Stories by Emil Dost on Medium
Həyat bəzən Tesla Roadster kimidir. İllər keçdikcə böyüyürük, dəyişirik, təcrübə qazanırıq və hər gün özümüzün yeni bir versiyasını görürük. İnkişaf etmək, irəliyə doğru getmək həyatın bəlkə də en gözəl tərəfidir. Amma geriyə dönüb baxanda başa düşürsən ki, illəri dəyərli edən təkcə qazandığın şeylər və ya keçdiyin yollar deyil. İlləri həqiqətən mənalı edən həmin o anlarda yanında kimin olmasıdır.
Həyatda ən xoşbəxt, ən unudulmaz, həyəcandan ürəyimizin bərk döyündüyü "pik anlar" var... O anları təkbaşına yaşamaqla, sevdiyin və dəyər verdiyin insanlarla paylaşmaq arasında çox fərq var. Sizə o pik anları yaşadalar, o anlarda əlinizdən tutanlar, sevincinizə şərik olanlar əslində bu gün kim olduğunuzu müəyyən edir. İndiki yaşınızda, indiki baxış bucağınızda o insanların buraxdığı izlər çox böyükdür. Onlar sizə təkcə xatirə bəxş etmir, həm də sizi formaşdırır.
Həyatın ən gözəl rənglərindən biri də sürprizlərdir. Sürprizlər hər zaman maraqlıdır, insana özünü dəyərli hiss etdirir. Amma burada əsas məsələ sürprizin özü və ya böyüklüyü deyil. Əsas məsələ o sürprizi kimin etməsidir. Çünki onun etdiyi kiçik bir diqqət, başqa insanın böyük jestindən qat-qat daha dəyərli və unudulmaz olur. İnsanın qəlbini toxunan şey hədiyyənin özü yox, onun arxasındakı səmimiyyət və həmin insanın həyatında olmasıdır.
Ona görə də yaxşı ki, həyatımda sevdiyim insanlar var.
Düzdü, 21 yaşım oldu.
Münasibətlər haqqında adətən ilk olaraq sevgi və ya ani hisslərdən danışırıq. Amma romantika gedəndən sonra gerçəkliklə üz-üzə qalırıq. Hər gün zaman ayırdığınız insan sizin gündəlik yaşantınıza necə təsir edir? Müsbət, yoxsa mənfi?
Münasibəti uzunömürlü edən şey romantiklikdən daha çox, iki insanın bir-birinin həyatına qatdığı faydadır. Buradakı fayda anlayışı düşündüyünüz kimi deyil, burdakı fayda iki insanın birbirinin həyatını asanlaşdırmaq, inkişaf etdirmək və yükünü yüngülləşdirmək bacarığıdır.
Katalizator
Faydalı partner sizin potensialınızı ortaya çıxaran və gücünüzü artıran insandır. O, sizin nəinki bu gününüzə, gələcəyinizə və özünüzə birbaşa təsir edir. Qarşı tərəf sizin hədəflərinizə şübhə ilə yanaşmaq və həvəsinizi söndürmək əvəzinə, riskləri bölüşməyə və sizə uyğun bir şeylər yaratmağa hazırdırsa, bu, birbaşa sizin karyeranıza, qərarlarınıza və özünüzə olan hörmətinizə müsbət təsir edir. Birlikdə olan iki insan bir-birinin inkişafını yavaşladan deyil, onu sürətləndirən bir gücə çevrilməlidir.
Həyatın Yükü
Həyat çoxlu tapşırıqlar, çətin problemlər və gərginliklərdən ibarətdir. İnsan ağır və gərgin bir günün sonunda rahatlıq tapacağı bir liman axtarır. Əgər münasibət var olan son enerjini də lazımsız dramalar, istəklər və yersiz tələblər yerinə, insana daxili sakitlik və dəstək verirsə, bu, şəxsin psixoloji dözümlülüyünü və işdəki məhsuldarlığını birbaşa artırır. Həyatın yükünü iki yerə bölmək münasibətdəki faydanın ən yaxşı göstəricisidir.
Səssiz Enerji
Bəzi münasibətlərdə isə insan bilmədən geriyə gedir. Yanınızdakı insan sizə görünən bir zərər vurmaya bilər, amma varlığı ilə sizi aşağı çəkər. Öz layihələrinizə, şəxsi inkişafınıza və ya istirahətinizə ayıracağınız vaxtı daimi münasibət problemlərini müzakirə etməyə xərcləyirsinizsə, bu, zamanla ciddi bir emosional tükənmə yaradır. Nəticədə siz irəli getmək üçün enerji sərf etmək əvəzinə, münasibətin yaratdığı mənfi fəsadları düzəltməyə məcbur olursunuz. Həyatınızdakı problemləri azaltmalı olan insan zamanla özü əlavə bir problemə çevrilə bilir.
Balans
Münasibət iki tərəfli bir tərəfdaşlıqdır. Əgər bir insanla birlikdə olanda daha yaxşı iş çıxarır, daha sağlam düşünür və həyatdan daha çox zövq alırsınızsa, deməli doğru istiqamətdəsiniz.
Əksinə, qarşı tərəf sizin enerjinizi, vaxtınızı və motivasiyanızı davamlı olaraq mənfiyə aparırsa, o münasibətin dəyərini yenidən sorğulamaq lazımdır. Çünki sevgini yaşadan şey sadəcə hiss edilən müvəqqəti emosiyalar deyil, çətin anlarda bir-birimizin həyatını necə təsir etməyinizdir.
Hər şeyin standarta uyğunlaşdırılmağa çalışıldığı bir dünyada yaşayırıq. Müəyyən bir yaşa çatdınsa işin olmalıdır, filan vaxtda münasibətin olmalıdır, filan yaşda artıq "özünü tutmalısan". Hazır şablonlar, hamı üçün olduğu qəbul olunan"uğur" və "xoşbəxtlik" nədir cavabı..
Amma belədi ki, bir şeyin çoxluq tərəfindən təkrar olunması, onun mütləq doğru olduğu anlamına gəlmir.
Biri çıxıb iş haqqında öz fikrini deyir, biri münasibətin necə olmalı olduğunu elə bil qanunmuş kimi deyir. Eyni cümlələri o qədər çox eşidirik ki, bir nöqtədən sonra bunu standart kimi qəbul etməyə başlayırıq. Çünki beyin asan olana qaçır. Hazır şeyi götürüb öz həyatına yapışdırmaq, öz yolunu getməkdən daha az risklidir.
Problem də elə burdadır. Başqalarının ölçüsü sənə uyğun gəlməyə bilər. Başqasının 9-dan 6-ya qədər olan işi sənin üçün qutu, başqasının ideal münasibəti sənin üçün sadəcə boş bir şey ola bilər.
Məncə çoxluq çox vaxt səhv edir. Çünki çoxluq düşünmür, sadəcə təkrar eliyir.
Hər şeyi fərqli yaşamaq olar. Biri üçün uğur böyük bir şirkətdə vəzifə olar, başqası üçün sadəcə öz layihəsində gecə gündü işləməkdir. Biri üçün münasibət hər gün eyni şeyləri etməkdirsə, başqası üçün bir-birinin azadlığına toxunmadan eyni tərəfə baxa bilməkdir.
Cəmiyyətin yazdığı o yazılmamış qanunlar, qəliblər insanı özündən uzaqlaşdırır. Sən öz hiss etdiyini deyil, səndən gözləniləni yaşamağa başlayanda artıq öz həyatının dizayneri olmaqdan çıxırsan.
Öz qaydalarını özün yazmaq, başqalarının dediyi yolla deyil, sırf sənə uyğun gələn yolla getmək risklidir, amma tək gerçək budur. Qoy çoxluq eyni şeyi təkrar eləsin. Həyat tək bir xətt üzrə getmir və sənin hekayən başqasının eynisi olmaq üçün çox dəyərlidir.
Təsəvvür elə, yağışlı bir gecədə maşın sürürsən.
Hər şey əla gedir. Mahnı var, yol açıq, sürət var. Amma birdən nəsə oldu, benzin bitdi ya da təkər partladı və maşın yolun qırağında, qaranlıqda dayandı. Motor söndü, musiqi dayandı. İçəridə dərin bir səssizlik. Daxilində də biraz panika, bəlkə də dərin bir düşüncə.
Həmin an pəncərədən kənara baxsan.
O yoldan maşınlar keçməyə davam edir. Biri bərk gedir, biri yavaş. Biri hətta ən sevdiyi mahnıya qulaq asır, birinin isə vecinə də deyil ki, sən orada dayanmısan. Yağış kəsmir, hava işıqlanmır, tıxac olmur. Dünya "indi neyniyeciy?" deyib gözləmir. Dəqiq desək sən yolda qalsan da, o öz davam edir.
Belə birşey də var.
Maşının pəncərəsini bağlayıb, başını rula qoyub, "heç nəyin mənası yoxdu" deyib otursan...
Fikirləşirsən ki, kimsə maşını saxlıyacaq, qapını döyəcək, səni oradan qucağına alıb aparacaq??
Təbii ki yox. Heç kim gəlməyəcək.
Ən yaxın dostun bəlkə gəlib maşının yanında dayana bilər, sənə danışaraq kömək eliyər, yemək alar, amma sənin yerinə o maşını sürə bilməz.
Ordan çıxmağın tək bir yolu var.
Qapını açırsan. Ayağını o soyuq, palçıqlı torpağa qoyursan. Pis gündə bəlkə də əllərin əsə-əsə baqajı açırsan, təkəri çıxarırsan. Və təkəri dəyişirsən, o açarı fırladırsan.
Sonra rula keçib motoru xodladırsan. Motor yenidən xodlanacaq. Və sən təzədən o yola çıxacaqsan.
Çünki yol gedir. Sən dayansan da gedir, sən qayıtsan da gedir. Qərar sadədi.
Qaranlıqda dayanmış maşında oturub maşınların keçməsinə baxacaqsan, yoxsa əllərini çirkləndirib təzədən o yola davam edəcəysən?
Ən başda bunu deyək ki, kurs bitirməklə dizayner olunmur.
Hamı özünə "dizayner" deyir. Çünki 2-3 aylıq bir kurs bitirib, Figma-da bir şeylər eləməyi öyrənmək çox asandı. Amma Figmanı bilmək adamı dizayner eləmir. Dizayn alət deyil, bir həyat tərzidi. Kurs alətlərin yerini göstərir, amma istifadəçinin problemini anlamağı, biznesin problemini həll etməyi və o dizayn toxunuşunu necə edəcəyini adətən öyrədə bilmir. Sertifikat heç bir işə yaramır.
Təcrübə illərlə eyni işi görmək deyil. Təcrübə çoxlu səhv, uğursuz həll və müştərinin bəyənmədiyi layihələrdən sonra gəlir. Dizayner o adamdır ki, bir həll tapanda onun tez şəkildə izah edə bilir.
Dizayn "elə prosta qəşəy görünsün" deyil. Müəyyən mərhələyə çatmaq üçün çoxlu praktika lazımdır.
Hazırda Figmada template Aİ, eyni rəng style-ları çoxdu. Məsələ də elə budu: Hamı bir-birinə oxşuyur. Dizayner öz üslubunu qurmağı bacarmalıdır. İşinizi görəndə "Bu onun işidi" dedirtmək üçün öz tərziniz və yanaşmanız olmalıdır.
Dizayn kopyalamaq üzrə mütəxəssis dizaynerlər üçün yolun sonu kimi görünür. Əsl dizayner, təcrübəsini yaradıcılığı ilə birləşdirənlərdir. Və öz tərzini göstərənlər üçün isə hər şey yeni başlayır.
Dizayn problem həll etməyin ən estetik yoludur. Əgər fərq yaratmırsansa, deməli sadəcə figma istifadə eliyənsən.
Bir çox tələbəyə bu ya heç öyrədilmir ya da tam anlamadan üzərindən keçilir. Mövzu User Story-dir.
Dizayn eliyirsən amma kimin üçün elədiyini bilmirsən. Bu zaman sənə User Story dediyimiz şey lazım olur.
User Story istifadəçinin dilindən yazılmış, qısa bir cümlə ilə onun nə istədiyini və niyə istədiyini ifadə edən bir üsuldur.
Klassik formatı belədir:
“[İstifadəçi tipi] olaraq, [məqsəd] istəyirəm, çünki [səbəb].”
Məsələn:
Tez-tez online alış-veriş edən biri olaraq, əvvəlki ünvanlarımdan istifadə etmək istəyirəm, çünki hər dəfə eyni məlumatı yazmaq məni yorur.
Bu, sadə görünür. Amma bu bir cümlənin içində çox şey var: kim, nə, niyə. Üçü birlikdə olanda dizayn qərarlarına vacib olur.
Quruluşu: üç hissə, üç sual
1. Kim? (User) Bu feature-u kim istifadə edir? “İstifadəçi” ümumi bir anlayışdır. Yeni qeydiyyatdan keçmiş biri? Gündəlik aktiv olan biri? Tələbə? 50 yaşlı dayı? Nə qədər dəqiq olsaq, o qədər yaxşı.
2. Nə/Hədəf? (Goal) O insan bu ekranda, bu yerdə nə etmək istəyir? Nəyi tamamlamaq istəyir? Nəyi axtarır? Bu hissə dizaynın əsas funksiyasını müəyyən edir.
3. Niyə/Səbəb? (Reason) Ən çox keçilən hissə budur. Amma ən vacib olanı da budur. Çünki “niyə” olmadan “nə”-nin həqiqətən lazım olub-olmadığını bilmirik. Məqsədin arxasındakı səbəb başqa bir həll yolunu tapa bilər.
Niyə bu qədər vacibdir?
Çünki User Story olmadan biz özümüz üçün dizayn edirik.
Dizayner kimi düşünürük: bu estetik görünür, bu məntiqlidir, bu sənə rahat gəlir. Amma istifadəçi biz deyilik. Onun anlayışı fərqlidir bəlkə tələsir, bəlkə tətbiqə ilk dəfə baxır, bəlkə telefonu bir əliylə tutur və s.
User Story məhz elə bu məsələni həll edir. Hər qərar “mənə gözəl görünür”dən çıxıb, dəqiq bir insanın bir probleminin həllinə çevrilir.
Və komanda içindəkiləri də asanlaşdırır. Developer başqa şey düşünür, menecer başqa şey amma bir User Story olanda hamı eyni istiqamətə baxır.
Aşağıdakı videolardan daha dəqiq User Story yaratmaq üçün məlumat ala bilərsiz:
https://youtu.be/_a3IoCHqxVg [ENG]
https://youtu.be/y1UnzsbJoOg [TR]
Bir layihə üzərində işləyərkən ən çətin olan rəngi deyil, arxasındakı strukturun idarəolunmaz hala gəlməsidir. Bəzən bir sistemin içində o qədər çox məntiq problemi olur ki, adam nə qədər düzəltməyə çalışsa da, ümumi mühit problem çıxarmağa davam edir. Bir müddət sonra başa düşürsən ki, problem səndə deyil, mərkəzdədir.
Hər kəsin öz işini elədiyi mühitdə yaradıcılıq artır. Amma rollar qarışanda, şəxsi ssenarilər peşəkarlığa girib sistemi zibilə salanda, orda artıq iş bitir. Bir liderin vəzifəsi sadəcə işi bitirmək deyil, həm də komandasına sağlam bir sistem qurmaqdı. Amma elə bir nöqtə olur ki, bəzi şeyləri görməzdən gəlmək olmur.
Bəzən ən düzgün qərar, ən çox düşünülməmiş olandır. Səhər hələ də ümid etdiyin bir layihədən axşam çıxmaq, əslində aylarla yığılan o görünməyənlərin nəticəsidir. Bu qaçmaq deyil, öz peşəkarlığına və prinsiplərinə uymaqdır.
Bu prosesdə ən ağır olan, sənə inananların bu qərarı anlamamasıdır. Bəzən insanlara niyə getdiyini izah etmərsən, çünki həqiqət onların bildiyindən daha anlaşılmazdır. Amma unudulmamalıdır ki, düzgün bir gediş, yalandan qalmaqdan həmişə daha dəyərlidir.
Sistemi yenidən qurmaq olar, amma prinsipləri heç vaxt.
Hər birimiz gün ərzində çoxlu tətbiqdən istifadə edirik. Bəs, sevdiyimiz tətbiqlərin interfeysini nə qədər yaxşı tanıyırıq?
Komanda daxili əyləncəni artırmaq və inkişaf etdirmək üçün yeni bir konsept təqdim edirəm: AppSketch.
Keçən günlərin birində tələbələrimlə bu oyunu tapdıq, oynadıq və əyləncəli gəldi, mən də bu oyunu hərkəsin bilməsi üçün paylaşmağı qərara aldım. Həm müəllim/mentorlar dərslərində həm də dizaynerlər öz aralarında oynaya bilər.
APP SKETCH GAME
AppSketch, rəqəmsal tətbiqləri eskiz çəkərək komanda yoldaşlarına anlatmağa əsaslanan, dinamik və rəqabətli bir oyundur.
Oyun sadə şəkildə: Sözlərdən istifadə etmədən, bir tətbiqi necə izah edərdiniz? sualına əsaslanır. Burda məqsəd qəşəng əl qabiliyyəti göstərmək deyil sadəcə, ən əsas olan tətbiqin yadda qalan funksiyalarını tez çəkib, komandaya başa salmaqdır.
Oyun haqqında qaydaları, necə oynanılmalıdır deyə sualları aşağıdakı GUIDE faylından oxuya bilərsiniz:
https://mentorium.notion.site/APP-SKETCH-OYUNU-2f7211b657008067a278ca45c5883f1d?source=copy_link
Fikir vermisənsə, axır vaxtlar sanki hamı eyni adam olub. Eyni şeylərə gülür, eyni cür geyinir, eyni şeylərə əsəbləşir. Kim harda nə desə, sorğulamadan inanırlar. Çox qəribə bir dövrdü.
Hər yerdə reklam, hər dəfə telefonu açırsan, reklamlar. Deyirlər ki, "xoşbəxt olmaq istəyirsənsə, bunu almalısan", "hörmət görmək istəyirsənsə, belə yaşamalısan". Adını da qoyublar "trend". İnsanlar da bu trendlərin dalınca qaçırlar. Axırda bir də ayılırlar ki, öz istədiyi yox, deyilən həyatı yaşayırlar. İnsanlar artıq öz beynilə yox, telefonundakı o "dünya" ilə hərəkət edirlər.
İnsanlıq bitir.
Hamı bir-birinə rəqib kimi baxır. Sosial mediada hamı çox xoşbəxtdir, hamı çox ağıllıdır. Amma real həyatda bir-birimizə baxmağı unutmuşuq.
Birinin dərdi olanda kömək etmək yerinə, "görəsən bunu paylaşsam nə qədər bəyəni yığaram?" deyə düşünənlər var. Təbliğat bizi elə hala salıb ki, duyğularımız da süni olub.
Ayılmalıyıq.
Biz robot deyilik. Hər önümüzə qoyulan fikri qəbul etmək məcburiyyətində də deyilik. Bir az dayanıb, düşünək. Bir dəfə də yanındakı adamın üzünə bax, ekranına yox. Sənə sırımağa çalışdıqları o "ideal" həyatı yox, özün istədiyi və xoş olan sadə həyatı yaşa. Ən əsası, nə olursa olsun, içindəki o insanı həmişə qorumalısan.
Çünki bu dünyanı nə trendlər, nə də yalan reklamlar xilas edəcək.
Hər birimiz dünyaya bir MVP kimi gəlmişik. Sadəcə nəfəs almaq və ağlamaq kimi bir-iki funksiya var. Sonra başladıq özümüzü "inkişaf etdirməyə".
Həyat əslində bir inkişafdı məncə. Oxuduğumuz hər kitab bir update, elədiyimiz hər səhv bir bug fix, hər təcrübə də yeni bir feature-dur.
Özümüzü həmişə təkmilləşdiririk ki, nə vaxtsa "Final Məhsul" olarıq. Mükəmməl, problemsiz, hər şeyi bilən versiyaya çataq.
Amma məsələ budur ki, o final versiya heç vaxt gəlməyəcək.
Çünki, insan bitmiş bir məhsul ola bilməz, o, prosesin özüdür. Bir proqramın update-i olmursa, o zamanla köhnəlmiş sayılır. Biz də eyni. Hər gün yeni bir şey öyrənərək əslində yaşamağa davam edirik.
Bəlkə də hər birimiz böyük bir "Kompüterin" fərqli simulyasiyalarıyıq. Sənin yaşadığın çətinlik məni inkişaf etdirir, mənim uğurum sənə yazılır. Hamımız sonda tək və böyük "Kompüterə" çatmaq üçün fərdi təcrübə toplayan kiçik insanlarıq.
Mükəmməl olmağa çalışıb özünü yormaq mənasızdır. Onsuz da həmişə bir şey problem yaşanacaq və həmişə bir update-ə ehtiyacımız olacaq.
Sən sadəcə bu gün olduğun versiyanın dadını çıxarmalısan. Çünki sabahın artıq fərqli ola bilər.