Stories by Zahra Alizada on Medium
Pythonda Method (Metod)
Data tiplərini yaradan hər bir dəyişən (variable) Pythonda obyekt olaraq qəbul olunur və bu oyektlərin bir sıra methodları var. Metodlar bir obyekt üzərində müəyyən hərəkətləri icra edən obyektlərə məxsus funskiyalardır və obyektlərin üzərində metodlar belə istifadə olunur:
obyekt.herHansiBirMetod(alinanDeyer)
Bir list obyekti yaratdığımız zaman bu obyektin üzərində müəyyən metodları icra edə bilərik. Nümunə olaraq bir neçə metoda nəzər yetirək:
https://medium.com/media/068eed03e0fa5ee61db7fd0c40d86a97/href
Burada biz insert() metodu vasitəsilə ‘ada’ sözünü listin 2-ci elementi olaraq(yəni 1-ci index) əlavə etdik.
https://medium.com/media/2634495f05cbf378febb18167f3bfeab/href
Burada biz append() metodu vasitəsilə dünya sözünü listin sonuna əlavə etdik.
https://medium.com/media/c74a2e8db6f6f3177fd76a9175f474b9/href
Burada biz pop() metodu vasitəsilə listin sonundakı elementi sildik.
Bu metodların hansı işi gördüklərini unutduğumuz zaman help(obyekt.append) yazaraq hansı funksiyanı icra etdiyinə baxa bilərik.
https://medium.com/media/5092b0c63469fca58d3304402d9f7d7a/href
Funksiyalarda return və void ifadələri
return ifadəsi funksiyalarda dəyər qaytarır. Biz print() funksiyasının dəyər yazdırdığını bilirik. Amma bu funksiyalar, icra etdikləri əməliyyatlar nəticəsində heç bir dəyər vermirdi bizə. Lakin biz proqramlarımızda bir funksiya nəticəsində əldə edilən dəyərləri proqamın başqa hissələrində istifadə etmək istəyə bilərik. return ifadəsi də məhz bu məsələnin həlli üçün yaradılıb.
return ifadəsi funksiya icra edildikdən sonra çağırıldığı yerə dəyər qaytarması mənasını daşıyır. Belə olduqda, funksiyada aldığımız dəyəri bir dəyişkəndə store edə (depolamaq) bilər və dəyəri proqramın başqa bir hissəsində istifadə edə bilərik. İndi return ifadəsini anlamaq üçün iki sadə funksiya yazaq:
https://medium.com/media/728a41d5b1038ca2e448721706239163/href
Type error olduğu üçün cem dəyişəninin type-na baxaq:
https://medium.com/media/14ac8f5607da45c4a8f24e82f7f93f4f/href
Bu dəyişənin tipi None type-dır. Yəni bu dəyişənə heç bir dəyər mənimsədilməyib deməkdir. Çünki print() funksiyası dəyəri çap edir, dəyər qaytarmır. Bu nümunəni return ifadəsi ilə yoxlayaq:
https://medium.com/media/aea1beb30e946a484bb9c27814abb76e/href
Burada heç bir error almadıq. Çünki return zamanı cem=topla(3,4,5) –ifadənin nəticəsi cem=12 olaraq dəyəri ötürür. Daha sonra print(ikiyeVur(cem)) ifadəsi print(ikiyeVur(12)) olaraq hesablanır və nəticə 24 olaraq çap edilir. cem dəyişəninin type-na baxdıqda isə burada int(integer) olduğunu görürük. return ifadəsinin mənası tam olaraq burada aydınlaşır.
Real həyata uyğun bir nümunə ilə return-i izah edəcək olsaq. Fərz edək yeməyə qatmaq üçün soğan doğramalısınız. Bunun üçün bir doğrama aparatımız var. Doğrama aparatına soğanı daxil edirik və aparat soğanı doğrayır. Lakin bu iş başa çatdıqdan sonra aparat doğranmış soğanları sizə gətirib vermir. Bunu return istifadə etmir kimi başa düşmək olar. Nəticə olaraq siz doğranmış soğanları götürüb istifadə edə bilmirsiz yeməyinizi bişirmək üçün. Yəni bu aparatdan biz hansısa dəyəri ala bilmədik. Aparat bizə dəyər vermədi. Burada biraz utopiyaya qaçmış olsaq da returnin bizə dəyər vermə mənasını izah edə bilirik. Fikri ümumiləşdirəcək olsaq return ifadəsi ilə funksiyalarda aldığımız dəyərləri çağırıldığı yerə ötürə və istifadə edə bilirik deyə bilərik. return ifadəsinə aid izahlı növbəti nümunədə bunu daha yaxşı anlaya bilərik.
https://medium.com/media/a8a57269c462cfe37876844dadb41b4a/href
Burada return ifadəsi yeirnə print() istifadə etsə idik bizə geri dəyər qaytara bilməyib error verəcəkdi.
return bir funksiyanı tamamilə sonlarından ifadədir. return ifadəsindən sonra gələn heç bir ifadə işləmir. Buna bir nümunədə baxaq:
https://medium.com/media/1da5cc376b687fcfbd5414fbcdb777de/href
Burada print() daxilində yazılan ifadə çap edilmədi. Çünki return ifadəsindən sonra gəlir. İndi return və print() ifadələrinin yerini dəyişək, bu zaman print() daxilində yazılan ifadə çap olunacaq.
https://medium.com/media/68547470c7d6b154db4b1a334996bbab/href
return istifadə edilməyən, yəni çağırıldığı yerə dəyər qaytarmayan funksiyalara void funksiyalar deyilir. void funksiyaları dəyər qaytarmır. void funksiyalar funksiya daxilində işləyən kənara data göndərməyən və çox zaman aldığı parametrlər üzərində iş icra edən funskiayalardır. Buna bir nümunədə baxaq:
https://medium.com/media/1849361ac346323ab509a9f27d4af61c/href
Burada print() funksiyasının dəyər qaytarmayan sadəcə ekranda nəticəni çap edən void funksiya olduğunu görürük.
Global və local dəyişənlər
Pythonda hər bir dəyişənin, funksiyanın və classların əslində bir scope-u (əhatə dairəsi) var və Python hər bir dəyişəni bir namespace(ad sahəsi) təyin edir. Dəyişənlərin namespace-i isə bu dəyişənlərin harada var olduğunu və harada istifadə ediləcəyini göstərir. Pythonda funksiyalar daxilində təyin olunan dəyişənlər Python tərəfindən local(yerli) dəyişənlər olaraq təyin edilir. Yəni bir funksiya bloku daxilində yaradılmış dəyişənlər bu funksiyaya aiddir və funksiya icra olunduqdan sonra bu dəyişənlər yaddaşdan silinir və yox olur. Belə olduğu zaman, funksiya içərisində təyin olunmuş bir dəyişənə başqa bir yerdən access (əlçatan) olunmayacaq. Pythonda ən genişəhatə dairəsinə sahib dəyişənlər global dəyişənlərdir. Global dəyişənlər təyin olunduğu andan etibarən proqramın hər yerindən əlçatan olur.
Local dəyişkənlərə uyğun bir nümunə yazaq:
https://medium.com/media/8eedf2a1dd7a54e585a81e8690668cd7/href
Burada a — dəyişəninin təyin olunmadığı xətası baş verdi. Çünki biz a dəyişənini funksiya daxilində təyin etmişik. Funksiyadan kənarda yazılmış print(a) ifadəsi a dəyişənini istifadə edə bilmədiyi üçün xəta verdi.
Global dəyişənlərə nümunə yazaq:
https://medium.com/media/0385c713330f26a5723965ffe273a945/href
Burada a dəyişəni global dəyişən olduğu üçün həm funksiya daxilində, həm də funksiyadan kənarda istifadə edildi. Buna görə də 2 dəfə çap olundur.
Global dəyişən funksiya çağırıldıqdan sonra təyin olunarsa bu zaman proqram xəta verəcək. Çünki funksiya icra olunduğu zaman dəyişənə mənimsədilmiş dəyəri görə bilmir:
https://medium.com/media/1a6681a8005eddd8f82bea86e65e91a2/href
Globalda və localda eyni adda iki dəyişən olarsa funksiya çağırıldığı zaman funksiya daxilində ilk olaraq local dəyər istifadə olunur:
https://medium.com/media/1f7cdbb812d2e765c917eb0eedf6030e/href
Burada funksiya() icra olunduğu zaman ilk olaraq local dəyərə baxır və onu istifadə edir. Funksiya icra olunduqdan sonra local dəyər silinir.
Funksiya daxilində globalda istifadə olunmuş dəyişəndən istifadə edib yeni dəyər mənimsətmək istəyiriksə bu zaman funksiya daxilində dəyişənin qarşısında global sözünü yazırıq:
https://medium.com/media/685892414fc5a84f26ea4dada4317f81/href
Burada funksiya çağırıldığı zaman global b dəyərini götürdü və ona 3 dəyərini mənimsətdi. Daha sonra bu dəyəri çap etdi və funksiyadan çıxdı. Artıq global dəyişənə 3 dəyəri mənimsədildiyi üçün print(b) icra olunduğu zaman ikinci dəfə 3 rəqəmi çap olundu.
Global dəyişəni bu formada istifadə etmək kodlarımızda qarışıqlıq yarada bilər. Ona görə də funksiya daxilində hər funksiya üçün özünəməxsus local dəyişən təyin etmək daha düzgün seçim olar.
Funksiya bloku daxilində yaradılan hər bir dəyişənə local dəyişəndir dedik. While və ya if bloku daxilində təyin edilmiş dəyişənlər də global dəyişən sayılır.
https://medium.com/media/fe85cba43ca9f19f3d46b6549a7ec419/href
Burada e dəyişəni if daxilində təyin edilmiş olsa da global dəyişən sayılır. Buna görə də if daxilində olan və if-dən kənarda olan print() funksiyası iki dəfə 4 rəqəmini çap etdi.
Lambda ifadəsi ilə funksiya təyin etmək
Lambda ifadələri funksiyalarımızı Pythonda yaza bilməyimiz üçün praktik bir üsuldur və lazım olduqda bundna istifadə edirik. İlk əvvəl lambdanın strukturuna baxaq daha sonra nümunələrlə izah edək.
funksiya_adı = lambda parametr1,parametr2.... :  emeliyyat
Adi funksiya nümunəsi:
https://medium.com/media/89ecd7db0a164e06d724bb90c3898846/href
Eyni nümunəni lambda ilə yazaq:
https://medium.com/media/b006a4a3bf9206dab91167c121e5fd12/href
Birdən çox parametr alan adi funksiya nümunəsi:
https://medium.com/media/f89a7a5dbaacb8b37b42fae512ef810e/href
Birdən çox parametr alan lambda ilə yazılmış funksiya nümunəsi:
https://medium.com/media/62487b62a1b466545879b0be82a13521/href
Hər iki nümunədən də görünür ki lambda ifadəsi yazılışında sətir sayı azalır. Bu funksiyamızı daha oxunaqlı və səliqəli edir. def açar sözü ilə ilə qısa funksiya yazıldığı zaman zəhmətli olduğu üçün lambda ifadəsindən istifadə edilir. Bu ifadə kiçik funksiyalar üçün istifadə edilir. lambda ifadəsindən çox əməliyyatlı funksiyalarda istifadə etmək məsləhət görülmür.
Python-da Funksiyalar və onların strukturu (II hissə) was originally published in Pragmatech on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Pythona yeni başlayanlar üçün funksiyaların sadə nümunələrlə izahı
Funksiya nədir, onları necə təyin və istifadə edirik?
Funksiyalar proqramlaşdırmada müəyyən hərəkətləri olan və təkrar-təkrar istifadə etdiyimiz strukturlardır. Pythonda proqram yazdığımız zaman burada istifadə etdiyimiz müəyyən kodlar vardır ki, onları bir neçə yerdə təkrar istifadə etməyə ehtiyac duyuruq. Belə vəziyyətdə funksiya yaratmaq işimizi asanlaşdırır. Bu halda tez-tez istifadə edəcəyimiz kodları funksiya daxilində yazıb istədiyimiz zaman bu funksiyanı çağırmaqla istifadə edə bilərik.
Bundan başqa Pythonda hazır bir çox kitabxanalar var və bu kitabxanalarda əvvəldən yaradılmış bir çox funksiyalar var. Biz özümüz funksiya yaratmaqdan əlavə olaraq hazır olan bu funksiyalardan da istifadə edərək işimizi asanlaşdıra bilərik. Məsələn, print() funksiyasının vəzifəsi burada qeyd etdyimiz dəyərləri ekrana çap etməkdir. Bu funksiya Python developerləri tərəfindən bir dəfə yazılıb və biz də bu funksiyanı proqramımızın müxtəlif yerlərində təkrar-təkrar istifadə edirik. Funksiyaların istifadə olunması məqsədi budur. Funksiyalar bir dəfə define olunur (təyin olunur) və ehtiyacımız olduğu zaman istifadə edirik. Bundan başqa funksiyalar təkrarçılığın qarşısını alır və daha səliqəli bir kod yaza bilirik. Python developerlərinin yazdığı funksiyalara yəni bizim istifadə etdiyimiz hazır funksiyalara (print(), type() və s.) built-in function(daxili funksiyalar) deyilir. Ancaq bunlardan əlavə olaraq bizim şəxsən yaratdığımız funksiyalar da var ki, bunlara user-defined functions deyilir.
Funksiyaları real həyatdan nümunə ilə ifadə etməyə çalışsaq, misal üçün bir şirəçəkən aparatı alırıq və meyvə şirəsi istədiyimiz zaman bu aləti istifadə edirik deyə bənzətmə edə bilərik. Yəni bu alətin vəzifəsi və funksiyası meyvə şirəsi hazırlamaqdır.
Funksiyaların təyin edilməsi və istifadə edilməsi (çağırılması)
Funksiyanın təyin edilməsi
Bir funksiya təyin etmək üçün ilk şərt def açar sözündən istifadə edilməsidir. Bundan sonra gələn dəyər funksiyanın adı olur və bundan sonra istəyə bağlı olaraq funksiyanın parametrləri daxil edilir. Funksiyanın təyin edilməsi strukturu belədir:
def funksiya_adi(parametr1,parametr2...):
funksiya bloku
return deyeri
https://medium.com/media/7e59e714dfe428650c314ecf73fa5917/href
Burada biz sadəcə bir funksiya təyin etdik. Funksiyanı təyin etdikdən sonra istifadə etməsək bu funksiya bir işə yaramayacaq. Fərz edin ki, bir şirəçəkən almısız lakin onu heç istifadə etmirsiz. Funksiyanı istifadə etməyə biz funksiyanı çağırmaq deyirik.
Funksiyanın çağırılması
İlk öncə funksiyanın adını yazırıq, daha sonra bir dəyər alırsa o dəyəri qeyd edirik. Əgər heç bir dəyər almırsa daxilini boş buraxırıq.
https://medium.com/media/0b8b96aa2deb80f5bbdea7b1ea6ff4e7/href
Funksiyada parametr və arqumentlər
Funksiyanı istədiyimiz yerdə təkrar-təkrar istifadə edə bildiyimizi artıq bilirik. Funksiya daxilində dəyər olmadan çağırdığımız zaman funksiya daim eyni nəticəni çap edəcək. Biz fərqli nəticələr istəyiriksə fərqli dəyərlər yaratmalıyıq. Bunu şirəçəkən nümunəmizə uyğun olaraq desək, fərz edin şirəçəkəni işə salırıq biz ona alma daxil etdiyimiz zaman alma şirəsi, başqa meyvə daxil etdiyimiz zaman isə buna uyğun şirə istehsal etmiş olacaq. Burada alma — funksiyanın aldğı dəyərin yerində durur. Biz bu dəyərlərə parameters (parametrlər) və arguments(arqumentlər) deyirik.
https://medium.com/media/fcc20692230fdb07c144549fb816e67c/href
Burada funksiya təyin edərkən yazdığımız dəyərə(ad) — parametr, funksiyanı çağırdığımız zaman daxil etdiyimiz dəyərə(“Nicat”) — isə arqument deyilir. Funksiyanı çağırdığımız zaman arqument parametrə bərabər olur. Daha sonra isə print() metodu daxilində ekrana yazılır. Funksiyanı təyin edərkən neçə parameter qeyd ediriksə funksiyanı çağırdığımız zaman da eyni qədər arqument daxil etməliyik. Buna uyğun olaraq riyazi hesablamalarla olan nümunələrə baxaq.
İlk öncə bir toplama əməliyyatı üçün funksiya yazaq:
https://medium.com/media/e89e340d4357fdc7aeeea3229677c45d/href
Faktoriyal hesablaması üçün bir funksiya yazaq:
https://medium.com/media/d946a821012d991e69eea60f93eecfb9/href
Funksiyalara müxtəlif yollarla parametrlər verə bilərik. Bu zaman funksiyalarımızı daha flexible(çevik) yaza bilirik. Funksiyalarımızı təyin edərkən parametr daxil ediriksə funksiyamızı çağırdığımız zaman da arqument qeyd etməliyik, etməsək burada xəta mesajı alarıq.
https://medium.com/media/822027e1258ce789b0ee7eab6cc2fe37/href
Bu funksiyada “ad” dəyəri olduğuna görə biz funksiyanı salamla() -bu formada çağıra bilmirik. Əgər biz parametrlərimizə default() dəyərlər mənimsətsək dəyər vermədən funksiyanı çağırsaq funksiya işləyəcək.
https://medium.com/media/b6c8c5d91e2fc786ed5297c10af971fb/href
Burada user dəyər hissəsinə heç bir şey daxil etməsə belə funksiyanı çağıra bildi. Bu zaman default dəyərdən istifadə olundu.
Funksiyada istənilən sayda dəyər alma
Bir funksiya təyin etdiyimiz zaman xüsusi olaraq neçə parametr olacağını əvvəldən təyin etməli oluruq. Lakin belə bir limit qoymamaq üçün *dəyər işarəsindən istifadə edə bilərik.
https://medium.com/media/353b8831e9872d8bc3bb045c6b2ef25c/href
Bu tip funksiyalarda dəyərlər üzərində hesablamalar apara bilmək üçün for loopundan istifadə edirik.
https://medium.com/media/4a5c841ff9385225c5050c1e5d553c2c/href
Funksiyada bir neçə dəyər istifadə etdiyimiz zaman müəyyən problemlər yarana bilər. Funksiyanı təyin edərkən daxil etdiyimiz parametrlərin ardıcılığına uyğun olaraq funksiyanı çağırdığımız zaman arqumentləri də bu ardıcıllığa uyğun daxil etməli oluruq. Əks halda məlumatlarımızın qeydiyyatında yanlışlıq olur.
https://medium.com/media/acb77c655d30bbf7da48758f0553721a/href
Buradan gördüyünüz kimi soyad məlumatı ad hissədə, nömrə məlumatı isə soyad hissədə qeyd olundu. Belə xətaların olmaması üçün arqument yazmaq istədiyimiz parametrin adını yazıb, ona uyğun olan məlumatı mənimsətməliyik. Qeyd etmədiyimiz dəyərlər üçün isə default dəyər görünəcək.
https://medium.com/media/7784919a9d5e7fd3f2bedd9cc4b47a3f/href
Funksiyalar haqqında daha çox məlumat almaq üçün Pythonda Funksiyalar və onların strukturu(II hissə) məqaləmə nəzər yetirin…
Mənbə:
www.geeksforgeeks.org
www.foxford.ru
www.udemy.com
Python-da Funksiyalar və onların strukturu(I hissə) was originally published in Pragmatech on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Proqramlaşdırmaya yeni başlayan insanlar üçün dərhal proqram yazmaq kifayət qədər çətindir. Buna görə, insan dili ilə proqramların ilkin kodu arasında ara mərhələlər icad edildi. Bunlardan biri də psevdokoddur.
Pseudocode(Psevdokod) nədir?
Psevdokod elə bir dildir ki, onun köməyilə siz öz kodunuzun bütün məntiqini göstərə bilərsiniz. Bu adi bir insan dilində bir kompüterə verilən əmrlərin yazılışıdır. Nəticədə proqramçı gündəlik dil ilə proqramlaşdırma dili arasında aralıq forma əldə etmiş olur.
Nə üçün sizin Pseudocode-dan(Psevdokod) istifadə etməyiniz məsləhətdir?
Elə ağır layihələr var ki, psevdokoddan istifadə etmədən siz onların öhdəsindən gələ bilməzsiniz. Psevdokod yazılması sizə imkan verir ki, potensial problemləri əvvəlcədən düşünəsiniz. Bunun sayəsində siz sırf məntiq və proqramın icrası qaydalarını müşahidə edə bilirsiniz və bu zaman kodunuzun işə salınmasından narahat olmursunuz.
Həqiqi kodu yazmadan əvvəl psevdokod yazmaq layihələrinizi daha sürətli başa çatdırmağa kömək edəcək. Bunu proqramınızın bir eskizi kimi düşünə bilərsiz. Kod yazma mərhələsinə başladıqda isə nə edilməsi lazım olduğunu uzun müddət düşünməyə ehtiyac qalmayacaq, çünki bunu əvvəlcədən müəyyən etmiş olursunuz.
Ən yaxşı cəhəti odur ki, psevdokod heç bir proqramlaşdırma dilindən asılı deyil. Sizin yazdığınız məntiq hər kəs tərəfindən tətbiq oluna bilər və istənilən dildə reallaşa bilər. Bu isə sizə təkrar istifadə və yaratdığınız tətbiqin arxitekturasını daha da yaxşılaşdırmaq sərbəstliyi verir.
Psevdokodun daha az diqqət çəkən xüsusiyyətlərindən biri də onu digər insanlarla bölüşmək imkanıdır. Bəzən əlinizdə bir çox layihələrdə istifadə edilə bilən spesifik bir məntiq parçası olur, amma bu layihələrin hamısı fərqli dillərdə yazılmış olur. Psevdokod sayəsində bu məntiqi digər proqramçılarla bölüşə bilərsiniz, onlar isə həmin məntiqi istədikləri dildə realizə edə bilərlər.
Psevdokodu necə yazmalı
Bir proqramçının əsas vəzifəsi belədir: fikirləri kompüterlərin başa düşə biləcəyi bir dilə tərcümə etmək. Bunun necə baş verdiyinə nəzər salaq.
Əvvəlcə biz bir strategiya yaratmaq istəyirik, bundan sonra proqramın ayrı-ayrı hissələri haqqında düşünməyə başlayırıq. Belə ki, biz istəyirik ki, oyun 64x64 ölçülü xanaları olan məhdud bir sahədə baş versin. Bu da aşağıdakı şərtin ödənməsini nəzərdə tutur:
- oyundakı hər bir iştirakçı bu sahədən kənara çıxmamalıdır.
- hər bir simvolun xəritədə yerini təyin edən koordinatları var.
- iştirakçının sahənin daxilində olduğundan əmin olmaq üçün, onun sahənin dörd tərəfindən birini keçib-keçmədiyini yoxlamaq lazımdır.
İndi psevdokodu yaza bilərik (və ya bir proqramlaşdırma dilini kifayət qədər bilsək sadəcə kodu):
- Bölmənin x koordinatı birdən azdırsa, x-i 1-ə bərabər edin.
- Bölmənin y koordinatı birdən azdırsa, y-i 1-ə bərabər edin.
- Bölmənin x koordinatı 64-dən çoxdursa, x-i 64-ə bərabər edin.
- Bölmənin y koordinatı 64-dən çoxdursa, y-i 64-ə bərabər edin.
Nəticədə, bu cümləni: “Oyundakı hər hansı bir xarakter 64x64 sahə daxilində olmalıdır” — hər biri bir operatordan ibarət olan dörd bölməyə ayırmış olduq.
Proqramlaşdırmanı öyrənərkən ilkin mərhələdə ən çətin və vacib olanı fikirlərin insan dilindən proqramlaşdırma dillərinə çevrilməsini öyrənməkdir.
Pseudocode(Psevdokod) yazarkən diqqət yetirməli əsas məqamlar
proqramın icrasının məntiqi
proqramınızın mürəkkəb hissələrinin təfərrüatları
ardıcıl formatlaşdırma
Unutmayın ki, bu “eskiz” ilk növbədə sizin şəxsi istifadəniz üçündür, ona görə də onu sizin üçün münasib olan şəkildə yazın. Bu real kodu yazarkən daha aydın düşünməyə kömək edir. Proqramınızın bütün məntiqləri əvvəlcədən planlaşdırıldıqda, məhsuldarlıq və optimallaşdırma ilə bağlı sınaqlar keçirməyə daha çox vaxtınız qalır. Üstəlik, siz daha dərin kodlaşdırma apardığınız zaman beyninizi həddən artıq gərgin işləməsinə ehtiyac olmayacaq.
Psevdokod haqqında siz nə düşünürsünüz? Ona vaxt sərf etməyə dəyərmi, yoxsa dərhal əsas kodu yazmağa başlamaq daha yaxşıdır? Fikirlərinizi şərhlərdə paylaşın!
Mənbə:
www.geeksforgeeks.org
https://whatis.techtarget.com
Pseudocode(Psevdokod) nədir və onu niyə yazırlar was originally published in Pragmatech on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Saymaq ehtiyacının yaranması, insanların yaradılışı qədər qədim zamanlardan başlamış hesab edilir. İlk zamanlar insanlar barmaqla hesablama üsulundan istifadə etməli olublar. Barmaq sayından çox hesablamaya ehtiyac duyduqları zaman isə daşlardan istifadə edilib. Zamanla artıq daşların çəki olaraq ağırlığı, yer tutması çox və əziyyətli olduğu üçün çubuqlarla hesablamalara başlanıb. Çubuqlar isə kifayət etmədikdə ilk hesablama alətinə ehtiyac yaranıb.
1. İlk hesablama aləti — Abak(lat. abacus — hesab taxtası) adlanır. Abak hərəkətli hissələrə sahib olan ilk hesab aləti sayılır. Üzərində hərəkət etdirilə bilən muncuqlardan(toplardan) ibarət olan sıra ilə düzülmüş tellərdə muncuqları(topları) sağa-sola hərəkət etdirməklə hesab işləri aparıla bilir. Abak sadə hesab əməllərini yerinə yetirməyə kömək edən bir alətdir.
2. İlk mexaniki hesablama maşını (cəmləyici maşın) Blez Paskal (Blaise Pascal) tərəfindən 1642-ci ildə yaradılıb, “Paskalina” adlandırılıb. Bu maşın sadəcə toplama və çıxma əməlini həyata keçirə bilirdi. B.Paskal (B.Pascal) bu qurğunu vergi işçisi olan atasının hesablama işlərini asanlaşdırmaq üçün hazırlamışdı. XVII əsrdə mexaniki toplama çıxma əməllərini yerinə yetirə bilən tək alət bu olmuşdur.
3. Digər hesab əməllərini yerinə yetirmə ehtiyacından qaynaqlı olaraq Qotfrid Vilhelm fon Leybnits (Gottfried Wilhelm von Leibniz) ilk hesab əməllərini yerinə yetirən “Arifmometri” yaratdı. Bu maşın cəmləmə, çıxma, vurma, bölmə əməllərinin hər birini və kökaltı ifadələrin həllini də yerinə yetirə bilirdi.
Bu zamana qədər bütün maşınlar mexaniki olaraq işləyirdi.
4. İlk Universal programla işləyən maşının yaranması isə Ada Lavleys(Ada Lovelace) və Çarlz Bebbicin(Charles Babbage) adı ilə bağlıdır. Ada’dan İtalyan mühəndis Lyuci Federiko Menabreanın(Luigi Federico Menabrea) İsveçrə jurnalına yazdığı analitik mühərrik ilə əlaqədar bir məqaləni tərcümə etməsi istəndi. O, orijinal fransız mətnini ingilis dilinə tərcümə etməklə yanaşı, öz düşüncələrini və fikirlərini də əlavə etdi. Onun qeydləri orijinal məqalədən üç dəfə uzun olması ilə başa çatdı. Bu qeydlər kompüter tarixində konkret bir maşına tətbiq oluna bilən ilk “kompüter proqramı” hesab olunur.
Təəssüf ki, Ç. Bebbic dövrün texniki imkansızlıqları ucbatından, öz arzusuna çata bilmədi və xəyalındakı hesab maşınını yarada bilmədi. Amma onun və öz dövrünün elm xadimlərinin yaratdığı ilkin texnoloji cəhdlər, dövrümüzün universal kompüterlərinin yaradılmasının əsasını qoymuşdu.
5. Punch Cards(Perfokartların) tarixçəsi
Oyuqlu kartlar ilk dəfə J.B.Falkonun (Jean-Baptiste Falcon) 1728-ci ildə düzəltiyi toxuma dəzgahında istifadə edilib. Eyni prinsip ilə 1800-cü illərin əvvəllərində Jakar dəzgahının işə salınmasında da istifadə olundu. Perfokartlarla məlumatların emalına Herman Hollerithin ABŞ-da siyahıyaalma bürosundakı fəalliyyətləri zamanı başlandı.
1860–1929-cu illər arasında yaşayan Alman əsilli Amerika statistikaçı H.Holleritin(Herman Hollerith) ən əhəmiyyətli ixtirası, perfokartlardan istifadə edərək statistik məlumatların daha sürətli qiymətləndirilməsinə imkan verən maşın və sistemi icad etməsidir. 1880-ci ildə siyahıyaalma nəticələrini emal etmək və qiymətləndirmək 7–8 il çəkmişdi. Statistikaçı olan H.Hollerit siyahıyaalma bürosunun topladığı statistikanı mexiniki olaraq emal edilməsi üçün yeni bir metod hazırladı. Bu üsul 240kvadratdan ibarət olan perfokartların əsasında quruldu. Hər bir kvadrat müəyyən bir sual üçün nəzərdə tutulmuşdu. Hər kvadratda bir oyuğun olub-olmaması, verilən sual üçün “hə” ya da “yox” mənasına gəlirdi. Kartlar kiçik əl perforatoru ilə deşilir və kartdakı deşiklərdən keçərək altdakı civə dolu kiçik qablara düşən, metal iynəli elektromexaniki cihaz vasitəsilə oxunurdu. Metal iynələr civəyə toxunanda elektrik xətti qoşulurdu və kvadrat massivin cəmini müəyyən edən göstəricilər qrupu hərəkətə gətirilirdi.
Bu maşın kompüterin sələfidir, ixtiraçı H.Hollerit eyni zamanda IBM şirkətini quran dörd şirkətdən birinin sahibdir. H.Holleritin “Elektrikli bir elektron cədvəl sistemi” adlı tezisi qəbul edildikdən sonra bu sistemə uyğun olaraq hazırlanmış maşın Birləşmiş Ştatların siyahıyaalma bürosu tərəfindən istifadə olunmağa başladı. H.Holleritin maşını sayəsində bir il ərzində 1890-cı il siyahıyaalma nəticələri qiymətləndirildi.
H.Hollerit 1896-cı ildə öz işinə başlamışdır. Daha sonra IBM-i meydana gətirəcək dörd şirkətdən biri olacaq “Tabulating Machine Company”, dünyanın ən böyük statistik bürosu üçün maşın istehsalına başladı. Həm də maşınını inkişaf etdirən müxtəlif əlavə ixtiralar etdi. Herman Holleritin gördüyü işlər müasir informasiya emalı sənayesinin əsasını qoydu.
Mənbə:
1. www.abaküseğitim.com
2. www.biography.com
3. www.kimkimdir.gen.tr
Mexaniki hesablama maşınlarının qısa tarixi was originally published in Pragmatech on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.