Stories by Konul Elyazova on Medium
Demək, sənə əntiqə layihə haqqında danışacam:)
Belə ki, bir layihə düşün Avropada həm yaşamaq, həm də işləmək təcrübəsi versin?
Demək, bu layihə sənə həm Avropada müəyyən müddət könüllü kimi çalışıb, həm də layihə müddətində səyahət etmək imkanı verir..
Söhbət ESC (European Solidarity Corps) yəni bizim dillə desək, Avropa Həmrəylik Korpusu layihələrindən gedir..
Bu layihələr
1) Qısamüddətli (2 aya qədər)
2) Uzunmüddətli (2 -12 aya qədər)
Olmaqla iki yerə ayrılır.
Ən əsas məsələ bu layihələr, tam olaraq ÖDƏNİŞSİZ-dir:) Bütün xərclər Avropa komissiyası tərəfindən qarşılanır.
Xərclər deyəndə:
1) Nəqliyyat
2) Qalma və yerləşdirilmə
3) Qidalanma
və + aylıq cib xərcliyi verir hələ:))
İndi isə gəlin görək, “ESC” layihələri bizdən nələr tələb edir??
Dostlar, inanmayacaqsınız amma HEÇNƏ!!
Sadəcə olaraq
1) İngilis dilində ünsiyyət bacarığı
2) və ən əsası MOTİVASİYA
Yəni nə yüksək IELTS balları, nə güclü ortalama ballı :)
Düzdür, layihədən layihə tələblər dəyişə bilər və sizə daha spesifik tələblər istənilə bilər, ancaq əksər hallarda sizdən sadəcə olaraq “aktiv və bol motivasiyalı” olmağınız istənilir:)
Yaxşı, müraciətdən əvvəl nələrə diqqət etməli olduğumuzu bildik, müraciət prosesinidə bildik, bəs axı müraciət prosesindən sonrakı proseslər necə olur?
Əla, tutaq ki, sən müraciət proseslərindən diqqətli keçdin, bəs deadline-dən sonra nə olacaq?
Layihənə müraciəti yekunlaşdırdıqdan sonra ən əsası dayanmırsan:) yəni tək bir layihə ilə kifayətlənmirsən, diqqətini çəkən, marağında olan layihələrə yenidən müraciətlər edirsən..bu proseslər səni çox inkişaf etdirəcək.
Deyək ki, müraciət etdiyin “X” adlı layihəyə seçildin, sənə layihəni icra edən xarici təşkilatdan ya email ya əlaqə nömrəni qeyd etmisənsə ordan mesaj gələcək. Ancaq əksər təşkilatlar seçildiyinə dair email göndərirlər. Göndərilən maildə sənə əgər viza almağa ehtiyac olan ölkəyə seçilmisənsə, o zaman viza proseslərində yəni səfirliyə təqdim etməli olduğun təşkilat tərəfindən verilməli olan sənədləri qeyd edir.
Bundan əlavə sənin nəqliyyat xərcin, qida və yaşayış xərclərinin qarşılanması, viza rüsümü və.s hər şey haqqında detallı məlumat verir, və tövsiyyə olunur ki, əgər beynində detallı, təkrar soruşmaq istədiyin suallar varsa onu mütləq qeyd et, çünki onsuzda səni seçən, qəbul edən təşkilat sənə maksimum dəstək göstərməlidir. Təbii ki, bu təşkilat və ya qurumdan aslıdır, amma əksərən detallı və məhsuliyyətli yanaşılır.
Sonra Səfirliyə təqdim etmək üçün sənədləri hazırlayırsan, səfirliklə görüş üçün vaxt təyin edildikdən sonra birbaşa viza müraciəti üçün səfirliyə yola düşürsən:)
Səfirlikdə görüş prosesi çox rahat olur, çünki sənə dəvət məktubu, qalacağın yer, nə üçün, nə məqsədlə getdiyinə dair əks etdirən hər bir sənədi xaricdəki təşkilat sənə göndərir və bir də sən layihə ilə getdiyin üçün demək olar ki, vizadan kəsilmə məsələsi olmur, təbii ki, istisnalar ola bilər, amma əksərən proses çətin olmur.
Sonra isə təyyarə biletini alıb möhtəşəm təcrübələr, yeni fərqindəliklər yaşamaq üçün uçursan..:)
Erasmus+ layihələrində ərizə forması önəmlidir, çünki bir-başa sənin seçim prosesinə təsir edir.
Ən əsas məsələni unutma ki, hər bir layihə spesifikdir və tələbləri müxtəlif ola bilir. Təcrübəmə əsasən deyə bilərəm ki, layihələrin hər biri həqiqətən müxtəlif və özünəməxsusdur. Bəzən elə layihə olur ki, səndən məntiqi, əsaslı cavablar və ya məsələyə fəlsəfi yanaşmağını gözləyir. Buna görə də müraciət edəcəyin layihəni yaxşıca araşdırmaq və ən əsası marağına uyğun layihəni seçməyin vacibdir.
“Ərizə forması” əsasən aşağıdakı hissələrdən ibarət olur:
Əsas məlumatlar — Ad, soyad, əlaqə vasitəsi, email və.s
Motivasiya bölməsi— Bu bölmə çox önəmlidir.
Düşünürəm ki, bu hissəni xüsusi ilə layihə mövzusu ilə əlaqələndirmək çox vacibdir. Aşağıda sənin üçün qısa “motivasiya bölməsi” əlavə edirəm:
Təsəvvür edək ki, “İnklüziv” layihəyə sənin maraq dairəndədir və bununla bağlı layihəyə müraciət edirsən.
Məsələn:
Başlıqda………….qısa şəkildə özünəməxsus formada giriş edirsən. Daha sonra əsas hissəyə giriş edirik.
“İxtisasım pedaqoji sahədə olmasına baxmayaq “İnklüzivlik” sahəsinə həm böyük marağım, həm də bu sahə ilə bağlı təcrübəm var”
Sübut edirsən ki, mənim bu sahəyə xüsusi marağım var, yəni bu məni niyə seçməlisiniz? sualına qısa girişdi:)
“İnsanlara yardım etməyi, onlarla ünsiyyətdə olmağı hədsiz çox sevirəm”
Yəni mən vurğulayıram ki, insanlara dəstək olmaq mənim dəyərlərimdən biridir.
“Doğma şəhərimdə … “X” adlı qurum mövcuddur.Bu qurumda könüllü şəkildə əlilliyi olan və əlilliyi olmayan uşaq və gənclərin sosiallaşması üçün eyni zamanda, birlikdə əyləncəli vaxt keçirmələri üçün bir qrup gənc komanda “İnklüziv klub” layihəsini başlatdıq”.
“Klubumuzda- eşitmə məhdudliyyətli, serebral iflic, epilepsiya, autizm spektr pozuntulu uşaq və gənclərlə əyləncəli eyni zamanda,öyrədici vaxt keçirmişik”
Səmimi şəkildə fəaliyyətim haqqında bölüşürəm.
“Sizə yaşadığım kiçik bir təcrübəni bölüşmək istəyirəm”….
Daha sonra gənc yaşadığı təcrübəni bölüşür və sübut edir ki, mən bu təcrübəni qazanmışam və bunun bu təcrübəm əsasında ….
“ Bu kimi yaşadığım hadisələr məni daha da səbirli və təmkinli olmağıma gətirib çıxardı.Yaşadığım təcrübə əsasında mənim empatiya qurmaq, stressli vəziyyəti idarə etmək bacarıqlarımı inkişaf etdirməyimə səbəb oldu”
Qazandığın təcrübə əsasında ….. bacarıqlarının inkişaf etdiyini qarşı tərəfə mesaj ötürürsən ki, məhz elə məni seçməlisən:)
Təşkilatçılara təşəbbüskar, aktiv, ən əsası layihəyə motivasiyalı olduğunu cümlələrin ilə göstərirsən və sübut edirsən ki, mən həm şəxsi-inkişaf üçün həm də layihədən qazandığım bilik və bacarıqlarımı cəmiyyətim üçün faydalı şəkildə sərf edəcəyəm.
3. “Video hissəsi”— Bu hissə layihədən asılı olaraq dəyişir, burada səndən max 3 dəqiqəlik özün, fəaliyyətlərin və motivasiyan haqqında video yerləşdirməyin istənilə bilər.
4. “Layihə mövzusu ilə bağlı əlavə suallar” — Bu hissə də təşkilat və layihədən asılı olaraq dəyişir. Bu hissəni dolğun doldurmağın üçün Avropada ev sahibliyi edən təşkilatı qəşəng araşdırmağında fayda var. Təşkilatın fəaliyyəti və layihə mövzusu ilə əlaqələndirib sonluq hissəyə yaxınlaşırsan..
5. “Sonluq hissə”- Burada təşkilata əlavə sualın və ya layihədə səsləndirmək istədiyin sualını qeyd etməyin istənilir. Təbii ki, əksərən doldurmaq şərt kimi qoyulmur, amma düşünürəm ki, qəşəng suallarını hazırlayıb ora qeyd etməyində fayda var.
6. Sonda təşəkkür edib, yekunlaşdırırsan.
Vacib qeyd: Bütün proseslər ingilis dilində həyata keçirilir.
Müraciət prosesində uğurlar!
Yaxşı, gəldik əsas hissəyə, bu layihələrə müraciət prosesində sənin qarşına çıxacaqlar haqqında məlumatlandıracam.
Öncəliklə, müraciət prosesindən əvvəl nəzərdən keçirməli olduğun məsələri aşağıda qeyd edirəm.
Öz marağına uyğun olan mövzuda layihəni axtarırsan.
Müraciət prosesində səndən nə tələb olunur, diqqətlə nəzərdən keçirirsən.
Müraciət edəcəyin layihənin, Avropada ev sahibliyi edən təşkilat və ya qurumu yaxşıca araşdırıb, sənə uyğun olub olmadığına baxırsan.
Və ən əsası proses müddətində səbirli olub, motivasiyadan düşmürsən :) çünki ilk dəfədən müsbət geridönüş almaya da bilərsən.
Müraciət prosesində təşkilat tələbləri müxtəlif ola bilər, bu tamamilə təşkilat və ya qurumdan asılıdır. Amma, əksərən səndən aşağıdakılar tələb olunacaq.
Ərizə ( Application) formasını doldurmaq
Motivasiya məktubu ( qeyd olunduğu təqdirdə)
CV ( ingilis dilində)
Ərizə formasında aşağıdakılarla qarşılaşacaqsan:
Əsas məlumatlar (ad, soyad, email, əlaqə vasitəsi və.s)
Layihədə niyə iştirak etmək istədiyinə dair “motivasiya bölməsi”( bu sual çox önəmlidir, əksərən bu suala dolğun cavabın əsasında seçilirsən)
Təşkilat və ya qurumun layihənin mövzusu ilə bağlı tərtib etdiyi əlavə suallar.
Motivasiya məktubu:
Bəzən layihə, səndən ayrıca motivasiya məktubu istəyə bilər. Bu tamamən ev sahibliyi edən təşkilat və ya qurumun tələbindən asılıdır.
CV:
“CV” isə sənin və fəaliyyətlərin haqqında qısa şəkildə məlumat almaq üçün tələb oluna bilər.
Yaxşıca araşdırıb, özünə uyğun olan layihəni tap və müraciət et.
Əminəm ki, möhtəşəm təcrübələr qazanacaqsan :)
Öncəliklə xatırlatma edim ki,
Eramus+ gənclik layihələri 5 gün,1 həftə bəzən isə 2 həftəlik olur. Müxtəlif mövzularda təlim kursları və gənclik mübadilələri həyata keçirilir. Müxtəlif Avropa ölkələrindən iştirakçılar seçilir, hər ölkədən iştirakçı sayı müxtəlif olur. Bu ev sahibliyi edən təşkilatın və ya qurumun tələbindən asılıdır, Məqsəd: müxtəlif Avropa birliyinə daxil olan ölkələrin öz ölkələrini təmsil edib,ölkəsinə faydalı olmasında dəstək olmaqdır.
Yaxşı, bəs bizdən hansı tələbləri var?
İngilis dili biliyi (rahat ünsiyyət qura biləcək səviyyədə- minimum B-1)
Aktiv və məhsuliyyətli olmağınız :)
QEYD: 18 yaşdan yuxarı hər kəs bu layihələrdən faydalana bilər.
Xərclər Avropa Komissiyası tərəfindən maliyyələşir.Xərclər dedikdə:
Nəqliyyat
Yaşam və qidalanma
Yerləşdirilmə
Əla, bəs bu layihələri haradan müraciət edə bilərik?
Aşağıdakı sayt vasitəsilə özünə ən uyğun hesab etdiyin layihəni araşdırıb müraciət edə bilərsən.
https://www.salto-youth.net/
Həmçinin mütəmadi olaraq aşağıdakı qurumlar öz sosial şəbəkə hesablarında Erasmus+ layihələri paylaşır:
NAYORA- https://www.instagram.com/nayora_official/
Sağlam düşüncə- https://www.instagram.com/sdgt.csyo/
Gələcəyə körpü- https://www.instagram.com/bf_az/
Qeyd olunan qurumların sosial şəbəkə hesablarını mütəmadi izləyərək layihələrdən xəbərdar ola və rahatlıqla müraciət edə bilərsiniz.
Möhtəşəm təcrübələr yaşayıb həm əylənib, həm öyrənmək üçün bu kimi fürsətlərdən mütləq yararlanın. Növbəti yazılarda görüşmək ümidi ilə :)
Erasmus+ layihələrinin üstünlükləri haqqında danışmaqla, saymaqla bitməz..Təsəvvür edin, siz elə bir layihəyə müraciət edirsiniz ki, həm xərcləriniz qarşılanır, həm də sizə möhtəşəm bilik və bacarıqlar qazandırır. Xərclər Avropa İttifaqı tərəfindən qarşılanır. Belə ki, xərclər dedikdə:
Yol xərcləri;
Qidalanma;
Yerləşdirilmə;
Həyat Sığortası.
Yaxşı, əla, çox gözəl başa düşdük. Bəs şəxsən bizə bu layihələrdə iştirak etmək nə qazandıracaq?
Müxtəlif mədəniyyətdən əntiqə insanlarla tanışlıq, dostluq münasibətləri qurmaq imkanı;
Avropa ölkələrinə ödənişsiz səyahət etmək imkanı :)
Dünya görüşü, fərqli mühit, sağlam düşüncəli beyinlərlə tanış olmaq imkanı;
İngilis dilində ünsiyyət bacarıqlarınızı inkişaf etdirmək imkanı;
Gələcəkdə “ nəvələrimizə” danışa biləcəyimiz maraqlı və bir o qədər əyləncəli xatirələr :)
Və ən əsası hazırkı dövrümüz üçün vacib hesab hesab olunan “yumşaq bacarıqlarınızı” yəni ünsiyyət, təqdimat etmə, tənqidi düşünmə və.s kimi yumşaq bacarıqlarınızı inkişaf etdirmək imkanı.
Əminliklə demək mümkündür ki, mütləq şəkildə fərdi-inkişafınıza töhfə verəcək layihələrdir. Gəlin, bu layihələrdən xəbərdar olub maksimum şəkildə faydalanıb həm şəxsi inkişafımıza, həm də cəmiyyətimiz üçün faydalı, savadlı gənclərdən olaq.
Növbəti “Erasmus+ gənclik layihərinə necə və haradan müraciət edə bilərik?” yazısında görüşmək ümidi ilə.
Erasmus+ nədir?
Öncəliklə, bilməliyik axı bu hər yerdə adını ən azı bir dəfə eşitdiyimiz “Erasmus+” nədir?
Belə ki, daha da sadə dillə desək,
Erasmus+ Avropa birliyi tərəfindən maliyyələşən təhsil, iş mühiti, sosial aktivlik proqramlarında özlərini inkişaf etdirmək istəyən şəxslər üçün hazırlanmış bir proqramdır.
Erasmusun 3 növü var:
1. Erasmus+ mübadilə
2. Erasmus mundus
3. Erasmus+ gənclik layihələri
1. Erasmus mübadilə- Əksəriyyətimiz bildiyi, Avropada bir smestrlik təhsil proqramıdır. Hansı ki, burada siz Avropanın hansısa universitetində bir smestrlik tam təqaüdlü təhsil imkanı əldə edirsiniz. Bu haqda daha ətraflı məlumatı oxuduğunuz universitetin “Beynəlxalq Əlaqələr şöbəsindən” maraqlana bilərsiniz.
2. Erasmus mundus- Magistr və doktorantura təhsili ala biləcəyiniz təqaüd proqramıdır. Bu proqramın ən maraqlı cəhəti isə odur ki, siz bu proqrama müraciət etməklə hər smenstr fərqi Avropa ölkəsində təhsil almaq imkanı qazana bilərsiniz:)
3. Erasmus+ gənclik layihələri- burda isə Avropanın müxtəlif ölkələrində təlim və seminarlardan ödənişsiz şəkildə yararlana bilərsiniz.
Növbəti yazıda “Erasmus+ gənclik layihələrin üstünlükləri” haqqında paylaşım olacaq. Görüşmək ümidi ilə..
Xaricdə təhsil almaq əksəriyyətimiz arzusudur, amma bu da danılmaz faktdır ki, biz nəyə görə bunu istəyirik bilmirik,sadəcə istəyirik..Bəzilərimiz ölkədən qaçmaq,ailəmizdən qaçıb rahatlığa qovuşmaq üçün istəyirik.
Sizə təəssüflə qeyd etməliyəm ki,bunların heç biri səbəb deyil..sadəcə özümüzü aldatmağımız digər formasıdı.
Mən tamamilə anlayıram, xaricdə təhsil almaq önəmlidir, amma nə üçün? Baxın bu suala veriləcək tutarlı cavabınız mütləq ki olmalıdır.
Yuxarıda qeyd olunan “səbəblər” niyə sualına cavab deyil.
Öncəliklə, özünə verməli olduğun bir çox suallar var:
“Mən xaricdə yaşamağa hazıram?”
Bəli, xaricdə yaşamaq birdən-birə veriləcək qərar deyil, onun üçün müəyyən psixoloji hazırlıq olmalıdır.
2. “Təhsil almaq mənim üçün nə dərəcədə önəmlidir?”
Ola bilər ki, siz təhsil almağa meyilli insan deyilsiniz, yəni tutaq ki siz bakalvr təhsilini belə zülümlə bitirmisiniz, bəlkə siz oxumağa yox işləməyə meyilli insansınız, bunlar çox normal haldır.
3. “Niyə məhz xaricdə təhsil almaq istəyirəm və yaxud, xaricdə təhsil almaq mənə nə qazandıracaq?”
Bəlkə sən xaricdə təhsil almaq yolunu özünə “səbəb” kimi gətirirsən, bəlkə də əslində istədiyin o deyil.
4. “Xaricdə təhsil almaq üçün mənim müəyyən dərəcədə büdcəm varmı?”
Bu da önəmli nüasndır, təqaüdlə təhsil alsan belə sənin yaşamaq üçün müəyyən büdcən olmalıdır,çünki nəzərinizə çatdırım ki, xaricdə bütün universitetlər tam təqaüd imkanı yaratmır.
5. “ Hansı ixtisas üzrə təhsil almaq istəyirəm?”
Seçdiyin spesifik sahə mütləq ki olmalıdır, mən hər zaman qeyd edirəm, Ölkə seçimi ən sonda olmalıdır, əvvəlcə ixtisas seçimi daha sonra universitet, sonda isə ölkə seçimi daha məntiqə uyğundur.
6. “Hansı universitetdə mənim seçdiyim sahənin təhsili daha keyfiyyətlidir?”
Bəli, ola bilər ki siz Amerika universitetində oxumaq istəyirsiniz,amma sizin seçdiyiniz ixtisasın təhsili həmin universitetdə elə də keyfiyyətli deyil.
7. “Hansı universitet mənim bilik və bacarıqlarıma uyğundur?”
Ola bilər ki, sən istədiyin universitet səndən elə bilik və bacarıqları istəyir ki, sən ona hələ tam yiyələnməmisən.
8. “Hansı ölkədə təhsil almaq mənim yaşam standartlarıma daha uyğundur?”
Bəlkə sənə soyuq ölkədə yaşamaq diskomfort yaşadacaq, yaxud dini, etnik,ekonimik,mədəniyyət baxımından sənə uyğun olmayan ölkədir və bu hal çox normaldır.
Bəli ,Xaricdə təhsil almaq göründüyü kimi asan proses deyil, bu kimi suallara tam özündə cavab tapa bilməsən işlər çətin ola bilər və sözsüz bu halda sənin motivasiyana təsir edəcək.
Tam olaraq niyə istədiyimizi aydınlaşdıraq, hər şey əla olacaq!