Stories by Fagani Hajizada on Medium
Aşağıda yazdıqlarım sizin ambisiyalı olduğunuzu, ağıllı bir fərd olaraq yetişmək istədiyinizi və yaxşı insan olmaq istədiyinizi nəzərdə tutur. Bu fikirlər mənim öz təcrübələrimə və səhv edərək öyrəndiklərimə əsaslanıb.
Sadəcə universitet oxumaq sizi yaxşı peşə sahibi etməyəcək
Universitetlərin və universitet təhsilinin peşə sahibi olmaqla əlaqəsi çox azdır. Son illərdə bəzi ixtisaslarda peşə yönümlü dərslərə daha çox vaxt ayrıldığını görsək də, bu kifayət deyil. Universitet imtahanlarından öncə bir çoxunuz düşünür ki, bir neçə il ixtisasınız haqqında dərslər keçib, seçdiyiniz peşəyə yiyələnib və universiteti bitirən kimi həmin peşəni icra etməyə başlayacaqsınız. Real həyatda bu çox vaxt yaşanmır.
Universiteti bitirəndən sonra və ya oxuyar ikən, bir çox insan xüsusi kurslara gedir və ya iş tapmaq üçün buna ehtiyac duyur. Universitet tələbələri üçün şirkətlərin yaratdığı təcrübə proqramlarının səbəbi də budur.
Üniversitetdə oxuyarkən bir çox şirkətlərin tələbələr üçün yaratdığı təcrübə proqramlarından yararlana bilərsiniz. Bu kimi proqramların yaradılmasında məqsəd sizin mütəxəssis olmaq üçün bacarıqlarınızı formalaşdırmaqdır.
Universitet imtahanlarının nəticəsi uğurlu və ya uğursuz olacağınızı təyin etmir
Universitetə qəbul imtahanlarında çox yüksək bal toplayıb, ən yaxşı universitetləri seçmək şansları olan insanların karyeralarında eyni uğuru davam etdirə bilmədiyini çox görə bilərsiniz. Eyni zamanda universitetə daxil ola bilməmiş və ya çox daha aşağı qəbul balı ilə daxil olanların da uğurlu olduğunun kifayət qədər nümunəsi var. Universitetə yüksək balla daxil olan və ya “ən yaxşı” universitetdə təhsil alan hər kəs uğurlu və ağıllı deyil.
Bunun doğru ixtisas seçiminin önəmi, universitetə hazırlaşarkən gələcəkdə hansı peşədə ixtisaslaşmaq haqqında insanların çox az fikirə sahib olması kimi başqa səbəbləri də var, ancaq bu yazıda buna toxunmayacam.
Burada toxunmaq istədiyim əsas məqam odur ki, nə doğru universitet seçimi (önəmli olmasına rəğmən), nə də yüksək bal toplamaq sizə peşəkar olma zəmanəti vermir.
Universitet peşə sahibi etmirsə, bəs universitet nə üçündür?
Universitet bir fürsətdir. Öyrənməyi, sorğulamağı, kritik düşünə bilməyi öyrənmək üçün bir fürsət. Universitet, bizə etik dəyərlərin fərqində olan, dünyanı tanıyan, ümumi bilikləri (general knowledge) müəyyən bir səviyyəyə çatmış insan olmağa doğru ilk addımlarımızı atmağa kömək edir. Üniversitet oxumaq mədəniyyət, iqtisadiyyat, insanlıq tarixi, sosiologiya, psixologiya, elm və elmi üsul kimi mövzulardan xəbərdar olmaq, oxuyub araşdırmaq üçün bir fürsətdir.
Universitet, zövq formalaşdırmaq üçün çox yaxşı fürsətdir. Dünya tarixində iz buraxmış filmləri izləmək, musiqiləri dinləmək və b. bənzər fəaliyyətlərlə dünyanı tanımaq və öz fərdi zövqünüzü formalaşdırmaq üçün bir fürsət.
Sosiallaşmaq, insanlarla birlikdə işləmək, insan idarə etmək kimi bacarıqları öyrənmək üçün universitetin sizə verdiyi fürsətləri dəyərləndirə bilərsiniz. İnsanlarla birlikdə işləyə bilmək, tolerantlıq, komanda olmaq kimi bacarıqlar gələcəkdə peşəkar mütəxəssis olmaq üçün kritikdir.
Sorğulamaq üçün yaxşı fürsətdir universitet. Valideynlərinizin, müəllimlərinizin və başqalarının daha öncədən sizə həyat haqqında (tərkib hissəsi olduğunuz sistem, dini inanclarınız, gələcəkdə kim olmalı olduğunuz və b.) öyrətdikləri əzbər düşüncələri sorğulamaq üçün.
Səhv etmək, səhv insanlara güvənmək, insan tanımaq və saya biləcəyim onlarla bizi insan edən hisslərlə tanış olmaq üçün də fürsətdir universitet.
Universitet seçiminin önəmi
Ölkə daxilində dünya səviyyəli üniversitetdə oxumaq şansınız olmadığı üçün və hal-hazırda demək olar ki bütün üniversitetlərin bənzər tədris sistemini tətbiq etdiyi üçün, hansı universiteti seçməyinizin çox da kritik olduğunu düşünmürəm. Əgər təhsilinizə xaricdə davam etmək istəyirsinizsə və ya gələcəkdə bunu dəyərləndirəcəksinizsə, o halda bunun önəmi biraz daha artır.
Hazırda bundan daha önəmli olan, ətrafınızdakı insanlar olacaq. Daha yaxın olmağı seçəcəyiniz tələbə yoldaşlarınız və müəllimləriniz. Ağıllı və yaxşı insan olmaq üçün, ətrafınızın da belə insanlardan olması önəmlidir. Belə bir ətrafa sahib olmaq çətin ola bilir, bunu problem etməyin. Önəmli olan bunun fərqində olmaq və bunun üçün çalışmaqdır.
Sizi və tərkib hissəsi olduğunuz sistemləri inkişaf etdirən, müxalif olmaq və sorğulamaqdır
Sizə göstərilən hər bir yolu doğru qəbul edirsinizsə və sizə kim olmalı olduğunuz haqqında fikir bildiriləndə buna qarşı əsaslandıra biləcəyiniz bir alternativ yoxdursa bu sizin üçün təhlükə işarəsi olmalıdır. Sizə verilən hər məsləhət, hər aşağı bal və b. bu kimi geri dönüşlər doğru olmayacaq. Sizə dərslərdə öyrədilməyə çalışılan hər bilik də doğru olmayacaq. Bunun fərqində olmaq və sorğulaya bilmək önəmlidir. Sorğulaya bilmək üçün, bilik sahibi olmalısınız. Çox oxumalı və analiz etməlisiniz. Düşünməlisiniz.
Sistemlər (universitetlər, şirkətlər, ölkələr, insanlar və s.) onlara müxalif fikirlər olarsa inkişaf edir. Müxalif olmağı, sorğulamağı və sahib olduğunuz biliklər sayəsində fikrinizi əsaslandırmağı öyrənin. Bunu birbaşa universitetdən öyrənə bilməsəniz belə, universitet oxuduğunuz müddət ərzində bunun üçün kifayət qədər zamanınız olacaqdır.
Biz, özümüzdən və ətrafımızdakı dünyadan narazı olduğumuz, onlara qarşı müxalif mövqedə durduğumuz üçün yaradıcı ola bilirik. Yaxşı mütəxəssisi olmaq istəyimiz istənilən sahədə, bütün tərəqqi içimizdəki narazılığdan və müxaliflikdən doğur. Biz narazılığı aradan qaldırmağa çalışanda və müxalif olduğumuz sistemləri dəyişməyə çalışanda ortaya yaxşı işlər çıxarırıq. Yaxşı insan olmaq və yaxşı həyat yaşaya bilmək üçün fürsətlər yaratmaq bunu tələb edir.
Yaxşı mütəxəssis kimi yetişmək
Universitet həyatınız boyunca seçdiyiniz sahədə mütəxəssis olmaq üçün vaxt və resurs ayırmağınız lazım olacaq. Bunun məsuliyyəti sizin üzərinizdədir. Bu müddət ərzində kurslarda iştirak edə, əlavə resurslar əldə edib çalışa bilərsiniz.
Bu nümunə İnformasiya Texnologiyaları sahəsinə aid olsa da bənzər formada istənilən sahəyə tətbiq edilə bilər. İnternet üzərindən kifayət qədər ödənişli və ya ödənişsiz resurslar əldə edə bilərsiniz. Coursera, edX, Youtube kimi platformalar işinizə yarayacaqdır. Hazır hiss etdiyinizdə, məşğul olduğunuz sahədə mentorluq təklif edən insanları tapıb onlarla əlaqəyə keçə bilərsiniz.
Vaxt ayırdığınız və ambisiyalı olduğunuz müddətcə, imkanlar sonsuzdur.
Hardan başlayaq?
İngilis diliniz yaxşı bilmirsinizsə, öyrənin. Bunun bəhanəsi və ya təxirə salınması olmaz.
Yaxşı mütəxəssis olmaq, həmçinin yaxşı insan olmağı tələb edir. Buda yalnız daha çox oxumaqla, öyrənməklə və sorğulamaqla mümkündür. Daha çox öyrənə bilmək üçün isə, yaxşı resurslara ehtiyacımız var. Yaxşı resurslar üçün isə ingilis dilinə.
Bundan sonra isə istədiyiniz yerdən başlaya bilərsiniz. Çox oxuduqca, araşdırdıqca, sizə yol göstərəcək mentorlar tapdıqca öz yolunuzu kəşf edəcəksiniz.
Hər kəsin etdiyini etsəniz, hər kəs kimi olacaqsınız
Ətrafınızda olan daha öncə universitet bitirmiş insanları analiz edin. Bu insanların az hissəsinin öz sahəsində dərin biliklərə malik olduğunu, dünyanın önəmli şirkətlərində işlədiyini və ən əsası ağıllı insan olduğunu görəcəksiniz. Bunun sayıla biləcək çoxlu səbəbləri arasında universitetdən səhv gözləntilər (keçilən dərsləri oxuyub peşə sahibi olmaq) və universitet həyatının düzgün keçirilməməsi var.
Dünya səviyyəsində tanınan istənilən şirkətdə Azərbaycanda təhsil almış insanlar görə bilərsiniz. Bu insanlar nə ən yaxşı universitet təhsilini alıblar nə də çox yüksək bal ilə daxil olublar — özümdən və ətrafımdan bilirəm.
Əgər daha yaxşısını istəyirsinizsə, daha yaxşısını etməyə məcbursunuz. Daha çoxunu istəyin. Hədəfiniz dünyanın ən yaxşı şirkətlərində çalışmaq, ən yaxşı mütəxəssislər ilə komanda yoldaşı olmaq, dünyanın ən yaxşı mütəxəssislərini işə götürə biləcəyiniz şirkətlər olsun.
Universitetə qəbul ola bilməmək
Hal-hazırlı niversitet imtahanlarının tələbə seçimi üçün ən yaxşı variant olub-olmadığından əmin deyiləm. Bir çox insan həyəcan, valideyn təsiri və təzyiqi və b. amillərdən təsirlənib həqiqi biliyini göstərməyə bilər. Eyni zamanda bir çox insan yaxşı hazırlaşmamış və ya yaxşı hazırlaşmaq üçün resurslara sahib olmamış da ola bilər.
Universitetə qəbul ola bilməmək bir çox fürsətləri və imkanları itirməyinizə səbəb ola bilər, ancaq bu heç nəyi təyin etmir.
Üniversitet imtahanlarında uğurlu ola bilməmisinizsə, bunu sadəcə qəbul edin. Bu həyatda bəlkə ilk böyük uğursuzluğunuz ola bilər ancaq əmin ola bilərsiniz ki bu son deyil.
Bunları yazarkən bilirəm ki, alternativ axtarmaq çətin ola bilər. Əgər belədirsə, yenidən cəhd edin. Gələcəkdə kim olacağınızı özünüzə etdiyiniz yatırımlar və inkişaf etməyə ayırdığınız vaxt təyin edir, qəbul imtahanın nəticəsi və ya diplomunuz deyil. Yuxarıda saydığım bir çox kritik bilikləri qazanıb inkişaf etmək, universitet olmadan da mümkündür.
Biraz araşdırsanız Google, Apple, Microsoft, NVIDIA kimi şirkətlərin bakalvr diplomu tələb etmədiyini və daha çox real təcrübə və biliklərə fokuslandığını orada işləyənlərdən və aktiv vakansiyalardan görə bilərsiniz.
Mənim mentorluq xidmətim (vaxt ayıra bildiyim müddətcə) tələbələr üçün ödənişsizdir. Daha ətraflı: https://calendly.com/faganihajizada/
“Proqramlaşdırma dilin öyrənmə” seriyasının ilk məqaləsi ingilis dili haqqındadır. Bu məqaləyə demək olarki Azərbaycandakı bütün tech community -larda hər gün gördüyümüz o məşhur sualla başlamaq istəyirəm:
X üçün bildiyiniz hər hansı bir Türkçə, Rusca və ya Azəricə resurs/kurs varmı?
Ana dili ingilis dili olmayan bir ölkədə doğulan və təhsil sistemi yaxşı vəziyyətdə olmayan bizlər ingilis dilini öyrənməyə məcburuq. Xüsüsən də IT sahəsində çalışan insanlar olaraq bu bizə hava və su qədər vacibdir.
Niyə?
Bu sahə ingilis dili üzərindən irəliləyir. Bütün sənədləşdirmə (documentation), README faylları, elmi məqalələr, tutorial -lar, adlandırmalar və təcrübəli insanlar tərəfindən yaradılan hər bir resurs ingilis dilindədir. Ingilis dilində olmayanları da mütləq şəkildə tərcümə olunur.
Dünyanın bütün ölkələrində bu sahədə olan komandalar əksər hallarda fərqli ölkələrdə yaşayan insanlardan ibarət olduğu üçün bütün danışıqlar, yazışmalar, interview -lar ingilis dilində aparılır.
Türkçə, Rusca və ya Azəricə qənaətbəxş sayıla biləcək resurslar var ikən, niyə proqramlaşdırma öyrənməmişdən öncə ingilis dilinə önəm verim?
Çünki bu sadəcə kod yazmağı və ya hər hansı bir aləti öyrənməklə bağlı bir şey deyil. Yaxşı mühəndis olmaq, karyerada irəliləmək yaxşı kod yazmaqdan əlavə özünü ifadə bacarığı, insani keyfiyyətlər, dünyagörüşü kimi amillərdən çox asılıdır.
Yaxşı mühəndis olmaq, həmçinin yaxşı insan olmağı tələb edir. Buda yalnız daha çox oxumaqla, öyrənməklə və sorğulamaqla mümkündür. Daha çox öyrənə bilmək üçün isə, yaxşı resurslara ehtiyacımız var. Yaxşı resurslar üçün isə ingilis dilinə.
Proqramlaşdırma öyrənməyi gözümüzdə bu qədər böyütməyək. Bu o qədər çətin deyil. Ancaq yaxşı mühəndis və yaxşı insan olmaq çox çətindir.
Proqramlaşdırma dilin öyrənmə, ingilis dilini öyrən. İngilis dili öyrəndikdən sonra, proqramlaşdırma öyrənmək üçün özünə çox yaxşı resurslar tapacaqsan.
Bu yazımda “BMC Timemachine ROAD 01 Three” haqqında fikirlərimi və önəmli detalları paylaşacam.
İstifadə etdiyim üç ilə yaxın (2 il 11 ay) müddət ərzində “CUBE Attain PRO 2021” ilə minlərlə kilometr qət edib, iki il yarışlarda həvəskar kimi iştirakdan sonra yeni velosipedə keçməyin vaxtı gəlib çatdı.
Bu qərarıma təkan verən əsas amillərdən biri də Almaniyada velosipedi daha da məşhurlaşdırmaq planları və insanlar arasında velosipeddən istifadəni təşviq etmək məqsədi ilə tətbiq olunan əlavə vergi güzəştləri oldu. Bu vergi güzəştləri sayəsində velosiped lizinqi daha əlçatan oldu və ənənəvi alışla müqayisədə 40%-ə qədər qənaətə imkan yaratdı.
Əgər Almaniyada işləyirsinizsə şirkətinizdən bu haqda məlumat ala bilərsiniz
Mənim “BMC Timemachine ROAD” yol velosipedim
Xarici görünüş / Dizayn
BMC Switzerland AG Grenchendə yerləşən İsveçrə velosiped və velosiped məhsulları istehsalçısıdır. Digər velosiped modellərində olduğu kimi, bu “Timemachine Road” modelinin bir BMC məhsulu olduğunu dərhal görmək olur. Bu velosiped sadə, sürətli və biraz aqressiv görünüşə sahibdir.
TCC — Tuned Compliance Concept Speed
BMC, Tuned Compliance Concept (TCC) ilə fərqli modellər üçün xüsusi şaquli uyğunluq (vertical compliance) və yanal sərtlik (lateral stiffness) səviyyəsi təklif edir. Bu uyğunluq səviyyələrində fərqli modellər üçün sürət, səmərəlilik və müxtəlif yol şəraitlərində idarəetmə arasında balans təqdim olunur. “BMC Timemachine ROAD” bir aero velosipeddir və TCC Speed uyğunluq səviyyəsindədir.
TCC konsepti və fərqli uyğunluq səviyyələri haqqında daha ətraflı məlumat üçün:
TCC | BMC
Aero modul
Velosipedə baxdıqda diqqətimizi çəkən ilk şeylərdən biri bu kiçik qara qutu və inteqrasiya olunmuş su qabı tutacaqlarıdır, elə deyilmi? Hətta bəzən insanlar bunun batareya olduğunu düşünə bilir — ancaq bu elektrikli velospied deyil. Bu modul aerodinamikanı təkmilləşdirir və onun praktik istifadə üçün nəzərdə tutulub. Belə ki, bu modulun içində ehtiyat təkər və kiçik alət saxlamaq üçün kifayət qədər yer var.
Aero kokpit/sükan
ICS Aero Cockpit yüksək aero performans, asan tənzimlənmə və asan istifadə üçün dizayn edilmişdir. Bu sistem bütün kabelləri rahatlıqla gizlədir, sürtünməni minimuma endirir, velosiped kompüteri və başqa cihazları rahat şəkildə birləşdirə bilmə imkanı yaradır. Şəkildə mənim öz “Garmin Edge Explore 2” velosiped kompüterimi necə birləşdirdiyimi görə bilərsiniz.
Daha ətraflı məlumat üçün:
ICS | BMC
Aero örtük və Aero oturacaq yeri
Oturacaq yeri aerodinamik üstünlük qazanmaq və fərqli mövqe tənzimləmələri üçün “Kammtail” profili əsasında dizayn edilmişdir. Velosiped 140 mm-lik “Fizik Argo Vento R3” oturacağı ilə təmin edilib. Hərçənd professional “bike fit” etdikdən sonra daha kiçik ölçülü bir oturacağa ehtiyac duya biləcəyimi təxmin edirəm.
Ön əyləc örtüyü hava axınını optimallaşdırır və aerodinamika baxımından üstünlük qazandırır.
Təkərlər
Velosiped 50 mm-lik “CRD-501 Carbon — Tubeless Ready ” təkərlərlə təchiz edilmişdir. Bu təkərlər “tubeless ready” olmasına baxmayaraq 25 mm-lik “tubular Vittoria Corsa Graphene 2.0” şinləri ilə satılır və bu şinlər velosipedin xarici görünüşünü daha da gözəlləşdirir.
SRAM RIVAL eTap AXS
Bir velosiped həvəskarı olaraq bazarda Shimano and SRAM şirkətlərinin təklif etdiyi qrup dəstləri (groupset) haqqında çox oxumuş və maraqlanmışam. Bu mənim velosipedlərdə elektronik sürət ötürücüləri və hidrolik disk əyləcləri (hydraulic disk brake) ilə ilk tanışlığımdır.
Qrup dəsti (groupset) velosipedinizin bütün mexaniki hissələrindən ibarət olan sistemdir
Velosiped SRAM şirkətinin təqdim etdiyi “Rival eTap AXS” (2x12 ötürücülü) modelli qrup dəsti ilə təchiz olunub. Bu sistem sürət ötürücüsünün simsiz şəkildə idarə olunmasına imkan yaradır və ötürücülər arasında dəqiq və sürətli keçidlər etməyə imkan yaradır.
Mexanik ötürücü sistemindən elektron sistemə keçid mənim üçün böyük dəyişiklikdir, ötürücü sistemin rahatlılığını və sürətini çox aydın şəkildə hiss edirəm. Hərçənd bu sistemə öyrəşmək asan olmadı. Mexanik ötürücü sistemlərdən öyrəşdiyim kimi sağ tutacaqla arxa sürət ötürücüsünü, sol tutacaqla isə ön sürət ötürücüsünü idarə etmək istədikdə gözlədiyim nəticəni almadım. Bu sistemdə sağ və sol tutacaq arxa sürət ötürücüsünü idarə etmək üçün istifadə olunur, ön sürət ötürücüsünü kontrol ütmək üçün isə həm sağ həm sol tutacaqdan eyni anda istifadə etmək lazımdır.
“SRAM AXS” mobil tətbiqindən (IOS və Android) istifadə etməklə mən qrup dəstini telefonumla birləşdirə bildim və bu da mənə sistemin proqram təminatını (firmware) yeniləməyə, sürət ötürcüsünün bir çox funksionallıqlarını tənzimləməyə imkan verir. Həmçinin batareyanın nə qədər dolu olduğunu da mobil tətbiqdən görə bilirəm. Batareyanın doluluğunu sistem üzərindəki kiçik düymələr vasitəsi ilə də yoxlamaq mümkündür.
https://www.sram.com/de/sram/road/campaigns/axs-app
Batareyadan söz düşmüş ikən, elektronik ötürücü sistemindən danışırıqsa bizim enerjiyə ehtiyacımız var. Sistem iki doldurula bilən AXS və iki “CR2032” tipli batareyalarla işləyir.
AXS batareyalar SRAM tərəfindən verilən xüsusi qurğu ilə bir saatdan qısa müddətdə doldurula və dolu batareya ilə 1000km -ə kimi istifadə oluna bilir. Sistemin yuxu rejimi (sleep mode) velosiped hərəkət etmədikdə işə düşür və batareyaya qənaət edir
“CR2032" tipli batareyalar dəyişdirilənə kimi iki il işləyəcəyi təxmin edilir
“SRAM RIVAL eTap AXS” sisteminə asanlıqla “power meter” inteqrasiya oluna bilir. Bu məqalə yazıldığı vaxtda inteqrasiyanı əlavə etmək 270 EUR civarındadır.
https://www.sram.com/de/sram/models/pm-riv-assy-d1
Əyləc sistemi
SRAM Rival eTap AXS HRD | SRAM Paceline 160 / 160mm
Əyləc sistemi hidrolikdir və performans baxımından ənənəvi əyləc sistemlərindən çox daha yaxşıdır. Etiraf edirəm ki, mən əvvəllər velosipedlərdə hidrolik əyləc sisteminin real təkmilləşdirmələrdən daha çox bir marketing hiyləsi olduğunu düşünürdüm ancaq yüksək sürət testlərimdə və enişlərdə hiss etdiyim fərq fikrimin tamamilə dəyişməsinə səbəb oldu.
Karbon gövdə
Velosipedin gövdəsi və sükanı karbon materialından hazırlanmışdır və tam çəkisi 8kq civarındadır. Əgər sizin çəkiniz 110kq -dan daha artıqdırsa velosipədə minməmişdən öncə arıqlamağınız lazım olacaq, bu karbon gövdənin qaldıra biləcəyi ağırlıq limiti 110kq -dır.
Bu yazıda bir bəhs etdiyim texnologiyalar, velosiped idmanı və həvəskar yarışlar haqqında daha çox məqalələr istəyirsinizsə bunu rəy olaraq yaza bilərsiniz.
Strava: https://www.strava.com/athletes/69087877
Twitter: https://twitter.com/faganihajizada
Bu məqalə daha yaxşı CV yazmaq üçün yol göstərməyə kömək məqsədi ilə yazılmışdır. Bu başdan sona texniki CV/Resume yazmaq üçün bir təlimat (guide) deyil. Bunun üçün internetdə kifayət qədər məqalə mövcuddur.
Bu məqalə mənim işə müraciət proseslərində aldığım rəylər, fərqli şirkətlərdə işlədiyim müddət ərzində təcrübəli komanda yoldaşlarımdan görüb öyrəndiklərim və texniki komanda lideri olaraq müsahibələrdə (interview) əsas müsahib (interviewer) və qərarverici kimi iştirak edərkən qazandığım təcrübələr əsasında yazılmışdır.
Əsas qaydalar
Qrammatik səhvlərin olmaması və rahat oxunula biləcək olması;
Əlaqə məlumatlarının düzgün şəkildə qeyd olunması;
Şəkil, evli və ya subay olduğunuz, dininiz və b. bu kimi şəxsi və tələb olunmayan məlumatların olmaması;
Təqdim ediləcək olan sənədin 3 səhifədən daha çox olması məsləhət görülməyən haldır, ancaq bu sizin bir səhifəlik fayl üçün çalışmalı olduğunuz mənasına gəlmir. İllər ərzində toplanılmış təcrübəni bir səhifəyə yerləşdirmək düzgün seçim olmaya bilər. Eyni zamanda əgər ilk işinizi axtarırsınızsa və ya tələbəsinizsə daha az səhifə ilə kifayətlənmək də olar.
Kim olduğunuz haqqında qısa məlumat
Kim olduğunuz haqqında yazın. Sadəcə ad soyadınız və vəzifəniz deyil, bu sahədə var olma məqsədinizdən, vizyonunuzdan, nəyə nail olmaq istədiyinizdən yazın.
Tutarlılıq
İnsanların yazdıqlarınızı diqqətlə oxuması üçün onlarda yazdıqlarınıza maraq oyatmaq və rahat oxunula biləcək CV/Resume sahibi olmaq lazımdır.
Sadə, göz incitmədən oxunula biləcək və yaxşı dizayn edilmiş CV/Resume sahibi olun;
Oxunmanı asanlaşdırmaq üçün işarə nöqtələrindən (bullet-points) istifadə edin;
Asan anlaşıla bilən tarix formatlarından istifadə edin. Məsələn, “09/20 — 07/21” tarix aralığını anlamaq “September 2020 — June 2021” tarix aralığını anlamaqdan daha çətindir;
.pdf formatından istifadə edin. .doc, .rtf kimi fayl formatları problemlərə səbəb ola bilər;
Bilik və bacarıqların ölçüləbilən olmasına çalışın. Dəqiq olun;
Əlavə etdiyiniz hər bir məlumat haqqında söhbət açıla biləcəyini, sual verilə biləcəyini nəzərə alın. Buna hazır olun;
Həqiqətə uyğun olmayan məlumatlar əlavə etməyin. Bu sizi sonradan pis vəziyyətə salacaq.
(İş) Təcrübələrinizi paylaşamaq
Təcrübələrinizə, bacarıqlarınıza və əldə etdiyiniz nəticələrə diqqət cəlb etməyə çalışın. İş təcrübələrinizi paylaşarkən nailiyyətlərinizə fokuslanın. Gördüyünüz işlərin işlədiyiniz şirkətə və müştərilərə necə təsir etdiyini göstərin. Göstərdiyiniz nailiyyətlərinizin mümkün qədər ölçüləbilən olmasına diqqət edin.
CV/Resume -un funksional olmasına diqqət edin. Yəni diqqəti iş təcrübənizin xronoloji icmalına yetirməkdənsə, qabiliyyətlərinizə, özünüzlə gətirəcəyiniz, paylaşa biləcəyiniz, komanda yoldaşlarınıza öyrədə biləcəyiniz bacarıqlarınıza cəlb edin;
Mümkün olduqca konkret və dəqiq rəqəmlərdən istifadə etməyə çalışın. Rəqəmlər komandakı mühəndis sayını, kod sətir sayını, SLA dəyərlərini, deployment zamanını, iştirak etdiyiniz proyektin gətirdiyi gəliri və s. göstərmək üçün istifadə oluna bilər. Təqdim etdiyiniz rəqəmlərin necə ölçüldüyünü bilməlisiniz. Həqiqətən ölçmədiyiniz bir məlumatı əks etdirmək etik deyil və daha sonra sizi pis duruma düşürə bilər;
Hər zaman gördüyünüz işi dəqiq rəqəmlərlə ölçmək və göstərmək mümkün olmur. Bu halda işinizin şirkətə necə fayda verdiyini göstərin. Etdiyiniz dəyişikliyin, yazdığınız kodun müştəriyə və şirkətə nə qazandırdığını göstərin;
x texnologiyasından istifadə etdim, y modulunu yazdım kimi ifadələr sizin sadəcə sizə deyiləni və ya tapşırılanı edib bunu sorğulamadığınız hissini yarada bilər. Bundan yayınmağa çalışın — təbiiki əgər belə işləmirsinizsə və bunu düzgün olmadığına inanırsınızsa. Hər hansı texnologiyadan istifadə etdiyinizi qeyd edərkən bunu niyə etdiyinizi, qərarın necə alındığını, məhsula və müştəriyə təsirini qeyd edin;
Hansı qərarları verdiyinizi, bu qərarların səbəbini və nəticəsini qısa, konkret şəkildə göstərin. Qərar vermək üçün hər zaman lead və ya senior vəzifəsinə sahib olmalı deyilsiniz. Yazdığınız hər kod, seçdiyiniz hər bir texnologiya verdiyiniz qərar əsasında formalaşır;
Müştəri yönümlü olduğunuzu göstərin. Sadəcə məhsula və ya verilən tapşırığa fokuslandığınızı yox. Agile olmaq və bunu göstərmək önəmlidir. Müştəri istəyinə uyğun çevik şəkildə dəyişə bildiyinizi, qərarlar ala bildiyinizi və bu prosesin bir parçası olduğunuzu göstərin;
İstifadə etdiyiniz proqramlaşdırma dilini, alətləri və s. göstərmək önəmlidir ancaq şirkətə və məhsula qatdıqlarınız daha önəmlidir — bunu nəzərdə saxlayaraq istifadə etdiyiniz texnologiyaları göstərin.
Layihələr (Projects)
Gündəlik işinizdən əlavə öz layihələriniz üzərində işləmiş və kodlarını Github və b. bənzəri paltformalarda paylaşmış ola bilərsiniz. Bunları mütləq əlavə edin. Bu layihələri yazmaqda məqsədinizi və motivasiyanızı, istifadə etdiyiniz texnologiyaları qeyd edin. Proyektləriniz üçün “Elevator Pitch” olması çox yaxşı olar.
Birdən daha çox sayda CV/resume
Şirkətlərin diqqət yetirdiyi məqamlar, axtardığı bacarıq və təcrübələr eyni deyil. Buna hazır olmaq lazımdır. Fərqli vəziyyətlər üçün hazırlanmış və asan uyğunlaşdırıla bilən fərqli CV/resume versiyalarınız olsun.
Şəxsi maraqlar və fəaliyyətlər (Extracurricular Activities)
İşdən kənar sahib olduğunuz maraqlardan yazın. Bu mövzuda söhbət açıldıqda paylaşa biləcəyiniz sosial profiliniz, portfolionuz və b. hər hansı bir resursunuz olsun.
Məsələn: Sadəcə “video oyunlar oynamaq” olaraq bunu qeyd etməyin. Əgər video oyun oyamaq şəxsi marağınıza daxildirsə çox qısa şəkildə bu haqda yazın. Hansı oyunları oynadığınızı, nəticələrinizin harda olduğunu göstərin.
Mentorluq, könüllü fəaliyyət, meetup -lara qatılmaq kimi fəaliyyətlərinizi mütləq qeyd edin. Çıxış etdiyiniz konfranslar varsa bunları mütləq əlavə edin.
Open source töhfələri
Açıq qaynaq kodlu proyektlərə kod yazaraq, sponsorluq edərək və ya hər hansı formada dəstək göstərirsinizsə bunu qeyd edin. Həll etdiyiniz problemlərə aid nümunələrə, github issue -lara keçidlər əlavə edin.
Nəzərə alınması önəmli olan bir neçə əlavə məqam
Daha öncə fərqli şirkətlərdə vakansiya elan edib işçi alınmasında iştirak edən (hiring manager, interviewer və b.) kimi çalışmış dostlarınız və ya mentorunuz varsa, CV -nizə baxmasını və feedback verməsini istəyin.
CV -niz üzərində daima çalışın. İş yerinizdə və ya öyrənmək yolunuzda yeni bir şeyə nail olmusuzsa, beyninizdə məlumatlar təzə ikən onu əlavə edin.
Bütün bunlara rəğmən nəzərə almaq lazımdır ki, CV/Resume oxumaq özü də bir bacarıqdır. Əgər qarşıdakının təcrübəsi yoxdursa və ya işə yaxşı mühəndis götürməkdə marağı yoxdursa bu zaman sizin edə biləcəyiniz çox şey yoxdur.
Daha ətraflı danışmaq və mentorluq almaq üçün: https://calendly.com/faganihajizada