Stories by Əfsanə Salehova on Medium
VARK
Bu məqalə şəxsi təcrübələr və bir az faktlara əsaslanaraq yazılmışdır.
Əgər bu məqaləni oxumağa başlamısınızsa, sizi təbrik edirəm. Deməli, öyrənmə bacarıqlarını inkişaf etdirmək üçün ilk addımı atmısınız.
İndi nəyisə uzun müddətli öyrənməyə başlayırsınızsa, özünüzlə bəzi məsələləri aydınlaşdırın:
Bunu sevirsinizmi?
Öyrənməyə kifayət qədər vaxt ayıra biləcəksinizmi?
Əgər bütün suallara cavabınız “hə”dirsə, necə öyrənəcəksiniz?
Öyrənmək, dərk etmək, yadda saxlamaq tətbiq etmək üçün müxtəlif vasitələr: oxunmuş düyülər, ayətəl kürsülər sınanmış, bahalı və acı vitaminlər içilmiş olsa da işin əsli başqadır. Hər şeydə olduğu kimi bunun da əslində fərdlərə əsasən dəyişə bilən bir metodologiya durur. Əgər hər şey ideal olaraq izah edilir və başa düşmürsünüzsə, deməli yanlış metod seçmisiniz. (və ya bir o qədər də uğurlu seçim etməmisiniz )
Özümü dərk edəndən ailədə hamının nəsə öyrəndiyini və bunu müxtəlif yollarla etdiyinin şahidi olmuşam. Mən öyrənəndə telefonun bildirişi belə bütün hüceyrələrimdə qıcıqlanma yaradır və ya tam tərsi evi tüstü bassa belə hiss etmirəm. Bu, məndə məktəbdə, hazırlıqda, universitetdə də eyni cür davam edib. Səssizlik üçün gecə 2–3-də oyanıb dərs oxuyurdum və bunu yazılı olaraq qeyd etməmiş yadımda saxlaya bilmirdim. İndi də hər hansı verilişi işləyərkən, birinci qeyd dəftərimdə yazıb, daha sonra müzakirə edib sonra işə başlayıram.
Bacım və qardaşım ekstravertdir. O, beyninin bütün çakralarını açıq qoyaraq küçədən keçən maşının hansı marka olmasından tutmuş, mətbəxdə hansı tərəvəzin doğranmasınadək duya bilir və paraleldə öyrənir. Eyni situasiya qardaşımda da baş verir. Və öyrəndikləri də fizika, riyaziyyat, məntiqdir.
Təəssüf ki, bu stiuasiyada nə mən vunderkindəm, nə də bacı-qardaşım. Öyrənməyimiz bizə -fərdlərə görə dəyişir. Burada koqnitiv, affektiv, fiziki və psixoloji olmaqla bir sıra ölçülər də mövcuddur.
Araşdırmaçılar və psixoloqlar insanların ən yaxşı öyrənmələrinin necə olduğunu başa düşmək üçün illərdir bir sıra fərqli modellər hazırlayır. Fərdi öyrənmə üslubları ideyası 1970-ci illərdə başlayır və təhsilə təsir edir. Neil Fleming-iin VARK modeli bu gün ən çox yayılmış nəzəriyyələrdən biridir. Məşhur nəzəriyyə olan VARK modeli, öyrənənlərin dörd əsas növünü müəyyənləşdirir: əyani, eşitmə, oxu / yazı və kinestetik. Hər bir öyrənmə növü tədris metoduna ən yaxşı cavab verir. Howard Gardner-in çoxsaylı zəka nəzəriyyəsi də öyrənmə üslubuna təsirlərini edir.
Bəs öz xarakterimizə görə hansı öyrənmək metodunu seçək?
Vizual (Spatial)
Əgər siz vizuallıqla hər şeyi daha aydın başa düşən birisinizsə, yəni — diaqramlar, qrafikalarla nəyisə yadda saxlamaq sizə daha asan gəlirsə, təxmin etmək olar ki, siz vizuallıqla öyrənənlərdənsiniz. Xatırlamaq üçün məlumatı görmək məcburiyyəti, bədən dilinə diqqət yetirmə, sənət, gözəllik və estetika önəmlidirsə, yadınızdakı vizual məlumat onu daha yaxşı xatırlamağa kömək edirsə, vizual öyrənmə təzriniz olduğuna işarədir. Öyrənərkən bunu əsas götürməniz kifayətdir. Bunu necə etməli olduğunuz barədə isə — təmamilə öz istəyinizə uyğun edin!
Auditory/Aural
Əgər anlamaq üçün sizə oxumaqdansa, mühazirəni dinləmək və ya kiminsə yüksək səslə kiminsə izah etməsi vacibdirsə, sadəcə bir kitabdan oxumaq sizin üçün kifayət deyil, bunun üçün həm də eşitməyə ehtiyacınız varsa, bu kateqoriyaya daxilsiniz. Yüksək səslə oxumaq daha yaxşı xatırlamağa kömək edir. Qeydləri təkrar oxumaqdansa, podcast dinləmək sizin üçün daha uyğundur. Qrup müzakirələri yeni fikirləri anlamaq üçün idealdır. Bu cür öyrənənlər səs tonundakı dəyişmələri, və digər önəmli məqamları daha tez duya bilirlər. Nömrələri adətən yüksək səslə dedikdən sonra yadında saxlayan bu adamlarla tez-tez rastlaşa bilirik. Onlar səsi yadlarında saxlayır desək, yanılmarıq. Əgər sizə bu cür öyrənmə daha rahatdırsa, müzakirələr və podcastlar ən ideal həlldir. Əgər səsli oxuyub daha yaxşı başa düşürsünüzsə, bunu edə bilərsiniz. Mən qəzəlləri belə öyrənirdim.
Oxuma və yazma (Reading, writing)
Dərs zamanı və dərslik oxuyarkən çoxlu qeydlər etmək, siyahıların tərtibi, təqdimatlar yazma, slidelar hazırlamaq sizə daha uyğundursa, siz bu kateqoriyadasınız. Oxumağa meylli olan tələbələr məlumat əldə etmək üçün çap olunmuş söz, mətn, mühazirələrə üstünlük verirlər. Onlar xoşlayırlar ki, bütün bunların siyahısını tərtib etsinlər, lüğət, dərsliklər, mühazirə qeydlərini vərəqləsinlər. Sinif qeydlərini qeydə alıb, imtahan suallarını araşdıran sevilən tələbə yoldaşlarımız bura daxildir. Əgər siz də bu cür öyrənməni rahat hesab edirsinizsə, belə də davam edin.
Fiziki (Kinesthetic)
Bu üslubda, öyrənmə mühazirələrdən sıxılır və seyr etmək əvəzinə fiziki fəaliyyəti üstün tutur. Kinestetik öyrənməyə üstünlük verənlər ‘do-ers’ adlanır, uzun müddət oturmaqda çətinlik çəkir, rəssamlıq, bişirmə, mexanika, idman və ağac emalı kimi tətbiq olunan fəaliyyətlərdə həvəslə çalışırlar. Bir şeyi öyrənmək üçün həqiqətən də təcrübədən keçirməlidirlər. Eşidərək öyrənənlər məlumatları aparıcı təkrar oxuduqdan sonra daha yaxşı yadda saxlayırlarsa, kinestetik öyrənənlər praktik fəaliyyətdə iştirak etmək şansı ilə daha yaxşı öyrənir.
VARK modeli və digər öyrənmə nəzəriyyələri barədə bir sıra tənqidlər olub. Tələbələrin müəyyən bir kateqoriyaya aid edilməsinin öyrənməyə maneə olduğunu bildirilsə də, bu model həm müəllimlər, həm də öyrənənlər üçün kifayət qədər populyarlıq qazanıb. Və ən əsası işləyib.
Özünüzü tanıyaraq, ən ideal öyrənmə metodunuzu təyin edin. Evinizdə bir küncdə o atmosferi yaradın. Bu səssizlikdə ola bilər, hard rock dinləyərək də. Gecə də ola bilər. Gündüz də. Vizual da ola bilər, səsli də. Əgər bütün bunları etdikdən sonra sizdə öyrənərkən anlamada problem yaranırsa, istifadə etdiyiniz öyrənmək üçün müraciət etdiyiniz mənbələr, vasitələrə diqqət etsəniz kifayətdir.