qarşısını alır.
Bu məqalənin məqsədi STP nin nə olduğunu və necə işlədiyini göstərməkdir. Bunu laboratoriya çalışmalarına əsaslanaraq etməyə çalışacağam.
İlkin olaraq STP haqqında əsas anlayışlarla tanış olaq.
STP-nin bir neçə versiyası mövcuddur:
802.1D — ilkin standart versiya
Per-VLAN Spanning Tree (PVST) — hər VLAN üçün ayrıca STP
Per-VLAN Spanning Tree Plus (PVST+) — PVST-nin inkişaf etdirilmiş forması
802.1W Rapid Spanning Tree Protocol (RSTP) — sürətli konvergensiyaya malik STP versiyası
802.1S Multiple Spanning Tree Protocol (MST) — bir neçə VLAN üçün ümumi STP ağacı qurmağa imkan verir
STP-nin orijinal versiyası IEEE 802.1D standartına əsaslanır və bir VLAN üçün dövrəsiz topologiyanı təmin etməyə xidmət edir. Bu məqalədə əsasən IEEE 802.1D standartına toxunulacaq. Birbaşa olaraq STP kimi qeyd olunacaq bu məqalədə.
İlk növbədə STP — nin Port Vəziyyətlərini (Port States) sadalayaq.
Disabled : Port administrativ olaraq söndürülüb (shutdown vəziyyətindədir). Aktiv deyil, STP-də iştirak etmir.
Blocking : Port aktivdir (yəni, fiziki olaraq işləkdir), amma trafiki ötürmür. Bu vəziyyət Layer 2 dövrələrin qarşısını almaq üçün istifadə olunur
MAC ünvan cədvəlini yeniləməz
Yalnız BPDU mesajlarını qəbul edə bilər
3. Listening
BPDU-ları həm göndərə, həm də qəbul edə bilir
Digər trafikləri hələ də ötürmür
MAC ünvan cədvəlini hələ də yeniləməz
Bu mərhələnin müddəti “Forward Delay” timerinə əsaslanır
4. Learning
MAC ünvan cədvəlini yeniləyə bilir
Hələ də normal trafik ötürmür
Yalnız BPDU-lar ötürülə və qəbul edilə bilər
Bu mərhələnin də müddəti forward delay ilə müəyyən edilir
5. Forwarding
Bütün normal Layer 2 trafikləri ötürür
MAC ünvan cədvəlini yeniləyir
Bu, portun aktiv işlədiyi son vəziyyətdir
6. Broken : Portda konfiqurasiya və ya əməliyyat problemi aşkar edilib. Bu halda:
Port trafiki rədd edir
Problem həll olunana qədər port bu vəziyyətdə qalır
STP-nin Port Tiplərini (Port States) sadalayaq.
STP-nin 3 əsas port tipi vardır. Bu tipləri sadalayaq.
Root Port
Bu port root bridge-ə (yəni STP topologiyasının əsas switch-inə) və ya ona doğru olan yuxarıdakı (upstream) switch-ə ən qısa yol ilə bağlantı yaradır.
Hər switch-də bir VLAN üçün yalnız bir dənə Root Port ola bilər.
Bu port trafiki yuxarıya doğru ötürmək üçün istifadə olunur.
2. Designated Port
Bu port trafiki BPDU-larla birlikdə digər switch-lərə və cihazlara göndərmək üçün istifadə olunur.
Yəni aşağıya doğru əlaqəni təmin edir.
Hər bir linkdə (şəbəkə bağlantısında) yalnız bir aktiv Designated Port olmalıdır.
Bu port həmçinin MAC ünvan cədvəlini yeniləyir və normal trafik ötürür.
3. Blocking Port
Bu port trafiki ötürmür.
STP hesablamalarına görə Layer 2 dövrə (loop) yaranmasının qarşısını almaq üçün blok vəziyyətinə alınır.
Yalnız BPDU qəbul edə bilər, digər trafikləri ötürmür.
STP-də iştirak edən əsas terminləri sadalayaq.
Root Bridge
STP topologiyasındakı ən vacib switch-dir.
Digər bütün switch-lər yollarını bu switch-ə görə hesablayır. Yəni, STP ağacının “başlanğıc nöqtəsidir”.
Root bridge üzərindəki bütün portlar forwarding vəziyyətində olur.
Eyni zamanda, bu portların hamısı “Designated Port” kimi təyin edilir, çünki onlar heç bir portla rəqabət aparmır.
2. Bridge Protocol Data Unit (BPDU)
BPDU — switch-lərin Layer 2 topologiyasında iyerarxiyanı müəyyən etməsi və dəyişikliklər haqqında bir-birini xəbərdar etməsi üçün istifadə olunan şəbəkə paketidir.
BPDU-nun destination MAC ünvanı: 01:80:c2:00:00:00
BPDU-nun 2 növü var.
Configuration BPDU
Root bridge, root port, designated port və blocking port-ları müəyyən etmək üçün istifadə olunur.
Aşağıdakı sahələri əhatə edir:
STP növü
Root path cost
Root bridge ID
Local bridge ID
Max Age
Hello Time
Forward Delay
Topology Change Notification (TCN) BPDU
Layer 2 topologiyasında dəyişiklikləri digər switch-lərə bildirmək üçün istifadə olunur.
3. Root Path Cost
Root bridge-ə olan yolun ümumi costudur (bandwidth əsasında hesablanır).
Daha aşağı cost — daha üstün yol deməkdir.
4. System Priority
4-bitlik dəyərdir və bir switch-in Root Bridge seçilməsinə nə qədər üstünlük verildiyini göstərir. System Priority dəyərinin aşağı olması Root Bridge seçimində qələbə qazanması deməkdir.
Default: 32,768
5. System ID Extension
12-bitlik dəyərdir və BPDU-nun aid olduğu VLAN-ı göstərir.
Bu dəyər System Priority ilə birləşərək Bridge ID-ni yaradır.
Root Bridge ID və Local Bridge ID — nin təyin olunması üçün aşağıdakı amillər götürülür.
Root Bridge ID üçün:
Root switch-in MAC ünvanı, System ID Extension və System Priority-dən ibarət birləşmiş identifikatordur.
Digər switch-lər bu identifikator əsasında Root Bridge-in kim olduğunu müəyyən edir.
Local Bridge ID üçün:
Hər bir switch özünü MAC ünvanı + System ID Extension + System Priority ilə tanıdır.
Bu məlumat BPDU vasitəsilə ötürülür.
Yuxarıdakı sxemada SW1 Root Switch di. Buna aşağıdakı komanda vasitəsilə baxa bilərik.
SW1# sh spanning-tree
Yuxarıdakı şəkildən görürük ki, bu Switch Root Switch di. Burada Mac ünvanı, System Priority və System ID Extension (Vlan ID) göstərilib. System ID Extension deyəndə Vlan ID dəyəri nəzərdə tutulur.
System Priority : 32768 + 1 = 32769
İndi isə digər terminlər haqqında da yazaq.
Hello Time
Hello Time BPDU nun neçə saniyədən bir göndərilməsini müəyyən edir. Hello Time ın default vaxtı 2 saniyədir. Bunu dəyişmək olar. Real praktikada bu dəyəri dəyişmək tövsiyyə olunmur.
SW1(config)#spanning-tree vlan 1 hello-time 3
Max Age
Bir port BPDU məlumatını maksimum nə qədər müddət ərzində yadda saxlamalıdır onu göstərir. Deafult vaxtı 20 saniyədir. Bu dəyəri dəyişmək olar.
SW1(config)#spanning-tree vlan 1 max-age 30
Forward Delay
Portun Listening və Learning vəziyyətlərində nə qədər qalacağını müəyyən edir. Deafult vaxtı 15 saniyədir. Burada Listening üçün ayrıca 15 saniyə, Learning üçün ayrıca 15 saniyə götürülür. Bu dəyəri dəyişmək olar.
SW1(config)#spanning-tree vlan 1 forward-time 20
STP-də interface path cost Root Bridge-ə gedən ən optimal yolun hesablanmasında əsas amildir. Bu cost lar cəm halında toplanaraq, hansı yolun daha az və əlverişli olduğunu müəyyən edir. Root Port seçilərkən ən aşağı Path Cost üstün tutulur.
Əsas məqamlar:
İnterface STP cost, portun sürətinə əsasən təyin olunur.
Root bridge-ə çatmaq üçün olan ümumi cost (yəni port cost-lar cəmi) ən aşağı olan yol seçilir.
İki hesablama metodu var.
Short Mode
Long Mode
Aşağıda hər iki mode un hesablanması üçün cədvəl göstərilib.
Cost u dəyişmək olar manual olaraq.
SW1(config)#interface ethernet 0/0
SW1(config-if)#spanning-tree cost 10
Həmçinin Long Mode a çevirmək olar. Default olaraq Short Mode da olur.
SW1(config)#spanning-tree pathcost method long
İndi isə əsasən STP topologiyası necə qurulur və bu prosesi müxtəlif laboratoriya nümunələrilə göstərək.
Yuxarıdakı şəkildə 5 switch dən ibarət bir sxema var. Burada biz Root Port ları (RP), Designated Port ları (Desg) və Alternate və ya Blocking port ları (Block) görmüş oluruq.
Bu portları müəyyənləşdirmək üçün hər hansı bir Switch in üzərində aşağıdakı komandanı yazmaq olar. Məsələn SW 5 də bunu edək.
SW5#sh spanning-tree
Bu komandanı həm Root, həm də Alternate port üçün ayrılıqda yazmaqla da etmək olar.
SW5#sh spanning-tree root
SW5#sh spanning-tree blockedports
Root Switch əsasən real praktikada Router ə daha yaxın Switch götürülür. Root Switch in seçilməsi üçün yuxarıda qeyd etdiyimiz amillər üstün tutulur. System Priority nin aşağı dəyərdə olması, MAC ünvanının aşağı dəyərdə olması. Ən son anda Port Priority nin aşağı dəyərdə olması. Yəni bir link üzərində Desg portun müəyyən edilməsi zamanı ən sonda Port Priority nəzərə alınır.
Port priority ni biz sh spanning-tree komandası ilə görə bilirik.
Hər hansı bir Switch i System Priority dəyərini dəyişərək Root Switch etmək olar. Onu da deyim ki, Root Switch də bütün portlar Designated di.
SW1#sh spanning-tree root
Yuxarıdakı sxemada dəyişiklik edərək SW3 ü Root Switch edək. Bunun üçün SW3 ün System Priority dəyərini 4096 edək. Onu da deyim ki, System Priority dəyəri 61440–4096 arası dəyişir və 4096 vahid azalaraq və ya çoxalaraq dəyərləndirilir.
SW3(config)#spanning-tree vlan 1 priority 4096
İndi baxıb görərik ki, SW3 Root Switch olacaq.
SW3#sh spanning-tree
System Priority 4097 olacaq. Burada 1 vahid Vlan ID nin dəyəri əlavə olunar. Port Role ların hamısı Designated olacaq ki, bu da Root Switch də belə olur.
Biz System Priority dəyərini 0 dəyərinə də salıb eyni nəticəni ala bilərik.
Həm də Root Switch i root primary edərək də təyin edə bilərik. Bunu SW2 də edərək fərqə baxaq.
SW2(config)#spanning-tree vlan 1 root primary
SW2#sh spanning-tree
Bu zaman SW2 nin Root Switch olduğunu görərik. SW1 də System Priority dəyəri eyni olsa da, SW2 root primary kimi Root Switch seçiləcək.
SW1#sh spanning-tree
Hər hansı bir Switch i ehtiyat Root Switch kimi də seçə bilərik.
SW3(config)#spanning-tree vlan 1 root secondary
Biz bu sxemada Vlan 1 ə görə konfiqurasiyaları edirik. Halbuki fərqli Vlan lar ola bilər ki, həmin Vlan lara görə biz fərqli Switch lər Root Switch edə bilərik.
İndi isə STP də Root Guard ın, Portfast in, BPDU Guard ın, BPDU Filter in, Loop Guard ın əhəmiyyətindən danışaq.
Root Guard
Root guard — port səviyyəsində aktivləşdirilən bir STP xüsusiyyətidir və downstream (aşağıya doğru) switch lərdə Root Bridge olmaq istəyən Switch lərin qarşısını alır.
Root Guard aktiv olan porta daha üstün BPDU (superior BPDU) gələndə, həmin port root inconsistent vəziyyətinə keçir. Bu vəziyyətdə port listening vəziyyətindəki kimi davranır və trafik ötürmür. Bu, designated port-un root port-a çevrilməsinin qarşısını alır.
Bu sxemada SW3 ün SW5 ə gedən ayağında Root Guard aktiv edək.
SW3(config-if)#spanning-tree guard root
STP Portfast
Portfast — STP-nin host portlarında TCN (Topology Change Notification) yaratmasının qarşısını alan funksiyadır.
Çünki host-lar adətən yalnız bir bağlantıya sahib olur və onların STP topologiyasına təsiri yoxdur. Bir sözlə portfast access portlara tətbiq edilir.
Əgər portfast aktiv olan porta BPDU gələrsə, portfast deaktiv olunur və port yenidən STP state-lərini keçməyə başlayır.
Portfast üçün aşağıdakı komandalar istifadə olunur.
Port səviyyəsində konfiqurasiya aşağıdakı kimidir.
SW3(config)#interface ethernet 0/3
SW3(config-if)#spanning-tree portfast
Bütün acces portlara isə global konfiqurasiya tətbiq edilir.
Trunk portlarda portfast yalnız bir host-a qoşulan trunk üçün aktiv olmalıdır (məsələn, VM-ləri fərqli VLAN-da yerləşən bir server). Məsələn Serverdə çoxlu sayda virtual maşınlar var və hər bir virtual maşın fərqli şəbəkələrdədir.
SW3(config-if)#interface ethernet 0/3
SW3(config-if)#spanning-tree portfast edge trunk
BPDU Guard
BPDU guard təhlükəsizlik mexanizmidir və STP portfast ilə konfiqurasiya olunmuş portlara BPDU alındıqda həmin portları ErrDisabled vəziyyətinə salır. ErrDisabled vəziyyətində olan port heç bir şəbəkə trafikini emal etmir. Bütün access portlarının portfast ilə aktiv edildiyini fərz etsək, bu, topologiyaya gizli olaraq switch əlavə olunarsa, loop yaradılmasının qarşısını alır. BPDU Guard həm qlobal, həm də interface altında konfiqurasiya edilir.
Qlobal konfiqurasiya zamanı əsas şərt odur ki, access portların altında portfast tətbiq edilməlidir.
SW3(config)#spanning-tree portfast bpduguard default
Qlobal konfiqurasiya zamanı ola bilər ki, hər hansı bir portda bunu disable etmək lazımdır.
SW3(config-if)#interface ethernet 0/3
SW3(config-if)#spanning-tree bpduguard disable
Amma yalnız müəyyən olunmuş portlarda BPDU Guard enable və ya disable etmək istəyiriksə, bu zaman aşağıdakı komandanı yazmalıyıq.
SW3(config-if)#interface ethernet 0/3
SW3(config-if)#spanning-tree bpduguard enable / disable
Hər hansı bir interface altında STP haqqında məlumat almaq üçün aşağıdakı komanda istifadə olunur.
SW3#sh spanning-tree interface ethernet 0/3 detail
Qeyd: BPDU Guard ErrDisabled vəziyyətinə salınan portlar avtomatik olaraq bərpa olunmur. Bu halda ya errdisable recovery cause bpduguard bu komandadan istifadə olunur, ya da ki, həmin interface shut / no shut edilməlidir.
BPDU Filter
BPDU Filter sadəcə olaraq bir portdan BPDU-ların göndərilməsini bloklayır. BPDU Filter qlobal şəkildə və ya müəyyən bir interfeys üçün aktiv edilə bilər. BPDU filter-in qlobal konfiqurasiyası üçün aşağıdakı əmr istifadə olunur:
SW3(config)#spanning-tree portfast bpdufilter default
Müəyyən interfeys üçün BPDU Filter-i aktiv etmək üçün isə aşağıdakı interfeys konfiqurasiya əmri istifadə olunur:
SW3(config)#spanning-tree bpdufilter enable
Əgər BPDU Filter, portfast aktiv edilmiş portda aktiv olunarsa, davranış konfiqurasiyadan asılı olaraq dəyişir:
Əgər BPDU Filter qlobal şəkildə aktiv olunarsa, portfast aktiv olan port 10–12 ədəd BPDU göndərir. Əgər switch hər hansı BPDU qəbul edərsə, o, hansı switch-in daha üstün olduğunu müəyyənləşdirməyə çalışır.
Üstün (preferred) switch daxil olan BPDU-ları emal etmir, lakin özündən aşağıda olan switch-lərə (downstream) BPDU göndərməyə davam edir.
Qeyri-üstün (non-preferred) switch isə üstün switch-dən aldığı BPDU-ları emal edir, lakin ona geri BPDU göndərmir.
Əgər BPDU Filter, portfast aktiv olan müəyyən bir porta tətbiq edilərsə, həmin port davamlı şəkildə heç bir BPDU göndərmir. Əgər qarşı tərəfdəki portda BPDU Guard aktivdirsə, bu adətən həmin portu ErrDisabled vəziyyətinə salır — bu isə bir loop un qarşısını alma mexanizmidir.
Əksər şəbəkələrdə BPDU Filter quraşdırılmır və bunun quraşdırılması problem yarada bilər.
Loop Guard
Loop Guard root portda BPDU-ların itirilməsi səbəbindən alternativ və ya root portların downstream switch-lərə doğru designated port kimi dəyişməsinin qarşısını alır. Loop Guard, BPDU-lar alınmadığı müddətdə orijinal portu loop inconsistent vəziyyətinə qoyur. BPDU ötürülməsi həmin interfeysdə yenidən başladıqda, port bərpa olunur və yenidən STP vəziyyətləri (STP states) üzrə keçid edir.
Loop Guard qlobal şəkildə aşağıdakı əmr ilə aktiv edilə bilər:
SW3(config)#spanning-tree loopguard default
Yaxud interfeys səviyyəsində aktiv etmək üçün:
SW3(config)#spanning-tree guard loop
Loop Guard portfast aktiv edilmiş portlarda aktiv edilməməlidir, çünki bu, root və alternativ port məntiqi ilə birbaşa ziddiyyət təşkil edir.
TC (Topology Change) və TCN (Topology Change Notification) haqqında əlavə məlumat vermək istəyirəm.
Təsəvvür edək ki, yuxarıdakı şəkildə SW3 ilə SW5 arasındakı link down olur. Bu zaman SW3 upstream (yuxarıya doğru, Root Switch ə doğru) Switch ə TCN BPDU göndərir ki, topologiyada dəyişiklik var. Bunu downstream də olan hər Switch özündən yuxarıya (upstream) doğru göndərir. Bu zaman Root Switch bu paketi alır. Əvəzində TC biti işarələnmiş BPDU lar göndərməyə başlayır. Bunu alan hər Switch özündən yuxarıya doğru TCA (Topology Change Acknowledgment) göndərir və dəyişikliyi qəbul edir. Root Bridge-dən yayılan bu xüsusi BPDU-lar bütün switch-lərə çatdıqda, MAC ünvan cədvəlində normal Aging time ı (300 saniyə) 15 saniyəyə salır. Yəni normal Forward Delay zamanına salır. Ona görə bu dəyişikliyi edir ki, topologiya dəyişdikdə, bəzi MAC ünvanları artıq köhnə portdan əlçatan olmaya bilər. Əgər MAC ünvan cədvəli köhnə məlumatı 5 dəqiqə saxlasaydı (300 saniyə), trafik səhv/köhnə porta yönləndirilə bilərdi. Bu, əlaqə kəsilmələrinə səbəb ola bilərdi. Aging time-ın 15 saniyəyə düşməsi ilə, köhnə MAC girişləri tez silinir və Switch-lər yeni topologiyaya uyğun olaraq yenidən flooding vasitəsilə MAC ünvanlarını öyrənir.
VPN (Virtual Private Network) — internet üzərindən uzaq şəbəkələri təhlükəsiz şəkildə birləşdirən texnologiyadır. Bu texnologiya vasitəsilə məlumatlar şifrələnir və sanki eyni lokal şəbəkədəymiş kimi əlaqə qurulur.
Lakin klassik VPN həlləri (xüsusilə site-to-site və ya hub-and-spoke modelləri) bəzi ciddi problemlərlə qarşılaşır:
Scalability (miqyaslana bilmə) — yeni filial əlavə olunduqca konfiqurasiyalar kəskin artır
Manual konfiqurasiya — hər tunelin əl ilə qurulması vaxt və resurs tələb edir
Full-mesh çətinliyi — bütün nöqtələr arasında birbaşa əlaqə qurmaq praktiki olaraq mürəkkəb və idarəolunmaz olur
Bu problemləri aradan qaldırmaq üçün Dynamic Multipoint VPN (DMVPN) texnologiyası yaradılıb. DMVPN Cisco tərəfindən təqdim edilən, dinamik, avtomatlaşdırılmış və miqyaslana bilən VPN həllidir. O, şəbəkədə olan cihazların bir-biri ilə əvvəlcədən konfiqurasiya olmadan birbaşa əlaqə qurmasına imkan verir.
Dynamic Multipoint VPN — çoxsaylı filialların (spoke) mərkəzi nöqtə (hub) vasitəsilə bir-biri ilə dinamik şəkildə əlaqə qurmasına imkan verən VPN texnologiyasıdır. Bu texnologiya şəbəkədə əvvəlcədən hər əlaqəni ayrıca konfiqurasiya etmədən avtomatik tunellər yaradır.
DMVPN əslində klassik Hub-and-Spoke modelinin inkişaf etmiş versiyasıdır. Fərq ondadır ki, spoke-lar yalnız hub ilə deyil, lazım olduqda birbaşa bir-biri ilə də (spoke-to-spoke) əlaqə qura bilir.
Əsas üstünlüklər:
Dinamik tunellər — trafik ehtiyacına görə avtomatik qurulur
Az konfiqurasiya yükü — hər yeni node üçün ayrıca tunel yazmağa ehtiyac yoxdur
Miqyaslana bilmə— çoxlu filiallı böyük şəbəkələr üçün ideal həll
Qısa desək, DMVPN həm idarəetməni sadələşdirir, həm də şəbəkəni daha çevik və effektiv edir.
DMVPN Arxitekturası
Dynamic Multipoint VPN arxitekturası əsasən Hub-and-Spoke prinsipinə əsaslanır, amma daha dinamik və ağıllıdır.
Hub router nədir?
Hub — mərkəzi router-dir. Bütün spoke-lar ilkin olaraq hub-a qoşulur. O, şəbəkədə nəzarət nöqtəsi kimi çıxış edir və spoke-ların bir-birini tapmasına kömək edir (NHRP vasitəsilə).
Spoke router nədir?
Spoke — filial router-lərdir. Bunlar əvvəlcə hub-a qoşulur, amma lazım olduqda birbaşa digər spoke-larla da əlaqə qurur (spoke-to-spoke tunnel).
DMVPN texnologiyasının əsası
Multipoint GRE (mGRE)
Klassik GRE (Generic Routing Encapsulation) və mGRE fərqi ondadır ki,
GRE point-to-point prinsipinə əsaslanır yəni birin-birə, mGRE isə point-to-multipoint yəni birin-çoxa prinsipinə əsaslanır.
mGRE sayəsində hub bir interfeys üzərindən çoxlu spoke-larla əlaqə saxlayır. Yəni hər spoke üçün ayrıca tunel yaratmağa ehtiyac qalmır. Bu da DMVPN-in əsas scalability üstünlüyünü verir.
DMVPN texnologiyasında əsas anlayışlardan biri NHRP dir. NHRP — spoke-ların bir-birinin real (public) IP ünvanını tapmasını təmin edir. NHRP iki prosesi həyata keçirir. İlk olaraq Spoke özünü Hub-a təqdim edir, Spoke digər Spoke-un IP ünvanını Hub-dan öyrənir. NHRP texnologiyasının əsas terminlərindən biri NBMA (Non-Broadcast Multi-Access) və NHS-dir (Next Hop Server).
NBMA (Non-Broadcast Multi-Access) IP və Tunnel IP uyğunlaşdırması edir yəni Tunel IP arxasında hansı real IP var, onu göstərir.
NHS (Next Hop Server) adətən hub router üzərində yerləşən və NHRP prosesini idarə edən əsas komponentdir. Bir sözlə Hub router in Tunel IP ünvanıdır.
DMVPN texnologiyasında digər vacib elementlərdən biri IPsec təhlükəsizlik qatının əlavə edilməsidi.
DMVPN texnologiyasında routing protokolları kritik hissələrdən sayılır ki, routing protokolları (EIGRP, OSPF və BGP) DMVPN-in işləməsində əsas önəm daşıyır.
Dynamic Multipoint VPN 3 əsas fazada inkişaf edib və hər biri əvvəlkinin limitlərini aradan qaldırır.
Phase 1 — Bütün trafik Hub üzərindən gedir, Spoke-lar birbaşa əlaqə qura bilmir.
Phase 2 — Trafik Spoke-to-Spoke gedir. Burada routing limitləmə mahiyyəti var, yəni summarization çətindir, spesifik route lar tələb olunur.
Phase 3 — Bu fazada redirect və shortcut mexanizmi əlavə olunub. Bu o deməkdir ki, əvvəl trafik Hub-dan keçsə də, sonradan Spoke-to-Spoke əlaqəsi qurulur.
İndi isə biz DMVPN texnologiyasını 3 fazada konfiqurasiya edərək göstərmiş olacayıq. Aşağıdakı sxemadan istifadə olunacaq.
İlk növbədə Hub və Spoke-ların İnterface-ləri ilə tanış olaq.
Hub
Spoke 2
Spoke 3
Biz əmin olmalıyıq ki, Hub və Spoke-lar Public IP ünvanları ilə bir-birlərini görməlidirlər, yəni ping onlar arasında getməlidir.
İndi isə Phase 1 konfiqurasiyasına başlayaq. Hub və Spoke router-lərdə tunel interface-ləri yaradaq. Biz burada routing protokollarından OSPF istifadə edəcəyik.
Hub Tunel interfeysinin qurulması.
Spoke 2 Tunel interfeysinin qurulması
Spoke 3 Tunel interfeysinin qurulması
Biz bu zaman router-lardan tunel ip-ləri ping-ləsək görərik ki, ping gedir.
Amma Spoke2 və Spoke3 router-lərin lokal şəbəkələrinə bir-birlərindən ping atsaq getməz. Bu zaman biz hər iki Spoke router-də OSPF protokolunu istifadə edəcəyik.
Spoke 2 OSPF konfiqurasiyası
Spoke 3 OSPF konfiqurasiyası
Hub router-də də eynən OSPF konfiqurasiyasını etməliyik.
Beləliklə DMVPN Phase 1 konfiqurasiyası hazırdı. Yoxlama edək. Biz Spoke2 üzərindən Spoke3 router-nə traceroute paketi göndərsək görərik ki, paket Hub üzərindən gedir.
İndi isə DMVPN Phase 2 konfiqurasiyasına keçək.
Burada biz Phase 1 konfiqurasiyasında aşağıdakı bəzi dəyişiklikləri edəcəyik.
Hub və Spoke-larda OSPF network tipini point-to-multipoint dən broadcast tipinə çevirəcəyik.
Hub da OSPF priority ni ən yüksək edəcəyik ki, DR olaraq o seçilsin.
Hub ı multicast dynamic etmək lazımdır.
Spoke-larda tunel destination silinərək tunel mode-u multipoint olacaq.
Spoke-larda OPSF priority 0 olacaq ki, DR seçimində iştirak etməsinlər.
Spoke-larda multicast dynamic olaraq Hub-ın NBMA ip ünvanını qeyd etməliyik.
Hub Phase konfiqurasiyası
Spoke 2 konfiqurasiyası
Spoke 3 konfiqurasiyası
Yoxlamaq üçün Spoke 2 də route cədvəlinə baxaq.
İndi isə traceroute paketi göndərək Spoke 3 ün lokalına.
Bu zaman görərik ki,paket Hub dan da keçir. Traceroute paketini yenidən göndərək.
Bu zaman görərik ki, Spoke 2 ilə Spoke 3 bir-birlərilə direct danışmağa başladılar.
Bu belə baxanda Phase 3 əlamətlərini göstərir. Görürük ki, birbaşa əlaqə qurula bilir. Amma burada məsələ ondadır ki, NHRP öz cache-də saxlayır yolu. Çünki Phase 3 üçün redirect və shortcut xüsusiyyətləri vacibdir.
İndi isə Phase 3 konfiqurasiyasını yazaq. Bunun üçün aşağıdakı dəyişiklikləri edək.
Hub və Spoke-larda OPSF network tipini point-to-multipoint ə keçirək.
Hub və Spoke-larda OSPF priority-ləri götürək.
Hub da ip nhrp redirect komandasını əlavə edək.
Spoke larda ip nhrp shortcut komandasını əlavə edək.
Hub konfiqurasiyası
Spoke 2 konfiqurasiyası
Spoke 3 konfiqurasiyası
Qeyd: Spoke larda running-configuration da ip nhrp shortcut görünməyə bilər.
Artıq biz Phase 3 konfiqurasiyasını da qurmuş olduq. İndi isə yoxlama işlərini aparaq.
Əvvəlcə Spoke 2 də route cədvəlinə baxaq.
İndi isə Phase 2 dən Phase 3 ün lokalına traceroute paket göndərək.
Buradan görərik ki, paket gedərkən Hub üzərindən getmiş oldu. Yenidən Spoke 2 də route cədvəlinə baxaq.
Burada % işarələri onu göstərir ki, destination Hub üzərindən öyrənilib və birbaşa route vardır. Yenidən traceroute paketi göndərək.
Buradan anlaşılan odur ki, artıq Spoke-lar bir-birlərilə birbaşa əlaqə qura bilirlər. Phase 3 ün əsas xüsusiyyəti budur, birbaşa əlaqənin qurulması. Əvvəlcə trafik Hub a gedir, Hub Spoke-a redirect cavab qaytarır, Spoke özündə digər Spoke-un yolunun shortcut-nı yaradır. Beləliklə direct əlaqə qurulur.
Beləliklə DMVPN texnologiyasını hər 3 fazada öyrənmiş olduq.
NIST CSF 5 beş funksiyadan ibarətdir. Onlar aşağıdakı şəkildə tam aydın şəkildə göstərilmişdir.
Təhdidlərin sürətlə inkişaf etdiyi bir şəraitdə, hansı nəzarət və təminatların tətbiq olunacağını müəyyən etmək çox çətin ola bilər. Milli Standartlar və Texnologiya İnstitutu (NIST — National Institute of Standards and Technology) bu prosesi asanlaşdırmaq üçün faydalı çərçivə hazırladı. Onların Kibertəhlükəsizlik Çərçivəsi (CSF — Cybersecurity Framework) səyləri cəmləmək üçün beş əsas funksiyanı təqdim edir:
· Müəyyənləşdir (Identify)
· Qoru (Protect)
· Aşkarla (Detect)
· Cavablandır (Respond)
· Bərpa et (Recover)
Hər bir funksiyanı başa düşərək və onların daxilində nəzarəti həyata keçirməklə biz möhkəm və riskə əsaslanan kibertəhlükəsizlik proqramı hazırlaya bilərik. Biz bu funksiyaların hər birini öz açarlarına görə açacağıq ki, bizim başlamaq üçün planımız olsun. Düzgün alətlər və resurslarımız olduqda kibertəhlükəsizlik bizə mürəkkəb olaraq aşılanmır. NIST Çərçivəsi bu vasitələrdən biridir, ona görə də bu çərçivənin yaxşı anlanılması bizə Kibertəhlükəsizliyimizi səliqəli formada qurmağımıza dəstək olacaq.
NIST in tarixi
Milli Standartlar və Texnologiya İnstitutu (NIST) Kibertəhlükəsizlik Çərçivəsi (CSF) 2014-cü ildə təşkilatlara kibertəhlükəsizlik risklərini idarə etməyə kömək etmək üçün yaradılmışdır.
Əvvəlcə kritik infrastruktur sektorları üçün nəzərdə tutulmuş Çərçivə o vaxtdan bütün sənayelər üzrə təşkilatlar tərəfindən qəbul edilmişdir. O, kiberhücumları müəyyən etmək, qorumaq, aşkar etmək, onlara cavab vermək və hücumlardan sonra pozulan sistemi bərpa etmək üçün beş əsas funksiyanı təmin edir.
NIST Kibertəhlükəsizlik Çərçivəsi kiber risklərin idarə edilməsi üçün ümumi dil və sistematik metodologiya təmin edir. Bu beş funksiyaya riayət etmək kibermüdafiəni gücləndirməyə və daha güclü kiber davamlı təşkilat qurmağa kömək edə bilər.
NIST CSF in 5 funksiyasını aşağıdakı şəkildə daha aydın olmaqla açmağa çalışaq.
· Müəyyənləşdirmə (Identify )
Bu açar kiber riskin təşkilati anlayışını inkişaf etdirir. Təşkilatlar kiber riskləri dərindən anlamalı və öz infrastrukturuna, prinsiplərinə və rəqiblərinə görə qiymətləndirməlidirlər. Müəyyənləşdirmə müştəri məlumatları, əqli mülkiyyət və əməliyyat sistemləri kimi kritik aktivlərini müəyyən etmək anlamıdı. Bu, həm də həmin aktivlərdəki zəiflikləri və onları hədəfləyən təhdidləri müəyyən etmək deməkdir.
Müəyyənləşdirmə (Identify) prosesini həyata keçirmək üçün aşağıdakı açarlara diqqət yetirək.
1. Kritik aktivlərinizi inventarlaşdırın (Inventory your critical assets). Ən vacib məlumatların, sistemlərin, cihazların və infrastrukturun siyahısını tərtib etmək lazımdı. Bunlar qorunmağa ehtiyacı olan əsas komponentlərdir.
2. Zəifliklərinizi təhlil edin (Analyze your vulnerabilities). İT sistemlərimizdə və infrastrukturumuzda istifadə oluna biləcək zəif cəhətləri müəyyənləşdirməliyik. Proqram təminatı qüsurları, konfiqurasiya xətaları və ya köhnəlmiş komponentlər varmı?
3. Daxili və xarici təhlükələri müəyyənləşdirin (Identify internal and external threats). Səhvlər və ya zərərli insayderlər kimi təşkilatımızın daxilindən gələn potensial təhlükələri, eləcə də təchizatçılarımıza təsir edən hakerlər, zərərli proqramlar və ya məlumatların pozulması kimi kənar təhlükələri nəzərdən keçirməliyik. Hətta şübhəli görünən işçilərə qədər diqqət yetirilməlidir.
4. Riskləri prioritetləşdirin (Prioritize risks). Bütün risklər bərabər deyil, ona görə də diqqətimizi ən kritik aktivlərimizə, yüksək təsirli və ya yüksək ehtimallı təhdidlərə yönəltməliyik. Yeni təhlükələr yarandıqca və biznesimiz dəyişdikcə davamlı olaraq yenidən qiymətləndirmə aparılmalıdır.
· Qoru (Protect)
Kritik xidmətlərin çatdırılmasını təmin etmək üçün qorunma tədbirləri həyata keçirilməlidir.
Qoruma funksiyası mühüm infrastruktur xidmətlərinin çatdırılmasını təmin etmək üçün müvafiq qorunma tədbirlərinin işlənib hazırlanmasına və həyata keçirilməsinə diqqət yetirir.
Qoruma (Protecting) prosesi aşağıdakı açarlar vasitəsilə həyata keçirilir.
1. Giriş nəzarəti (Access control): Sistemlərə və məlumatlara girişin yalnız səlahiyyətli istifadəçilər üçün ciddi şəkildə qurulması. Buraya çoxfaktorlu autentifikasiya (multi-factor authentication), rol əsaslı giriş nəzarəti (role-based access controls) və giriş səviyyələrinin müntəzəm auditi ( routine auditing of access levels) daxil ola bilər.
2. Maarifləndirmə və təlim (Awareness and training): İşçi heyətin kiber risklər və təhlükəsizlik təcrübələrini gücləndirmək üçün məsuliyyətlər haqqında maarifləndirilmə bu işin bir hissəsidir. Bu, zəiflikləri müəyyən etməyə kömək etmək üçün fişinq simulyasiya kampaniyalarını əhatə edə bilər.
3. Məlumat təhlükəsizliyi (Data security): Məlumatların həssaslıq səviyyəsinə görə təsnifləndirilməsi, güclü şifrələmə və digər qorunma üsullarının tətbiq etmək şərtdir. Pozulmalar (Breacing) və ya sistem nasazlıqları halında müntəzəm olaraq məlumatların ehtiyat nüsxəsini çıxarmaq riski önləmək anlamına gəlir. Məlumat təhlükəsizliyi üçün ehtiyat nüsxələr mütləqdir.
4. Qoruyucu texnologiya (Protective technology): Sistemlərə nəzarət etmək və təhdidlərdən müdafiə olunmaq üçün firewall, antivirus proqram təminatı, müdaxilə aşkarlama sistemləri (IDS) və digər alətlərdən istifadə vacibdir. Ən son yamaqlarla (patches) bütün proqram təminatını yeni saxlamaq olar.
5. Baxım (Maintenance): Aparat, proqram təminatı və sistemlərə müntəzəm texniki qulluq göstərilməsi bu işin bir hissəsidir. Zəif cəhətləri müəyyən etmək üçün müntəzəm testlər və təlimlər keçmək lazımdır. Təhlükəsizlik hadisələri və ya insidentləri zamanı cavab planlarını hazırlamaq və tətbiq etmək lazımdır.
Bir sözlə Qoruma funksiyasının məqsədi güclü təhlükəsizlik tədbirləri yaratmaq və güclü kibertəhlükəsizlik mədəniyyətini inkişaf etdirməkdir. Təşəbbüskar mövqe tutmaqla təşkilatlar kritik infrastruktur üçün riskləri azalda və əsas xidmətlərin davamlı şəkildə çatdırılmasını təmin edə bilərlər. Ümumiyyətlə, Qoruma funksiyası potensial kibertəhlükəsizlik hadisələrinin təsirini məhdudlaşdırmaq və ya limitləndirmək üçün işləyir.
· Aşkarla (Detect)
Kibertəhlükəsizlik hadisəsinin baş verməsini müəyyən etmək üçün fəaliyyətlərin hazırlanması və həyata keçirilməsi kibertəhlükəsizliyin əsas hissəsidir.
Aşkarlama funksiyası kibertəhlükəsizlik hadisəsinin baş verməsini müəyyən etmək üçün müvafiq fəaliyyətlərin işlənib hazırlanmasına və həyata keçirilməsinə diqqət yetirir. Bu, potensial kibertəhlükələrin vaxtında aşkar edilməsi üçün monitorinq proseslərinin və nəzarətlərin qurulması deməkdir.
Aşkarla (Detect) prosesi aşağıdakı açarlar vasitəsilə həyata keçirilir.
Davamlı monitorinq (Continuously monitoring): Şəbəkələri, sistemləri və aktivləri kompromis və ya hücum əlamətləri üçün davamlı olaraq izləmək lazımdı. Buraya qeydlərin nəzərdən keçirilməsi (reviewing logs), trafik nümunələrinin təhlili (analyzing traffic patterns) və anomaliyaların monitorinqi (monitoring for anomalies) daxil ola bilər.
Sistemlərin tətbiqi (Deploying systems): Hadisələri izləmək və zərərli fəaliyyəti aşkar etmək üçün müdaxilənin aşkarlanması sistemlərinin (IDS — İntrusion Prevention Systems), müdaxilənin qarşısının alınması sistemlərinin (IPS — intrusion prevention systems) və məlumat itkisinin qarşısının alınması (DLP — Data Loss Prevention) həllərinin tətbiqi.
İstifadə oluna biləcək zəiflikləri və zəiflikləri müəyyən etmək üçün müntəzəm zəiflik skanları və nüfuz testlərinin aparılması (Conducting regular vulnerability scans and penetration tests).
İşçiləri şübhəli fəaliyyət və ya hadisələr barədə məlumat verməyə təşviq etmək (Encouraging employees to report suspicious activity or events): İşçiləri mümkün qədər tez şübhəli fəaliyyət və ya hadisələr barədə məlumat verməyə təşviq etmək lazımdır. Effektiv aşkarlama insanların, proseslərin və texnologiyanın birləşməsinə əsaslanır.
Xəbərdarlıqların nəzərdən keçirilməsi (Reviewing alerts): Əlavə araşdırmaya ehtiyac olub olmadığını müəyyən etmək üçün xəbərdarlıqları və hadisələri nəzərdən keçirmək lazımdır. Bütün xəbərdarlıqlar faktiki kibertəhlükəsizlik hadisələri deyil, ona görə də səliqəyə salma və təhlil vacibdir.
Məhkəmə-tibbi araşdırmaların aparılması (Conducting forensic investigations): Təsiri və kök səbəbini müəyyən etmək üçün hadisələr aşkar edildikdə məhkəmə araşdırmalarının aparılması. Bu məlumat daha sonra müdafiəni gücləndirmək və oxşar hadisələrin təkrarlanmasının qarşısını almaq üçün istifadə edilə bilər.
Aşkarlama funksiyası bütün sistemlərimizə və şəbəkələrimizə görünürlük əldə etməkdən ibarətdir ki, biz mümkün qədər tez hücum və ya kompromis əlamətlərini görə bilərik. Hadisələri nə qədər tez aşkar etsək, zərəri minimuma endirmək üçün onları bir o qədər tez saxlaya və aradan qaldıra bilərik. Davamlı monitorinq və təkmilləşdirmə, aşkarlama imkanlarımızı zamanla daha da gücləndirəcək.
· Cavablandır (Respond)
Aşkar edilmiş kibertəhlükəsizlik insidenti ilə bağlı tədbirlər görmək üçün fəaliyyətlər hazırlamaq və həyata keçirmək lazımdır.
Kiberhücum aşkar edildikdən sonra vaxtın əhəmiyyəti çox vacibdir. Zərərlərin qarşısını almaq və sistemləri yenidən onlayn rejimə qaytarmaq üçün tez cavab verməliyik. Aşağıdakı addımlar məhz buna hesablanmışdır.
Hadisəni aşkar edin (Detect the Incident)
Əvvəlcə hansı sistemlərə və məlumatlara təsir etdiyini müəyyənləşdirməliyik. İcazəsiz giriş əlamətlərini və ya ransomware kimi zərərli proqram təminatını yoxlamalıyıq. Hücumun miqyasını anlamaq üçün istifadəçilərlə müsahibə aparmaq və sistem qeydlərini (system logs) nəzərdən keçirmək mühim şərtdir.
Zərəri qiymətləndirin (Assess the Damage)
Vəziyyətin nə qədər ağır olduğunu başa düşmək üçün kritik sistemlərin və məlumatların necə təhlükəyə məruz qaldığını qiymətləndirməliyik. Hansı həssas məlumatların oğurlandığı və ya şifrələndiyinə baxmalıyıq. Cavab prioritetlərini müəyyən etmək üçün əməliyyatların necə pozulduğunu qiymətləndirmək lazımdır.
İnsidenti ehtiva edin (Contain the Incident)
Əlavə kompromislərin qarşısını almaq üçün təsirlənmiş sistemləri oflayn vəziyyətə gətirmək lazımdır. Zərərli IP ünvanlarını bloklamaq və ya təhlükə altına alınmış istifadəçi hesablarını deaktiv etmək lazımdır. Hücumun yayılmasının qarşısını almaq üçün yoluxmuş sistemləri təcrid etməliyik. Bu məhdudlaşdırma tədbirləri müvəqqəti əməliyyat problemləri yarada bilər, lakin zərəri məhdudlaşdırmaq üçün vacibdir.
Təhdidi aradan qaldırın (Eradicate the Threat)
Arxada qalan hər hansı zərərli proqram və ya arxa qapıları (malicious software or backdoors) silmək lazımdır. Kritik sistemləri ehtiyat nüsxələrdən silib və yenidən bərpa etməliyik. İstismar edilən (exploited) hər hansı boşluqları düzəltmək üçün proqram yamaqlarını (software patches) quraşdırmalıyıq. Zərərli aktyorların sistemlərimizə yenidən daxil olmasını həmişəlik bloklamalıyıq.
Bərpa və Təkmilləşdirin (Recover and Improve)
Sistemləri yenidən onlayn vəziyyətə gətirmək və lazım olduqda ehtiyat nüsxələrdən verilənlərə girişi bərpa etmək lazımdır. Başqa bir hücum əlamətləri ehtimalı üçün dərin izləməyə keçmək lazımdır. Gələcəkdə müdafiəni gücləndirmək yollarını müəyyən etmək üçün hadisədən sonra bütün baş verənlərə baxış keçirməliyik. Gələcək oxşar hadisələrə daha yaxşı cavab vermək üçün siyasətləri, prosedurları və işçi heyətinin təlimini yeniləmək lazımdır.
Bu addımları sürətli və mütəşəkkil şəkildə izləmək zərərli kiberhücumun öhdəsindən gəlmək üçün çox vacibdir. Necə cavab versək, kiçik bir hadisə ilə böyük böhran arasındakı fərqi ifadə edə bilərik.
Bərpa et (Recover)
Kibertəhlükəsizlik insidenti səbəbindən zədələnmiş imkanları və xidmətləri bərpa etmək və dayanıqlılıq planlarını saxlamaq üçün fəaliyyətlər hazırlamaq və həyata keçirmək vacibdir.
Kibertəhlükəsizlik hadisəsini müəyyən etdikdən və kənarlaşdırdıqdan sonra bərpa etməyə başlamaq lazımdır. Bu, təsirə məruz qalmış hər hansı imkanları və ya xidmətləri bərpa etmək üçün planların hazırlanması və həyata keçirilməsi deməkdir.
Bərpa etmək üçün dayanıqlılığa diqqət yetirmək, pozulmalara uyğunlaşmaq və tab gətirmək bacarığı tələb olunur. Müxtəlif ssenarilər üçün vaxtından əvvəl prosedurlar hazırlamalıyıq. Məsələn, şəbəkəmiz sıradan çıxsa, kritik əməliyyatları davam etdirmək üçün əl ilə işləmə prosesimiz varmı? Lazım olduqda işləyəcəyinə əmin olmaq üçün bu planları mütəmadi olaraq sınaqdan keçirməliyik.
Hadisə baş verdikdən sonra bərpa planlarımızı aktivləşdirməliyik. Problemi diaqnoz etmək, onu həll etmək üçün nəyin lazım olduğunu müəyyənləşdirmək və düzəliş tədbirləri həyata keçirməliyik. Əsas sistemlərin və məlumatların bərpasına üstünlük vermək üçün müvafiq maraqlı tərəflərlə işləməliyik. Görülən tədbirləri və tam bərpa üçün vaxt qrafiklərini bildirməklə şəffaf olmaq lazımdır.
Cavabımızın nə qədər təsirli olduğunu nəzərdən keçirməliyik ki, gələcək üçün təkmilləşdirmələr edə bilək. Planları və prosedurları müvafiq olaraq yeniləmək və lazım gəldikdə əlavə təlimlər keçməliyik. Potensial yeni təhdidləri qabaqlamaq və kritik sistemlərə ixtisar yaratmaqla davamlılığı məşq etməliyik ki, təşkilatımız hətta kiberhücumlar və digər pozulmalarla üzləşdikdən sonra da işləyə bilsin.
Uğurlu bərpanın açarı hadisə baş verməzdən əvvəl təməlin qoyulmasıdır. Planları hazırlamaq, sınaqdan keçirmək və təcrübə etməliyik ki, hadisələrə tez və effektiv şəkildə uyğunlaşmaq və cavab vermək imkanlarımız olsun. Təcrübələrimizdən öyrənməli və zamanla davamlılığımızı gücləndirmək lazımdır. Bu, təşkilatımıza təsirləri minimuma endirəcək və tez bir zamanda normal fəaliyyətə qayıtmağa imkan verəcəkdir.
Niyə NIST Çərçivəsi Vacibdir
NIST Kibertəhlükəsizlik Çərçivəsi vacibdir, çünki o, kibertəhlükəsizlik riskini başa düşmək və idarə etmək üçün ümumi dil təmin edir. O, ölçüsündən, kibertəhlükəsizlik riskinin dərəcəsindən və ya kibertəhlükəsizliyin mürəkkəbliyindən asılı olmayaraq təşkilatlara təhlükəsizliyin və dayanıqlığın yaxşılaşdırılması üçün risklərin idarə edilməsi prinsiplərini və ən yaxşı təcrübələrini tətbiq etməyə imkan verir.
ELK, Elasticsearch, Logstash və Kibana sistemlərinin baş hərflərindən ibarət olan bir terminologiyadır. Bu üç proqram vasitəsi, məlumatların toplanması, saxlanması, təhlil edilməsi və vizuallaşdırılması üçün istifadə olunur. Bu 3 komponent haqqında qısa məlumat verək.
Elasticsearch
Elasticsearch, ELK yığınının əsas komponentidir və verilənlərin axtarışı və analizini təmin edən bir açıq mənbəli bir mühərrikdir.
Verilənlər bazası olaraq istifadə edilir: Elasticsearch verilənləri JSON formatında saxlayır. O, məlumatların sürətli axtarışı üçün optimallaşdırılmışdır. Bu, çox böyük verilənlərdə belə sorğuların sürətlə icra olunmasına imkan verir.
Full-Text Search: Elasticsearch, mətn axtarışında çox güclüdür. Yəni, o, böyük miqdarda mətni təhlil edərək, istifadəçinin axtarışını ən yaxşı şəkildə cavablandıra bilir.
Distribütiv və skalabil: Elasticsearch verilənləri bir neçə serverdə bölüşdürərək performansı artırmağa imkan verir, beləliklə böyük həcmli məlumatlar rahatlıqla idarə oluna bilər.
Real-time Search: Məlumatlar Elasticsearch-ə daxil olduqdan sonra, onlar dərhal axtarışa açılır, bu da real vaxtda məlumatları təhlil etməyə imkan verir.
Logstash
Logstash, məlumatların toplanması, təhlili və ötürülməsi üçün istifadə olunan bir vasitədir. Onun əsas funksiyası aşağıdakılardır:
Məlumat yığılması: Logstash müxtəlif mənbələrdən məlumatları toplayır (server logları, tətbiq logları, məlumat bazaları, API-lər və s.). Məsələn, sistem loglarını, şəbəkə monitorinq məlumatlarını və ya tətbiq izləmə məlumatlarını toplamaq mümkündür.
Məlumatların təmizlənməsi və transformasiyası: Logstash məlumatları müxtəlif formatlardan (JSON, CSV, XML, log faylları və s.) oxuyur və onları Elasticsearch üçün uyğun formata çevirir. Bu transformasiya prosesi, məlumatların uyğunlaşdırılması, strukturlandırılması və lazım olan filtrə uyğunlaşdırılmasını təmin edir.
Plugin sistem: Logstash geniş plugin dəstəyinə malikdir və müxtəlif növ məlumat mənbələrindən məlumatları oxumağa, işləməyə və Elasticsearch-ə göndərməyə imkan verir. Logstash, həmçinin məlumatların təhlilini apararkən bir çox funksional analitik vasitələr də təklif edir.
Kibana
Kibana, Elasticsearch-də saxlanılan verilənlərin vizuallaşdırılması üçün istifadə olunan bir vasitədir. Kibana ilə verilənləri daha asan analiz etmək və istifadəçilərə təqdim etmək mümkündür. Əsas xüsusiyyətləri:
Dashboard-lar: Kibana istifadəçilərə özəl “dashboard”lar yaratmağa imkan verir. Bu dashboard-lar qrafiklər, cədvəllər, xəritələr və digər vizual məlumat göstəriciləri ilə zənginləşdirilə bilər.
Real-time data: Kibana, Elasticsearch-ə daxil olan yeni verilənləri dərhal görməyə imkan verir. Bu, real vaxtda məlumatların təhlilinə və qərarların sürətlə verilməsinə şərait yaradır.
İnteraktiv axtarış və analiz: Kibana, istifadəçilərin verilənlərə interaktiv şəkildə daxil olmasına imkan verir. O, sorğuları dinamik olaraq dəyişdirərək, istifadəçilərə dərin analizlər etməyə şərait yaradır.
Vizuallaşdırma növləri: Kibana müxtəlif növ vizuallaşdırmalar təklif edir — xətt qrafikləri, sütun qrafikləri, istilik xəritələri, coğrafi xəritələr, pie qrafiklər və s.
ELK Yığınının İşləmə Prinsipi:
Məlumatların toplanması (Logstash): Logstash, məlumatları müxtəlif mənbələrdən (loglar, sənədlər, API-lər, verilənlər bazası və s.) toplayır və onları əvvəlcədən təyin olunmuş qaydalara uyğun olaraq işləyir.
Məlumatların saxlanması (Elasticsearch): Toplanan və işlənmiş məlumatlar Elasticsearch-də saxlanılır. Burada verilənlər açıq şəkildə indekslənir və axtarış üçün optimallaşdırılır.
Məlumatların vizuallaşdırılması (Kibana): Kibana, Elasticsearch-də saxlanılan məlumatları əldə edir və istifadəçilərə aydın şəkildə təqdim edir. Kibana üzərindəki dashboard-lar istifadəçilərə müxtəlif analitik məlumatları təqdim edir və verilənlərə real vaxtda baxmağa imkan verir.
ELK-nın Tətbiq Sahələri:
Log analizləri: Sistem və tətbiq loglarını toplayıb təhlil edərək, səhv aşkarlamaq, performans problemini tapmaq və təhlükəsizlik məsələlərini həll etmək.
Təhlükəsizlik məlumatları idarəetməsi (SIEM): Təhlükəsizlik hadisələrini izləmək, anomaliyaları təhlil etmək və real vaxtda təhlükəsizlik barədə məlumat vermək.
Monitorinq və performans təhlili: Server və tətbiq performansını izləmək, resurs istifadəsini təhlil etmək və problemləri real vaxtda aşkarlamaq.
Verilənlər analitikası və biznes zəka: Müxtəlif mənbələrdən toplanan verilənlər üzərində analitik sorğular və vizuallaşdırmalar aparmaq, biznes qərarlarını dəstəkləmək.
İlk olaraq Splunk ın rəsmi web səhifəsindən Windows üçün olan Universal Forwarder manager i yükləmək lazımdı. Qeydiyyatdan keçmək üçün temp mail dən istifadə edə bilərsiz (Bu barədə Splunk ın quraşdırılmasına aid digər məqaləmdə qeyd etmişəm). Bunun üçün Products, Free Trials & Downloads, Universal Forwarder, Get My Free Download, Windows, 64 bit seçib Download sıxırıq.
Artıq Universal Forwarder yüklənib artıq quraşdırmağa başlayaq.
Bu faylıq quraşdırdığımız zaman aşağıdakı ardıcıllıqları edəcəyik.İlk olaraq ilk quraşdırlma səhifəsindən An on-premises Splunk Enterprise instance seçirik, Check this box to accept the License Agreement punktunu da seçirik. Sonra Customize Options sıxıb davam edirik.
Növbəti mərhələdə Splunk Forwarder in harada quraşdırıldığı yer haqqında məlumat verəcək. Buna toxunmuruq.
Növbəti mərhələdə SSL sertifikat ilə bağlı bir pəncərə gələcək və burada da heç bir qeyd etmədən Next sıxaraq növbəti mərhələyə keçid edirik.
Növbəti mərhələdə Local System punktunu seçərək davam edəcəyik.
Bu mərhələdə isə biz təyin edəcəyik ki, manager Splunk maşınına nələr ilə bağlı log göndərsin. Mən bəzilərini seçmişəm, siz fərqli seçim edə bilərsiz.
Sonrakı mərhələdə biz administrator istifadəçi adı və şifrə təyin edəcəyik.
Bu mərhələdə isə Splunk Deployment Serverin IP ünvanını (Splunk ın IP ünvanı) və 8089 portunu qeyd edəcəyik.
Bu mərhələdə Splunk Receiver Indexer IP ünvanını (Splunk IP ünvanı) və 9997 portunu əlavə edirik. Sonra Next sıxırıq.
Sonda isə Install düyməsini sıxaraq quraşdırılmanı başladırıq. Finish düyməsini sıxaraq prosesi sonlandırırıq.
Beləliklə Splunk platformasına qayıdıb səhifəni yeniləsək görərik ki, host sayı dəyişmişdir.
Beləliklə biz Windows maşınını Splunk sisteminə forward edə bildik.
İlk növbədə Linux Ubuntu 22.04 buraxılışlı bir virtual maşın götürək. Sistem tələbatları olaraq minimum 2 CPU, 4 GB Ram, 50 GB daimi yaddaş götürmək lazımdı.
Aşağıdakı ardıcıllıqla Splunk ın quraşdırılmasını həyata keçirək.
root@splunk:~# apt update -y
/opt daxilində splunk directory i yaradaq
Sonra splunk directory nə keçid edək.
root@splunk:/opt# cd splunk/
Splunk ın rəsmi web səhifəsinə keçid edək (splunk.com). Burada Free Splunk seçərək qeydiyyatdan keçək. Qeydiyyatdan keçmək üçün temp mail dən istifadə edə bilərik (temp-mail.org). Daxil olduqdan sonra Products xanasından Free Trials & Downloads səhifəsinə keçid edək. Splunk Enterprise seçimini edərək Linux xanasına keçərək .deb formatında olan Copy wget link sıxaraq buradan bütün linkin sürətini çıxarıb linux maşınında /opt/splunk directory nə yükləyək.
root@splunk:/opt/splunk# wget -O splunk-9.4.0–6b4ebe426ca6-linux-amd64.deb “https://download.splunk.com/products/splunk/releases/9.4.0/linux/splunk-9.4.0-6b4ebe426ca6-linux-amd64.deb"
4. Splunk directory nə yüklənən .deb faylını quraşdıraq.
root@splunk:/opt/splunk# dpkg -i splunk-9.4.0–6b4ebe426ca6-linux-amd64.deb
Beləliklə Splunk ın quraşdırılma prosesi bitdi. İndi isə /bin directory nə keçid edək.
root@splunk:/opt/splunk# cd bin
5. Splunk ın işləməsi üçün lisenziyanın qəbul edilməsi şərtdir. Bunun üçün aşağıdakı komanda vasitəsilə biz avtomatik olaraq həm lisenziyanı qəbul etmiş oluruq, həm də Splunk ı quraşdırmağa başlayırıq.
root@splunk:/opt/splunk/bin# ./splunk start --accept-license
Bu proses gedərkən Splunk üçün administrator istifadəçi adı və şifrə təyin etməliyik.
Bu proseslərdən sonra biz artıq Splunk sisteminə daxil ola bilərik.
Qeyd: Splunk 8000 portunda çalışır və biz bunu sonradan dəyişə bilərik. Əgər Splunk ı bulud texnologiyaları üzərindən quraşdırırsızsa, bu zaman 8000, 9997 portuna access verməniz mütləqdir.
Brauzerdə http://ip_:8000 qeyd edib Splunk sisteminə daxil olaq.
Daxil olduqdan sonra Search & Reporting xanasına daxil olub index=* ifadəsini yazsaq, görərik ki, heç bir log, heç bir event hələ ki yoxdur. Çünki Splunk hələ özünün quraşdırıldığı maşını belə tanımır.
Bunun üçün Settings dən Data inputs, sonra Files & Directories dən New Local File & Directory sıxaraq File or Directory xanasına log alacağımız directory ni əlavə edirik. Məsələn /var/log
Sonra Next, Review, Submit və Start Searching sıxırıq. Artıq Selected Fields xanasında host 1 yazısını görürüksə, artıq Splunk öz maşınını tanımış oldu.
İndi digər maşınları Splunk sisteminə inteqrasiya edək. Bunun üçün digər maşınlarda manager quraşdırmaq lazımdır. Bunun üçün Splunk ın rəsmi web səhifəsində olan Universal Forwarder manager i digər maşınlarda quraşdırmaq lazımdır. Bunun üçün də /opt nin daxilində splunk adında directory yaradaq və ora keçid edək.
root@splunkforwarder:/opt# mkdir splunk
root@splunkforwarder:/opt# cd splunk/
Əvvəlcə Linux maşına bu manager i yükləyək və quraşdıraq. Splunk ın rəsmi web səhifəsindən Universal Forwarder Installation Package dən 64 bit linux buraxılışları üçün olan xanasından .deb formatında olan linkin sürətini çıxarıb (eynən Splunk Enterprise prosesi kimi) manager yüklədiyimiz maşına gəlib komandanı buraxaq.
root@splunkforwarder:/opt/splunk# wget -O splunkforwarder-9.4.0–6b4ebe426ca6-linux-amd64.deb “https://download.splunk.com/products/universalforwarder/releases/9.4.0/linux/splunkforwarder-9.4.0-6b4ebe426ca6-linux-amd64.deb"
Sonra isə splunkforwarder i quraşdıraq.
root@splunkforwarder:/opt/splunk# dpkg -i splunkforwarder-9.4.0–6b4ebe426ca6-linux-amd64.deb
Görərik ki, /opt daxilində splunkforwarder adında bir directory yaranıb. Sonra isə /bin directory nə keçid edək və splunkforwarder i başladaq.
root@splunkforwarder:/opt# cd splunkforwarder/bin
root@splunkforwarder:/opt/splunkforwarder/bin# ./splunk start --accept-license
Quraşdırılma zamanı sizdən administrator istifadəçi adının yaradılması və ona şifrə təyin edilməsi tələb olunacaq.
İndi isə bəzi konfiqurasiyaları həm Splunk ın özündə, həm də manager olan maşında etməliyik ki, həm manager olan maşın Splunk da görsənsin, həm də log lar gəlsin.
İlk növbədə Splunk platformasına keçid edək. Buradan Settings, Forwarding and Receiving, Configure Receiving, New Receiving Port seçirik və xanaya 9997 portunu əlavə edirik.
Sonra isə manager yazdığımız maşına keçib aşağıdakı komandanı buraxırıq. Aşağıdakı komandanı yazarkən splunk_ip yerinə Splunk ın IP ünvanını qeyd etməlisiniz.
root@splunkforwarder:/opt/splunkforwarder/bin# ./splunk add forward-server splunk_ip:9997
Bu zaman Splunk ın administrator istifadəçi adı və şifrəsi tələb olunacaq.
Bundan sonra artıq baxsaq görərik ki,manager olan maşın Splunk da host 2 olaraq görsənir. Aşağıdakı komanda vasitəsilə biz manager maşınının forward olunduğu listi görə bilərik.
root@splunkforwarder:/opt/splunkforwarder/bin# ./splunk list forward-server
İndi isə manager maşınından log ları Splunk göndərmək üçün aşağıdakı komandanı buraxaq.
root@splunkforwarder:/opt/splunkforwarder/bin# ./splunk add monitor /var/log
Burada /var/log directory nin əvəzinə digər log directory lərini də göstərə bilərsiniz.
Beləliklə biz həm Splunk quraşdırdıq, həm də digər Linux maşını Splunk sisteminə inteqrasiya etdik.
MISP (Malware Information Sharing Platform) Belgian Defence & CIRCL (Computer Incident Response Center Luxembourg) tərəfindən tərtib edilən Kiber Təhlükəsizlik, SOC, CTI (Cyber Threat Intelligence) və Təhlükə Məlumatlarının Paylaşımı sahələrində istifadə olunan açıq mənbəli bir kiber təhlükəsizlik platformasıdır.
MISP, kiber təhlükə məlumatlarını (Threat Intelligence) toplamaqda, paylaşmaqda və analiz etməkdə istifadə edilən açıq mənbəli bir platformadır. Təhlükəsizlik tədqiqatçıları, SOC komandaları, CERT-lər və hökumət qurumları MISP-dən istifadə edərək kiber hücumlarla bağlı məlumatları paylaşır və təhlil edir.
MISP-in əsas məqsədi
Kiber təhlükələri analiz etmək və təsnifləndirmək
APT qrupları, malware, phishing və zərərli domenlər haqqında məlumatları toplamaq
Təhlükəsizlik mütəxəssisləri və təşkilatlar arasında məlumat paylaşımını asanlaşdırmaq
SOC və SIEM sistemləri ilə inteqrasiya olunaraq avtomatik kiber təhlükə aşkarlanmasını təmin etmək
MISP-in əsas xüsusiyyətləri
Təhlükə Məlumatlarının Paylaşılması (Threat Intelligence Sharing)
Zərərli IP-lər, domenlər, hash dəyərləri və APT qrupları haqqında məlumat paylaşmaq
Təşkilatlar arasında əl ilə və ya avtomatik paylaşım etmək
2. Avtomatik Təhlil və Enrichment (Data Enrichment & Correlation)
Təhlükə məlumatlarını avtomatik zənginləşdirərək digər mənbələrlə müqayisə edir
VirusTotal, OpenCTI, AlienVault OTX və Shodan kimi servislərlə inteqrasiya
3. IOC (Indicators of Compromise) və TTP-lərin (Tactics, Techniques & Procedures) idarə edilməsi
Malware və hücum indikatorlarını (IP, URL, Hash) toplamaq
MITRE ATT&CK çərçivəsi ilə uyğunlaşaraq hücum metodlarını izləmək
4. SOC, SIEM və CTI sistemləri ilə inteqrasiya
Splunk, Elasticsearch, TheHive, OpenCTI, Cortex, QRadar və digər SIEM / CTI platformalarına qoşula bilər
API və Python SDK dəstəyi ilə avtomatlaşdırma imkanı
5. Açar Sözlər və Taxonomy Dəstəyi
Təhlükələri tag-lərlə qruplaşdırmaq (məs., #APT28, #Phishing, #Ransomware)
STIX və TAXII formatlarını dəstəkləyir
MISP necə işləyir?
Təhlükə Məlumatlarının Toplanması:
SOC və ya CERT komandaları MISP-ə IOC-ləri (IPs, hashes, URLs) əlavə edir
2. Avtomatik Korrelyasiya:
MISP digər məlumat mənbələri ilə müqayisə aparır və əlaqəli hadisələri aşkarlayır
3. Təhlükə Məlumatlarının Paylaşılması:
Digər təşkilatlar və ya təhlükəsizlik mütəxəssisləri bu məlumatlardan istifadə edir
4. SIEM və SOC sistemlərinə ötürülmə:
MISP-dən gələn məlumatlar Splunk, QRadar və ya Elastic SIEM kimi platformalara ötürülə bilər
MISP in quraşdırlması
İlk növbədə bizə Linux maşını lazım olacaq. Əsasən də Ubuntu 22.04 buraxılışını əvvəlcə virtual maşında quraşdırmalıyıq. Tələbatlar minimum 50 GB sərt disk, 2–3 nüvəlik 1 prosessor götürmək olar. Sonra isə aşağıdakı addımları ardıcıllıqla edək.
wget — no-cache -O /tmp/INSTALL.sh https://raw.githubusercontent.com/MISP/MISP/2.4/INSTALL/INSTALL.sh
Yuxarıda göstərilən komanda vasitəsilə MISP i maşınımıza yükləyirik. Yüklədiyimiz özünüz də görəcəksiniz ki /tmp directory nə düşəcək. Sonra isə /tmp directory nə keçid edirik.
root@MISP:~# cd /tmp
Burada MISP ə aid olan faylları görmüş olacayıq. Əvvəlcə INSTALL.sh faylına execute səlahiyyəti verək ki, çalışdırılabilən olsun.
root@MISP:/tmp# chmod +x INSTALL.sh
2. Sonrakı prosesləri artıq biz root istifadəçisində deyil yaradacağımız misp istifadəçisində edəcəyik.
root@MISP:/tmp# adduser misp
Qeyd: Ola bilər ki adduser komandası ilə istifadəçi yaratdığınız zaman təyin etdiyiniz şifrə sonradan problemlər yaşatsın. Tövsiyyə olunur ki, sonradan misp istifadəçisinin şifrəsini yeniləyəsiniz.
misp istifadəçisi yaratdıqdan sonra onu sudoers qrupuna əlavə edin.
root@MISP:/tmp# usermod -G sudo misp
3. misp istifadəçi profilinə keçid edək.
root@MISP:/tmp# su misp
Sonra /tmp directory nə keçid edək.
misp@MISP:/tmp$ cd /tmp
4. İndi isə MISP i quraşdırmaq üçün INSTALL.sh faylını çalışdıraq.
misp@MISP:/tmp$ ./INSTALL.sh -c
Beləliklə quraşdırılma prosesi başlayacaq. Quraşdırma zamanı bir neçə dəfə müxtəlif xanalar qarşımıza çıxacaq ki, onları sadəcə OK düyməsini sıxaraq davam edəcəyik. Onlardan bəziləri aşağıdakılardır:
Sonuncu şəkil bir neçə dəfə təkrar təkrar çıxa bilər, buna görə narahat olmağa dəyməz.
Ən sonda aşağıdakı şəkildə göstərildiyi kimi, qeyd edilənləri bir yerdə tekst formatında yaddaşda saxlayın.
Bütün bu quraşdırılma prosesi bitdikdən sonra MISP quraşdırdığınız IP ünvanını götürüb MISP ə hər hansı browser də daxil olmağa çalışın. unutmayın ki, http istifadə edəcəksiniz.
Məsələn: http://192.168.100.30
İstifadəşi adı: admin@admin.test
Şifrə: admin
Platformaya daxil olduqdan sonra yeni şifrə təyin edin.
Beləliklə MISP uğurla quraşdırılmışdır.
OpenCTI (Open Cyber Threat Intelligence) açıq mənbəli kiber təhlükəsizlik platformasıdır. O, təşkilatlara kiber təhdid kəşfiyyatını (CTI — Cyber Threat Intelligence) toplamaq, saxlamaq, təhlil etmək və paylaşmaq imkanı verir.
OpenCTI-ın Əsas Xüsusiyyətləri
1. Təhdid Məlumatlarının Toplanması və İdarə Edilməsi
Fərqli mənbələrdən (OSINT, SIEM, TIP, STIX, TAXII və s.) təhdid məlumatlarını qəbul edir.
Avtomatik və ya manual olaraq təhdid kəşfiyyatını emal edir.
2. Məlumatların Strukturlaşdırılması və Vizualizasiyası
Təhdid aktyorları, hücum metodları, zərərli proqramlar və zəifliklər arasında əlaqələri qrafiklər vasitəsilə göstərir.
3. Təhdidlərin Təhlili və Korelyasiya
Təhlükəsizlik hadisələri və təhdid göstəriciləri (IoCs — Indicators of Compromise) arasında əlaqə qurur.
MITRE ATT&CK çərçivəsi ilə uyğunlaşdırılmış analizlər təqdim edir.
4. İnteqrasiya və Avtomatlaşdırma
SIEM (Splunk, Elastic, QRadar və s.), SOAR (TheHive, Cortex və s.), EDR və digər təhlükəsizlik alətləri ilə inteqrasiya olunur.
API və TAXII serveri vasitəsilə digər platformalarla məlumat paylaşımı aparır.
5. Təhdid Məlumatlarının Paylaşımı
Təşkilatlar və təhlükəsizlik analitikləri arasında təhdid məlumatlarını STIX formatında paylaşmağa imkan verir.
OpenCTI Harada İstifadə Olunur?
SOC (Security Operations Center) — Təhlükəsizlik analitiklərinin təhdidləri analiz etməsi üçün.
CERT / CSIRT — İnsidentlərə cavab verən qruplar tərəfindən.
Threat Intelligence Analysts — Kiber kəşfiyyat analitikləri üçün.
Red/Blue Teams — Hücum və müdafiə strategiyalarını planlaşdırmaq üçün.
OpenCTI ın quraşdırılması
OpenCTI iki yolla quraşdırıla bilər, docker image və instalyasiya paketləri vasitəsilə. Biz docker image vasitəsilə OpenCTI quraşdıracayıq.
İlk növbədə Ubuntu 22.04 istifadə etməyiniz tövsiyyə olunur. Ubuntunun yuxarı buraxılışları adətən bu kimi alətlərin quraşdırılması və işlədilməsi zamanı problemlər yaradır.
OpenCTI quraşdırılması aşağıdakı şəkildə ardıcıl olaraq göstərilmişdir.
1. İlk olaraq linux maşınımızı update edək.
root@OpenCTI:~# apt update -y
2. docker-compose quraşdıraq.
root@OpenCTI:~# apt install docker-compose
3. Docker Github repository üçün directory yaradaq və docker giti burada clone edək.
root@OpenCTI:~# mkdir -p /opt/opencti
root@OpenCTI:~# cd /opt/opencti
root@OpenCTI:/opt/opencti# git clone https://github.com/OpenCTI-Platform/docker.git
root@OpenCTI:/opt/opencti# cd docker
docker directory nin daxilində olan .env.sample faylının adını .env kimi dəyişək.
root@OpenCTI:/opt/opencti/docker# mv .env.sample .env
OpenCTI ElasticSearch dən asılı olduğundan konteynerləri işə salmazdan əvvəl vm.max_map_count təyin etmək lazımdır. Bu barədə ElasticSearch dokumentasiyasında bildirilib.
root@OpenCTI:/opt/opencti/docker# sysctl -w vm.max_map_count=1048575
İndi isə .env faylının daxilində konfiqurasiya ilə bağlı dəyişikliklər edək. Qalın şriftlərlə qeyd olunanlar üzərində dəyişiklik edilənlərdi.
root@OpenCTI:/opt/opencti/docker# nano .env
Fayl açılandan sonra aşağıdakı şəkildə dəyişiklik edəcəyik.
Burada OpenCTI sisteminə daxil olmaq üçün admin@opencti.io istifadəçi adı istifadə olunacaq.
OPENCTI_ADMIN_EMAIL=admin@opencti.io
OpenCTI üçün şifrə təyin edək.
OPENCTI_ADMIN_PASSWORD=Siem123456
OpenCTI üçün admin token təyin etmək lazımdı. Bunun üçün onlayn UUID Generator dan istifadə edə bilərik. Beləliklə https://www.uuidgenerator.net/ səhifəsinə daxil olub burada generasiya olunan UUID ni bura yerləşdirək.
OPENCTI_ADMIN_TOKEN=7db5237b-71e5–4818-b433–7d3c0c8ed994
OPENCTI_BASE_URL=http://localhost:8080
HealthCheck API ya giriş üçün ona bir şifrə təyin etmək olar. Biz test xarakterli olduğu üçün yuxarıda qeyd etdiyimiz şifrəni təkrar olaraq təyin edəcəyik. Siz buna fərqli şifrə təyin edə bilərsiz.
OPENCTI_HEALTHCHECK_ACCESS_KEY= Siem123456
MinIO obyekt saxlama sistemində root istifadəçisi üçün şifrədir. OpenCTI, MinIO-dan faylları (məsələn, STIX sənədləri, IoC-lər və s.) saxlamaq üçün istifadə edir. MinIO da istifadəçi adı opencti, amma şifrəni dəyişməli olacayıq.
MINIO_ROOT_USER=opencti
MINIO_ROOT_PASSWORD= Siem123456
RabbitMQ, mesajlaşma brokeri kimi işləyir və OpenCTI daxil olmaqla müxtəlif sistemlər arasında məlumatların ötürülməsi və asinxron işlənməsi üçün istifadə olunur. Burada da istifadəçi adı opencti, şifrəni isə təyin etməliyik.
RABBITMQ_DEFAULT_USER=opencti
RABBITMQ_DEFAULT_PASS= Siem123456
CONNECTOR_EXPORT_FILE_STIX_ID=dd817c8b-abae-460a-9ebc-97b1551e70e6
CONNECTOR_EXPORT_FILE_CSV_ID=7ba187fb-fde8–4063–92b5-c3da34060dd7
CONNECTOR_EXPORT_FILE_TXT_ID=ca715d9c-bd64–4351–91db-33a8d728a58b
CONNECTOR_IMPORT_FILE_STIX_ID=72327164–0b35–482b-b5d6-a5a3f76b845f
CONNECTOR_IMPORT_DOCUMENT_ID=c3970f8a-ce4b-4497-a381–20b7256f56f0
CONNECTOR_ANALYSIS_ID=4dffd77c-ec11–4abe-bca7-fd997f79fa36
SMTP_HOSTNAME=localhost
ELASTIC_MEMORY_SIZE=4G
Digər yerlərdə dəyişiklik etmirik. Bu dəyişiklikləri etdikdən sonra yaddaşa atıb .env faylından çıxırıq. (Ctrl+O və Ctrl+X)
Sonra isə docker.compose servisini başlat vəziyyətinə gətiririk.
root@OpenCTI:/opt/opencti/docker# systemctl start docker.service
Sonra docker-compose u çalışdırırıq. Bu proses biraz vaxt apara bilər,çünki yüklənmə və quraşdırılma prosesi gedəcək.
root@OpenCTI:/opt/opencti/docker# docker-compose up -d
Artıq bütün faylların yüklənib quraşdırıldıqdan sonra, bütün servislərin done olduğunu görərik. Sonra isə docker in up olub olmadığına əmin olmaq üçün aşağıdakı şəkildə yoxlayırıq.
root@OpenCTI:/opt/opencti/docker# docker ps
Beləliklə OpenCTI web browser də aça bilərik. Bunun üçün OpenCTI quraşdırdığımız maşının IP ünvanını bilib aşağıdakı şəkildə daxil ola bilərik.
Məsələn http://192.168.100.10:8080
user: admin@openct.io
password: Siem123456
Müdaxilə (Intrusion) analizinin Almaz modeli (Diamond Model) təşkilatlara kiber müdaxilələri təhlil etməyə kömək edən kibertəhlükəsizlik çərçivəsidir (cybersecurity framework). Model ilk dəfə Sergio Caltagirone, Andrew Pendergast və Christopher Betz tərəfindən 2013-cü ildə ABŞ Müdafiə Nazirliyinin “The Diamond Model of Intrusion Analysis” adlı texniki hesabatında təklif edilmişdir.
Almaz Modelinin əsas məqsədləri konkret hücumçuları müəyyən etmək, onların istifadə etdiyi taktikaları, təhdidləri və prosedurları başa düşmək və kiber insidentlər baş verdikdə onlara daha effektiv cavab verməkdir.
Bir almazda dörd nöqtə olduğu kimi, Almaz Modelinin də dörd əsas komponenti var: rəqiblər, infrastruktur, imkanlar və hədəflər (adversaries, infrastructure, capabilities, and targets). Bu komponentləri məna etibarı ilə göstərək.
Adversary : Kiber hücumu təşkil edən şəxs və ya qrup.
2. İnfrastructure : Düşmənin (adversary) hücum zamanı istifadə etdiyi texniki resurslar və ya aktivlər (resources or assets). Məsələn bunlar serverlər, domen ünvanlar, IP ünvanlar və s. ola bilər.
3. Capability : Düşmənin (adversary) hücum zamanı istifadə etdiyi üsul, alət və ya texnikalar (method, tool, or techniques). Məsələn bunlar zərərli proqram və ya istismar (malware or exploits) ola bilər.
4. Victim : Hücum zamanı düşmənin (adversary) hədəf aldığı şəxs və ya təşkilat.
Bu komponentlər arasında yeddi fərqli əlaqə var. Bunlar aşağıdakı kimi formalaşıb.
Bir çox digər kibertəhlükəsizlik çərçivələrindən fərqli olaraq, Diamond Model əsas diqqəti atribusiya vəzifəsinə yönəldir: kiber insident üçün məsul şəxslərin müəyyən edilməsi. Almaz Modeli həm də yüksək çevik sxemdir və qabaqcıl davamlı təhdidlərdən (APT —Advanced Persistent Threats ) tutmuş ransomware hücumlarına qədər hər şeyə tətbiq oluna bilər.
Almaz Modelinin istifadəsi bizə nə kimi fayda verər sualını ortaya qoysaq, bu zaman aşağıdakıları qeyd edə bilərik.
Holistic understanding (Vahid anlayış) : Almaz Modeli kiberhücumun texniki aspektlərini, insani və təşkilati aspektləri (düşmən və qurban şəklində) araşdırır.
Structured analysis (Strukturlaşdırılmış təhlil) : Almaz Modeli kibertəhlükəsizlik mütəxəssisləri üçün kibertəhlükəsizliklər və hücumlarla bağlı məlumatları strukturlaşdırmaq və emal etmək üçün aydın, mütəşəkkil bir yol təqdim edir ki, bu da əməkdaşlığı və məlumat mübadiləsini asanlaşdırır.
Incident response and threat intelligence (İnsidentlərə reaksiya və təhdidlərin kəşfiyyatı): Almaz Modeli həm təhdid kəşfiyyatı (hücumdan əvvəl), həm də insidentlərə reaksiya (hücumdan sonra) üçün üstünlüklər təklif edir, analitiklərə qiymətli məlumatları toplamaq və təhlil etməkdə kömək edir.
Almaz Modeli mürəkkəb hücum ssenarilərini vizuallaşdırmaq və başa düşməkdə xüsusilə bacarıqlıdır. Düşmənlər, qurbanlar, infrastruktur və imkanlar (adversaries, victims, infrastructure, and capabilities) arasındakı münasibətləri modelləşdirməklə, Almaz Modeli kiber analitiklərə kiberhücumun müxtəlif elementlərinin necə qarşılıqlı əlaqədə olduğunu və bir-birinə necə təsir etdiyini görməyə kömək edir. Almaz Modeli böyük həcmli məlumatları sadə diaqramda sıxlaşdıraraq müxtəlif keçidləri və nümunələri araşdırmağı asanlaşdırır.
Almaz Modelinin hər bir elementi qiymətli əlavə məlumatları özündə cəmləşdirən müxtəlif atributlara malikdir. Məsələn, aşağıda düşmən (adversary) elementin bəzi əsas atributları verilmişdir:
Düşmənin identifikasiyası, adı və ya təxəllüsü.
Düşmənin motivasiyası (maliyyə, korporativ şpionluq və s.).
Düşmənin texniki imkanları, bacarıqları və əlavə bilikləri.
Düşmənin taktikaları, texnikaları və prosedurları (TTPs).
Düşmənin atribut göstəriciləri (kod oxşarlıqları və ya oxşar taktikalar kimi rəqibi müəyyən qrupla əlaqələndirən sübutlar).
Aşağıda infrastruktur elementinin bəzi əsas atributlarına nəzər yetirək.
Düşmənin komanda və idarəetmə infrastrukturunda yerləşən serverlərin coğrafi yerləri, IP ünvanları və domenləri.
İstifadə olunan rabitə protokolları (məsələn, HTTPS və ya DNS).
Domen qeydiyyatı təfərrüatları (məsələn, qeydiyyat tarixi və qeydiyyatdan keçən tərəfin adı).
Zərərli proqram və ya fişinq fırıldaqçılarına ev sahibliyi edən (hosting) veb-saytlar və ya serverlər.
Düşmənin komanda və idarəetmə sistemləri ilə əlaqəni göstərən anormal trafik nümunələri.
Almaz Modelindən real olaraq praktikada da istifadı olunub. Buna misal olaraq Meghan Jacquot və Kate Esprit cütlüyünün LAPSUS$ ransomware və haker qrupunu təhlil etdiyini göstərə bilərik. 2022-ci ildə baş vermiş bu hadisəyə reaksiya zamanı Almaz Modelindən istifadə edərək düşmənin infrastrukturu, imkanları və qurbanları haqqında məlumat toplaya bilmişdilər. Bu məlumatları aşağıdakı formada təsnifləndirə bilərik.
İnfrastruktura : Açıq mənbəli haker alətləri, Telegram, yeraltı formular;
Bacarıqlar : Sosial mühəndislik, DDoS hücumları, oğurlanmış sertifikatlar, etimadnamələrin atılması (credential dumping) və s. ;
Qurbanlar : Telekommunikasiya, proqram təminatı, texnologiya və oyun sənayesindəki şirkətlər;
Kiber Təhlükəsizlikdə Event ID lərin mühim əhəmiyyəti var. İnsidentlər baş verən zaman və ya baş verəndən sonra Event ID ləri analiz etmək çox vacib işlərdəndir. Aşağıda Windows Əməliyyat Sistemində daha çox analiz edilən Event ID lərlə tanış olacayıq.
Event ID 4624 : Bu Event ID istifadəçilərin sistemə uğurlu giriş etdiyini göstərir. Yəni istifadəçi sistemə giriş edərkən özünə məxsus istifadəçi adı və şifrəsindənistifadə edərək heç bir maneəsiz sistemə daxil olub. Logon type 2/3/7/10 — rast gəlinə bilər.
Event ID 4625 : Bu Event ID istifadəçilərin sistemə uğursuz giriş cəhdlərinin qeydə alındığını göstərir. Yəni istifadəçi ya bilməyərəkdən bu hadisəyə səbəb olur (istifadəçi adı və şifrəsini unudaraq), ya ehtimal irəli sürərək sistemə giriş cəhdi edə bilər, yada ki Brute Force attack həyata keçirə bilər. Logon type 2/3/10 — rast gəlinə bilər.
Event ID 4634 : Bu Event ID istifadəçinin öz açdığı sessiyanı logoff etdiyini göstərir, yəni sessiyadan çıxıdğını bildirir. Yəni bu Event ID bir sessiyanın bitməsi haqqında məlumat verir. Logon type 2/3/7/10 — rast gəlinə bilər.
Event ID 4648 : Bir istifadəçinin sistemə giriş etdikdən sonra (Event ID 4624 baş verdikdən sonra) digər istifadəçi adı və ya şifrə istifadə edərək başqa bir proqram açması, servis açması anlamına gəlir. Buna nümunə olaraq Run as administrator hadisəsini göstərmək olar.
Event ID 4719 : Bu Event ID Audit Siyasəti ilə bağlı dəyişiklik olduğunu bildirir. Audit siyasəti, sistemdə və ya şəbəkədə müxtəlif fəaliyyətlərin izlənməsi üçün müəyyən qaydalar toplusudur. Bu hadisə, hansısa audit siyasətinin dəyişdirildiyini, aktivləşdirildiyini və ya deaktiv edildiyini göstərir.
Event ID 4964 : Bu hadisə IPsec Policy Agent Service xidmətinin şəbəkə siyasətini tətbiq etdiyi zaman baş verir. IPsec (Internet Protocol Security) şəbəkə trafikinin autentifikasiyası, məxfilik və bütövlüyünü təmin etmək üçün istifadə olunan bir protokollar toplusudur. IPsec təhlükəsizlik siyasətinin tətbiq edildiyini və ya dəyişdirildiyini izləmək üçün vacibdir. Bu hadisəni izləmək şəbəkə təhlükəsizliyinin qorunmasına və uyğunsuzluqların vaxtında aşkar edilməsinə kömək edir.
Event ID 1102 : Bu Event ID Security Log un təmizləndiyi və kim tərəfindən təmizləndiyi haqqında məlumat verir. Bu Event in baş verməsi sistemdə ciddi bir insidentin baş verdiyini göstərir. Sanki təcavüzkarın sistemdə gördüyü bütün işləri gizlətmək üçün atdığı addımları üzə çıxarır.
Event ID 4720 : Bu Event ID yeni bir istifadəçi hesabının yaradıldığını göstərir. Bu hadisə, sistemin və ya domenin idarəetməsi üçün vacibdir, çünki yeni hesab yaradılması potensial təhlükəsizlik riskləri ilə əlaqəli ola bilər.
Event ID 4722 : Bu Event ID deaktiv edilmiş bir istifadəçi hesabının yenidən aktivləşdirildiyini bildirir. Bu hadisə, sistem idarəçiləri və təhlükəsizlik monitorinqi üçün vacibdir, çünki deaktiv edilmiş hesabların yenidən aktivləşdirilməsi potensial təhlükəsizlik riski yarada bilər.
Event ID 4723 : Bu Event ID istifadəçi hesabının şifrəsinin dəyişdirilməsinə cəhd edildiyini bildirir. Bu hadisə, istifadəçi şifrələrinin idarə edilməsi və ya potensial təhlükəli fəaliyyətlərin izlənməsi üçün vacibdir.
Event ID 4725 : Bu Event ID istifadəçi hesabının deaktiv edildiyini bildirir.
Event ID 4732 : Bu Event ID lokal qruplara istifadəçilərin əlavə edildiyini bildirir. Bu hadisə əsasən sistem idarəçiləri tərəfindən izlənilir, çünki istifadəçilərin qruplara əlavə edilməsi və çıxılması onlardan keçir.
Event ID 4756 : Bu Event ID Active Directory-də bir istifadəçinin qruplara əlavə edilməsini bildirir. Bu hadisə, istifadəçilərin qruplara əlavə edilməsi zamanı sistemdəki dəyişiklikləri izləmək üçün vacibdir.
Event ID 4738 : Bu Event ID istifadəçi hesabının xüsusiyyətlərinin dəyişdirildiyini bildirir. Yəni bir istifadəçinin hesabının parametrlərinin dəyişdirildiyini və ya tənzimləmələrində dəyişiklik olduğunu göstərir.
Event ID 4740 : Bu Event ID bir istifadəçinin lock olduğunu (kilidləndiyini) göstərir. Hesabın kilidlənməsi, adətən təhlükəsizlik tədbiri olaraq və ya istifadəçinin parolunun bir neçə dəfə səhv daxil edilməsi səbəbi ilə baş verir. Bu hadisə, təhlükəsizlik nəzarətçiləri və administratorlar üçün vacibdir, çünki hesabın kilidlənməsi şübhəli fəaliyyətin göstəricisi ola bilər.
Event ID 4767 : Bu Event ID istifadəçi hesabının lock dan çıxarıldığını (kilidin açıldığını) bildirir. Bu hadisə, daha əvvəl kilidlənmiş bir istifadəçi hesabının administrator və ya digər bir təhlükəsizlik idarəedici tərəfindən yenidən aktivləşdirildiyini göstərir. İstifadəçi hesabının kilidinin açılması məsələn, istifadəçi parolunu unutduqdan sonra və ya hesabın kilidlənməsi səbəbləri aradan qaldırıldıqdan sonra baş verə bilər.
Event ID 4735 : Bu Event ID hər hansı bir istifadəçi hesabının hansısa qrupdan çıxarıldığını göstərir. Bu hadisə, istifadəçi hesablarının və onların qrup üzvlüklərinin idarə olunmasında vacib rol oynayır və istifadəçinin qrup üzvlüyü dəyişdirildikdə sistemə qeyd olunur.
Event ID 4737 : Bu Event ID bir qrupun məlumatlarının dəyişdirilməsi haqqında olan bildirişdir. Bu hadisə, bir istifadəçi və ya administrator tərəfindən bir qrupun xüsusiyyətlərində edilən dəyişiklikləri bildirir. Bu dəyişikliklər, məsələn, qrupun adı, xüsusiyyətləri, və ya digər parametrləri ola bilər.
Event ID 4755 : Bu Event ID bir istifadəçi hesabının qrup üzvlüyünün dəyişdirilməsi ilə əlaqəlidir. Bu o zaman baş verir ki, bir istifadəçi hesabı administrator və ya digər səalhiyyətli istifadəçi tərəfindən müəyyən bir qrupa əlavə edilir. Sonradan da bu qrup üzvlüyü dəyişdirilərsə, bu zaman da bu Event ID göstərici olaraq görünür.
Event ID 4782 : Bu Event ID Active Directory mühitində bir istifadəçi hesabının şifrəsinin dəyişdirildiyini bildirir. Bu hadisə şifrənin istifadəçinin həm özü tərəfindən, həm də administrator tərəfindən dəyişdirildiyi zaman qeydə alınır.
Event ID 4616 : Bu Event ID audit parametrlərinin dəyişdirilməsi ilə əlaqəlidir.
Event ID 4657 : Bu Event ID obje üzərində icazələrin dəyişdirilməsi ilə əlaqədardır. Bu hadisə, bir istifadəçi və ya administrator tərəfindən bir fayl və ya obyekti üzərindəki təhlükəsizlik atributlarının (məsələn, icazələrin) dəyişdirildiyini bildirir.
Event ID 4697 : Bu Event ID sistemə yeni bir xidmətin quraşdırılması ilə əlaqədardır. Bu hadisə, Windows sistemində yeni bir xidmətin yaradılmasını bildirir.
Event ID 4698 : Bu Event ID hər hansı bir Windows scheduled task ın yaradılmasını bildirir.
Event ID 4699 : Bu Event ID hər hansı bir Windows scheduled task ın dəyişdirilməsini göstərir.
Event ID 4700 : Bu Event ID hər hansı bir Windows scheduled task ın silindiyini bildirir.
Event ID 4701 : Bu Event ID hər hansı bir Windows scheduled task ın aktiv edildiyini bildirir.
Event ID 4702 : Bu Event ID hər hansı bir Windows scheduled task ın deaktiv edildiyini bildirir.
Event ID 4946 : Bu Event ID Windows Firewall Exception list ə qaydaların (rules) əlavə edilməsini bildirir.
Event ID 4947 : Bu Event ID Windows Firewall Exception list də qaydaların (rules) dəyişdirilməsini göstərir.
Event ID 4950 : Bu Event ID Windows Firewall ın ayarlarının dəyişdirildiyini göstərir.
Event ID 4954 : Bu Event ID Qrup siyasəti ayarlarının Windows Firewall üçün dəyişdirildiyini göstərir.
Event ID 5025: Bu Event ID Windows Firewall ın dayandırıldığını göstərir.