Stories by Joshgun Jafarov on Medium
Black-Scholes opsiyon qiymətləndirmə modeli (The Black-Scholes -aka the Black-Scholes-Merton (BSM) option pricing model)
Modelin detallı izahına keçmədən öncə konseptin tam aydın olması üçün maliyyə bazarlarında opsiyon sövdələşmələri və loq-normal paylanma haqqında yazdığım məqalələri oxumağınızı tövsiyə edirəm. Qeyd edilən məqalələr Black-Scholes teoreminin başa düşülməsi üçün ön tələb hesab edilə bilər. Məqalənin bir sıra hissələrində həmin məqalələrdə istifadə olunan anlayış və faktlardan istifadə ediləcək. Qeyd edilən məqalələrlə aşağıdakı linklərdə tanış ola bilərsiniz.
a) Jafarov. Joshgun(2024). Loq-normal paylanma — Səhm gəlirləri necə paylanır? (Log-normal distribution — How are stock returns distributed? (Article). Medium. https://medium.com/@cosquncafar/loq-normal-paylanma-s%C9%99hm-g%C9%99lirl%C9%99ri-nec%C9%99-paylan%C4%B1r-df42ba74ed7f
b)Jafarov. Joshgun(2024). Maliyyə bazarlarında opsiyon sövdələşmələri və onun tipləri (Option contracts in financial markets and its types) (Article). Medium. https://medium.com/@cosquncafar/maliyy%C9%99-bazarlar%C4%B1nda-opsiyon-s%C3%B6vd%C9%99l%C9%99%C5%9Fm%C9%99l%C9%99ri-v%C9%99-onun-tipl%C9%99ri-option-deals-in-financial-markets-and-55ed7d516187
Modelin izahı üçün lazım olan riyazi və statistik konseptləri hissə-hissə verməyə çalışacam.
Modelin qısa tarixi
1973-cü ildə Fischer Black və Myron Scholes tərəfindən təklif edilən opsiyon qiymətləndirmə modeli maliyyə iqtisadiyyatında bir inqilab kimi tarixə düşdü. Model bəzən bu modelin ilk dəfə riyazi detallarını geniş şəkildə izah edən Robert C. Merton -un adı ilə də adlandırılır və Black-Scholes-Merton (BSM) modeli kimi təqdim edilir. Merton və Scholes 1997-ci ildə modelin kəşfindəki rollarına görə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldülər. Black bundan 2 il əvvəl vəfat etdiyinə görə Nobel mükafatına layiq görülməsə də, komitə tərəfindən modelin kəşfindəki rolu qeyd edildi.
Fischer Black, Myron Scholes and Robert C. Merton
Qısaca Black-Scholes modeli haqqında:
Əvvəldə qeyd etdiyimiz kimi Black-Scholes modeli bir növ opsiyon qiymətləndirmə modelidir. Model tərəfindən Avropa tipli alış opsiyonunun real qiyməti aşağıdakı kimi verilə bilər.
The price of European call option based on BSM model
Modeldə S₀ opsiyon sövdələşməsi üzrə hər hansı səhmin və ya aktivin ilkin qiyməti (cari qiyməti), N(x) standart normal paylanmaya malik olan dəyişənin kumulyativ paylanma funksiyası, r risk nəzərə alınmadan müvafiq aktiv üzrə opsiyon müddəti bitənə qədərki faiz dərəcəsi (risk-free interest rate), K opsiyon üzrə müəyyən edilən istifadə qiyməti (strike price), T — opsiyonun son istifadə tarixinə qədər keçən zaman müddəti və v isə aktivin (səhmin) illik qiymət dəyişkənliyidir (volatility). Qeyd edim ki, modeldə dövr anlayışı şərti xarakter daşıyır və bir parametr üzrə istənilən bir zaman vahidi müəyyən edilə və digər parametrlər üzrə də bu vahiddən istifadə edilməsi şərtilə modelin tətbiqi həyata keçirilə bilər.
Model üçün statistik konseptlər və fərziyyələr: Model bir sıra riyazi-statistik konseptləri nəzərə aldığı üçün bu konseptlərlə tanışlıq vacibdir. İzahlarda az da olsa statistikaya bələd olduğunuz fərz edilir. Məqalənin mahiyyəti bu konseptlərin izahı olmadığı üçün detallı şəkildə hər bir komponentin izahının verilməsi məqsədəuyğun hesab edilməyib.
Kumulyativ paylanma funksiyaları (Cumulative Distribution Functions-CDF): Ehtimal nəzəriyyəsi və statistikada kumulyativ paylanma funksiyası dedikdə, müəyyən X təsadüfi dəyişəninin müəyyən ixtiyari b parametrindən kiçik olduğu hallar üçün kumulyativ ehtimal funksiyası nəzərdə tutulur. Təsadüfi dəyişəninin diskret və kəsilməz tipli olmasından asılı olaraq aşağıdakı formalarda müəyyən edilə bilər.
✓ Kumulyativ paylanma funksiyasının ümumi forması aşağıdakı kimi müəyyən edilə bilər.
CDF formula
✓ Kumulyativ paylanma funksiyası diskret təsadüfi kəmiyyətlər üçün aşağıdakı kimi müəyyən edilə bilər.
CDF formula discrete random variables
✓ Kumulyativ paylanma funksiyası kəsilməz təsadüfi kəmiyyətlər üçün aşağıdakı kimi müəyyən edilə bilər.
CDF formula discrete random variables
2. Normal paylanma və standart normal paylanma: Normal paylanma statistikada kəsilməz təsadüfi kəmiyyətlər üçün ən vacib paylanma növlərindən biri hesab edilir. Təbiətdə bir çox kəmiyyətlər (məs, insanların boyu) təqribən normal paylanmaya malikdir. Normal paylanmaya, σ-standart kənarlaşmaya və μ -ortalamaya malik olan elementlər üçün ehtimal sıxlıq funksiyası aşağıdakı kimi müəyyən edilə bilər.
Probability density function of normal distribution
Normal paylanmanın ən sadə formalarından biri hesab edilən və standart kənarlaşması 1-ə və ortalaması 0-a (σ = 1, μ =0) standart normal paylanma funksiyası və kumulyativ paylanma funksiyası aşağıdakı kimi müəyyən edilə bilər.
Probability density function of standart normal distribution
Cumulative distribution function of standart normal distribution
Qeyd: İstənilən normal paylanmaya malik olan paylanma elementlərini aşağıdakı əvəzləməni edərək standart normal paylanmaya gətirmək, digər bir sözlə standartlaşdırmaq mümkündür.
3. Kəsilməz təsadüfi dəyişənlər üçün ortalama və ya digər sözlə gözlənilən dəyər: Kəsilməz təsadüfi dəyişənlər üçün ortalama və ya gözlənilən dəyər aşağıdakı formada hesablanılır.
Expected value of continous random variable
4. Loq-normal paylanma: Statistikada adi normal paylanma ilə əlaqəli olan paylanma növlərindən biri də loq-normal paylanmadır. Loq-normal paylanmaya malik olan kəsilməz təsadüfi dəyişənin natural loqarifmi normal paylanmaya malik olur. Loq-normal paylanmaya malik olan X təsadüfi dəyişəni aşağıdakı kimi təyin edilir.
Log-normally distributed random variable
Paylanma haqqında detallı məlumat əldə etmək üçün linkdə qeyd edilən məqaləmi oxumağınızı tövsiyə edirəm: https://medium.com/@cosquncafar/loq-normal-paylanma-s%C9%99hm-g%C9%99lirl%C9%99ri-nec%C9%99-paylan%C4%B1r-df42ba74ed7f
Black- Scholes modelində istifadə olunan opsiyonlar haqqında maliyyə terminologiyası:
Opsiyonlar haqqında detallı tanışlıq üçün qeyd edilən linkdəki məqaləmi oxumağınızı tövsiyə edirəm.
https://medium.com/@cosquncafar/maliyy%C9%99-bazarlar%C4%B1nda-opsiyon-s%C3%B6vd%C9%99l%C9%99%C5%9Fm%C9%99l%C9%99ri-v%C9%99-onun-tipl%C9%99ri-55ed7d516187
5. Alış opsiyonu (Call option) — Bu opsiyon növündə opsiyonu alan tərəfə müəyyən aktivi müvafiq tarixdə almaq hüququ verilir. Opsiyonun alıcısı müvafiq tarixdə opsiyonu almaq istədikdə satıcı aktivi satmaq öhdəliyi daşıyır. Məntiqi olaraq alış opsiyonunda alıcı müəyyən aktivin qiymətinin qalxacağını proqnozlaşdırır və bunun əsasında opsiyonu əldə etməklə aktivi daha ucuz qiymətdən almağı və potensial mənfəət əldə etməyi planlaşdırır.
6.Satış opsiyonu (Put Options): Bu opsiyon növündə opsiyonu alan tərəfə müəyyən aktivi müvafiq tarixdə satmaq hüququ verilir. Opsiyonun satıcısı müvafiq tarixdə opsiyonu satmaq istədikdə alıcı aktivi almaq öhdəliyi daşıyır. Məntiqi olaraq satış opsiyonunda alıcı müəyyən aktivin qiymətinin enəcəyini proqnozlaşdırır və bunun əsasında aktivi daha yüksək qiymətdən satmağı və potensial mənfəət əldə etməyi planlaşdırır.
7. Avropa tipli opsiyon: Bu tip opsiyonlarda opsiyonu alan tərəfin müqavilə öhdəliklərində nəzərdə tutulmuş aktivi yalnız müqavilənin bitmə tarixində satmaq və ya almaq hüququ yaranır.
Modelin riyazi konstruksiyası
Fərz edək ki, investisiya edilən mühitdə səhmin risksiz faiz dərəcəsi r-dir və sabitdir. Aydındır ki, müəyyən səhmə edilən ilkin investisiya dəyərini S₀ ilə işarə etsək, investisiyanın t zaman müddətindən sonra gələcək dəyəri aşağıdakı kimi olacaq.
(1) Forward price of specific asset
Qeyd: Burada r-risksiz faiz dərəcəsi olaraq Mərkəzi Bankın təklif etdiyi uçot faiz dərəcəsi, LIBOR (London Interbank Offered Rate) ,dövlət istiqrazları üzrə faiz dərəcəsi (government bond yields) və ya xəzinədarlıq vekselləri (treasury bill yields) və s. istifadə edilir. Xəzinədarlıq vekseli (T-Bill) bir il və ya daha az müddətə Xəzinədarlıq Departamenti tərəfindən dəstəklənən qısamüddətli ABŞ dövlət borc öhdəliyidir. Xəzinə vekselləri adətən 1000 ABŞ dolları nominalında satılır.
2. Gəlin risksiz mühitdə müəyyən A səhmi üçün t-ci zaman periodunda gələcək dəyərinin t=0 ilə əlaqələndirilməsini həyata keçirək və cari dəyərə baxaq. Digər bir sözlə t-ci zaman periodunda gələcək dəyəri investisiya edilən zaman perioduna diskontlaşdıraq.
(2) Value of the asset when t=0
Formulda C(A,0) investisiya edilən səhmin t=0 , yəni investisiya edilən zaman periodundakı dəyəri, E(C(A,t) — səhmin t zaman müddətindən sonra gözlənilən (expected value) gələcək dəyəridir. Formulda r — kəsilməz mürəkkəb faiz dərəcəsidir. Konsepti daha aydın başa düşmək üçün yuxarıda qeyd etdiyim loq-normal paylanma haqqında yazdığım məqaləyə nəzər yetirməyinizi tövsiyə edirəm.
3. Fərz edək ki, ilkin investisiya dəyərini S₀, t-ci zaman periodunda səhmin dəyərini Sₜ, səhmin illik dəyişkənliyini v ilə işarə edək. Səhmin illik dəyişkənliyi dedikdə, səhm qiymətində bir il ərzində qiymət dəyişkənliklərinin faizlə ifadə olunan standart kənarlaşması nəzərdə tutulur. Qeyd edim ki, Black-Scholes modeli səhmin qiymət dəyişkənliyinin sabit olduğunu və opsion dəyərlərinin bu dəyişkənlikdən asılı olduğunu fərz edir. Lakin real həyatda dəyişkənlik illər üzrə heç də həmişə sabit qalmır. Bundan başqa Sₜ loq-normal paylanmaya malik olduğu fərz edilir. Bu zaman aydındır ki, ln(Sₜ/S₀) normal paylanmaya və μ ortalamaya, σ² variasiyaya malik olacaq. Gəlin t-ci zaman periodu üzrə yaranan variasiya və ortalama dəyərə baxaq.
(3) Variance and mean of stock prices
Qeyd edim ki, (3)-də verilən formullar bizə müəyyən səhmin hərəkətliliyinin standart kənarlaşmasını (σ²) və gözlənilən dəyərini (μ), risksiz faiz dərəcəsi (r), illik dəyişkənlik (v) və vaxt nöqteyi-nəzərindən(t) ifadə etməyə imkan verir. (3)-də verilən formulların necə əldə olunduğuna baxaq:
3.1. Aydındır ki, biz illik dəyişkənliyi v ilə işarə etdiyimiz üçün 1 ildən sonra ln(S₁/S₀) -in variasiyası v², t-1 ildən sonra ln(Sₜ₋₁/S₀)-in v²(t-1) kimi olacaq. Bunu nəzərə alaraq:
(4)
Qeyd 1: (4) formulunda Black Scholes modelinin fərzetdiyi kimi qiymət dəyişkənliklərinin illər üzrə dəyişmədiyi və sabit qaldığı fərz edilir.
Qeyd 2: İki təsadüfi dəyişənin cəminin variasiyası ilə bağlı istifadə olunan formul aşağıdakı qaydada əldə edilə bilər.
(4.1) Variance of sum of two random variables
3.2. İndi isə səhm qiyməti üzrə gözlənilən dəyərin necə əldə olunduğuna baxaq. Fərz edək ki, μ gözlənilən dəyərə və σ² variasiyaya malik olan normal paylanmış Y təsadüfi dəyişəni verilmişdir. Səhmin qiyməti aşağıdakı formada təyin olunduğu üçün, biz səhm qiymətləri üçün ehtimal sıxlıq funksiyası müəyyən edə bilərik.
(5)
Aydındır ki, normal paylanmaya malik olan Y təsadüfi dəyişəni üçün ehtimal sıxlıq funksiyası aşağıdakı kimi təyin edilir.
(6)
X üçün verilən funksiya həmişə artan olduğu üçün (6) formulunda Y təsadüfi dəyişəni üçün müvafiq qiyməti nəzərə alaq və səhmin qiyməti üçün ehtimal sıxlıq funksiyasını yazaq.
(7)
İndi ehtimal sıxlıq funksiyasından istifadə edərək səhm qiymətinin gözlənilən dəyərini hesablayaq.
(8)
Gəlin (8) formulunda aşağıdakı formada əvəzləmə edək və müvafiq əməliyyatları aparaq:
(9)
(9) formulunda qeyd edilən müvafiq əvəzləmələri nəzərə alaq və inteqralın hesablanmasını davam etdirək.
(10)
(10) bərabərliyində sonuncu inteqraldaxili ifadənin qiyməti 1-ə bərabərdir. Belə ki, nəzərə almaq lazımdır ki, inteqralın daxilindəki σ dəyişəni istənilən dəyərə malik ola biləcək bir dəyişəndir. Bunu nəzərə alaraq σ₁ = 1 sandart kənarlaşmaya və µ = σ gözlənilən dəyərə malik olan adi normal paylanma üçün ehtimal sıxlıq funksiyasına nəzər yetirək.
(11)
Aydındır ki, (11) bərabərliyində olduğu kimi təyin olunan normal paylanmaya malik olan təsadüfi dəyişən üçün ehtimal sıxlıq funksiyası bizim (10) bərabərliyindəki sonuncu inteqraldaxili ifadəyə bərabərdir. Beləliklə, son olaraq bütün ehtimal sıxlıq funksiyaları üçün mənfi sonsuzluqdan müsbət sonsuzluğa inteqralın 1-ə bərabər olduğunu nəzərə alaq.
(12)
Bununla da (10) bərabərliyinin sonuncu inteqraldaxili ifadəsi 1-ə bərabər olduğu üçün səhmin qiymətinin gözlənilən dəyəri aşağıdakı formada ifadə edilir.
(13)
Qeyd: Sonuncu inteqraldaxili ifadə həmçinin standart normal paylanma üzrə ehtimal sıxlıq funksiyasına ekvivalentdir. Bunu (t — σ) müəyyən bir z dəyişəninə bərabər etməklə asanlıqla görmək olar. Bu halda belə ehtimal sıxlıq funksiyasının bütün ədəd oxunda üzrə inteqral dəyəri (-∞,+∞) 1-ə bərabərdir.
(13.1)
Maraqlıdır, əgər bizim əvvəldə istifadə etdiyimiz t dövrdən sonra səhmin kəsilməz mürəkkəb faiz dərəcəsi ilə ifadə olunan dəyəri elə səhmin gözlənilən dəyəridirsə, bu zaman (13) bərabərliyində ifadə olunan səhmin qiymət artımı faktorundakı standart kənarlaşma və ortalama qiymət necə olmalıdır? Gəlin t zaman periodundan sonra σ² və µ dəyərlərinin necə ifadə olunduğuna baxaq. Aydındır ki, əvvəldə göstərdiyimiz kimi t perioddan sonra variasiya v²t-ə bərabər olacaq. Eyni zamanda t-perioddan sonra səhmin qiyməti S₀eʳᵗ olduğu üçün aşağıdakı ekvivalent ifadələri yazaq.
(14)
Gəlin indiyə qədər öyrəndiyimiz konseptləri yenidən yada salaq və ondan sonra Black-Scholes teoreminə keçid edək. Biz artıq müəyyən səhmin hərəkətliliyinin standart kənarlaşmasının (σ²) və gözlənilən dəyərinin (μ), risksiz faiz dərəcəsi (r), illik dəyişkənlik (v) və vaxt nöqteyi-nəzərindən(t) necə dəyişdiyini bilirik.
Modelin riyazi çıxarılışı
Black Scholes Teoremi: Risk-neytral investisiya mühitində r — kəsilməz mürəkkəb faiz dərəcəsi r, müəyyən səhmin ilkin qiyməti S₀, illik dəyişkənliyi v, t-zaman müddətindən sonra loq-normal paylanmaya malik olan səhmin qiymətini Sₜ olarsa, bu səhm üzrə K istifadə qiyməti və son istifadə tarixi T kimi təyin olunan Avropa tipli alış opsiyonunun t=0 periodunda real qiyməti C-dir. C aşağıdakı kimi müəyyən edilə bilər.
(1) Black -Scholes formula for European call option
Modelin riyazi çıxarılışına keçmədən öncə özümüzə bir sual verməliyik. Alış opsiyonunda maddi motivasiya nədir? Alış opsiyonu nə üçün investisiya predmeti hesab edilir? Cavab sadədir. İnvestor müəyyən bir səhmin (məs, NVDA) qalxacağını proqnozlaşdırır. Opsiyon bazarında NVDA ilə bağlı opsiyon sövdələşmələrini nəzərdən keçirir. Opsiyonu əldə etdikdən sonra NVDA səhminin opsiyonda nəzərdə tutulan istifadə qiymətindən (strike price) daha yuxarı qalxacağına ümid edir və bu baş verərsə, qiymət artımı nəticəsində yaranan marjadan -opsiyon üçün etdiyi ödəniş çıxılmaqla mənfəət əldə edir. Niyə səhmin özünə yox, onun opsiyonuna investisiya? Maraqlı sualdır. Sualın cavabını aşağıdakı qrafikdə görə bilərsiniz.
Image source: Veritasium YT channel
Qrafikdə müəyyən səhm üzrə 10 $-lıq ödəniş (option premium) müqabilində 100 $-lıq istifadə qiymətinə(strike price) malik səhm opsiyonu əldə edilib. Qrafikdə səhmin 30 $ qiymət artımı və azalması nəticəsində səhmin özünün alışı və səhmin opsiyonun alışı zamanı yaranan mənfəət və zərərin müqayisəli təhlilini görürsünüz. Gördüyünüz kimi opsiyon alışı daha az məbləğlə daha çox gəlirlilik səviyyəsi (eyni zamanda əksini) təmin edir və levereclilik səviyyəsini artırır. Lakin bir şeyə diqqətinizə çəkmək istərdim ki, opsiyon alışı zamanı siz maksimal zərərinizi özünüz müəyyən edirsiniz və bu zərər maksimum opsiyon ödənişi qədərdir. Səhm alışı zamanı isə siz bütün investisiya kapitalınızı itirə bilərsiniz! Opsiyon ticarətində digər bir motivasiya amili hedcinqdir. Hedcinq dedikdə, bazarda riskin azaldılması və sığortalanması istiqamətində tədbirlər başa düşülə bilər. Aydındır ki, investisiya bazarlarında bir sıra investorlar mövcuddur ki, öz risklərini azaltmaq istəyir. Digər bir tərəfdə isə bu risklərin azaldılması üçün müəyyən ödəniş müqabilində “sığortanı” təmin etmək istəyən və təklif edən investorlar da mövcuddur. Beləliklə, bütün bazarların formalaşması kimi - ortada həm alıcı (hedcer investorlar-opsiyon alıcıları), satıcı (opsiyon müəllifləri) və alqı-satqı predmeti (opsiyon sövdələşmələri) mövcud olduğu üçün opsiyon bazarı formalaşır. Bu suallar modelin başa düşülməsi üçün vacib olduğu üçün bir müddət ara verdik.
Bir dəqiqə, qayıdaq modelimizə !
Aydındır ki, T perioddan sonra səhmin satış qiyməti Sᴛ olacaq. Aydındır ki, T perioddan sonra opsiyondan əldə edilən gəlir aşağıdakı kimi müəyyən edilə bilər.
(2) Value of European call option in the period T
Qeyd: Sual olunur, nə üçün maksimum funksiyasına ikinci parametr olaraq 0 verilir? Çünki, əgər T dövrdən sonra səhmin satış qiyməti opsiyon üzrə müəyyən edilən istifadə qiymətindən (K-strike price) də aşağı düşərsə, opsiyon alıcısı opsiyon hüququndan istifadə etməyəcək və opsiyonun dəyəri 0 olacaq. Yəni, T periodunda yalnız alış opsiyonu hüququndan istifadə sərfəli olduğu halda (səhmin qiyməti istifadə qiymətindən yüksəkdirsə) opsiyondan gəlir əldə edilir. Əks halda opsiyonun gəliri 0 olur.
2. Bir faktoru yaddan çıxardıq, sanki! Aydındır ki, biz opsiyon hüququndan istifadə edib, mənfəət əldə etsək, belə əldə edilən gəlirin gələcək dəyərini hesabladığımız üçün yanılacağıq. Çünki, 5 ildən sonra əldə edilən 100 manatın cari qiyməti 100 manat olmayacaq. Bunun üçün biz gələcəkdə əldə edəcəyimiz gəliri indiki dövrə — T=0 perioduna diskontlaşdırmalıyıq. Yalnız bu halda biz opsiyonun cari dövr üzrə real dəyərini müəyyən edə opsiyon üçün edilən ödənişin sərfəli olub-olmamasına qərar verə bilərik.
(2) Value of European call option in the period t=0
3. Bura qədər ümid edirəm ki, hər şey aydındır. Modelin çıxarılışı üçün sizə yenidən bir sual verməliyəm. Nə deyirsiniz, bəlkə (2) formulunda verilən opsiyon dəyərinin hesablanması üçün əvvəldə etdiyimiz kimi səhmin qiymətini loq-normal paylanma ilə modelləşdirək və səhmin satış qiymətinin opsiyonun istifadə qiymətindən kənarlaşmasının gözlənilən dəyərini (expected value) hesablayaq? Sonuncu verdiyim sual çox ağla batan səslənir elə deyilmi? Bəli, məqalənin başlanğıcında fotolarını təqdim etdiyim 3 centlmen (Fischer Black, Myron Scholes and Robert C. Merton) məhz bunu edib. Həqiqətən də Nobelə layiq bir ideyadır! Bu yerdə konsepti davam etdirmək üçün kiçik bir haşiyə çıxmalıyam. Əgər təsadüfi dəyişənin funksional qiymətlərinin gözlənilən dəyəri hesablanırsa, aşağıdakı sadə formuldan istifadə edə bilərik.
(3) Expectation of function of random variable
Beləliklə, əslində səhmin satış qiymətinin opsiyonun istifadə qiyməti ilə fərqinin gözlənilən dəyəri (3) formulundan istifadə edilməklə hesablanıla bilər. Belə ki, hesablanılmanın aparılması üçün funksiya g(x) = x-K kimi təyin oluna bilər. Sizi çox gözlətmədən bundan əvvəl qeyd etdiyimiz nüans nəzərə alınmaqla (2) formulu üzrə hesablamalarımızı davam etdirək.
(4)
Qeyd: Sual yarana bilər ki, biz nə üçün inteqralı opsiyonun istifadə qiymətindən (K)-dan başlatdıq. Sualın cavabı sadədir. Çünki, bizə səhmin satış qiymətlərinin opsiyonun istifadə qiymətindən yüksək olduğu hallar maraqlıdır. Çünki yalnız bu şərt ödəndikdə, əvvəldə qeyd etdiyimiz kimi alış opsiyonu hüququndan istifadə sərfəli olur və opsiyondan gəlir əldə edilir.
4. Gördüyünüz kimi (4) bərabərliyi iki hissədən ibarətdir. Gəlin hər iki inteqralı hissə-hissə sadələşdirək.
Birinci inteqralın sadələşdirilməsi
Diqqətlə fikir versəniz görərsiniz ki, verilən birinci inteqraltı ifadə bundan əvvəlki bölmədə rastlaşdığımız inteqralın eynisidir( Bax: Modelin riyazi konstruksiyası bölməsində (13)-cü formul). Bunu nəzərə alaraq əvvəldə hesabladığımız inteqralın müvafiq qiymətini birinci ifadədə yerinə qoyaq.
(5)
Yadınızdadırsa, bu nəticənin əldə edilməsi üçün biz x dəyişəni üzrə müvafiq əvəzləmələr etmişdik. Məhz buna görə sonuncu inteqralda alt sərhəd K-dan M-ə çevrildi. Həmin əvəzləmələri yaddan çıxarmadan (5) bərabərliyində müvafiq əvəzləmə edək və sonuncu inteqralı standart normal paylanmaya gətirək.
(6)
5. (6) bərabərliyində etdiyimiz müvafiq əvəzləmələri (5) bərabərliyində nəzərə alaq və inteqralı hesablayaq.
(7)
(7) bərabərliyinə nəzər yetirsəniz görərsiniz ki, sonuncu inteqralaltı ifadə əslində standart normal paylanmanın ehtimal sıxlıq funksiyasıdır. Yadınızdadırsa, biz bu inteqralı bu formaya gətirmək üçün iki addımda əvəzləmələr aparmışıq(Bax: Modelin riyazi konstruksiyası bölməsində (13)-cü formul və Modelin riyazi çıxarılışı bölməsində 6-cı formul). Bizim ilk inteqral ifadənin alt sərhəddi K olduğu üçün L-in dəyərinin əslində necə olduğuna baxaq.
(8)
6. Bura qədər hər şey əladır! Yadınızdadırsa, bizim (7) bərabərliyində Black Scholes teoreminin birinci inteqralını sadələşdirməyə çalışırdıq. Gəlin (7) bərabərliyində səhmin hərəkətliliyinin standart kənarlaşmasının (σ²) və gözlənilən dəyərinin (μ), risksiz faiz dərəcəsi (r), illik dəyişkənlik (v) və vaxtla (t) ifadə edilmiş ekvivalent dəyərlərini və eyni zamanda L-in müvafiq dəyərini nəzərə alaq (Bax: Modelin riyazi konstruksiyası bölməsi (4) və (14)-cü formullar)
(9)
(10)
7. Son olaraq (10) bərabərliyində müəyyən inteqralın müvafiq xassələrindən istifadə edərək son bərabərliyi daha da sadələşdirək.
(11)
(11)-də sonuncu bərabərliyə nəzər yetirsək görərik ki, çıxılan əslində standart normal paylanmanın kumulyativ paylanma funksiyasıdır. Bu faktı və L-in müvafiq qiymətini nəzərə alaraq 10 bərabərliyini daha da sadələşdirək.
(12)
8. Artıq bizə birinci inteqral dəyəri aydındır. Gəlin son addım olaraq yenidən müəyyən inteqralın xassələrindən istifadə edərək (12)-nin sonuncu ifadəsini daha da sadələşdirək.
(13)
(13) bərabərliyində sonuncu inteqral ifadəsində müvafiq əvəzləmələr edək.
(14)
(14) bərabərliyindən əvəzləmələrimizi (13) bərabərliyində nəzərə alaq.
(15)
(15) bərabərliyi bizim istədiyimiz nəticədir. L-in müvafiq dəyərini yenidən (12) bərabərliyində yerinə qoyaq və müvafiq hesablamaları aparaq.
(16)
Nəhayət birinci inteqralı tam sadələşdirdik və Black Scholes Teoremindəki verilən ifadəyə ekvivalent olduğunu göstərdik! (Bax -Modelin riyazi çıxarılışı bölməsində (1)-ci teorem formuluna)
Qeyd: Hesablamalarda N() şəklində təyin olunan funksiyalar standart normal təsadüfi dəyişənin kumulyativ paylanma funksiyasıdır.
İkinci inteqralın sadələşdirilməsi
Gəlin növbəti olaraq ikinci inteqralı sadələşdirək.
İkinci inteqralda sabit dəyişənləri inteqralın xaricinə çıxaraq.
(17)
2. Əvvəldə etdiyimiz kimi inteqralın sadələşdirilməsi üçün müvafiq əvəzetmələr aparaq.
(18)
3. Qeyd etdiyimiz müvafiq əvəzetmələri inteqralda nəzərə alaq.
(19)
4. (19) bərabərliyində sonuncu inteqralın sadələşdirilməsi üçün yenidən müvafiq əvəzetmələr aparaq.
(20)
5. Müvafiq əvəzetmələri inteqralda nəzərə alaq.
(21)
6. Müəyyən inteqralın aşağıdakı xassəsindən istifadə edərək inteqralı sadələşdirək.
(22)
(23)
7. Nəhayət yadınızdadırsa, (18) bərabərliyində D-nin əldə etdiyimiz qiymətində müvafiq olaraq σ və µ-nün ekvivalent dəyərlərini nəzərə alaq.
(23)
8. Son olaraq D-nin müvafiq qiymətini inteqralda nəzərə alaq.
(24)
Qeyd: Hesablamalarda N() şəklində təyin olunan funksiyalar standart normal təsadüfi dəyişənin kumulyativ paylanma funksiyasıdır.
Nəhayət ikinci inteqralı tam sadələşdirdik və Black Scholes Teoremindəki verilən ifadəyə ekvivalent olduğunu göstərdik! (Bax -Modelin riyazi çıxarılışı bölməsində (1)-ci teorem formuluna).
Bəs satış opsiyonları?. Black-Scholes Teoremi satış opsiyonlarına tətbiq edilə bilərmi?
Qısaca cavab istəyirsinizsə, cavab Bəlidir. Əgər opsiyonlar haqqında detallı məlumata maliksinizsə, satış opsiyonlarında opsiyon sahibinin əsas motivasiyasının müəyyən səhmin (aktivin) qiymətinin düşəcəyini proqnozlaşdırması olduğunu bilirsiniz. Səhmin düşəcəyini proqnozlaşdıran investor satış səhmini əldə edərək müvafiq istifadə tarixində mövcud bazar qiymətindən daha baha qiymətə satmağı planlaşdırır və potensial mənfəət əldə etməyi ehtimal edir. İndi isə gəlin Black Scholes Teoreminin satış opsiyonlarına necə tətbiq oluna biləcəyi barədə düşünək?
Teoremin tətbiqini həyata keçirmək üçün nəzərə almalı olduğumuz iki məqam var. İnvestorun mənfəəti artıq opsiyonun istifadə qiyməti (strike price) əsasında formalaşır. Beləliklə, opsiyonun istifadə qiyməti(strike price) nə qədər yuxarı olarsa, investor daha çox gəlir əldə edəcək. Digər nəzərə alınmalı olan məqam isə alış opsiyonundan fərqli olaraq artıq müvafiq səhmin (aktivin) qiymətinin artacağı yox, düşəcəyi proqnozlaşdırılır. İnvestor düşünür ki, səhmin qiyməti opsiyonun istifadə qiymətindən daha çox enəcək. Beləliklə, biz K istifadə qiymətindən səhmin qiyməti çıxılmasının gözlənilən dəyəri qədər mənfəətə sahib olacağıq. Gəlin bunu riyazi olaraq ifadə edək.
(25)
Qeyd: Bizə səhmin satış qiymətlərinin opsiyonun istifadə qiymətindən aşağı olduğu hallar maraqlıdır. Çünki yalnız bu şərt ödəndikdə, əvvəldə qeyd etdiyimiz kimi satış opsiyonu hüququndan istifadə sərfəli olur və opsiyondan gəlir əldə edilir. Buna görə də biz inteqralın müvafiq sərhədlərini 0-(teorik olaraq minimum qiymət) və K -dan (istifadə qiyməti) aralığında müəyyən etdik. (25) bərabərliklərinə nəzər yetirsək görərik ki, bərabərlikdə qeyd edilən inteqrallar alış opsiyonları üzrə qeyd edilən inteqral ifadələrin eynisidir. Fərq sadəcə inteqralların sərhədləri üzrə müşahidə edilir. Qeyd edilən inteqrallarda (6 və 18 -ci formullara bax) müvafiq əvəzetmələr edildikdən sonra rahatlıqla dəyərləri aşağıdakı formaya gətirilə bilər(0 üzrə əvəzetmə 0⁺ olaraq limitlə aparılmalıdır).
(26)
Real python tətbiqi:
Gəlin, OOP prinsiplərinə əməl etməklə pythonda kiçik opsiyon tətbiqi yaradaq. Aşağıdakı kod sətirləri avtomatik olaraq risksiz faiz dərəcəsi olaraq ABŞ hökümətinin 13 həftəlik (3 aylıq) xəzinədarlıq vekselinin faiz dərəcəsini əsas götürür və istədiyiniz səhm üzrə, eləcə də opsiyonun son istifadə tarixi, istifadə qiymətinə görə opsiyonun real qiymətini və gözlənilən gəlirin rentabelliyini hesablayır.
import yfinance as yf
import numpy as np
from scipy.stats import norm
import pandas as pd
from datetime import datetime, timedelta
import matplotlib.pyplot as plt
class OptionAnalyzer:
def __init__(self):
treasury_data = yf.download('^IRX', start=datetime.now()-timedelta(days=1), end=datetime.now())
rate = treasury_data['Adj Close'].iloc[-1] / 100
self.r = rate
def get_stock_info(self):
try:
self.ticker = input("Enter stock ticker: ").strip().upper()
start_date = pd.to_datetime('today') - pd.DateOffset(years=1)
end_date = pd.to_datetime('today')
self.stock_data = yf.download(self.ticker, start=start_date, end=end_date)
if self.stock_data['Adj Close'].empty:
print("Invalid input. Please provide a correct ticker.")
self.get_stock_info()
else:
returns = self.stock_data['Adj Close'].pct_change().dropna()
self.volatility = returns.std() * np.sqrt(252)
return self.volatility
except Exception as e:
print("An error occurred-A:", e)
def get_option_info(self):
try:
self.expiry = input("Enter expiry date: ")
self.option_chain = yf.Ticker(self.ticker).option_chain(self.expiry)
self.time = (pd.to_datetime(self.expiry) - pd.to_datetime('today')).days / 365
except ValueError as error:
print(f"Please enter a valid date.{error}")
self.get_option_info()
except Exception as e:
print(f"An unexpected error occurred-Z: {e}")
def analyze_options(self):
try:
puts = self.option_chain.puts.sort_values(by='lastPrice')
calls = self.option_chain.calls.sort_values(by='lastPrice')
self.conservative_puts = puts[puts["inTheMoney"] == True].head(5)
self.conservative_calls = calls[calls["inTheMoney"] == True].tail(5)
except Exception as e:
print(f"An unexpected error occurred-B: {e}")
def black_scholes(self, S, K, t, r, sigma, option='call'):
d1 = (np.log(S / K) + (r + 0.5 * sigma ** 2) * t) / (sigma * np.sqrt(t))
d2 = d1 - sigma * np.sqrt(t)
if option == 'call':
return S * norm.cdf(d1) - K * np.exp(-r * t) * norm.cdf(d2)
else:
return K * np.exp(-r * t) * norm.cdf(-d2) - S * norm.cdf(-d1)
def suggest_options(self):
self.market_price = yf.Ticker(self.ticker).fast_info['lastPrice']
try:
self.conservative_puts['fair_price'] = self.black_scholes(self.market_price, self.conservative_puts['strike'], self.time, self.r, self.volatility,
option='put')
self.conservative_calls['fair_price'] = self.black_scholes(self.market_price, self.conservative_calls['strike'], self.time, self.r, self.volatility,
option='call')
self.conservative_puts['expected_return'] = (self.conservative_puts['fair_price'] - self.conservative_puts['lastPrice']) / self.conservative_puts['lastPrice']*100
self.conservative_calls['expected_return'] = (self.conservative_calls['fair_price'] - self.conservative_calls['lastPrice']) / self.conservative_calls['lastPrice']*100
self.suggested_puts = self.conservative_puts.sort_values('expected_return', ascending=False).head(3)
self.suggested_calls = self.conservative_calls.sort_values('expected_return', ascending=False).head(3)
print(f"The current price of {self.ticker} is ${self.market_price:.2f}")
print("**********************************************")
print("Suggested calls")
print(self.suggested_calls[['strike', 'lastTradeDate', 'lastPrice', 'ask', 'impliedVolatility', 'fair_price','expected_return']].to_string(index=False))
print("**********************************************")
print("Suggested puts")
print(self.suggested_puts[['strike', 'lastTradeDate', 'lastPrice', 'ask', 'impliedVolatility', 'fair_price','expected_return']].to_string(index=False))
except Exception as e:
print(f"An unexpected error occurred-H: {e}")
def plot(self):
fig, ax = plt.subplots()
ax.plot(self.stock_data['Adj Close'], label=f'{self.ticker} current price: {self.market_price:.2f}', color='blue')
call_labels = []
put_labels = []
for i, row in self.suggested_calls.iterrows():
ax.axhline(y=row['strike'], linestyle='-', color='green', alpha=0.7)
call_labels.append(f"Call Option: {row['contractSymbol']}, Expected return: {row['expected_return']:.2f}%")
for i, row in self.suggested_puts.iterrows():
ax.axhline(y=row['strike'], linestyle='-', color='red', alpha=0.7)
put_labels.append(f"Put Option: {row['contractSymbol']}, Expected return: {row['expected_return']:.2f}%")
ax.set_xlabel('Date')
ax.set_ylabel('Price')
ax.set_title(f'{self.ticker} spot prices & option strike prices')
legend_labels = [f'{self.ticker} current price: {self.market_price:.2f}'] + call_labels + put_labels
legend = ax.legend(labels=legend_labels, loc='center right', fontsize=5.5)
legend.get_frame().set_alpha(0.3)
plt.tight_layout()
plt.savefig('suggested options.png', dpi=500)
plt.show()
option_analyzer = OptionAnalyzer()
option_analyzer.get_stock_info()
option_analyzer.get_option_info()
option_analyzer.analyze_options()
option_analyzer.suggest_options()
option_analyzer.plot()
Qeyd edilən tətbiqdə müvafiq olaraq Microsoft-un opsiyonları üzrə analiz aparmaq istəsək, aşağıdakı output-u əldə edəcəyik.
[*********************100%%**********************]  1 of 1 completed
Enter stock ticker: MSFT
[*********************100%%**********************]  1 of 1 completed
Enter expiry date: sdsg
Please enter a valid date.Expiration `sdsg` cannot be found. Available expirations are: [2024-04-19, 2024-04-26, 2024-05-03, 2024-05-10, 2024-05-17, 2024-05-24, 2024-05-31, 2024-06-21, 2024-07-19, 2024-08-16, 2024-09-20, 2024-10-18, 2024-11-15, 2024-12-20, 2025-01-17, 2025-03-21, 2025-06-20, 2025-09-19, 2025-12-19, 2026-01-16, 2026-06-18, 2026-12-18]
Enter expiry date: 2024-11-15
The current price of MSFT is $421.90
Suggested calls
strike             lastTradeDate  lastPrice    ask  impliedVolatility  fair_price  expected_return
250.0 2024-02-28 19:54:43+00:00     166.03 181.00           0.549870  179.491126         8.107647
210.0 2024-02-15 20:44:49+00:00     203.76 215.45           0.587529  218.270871         7.121550
270.0 2024-02-29 20:43:25+00:00     151.37 162.75           0.511876  160.127947         5.785788
Suggested puts
strike             lastTradeDate  lastPrice   ask  impliedVolatility  fair_price  expected_return
445.0 2024-04-11 19:34:48+00:00      35.95 40.85           0.208809   33.614877        -6.495475
425.0 2024-04-11 17:57:33+00:00      26.55 30.30           0.220894   23.285760       -12.294688
440.0 2024-04-12 15:14:03+00:00      37.60 37.90           0.211022   30.836207       -17.988812
Microsoft stock options and strike prices
Qeyd: Verilən nəticələr və qrafik tətbiqin “run” olunduğu dövr əsasında formalaşıb. Fərqli zaman periodlarında qeyd edilən inputlar fərqli nəticələr verə bilər.
Beləliklə, Black -Scholes opsiyon qiymətləndirmə modelinin başdan sona riyazi izahı, eləcə də tətbiqi ilə tanış olduq. Qeyd edim ki, Black-Scholes modeli üzrə edilən bəzi fərzetmələr (məsələn sabit qiymət dəyişkənliyi (volatility), sabit risksiz faiz dərəcəsi, aktivlərin qiymətlərinin həmişə loq-normal paylanmaya malik olması, opsiyon ticarəti üzrə komissiya və digər ödənişlərin, eyni zamanda dividentlərin nəzərə alınmaması) və Amerika tipli səhmlərə tətbiq oluna bilməməsi model üçün məhdudiyyətlər kimi qeyd edilə bilər. Bütün bu məhdudiyyətlərə baxmayaraq model maliyyə sahəsində ən uğurlu riyazi modellərdən biri hesab edilir.
Nəzərinizə çatdırım ki, bu kimi riyazi-statistik modellər investisiya zamanı köməkçi alətlər hesab edilə bilər. Heç bir model 100% uğurun əldə olunacağına zəmanət verə bilməz. Bu məqalədə ifadə olunan fikirlər yalnız informasiya/məlumat məqsədlidir. Tövsiyə, təklif, hər hansı qiymətli kağızların alınması və ya satılması, eyni zamanda hər hansı investisiya strategiyasının qəbul edilməsinə təşviq kimi qəbul edilməməlidir.
Dahi ingilis fiziki, riyaziyyatçısı və astronomu, amma uğursuz investoru Ser İsaak Nyutonun qeyd etdiyi kimi:
“I can calculate the motions of heavenly bodies, but not the madness of people”
Isaac Newton
Zəhmət olmasa məqalə və onun müəyyən hissəsindən istifadə zamanı bu formada sitat əlavə edin:
Jafarov. Joshgun(2024). Black-Scholes opsiyon qiymətləndirmə modeli (The Black-Scholes -aka the Black-Scholes-Merton (BSM) option pricing model) (Article). Medium. https://medium.com/@cosquncafar/the-black-scholes-aka-the-black-scholes-merton-bsm-model-opsiyon-qiym%C9%99tl%C9%99ndirm%C9%99-modeli-c60fab822dea
İstifadə edilmiş mənbələr:
Black-Scholes Model: What It Is, How It Works, Options Formula
Black-Scholes model - Wikipedia
https://www.codearmo.com/python-tutorial/options-trading-black-scholes-model
Turner, E. (2010). The Black-Scholes model and extensions. Vigre reu, University of Chicago.
Jafarov. Joshgun(2024). Loq-normal paylanma — Səhm gəlirləri necə paylanır? (Log-normal distribution — How are stock returns distributed? (Article). Medium. https://medium.com/@cosquncafar/loq-normal-paylanma-s%C9%99hm-g%C9%99lirl%C9%99ri-nec%C9%99-paylan%C4%B1r-df42ba74ed7f
Jafarov. Joshgun(2024). Maliyyə bazarlarında opsiyon sövdələşmələri və onun tipləri (Option contracts in financial markets and its types) (Article). Medium. https://medium.com/@cosquncafar/maliyy%C9%99-bazarlar%C4%B1nda-opsiyon-s%C3%B6vd%C9%99l%C9%99%C5%9Fm%C9%99l%C9%99ri-v%C9%99-onun-tipl%C9%99ri-option-deals-in-financial-markets-and-55ed7d516187
Məni dəstəkləmək üçün :
To support me:
https://www.buymeacoffee.com/cosquncafar
Loq-normal paylanma — Səhm gəlirləri necə paylanır? (Log-normal distribution — How are stock returns distributed?
Qısaca loq-normal paylanma haqqında
Loq-normal paylanma normal paylanma əsaslı statistik paylanma növlərindən biri hesab edilir. Loq-normal paylanma bir çox data növlərinin modelləşdirilməsində geniş istifadə edilir. Əsasən müəyyən artım templəri ilə formalaşan paylanmalarda — xüsusən maliyyə və biologiyada geniş istifadə edilir. Məsələn, etibarlılıq tədqiqatlarında xətanın(nasazlığın) yaranmasına qədərki vaxt müddəti, düşən yağış miqdarı, inəklərin süd istehsalı kimi parametrlər loq-normal paylanma ilə statistik modelləşdirilə bilir. Loq-normal paylanmanın şübhəsiz ki, geniş istifadə olunduğu sahələrdən biri də maliyyədir. Statistik nöqteyi-nəzərdən səhmlərin qiyməti loq-normal ehtimal paylanmaya malik olur. Hansı ki, bu fakt Black- Scholes opsiyon qiymətləndirmə modelinin ilkin şərtlərindən biri hesab edilir. Bura qədər bu qeyd edilənlər sizə maraqlı oldusa,keçək loq-normal paylanmanın texniki-riyazi detallarına!
Qeyd: Məqalənin davamında Qauss (normal) paylanması haqqında detallı məlumata malik olduğunuz fərz edilir.
Bir nümunə yüz sözlü izahdan yaxşıdır deyib, keçək nümunə üzərindən izahımıza :). Gəlin müəyyən bir səhm götürək və səhm qiymətlərinin illər ərzində necə dəyişdiyinə nəzər yetirək. Bunun üçün dünyanın ən böyük özəl banklarından biri hesab edilən JP Morganın səhmlərini nümunəmizdə istifadə edək. 1999-cu ildən bəri JP Morganın səhmlərinin necə dəyişdiyinə nəzər yetirək.
import yfinance as yf
from datetime import datetime
import matplotlib.pyplot as plt
import numpy as np
import scipy.stats as stats
symbol_filter = "JPM"
start_date = datetime(1999, 1, 1)
end_date = datetime(2024, 2, 1)
data = yf.download(symbol_filter, start=start_date, end=end_date)
plt.figure(figsize=(12, 6))
plt.plot(data['Close'], label='Close Price', color='blue')
plt.title('JPMorgan (JPM) Close Price Over the Years')
plt.xlabel('Year')
plt.ylabel('Close Closing Price (USD)')
plt.legend()
plt.grid(True)
plt.show()
Graph 1: Price of JPM stock
Gördüyünüz kimi 1999–2024-cü illər ərzində JP Morganın səhm qiymətləri kifayət qədər dəyişkənliyə malik olub. İndi isə eyni formada səhm qiymətlərinin histoqram vasitəsilə paylanmasına nəzər yetirək.
close_prices = data['Close']
plt.hist(close_prices, bins=50,density=True, edgecolor='black', alpha=0.7)
plt.title(f'Histogram of Close Prices for {symbol_filter}')
plt.xlabel('Close Prices')
plt.ylabel('Frequency')
plt.grid(True)
plt.show()
Graph 2: Distribution of JP Morgan’s stock price
Qrafikə diqqətlə nəzər yetirsək, səhm qiymətlərinin sağa meylli paylanmaya malik olduğunu görərik. Bəli, məhz gördüyünüz qrafik loq-normal paylanmanın qrafikidir!
Qeyd: Əlbəttə, səhm qiymətlərinin davranışını mükəmməl şəkildə əks etdirən spesifik paylanmanı müəyyən etmək çətindir. Qeyd edilən faktı səhm qiymətlərinin paylanmasını modelləşdirmək üçün istifadə edilən statistik metod kimi qəbul edə bilərik.
İndi isə gəlin müxtəlif statistik paylanma növlərindin ehtimal sıxlıq funksiyasından istifadə edərək bizim JP Morgan səhmlərinin qiymətləri üzrə paylanma nümunəmizin hansına daha yaxın olduğu müqayisəsinə baxaq.
plt.figure(figsize=(10, 6))
plt.hist(close_prices, bins=50, density=True, edgecolor='black', alpha=0.7, label='Probability')
distributions = ['norm', 'lognorm', 'gamma', 'expon']
for distribution in distributions:
params = getattr(stats, distribution).fit(data['Close'])
pdf = getattr(stats, distribution).pdf(np.linspace(min(close_prices), max(close_prices), 100), *params)
plt.plot(np.linspace(min(close_prices), max(close_prices), 100), pdf, label=distribution)
plt.title(f'Distribution of {symbol_filter} Close Prices with Various PDFs')
plt.xlabel('Close Prices')
plt.ylabel('Probability Density')
plt.legend()
plt.show()
Graph 3: Distribution of JP Morgan’s stock prices under various PDFs
Verilən nümunədən sonra yəqin ki, intuitiv olaraq loq-normal paylanmanın səhm qiymətlərinin statistik modelləşdirilməsində nə üçün istifadə olunduğunu anladınız.
Loq-normal paylanmanın texniki-riyazi aspektləri:
Texniki-riyazi izahın verilməsi üçün əvvəlki JP Morgan səhmləri üzrə nümunəmizə davam edək. Gəlin, JP Morgan səhmlərinin müəyyən etdiyimiz illər üzrə ilk qiymətini, ortalama gəlirlilik səviyyəsini (rate of return) və gəlirlilik səviyyəsinin standart kənarlaşmasını hesablayaq.
min_price = data['Close'].min()
data['Daily_Return'] = data['Close'].pct_change()
data = data.dropna()
annual_returns = data['Daily_Return'].groupby(data.index.year).apply(lambda x: np.prod(1 + x) - 1)
mean_annual_return = annual_returns.mean()
std_dev_annual_return = annual_returns.std()
print(f"The minimum price of JPM stock: {min_price:.6f}")
print(f"Mean Annual Return: {mean_annual_return:.6f}")
print(f"Standard Deviation of Annual Returns: {std_dev_annual_return:.6f}")
Yuxarıdakı kod sətirinin nəticəsi olaraq aşağıdakı nəticəni əldə edərik.
The minimum price of JPM stock: 15.45
Mean Annual Return: 0.075287
Standard Deviation of Annual Returns: 0.230357
Deməli 1999–2024 -ci illər üzrə JP Morgan səhmlərinin minimum qiyməti 15.45 $, bu illər üzrə ortalama gəlirlilik səviyyəsi 0.07 (7%) və gəlirlilik səviyyəsinin standart kənarlaşması isə 0.23-ə (23 %-ə) bərabər olub. Gəlin, daha aydın olması üçün illərin hər biri üzrə də ayrı-ayrılıqda gəlirlilik səviyyəsinə və səhmlərin qiyməti ilə əlaqəsinə nəzər yetirək.
plt.figure(figsize=(12, 6))
plt.plot(data['Close'], label='Close Price', color='blue')
for year, return_val in annual_returns.items():
end_of_year = data.index[data.index.year == year][-1]
plt.text(end_of_year, data['Close'][end_of_year], f'{return_val:.2%}', ha='right', va='bottom', color='red', weight ="bold")
plt.title('JPMorgan (JPM) Close Price Over Time with Annual Returns')
plt.xlabel('Date')
plt.ylabel('Closing Price (USD)')
years = range(1999, 2025)
plt.xticks([datetime(year, 1, 1) for year in years], [str(year) for year in years], rotation=45, ha="right")
plt.legend()
plt.grid(True)
plt.tight_layout()
plt.show()
Graph 4: JPM close stock prices and annual returns
İndi sizə və özümə maraqlı bir sual verməliyəm. Əgər JP Morgan səhmlərinin gəlirlilik səviyyəsi normal paylanmaya malik olsaydı, digər bir sözlə bizim real datasetdə verilən gəlirlilik səviyyəsində yox, normal paylanmış gəlirlilik səviyyəsində olsaydı səhm qiymətlərinin paylanması necə olardı? Biz buna necə nail ola bilərik? Cavab sadədir. Simulyasiya vasitəsilə! Gəlin Monte — Carlo simulyasiyası metodu vasitəsilə (Metod adını Monakodakı məşhur Monte Carlo Kazinosundan götürülüb) random normal paylanmaya malik olan gəlirlilik səviyyələrindən ibarət dəyərlər yaradaq və bu dəyərlər əsasında qiymətlərin necə paylanmasını araşdıraq.
num_simulations = 1000
num_years = 26
initial_price = 15.45
mean_return = 0.075287
std_dev_return = 0.230357
simulated_returns = np.random.normal(mean_return, std_dev_return, size=(num_simulations, num_years))
simulated_prices = initial_price * np.cumprod(1 + simulated_returns, axis=1)
plt.hist(simulated_prices[:, -1], bins=50, density=True, edgecolor='black', alpha=0.7)
plt.title('Monte Carlo Simulation - Final Stock Prices Distribution')
plt.xlabel('Final Stock Price')
plt.ylabel('Frequency')
plt.xlim(0,1000)
plt.xticks(np.arange(0, 1100, 100))
plt.show()
Yuxarıdakı simulyasiya parametrlərinə nəzər yetirsəniz görərsiniz ki, tətbiq etdiyimiz simulyasiyanın ilkin şərtləri (başlanğıc qiymət, simulyasiya ediləcək illərin sayı, ortalama gəlirlilik səviyyəsi və gəlirlilik səviyyəsinin standart kənarlaşması bizim əvvəldə hesablama həyata keçirdiyimiz real data əsasında formalaşıb.
Graph 5: The distribution of Monte-Carlo Simulation Prices for JPM stocks
Və yenidən əvvəldə əldə olunan qrafikə oxşar olan qrafiki — loq-normal paylanmanın qrafikini əldə edirik!
Gəlin bu paylanmanın riyazi olaraq necə olunduğuna baxaq. Fərz edək ki, illər üzrə müəyyən səhm üzrə gəlirlilik səviyyələrini ehtiva edən təsadüfi dəyişən mövcuddur. Bu dəyişəni R ilə işarə edək. Aydındır ki, səhm üzrə gəlirlilik səviyyələrində olan dəyişmələr təqribi normal paylanmaya malikdir(katastrofik dəyişikliklər baş vermir). Qeyd edim ki, R həmişə müsbət qiymətlər alır. Bu onunla əlaqədardır ki, biz gəlir səviyyəsi dedikdə, kəsilməz mürəkkəb faiz artımı (continuously compounded interest rate) nəzərə alınaraq hesablanılan gəlir səviyyəsini nəzərdə tuturuq. Məsələn, Qrafik 4-ə nəzər yetirin. 2020-ci ildə pandemiya dövründə 8.85% azalma, əslində 91.15%-lik gəlir səviyyəsini ehtiva edir(100–8.85%). Belə ki, pandemiyadan əvvəlki ildəki səhmin qiyməti bu əmsala vurularaq, cari qiymət əldə olunur. Bu qeyd nəzərə alınmaqla sual olunur, n perioddan sonra R təsadüfi dəyişəninin proqnoz dəyəri necə olacaq?
(1)
Beləliklə n perioddan sonra R-in əldə olunan dəyərini hesabladıq. Verilən bərabərliyin hər iki tərəfindən natural loqarifm əldə edək.
(2)
(2) bərabərliyində R-gəlirlilik səviyyələri normal paylanmaya malik olduğu üçün mərkəzi limit teoreminə görə n böyüdükcə bərabərliyin sağ tərəfindəki cəm müəyyən bir ədədə yığılacaq və cəmin özü də normal paylanmaya malik olacaq. Gəlin bu ədədi müəyyən R* ilə işarə edək.
(3)
(3) bərabərliyində əvvəldə etdiyimiz əməliyyatın əksini — natural dərəcədən qüvvətə yüksəltməni həyata keçirək:
(4)
Və nəhayət loq-normal paylanmanın formulunu əldə edirik. Loq-normal paylanmanın normal paylanmadan fərqi yalnız müsbət qiymətlər alması və təsadüfi dəyişənlərin natural dərəcədən loqarifmlərinin normal paylanmaya malik olmasıdır. Digər bir sözlə loq-normal paylanma normal paylanmanın e dərəcədən qüvvətə yüksəldilmiş xüsusi halıdır.
Gəlin əminliyimizi artırmaq məqsədilə başqa bir metoddan istifadə edərək, investisiya üzrə gəlirlərin loq-normal paylanmaya malik olduğunu isbat edək. Bunun üçün sadə orta məktəb riyaziyyatından istifadə edəcəyik. Fərz edin ki, A səhmi üzrə investisiya edirsiniz. Səhm üzrə faiz dərəcəsi r — dir və sabitdir, eləcə də adi mürəkkəb faiz artımından (regular compounding interest rate) istifadə edilir. Sual olunur, t zaman müddətindən sonra (t istənilən zaman vahidi ola bilər) sizin investisiyanızın gələcək dəyəri nə olacaq? Bu dəyər aşağıdakı kimi hesablanılacaq.
(5) Future value of investment
(5) formulunda A- investisiyanın gələcək dəyərini, P- müəyyən səhmə edilən ilkin investisiya məbləğini, r- səhm üzrə verilən zaman müddətində faiz dərəcəsini, n — istənilən zaman vahidinin faiz dərəcəsində verilən zaman vahidində təkrarlanma sayı, t isə faiz verilən zaman müddətinə uyğun keçən zaman müddətidir. Məsələn, əgər faiz dərəcəsi 5% olaraq illik olaraq müəyyən edilibsə, 6 aydan sonrakı 1000 manatlıq investisiyanın gələcək dəyəri aşağıdakı kimi hesablanılacaq.
(6)
(5) formulundan istifadə edərək, ikinci hasildə verilən artım dərəcəsinin loq-normal paylanmaya malik olduğunu göstərək. Bunun üçün riyaziyyatda çox məşhur olan ikinci görkəmli limitdən istifadə edəcəyik. İkinci görkəmli limit aşağıdakı kimi ifadə edilir.
(7) The second “wonderful” limit
(5) formulunda aşağıdakı müvafiq modifikasiyalar edək.
(8)
Gördüyünüz kimi ilkin investisiya məbləğini artıran ikinci hasil elementi, digər bir sözlə kəsilməz mürəkkəb faiz artımı (continuously compounded interest rate) loq-normal paylanmaya malikdir. Bu əlaqə göstərir ki, zaman periodunda təkrarlanmaların sayı sonsuza yaxınlaşdıqca, kəsilməz mürəkkəb faiz artımı loq-normal paylanmaya malik olur. Aşağıdakı verilən cədvəldə müxtəlif zaman müddətləri üzrə adi mürəkkəb faiz artımı və loq-normal paylanmaya malik olan kəsilməz mürəkkəb faiz artımının tətbiqi nəticəsində yaranan fərqləri görə bilərsiniz.
(9) Difference between regular and continuously compounded interest rate
Excel file link: https://mega.nz/file/VSNCHCwZ#27jWtJqZuMHHUQ0PkLHYHa5kxBHq2mmLk1QJYvhECZI
Qeyd: Riyazi olaraq adi(regular compounded interest rate) və kəsilməz mürəkkəb faiz artımı (continuously compounded interest rate) səhm gəlirlərinin loq-normal paylanması ideyasının teorik əsasını təşkil edir. Yalnız bu halda səhm gəlirlərin loq-normal paylanması üzrə hökmlər öz etibarlılığını qoruyur. Belə ki, əvvəlki nümunəmizə geri qayıdaq. JP Morgan səhmlərinin günlük dəyişmələrinə nəzər yetirsək, əslində günlük faiz dəyişmələri adi normal paylanmaya malikdir.
(10) Daily returns of JP Morgan stocks
Loq-normal paylanmanın ehtimal sıxlıq funksiyası :
Əvvəldə qeyd etdiyimiz kimi loq-normal paylanma normal paylanma əsaslı paylanma növü hesab edilir. Buna görə də loq-normal paylanmanın ehtimal sıxlıq funksiyası(probability density function) müəyyən formada adi normal paylanmanın ehtimal sıxlıq funksiyasının modifikasiya edilmiş formasıdır. Gəlin loq-normal paylanmanın ehtimal sıxlıq funksiyasını necə olduğuna və çıxarılışına baxaq.
Fərz edək ki, μ gözlənilən dəyərə və σ² variasiyaya malik olan normal paylanmış Y təsadüfi dəyişəni verilmişdir. Aydındır ki, bu halda aşağıdakı formada verilmiş X dəyişəni loq-normal paylanmaya malik olacaqdır.
(5) Log-normal distributed X random variable
2. Aydındır ki, normal paylanmaya malik olan Y təsadüfi dəyişəni üçün ehtimal sıxlıq funksiyası aşağıdakı kimi təyin edilir.
(6) Probability density function of normal distribution
3. Loq-normal paylanmaya malik olan X elementi üçün aşağıdakı verilən bərabərlik doğru olduğu və X üçün verilən funksiya həmişə artan olduğu üçün müvafiq bərabərlikləri yaza bilərik:
(7)
4. (7) bərabərliyində g⁻¹(x) =ln(x) olduğu üçün:
(8)
Beləliklə, loq-normal paylanmaya malik olan təsadüfi dəyişən üçün ehtimal sıxlıq funksiyasını əldə edirik.
Loq-normal paylanma üzrə gözlənilən dəyər:
Loq-normal paylanma üzrə gözlənilən dəyər və ya digər adıyla ortalama dəyər aşağıdakı formul vasitəsilə müəyyən edilə bilər.
(9) Expected value of log-normally distributed random variable
Gəlin (9) formulunun necə əldə olunduğuna baxaq.
Loq-normal paylanmaya malik təsadüfi dəyişən üçün ehtimal sıxlıq funksiyasından istifadə edərək (8) gözlənilən dəyəri hesablayaq. Aydındır ki:
(10) Expected value of continuous random variable
2. Loq-normal paylanmaya malik olan kəsilməz təsadüfi dəyişənin yalnız müsbət qiymətlər aldığını nəzərə alsaq, inteqralı 0 və ∞ aralığında təyin edə bilərik. (Loq-normal paylanmış təsadüfi dəyişənin Y=eˣ , X ∼ N(µ, σ²) təyin olunduğunu yada salın):
(11)
3. Gəlin aşağıdakı formada əvəzləmə edək və müvafiq əməliyyatları aparaq:
(12)
4. (12) bərabərliyində etdiyimiz əvəzləmələri (11) bərabərliyində nəzərə alsaq:
(13)
5. (13) bərabərliyində t-dən asılı olmayan ikinci hasili inteqralın xaricinə, mötərizənin xaricindəki hasili isə inteqralın daxilinə keçirək:
(14)
6. Nəhayət sonuncu (14) bərabərliyində inteqraldaxili ifadənin 1-ə bərabər olduğunu göstərək. Nəzərə almaq lazımdır ki, inteqralın daxilindəki σ dəyişəni istənilən dəyərə malik ola biləcək bir dəyişəndir. Bunu nəzərə alaraq σ₁ = 1 sandart kənarlaşmaya və µ = σ gözlənilən dəyərə malik olan adi normal paylanma üçün ehtimal sıxlıq funksiyasına nəzər yetirək.
(15)
7. Aydındır ki, (15) bərabərliyində olduğu kimi təyin olunan normal paylanmaya malik olan təsadüfi dəyişən üçün ehtimal sıxlıq funksiyası bizim (14) bərabərliyindəki sonuncu inteqraldaxili ifadəyə bərabərdir. Beləliklə, son olaraq bütün ehtimal sıxlıq funksiyaları üçün mənfi sonsuzluqdan müsbət sonsuzluğa inteqralın 1-ə bərabər olduğunu nəzərə alaq.
(16)
8. Bununla da (14) bərabərliyinin sonuncu inteqraldaxili ifadəsi 1-ə bərabər olduğu üçün loq-normal paylanmaya malik olan təsadüfi dəyişənin gözlənilən dəyəri aşağıdakı kimi olur:
(17) Q.E.D
Loq-normal paylanma üzrə variasiya:
Loq-normal paylanma üzrə variasiya aşağıdakı formul vasitəsilə müəyyən edilə bilər.
(18) Variance formula for log-normally distributed random variable
Qeyd edilən formulun çıxarılışı üçün variasiyanın hesablanmasında tez-tez istifadə olunan aşağıdakı məşhur formuldan istifadə edəcəyik. Formul haqqında detallı məlumat üçün müvafiq linkdəki məqaləmə nəzər yetirə bilərsiniz.
(19) Relation between variance and expected value
Məqalənin linki: https://medium.com/@cosquncafar/variasiya-v%C9%99-g%C3%B6zl%C9%99nil%C9%99n-d%C9%99y%C9%99r-aras%C4%B1nda-%C9%99laq%C9%99-98bbce9e6654
Aydındır ki, (19) formulunda istifadə olunan gözlənilən dəyər məlumdur. E(X²) hesablasaq və əldə etdiyimiz gözlənilən dəyəri yerinə qoysaq, variasiyanı əldə edəcəyik. Gəlin addım-addım bu qeyd etdiklərimizi icra edək.
İlk öncə E(X²) üçün gözlənilən dəyəri loq-normal paylanma üçün müvafiq ehtimal sıxlıq funksiyası ilə müəyyən edilən formada yazaq:
(20)
2. Gözlənilən dəyərdə tətbiq etdiyimiz kimi aşağıdakı kimi əvəzləmə edək və müvafiq əməliyyatları aparaq:
(21)
3. (20) bərabərliyində (21) bərabərliyində əldə etdiyimiz müvafiq əvəzləmələri aparaq.
(22)
4. (22) bərabərliyində t-dən asılı olmayan inteqraltı ifadəni inteqralın xaricinə inteqralın xaricindəki ifadəni isə daxilinə keçirək.
(23)
5. Nəhayət (23) bərabərliyində əvvəldə istifadə etdiyimiz məntiqdən istifadə edərək inteqralaltı ifadənin 1-ə bərabər olduğunu göstərək. Nəzərə alaq ki, inteqralın daxilindəki σ dəyişəni istənilən dəyərə malik ola biləcək bir dəyişəndir. Bunu nəzərə alaraq σ₁ = 1 variasiyaya və µ = 2σ gözlənilən dəyərə malik olan adi normal paylanma üçün ehtimal sıxlıq funksiyasına nəzər yetirək.
(24)
6. Aydındır ki, (24) bərabərliyində olduğu kimi təyin olunan normal paylanmaya malik olan təsadüfi dəyişən üçün ehtimal sıxlıq funksiyası bizim (23) bərabərliyindəki sonuncu inteqraldaxili ifadəyə bərabərdir. Beləliklə, son olaraq bütün ehtimal sıxlıq funksiyaları üçün mənfi sonsuzluqdan müsbət sonsuzluğa inteqralın 1-ə bərabər olduğunu nəzərə alaq.
(25)
7. Bununla da (23) bərabərliyinin sonuncu inteqraldaxili ifadəsi 1-ə bərabər olduğu üçün E(X²) aşağıdakı dəyəri əldə edirik.
(26)
8. (18) bərabərliyində verilən variasiya və gözlənilən dəyər arasındakı əlaqəni təyin edən düsturd E(X²) üçün əldə etdiyimiz ekvivalent ifadəni və gözlənilən dəyəri nəzərə alsaq:
(27)
Beləliklə, loq-normal paylanmaya malik olan kəsilməz təsadüfi dəyişən üçün variasiya düsturunu əldə edirik.
Zəhmət olmasa məqalə və onun müəyyən hissəsindən istifadə zamanı bu formada sitat əlavə edin:
Jafarov. Joshgun(2024). Loq-normal paylanma — Səhm gəlirləri necə paylanır? (Log-normal distribution — How are stock returns distributed? (Article). Medium. https://medium.com/@cosquncafar/loq-normal-paylanma-s%C9%99hm-g%C9%99lirl%C9%99ri-nec%C9%99-paylan%C4%B1r-df42ba74ed7f
İstifadə edilmiş mənbələr:
https://statisticsbyjim.com/probability/lognormal-distribution/
https://en.wikipedia.org/wiki/Monte_Carlo_method
Taboga, Marco (2021): “Log-normal distribution”; in: Lectures on probability and statistics, retrieved on 2022–02–13; URL: https://www.statlect.com/probability-distributions/log-normal-distribution.
https://people.bath.ac.uk/masmdp/findir.bho/lec7b.pdf
Məqalədə hər hansı uyğunsuzluq və xəta gördüyünüz halda şərh bölməsində qeyd etməyinizi xahiş edirəm.
Məni dəstəkləmək üçün :
To support me:
https://www.buymeacoffee.com/cosquncafar
Maliyyə bazarlarında opsiyon sövdələşmələri və onun tipləri (Option contracts in financial markets and its types)
Opsiyonlar haqqında:
Opsiyonlar (Options) dünya bazarlarında geniş yayılan maliyyə alətlərindən biri hesab edilir. Opsiyon dedikdə, müəyyən edilmiş tarixdə hər hansı aktivi alıcıya almaq və ya satmaq hüququnu verən müqavilə növü başa düşülür. Alıcı bu hüquqa görə ödəniş etməlidir. Qeyd etmək lazımdır ki, opsiyon hər hansı öhdəlik növü kimi başa düşülməməlidir. Opsiyon müqaviləsini alan tərəf aktivi əvvəlcədən razılaşdırılmış qiymətlə müəyyən edilmiş tarixdə almaq hüququna malik olur, lakin alıcı tərəf bu hüquqdan istifadə etdiyi təqdirdə satıcı tərəf mütləq onu satmaq öhdəliyi daşıyır.
Opsiyonlar əməliyyat tipinə görə 2 növə bölünür.
✓ Alış opsiyonları (Call options) — Bu opsiyon növündə opsiyonu alan tərəfə müəyyən aktivi müvafiq tarixdə almaq hüququ verilir. Opsiyonun alıcısı müvafiq tarixdə opsiyonu almaq istədikdə satıcı aktivi satmaq öhdəliyi daşıyır. Məntiqi olaraq alış opsiyonunda alıcı müəyyən aktivin qiymətinin qalxacağını proqnozlaşdırır və bunun əsasında opsiyonu əldə etməklə aktivi daha ucuz qiymətdən almağı və potensial mənfəət əldə etməyi planlaşdırır.
✓ Satış opsiyonları (Put Options): Bu opsiyon növündə opsiyonu alan tərəfə müəyyən aktivi müvafiq tarixdə satmaq hüququ verilir. Opsiyonun satıcısı müvafiq tarixdə opsiyonu satmaq istədikdə alıcı aktivi almaq öhdəliyi daşıyır. Məntiqi olaraq satış opsiyonunda alıcı müəyyən aktivin qiymətinin enəcəyini proqnozlaşdırır və bunun əsasında aktivi daha yüksək qiymətdən satmağı və potensial mənfəət əldə etməyi planlaşdırır.
Opsiyon ticarətində iki əsas iştirakçı var: Opsiyon alıcısı (sahib və ya uzun mövqeyə malik olan investor) və Opsiyon müəllifi (satıcı və ya qısa mövqeyə malik olan investor).
✓ Opsiyon alıcısı (Option Buyer):
Alış opsiyonunda opsiyon ödənişini həyata keçirən və aktivi almaq hüququ əldə edir.
Satış opsiyonunda isə ödədiyi opsiyon ödənişi qarşılığında aktivi satmaq hüququnu əldə edən, yəni satmaq hüququnu alan tərəf olur.
Alıcı opsiyondan istifadə etməyə borclu deyil. Əlbəttə, maliyyə baxımından sərfəli olarsa, bunu etmək kimi seçimi var. Opsiyon alıcısı üçün potensial itki opsiyon üçün edilən ödənişlə məhdudlaşır.
✓ Opsiyon müəllifi (Option Writer):
Alış opsiyonunda opsiyon qarşılığında ödəniş alır və aktivin satışı üzrə öhdəlik götürür.
Satış opsiyonunda isə müvafiq aktivin alışına öhdəlik götürür.
Opsiyon müəllifi üçün itkinin miqdarı limitsiz ola bilər.
Opsiyon müəllifləri və opsiyon alıcıları dinamik opsiyon bazarı üçün əsas şərtdir. Alıcılar adətən aktivlərdə qiymət dəyişikliklərindən faydalanmağa çalışırlar, müəlliflər isə gəlir əldə etmək və ya digər mövqeləri hedcinq (müvafiq aktivdə əks mövqe tutmaqla investisiyalardakı itkiləri kompensasiya etmək üçün istifadə edilən risklərin idarə edilməsi strategiyası nəzərdə tutulur) etmək üçün opsiyonlardan istifadə edirlər.
Opsiyonlar sövdələşmənin icrası vaxtı öhdəliklərinə görə iki növə bölünür.
✓ Avropa tipli opsiyonlar: Bu tip opsiyonlarda opsiyonu alan tərəfin müqavilə öhdəliklərində nəzərdə tutulmuş aktivi yalnız müqavilənin bitmə tarixində satmaq və ya almaq hüququ yaranır.
✓ Amerika tipli opsiyonlar: Bu tip opsiyonlarda müqavilə üzrə opsiyonu alan və ya satan tərəfin təşəbbüsü ilə müqavilə müddəti bitənə qədər istənilən dövrdə opsiyondan istifadə edilə bilər. Bu xüsusiyyətinə görə Amerika tipli opsiyonlar Avropa tipli opsiyonlardan daha likvid hesab edilir.
Müqavilə predmeti hesab olunan aktivin növlərinə görə qeyd olunan opsiyon növləri fərqləndirilə bilər. Hər biri haqqında detalları məlumatları, eyni zamanda başqa opsiyon növlərini araşdıra və şərhlərdə qeyd edə bilərsiniz.
✓ Səhm opsiyonları (Stock options)
✓ Valyuta opsiyonları (Currency options)
✓ Əmtəə opsiyonları (Commodity options)
✓ İndeks opsiyonları (Index options)
✓ Faiz dərəcəsi opsiyonları (Interest rate options)
Opsiyon ticarətində istifadə olunan digər əsas anlayışlara daxildir:
✓ Opsiyon ödənişi (Premium) — Opsiyon müqaviləsi üçün alıcının satıcıya ödədiyi qiymət nəzərdə tutulur.
✓ İstifadə qiyməti (Strike or exercise price) — Opsiyon müqaviləsində müəyyən edilən aktivin alına biləcəyi (alış opsiyonları üçün) və ya satıla biləcəyi qiymət nəzərdə tutulur (satış opsiyonları üçün).
✓ Son istifadə tarixi (Expiration date) — Opsiyon müqaviləsində öhdəliklərin icra edilmə vaxtı və ya opsiyon müqaviləsinin qüvvədən düşmə vaxtı nəzərdə tutulur. Bu tarixdən sonra opsiyon istifadə edilə bilməz. Opsiyonlar üçün son istifadə tarixləri aylıq, rüblük və daha yuxarı vaxt intervalları ilə müəyyən edilə bilər. Opsiyonlar üçün son istifadə tarixləri birjalarda standartlaşdırılıb. Məsələn, səhm opsiyonları üçün son istifadə tarixi hər ayın 3-cü Cümə günü hesab edilir.
Image source: https://talkmarkets.com/content/commodities/stocks-and-precious-metals-charts-idols-of-the-market?post=427807
Son istifadə tarixində opsiyon alıcıları və müəllifləri aşağıdakı seçim şanslarına malik olurlar.
✓ Alış opsiyonları (Call options)
Əgər müvafiq aktivin cari qiyməti opsiyon müqaviləsi üzrə nəzərdə tutulmuş istifadə qiymətindən yuxarıdırsa, alıcı opsiyon hüququndan istifadə edə bilər. Bu alıcıya müvafiq aktivin cari qiymətindən daha ucuz qiymətə aktivi əldə etməyə imkan verəcək. Bu zaman opsiyon müəllifi müvafiq sövdələşmədə razılaşdığı istifadə qiymətindən aktivi satmağa borcludur.
Əgər müvafiq aktivin cari qiyməti opsiyon müqaviləsi üzrə nəzərdə tutulmuş istifadə qiymətindən aşağıdırsa, alıcı opsiyon hüququndan istifadə etməyə bilər. Bu zaman alıcı üçün opsiyon müqaviləsi faydasız başa çatır. Bu zaman opsiyon müəllifi müvafiq sövdələşmə üzrə əldə etdiyi opsiyon ödənişini özündə saxlayır və hər hansı əlavə öhdəlik daşımır.
✓ Satış opsiyonları (Put options)
Əgər müvafiq aktivin cari qiyməti opsiyon müqaviləsi üzrə nəzərdə tutulmuş istifadə qiymətindən aşağıdırsa, alıcı opsiyon hüququndan istifadə edə bilər. Bu alıcıya öz aktivini bazar qiymətindən daha yuxarıya satmağa, yəni müqavilədə nəzərdə tutulan istifadə qiymətə ilə satmağa imkan verir. Bu zaman opsiyon müəllifi müvafiq istifadə qiymətindən müvafiq aktivi almağa borcludur.
Əgər müvafiq aktivin cari qiyməti opsiyon müqaviləsi üzrə nəzərdə tutulmuş istifadə qiymətindən yuxarıdırsa, alıcı opsiyon hüququnu istifadə etməyə bilər. Bu zaman alıcı üçün opsiyon müqaviləsi faydasız başa çatır. Bu zaman opsiyon müəllifi müvafiq sövdələşmə üzrə əldə etdiyi opsiyon ödənişini özündə saxlayır və hər hansı əlavə öhdəlik daşımır.
Opsiyon müqavilələrinin formalaşdırılması üçün opsiyon alıcıları və müəllifləri üçün aşağıda qeyd edilən təminatlar ödənilməlidir.
Opsiyon alıcıları müvafiq opsiyon ödənişini həyata keçirməlidir. Opsiyon alıcılarının bundan başqa hər hansı təminat yerləşdirmək kimi öhdəlikləri yoxdur.
Lakin opsiyonu satan investorun müvafiq qurumlar tərəfindən müəyyənləşdirilmiş həcmdə təminat yerləşdirməsi zəruridir. Opsiyonu satan investorun mənfəət potensialı ilə məhdud ikən (opsiyon ödənişi qədər), zərər potensialı alış opsiyonunda məhdudiyyətsiz; satış opsiyonunda isə istifadə qiyməti ilə 0 (teorik olaraq opsiyon aktivinin tamamilə dəyərsizləşməsi halında) arasındakı fərq qədərdir.
Zəhmət olmasa məqalə və onun müəyyən hissəsindən istifadə zamanı bu formada sitat əlavə edin:
Jafarov. Joshgun(2024). Maliyyə bazarlarında opsiyon sövdələşmələri və onun tipləri (Option contracts in financial markets and its types) (Article). Medium. https://medium.com/@cosquncafar/maliyy%C9%99-bazarlar%C4%B1nda-opsiyon-s%C3%B6vd%C9%99l%C9%99%C5%9Fm%C9%99l%C9%99ri-v%C9%99-onun-tipl%C9%99ri-option-deals-in-financial-markets-and-55ed7d516187
İstifadə edilmiş mənbələr:
https://www.investopedia.com/terms/o/option.asp#:~:text=Options%20are%20financial%20derivatives%20that,hedging%2C%20income%2C%20or%20speculation.
https://talkmarkets.com/content/commodities/stocks-and-precious-metals-charts-idols-of-the-market?post=427807
https://www.investaz.az/opsiyon-nedir
Məqalədə hər hansı uyğunsuzluq və xəta gördüyünüz halda şərh bölməsində qeyd etməyinizi xahiş edirəm.
Məni dəstəkləmək üçün :
To support me:
https://www.buymeacoffee.com/cosquncafar
Qısaca qərar ağacları haqqında:
Qərar ağacları data elmində geniş istifadə olunan non-parametrik maşın öyrənməsi alqoritmlərindən biridir. Non-parametrik dedikdə, modelin parametrləri ilə onun nəticələri arasında əvvəlcədən müəyyən edilən spesifik funksional əlaqəvi formanın olmaması başa düşülə bilər(Xətti reqressiyanı yada salın). Qeyd edək ki, bu alqoritm həm reqressiya, həm də klassifikasiya problemlərinin həllində istifadə oluna bilər. Qərar ağacları ümumilikdə, kök (root node), budaqlar, daxili düyünlər və yarpaqlar formasında iyerarxik ağac strukturuna malik olan alqoritm hesab edilir. Qərar ağaclarını bir növ axın diaqramı(flow chart) ilə eyniləşdirə bilərsiniz. Alqoritm qərar vermə zamanı kök elementdən başlayaraq müəyyən addımları keçdikdən sonra yarpaq elementində yekunlaşan nəticə ilə sonlanır.
Image source: https://medium.com/@imamun/decision-trees-and-random-forest-a71a1197f85d
Qərar ağacları alqoritmində istifadə olunan terminologiya: Qərar ağaclarının tam izahına keçməzdən əvvəl alqoritmin istifadəsində tez-tez istifadə olunan terminlərə nəzərə salaq.
✓ Kök və ya kök düyün(root node): Bu elementi bütün alqoritmik proseslərin başlanğıc nöqtəsi kimi təsəvvür edə bilərsiniz. Yəni, ilk olaraq alqoritmə verilən datasetdəki bütün elementlər kök düyündə olan numerik və ya kateqorik xüsusiyyətlərə görə bölünməyə məruz qalır.
✓ Qərar düyünləri(decision node): Qərar düyünləri alqoritmik addımların icrası nəticəsində kök düyünün parçalandığı qovşaq elementlərini xarakterizə edir. Bu elementləri bir növ alqoritmin son nəticəsinin əldə edilməsindən əvvəlki aralıq qərar qovşaqları kimi təsəvvür edə bilərik.
✓ Yarpaqlar və yarpaq düyünləri(leaf node): Alqoritm nəticəsində artıq budaqlanmanın mümkün olmadığı düyün və ya son təsnifatlaşdırma düyünü başa düşülür.
✓ Budama(Pruning): Həddindən artıq uyğunlaşmanın, digər bir sözlə datasetin əzbərlənməsinin(overfitting) qarşısını almaq və modeli sadələşdirmək üçün qərar ağacındakı xüsusi qovşaqların çıxarılması və ya kəsilməsi prosesi başa düşülür.
✓ Budaq/Alt ağac(Branch/Subtree): Qərar ağacının hər hansı xüsusi spesifik bir hissəsini xarakterizə edir. Hər hansı bir qərar düyünündən başlayaraq həmin düyünə aid olan bütöv hissə başa düşülür.
✓ Ana/bala düyünlər(Parent/Child nodes): Qərar ağacında alt qovşaqlara bölünən qovşaq ana düyün, ondan çıxan alt qovşaqlar isə bala düyünlər adlanır. Ana düyün üst şərt, bala düyünlər isə bu şərt əsasında formalaşan potensial düyün nöqtələrini və ya sonrakı qərarları təmsil edir.
Image source: https://www.sciencedirect.com/topics/engineering/root-node
Qərar ağaclarını sadə bir nümunə üzərində izah edək.
Qeyd edim ki, məqalənin ümumi kontentinin yazılması və istifadə edəcəyim nümunələr üçün analyticsvidhya-da Anshul Saini tərəfindən hazırlanan blog məqaləsindən istifadə etmişəm. (Məqalənin özünə keçid linki: https://www.analyticsvidhya.com/blog/2021/08/decision-tree-algorithm/). Fərz edək ki, əlimizdə müxtəlif atmosfer elementlərinə görə piknikə gedilib/ gedilməməsi üçün qərarları ehtiva edən dataset mövcuddur (datalar şərti olaraq verilib).
Sample picnic dataset
Əvvəldə də qeyd etdiyimiz kimi, qərar ağacları kök düyündən başlamaq şərtilə aşağıya doğru müxtəlif qərar və yarpaq düyünlərindən ibarət qovşaqlardan ibarətdir. Məsələni bir qədər sadələşdirsək, alqoritmik olaraq qərar ağacları bir neçə “if-else” ifadələrindən ibarət proqramlaşdırma strukturudur. Bizim nümunəmizdə biz əvvəlcə havanın necə olduğunu müəyyən edirik, onun əsasında nəmişlik, külək kimi parametrləri yoxlayırıq.
Decision tree sample for the picnic dataset
Qərar ağacına nəzər yetirsək görərik ki, hava buludlu olduğu halda ağacda heç bir budaqlanma baş vermir. Datasetə nəzər yetirsək görərik ki, hava buludlu olduğu müşahidə elementlərinin hər biri üçün piknikə gedilmə nəticəsi “bəli”-dir. Amma sual olunur, nə üçün biz hava elementini kök düyün müəyyən etdik? Alqoritm kök və qərar düyünlərini necə müəyyən etməlidir? Alqoritm budaqlanmanı harada davam etdirməli, harada dayandırmalıdır? Bütün bu suallara cavab vermək üçün Entropiya (Entropy), informasiya qazancı (information gain) və Cini indeksi (Gini index) kimi anlayışlarla tanış olmalıyıq. Ümumi olaraq qeyd edə bilərik ki, qərar ağacları alqoritmlərinin əsas iş prinsipi verilən dataset üzrə qeyri-müəyyənliyi digər bir sözlə, entropiyanı minimuma endirməkdir.
Qərar ağaclarının qurulması zamanı modelin qurulmasına və onun performansına təsir edən aşağıdakı fərzetmələr və mülahizələr tətbiq edilir.
✓ İkilik bölünmələr(binary splits) — İkilik bölünmə dedikdə, qərar ağacları tərəfindən adətən müvafiq xüsusiyyətə görə şərt əsasında düyün nöqtələrinin iki düyünə bölünməsi nəzərdə tutulur. İkilik bölünmə zamanı hər bir qərar düyünü ikili seçim imkanları yaradır.
✓ Rekursiv bölünmə(recursive partitioning) — Rekursiv bölünmə dedikdə, qərar ağaclarının düyünlərə bölünməsi prosesinin müəyyən dayandırılma şərtinə qədər davam etməsini nəzərdə tutur. Bu dataset-in qərar düyünləri vasitəsilə effektiv və idarə edilə bilən kiçik alt-qruplara ayrılması prosesinin rekursiv formada icra edilməsini nəzərdə tutur. Əlavə olaraq qeyd edilə bilərik ki, kök düyünə bölünmə prosesi ilkin bölünmə, qərar düyünləri vasitəsilə yarpaq düyünlərinə qədər bölünmə prosesi isə rekursiv bölünmə prosesi adlandırılır. Rekursiv bölünmə prosesi klassifikasiya problemlərində Entropiya və Cini data kirliliyi əmsalı(Gini impurity index), reqressiya problemlərində isə variasiyanın azaldılması vasitəsilə həyata keçirilir. Rekursiv bölünmənin dayandırılması üçün əsasən iki parametrdən — yarpaq düyünlərində minimum element sayı və qərar ağacının maksimal dərinliyi parametrlərindən istifadə edilir. Çox zaman bu parametrlər alqoritmin datasetə həddindən artıq uyğunlaşmasının, digər bir sözlə dataseti əzbərləməsinin qarşısını alır.
✓ Xüsusiyyətlərin asılı olmaması(feature independence) — Xüsusiyyətlərin asılı olmaması dedikdə, qərar ağacları vasitəsilə bölünən düyün elementlərinin bir-birindən asılı olmaması başa düşülür. Xüsusiyyətlərarası asılılıq müşahidə edildikdə, qərar ağacları alqoritmləri tərəfindən düyünlərə ayrılması prosesində düzgün qrupların yaradılmasına maneələr yaradır. Yalnız ağac əsaslı digər müəyyən alqoritmlər — Random Forest, Gradient Boosting müəyyən dərəcədə bu maneələri dəf edə bilir.
✓ Homogenlik(homogenity) — Bu xüsusiyyət onu nəzərdə tutur ki, idealda hər bir düyün vasitəsilə ayrılan qovşaq elementləri homogen struktura malik olmalıdır.
✓ Yuxarıdan aşağıya tələbkar yanaşma(top-down greedy approach) — Bu yanaşma özlüyündə hər bir düyün üzrə yaranan qovşaqda informasiya qazancını maksimumlaşdırmağa, data kirliliyini azaltmağa çalışır. Qeyd etmək lazımdır ki, bu yanaşma heç də həmişə optimal qərar ağacının yaradılması üçün qarant hesab edilmir.
✓ Kateqorik və numerik xüsusiyyətlər(categorical and numerical features) — Qərar ağacları həm kateqorik, həm də numerik dəyərlər üçün düyünlərə ayırmanı təmin edə bilir. Məhz bu zaman qərar ağacları alqoritmləri fərqli bölgü strategiyalarından istifadə edir.
✓ Həddən artıq datasetə uyğunlaşma(əzbərləmə)(overfitting) — Qərar ağacları alqoritmləri dataset üzrə düyünlərin müəyyən olunmasında və bölünmələrin aparılmasında datasetə həddən artıq uyğunlaşma meyllərinə malikdir. Müvafiq budama, dayandırma və çox qrup əsaslı modelləmə metodlarından (ensemble techniques — qeyd- ansambl kimi düşün:)) istifadə edilməklə problemin qarşısı alına bilər.
✓ Kirlilik ölçüləri( Impurity measures) — Qərar ağacları alqoritmləri düyünlərə bölməni təmin etmək və bölgü elementlərinin formalaşdırılması üçün müxtəlif data kirliliyi ölçülərindən- Cini kirlilik əmsalı, entropiya kimi hesablama parametrlərindən istifadə edir. Bu haqda və alqoritmlərin işləmə prinsipləri barədə daha sonra detallı məlumatlar veriləcək.
✓ Bərabər əhəmiyyətli xüsusiyyətlər(equal importance of features) — Müvafiq alqoritmik addımlar başlanıncaya qədər datasetin bütün xüsusiyyətləri qərar ağacları alqoritmləri üçün eyni əhəmiyyətli elementlər kimi fərz edilir. Qərar ağacları alqoritmləri kənar dəyərlərə(outliers) həssas olduğu üçün tətbiqdən əvvəl datasetdəki müxtəlif xüsusiyyətlərin yenidən ölçüləndirilməsi(feature scaling — like MinMax scaling, Standardization or Z score normalization, Log transformation, Robust Scaling, Unit Vector Scaling — Vector normalization) məqsədəuyğun hesab edilir. Yenidən ölçüləndirmə ilə bağlı digər məqalələrdə detallı məlumatlar verəcəm.
✓ Ekstremal dəyərlərin olmaması(no outliers) — Əvvəldə də qeyd etdiyim kimi qərar ağacları alqoritmləri kənar dəyərlərə(outliers) həssasdır. Datada ekstremal(kənar) dəyərlərin olması qurulan ağacın strukturuna ciddi formada təsir göstərir. Buna görə də bundan əvvəlki bənddə qeyd edilən data ön işləmə prosesində(data preprocessing) yenidən ölçüləndirmə və digər metodlardan istifadə tövsiyə edilir.
✓ Nümunə ölçüsünə qarşı həssaslıq(sensitivity to sample size) —
Qərar ağacları daha çox kiçik datasetlərdə datasetə həddən artıq uyğunlaşma (overfitting) və ümumiləşdirmənin azlığı problemi ilə üzləşir (lack of generalization). Belə ki, kiçik datasetlərdə alqoritmə müvafiq müdaxilə olunmazsa, datasetin tərkibində olan əhəmiyyətsiz xüsusiyyətləri də nəzərə alaraq, lazımı ümumiləşdirməni apara bilmir. Bu da qurulan modelin test datası (hansı ki model onu görməyib) üzərində istənilən performansı əldə etməməsi ilə nəticələnir.
Böyük datasetlərdə isə qərar ağacları alqoritmləri həddindən artıq mürəkkəb modellər yaradaraq eyni qaydada əhəmiyyətsiz xüsusiyyətləri də modelə daxil edə və çox uyğunlaşmaya meyl göstərə bilir. Bundan başqa böyük datasetlərdə qərar ağacları alqoritmləri həddən çox hesablama resursu sərf edir və modelin öyrədilmə vaxtının (training time) uzanmasına səbəb olur.
Bunun qarşısını almaq üçün əvvəldə qeyd etdiyimiz müxtəlif tənzimləmə metodlarından (budama, maksimum dərinlik, yarpaq düyünlərində minimum element sayı), çarpaz doğrulama (cross validation), qrup əsaslı modelləmə metodlarından(ensemble techniques — like Random Forest, Gradient Boosting) istifadə edilə bilər. Çarpaz doğrulama datasetin müxtəlif alt dəstlərə(subset) bölür və alqoritmik parametrlərin bu alt dəstlərin hər birini nəzərə alınaraq müəyyən olunmasına imkan yaradır.
Image source: https://towardsdatascience.com/cross-validation-k-fold-vs-monte-carlo-e54df2fc179b
Qrup əsaslı modelləmə metodları isə bir qərar ağacının qurulması yerinə birdən çox qərar ağacları yaradaraq onların nəticələrinin ümumiləşdirməsini təmin edir. Bu da həddən artıq uyğunlaşmanın qarşısının alınmasına və modelin dəqiqliyinin artmasına imkan verir.
Image source: https://www.analyticsvidhya.com/blog/2021/03/basic-ensemble-technique-in-machine-learning/
Entropiya nədir?
Qısa düşüncə eksperimenti: Fərz edin ki, universitetdə qrupunuzla imtahanlardan sonra gəzintiyə çıxmağı planlaşdırırsınız. 27 nəfərlik qrupda 14 nəfər Şahdağa getməyi təklif edir. 13 nəfər isə Qəbələyə getməyi istəyir. Qrup rəhbəri hansı seçimi etməlidir? Sadəcə 1 nəfərlik fərq o qədər də əhəmiyyətli deyil. Əlbəttə əgər seçimlər Şahdağ üçün 20, Qəbələ üçün 7 kimi paylansa idi, qərar vermək daha rahat olardı. Sual olunur? Nə üçün ikinci qeyd etdiyimiz seçimlərin paylanması bizə daha rahat qərar verməyə imkan verdi? Nə üçün biz birinci seçim paylanmasında qərar verməkdə daha çox tərəddüd etdik? Cavab sadədir! Məhz Entropiya! Daha dəqiq ifadə etsək, birinci seçim paylanmasının entropiya dəyəri ikinci seçim paylanmasından daha yüksək idi.
Entropiyanın hesablanması və real data üzərində eksperiment! Əvvəlki düşüncə eksperimentindən də anladığınız kimi entropiya bir növ qeyri-müəyyənliyin (dağınıqlığın, random paylanma) ölçüsüdür. Sual olunur, bu konsepsiyanı riyazi olaraq konkret necə ifadə edə bilərik? — Aşağıdakı verilən düstur vasitəsilə.
Entropy
Burada S — verilən datasetin hər hansı düyün elementi üçün yaranan alt dəst elementlər çoxluğu, E(S) isə bu çoxluq üçün entropiya dəyəridir. xᵢ — klassifikasiya zamanı lazım olan hədəf siniflər, n-həmin hədəf siniflərin sayı, P(x ᵢ) isə elementlərin həmin hədəf siniflərdə olma ehtimalıdır. Gəlin bunu qısa bir nümunə üzərində izah edək. Sadəlik üçün fərz edək ki, iki sinifli klassifikasiya üçün qərar ağacı modeli qururuq. Əlimizdə müxtəlif xüsusiyyətlərdən ibarət müştərilər dataseti mövcuddur. Məqsədimiz bu dataset üçün müştərinin bəxşiş verib-verməyəcəyi ilə bağlı qərar ağacı modelini qurmaqdır. Fərz edək ki, ümumilikdə datasetimiz 30 nəfərdən ibarət datasetdir. Datasetə görə 16 nəfər bəxşiş verən, 14 nəfər bəxşiş verməyən şəxs var. Gəlin ilk öncə cins(kişi/qadın) dəyişəninə görə qərar ağacı modelimizi vizuallaşdıraq və düyünlərə görə hansı düyünün entropiyasının daha çox olduğuna baxaq.
Customers dataset and splitting with sex feature
Həm kişi düyünü üçün, həm də qadın düyünü üçün entropiya dəyərlərini hesablayaq:
Entropy calculations for the nodes
Gördüyünüz kimi qadın düyünü kişi düyünündən daha çox entropiya dəyərinə(digər bir sözlə randomluğa) malikdir.
Gəlin, konseptin daha da aydın olması üçün entropiyanın ala biləcəyi maksimum və minimum dəyərlərə baxaq. İntuitiv olaraq düşünə bilərik ki, entropiya o zaman minimum qiymət alar ki, orada randomluq müşahidə olunmasın. Yəni entropiyanın minimum dəyəri təsadüfi dəyişən tam müəyyən və ya deterministik olduqda baş verir, yəni bir nəticə həmişə 1 ehtimalı ilə baş verir və bütün digər nəticələrin 0 ehtimalı var. Bu halda entropiya 0-dır.
Minimum value of entropy
Entropiyanın mümkün maksimum dəyəri isə bütün nəticələrin(təsadüfi dəyişənlərin) eyni dərəcədə ehtimal edildiyi zaman baş verir. Yəni n sinifin hər biri eyni ehtimala malik olur və entropiya dəyəri aşağıdakı formaya ekvivalent olur.
Maximum value of entropy
Gördüyünüz kimi entropiyanın maksimum dəyəri siniflərin sayından asılıdır və sinif sayı nə qədər çox olarsa, entropiya dəyəri də bir o qədər artır. Bizim nümunəmizdə olduğu kimi iki sinifli klassifikasiya problemlərində isə entropiyanın maksimal dəyəri 1-dir (log₂(2)=1).
Gəlin iki sinifli klassifikasiya problemləri üçün bu faktı isbat edək. Həmçinin, funksiyanın qrafiki təsvirini əldə edək. Aydındır ki, faktın isbatı üçün bizdə müəyyən bir funksiya mövcuddur və funksiyanın maksimal qiyməti bizim üçün maraqlıdır. Törəmə mövzusundan da bildiyimiz kimi funksiya özünün maksimum və minimum dəyərlərini ekstremum nöqtələrdə alır.
İlk öncə iki sinifli klassifikasiya problemi üçün entropiya funksiyasını yazaq.
(1)
2. x₁+x₂ = 1 olduğunu nəzərə alsaq:
(2)
3. Sonuncu verilən (2) bərabərliyinin x₁-ə görə törəməsini əldə edək:
(3)
4. Sonuncu verilən (3) ifadəsini 0-a bərabər edək və x₁ hesablayaq:
Gördüyünüz kimi iki sinif mövcud olduğu halda entropiya öz maksimum qiymətini hər iki sinif bərabər ehtimallı(x₁ =0.5,x₂ =0.5) olduğu zaman alır. Entropiya ilə bağlı düsturun tam aydın olması üçün f(x) = -Σ x*log₂(x) funksiyasının qrafikinə(iki sinifli klassifikasiya üçün) nəzərə yetirin. Gördüyünüz kimi funksiya bütün siniflər eyni ehtimallı olduqda maksimal dəyərini, yalnız bir sinifin dominantlığı müşahidə edildikdə isə aşağı qiymətlər almağa başlayır.
Beləliklə, daha çox entropiya dəyərinin daha çox data kirliliyi demək olduğu qənaətinə gəlirik.
Beləliklə, aydındır ki, qərar ağacları alqoritmlərinin əsas məqsədi entropiyanı(data kirliyini) azaltmaq və informasiya qazancını artırmaqdır.
Bəs informasiya qazancı nədir?
Aydındır ki, entropiya dəyərini birbaşa düyün elementinin bölünmə qərarə kimi tətbiq etmək mümkün deyil. Məhz bunun üçün informasiya qazancı anlayışından istifadə edilir. İnformasiya qazancı aşağıdakı formul vasitəsilə hesablanır.
Information gain
Formulda Information gain — informasiya qazancını, E(S) — ümumi dataset üzrə entropiya dəyərini, E(Sᵥ) hər hansı v — xüsusiyyəti üzrə müvafiq entropiya dəyərini, S və Sᵥ müvafiq olaraq bu xüsusiyyət üzrə hər bir kateqoriya elementi ilə bağlı element sayını və ümumi element sayını ehtiva edir. n — isə müvafiq xüsusiyyətin ala biləcəyi dəyərlərin sayıdır. Formulun daha aydın olması üçün gəlin əvvəldə bəxşiş dataseti ilə bağlı nümunəmizi daha da təkmilləşdirək və qərar ağaclarının kök düyünü və eləcə də, ondan sonrakı qərar düyünlərini necə müəyyən etdiyinə baxaq.
Nümunə: Əvvəldə olduğu kimi fərz edək ki, əlimizdə müxtəlif xüsusiyyətlərdən ibarət müştərilər dataseti mövcuddur. Məqsədimiz bu dataset üçün müştərinin bəxşiş verib-verməyəcəyi ilə bağlı qərar ağacı modelini qurmaqdır. Fərz edək ki, ümumilikdə datasetimiz 30 nəfərdən ibarət datasetdir. Datasetə görə 16 nəfər bəxşiş verən, 14 nəfər bəxşiş verməyən şəxs var. Gəlin, iki parametrə görə — cinsiyyət və təhsilə görə qərar ağacları alqoritminin kök düyünü necə müəyyən etdiyinə baxaq. Qeyd edim ki, sonrakı qərar düyünləri də eyni qaydada müəyyən edilir.
Mərhələ 1: Datasetin cinsiyyət xüsusiyyətinə görə informasiya qazancının hesablanması
Yaddaşımızı təzələmək üçün cins dəyişəninin kateqoriyalarında bəxşişin necə paylanmasına yenidən nəzər salaq.
Cinsiyyət xüsusiyyətinin kateqoriyaları üzrə bəxşiş dəyərinin bölünməsi
Sual olunur, datasetin qərar ağacının kök düyünündə cinsiyyət xüsusiyyəti müəyyən olunarsa, bu bizə nə qədər informasiya qazancı təmin edəcək? Gəlin hesablayaq!
Addım 1: Bəxşiş xüsusiyyəti üzrə ümumi entropiya dəyərini hesablayaq:
(1)
Addım 2: İndi isə, cinsiyyət xüsusiyyətinin kateqoriyaları üzrə bəxşiş elementinə görə entropiya dəyərini hesablayaq.
(2)
Addım 3: Ümumilikdə, cinsiyyət xüsusiyyəti üzrə entropiya dəyəri nə qədərdir? Bu xüsusiyyətin kateqoriyalarındakı entropiya dəyərlərinin çəkili ortalaması kimi aşağıdakı kimi hesablanır:
(3)
Addım 4: Maraqlıdır, cinsiyyət xüsusiyyəti bəxşiş üzrə ümumi entropiya dəyərini nə qədər azaldır? Sual sizi bir az çaşdıra bilər. Bizim burada məqsədimiz hədəf dəyişən hesab etdiyimiz bəxşiş elementinin entropiya dəyərinə maksimum yaxınlaşmanı təmin etməkdir. Yəni, müəyyən bir xüsusiyyətin yüksək entropiya dəyəri qeyri-müəyyənliyi çoxaldacaq və eyni zamanda bizim informasiya qazancımızı azaldacaq. Gəlin, cinsiyyət xüsusiyyəti üzrə əldə edilən informasiya qazancını hesablayaq:
(4)
Beləliklə, bu qənaətə gələ bilərik ki, biz cinsiyyət xüsusiyyətini kök düyün elementi kimi müəyyən etsək, informasiya qazancı 0.0014-ə qədər azalır.
Mərhələ 2: Datasetin təhsil(ali, tam orta, natamam orta) xüsusiyyətinə görə informasiya qazancının hesablanması
Əvvəldə olduğu kimi indi təhsil dəyişənin kateqoriyaları üzrə bəxşişin necə paylanmasına nəzər salaq. Burada artıq təhsil dəyişəni üzrə 3 kateqoriya (ali, tam orta, natamam orta) mövcuddur.
Təhsil xüsusiyyətinin kateqoriyaları üzrə bəxşiş dəyərinin bölünməsi
Cinsiyyət dəyişəni üzrə tətbiq etdiyimiz yuxarıdakı 4 addımın ümumiləşdirilmiş formada burada da tətbiq edək.
(5)
Beləliklə, bu qənaətə gələ bilərik ki, təhsil xüsusiyyətinə görə bölünməsi zamanı əldə edilən informasiya qazancı 0.703-ə bərabərdir.
Mərhələ 3: Kök düyünün və qərar düyünlərinin müəyyən olunmasında ardıcıllıq
Biz nümunə kimi cəmi iki xüsusiyyət üzrə informasiya qazancını hesabladıq. Qərar ağacları alqoritmləri həmişə informasiya qazancının maksimallaşdırılmasını və xüsusiyyətlərin ardıcıllığının seçilməsi zamanı daha çox ayırdedici xüsusiyyətlərin ön plana çıxarılmasını nəzərdə tutur. Bizim nümunədə təhsil xüsusiyyəti üzrə informasiya qazancı cins xüsusiyyəti üzrə informasiya qazancından daha çox olduğu üçün qərar ağacı alqoritmi kök düyün olaraq təhsil xüsusiyyətini müəyyən edir.
Qərar düyünləri də eyni qayda ilə müəyyən edilir. Belə ki, daha çox informasiya qazancı təmin edən xüsusiyyətlər qərar ağacının iyerarxik strukturunda daha yuxarıda yer alır.
Digər data kirlilik ölçüləri: Cini data kirliliyi əmsalı
Cini əmsalı da entropiya kimi data kirlilik ölçülərindən biri hesab edilir və aşağıdakı kimi hesablanır.
Gini impurity index
Cini əmsalı da eyni qayda ilə tətbiq edilir. Yuxarıda verilən formul vasitəsilə əvvəlki bəxşiş nümunəsi üçün Cini əmsallarını hesablayaq və Cini qazancını əldə edək. Qeyd edim ki, Cini qazancı daha yüksək olan xüsusiyyət kök düyün elementi olaraq müəyyən edilir, eyni zamanda sıralamada yüksək Cini qazancı qərar düyünündə daha əvvəldə yer alır.
Təhsil xüsusiyyətinin kateqoriyaları üzrə bəxşiş dəyərinin bölünməsi
(6) Təhsil xüsusiyyəti üzrə Cini qazancının hesablanması
Beləliklə, bu qənaətə gəlmək mümkündür ki, Cini qazancı da İnformasiya kimi eyni qayda ilə hesablanır. Fərq sadəcə, Cini qazancının hesablanmasında entropiya əvəzinə Cini data kirliliyi əmsalından istifadə edilir.
Dataset üzrə numerik sütunlarda bölünmə kriteriyalarının müəyyən edilməsi
Əgər dataset üzrə xüsusiyyət numerik formadadırsa, müvafiq xüsusiyyətlər üzrə unikal potensial ardıcıl bölünmə nöqtələri müəyyən edilir. Potensial ardıcıl bölünmə nöqtələrinin müəyyən edilməsi və izahın verilməsi üçün fərz edək ki, müvafiq datasetdə xüsusiyyətlər aşağıdakı təyin edilmişdir.
(7) Dataset contains numeric features
Numerik xüsusiyyətlər üzrə bölünmə nöqtələrinin təyin edilməsi aşağıdakı ardıcıllıqla icra edilir.
Addım 1. Datasetin numerik data ehtiva edən sütun elementləri aşağıdan yuxarıya doğru sıralanır. Bizim (7) cədvəli üzrə elementlər üçün bu sıralama 2, 6, 7, 12 kimidir.
Addım 2. Unikal potensial ardıcıl bölünmə nöqtələri aşağıdakı düstur vasitəsilə müəyyən edilir.
(8)
Bizim dataset üzrə düsturu tətbiq edərək unikal ardıcıl potensial bölünmə nöqtələrini müəyyən edək:
(9)
Ətraflı bax: https://www.microsoft.com/en-us/research/wp-content/uploads/2016/02/splits.pdf)
Hədəf dəyişən numerik olduqda, digər bir sözlə reqressiya problemlərində qərar ağaclarından istifadə
Əvvəldə də qeyd etdiyimiz kimi, qərar ağacları alqoritmləri həm reqressiya, həm də klassifikasiya problemlərində istifadə olunan alqoritm hesab edilir. Gəlin, hədəf dəyişən numerik olduğu hala, digər bir sözlə qərar ağaclarının reqressiya problemlərində istifadə olunmasına baxaq. Ümumilikdə qeyd edilə bilər ki, reqressiya problemləri üçün informasiya qazancının alternativi olaraq variasiyanın (dəyişkənliyin) azalması parametrindən istifadə edilir.
(10) sample dataset with numeric target
Əslində mahiyyət etibarilə dərindən nəzər yetirilərsə, klassifikasiyada baş verən prosesin fərqli formada icrası həyata keçirilir. Gəlin addım addım bu prosesə nəzər yetirək.
Addım 1: Hədəf dəyişənin özü üçün ilkin variasiya hesablanır. Variasiya aşağıdakı formul vasitəsilə hesablanır.
(11) Initial variance formula for target variable
Gəlin qeyd edilən formula vasitəsilə, (10) cədvəlində verilən hədəf dəyişənin variasiyasını (digər bir sözlə, dəyişkənliyini) hesablayaq.
(12) Initial variance calculation for target variable
Addım 2: Müvafiq potensial bölünmə nöqtələri üçün variasiyanın azalma dəyərləri hesablanır. Aydındır ki, bizim nümunədə sadə formada potensial bölünmə nöqtələri orta dəyər olaraq aşağıdakı kimi müəyyən edilə bilər.
(13) Potential splitting points
Gəlin potensial bölünmə nöqtələrindən biri kimi müəyyən edilən 6 nöqtəsi üçün variasiyanın azalma dəyərini hesablayaq. Aydındır ki, 6 nöqtəsi ilə bölünmə zamanı hədəf sütun üzrə aşağıdakı sağ və sol dəyərləri yaranır. Sağ və sol tərəflərin hər biri üzrə variasiyanı hesablayaq:
(14) Left and right variance for the splitting point: 6
Son olaraq 6 nöqtəsi üzrə ortalama variasiya dəyərini və ümumilikdə variasiyanın azalma dəyərini hesablayaq:
(15) Overall variance and variance reduction
Eyni formada digər müvafiq bölünmə nöqtələri üzrə də variasiyanın azalma dəyəri və variasiya hesablanılır. Son nəticə olaraq variasiyanın ən az olduğu, variasiya azalmasının maksimum olduğu bölünmə nöqtəsi kök düyün olaraq müəyyən edilir.
Reqressiya problemləri üzrə qərar ağacları konseptinə nəzər yetirsək görərik ki, əslində qərar ağacları bölünmə zamanı daha çox homogen elementlərdən ibarət qruplar yaratmağa meyllidir və ən çox homogen qruplar yaradan bölünmə nöqtəsi iyerarxik olaraq öndə çıxış edir. Variasiya azalması dəyəri bir növ informasiya qazancının reqressiv xarakterlərini daşıyan qərar parametridir və özünün maksimum dəyərini yaranan qrupların variasiyasının ən aşağı olduğu halda alır. Reqressiya ağaclarında bölünmə addımları isə variasion kənarlaşma əmsalı (coefficient of variation) ilə müəyyən edilir. Variasion kənarlaşma əmsalı standart kənarlaşmanın ortalamaya nisbəti kimi aşağıdakı qaydada müəyyən edilir.
(16) Coefficient of variation
Reqressiya ağaclarında düyün elementi üzrə yaranan qrup elementlərinin variasion kənarlaşma əmsalı müəyyən edilən faiz limitindən (threshold) -məsələn 10%, yüksəkdirsə, alt-ağacların formalaşması, digər bir sözlə bölünmə prosesi davam edir. Qeyd edə bilərik ki, aşağı müəyyən edilən variasion kənarlaşma əmsalı daha kompleks, yuxarı müəyyən edilən variasion kənarlaşma əmsalı isə daha sadə qərar ağaclarının qurulması ilə nəticələnir.
Zəhmət olmasa məqalə və onun müəyyən hissəsindən istifadə zamanı bu formada sitat əlavə edin:
Jafarov. Joshgun(2023). Qərar ağacları(Decision Trees) (Article). Medium. https://medium.com/@cosquncafar/q%C9%99rar-a%C4%9Faclar%C4%B1-decision-trees-ec7cc0320fcf
İstifadə edilmiş mənbələr:
https://www.microsoft.com/en-us/research/wp-content/uploads/2016/02/splits.pdf
https://medium.com/@imamun/decision-trees-and-random-forest-a71a1197f85d
https://www.analyticsvidhya.com/blog/2021/08/decision-tree-algorithm/
https://www.analyticsvidhya.com/blog/2020/06/4-ways-split-decision-tree/
https://www.jeremyjordan.me/decision-trees/
https://www.analyticsvidhya.com/blog/2021/03/basic-ensemble-technique-in-machine-learning/
https://towardsdatascience.com/cross-validation-k-fold-vs-monte-carlo-e54df2fc179b
https://www.analyticsvidhya.com/blog/2021/03/basic-ensemble-technique-in-machine-learning/
https://medium.com/@cosquncafar/t%C3%B6r%C9%99m%C9%99-derivative-7e9ebf8dba0c
Məqalədə hər hansı uyğunsuzluq və xəta gördüyünüz halda şərh bölməsində qeyd etməyinizi xahiş edirəm.
Məni dəstəkləmək üçün :
To support me:
https://www.buymeacoffee.com/cosquncafar
Qısaca maili enmə alqoritmi nədir?
Maili enmə alqoritmi maşın öyrənməsində geniş istifadə olunan bir növ optimizasiya alqoritmidir. Açığı azərbaycanca axtarışda adının qradiyent enişi alqoritmi kimi tərcümə versiyalarına rast gəlsəm də, çox terminoliji səsləndiyi və anlaşılan olmadığı üçün bu formada tərcümə etməyi seçdim. Gradient sözü bir növ yamac kimi düşünülə bilər. Maili enmə alqoritmini isə hər hansı dağın yamacında olan random nöqtədən yavaş-yavaş dərəyə enən adamlar kimi düşünə bilərsiniz. Belə ki, hər hansı funksiyanın minimum nöqtəsini tapmaq üçün maili enmə alqoritmi özü üçün ilkin random başlanğıc nöqtələri təyin edir, istifadəçi tərəfindən müəyyən edilən öyrənmə dərəcəsi ilə(learning rate) müəyyən edilən eniş addımları ilə funksiyanın minimumlarına enməyə çalışır. Eniş addımı(step size) bir növ dağın yamacından enən şəxslər üçün bir dəfəyə atıla biləcək addımın maksimum uzunluğu kimi düşünə bilərsiniz. Nəhayət funksiyanın minimumu alqoritm tərəfindən müəyyən edildikdə, həmin qiymətin əldə olunmasına imkan verən optimal parametrlər müəyyən edilir(Xətti reqressiya mövzusundakı əmsalları yadınıza salın).
Image source: https://www.bikehike.com/blog/how-far-can-you-hike-in-a-day
Alqoritm necə işləyir? Nə üçün istifadə olunur?
Alqoritmin işləmə prinsipi sadədir və aşağıdakı addımlardan ibarətdir?
İlkin random başlanğıc nöqtələrin təyin olunması -> 2. itkinin hesablanması(error funksiyasına əsasən) — 3. müvafiq yeniləmə funksiyası ilə parametrlərin güncəllənməsi -4. minimal itki dəyərinin hesablanması
Gəlin qısaca alqoritmin yeniləmə funksiyasına baxaq.
Düsturda verilən lr-öyrənmə dərəcəsi(learning rate), Oⱼ isə yeniləmə funksiyası vasitəsilə güncəllənən itki funksiyasının j-ci parametridir. Qeyd edim ki, alqoritm istənilən sayda dəyişəni olan itki funksiyalarına tətbiq oluna bilər. Biz izahın verilməsi məqsədilə yalnız bir dəyişənli hal üçün nümunəyə baxacağıq. Eyni məntiq digər dəyişənlər üçün də tətbiq oluna bilər. Belə ki, maili enmə alqoritmi həm də çox səthli(məsələn, 2D,3D və s.) mürəkkəb fiqurların çöküş nöqtəsi tapılması üçün istifadə oluna bilər.
Image source: https://towardsdatascience.com/an-intuitive-explanation-of-gradient-descent-83adf68c9c33
Bir sadə nümunə 100 izahdan yaxşıdır. Kvadratik funksiyanın minimumlarının maili enmə alqoritmi ilə tapılması:
Fərz edək ki, itki funksiyamız sadə kvadratik funksiyadır və aşağıdakı kimi verilmişdir.
(1)
Bizim məqsədimiz bu funksiyanın minimumunu əldə etməkdir. Riyaziyyatı az çox sevənlər bunun çox sadə olduğunu düşünəcək.Çünki funksiyanın çox sadə olduğu üçün rahatlıqla funksiyanın minimumunun 0 olduğu və θ-nin 0 qiymətində minimumun əldə edildiyi aydındır. Bilirik ki, bir az daha mürəkkəb funksiyalar üçün törəmə 0-a bərabər edilərək maksimum və minimumlar əldə edilə bilər. Lakin elektron hesablama maşınları tərəfindən mürəkkəb funksiyalar üçün belə nəticələrin əldə olunması qəlizdir. Məhz buna buna görə bu funksiyaya bir EHM kimi davranaraq minimumunu hesablayaq.
(1) funksiyasının minimumunu tapmaq üçün ilk öncə maili enməmizi həyata keçirmək üçün lazım olan parametrlərimizi — dağdan enəndə istifadə olunan alətləri yada salın:) müəyyən edək. Birinci bizə lazım olan parametr funksiyanın törəməsidir.
(2)
2. Öyrənmə dərəcəsini(lr) 0.2 kimi təyin edək. Bu zaman yeniləmə funksiyasının hansı formaya düşəcəyinə nəzər yetirək.
(3)
Bu formul bizə funksiya arqumenti olan θ-ni 0.6 ya vuraraq, enməni həyata keçirməyimizi bildirir.
3. Yadınızdadırsa, əvvəldə ilkin random başlanğıc nöqtələri haqqında məlumat vermişdik. Bunu helikopter vasitəsilə dağın hər hansı yamacında random bir nöqtəyə aparılmağınıza bənzədə bilərsiniz(bu hətta dağın piki də ola bilər). Gəlin θ üçün random bir nöqtə təyin edək(məsələn θ=7) və maili enişimizi həyata keçirək. Dəyişiklikləri izləmək üçün funksiya arqumenti və funksiya qiymətinin yer aldığı aşağıdakı cədvələ nəzər yetirək.
4. Bəlkə random nöqtəni -7-dən başladaq və yenidən əldə olunan dəyərlərə baxaq.
5. Gördüyünüz kimi kvadratik funksiya olduğuna görə simmetrik dəyərlər əldə etdik. Lakin bundan daha vacib olan əsas qənaət ondan ibarətdir ki, maili enmə ilə biz həqiqətən funksiyanın minimumuna doğru irələliyə bilirik. Həm də, random nöqtənin necə seçilməyindən asılı olmayaraq! Bir əldə etdiyimiz random nöqtələrin mükəmməl qrafikinə baxın! Görə bilərsiniz ki, maili enmə alqoritmi vasitəsilə biz minimumdan uzaq olduğumuz halda minimuma doğru daha böyük addımlar atırıq və ona yaxınlaşdıqca bu addımlar tədricən kiçilir.
6. Əslində törəmənin riyazi mahiyyətini bilirsinizsə, sizə aydındır ki, riyazi olaraq törəmənin 0-a bərabər olduğuq nöqtə əslində funksiyanın daha artıb/azalmadığı nöqtədir. Biz burda da eyni şeyi həyata keçiririk. Sadəcə olaraq törəmə üçün bizə həmçinin funksiyanın arqument dəyəri də lazım olduğu üçün biz prosesi random nöqtədən başladırıq və yavaş-yavaş törəmənin 0-a bərabər olduğu nöqtəyə yaxınlaşırıq. Aşağıda yeniləmə funksiyasının istənilən j və j+1-ci elementləri üzrə modifikasiya olunmuş versiyasına baxsaq, hər addımda funksiya törəməsinin azalaraq 0-a yaxınlaşdığını və buna əsasən θ-nın yeniləndiyini görə bilərsiniz.
Gördüyünüz kimi maili enmə alqoritmi öyrənmə dərəcəsinə görə eniş addımları edir və funksiyanın minimumuna yaxınlaşır.
Qeyd: Nəzərə almaq lazımdır ki, maili enmə alqoritmi heç vaxt tam nöqtə dəqiqliyi ilə funksiya minimumunu vermir. Amma kifayət qədər ona yaxın dəyərləri verir.
Alqoritm harada dayanır? Qeyd edə bilərik ki, unikalda alqoritm minimuma çatana qədər öz işini davam etdirməlidir. Lakin, çox zaman bu baş vermir. Alqoritm hər dəfə müəyyən addım qədər enməni həyata keçirdiyi və sonsuza qədər davam etmənin qarşısını almaq üçün alqoritm üçün müəyyən edilmiş maksimum enmə sayı(məsələn, 100,1000 və s.) limiti keçilərsə və ya addım uzunluğu müəyyən edilmiş dəyərdən aşağı düşən zaman alqoritmə öz işini dayandırması ilə kod əmri verilir. Maili enmə üçün verilən aşağıdakı kod nümunəsinə nəzər yetirin. (Source: https://www.geeksforgeeks.org/how-to-implement-a-gradient-descent-in-python-to-find-a-local-minimum/). Kodun iterations (iterations = 1000) və stopping_threshold (stopping_threshold = 1e-6) dəyişənləri dövretməni(loop) alqoritmin əldə etdiyi parametrlərdən asılı olmayaraq dayandırır.
# Importing Libraries
import numpy as np
import matplotlib.pyplot as plt
def mean_squared_error(y_true, y_predicted):
# Calculating the loss or cost
cost = np.sum((y_true-y_predicted)**2) / len(y_true)
return cost
# Gradient Descent Function
# Here iterations, learning_rate, stopping_threshold
# are hyperparameters that can be tuned
def gradient_descent(x, y, iterations = 1000, learning_rate = 0.0001,
stopping_threshold = 1e-6):
# Initializing weight, bias, learning rate and iterations
current_weight = 0.1
current_bias = 0.01
iterations = iterations
learning_rate = learning_rate
n = float(len(x))
costs = []
weights = []
previous_cost = None
# Estimation of optimal parameters
for i in range(iterations):
# Making predictions
y_predicted = (current_weight * x) + current_bias
# Calculating the current cost
current_cost = mean_squared_error(y, y_predicted)
# If the change in cost is less than or equal to
# stopping_threshold we stop the gradient descent
break
previous_cost = current_cost
costs.append(current_cost)
weights.append(current_weight)
# Calculating the gradients
weight_derivative = -(2/n) * sum(x * (y-y_predicted))
bias_derivative = -(2/n) * sum(y-y_predicted)
# Updating weights and bias
current_weight = current_weight - (learning_rate * weight_derivative)
current_bias = current_bias - (learning_rate * bias_derivative)
# Printing the parameters for each 1000th iteration
print(f"Iteration {i+1}: Cost {current_cost}, Weight \
{current_weight}, Bias {current_bias}")
# Visualizing the weights and cost at for all iterations
plt.figure(figsize = (8,6))
plt.plot(weights, costs)
plt.scatter(weights, costs, marker='o', color='red')
plt.title("Cost vs Weights")
plt.ylabel("Cost")
plt.xlabel("Weight")
plt.show()
return current_weight, current_bias
def main():
# Data
X = np.array([32.50234527, 53.42680403, 61.53035803, 47.47563963, 59.81320787,
55.14218841, 52.21179669, 39.29956669, 48.10504169, 52.55001444,
45.41973014, 54.35163488, 44.1640495 , 58.16847072, 56.72720806,
48.95588857, 44.68719623, 60.29732685, 45.61864377, 38.81681754])
Y = np.array([31.70700585, 68.77759598, 62.5623823 , 71.54663223, 87.23092513,
78.21151827, 79.64197305, 59.17148932, 75.3312423 , 71.30087989,
55.16567715, 82.47884676, 62.00892325, 75.39287043, 81.43619216,
60.72360244, 82.89250373, 97.37989686, 48.84715332, 56.87721319])
# Estimating weight and bias using gradient descent
estimated_weight, estimated_bias = gradient_descent(X, Y, iterations=2000)
print(f"Estimated Weight: {estimated_weight}\nEstimated Bias: {estimated_bias}")
# Making predictions using estimated parameters
Y_pred = estimated_weight*X + estimated_bias
# Plotting the regression line
plt.figure(figsize = (8,6))
plt.scatter(X, Y, marker='o', color='red')
plt.plot([min(X), max(X)], [min(Y_pred), max(Y_pred)], color='blue',markerfacecolor='red',
markersize=10,linestyle='dashed')
plt.xlabel("X")
plt.ylabel("Y")
plt.show()
if __name__=="__main__":
main()
Qeyd etmək lazımdır ki, öyrənmə dərəcəsi maili enmə alqoritmində ən diqqətlə yanaşılması gərək olan element kimi çıxış edir. Çox yuxarı təyin edilən öyrənmə dərəcəsi alqoritmin funksiya minimumundan kənarlaşaraq düzgün olmayan nöqtədə dayanmasına, çox aşağı təyin edilən öyrənmə dərəcəsi isə daha çox vaxt itkisinə və çox dövretmə tələbinə malik olduğundan yenə də funksiya minimumuna çatmadan alqoritmin dayanmasına səbəb olur(yuxarıda qeyd edilən dayanma ilə bağlı faktları yada salın).
Image source: https://www.jeremyjordan.me/nn-learning-rate/
Bəs birdən çox optimizasiyaya ehtiyacı olan parametrimiz, digər bir sözlə dəyişənimiz varsa?
Xatırlayırsınızsa, əvvəldə maili enmə alqoritminin çox səthli mürəkkəb fiqurların da çöküş nöqtələrinin tapılmasında istifadə olunduğunu bildirmişdik. Bu qeyd edilən fakt əslində, çoxdəyişənli funksiyalarda minimumun tapılması ekvivalentdir. Gəlin, nümunə üçün çoxdəyişənli yeni bir funksiya müəyyən edək.
(1)
Maili enmənin yuxarıda verilən ardıcıllıqla hansı formada aparıldığına nəzər yetirək.
Gördüyünüz kimi funksiya iki parametrdən asılı olduğu üçün biz hər iki parametrə görə funksiyanın törəməsini müəyyən etməliyik.
(2)
2. Öyrənmə dərəcəsini(lr) 0.2 kimi təyin edək. Hər bir dəyişən üzrə yeniləmə funksiyasını müəyyən edək.
(3)
3. İndi isə gəlin θ₁ və θ₂(müvafiq olaraq 3 və 0) üçün random nöqtələr təyin edək və maili enişimizi həyata keçirək. Dəyişiklikləri izləmək üçün funksiya arqumenti və funksiya qiymətinin yer aldığı aşağıdakı cədvələ nəzər yetirək.
(4)
Cədvəldən gördüyünüz kimi maili enmə tətbiq olunduqca müəyyən addım sayından sonra funksiyanın qiymətinin azalmasında elə də, ciddi dəyişiklik hiss olunmur.
Qeyd: Exceldə yeniləmə funksiyasının tətbiqi məqsədilə (4) cədvəlində müvafiq olaraq D3=0.6*D2–0.4*E2+0.8 və E3==-0.2*E2–0.4*D2+0.6 formulları yazılaraq, digər xanalara da tətbiq olunmuşdur.
4. Funksiyanın riyazi olaraq minimumlarını hesablayaq və maili enmə vasitəsilə əldə etdiyimiz dəyərlərlə müqayisə edək. Bunun üçün əvvəldə müəyyən etdiyimiz dəyişənlərə görə qismi törəmələrini 0-a bərabər edək . Bunun vasitəsilə funksiyanın θ₁ və θ₂ ekstremumlarını əldə edək.
(5)
(5) bərabərliyində əldə olunan θ₁ və θ₂ dəyərlərini bizim cədvəldəki elementlərlə müqayisə etsək, həqiqətən maili enmə ilə əldə etdiyimiz dəyərlərin funksiyanın elə minimumuna gətirib çıxardığının şahidi olarsınız. θ₁=2.25 və θ₂=-0.25 olduqda funksiya -4.125 dəyərini əldə edir ki, bu da həmçinin maili enmə vasitəsilə əldə etdiyimiz (4) cədvəlindəki funksiya dəyərinə çox yaxındır. Beləliklə, çox dəyişənli funksiya üçün də maili enmə alqoritmimizi tətbiq etdik və işləkliyinin şahidi olduq.
6. Son olaraq müəyyən etdiyimiz funksiyanı pythonda matplotlib vasitəsilə 3D vizuallaşdırılmasını və əldə etdiyimiz dəyərlərin həqiqətən funksiyanın minimum nöqtələri olduğuna əmin olaq.
import matplotlib.pyplot as plt
from mpl_toolkits.mplot3d import Axes3D
from matplotlib import cm
import numpy as np
fig = plt.figure(figsize=(8, 6))
ax = fig.add_subplot(111, projection='3d') # Create the axes
# Data
X = np.linspace(0, 4, 100)
Y = np.linspace(-1, 1, 100)
X, Y = np.meshgrid(X, Y)
Z = X**2 + 2*X*Y + Y**2 -4*X-3*Y
# Plot the 3d surface
surface = ax.plot_surface(X, Y, Z,
cmap='viridis',
rstride = 2,
cstride = 2)
# Set some labels
ax.set_xlabel('θ₁-axis')
ax.set_ylabel('θ₂-axis')
ax.set_zlabel('θ₁²+2θ₁θ₂+y²-4θ₁-3θ₂')
ax.view_init(elev=30,azim=250)
ax.scatter(2.25,-0.25, -4.125, color='black', s=250, marker = "X")
plt.savefig('3d_plot.png', dpi=500)
plt.show()
7. Aşağıdakı qrafikdə x=2.25, y=-0.25, z=-4.125 nöqtəsi X ilə işarələnib. Qrafikdən də bu nöqtənin funksiyanın çökmə nöqtəsi olduğunun şahidi ola bilərsiniz.
J(θ₁,θ₂)=θ₁²+2θ₁θ₂+θ₂²-4θ₁-3θ₂ funksiyasının 3D qrafiki
Alqoritm niyə işləyir? Maili enmə bir sehrdir, yoxsa məntiqi riyazi açıqlaması var?
Əslində, məqalənin əvvəlində maili enmə alqoritminin hər iterasiyada törəməni azaltmağa çalışan və bunun əsasında funksiya arqumentlərini də yeniləməyə çalışan bir növ optimizasiya problemini həll etdiyini bildirmişdik. Sadəcə bu faktı qeyd edərək, məqaləni sonlandıra bilərik. Amma gəlin bir az prosesə başqa bir riyazi baxış bucağını tətbiq edərək, əminliyimizi daha da artıraq. Xatırlayırsınızsa, əvvəlki məqalələrimdə Teylor sırası və onun tətbiqləri barədə məqalə paylaşmışdım(Bax:Jafarov. Joshgun(2021). Teylor sırası və tətbiqləri(Taylor series and applications) (Article). Medium. https://medium.com/@cosquncafar/teylor-s%C4%B1ras%C4%B1-v%C9%99-t%C9%99tbiql%C9%99ri-860c9ab3ef1). Biz göstərilişi həyata keçirmək üçün Teylor sırasından istifadə edəcəyik.
Aşağıda verilən ixtiyari funksiyaya baxaq və Teylor sırasını bu funksiyaya tətbiq edək.
(1)
2. Teylor sırasında birinci tərtibdən sonrakı elementləri müəyyən O funksiyası kimi göstərək.
(2)
Qeyd: Cəmdəki O(ε²) ε² və sonrakı cəm elementlərini ehtiva edir. Törəmə tərtibi və kəsrin məxrəci böyüdüyü üçün çox zaman O(ε²) toplananı funksiya qiymətinə yaxınlaşmasında çox ciddi əhəmiyyət kəsb etmir.
3. (2) bərabərliyində maili enmə alqoritminin yeniləmə funksiyasının arqumentini əldə etmək üçün ε-na aşağıdakı formada dəyər verək.
(3)
Qeyd 2: Öyrənmə dərəcəsinin çox yuxarı təyin edilməsi halında O(ε²) cəm elementi kimi funksiyanın azalması ilə yox artması ilə nəticələnə biləcəyi və minimumun əldə edilə bilməməsi nəzərə alınmalıdır.
4. Sonuncu bərabərlikdən də gördüyünüz kimi funksiya törəməsi 0-a bərabər olmadığı halda f(x) dəyəri f(x-lrf′(x)) dəyərindən böyükdür. Yəni:
(4)
Beləliklə, biz maili enmə alqoritminin yeniləmə funksiyası vasitəsilə hər iterasiyada funksiyanın daha kiçik qiymətinə yaxınlaşırıq.
Maili enmədə hər şey göründüyü kimi mükəmməl deyil. Konveks,konveks olmayan və konkav funksiyalarda qlobal və lokal minimum problemi
Riyaziyyatda funksiya anlayışı ilə az-çox tanışlığı olanlar bilir ki, bütün funksiyalar bütün ədəd oxunda daimi artmır və ya azalmır. Müxtəlif funksiyalar var ki, ədəd oxunun müəyyən aralığında azalır və özünün lokal minimumunu əldə etdikdən, sonra yenidən artmağa başlayır. Bu artım müəyyən maksimuma çatdıqdan sonra yenidən azalma ilə əvəz olunur və funksiyanın qlobal minimuna qədər davam edir. Eyni zamanda qeyd edə bilərik ki, lokal minimuma qədər azalma ədəd oxunda bir neçə özünü göstərə bilər. Maili enmə alqoritmi konveks,konveks olmayan və konkav funksiyalarda fərqli formalarda nəticələr əldə edir.
Konveks funksiya dedikdə, bir tək minimumu olan ∪ şəkilli qrafikə malik olan funksiya başa düşülür. Məsələn, kvadratik funksiya konveks funksiya hesab edilir. Bir minimum nöqtə olduğu üçün(local minima=global minima) maili enmə alqoritmi minimuma çox yaxın dəyərlər əldə edir və tətbiqi düz həyata keçirildikdə, uğurlu nəticələr əldə olunur. Məsələn, f(x) = x²-1 funksiyası.
f(x) = x²-1
2. Konveks olmayan funksiya dedikdə, birdən çox minimuma(lokal və qlobal minimumlara) malik olan funksiya başa düşülür. Məsələn, f(x)=x⁴+x³−2x²−2x funksiyasının qrafikinə nəzər yetirin.
f(x)=x⁴+x³−2x²−2x
Maili enmə alqoritmi konveks olmayan funksiyalarda ilkin random olaraq təyin edilən başlanğıc nöqtələrdən asılı olaraq fərqli nəticələr əldə edir. Məsələn, yuxarıdakı verilən qrafikdə maili enmə alqoritminə random başlanğıc nöqtə -5 olaraq verilərsə, soldakı lokal minimum, 0 verilərsə isə, sağ hissədəki qlobal minimum əldə olunacaq.
3. Konveks funksiyanın əksi hesab edilən ∩ şəkilli konkav funksiyalarda isə riyazi olaraq minimum nöqtə olmur. Məsələn, f(x) = -x² funksiyası. İzahdan da görüldüyü kimi bu funksiyalara maili enmə alqoritminin tətbiqi mənasızdır.
f(x) = -x²
Son olaraq aşağıda yerləşdirdiyim videoda maili enmə alqoritminin həyata keçirdiyi addımların əyani şahidi ola bilərsiniz.
How gradient decent works
Zəhmət olmasa məqalə və onun müəyyən hissəsindən istifadə zamanı bu formada sitat əlavə edin:
Jafarov. Joshgun(2023). Maili enmə alqoritmi(Gradient descent algorithm) (Article). Medium. https://medium.com/@cosquncafar/maili-enm%C9%99-alqoritmi-gradient-descent-algorithm-87a4d93e3f52
İstifadə edilmiş mənbələr:
12.3. Gradient Descent - Dive into Deep Learning 1.0.0-beta0 documentation
What is the relation between a Taylor series approximation and gradient descent algorithm?
Gradient Descent Algorithm Explained
difference between convex and concave functions
Can gradient descent be applied to non-convex functions?
How to implement a gradient descent in Python to find a local minimum ? - GeeksforGeeks
Jafarov. Joshgun(2021). Teylor sırası və tətbiqləri(Taylor series and applications) (Article). Medium. https://medium.com/@cosquncafar/teylor-s%C4%B1ras%C4%B1-v%C9%99-t%C9%99tbiql%C9%99ri-860c9ab3ef1
Məqalədə hər hansı uyğunsuzluq və xəta gördüyünüz halda şərh bölməsində qeyd etməyinizi xahiş edirəm.
Məni dəstəkləmək üçün :
To support me:
https://www.buymeacoffee.com/cosquncafar
Temperatur dondurma satışına necə təsir göstərir?
Yəqin ki, prediktiv analitika dedikdə ilk ağla gələn xətti reqressiyadır. Bu konsepti bir növ indiki maşın öyrənmə alqoritmlərinin atası da hesab etmək olar. Sadə formada ifadə etsək, xətti reqressiya hədəf dəyişəni(asılı dəyişən), digər dəyişənlərlə(müstəqil) əlaqələri əsasında modelləşdirən statistik analiz metodudur. Çox sadə ifadə edə bilmədim. Daha da sadələşdirək. Temperatur dondurma satışına necə təsir göstərir? Bəli, bəli “Temperatur dondurma satışına necə təsir göstərir?”. Biz təxmin edə bilərik ki, temperatur artdıqca dondurma satışları da artır. Lakin bunu konkret rəqəmlər ilə ifadə etmək lazım gəldikdə xətti reqressiyadan istifadə edə bilərik. Bizim qeyd etdiyimiz nümunədə olduğu kimi,sadəcə bir müstəqil(prediktiv də deyə bilərik — havanın temperaturu) varsa və biz bunun əsasında müstəqil dəyişəni(dondurma satışlarını) proqnozlaşdırırıqsa, bu sadə xətti reqressiya adlandırılır. Əgər artıq biz birdən çox müstəqil dəyişənlərdən istifadə ediriksə, bu artıq çoxlu xətti reqressiya(multiple linear regression) adlandırılır.
Keçək məsələnin riyazi tərəfinə. Aşağıdakı şəklə nəzər yetirin. Verilən saçılım(scatter) qrafikində pinqvinlərin üzgəclərinin onların kütləsi arasında əlaqəni görə bilərsiniz. Verilən qrafikdə olan hər bir nöqtəyə nəzər yetirin.
Image source: https://www.123rf.com/photo_121076706_diagram-showing-body-part-of-penguin.html
Hər bir nöqtə bir pinqvini təmsil edir. Bizim məqsədimiz elə bir xətti modelləşdirmədir ki, bu qara nöqtələrin(pinqvinlərin) hər birini mükəmməl formada təmsil edə bilsin.
Image source: https://sixsigmadsi.com/glossary/simple-linear-regression/
Gəlin üzgəc ölçüsünü b₁ ilə, bədən kütləsini isə y ilə işarə edək. Xətti reqressiyada datanın xətti formada dağıldığı fərz edilir və xətti tənlik formasında data aşağıdakı kimi modellənir. Aşağıda verilən tənlikdə üzgəc ölçüsü b₁ ilə vurulur və üzərinə müəyyən b₀ əlavə olunaraq bədən kütləsinin proqnoz edilən dəyəri əldə olunur.
Ümid edirəm ki, bura qədər hər şey aydındır! Bəs bu proqnoz vermək üçün lazım olan b₀ və b₁ dəyərlərini necə tapacağıq?! Gəlin bu suala cavab verməzdən öncə bir reallıqla barışaq. Biz nə qədər optimal model qursaq da, qurulan model heç vaxt bütünü data pointlər üçün 100% əmin olacağımız nəticə verməyəcək. Aydındır ki, modelləməni aparmaq üçün bizdə üzgəc ölçüləri və bədən kütləsi ilə bağlı müəyyən bir sayda elementdən ibarət bir data mövcud olacaq və biz bunun əsasında modelləməni aparacağıq. Aşağıdakı şəklə nəzər yetirin. Palmer pinqvinləri üzrə datanın nümunəvi şəklini görürsünüz.
Image source: https://github.com/mwaskom/seaborn-data/blob/master/penguins.csv
Beləliklə, bizim xətti modelimizin body mass sütununda olan bütün dəyərləri(3750,3800,…) olduğu kimi proqnozlaşdırılması utopikdir. Okay, onda bəs necə davam edək? Yaxşı sualdır. Bəlkə, demokratik prinsipləri nəzərə alaraq heç bir pinqvini ayırmadan hər biri üçün ideal xəttin əmsallarını müəyyən edək. Bəli, xətti reqressiya məhz bunu edir. Bütün elementlər üçün ideal xəttin əmsallarını modelin parametrləri olaraq təyin edir. Gəlin məsələnin daha da riyazi dərinliklərinə enək. Yanaşmamızda hər şey əladır. Amma bunu riyazi olaraq necə hesablayaq?!
Kiçik Kvadratlar Üsulu(OLS-Ordinary Least Squares): Əvvəldə də qeyd etdiyim kimi bizim proqnoz dəyərlər ilə real həqiqi dəyərlər arasında mütləq müəyyən fərqlər olacaqdır. Bu xəta paylarını ε ilə işarə etsək, aşağıdakı modifikasiya olunmuş formul ilə real həqiqi dəyərləri əldə edə bilərik.
Aydındır ki, bizim əsas məqsədimiz real həqiqi dəyərlər ilə modelin proqnoz dəyərləri arasında fərqin minimum olmasıdır. Bu fərqlər digər bir sözlə xəta payları, həm müsbət və həm də mənfi ola biləcəyi üçün hər bir element üzrə xəta payının kvadratını götürüb, onların cəminin minimum olmasına çalışa bilərik(mənfi və müsbət kənarlaşmalar olduğundan bütün xətaları əks etdirmək üçün kvadrata yüksəldirik). Beləliklə, əvvəldə qeyd etdiyimiz demokratik prinsipə də əməl etmiş olarıq.
Image source: https://www.analyticsvidhya.com/blog/2021/10/everything-you-need-to-know-about-linear-regression/
Yuxarıda verdiyimiz formuldan ε dəyərini əldə edək.
Aydındır ki, biz birdən çox element sayı üzrə errorlar üçün minimizasiya etməyə çalışdığımıza görə aşağıdakı error funksiyasının(bəzən itki funksiyası da adlandırırlar) optimal parametrlərini müəyyən etsək əvvəldə qeyd etdiyimiz məqsədə nail olarıq.
İndi isə son olaraq itki funksiyası üzrə optimal b₀, b₁ parametlərini necə müəyyən etdiyimizə baxaq. Qeyd edim ki, bunun üçün sırf riyazi həlli qeyd edəcəm. Halbuki, hesablama maşınları və kompüterlər maili enmə alqoritmindən(gradient descent algorithm-Bax:Jafarov. Joshgun(2022). Maili enmə alqoritmi(Gradient descent algorithm) (Article). Medium. https://medium.com/@cosquncafar/maili-enm%C9%99-alqoritmi-gradient-descent-algorithm-87a4d93e3f52) istifadə edir. Riyazi olaraq itki funksiyasının minimallaşdırmaq üçün biz funksiyanın ekstremumlarını əldə etməliyik(Bax: Jafarov. Joshgun(2023). Törəmə ilə bağlı vacib teoremlər(Significant theorems related to derivatives) (Article). Medium. https://medium.com/@cosquncafar/t%C3%B6r%C9%99m%C9%99-il%C9%99-ba%C4%9Fl%C4%B1-vacib-teoreml%C9%99r-significant-theorems-related-to-derivatives-f27f1d94f539). Cəmin daxilindəki itki funksiyasına nəzər yetirsək görərik ki, verilən funksiya kvadratik funksiya tipindədir və qrafiki paraboladır. Qeyd edilən parabolanın qolları ilə yuxarıya doğru istiqamətlənmiş olduğu üçün (x-in əmsalı b₁² olmasına nəzər yetirin) funksiyanın yalnız minimum nöqtəsi var.
Image source: https://blog.paperspace.com/intro-to-optimization-in-deep-learning-gradient-descent/
Bizim itki funksiyasını minimallaşdırmaq üçün iki optimizasiya etməyə çalışdığımız parametr mövcuddur deyə, həm b₀, həm də b₁ üçün ekstremumları müəyyən edək. Bunun üçün itki funksiyasının həm b₀, həm də b₁-ə görə törəməsini əldə edək və 0 -a bərabər edək.
Optimal b₀-ın tapılması:
Verilən funksiya mürəkkəb funksiya olduğundan zəncir qaydasını tətbiq edərək, törəməni əldə edək. (Jafarov. Joshgun(2022). Törəmə(Derivative) (Article). Medium. https://cosquncafar.medium.com/t%C3%B6r%C9%99m%C9%99-derivative-7e9ebf8dba0c)
İlk olaraq aşağıdakı ifadəni u ilə əvəz edək.
2.Zəncir qaydasını tətbiq edərək, itki funksiyansının b₀-a görə törəməsinin müəyyən edək.
3. Törəməni əldə etdiyimizə görə indi funksiyanın minimum ektremum nöqtəsini əldə etmək üçün onu 0-a bərabər edək.
4. Sonuncu verilən bərabərlikdə müvafiq sadələşdirmələr edək.
5. Sonuncu bərabərliyə yenidən qısa nəzər yetirsək, görərik ki, bərabərliyin sağ tərəfində verilən ifadədə hər bir komponenti ayrıca n-ə bölsək, y-in və x-in ədədi ortalamasına ekvivalent əvəzləmələr edə bilərik:
Beləliklə, optimal b₀ üçün b₁ və x və y elementlərinin ortalamasından asılı olan formul əldə etdik. Gəlin oxşar addımları b₁ üçün də tətbiq edək.
2. Optimal b₁-ın tapılması:
Eyni qaydada ilk olaraq aşağıdakı ifadəni u ilə əvəz edək və buna uyğun olaraq itki funksiyasını təyin edək.
2. Əvvəldə olduğu kimi mürəkkəb funksiyanın b₁-ə görə törəməsini əldə edək.
3. Törəməni əldə etdiyimizə görə indi funksiyanın minimum ektremum nöqtəsini əldə etmək üçün onu 0-a bərabər edək.
4. b₀ üçün əldə etdiyimiz dəyəri sonuncu bərabərlikdə yerinə qoyaq.
5. Sonuncu bərabərlikdən b₁-i tapaq:
Beləliklə biz b₁-i verilmiş elementlərdən asılı olan formada təyin edə bildik. Tətbiq edilməsi üçün verilmiş dataset üzrə y və x müşahidə elementlərinə görə əvvəlcə b₁ yuxarıdakı formul ilə təyin edilir və b₀ isə b₁-in əldə olunan dəyəri yuxarıda müvafiq formulda nəzərə alınmaqla əldə edilir. Aşağıdakı videoda OLS metodunun necə işləməsinin əyani şahidi ola bilərsiniz.
OLS working principle in linear regression
Qeyd: Gördüyünüz kimi biz yalnız iki əmsallı(b₁ və b₀) sadə xətti reqressiya haqqında məlumat verdik. Bu halda hədəf dəyişənə yalnız bir parametrin (b₁) təsiri fərz edilir. Əgər hədəf dəyişənə birdən çox parametr təsir göstərirsə(real həyatda çox zaman bu baş verir) bu zaman çoxlu xətti reqressiya(multiple regression) modeli qurula bilər. Qeyd edim ki, çoxlu xətti reqressiya da sadə xətti reqressiya ilə eyni prinsiplər əsasında aşağıdakı formada düstur əsasında qurulur.
Xətti reqressiyada model performansını qiymətləndirmə metrikləri: Qurulan modelin performasını ölçmək üçün müxtəlif metriklər mövcuddur. Bunlara R²(determinasiya əmsalı), Ortalama Kökaltı Kvadrat Xətası(Root Mean Squared Error) kimi metriklər daxildir.
R²(determinasiya əmsalı): Ən çox istifadə olunan performans qiymətləndirmə metrikidir. Həmişə 0 və 1 arasında dəyərlər alır. Daha yuxarı R² dəyəri daha yaxşı performansı göstəricisi hesab olunur. Riyazi olaraq aşağıdakı kimi hesablanır.
Gəlin düsturda verilən RSS və TSS-in nə olduğuna baxaq. RSS(residual sum of squares) modelin proqnoz dəyərləri ilə həqiqi real dəyərlərdən kənarlaşma xətalarını ölçür və aşağıdakı kimi hesablanır.
TSS(totat sum of squares) verilən y(actual value) asılı dəyişəninin özlüyündə dəyişimini xarakterizə edən variasiya ölçüsüdür. Riyazi olaraq ifadə etsək:
Bütün məqalələrimdə hər bir formulun detallı izahını verməyə çalışdığım üçün, bu parametrin də daha dərin riyazi-statistik tərəflərinə baxaq.Qeyd edim ki, TSS parametri özlüyündə iki parametrin cəmindən ibarətdir. RSS(residual sum of squares) və ESS(explained sum of squares). Gəlin bu anlayışların nə olduğuna baxaq və cəmlərin həqiqətən TTS-ə bərabər olduğunu göstərək. ESS(izah oluna bilən kənarlaşmaların kvadratları cəmi) modelin proqnoz dəyərlərinin həqiqi real dəyərlərin ortalamasından kənarlaşmaların kvadratları cəmi kimi aşağıdakı kimi hesablanır.
İndi isə gəlin TSS = RSS+ ESS -in cəmindən ibarət olduğunu isbat edək.
(1)
Aydındır ki, (1) bərabərliyinin sonuncu sətirində birinci toplanan ifadə RSS-ə, ikinci toplanan ifadə isə ESS-ə bərabərdir. Beləliklə biz sonuncu toplananın həmişə 0-a bərabər olduğunu göstərə bilsək, isbatı həyata keçirmiş olacağıq.Gəlin əvvəldən də öyrəndiyimiz məlumatlardan istifadə edərək, sonuncu toplananı sadələşdirək.
(2)
(2) bərabərliyində müvafiq komponentləri mötərizəiçi ifadələrlə vurub açaq.
(3)
(3) bərabərliyində b₁ üçün əldə etdiyimiz düsturun modifikasiya olunmuş aşağıdakı versiyasını qeyd edək.
(4)
Beləliklə b₁ üçün ekvivalent ifadəni yerinə qoysaq:
(5)
2. Ortalama Kökaltı Kvadrat Xətası(Root Mean Squared Error): Bu metrik isə RSS-in ortalamasının kökaltısı kimi aşağıdakı kimi hesablanır.
Model performansının test edilməsi: Model qurulduqdan sonra bütün müstəqil dəyişənlərin modeldə anlamlı olub-olmaması maraq doğura bilər. Müstəqil dəyişənlər üçün modeldə anlamlılıq t testi vasitəsilə müəyyən edilir. Hər bir əmsal üçün t testi vasitəsilə müəyyən edilən p-value dəyəri 0.05-dən kiçikdirsə(confidence level = 95%), biz modelin verdiyi əmsalın həqiqətən statistik olaraq əhəmiyyətli olduğu qənaətinə gəlirik.
Image source: https://www.w3schools.com/datascience/ds_linear_regression_pvalue.asp
Modelin ümumi(ümumi olaraq əmsalların) statistik əhəmiyyətli olub-olmaması isə F testi ilə müəyyən edilir. Qurulan modelin F-statistik dəyəri F-in kritik dəyərindən böyükdürsə, biz modelin statistik olaraq əhəmiyyətli olduğu qənaətinə gəlirik.
Qeyd: Bu statistik testlər və riyazi statistika haqqında detallı növbəti məqalələrdə yazmağı düşünürəm.
Xətti reqressiya tətbiq olunan zaman qəbul edilən fərziyyələr: Data üzərində xətti reqressiya tətbiq olunan zaman modelin statistik olaraq əhəmiyyətli olması üçün bəzi fərzetmələr edilir. Bunlara xətti əlaqəlilik, xətaların normal paylanması, xəta paylarının müstəqilliyi, xətaların bərabər variasiyaya malik olması kimi fərzetmələr daxildir.
Xətti əlaqəlilik: Xətti əlaqəlilik dedikdə, hədəf və prediktor dəyişənlər arasında xətti əlaqənin olması deməkdir. Xatırlayırsınızsa biz əvvəldə datanın modelləməsini y = b₀+b₁xᵢ formasında etmişdir. Bu tənlik üzərində yerləşən nöqtələr çoxluğunun yaratdığı fiqur düz xətt asılılığına malik olduğundan modelləməsi aparılan data da xətti asılılığa malik olmalıdır. Aşağıda verilən şəkildə data elementlərinin hər biri bir-birilə demək olar, eyni deskriptiv statistik göstəricilərə malik olsa da(ortalama, variasiya, korrelyasiya və s), heç də hər biri xətti paylanmaya malik deyil(Ətraflı bax:Anscombe’s quartet).
Image source:https://en.wikipedia.org/wiki/Linear_regression#/media/File:Anscombe's_quartet_3.svg
2. Xətaların normal paylanması: Xətti reqressiya modelinin qurulması zamanı digər nəzərə alınması vacib olan fərzetmə isə qurulan modelin xəta paylarının normal paylanmaya malik olmasıdır. Bu o deməkdir ki, model qurulduqdan sonra yaranan xəta payları özlüyündə normal paylanmaya malik olmalıdır. Bu olmadıqda, o qənaətə gəlinə bilər ki, xətti model bütün elementləri(observation unit-lər nəzərdə tutulur) eyni formada ümumiləşdirə bilmir. Bu çox zaman o hallarda baş verir ki, datada kənar elementlər(outlier-lər) mövcud olur.
Image source: http://r-statistics.co/Outlier-Treatment-With-R.html
Buna görə də modelin qurulması zamanı bu elementləri hər birinə ayrılıqda yenidən baxılması və problemlərin aradan qaldırılması vacibdir.
3. Xəta paylarının sərbəstliyi: Xətti reqressiya modelinin xəta payları bir-birindən asılı olmamalıdır. Zaman sıraları formasında təqdim olunan datalarda çox zaman xəta payları digəri ilə birbaşa əlaqəli olur. Zaman sıralarında müşahidə olunan bu hal avtokorrelyasiya kimi adlandırılır. Adi xətti reqressiya zamanı avtokorrelyasiyanın müşahidə olunması datasetdə oxşar və ya eyni elementlərin(observation unit) olmasına işarə edir və bunun nəticəsində qərəz(bias) yaradan elementlərin daha çox nəzərə alınması ilə nəticələnir. Bu isə özlüyündə bəzi müstəqil dəyişənlərin təsirlərinin daha çox əhəmiyyətli əmsal kimi modeldə yer almasına, digər bir sözlə qabardılmasına səbəb olur. Yəni datasetdə verilən hər bir element(observation unit) özündən sonrakı elementə təsir göstərir və modelin doğruluq payını(bias yaradaraq) azaldır. Avtokorrelyasiya Durbin-Vatson testi və ya xəta paylarının vizuallaşdırılması ilə müəyyən edilə bilər.
Image source: https://stats.stackexchange.com/questions/14914/how-to-test-the-autocorrelation-of-the-residuals
4. Xəta paylarının homogen variasiyaya malik olması: Bu şərt onu ehtiva edir ki, modelin yaratdığı xəta payları homogen struktura malik olmalıdır. Bu şərt ödənmədikdə OLS vasitəsilə qurulan model ideal proqnoz xəttini ehtiva edən Best Linear Unbiased Estimator(BLUE) şərtini ödəmir. Belə ki, heterogen struktura malik olan xəta payları modelin OLS prinsipinin real həqiqi dəyərlərə eyni əhəmiyyətlə yanaşmadığını anlamına gəlir. Xəta paylarında heterogenlik problemi çox vaxt datada kənar dəyərlərin(outlier) olması, modelin düzgün müəyyən edilməməsi, hədəf dəyişənlərin müxtəlif metriklərdə verilməsi, yanlış data ön işləmə, reqressor müstəqil dəyişənlərin hər hansı birinin paylanmasındakı əyrilik və s. səbəblərdən yaranır. Heterogen variasiya problemi Breush — Pegan, White testləri və ya vizuallaşdırma ilə müəyyən edilə bilər.
Image source: https://www.geeksforgeeks.org/heteroscedasticity-in-regression-analysis/
Multikollinearlıq(Multicollinearity): Multikollinearlıq faktoru xətti reqressiyada tez-tez rast gəlinən problemlərdən biri hesab olunur. Multikollinearlıq modelin bir və ya daha çox müstəqil dəyişənləri arasında korrelyasiya əlaqəsi olması halında yaranır. Bu hal OLS vasitəsilə müəyyən edilən müstəqil dəyişənlərin əmsallarının düzgün müəyyən olunmamasına, bəzi müstəqil dəyişənlər üçün əldə edilən əmsalların şişirdilməsinə və ya bəzi dəyişənlərin əmsallarının azaldılmasına, hətta işarələrinin dəyişməsinə səbəb olur. Təsəvvür edin, əlinizdə yaş, iş təcrübəsi, təhsil və əməkhaqqı dəyişənlərindən ibarət dataset mövcuddur. Siz əməkhaqqını proqnozlaşdırmaq üçün digər dəyişənləri müstəqil dəyişənlər olaraq müəyyən edirsiniz. Lakin aydın olur ki, yaş dəyişəni iş təcrübəsinə birbaşa təsir göstərir və ya digər bir sözlə bu dəyişənlər öz aralarında multikollineardır. Belə ki, model qurulan zaman əməkhaqqı response dəyərinə yaşın, yoxsa iş təcrübəsinin necə təsir göstərməsi bizim üçün həmişə qeyri-müəyyən olaraq qalacaq. Digər bir nümunə, təsəvvür edin ki, dostunuz dondurma yeyərək dənizə getməyi xoşlayır. Sizcə onu xoşbəxt edən dənizə getməkdir, yoxsa dondurma yemək?İndi təsəvvür edin ki, bu sadə cümlə ilə ifadə olunan ideyada belə qeyri-müəyyənlik var ikən, siz onu rəqəmsallaşdıraraq modelləməyə çalışırsınız:)
Verilən datasetdə multikollinearlıq əsasən iki yolla müəyyən edilir.
İkili Korrelyasiya əmsallarının əsasında silinmə: Model qurulmamışdan əvvəl dəyişənlər arası korrelyasiya matrisinin qurularaq bir-birilə əlaqəli dəyişənlərin tapılaraq müəyyən limit dəyərini keçən(threshold) müstəqil dəyişənlərin silinməsini nəzərdə tutur. Bu metod da multikollinearlığın müəyyən olunmasında istifadə olunsa da, yalnız ikili əlaqələri nəzərə aldığı üçün daha zəif metod hesab olunur.
Variasiya İnflyasiya Faktoru(VIF- Variance Inflation Factor) — Model qurulmamışdan əvvəl hər bir müstəqil dəyişən üçün hesablanan multikollinearlıq ölçüsüdür. VIF aşağıdakı düstur vasitəsilə hesablanır.
Gəlin bu formulun daha konkret izahını verək. Fərz edin ki, əlinizdə x₁,x₂,x₃,x₄ müstəqil dəyişənləri var və siz y asılı dəyişəninin bu müstəqil dəyişənlər arasında modelləməsini həyata keçirirsiniz. Amma sizi müstəqil dəyişənlər arasında multikollinearlıq problemi narahat edir və bunu yoxlamaq istəyirsiniz. Aydındır ki, əgər dəyişənlərin hər hansı biri multikollinearlıq probleminə malikdirsə, digər müstəqil dəyişənlər proqnozlaşdırıla bilir deməkdir. Elə bil ki, tanış ifadələrdir deyilmi? Bəlkə elə bu məqalənin mövzusu olan xətti reqressiya ilə müstəqil dəyişənlər arasında çoxlu xətti reqressiya modeli quraq və proqnozlaşdırıla bilmə performansını müəyyən edək? Niyə də yox! Hər bir müstəqil dəyişəni digərlərindən asılı formaya salıb, aşağıdakı formada modelləri qura bilərik.
Elə bu məqalənin yuxarısında standart model performans metriklərindən olan R² dəyəri hər biri üçün hesablanıla bilər. R² dəyəri məlumdur ki, 0–1 arasında qiymətlər alır. Aydındır ki, bu nəzərə alınaraq VIF dəyəri [1:∞) arasında dəyərlər alacaq. Multikollinearlığın olmaması üçün ən arzuolunan R² = 0 olması(qurulan modelin performasının 0 olması) və buna müvafiq olaraq VIF =1 olmasıdır. Aydındır ki, müstəqil dəyişənlər arasında qurulan hər bir modelin performansı artdıqca,onun VIF dəyəri də artır. Multikollinearlıq probleminin həllində bir çoxları tərəfindən VIF üçün tolerasiya limitinin ədədi qiyməti 10 qəbul edilsə də, daha konservativ yanaşmaya üstünlük verənlər 2.5 və 5 dəyərlərini götürürlər. Bu o deməkdir ki, tolerasiya limitindən yuxarı VIF nəticəsi göstərən müstəqil dəyişənlər modeldən silinir.
Zəhmət olmasa məqalə və onun müəyyən hissəsindən istifadə zamanı bu formada sitat əlavə edin:
Jafarov. Joshgun(2022). Xətti reqressiya(Linear regression) (Article). Medium.
https://medium.com/@cosquncafar/x%C9%99tti-reqressiya-linear-regression-921b6a79f069
İstifadə edilmiş mənbələr:
Gareth James, Daniela Witten, Trevor Hastie, Robert Tibshirani. An Introduction to Statistical Learning : with Applications in R. New York :Springer, 2021
Everything you need to Know about Linear Regression!
https://www.analyticsvidhya.com/blog/2020/03/what-is-multicollinearity/
https://quantifyinghealth.com/vif-threshold/#:~:text=Most%20research%20papers%20consider%20a,of%205%20or%20even%202.5.
Heteroscedasticity in Regression Analysis - GeeksforGeeks
https://www.w3schools.com/datascience/ds_linear_regression_pvalue.asp
Anscombe's quartet - Wikipedia
Jafarov. Joshgun(2023). Törəmə ilə bağlı vacib teoremlər(Significant theorems related to derivatives) (Article). Medium. https://medium.com/@cosquncafar/t%C3%B6r%C9%99m%C9%99-il%C9%99-ba%C4%9Fl%C4%B1-vacib-teoreml%C9%99r-significant-theorems-related-to-derivatives-f27f1d94f539)
Jafarov. Joshgun(2022). Törəmə(Derivative) (Article). Medium. https://cosquncafar.medium.com/t%C3%B6r%C9%99m%C9%99-derivative-7e9ebf8dba0c
Jafarov. Joshgun(2022). Maili enmə alqoritmi(Gradient descent algorithm) (Article). Medium. https://medium.com/@cosquncafar/maili-enm%C9%99-alqoritmi-gradient-descent-algorithm-87a4d93e3f52
Məqalədə hər hansı uyğunsuzluq və xəta gördüyünüz halda şərh bölməsində qeyd etməyinizi xahiş edirəm.
Məni dəstəkləmək üçün :
To support me:
https://www.buymeacoffee.com/cosquncafar
Riyaziyyatda məsafə dedikdə, riyazi obyektlərin bir-birindən hansı uzunluqda yerləşməsini ehtiva edən ölçü anlayışı başa düşülür. İki ixtiyari A çoxluğuna aid nöqtələr arasında olan məsafəni d kimi təyin etsək bu zaman bu funksiya üçün aşağıdakı şərtlərin hər birinin doğruluğu intuitiv olaraq qəbul edilə bilər.
Image source: https://www.khanacademy.org/science/high-school-physics/one-dimensional-motion-2/distance-displacement-and-coordinate-systems-2/a/relative-motion-review-article
İki nöqtə arasındakı məsafə mənfi ola bilməz.
2.İki nöqtə arasındakı məsafə yalnız o halda sıfırdır ki, həmin nöqtələr üst-üstə düşür, digər bir sözlə nöqtələr bərabərdir.
3. a və a’ nöqtələri arasındakı məsafə simmetrik olaraq a’ və a nöqtələri arasındakı məsafəyə bərabərdir.
4. Nöqtələr arasındakı məsafə üçün üçbucaq bərabərsizliyi şərti ödənir.
Euclidian distance
Riyaziyyatda məsafə dedikdə, ilk ağla gələn Evklid məsafəsi yada düşür.
Image source : https://www.biographyonline.net/scientists/euclid.html
Evklid məsafəsi dedikdə, k ölçülü vektorlardan ibarət R çoxluğunun iki a və b vektoru arasındakı məsafə aşağıdakı kimi hesablanır.
Formula nəzər yetirsək görərik ki, k = 1 halında və k = 2 halında məsafə aşağıdakı formaya düşür.
k=2 halının doğruluğu Pifaqor teoremi vasitəsilə asanlıqla müəyyən oluna bilər(Aşağıdakı şəklə bax). Analoji qaydada k = 3 halı üçün də formulun qrafik təsvirini əldə etmək mümkündür. 4 və daha yüksək ölçülü hallar üçün qrafik təsvirin edilməsi daha çətindir, lakin riyazi intuisiya ilə n+1 ölçüyə malik olan fəzada məsafənin n ölçülü fəzadan formalaşdığını görə və induktiv olaraq formulun doğruluğunu qəbul edə bilərik.
Image source: https://en.wikipedia.org/wiki/Euclidean_distance
2. Manhattan distance
Bu məsafə ölçüsü çox zaman hesablama formasına görə “city block distance”, “snake distance” və s. adlarla da xatırlanır. Bu məsafənin Manhattan olaraq adlandırılması isə əsasən Manhattan adasında salınmış küçələrin adları ilə əlaqədardır. Belə ki, adada olan binalar əsasən kvadrat bloklar formasındadır. Adada küçələr düz xətt formasında davam edir və digər küçələr ilə düz bucaq altında birləşir.
Image source: https://manhattanmap360.com/manhattan-street-map
Aydındır ki, qeyd edilən formada səthdə məsafə anlayışı Evklidin təklif etdiyi ən qısa məsafə anlayışından əsaslı şəkildə fərqlənir. Evklid həndəsəsində təklif olunan ən qısa məsafənin keçdiyi sahələr maneələr səbəbindən istifadəsi mümkün olmayan hala gəlir. Bu qeyd edilən formada olan səth Evklid həndəsəsindən fərqli olan “taxicab” həndəsəsini yaradır.
Euclidian distance(green) and Manhattan distance(yellow, blue and red) Source:https://en.wikipedia.org/wiki/Taxicab_geometry
Yuxarıda verilən qrafikə nəzər yetirsək görərik, Evklid məsafəsini göstərən yaşıl xətt ən qısa məsafə hesab olunsa da, icazə verilməyən ağ səth bloklardan keçir. Digər sarı, göy və qırmızı xətlərin hər biri isə icazə verilən səthlərdən keçir və hər birinin uzunluqları bərabərdir. Məhz bu məsafələrin hər biri Manhattan məsafəsinin mahiyyətini xarakterizə edir.
Manhattan məsafəsində ölçü olaraq verilən bütün koordinantların fərqinin mütləq qiymətinin cəmləri məsafəsi kimi qəbul edilir.
3. Chebyshev distance:
Məsafənin hesablanmasında istifadə olunan digər metriklərdən biri isə Çebişev tərəfindən təklif olunan və “maksimum metrik” kimi adlandırılan Çebişev məsafəsidir. Çebişev məsafəsi ölçü olaraq hər iki ox koordinatı üzrə koordinantlar fərqinin maksimum olanını metrik olaraq qəbul edir. Məsələn iki ölçülü koordinant sistemində(plane geometry or Cartesian coordinant system) iki nöqtənin koordinantları (x₁;y₁) və (x₂;y₂) kimi verilmişdirsə, Çebişev məsafəsi aşağıdakı kimi təyin edilir.
Chebshyev distance for 2D
Çoxölçülü koordinant sistemləri üçün Çebişev məsafəsi aşağıdakı kimi hesablanır.
Chebshyev distance for all dimensions
Yuxarıdakı formul bizə iki koordinant arasındakı məsafəni maksimuma çevirən a və b nöqtəsinin istənilən i-ci koordinantı təyin edir və onun əsasında məsafəni müəyyən edir. Aşağıdakı qrafiklərə nəzər yetirərək, Çebişev məsafəsi və digər məsafə metrikləri arasında fərqi daha aydın görə bilərsiniz.
Source of images: https://chris3606.github.io/GoRogue/articles/grid_components/measuring-distance.html
Çebişev məsafəsi
Evklid məsafəsi
Manhattan məsafəsi
3. Minkowski distance:
Minkowski məsafəsi bütün bu məsafə ölçülərinin ümumiləşmiş halı hesab olunur. Formul olaraq ifadə etsək, Minkowski məsafəsi aşağıdakı kimi hesablanır.
Minkowski distance
Qeyd edək ki, p =1 halında Minkowski məsafəsi Manhattan məsafəsinə, p =2 halında isə Evklid məsafəsinə çevrilir. Bundan başqa Minkowski məsafəsi p → ∞ olduqda Çebişev məsafəsini, digər bir sözlə maksimum metriki verir. Sizdə də bu göydəndüşmə fakt təəssüratı bağışladısa və artıq şübhə etməyə başladınızsa mənim adamımsınız:).
Image source: azquotes.com/quotes/topics/mathematical-proof.html
Gəlin bu şübhəni birlikdə yox edək! (x₁;y₁) və (x₂;y₂) koordinantlarında təyin olunan iki ixtiyari nöqtə üçün a= d₁(x₁;y₁) və b=d₂(x₂;y₂) bərabərlikləri formasında məsafələri qeyd edək. Aydındır ki, bu halda Minkowski məsafəsi p sonsuz artdıqda, bu iki məsafənin cəmlərinin p-ci qüvvətlərinin cəmlərinin p-ci dərəcədən kökünə bərabər olacaq. Ümumiliyi itirmədən fərz edək ki, max {a,b} = a(əks halın da isbatı eyni formada verilə bilər). Bu halda aşağıdakı bərabərsizliklərə diqqət etsək.
Proof : The Chebyshev distance is the Minkowski distance’s p =∞ case.
Yuxarıda verilən bərabərsizliklər kiçik və böyük halları nəzərdə tutan limitlərin bir-birinə bərabər olduğunu, digər bir sözlə Minkowski məsafəsinin p → ∞ olduqda limitinin a-ya bərabər olduğunu, yəni maksimum məsafəni verdiyini göstərir.(Əlavə məlumat üçün Squeeze(sandwich) teoreminə baxa bilərsiniz.)
4. Cosine distance(similarity):
Kosinus məsafəsi və ya kosinus oxşarlığı kimi də adlandırılan bu məsafə ölçüsü iki vektor arasındakı bucağın qiymətləndirilməsinə əsaslanır. Bu məsafə ölçüsü vasitəsilə iki vektorun bir-birindən bucaq məsafəsi təyin olunur və bu bucaq ölçüsü nə qədər kiçik olarsa vektorlar arası məsafə bir o qədər kiçik olur.
Image source:https://www.learndatasci.com/glossary/cosine-similarity/
Gəlin A və B vektorları üzrə kosinus məsafəsinin necə hesablandığına nəzər yetirək.
Cosine distance(similarity)
Çox sadə riyazi konseptə əsaslanan bu məsafə ölçüsü təbii dil işləmə(natural language processing), tövsiyə sistemləri(recommendation systems) və görüntü işləmə(image processing) kimi bir çox tətbiq sahələri var. Gəlin sadə formada kosinus məsafəsini, digər bir sözlə oxşarlığını təbii dil işləmədə geniş formada istifadə olunan mətn oxşarlığını təyin etmək üçün istifadə edək. Əvvəlcə oxşarlığı təyin olunacaq 3 mətn müəyyən edək:
Maşın öyrənmə modellərinin əsasını riyazi alqoritmlər təşkil edir.
Maşın öyrənmə modelləri riyazi alqoritmlər əsasında işləyir.
Maşınlar günümüzdə çox geniş istifadə olunan avtonom qurğulardır.
Qeyd olunan mətnlərin vektor alternativlərini yaradaq. Digər bir sözlə rəqəmsal formada verilən datanı diskretləşdirək.
Qeyd: Sadəliyi qorumaq üçün vektorları sözlərin kökləri əsasında(şəkilçi nəzərə alınmadan) hazırlayacağıq.
Mətnlərin vektorizasiyası
T₁=[1,1,1,1,1,1,1,1,0,0,0,0,0,0,0,0]
T₂=[1,1,1,1,1,1,0,0,1,0,0,0,0,0,0,0]
T₃=[1,0,0,0,0,0,0,0,0,1,1,1,1,0,1,1]
Birinci mətnin ikinci və üçüncü mətn ilə vektor məsafəsini və ya oxşarlığını təyin edək.
T₁ və T₂ mətnləri arasında məsafə(oxşarlıq)
T₁ və T₃ mətnləri arasında məsafə(oxşarlıq)
Göründüyü kimi birinci mətn və ikinci mətn arasındakı məsafə 0.801-ə, birinci mətn və üçüncü mətn arasındakı məsafə isə 0.133-ə bərabərdir. Qeyd olunan dəyərlərin bucaq ölçüsünü də təyin etmək mümkündür:
α₁ = arccos(0.801) =36.7°
α₂ = arccos(0.133) =82.3°
Beləliklə bu qənaətə gəlmək mümkündür ki, birinci və ikinci mətn eyni seqmentə(çünki aralarındakı bucaq məsafəsi daha kiçikdir), üçüncü mətn isə tamam fərqli seqmentə aiddir.
4. Jaccard distance(similarity)
Jaccard məsafəsi də kosinus məsafəsi kimi oxşarlığın təyin olunmasında geniş istifadə olunur. Buna görə bəzən indeks və ya Jaccard oxşarlıq əmsalı kimi də adlandırılır. Jaccard oxşarlıq əmsalının hesablanma formulu aşağıdakı kimidir:
Jaccard similarity coefficient
Buna uyğun olaraq isə Jaccard məsafəsi isə aşağıdakı kimi hesablanır:
Jaccard distance
Aşağıda verilən Jaccard indeksinin qrafik təsviri ümumi konsepti daha aydın başa düşməyə imkan verir.
Image source: https://en.wikipedia.org/wiki/Jaccard_index
Jaccard indeksi, həmçinin diskretizasiya olunmuş kateqorik xüsusiyyətlər üzrə də oxşarlığı təmin etməyə imkan verir. Məsələn iki -A və B obyektlərinin xüsusiyyətləri arasında oxşarlıq əmsalı aşağıdakı kimi hesablanır.
Jaccard indexfor objects which have categorical features
Vurğulamaq lazımdır ki, bu halda bütün halları xarakterizə edən aşağıdakı bərabərlik doğrudur.
Burada M₀₀ — həm A, həm B obyektləri üçün neqativ olan xüsusiyyətləri, M₁₁ — həm A, həm B obyektləri üçün pozitiv olan xüsusiyyətləri, M₀₁ — A obyektində neqativ, B obyektində pozitiv olan xüsusiyyətləri, M₁₀ — A obyektində pozitiv, B obyektində neqativ olan xüsusiyyətləri xarakterizə edir, n isə xüsusiyyətlərin sayıdır.
Bu halda məsafə ölçüsü isə aşağıdakı kimi hesablanır:
Jaccard distance for objects which have categorical features
Aşağıdakı qrafik qeyd olunan konsepti daha aydın başa düşməyə imkan verir.
Image source: https://en.wikipedia.org/wiki/Jaccard_index
Jaccard oxşarlıq indeksinin də bir çox sahələrdə geniş tətbiqi mövcuddur. Görüntü işləmə bu sahələrdən sadəcə biridir.
Image source:https://www.mathworks.com/help/images/ref/jaccard.html
Gördüyünüz kimi Data science-da məsafə anlayışı çox vacib anlayışlardan biri hesab olunur. Həmçinin, K-nearest neighbors, K-means və s. maşın öyrənmə alqoritmlərinin riyazi əsasını məsafə anlayışı təşkil edir.
Zəhmət olmasa məqalə və onun müəyyən hissəsindən istifadə zamanı bu formada sitat əlavə edin:
Jafarov. Joshgun(2023). Riyazi məsafə anlayışı və onun növləri(Mathematical distance and its types) (Article). Medium. https://medium.com/@cosquncafar/riyazi-m%C9%99saf%C9%99-anlay%C4%B1%C5%9F%C4%B1-v%C9%99-onun-n%C3%B6vl%C9%99ri-mathematical-distance-and-its-types-187f1b47d742
İstifadə edilmiş mənbələr:
https://www.khanacademy.org/science/high-school-physics/one-dimensional-motion-2/distance-displacement-and-coordinate-systems-2/a/relative-motion-review-article
https://www.biographyonline.net/scientists/euclid.html
https://en.wikipedia.org/wiki/Euclidean_distance
https://manhattanmap360.com/manhattan-street-map
https://en.wikipedia.org/wiki/Taxicab_geometry
https://chris3606.github.io/GoRogue/articles/grid_components/measuring-distance.html
https://www.learndatasci.com/glossary/cosine-similarity/
https://en.wikipedia.org/wiki/Jaccard_index
MARCO. TABOGA. (2017). Lectures on probability theory and mathematical statistics. Createspace
Məqalədə hər hansı uyğunsuzluq və xəta gördüyünüz halda şərh bölməsində qeyd etməyinizi xahiş edirəm.
Məni dəstəkləmək üçün :
To support me:
https://www.buymeacoffee.com/cosquncafar
What is Global AI Hub?
Global AI Hub is an online platform connecting hundreds of thousands of experts and talents worldwide. Global AI Hub offers many opportunities to pioneers who desire to learn and advance in artificial intelligence, machine learning, deep learning, programming, etc. Global AI Hub was founded in 2019 and headquartered in Freienbach, Switzerland. It has approximately 100’000 active members from more than 10 countries on 3 continents.
What are the main benefits of joining the Hub?
“The Global AI Hub is the initiator of the «10million.AI» project, a non-profit and social good initiative to educate 10 million people for free on AI, robotics, data, and other digital technologies.” The Hub also targets bridging the Gender Gap in AI.
One of the main directions of these opportunities is online courses.
Secondly, it helps to expand your community network and to meet new people who are interested in AI like you.
Global AI Hub and me
For the first time, I was aware of Global AI Hub via Linkedin. Global AI Hub Turkey’s community assisted me in joining the Hub. I would like to express my special thanks to Ozlem Sahin, Omer Cengiz, other community members, and mentors. I am currently participating in Python Bootcamp by Global AI Hub. I have already finished two online courses through Bootcamp. However, I have Python knowledge at a satisfactory level, I can say the Bootcamp added me a lot. I think the courses were designed fully beginner-friendly, but they involve also advancing your knowledge through well-organized practice tasks. “I will add the code examples of the Bootcamp tasks.” The Bootcamp also gives excellent mentor support to the participants.
Code example and tasks from Introduction to Python course by Global AI Hub.
For example, I am adding “Your own supermarket” exercise task which allow the participants to master python data structures.
https://medium.com/media/594c2f68ad19b6317fe9170a1de6cf46/href
Code example and task from Python for Machine Learning course by Global AI Hub.
I am adding data visualization exercise example from the course.
https://medium.com/media/67ae1e274e0bd6b08a693c44b900350b/href
Your turn to join our leading AI community
If u would like to be part of our community and enhance your data skills, click the link below:
https://globalaihub.com/?ref=joshuadev_ai
Qısa tarix
Törəmə riyaziyyatda əsas fundamental anlayışlardan biri hesab olunur. Törəmənin bir çox sahələrdə həm elmi, həm də praktiki(tətbiqi) əhəmiyyəti vardır. Bir çox riyaziyyatçılar və tarixçilər tərəfindən hesabın(calculus) Isaac Newton və German Gottfried Leibniz tərəfindən bir-birindən xəbərsiz şəkildə inkişaf etdirildiyi qəbul edilir. Törəmə və inteqral kimi anlayışların və eləcə də, onlar arasında əlaqənin də ilk dəfə bu şəxslərə məlum olduğu bilinir.
Isaac Newton və German Gottfried Leibniz
Törəmə nədir?
Qısa olaraq törəmənin funksiyanın hər hansı nöqtədə dəyişmə ölçüsü olduğunu deyə bilərik. Təsəvvür edin, maşında hərəkət edirsiniz. Maşının hərəkət sürətinin müəyyən miqdarda artması, müəyyən vaxtdan sonra gedəcəyiniz yola necə təsir göstərəcək? Törəməni daha elmi terminlərlə ifadə etsək, funksiya arqumentinin artımı sıfıra yaxınlaşdıqda, funksiya qiymətinin artımının arqument artımına nisbətinin limiti varsa bu limitə həmin nöqtədə funksiyanın törəməsi deyilir. Riyazi formul olaraq ifadə etsək:
Aşağıdakı qrafikə nəzər salaq:
Qrafikdən asanlıqla törəmə anlayışının mahiyyətini anlamaq mümkündür. Δx-in qiyməti 0-a yaxınlaşdıqca funksiyanın artım sürəti haqqında daha aydın məlumat verir və bu səbəbdən arqument artımının 0-a yaxın qiyməti törəmə hesab edilir. α bucağının maililiyinin artımı funksiyanın dəyişmə sürətinin artımı deməkdir.
Bəzi funksiyalar və onların törəmələri(çıxarılışları ilə)
1.Sabit funksiyanın törəməsi:
f(x) = c (c ∈ R) funksiyasına nəzər salaq. Riyazi intuisiya ilə müəyyən edilə bilər ki, x arqumentinin istənilən qiymətində funksiya yalnız bir sabit qiymət (c ) alır və bu səbəbdən törəməsi sıfırdır. Lakin yuxarıda qeyd edilən tərifdən istifadə edərək, bunun doğruluğunu göstərək.
Qeyd: Törəmənin df(x)/dx şəklində verilməsi törəmənin Leybniz göstərilişi adlanır(Leibniz’s notation) və f(x) funksiyasının x-ə görə birinci tərtib törəməsi kimi oxunur. Əvvəldə qeyd edilən törəmənin f`(x) forması isə Lanqranj göstərilişidir(Lagrange’s notation).
2. Qüvvət funksiyasının törəməsi:
Funksiya: f(x) = xⁿ (n ∈ R)
Törəmə
Çıxarılış
Məsələn,
f(x)=x⁵ funksiyası doğrudur.:
3. Loqarifmik funksiyaların törəməsi:
a) Natural loqarifmik funksiya: f(x)= ln(x)
Törəmə
Çıxarılış
b) Adi loqarifmik funksiya: f(x)=log ₐ x
Törəmə
Çıxarılış
4. Eksponent funksiyasının törəməsi:
a) e əsaslı eksponent funksiya: f(x) = eˣ
Törəmə
Çıxarılış
b) e əsaslı olmayan eksponent funksiya: f(x) = aˣ
Törəmə
Çıxarılış
Qeyd: f(x) = xⁿ və aˣ funksiyalarını bir-birindən fərqləndirmək lazımdır. Belə ki, birinci funksiya üzrə dəyişən əsas, ikinci funksiya üzrə isə qüvvətdir. Buna görə də bu funksiyaların törəməsi(daha sadə dildə desək, artımını dərəcəsini xarakterizə edən funksiyası) də fərqlidir. Məsələn, f(x) = 5ˣ eksponent funksiyasının törəməsi 5ˣ ⋅ln(5)-dir.
5. Funksiyanın sabitlə hasilinin törəməsi: Hər hansı funksiyanın sabitə hasilinin törəməsi, elə funksiya törəməsinin sabitə hasilidir.
Funksiyanın sabitlə hasilinin törəməsi və çıxarılışı
6. Funksiya cəmlərinin törəməsi: Funksiya cəmlərinin törəməsi elə, funksiyaların ayrılıqda törəmələrinin cəminə bərabərdir.
Funksiya cəmlərinin törəməsi və çıxarılışı
7. Funksiyalar hasilinin törəməsi:
Funksiyalar hasilinin törəməsi və çıxarılışı
8. Mürəkkəb funksiyanın törəməsi(Zəncir qaydası):
Mürəkkəb funksiyanın törəməsi(Zəncir qaydası) və çıxarılışı
Zəncir qaydasını praktiki nümunə üzərində izah edək:
9. Tərs funksiyanın törəməsi:
Tərs funksiyanın törəməsi və çıxarılışı
Tərs funksiyanın törəməsini konkret nümunə üzərində edək:
Bundan başqa bir çox funksiyaların törəmə funksiyaları hesablana bilər. Mən bu məqalədə ən vaciblərini göstərməyə çalışdım.
Törəmənin bir çox fərqli sahələrdə geniş tətbiq dairəsi var. Məsələn, müasir maşın öyrənməsi alqoritmlərində model verilən data əsasında train olunan zaman itki funksiyasının(cost function) minimumlaşdırılmasında törəmədən istifadə olunur. Bir çox modellərdə əldə edilən əmsallar itki funksiyasının böhran dəyərlərinin (critical values) tapılması əsasında formalaşır. Məsələn, aşağıdakı qrafikdə verilən xətti reqressiya modelində göy düz xəttin əmsalları(intercept and slope) ən kiçik kvadratlar(OLS) prinsipi əsasında qurulan itki funksiyasının(cost function) törəməsinin 0-a bərabər olduğu dəyər əsasında formalaşır.
Ən kiçik kvadratlar üsulu əsasında xətti reqressiya modeli
Zəhmət olmasa məqalə və onun müəyyən hissəsindən istifadə zamanı bu formada sitat əlavə edin:
Jafarov. Joshgun(2022). Törəmə(Derivative) (Article). Medium. https://cosquncafar.medium.com/t%C3%B6r%C9%99m%C9%99-derivative-7e9ebf8dba0c
İstifadə edilmiş mənbələr:
https://az.scienceforming.com/10785112-what-is-a-derivative
https://openstax.org/details/books/calculus-volume-1
https://math.jhu.edu/~brown/courses/f17/Documents/DiffImpliesCont.pdf
https://www.khanacademy.org/
Məqalədə hər hansı uyğunsuzluq və xəta gördüyünüz halda şərh bölməsində qeyd etməyinizi xahiş edirəm.
Məni dəstəkləmək üçün :
To support me:
https://www.buymeacoffee.com/cosquncafar
Çoxluq nədir?
Çoxluq dedikdə, müəyyən elementlər toplusundan(obyektlərdən) ibarət riyazi anlayış başa düşülür. Çoxluqlar adətən hərflərlə, ona aid olan elementlər toplusu isə fiqurlu mötərizələr içərisində qeyd edilir.
Məsələn,
A = { 1,2,3,4,5 }, B = { a,b,c,d,e }
Qeyd: Çoxluqlarda elementlərin düzülüş sırasının əhəmiyyəti yoxdur.
Məsələn,
{ a,b,c,d,e } və { c,d,e,a,b } kimi verilən çoxluqlar bir-birinə ekvivalentdir.
Qeyd: Çoxluq elementləri unikal olmalıdır, çoxluqda təkrarlanan(duplikat) elementlər olsa belə onlar nəzərə alınmır.
Məsələn,
{ 1,2,3,3 } və { 1,2,3 } çoxluqları bir-birinə ekvivalentdir: {1,2,3,3}= { 1,2,3 }
Bəzi hallarda sadəliyi təmin etmək və sıxlığı azaltmaq məqsədilə çoxluqlar riyazi simvollardan istifadə edilərək göstərilə bilər.
Məsələn,
A = { 1,2,3,4,5 } çoxluğu A = { n ∈ N: n ≤5 } kimi təyin edilə bilər. Burada N natural ədədlər çoxluğunu, : işarəsi isə ondan sonra qeyd edilən şərti ödəyən ədədləri bildirir. 5-ə tam bölünən natural ədədlər çoxluğu isə,
B = { n ∈ N: n/5 ∈ N } kimi təyin oluna bilər və B = { 5, 10, 15….} çoxluğu ilə ekvivalentdir.
Çoxluqlarda element aidiyyəti:
Çoxluqlarda müəyyən elementin çoxluğa daxil olub-olmaması uyğun olaraq ∈ və ∉ simvollarının köməyi ilə yazılır. Məsələn,
A = { 1,2,3,4,5 } çoxluğu üçün:
1 ∈ A və 0 ∉ A riyazi hökmləri yazıla bilər.
Çoxluqlarası aidiyyət:
Əgər A və B çoxluqları verilmişsə və A çoxluğunun bütün elementləri B-yə də aiddirsə o zaman ⊆ və ⊇ simvollarından istifadə edilə bilər.
A ⊆ B hökmü A çoxluğunun B-yə daxil olmasını, A ⊇ B hökmü isə B çoxluğunun A-ya daxil olmasını bildirir.
Qeyd: ⊂ və ⊃ simvolları yuxarıda qeyd edilən simvollardan fərqlənir:
Belə ki, bu işarələr ilə verilən riyazi hökmlərdə özünə daxil edən çoxluq mütləq mənada element sayına görə aid olan çoxluqdan böyük olmalıdır(ən azı bir element sayı qədər böyük olmalıdır). Məsələn,
A = { 4, 5 }, B = { 4,5,8 } və C = {4,5} çoxluqları verilmişdirsə, bu zaman aşağıdakı hökmləri yaza bilərik:
A ⊂ B, A ⊆ C
Lakin:
A ⊂ C hökmü doğru deyil.
Çoxluqların birləşməsi
Çoxluqların birləşməsi dedikdə, iki və daha çox çoxluğun elementlərindən təşkil olunan və elementləri unikal olan çoxluq nəzərdə tutulur(yuxarıdakı qeydə bax) və ⋃ kimi işarə olunur. Məsələn,
A = { a, b, c, d } və B = { b, c, d, f, g} çoxluqları üçün onların birləşməsi:
A ⋃ B = { a, b, c, d, f, g} kimidir.
Birdən çox çoxluqların birləşməsi riyazi şəkildə aşağıdakı kimi ifadə edilə bilər.
Məsələn,
A₁ = { 1,2,3 }, A₂= { 2,3,4 } və A₃= { 3,4,5 } çoxluqları üçün aşağıdakı ifadə
doğrudur:
Çoxluqların kəsişməsi
Çoxluqların kəsişməsi dedikdə, iki və daha çox çoxluğun yalnız ortaq elementlərindən təşkil olunan çoxluq nəzərdə tutulur və ∩ kimi işarə olunur.
Məsələn, A = { a, b, c, d } və B = { b, c, d, f, g} çoxluqları üçün onların kəsişməsi:
A ∩ B = { b, c, d } kimidir.
Birdən çox çoxluqların kəsişməsi riyazi şəkildə aşağıdakı kimi ifadə edilə bilər.
Məsələn,
A₁ = { 1,2,3 }, A₂= { 2,3,4 } və A₃= { 3,4,5 } çoxluqları üçün aşağıdakı ifadə
doğrudur:
Çoxluqların tamamlayıcısı
Bir çoxluğu ondan böyük müəyyən universal çoxluğa tamamlayan çoxluğa tamamlayıcı deyilir, Aᶜ kimi işarə edilir. Məsələn, fərz edək ki, aşağıdakı kimi təyin edilmiş müəyyən universal çoxluq(məsələn əlifbadamızdakı saitlər çoxluğu) mövcuddur.
ζ = { a, e, ə, i, ı, o, ö, u, ü }
A = { a, ı, o, u} qalın saitlər və B = { e, ə, i, ö, ü } incə saitlər çoxluqlarının saitlər(universal) çoxluğuna tamamlayıcıları aşağıdakı kimi təyin olunur.
Aᶜ = { e, ə, i, ö, ü } və Bᶜ = { a, ı, o, u}
De Morqan qanunları
D e Morqan qanunları aşağıdakı kimi təyin olunur və qanunun doğruluğuna azca riyazi intuisiya ilə əmin oluna bilər.
(A ⋃ B)ᶜ = Aᶜ ∩ Bᶜ
(A ∩ B)ᶜ =Aᶜ ⋃ Bᶜ
Birdən çox çoxluq üçün qanun aşağıdakı kimi ifadə edilə bilər:
Məsələn aşağıdakı verilən çoxluqlar üzrə qanunu tətbiq edək:
ζ = { 1, 2, 3, 4, 5,6, 7 };
A = { 1,2,3,4 }, B = { 3,4,5,6 }
Aᶜ = { 5,6,7 } və Bᶜ = { 1,2,7}
(A ⋃ B)ᶜ = Aᶜ ∩ Bᶜ = { 7}
Zəhmət olmasa məqalə və onun müəyyən hissəsindən istifadə zamanı bu formada sitat əlavə edin:
Jafarov. Joshgun(2022). Çoxluqlar nəzəriyyəsi(Article). Medium. https://medium.com/@cosquncafar/%C3%A7oxluqlar-n%C9%99z%C9%99riyy%C9%99si-854570c6f258
İstifadə edilmiş mənbələr:
Greg. Baker(2013), Sets. Simon Frazer University. https://www.cs.sfu.ca/~ggbaker/zju/math/sets.html
De Morgan’s Laws. Brilliant.org. Retrieved 16:22, April 19, 2022, from https://brilliant.org/wiki/de-morgans-laws/
MARCO. TABOGA. (2017). Lectures on probability theory and mathematical statistics. Createspace
Məqalədə hər hansı uyğunsuzluq və xəta gördüyünüz halda şərh bölməsində qeyd etməyinizi xahiş edirəm.
Məni dəstəkləmək üçün :
To support me:
https://www.buymeacoffee.com/cosquncafar