Stories by Faig Nasirli on Medium
SQL kodu yazarkən istifadə olunan ən yalnış funksionallıqlardan biri də Join-lərdir. Funksionallığı eşidən lakin, məntiqi başa düşməyib SQL kod yazanda səsləndirilən ən məşhur həll `İndeks çatmır`-dır. Xeyr! `Get JOİN-ləri düzəlt` olmalıdır həll. Join-lər komanda yazarkən tək cədvəl əlaqələndirilməsi yaxud sütun birləşdirilməsi üçün deyil. JOİN-ləri düzgün seçəndə həm bir-biri ilə əlaqəsi olmayan cədvəlləri birləşdirə, həm də axtarışda filter edilən hissələri optimallaşdıra bilərik.
Günün reallığı budur ki, Junior əməkdaşlar bir yana Middle və Senior-lar məntiqi başa düşmədən JOİN-lər yazır. Real istehsalat mühitində proseslərin sürəti ms (milli second) ilə ölçülməsinə baxmayaraq, bu kimi səhvləri istehsalat mühitinə çıxararkən 1 saniyəyə nəticə verməli sorğular, 10–15 (bəzən daha çox) dəqiqəyə nəticə verməyə başlayır. Bu problem nə şəbəkə, nə infrastruktur, nə də baza problemi deyil ! Bu problem qeyri-optimal yazılmış SQL kodun nəticəsidir. Bu problemi ortaya çıxarmaq üçün isə şirkətdə real istehsalat mühitindən az fərlənən PREPRODUCTİON yaxud QA (istehsalataqədərki mühit) mühiti yaradılmalı və Database QA (Quality Assurance) mütəxəsisi həmin mühitdə ilk növbədə fərqli parametrlər daxil etməklə testlər aparmalıdır. Yalnız proseslərin performans problemindən uğurla keçdiyini müəyyən etdikdən sonra istehsalat mühitinə çıxarılma olmalıdır.
Hətta performans problemi, arxitektura düzgün qurulmayanda da ortaya çıxır. Arxitekturanı isə şirkətdə Data Architect, Solution Architect, Software Architect, Senior Database Administrator, Senior Data Modeler mütəxəsisləri verə bilər.
Join - əlaqələndirilmiş (bəzən də əlaqəsi olmayan) cədvəlləri birləşdirmək üçün istifadə olunan SQL funksionallıqdır. Əlaqələndirilmiş cədvəllər dedikdə, Primary Key və Foreign Key ilə bağlantısı qurulan, 3-cü Normal Formada olan cədvəllər nəzərdə tutulur.
Düzgün məlumat arxitekturası :
3-cü Normal Formaya görə, aşağıdakı cədvəl, 1 vəziyyətindən 2 vəziyyətinə keçməli və cədvəllər arasında bölünən məlumatlar bir-biri ilə Primary Key və Foreign Key kimi bölünməlidir.
Şəkil 1. NF3 tələbləri
Yəni, 1 nömrəli cədvəldə yerləşən Make sütunu fərqli-fərqli dəyərlər alabilmə potensialından və Make istiqamətində məlumatlar gələcəkdə daha detallı informasiya ala biləcəyindən yeni cədvəlin yaradılması eləcə də 1 nömrəli cədvəllə əlaqələndirilməsi daha məqsədə uyğundur. Bu prinsiplə, Year-Make-Model cədvəli 2 hissəyə bölünərək Makes və Year-Make-Model cədvəli kimi dəyişdirilməlidir. Bu dəyişiklikdən sonra hər iki cədvəlin identifik (cədvələ məxsusi) sütun üzrə Primary Key yaradılmalıdır.
Bonus informasiya : PK-sı olmayan cədvəllər Heap cədvəllər kimi tanınır. Məlumatlar bu cədvəldə data page-yə necə daxil edilirsə, elə də sıralanır. Ona görə məlumat axtarılmasında gecikmələr ola bilər.
Bu kimi bölünməyə aşağıdakı cədvəlləri misal deyə bilərik:
Təhsil sahəsində — Müəllimlər, Tələbələr, Dərslər
Dövlət sahəsində — Vətəndaşlar, Mülklər
Bank sahəsində — Müştərilər, Bank Məhsulları
Retail sahəsində — Müştərilər, Sifarişlər, Məhsullar
və s.
İndi isə, düzgün arxitekturası qurulmuş cədvəllər arasında JOİN-lərin istifadəsinə baxaq.
Nümunə üçün, retail sahəsindən olan aşağıdakı 2 Sifarişlər və Müştərilər cədvəli yaratmışıq. Cədvəllər üzrə sütunlar və məlumatlar aşağıdakı ER diagramda qeyd olunub.
Şəkil 2. ER diagram
Şəkil 3. Country və Citizen cədvəllərinin məlumatları
Bonus informasiya : ER (Entity Relationship) Diagram cədvəllərin bir-biri ilə əlaqəsini görsədən arxitektur diaqramdır. Cədvəllər üzrə hansısa işlər görülərkən, arxitektura istiqamətində dəyişikliklər istifadə edilən zaman mütləq istifadə olunan bir funksionallıqdır. Bəzi məlumat bazası platormalarında daxili ER Diagram saxlama funksionallığı var, bəzilərində isə əlavə diaqram alətlərinə ehtiyac vardır.
İlkin olaraq LEFT, RİGHT, İNNER, FULL join tipləri haqqında məlumat verəcəyəm.
Məktəbdə riyaziyyatdan çoxluq -lar nəzəriyyəsi ilə çalışma edəndə yəqin düşünməmişdiniz ki, məlumat bazası da bu prinsiplə işləyir :) . Datalar ilə işləyən istənilən istiqamətdə bilməli olduğunuz ən əsas məlumat çoxluqlardır. Çoxluqların daha yüksək səviyyədə işlədilməsi massiv -dir. Bəli, bəli. Universitetdə keçilən və zəhlə tökən ali cəbrdəki massiv :) .
Əvvəl çoxluqların necə işlədiyini tam başa düşək. Daha sonra JOİN-lər ilə işlədək.
Şəkil 4. Çoxluqlar
Məlumatlarla işləyərkən ən çox istifadə olunan məlumatların kəsişdiyi və birləşdiyi yerləri müəyyən etməkdir. 2 çoxluq, yəni 2 cədvəl üzrə məlumatlar müqayisə edərkən halqalar arası butun hissələri seçə bilərik. Sırf cədvəl A, sırf cədvəl B, yaxud hər ikisinin ortaq nöqtələri, yaxud da bütün məlumatlar. Bu yanaşmaya görə, qeyd olunan cədvəllər sağ və sol istiqamətdə 2 yerə bölünür.
Şəkil 5. Çoxluqların tərəf olaraq adlanması
Seçə biləcəyimiz hissələr :
Solda olub, sağda olmayanlar
Sağda olub, solda olmayanlar
Hər ikisinin ortaq məlumatları
Hər iki çoxluğun birləşməsi
Yuxarıda 2 çoxluq və 4 hissə qeyd etdik. Bu hissələrin seçilməsi isə SQL-də JOİN ilə edilir.
İstifadə edilən Joinlər :
Seçə biləcəyimiz hissələr :
Left - Solda olub, sağda olmayanlar
Right - Sağda olub, solda olmayanlar
İnner - Hər ikisinin ortaq məlumatları
Full - Hər iki çoxluğun birləşməsi
`Bu çoxluqlardan cədvəllərə keçid edərkən necə istifadə edək? Hissələrin hansı olduğunu necə bilim?` suallarına cavablara indi baxaq.
Ölkəsi qeyd olunan vətəndaşlar
Ölkəsi qeyd olunmayan vətəndaşlar
Vətəndaş və Ölkə cədvəllərinin birləşməsi
Real praktikada bu kimi məlumatları analiz etməli oluruq. Scripti yazarkən join növünü düzgün seçmək mütləqdir. Join-lərarası keçid etmək mümkündür lakin, səhv yanaşmadır. Məhz buna görə bəzi coderlər birləşdirmə üçün ancaq Left Join-dən istifadə edirlər.
Şəkil 4 -dəki Cədvəl A-nı Citizen , Cədvəl B-ni isə Country kimi nəzərə alaraq praktiki axtarılan hissə aşağıdakı Join ilə işlənməlidir :
İNNER JOİN - Ölkəsi qeyd olunan vətəndaşlar
LEFT JOİN - Heç bir ölkəyə aid olmayan vətəndaşlar
RİGHT JOİN - Heç bir vətəndaşa aid olmayan ölkələr
FULL JOİN - Vətəndaş və Ölkə cədvəllərinin birləşməsi
Məntiqlə, əgər vətəndaşın ölkəsi qeyd olunubsa, demək ki, hər iki cədvəldə CountryCode sütunu dəyəri vardır.
Şəkil 6. İnner Join
Praktikada :
SELECT CI.Name , CO.Description
FROM Citizen CI
INNER JOIN Country CO ON CI.CountryCode = CO.CountryCode
Result :
Elə vətəndaşlar var ki, ölkəsi qeyd olunmayıb və bizə lazım olan Vətəndaş cədvəlinin aypara yaxud dairə hissəsidir.
Şəkil 7. Left Join
Praktikada :
Əgər vətəndaşlarla bağlı bütün məlumatları (Ölkəsi qeyd olunan və olunmayan) almaq istəyirəmsə :
SELECT CI.Name , CO.Description
FROM Citizen CI
LEFT JOIN Country CO ON CI.CountryCode = CO.CountryCode
Result :
Əgər xalis ölkəsi qeyd olunmamış vətəndaşlarla bağlı bütün məlumatları almaq istəyirəmsə :
SELECT CI.Name , CO.Description
FROM Citizen CI
LEFT JOIN Country CO ON CI.CountryCode = CO.CountryCode
WHERE CO.CountryCode IS NULL
Result :
Elə ölkələr var ki, heç bir vətəndaş oradan deyil və bizə lazım olan ölkələr cədvəlinin aypara yaxud dairə hissəsidir.
Şəkil 8. Right Join
Praktikada :
Əgər ölkələrlə bağlı bütün məlumatları (Hansısa vətəndaşa aid olunan və olunmayan) almaq istəyirəmsə :
SELECT CI.Name , CO.Description
FROM Citizen CI
RIGHT JOIN Country CO ON CI.CountryCode = CO.CountryCode
Result :
Əgər xalis hər-hansı vətəndaşa aid edilməyən ölkə ilə bağlı bütün məlumatları almaq istəyirəmsə :
SELECT CI.Name , CO.Description
FROM Citizen CI
RIGHTJOIN Country CO ON CI.CountryCode = CO.CountryCode
WHERE CI.CountryCode IS NULL
Result :
Əgər hər iki cədvəlin bütün dəyərlərini görmək istəyiriksə o zaman hər iki hissə lazımdır. Həm heç bir ölkəyə aid olmayan vətəndaşlar, həm ölkəsi qeyd olunan vətəndaşlar, həmdə heç bir vətəndaşa aid olmayan ölkələr görmək üçün FULL JOİN istifadə edirik.
Şəkil 8. Full Join
Praktikada :
SELECT CI.Name , CO.Description
FROM Citizen CI
FULL JOIN Country CO ON CI.CountryCode = CO.CountryCode
Result :
Mühim hissə :
Əgər mən ölkələri qeyd olunmuş əməkdaşlar üçün LEFT JOİN istfadə etsəm bu proseslərin ağırlaşmasına və gecikmələrə səbəb olacaq. Səbəb isə verilən yersiz WHERE şərtidir. Çünki Join növünü düzgün seçəndə həm də filterləməni düzgün seçmiş olursuz.
SELECT CI.Name , CO.Description
FROM Citizen CI
LEFT  JOIN Country CO ON CI.CountryCode = CO.CountryCode
WHERE CO.CountryCode IS NOT NULL
Joinləri anlamaq üçün ilkin 4 Join bunlardır, lakin Joinlər bunlarla bitmir. Əlavə olaraq, Cross Join (Cartesian Product, Self Join, Natural Join də deyilir), Equi Join, Non-Equi Join, Derivered Join və s. kimi advance join növləri də vardır. Unutmayın ki, müsahibədə nə qədər çox Join növü sadalasaz 100 nəfərdən fərqlənəcəksiz.
Delete, Truncate, Drop differences. When you must use these commands. One of the main SQL interview question.
Bu məqalədə SQL istiqamətində (developer, analitik, engineer, admin və s.) ən çox verilən məşhur suallardan biri olan DELETE, TRUNCATE, DROP komandalarının database platformalarında fərqləri haqqında məlumat verəcəyəm. Microsoft SQL Server, Oracle, PostgreSQL istiqamətində əsas fərqlər və icra formaları haqqında məlumat verməzdən əvvəl, ilk öncə komandaların hansı işləri göməsi haqda bəhz edək.
SQL standartına uyğun olaraq hər 3 komandanın ilkin baxışda işləmə prinsipi eynidir. Gəlin ilk növbədə oxşar və fərqli cəhətlərə baxaq.
DELETE — DML komandası olub, yalnız cədvələ tətbiq oluna bilir (İstisna scriptlərdə View objectinə də tətbiq oluna bilir). Məlumatı cədvəldən silmək üçün istifadə olunur. Filterləmə ilə (WHERE) silinmə imkanları var.
TRUNCATE — DDL komandası olub, yalnız cədvələ tətbiq olunur. Cədvəlin background-nu sıfırlayaraq sürətli məlumat təmizlənməni təmin etmək üçün istifadə olunur. Filterləmə ilə (WHERE) silinmə imkanları yoxdur.
DROP — DDL komandası olub, məlumat bazası səviyyəsində istənilən obyekti silmək üçün istifadə oluna bilər.
İlkin olaraq oxşar və fərqli cəhətlərə baxaq.
Oxşarlıqlar :
Hər 3 komanda silinmə üçün istifadə olunur.
İcra olunan zaman obyektin İD-si dəyişməz qalır
Fərqlər :
Delete DML, Truncate və Drop DDL komandasıdır.
Delete və Truncate məlumat silinməsi üçündür, Drop isə obyekt silinməsi üçündür.
Delete və Truncate cədvələ tətbiq olunur, Drop isə istənilən obyekt-ə tətbiq olunur.
Delete komandası ilə axtarış funksionallığından istifadə etmək mümkündür, Truncate ilə mümkün deyil.
İndi isə daha dərin məlumatlar ilə tanış olaq :
Obyektlərin silinməsi.
Oracle database platformasından fərqli olaraq, SQL Server və PostgreSQL platformaları Transactional DDL funksionallığını (CREATE, DROP, ALTER) dəstəkləyir. Yəni, hər iki database platforması tranzaksiya daxilində DDL və DML funksionallıqlarından istifadə etmək mümkündür.
Microsoft SQL Server :
BEGIN TRANSACTION
DROP TABLE Tbl1
COMMIT / ROLLBACK
PostgreSQL :
BEGIN ;
DROP TABLE Tbl1;
COMMIT / ROLLBACK
Tranzaksiyanı sonlandırmamış cədvəlləri yoxlasaq SQL Serverdə expanding prosesi icra olunacaq və tranzaksiya sonlanmamış nəticələr əks olunmayacaq :
Şəkil 1. Microsoft SQL Server
PostgreSQL-də isə, yalnız COMMİT olunmuş obyektləri əks etdiriləcək.
Cədvəldən məlumatın silinməsi .
Cədvəldən seçilmiş məlumatı DELETE ilə sildikdə, data page-də yaranan dead tuple yaranır. DELETE komandası tranzaksiya daxilində işləndikdə geri qaytarılabilən olur. Tranzaksiya tamamlanmamış məlumat data page-dən silinmir. Dead tuple təmizləmək üçün Shrink (Vacuum) proseslərindən istifadə edilməlidir.
Lakin, Oracle database platformasından fərqli olaraq, SQL Server və PostgreSQL platformalarında TRUNCATE komandası tranzaksiya daxilində icra oluna bilir.
Microsoft SQL Server :
BEGIN TRANSACTION
TRUNCATE TABLE Tbl1
COMMIT / ROLLBACK
PostgreSQL :
BEGIN ;
TRUNCATE TABLE Tbl1;
COMMIT / ROLLBACK
Log (Wal) faylının həcmi.
DELETE əməliyatı bulk formada icra olunduqda, məlumat bazasında tranzaksiya log (Wal) fayllarının həcmi kəskin şəkildə artır və diski doldurma riski yaradır.
Lakin, TRUNCATE komandasını icra etdikdə minimal tranzaksiya log faylı həcmini artırır.
Ardıcıllığın tənzimlənməsi.
Delete komandası ilə bütün sətrləri sildikdə cədvəl üzrə identity (ardıcıl dəyərlərin alınması funksionallığı, Məsələn : İNT sütununun 1,2,3,4 …. dəyərləri alması) sıfırlanmır. Lakin, Truncate komandasında bu dəyərlər sıfırlanır.
Fərqli platformalarda bu funksionallıq fərqli imkanlarla təmin edilir. SQL Server və PostgreSQL platformasında İDENTİTY, MySQL platformasında AUTO_İNCREMENT, Oracle platformasında sequence obyekti ilə aktivləşdirilir. İdentity təyin edilmiş sütuna dəyər əlavə edilsə də, edilməsə də ardıcıllığı təmin edir.
Delete və Truncate komandalarının identity ilə işləməsinə baxaq :
İdentity dəyəri olan cədvələ yaradıb, məlumat yazaq və Col1 sütunu üzrə cədvələ yazılan ardıcıl məlumatlara nəzər yetirək.
CREATE TABLE Tbl1 (Col1 INT IDENTITY, Col2 CHAR(1))
INSERT INTO Tbl1 (Col2) VALUES (‘A’),(‘B’),(‘C’)
SELECT * FROM Tbl1
Şəkil 2. İdentity sütunu
Cədvələ 3 sətr əlavə olundu. İndi silinmə ilə ardıcıllığın sıfırlanmasına nəzər yetirək.
DELETE FROM Tbl1
INSERT INTO Tbl1 (Col2) VALUES (‘A’),(‘B’),(‘C’)
SELECT * FROM Tbl1
Şəkil 3. Delete edildikdən sonra yenidən insert edilmə nəticəsi
İndi isə qaldığımız yerdən Truncate komandası ilə eyni prosesə baxaq.
TRUNCATE TABLE TBL1
INSERT INTO Tbl1 (Col2) VALUES (‘A’),(‘B’),(‘C’)
SELECT * FROM Tbl1
Şəkil 4. Truncate edildikdən sonra yenidən insert edilmə nəticəsi
Şəkildən göründüyü kimi cədvəlin identity təyin edilmiş sütunu da sıfırlandı.
Performans problemi.
Proseslər tranzaksiya dəyişiklikləri hesab olunduğundan transaction log faylına (Wal) məlumat yazıldığına görə , həmçinin Delete prosesi cədvəldən sətrləri bir-bir sildiyinə görə performans cəhətdən uzun müddət işləyə bildiyi halda, Truncate komandası prosesi ən qısa zamanda icra edir.
Bu kimi fərqlər haqda məlumatlı olduqda real praktikada hansı komandanın geri qaytarılma imkanı olduğunu biləcəksiz və istənilən SQL tələb olunan müsahibədən rahat keçə bilərsiniz :) .
Bəzən, bəzi işlər təkrarlanan və yorucu formatda ardı-sırası kəsilmədən davam edir. Rutin olaraq, eyni işləri təkrar-təkrar görmək həm yorur, həm də, işçini demotivasiya edir. Bu problemlərdən qurtulmaq üçün Administrative və Engineering istiqamətində bir çox həllər mövcuddur. Şirkətin istənilən istiqamətində olan rutin işləri avtomatlaşdıraraq prosesləri daha sürətli, daha qısa zaman içində həll etmək, eləcə də insan faktoru olmadan icra etmək mümkündür.
Bu yazıda proseslərin avtomatlaşdırılması məqsədilə istifadə olunan ən mühim və ən təməl bir imkandan bəhz edəcəyəm. Bu Job servisidir. Job prosesləri tələb olunan qrafiklə avtomatik formada icra olunası üçün istifadə olunan bir servis funksionallığıdır. Database və infrastructure-nin ən əsas imkanlarından biri olan job servisi, fərqli platformalarda (OS \ Database) fərqli formatlarda adlandırılır. Bu job servis, Microsoft əsaslı əməliyyat sistemlərində — Task Scheduler, Linux əsaslı əməliyyat sistemlərində — Cron, database patformalarında — Agent Job, Agent Service, PG_AGENT, PGCRON, Scheduler və s. kimi adlandırılır. Bu servis daim Running (Up) statusda olmalıdır ki, qrafikə qoyulan prosesləri icra edə bilsin. Hər bir platformada (OS \ DB) da bu servisin adı fərqlidir. Job servisin məhsulu isə Job -dur. Bir platfformada istənilən sayda job yaratmaq mümkündür.
Job yaradılması zamanı prosesin hansı səviyyədə avtomatlaşdırılması nəzərə alınmalıdır. Bu məqsədlə, jobların daxilində avtomatlaşdırılabilən bir neçə imkan vardır. Daxilində SQL, BASH, SHELL, script-lərlə yanaşı, məlumat inteqrasiyası, miqrasiyası kimi imkanları icra etmək üçün istifadə olunan ETL \ ELT proseslərini də konfiqurasiya etmək mümkündür.
Avtomatlaşdırılmış job funksionallığının özünə aid müəyyən komponentlər vardır. Bu komponentlərdən ən əsası 1) Step (addım) 2) Schedule (cədvəl) 3)Notification (bildiriş)
Step — Job step job daxilində icra olunacaq tək bir tapşırıqdır. Görülən işin hansı addımlardan ibarət olması üçün yaradılır. Job, 1 (minimum) və daha artıq step-lərdən ibarət ola bilər. 1 Job daxilində fərqli işlər görə bilən fərqli step-lər yaradıla bilər.
Schedule — Job schedule işlərin nə vaxt və hansı intervalda icra olunacağını təyin edir. Schedule vasitəsi ilə istənilən vaxt aralığını (saniyə, dəqiqə, saat, gün, həftə, ay, il) təyin edərək, icra etmək imkanı var. Hətta, prosesə uyğun schedule yaradıb, yadda saxlanılması imkanı da vardır.
Notification — Job notification müəyyən hadisələr baş verdikdə bildirişlər göndərmək üçün istifadə olunan imkandır. İcra olunan prosesin son statusu (Fail, Success), eləcə də, step-lərə uyğun prosesin status məlumatlandırmasını etmək üçün istifadə etmək olar.
Gəlin SQL Server üzrə nümunəyə baxaq :
Fərz edək ki, bazada mövcud olan Calendar adlı cədvələ hər gün məlumat yazması üçün ayrılmış bir əməkdaşı var və o, hər gecə saat 00:00 cədvələ yeni calendar məlumatı yazma öhdəliyinə görə yuxusuz qalır.
Bu kimi problemin həlli üçün, əməkdaşa bu prosesi avtomatlaşdırmaq təklif edilib.
Problemin həllinə Microsoft SQL Server üzrə baxsaq da, problemin həlli bütün database platformalarında (Məsələn Oracle, PostgreSQL) eyni formadadır.
Şəkil 1. SQL Server Agent
SQL Server Agent qovluğu daxilində Jobs qovluğunda sağ klik edərək yeni job yaradılmasını seçirik və yeni job yaradılması üçün addımlara başlayırıq.
Şəkil 2. Yeni Job
İlkin mərhələdə açılan pəncədə yaradılan Job-un adını təyin edirik. Daha sonra Steps hissəsinə keçid edərək New düyməsinə klikləyərək, açılan pəncərədə Step adını, icra olunan məlumat bazasını, icra olunacaq komanda tipini seçirik (yuxarıda qeyd edilən kimi SQL, PowerShell, Bash və s.) və yekun olaraq pəncərədəki command label-inə script əlavə edilməlidir.
Şəkil 3. Yeni Job Step
Command hissəsində Calendar adlı cədvələ yazılmalı olan cari tarixin gün, ay, il dəyərlərini seçərək script formalaşdırırıq.
Daha sonra Schedule tab-ına keçid etməklə, ya mövcud, ya da yeni schedule yaradırıq. Occurs bölməsindən jobun günlük, həftəlik, aylıq olmasını təyin edib daha ətraflı məlumatları aşağıya yerləşdiririk.
Şəkil 4. Yeni Job Schedule
Əgər məlumat bazası səviyyəsində Database Mail tənzimlənibsə, Email hissəsində Email Account üçün istifadə olunan Operator seçməklə jobun statusu barədə məlumat almaq imkanı yaradırıq.
Şəkil 5. Yeni Job Notification
Tələb olunan işi icra etmək üçün qeyd edilənləri icra etmək kifayət edir.
Yoxlama məqsədli, yaradılan jobu Start edib yoxlayırıq.
Şəkil 6. Job Status
Proses uğurla nəticələnib.
Nəticə:
Şəkil 7. Nəticə
Problemin bu formada həlli ilə həm prosesi avtomatlaşdırmış olduq, həm də yuxusuz qalan əməkdaşa dəstək olduq :) .
Bu nümunə, ən sadə formada avtomatlaşdırılabilən bir prosesin təsviri idi. Real iş mühitində daha mürəkkəb imkanlardan istifadə edərək proseslərin avtomatlaşması üçün joblar və servislər yaradılır.
Bu yazıda Database Administrator, Database Engineer, DatabaseOPS, bəzən də, Database Developer əməkdaşlarının tez-tez eşitdiyi sual olan `İndeks problemi ola bilərmi? Bəlkə indeks yaradaq?` haqqında danışım. İndeks nədir, nə üçün istifadə olunur, niyə indeksə ehtiyac olur, indeksi necə və nə vaxt yaratmaq lazımdır kimi suallara cavab bilmədən indeks yaradılması haqqında tələblər qoyanlar həddindən artıq çoxdur.
İndeks ötən yazımda haqqında bəhs etdiyim data page-lər üzərində qurulur. İndeks yarada bilmək üçün (yaratmaq üçün yox) ilkin olaraq data page haqqında məlumat almaq lazımdır.
Data Page haqqında :
What is data page? How it works? Relation with index
İndeks, cədvəldə yerləşdirilən məlumatların sürətli formada reaksiya verərək emal edilməsi üçün (tək sürətli məlumat oxumaq yaxud, tək sürətli yazmaq üçün yox) istifadə olunan əsas məlumat bazası obyektidir.
Onu da yadda saxlamaq lazımdır ki, məlumat bazasında yaddaş həcminə malik 2 obyektdən biridir.
Əvvəla indeks haqqında ilkin məlumat verim. Qeyd etdiyim kimi, indeks məlumatın data page-lərə müraciət etmək üçün istifadə olunur. Təbii ki, DML komandalarının hər biri başqa iş gördüyü üçün indeks tipləri də fərqli olmalıdır. Buna görə də indekslər OLTP və OLAP processing istiqamətləri üzrə iki əsas hissəyə bölünür.
OLTP (Online Transactional Processing) cədvələ məlumat yazmaq, dəyişmək, silmək üçün istifadə olunan processing növüdür.
OLAP (Online Analytical Processing) adından da bəlli olduğu kimi analiz üçün istifadə olunan processing növüdür. Yəni, bu istiqamətdə yalnız məlumat oxunaraq resultset üzərində müəyyən modifikasiyalar edərək analizlər aparmaq üçün istifadə olunur. Nümunə üçün, Reporting və DWH mühitini demək olar.
Qlobal indeks tiplərindən ən məhşur 2 si haqqında danışacam: Bitmap və B-Tree. Bu indeks tipləri Oracle və PostgreSQL database platformalarında eyni adlı, Microsoft SQL Server platformasında isə prinsip olaraq çalışır.
Təbii ki, platformadan asılı olaraq əlavə çox sayda indeks tipi eşidə biərik. Məsələn Clustered, Non-Clustered, Unique, Filtered, ColumnStore, Hash, Heap və s. . Adı çəkilən hər bir indeks tipinin özünəməxsus təyinatı üzrə istifadə yeri və qaydası vardır.
Axtarışın sürətləndirməsi məqsədi ilə istifadə edilən indekslərin məntiqi, 2 əsas istiqamət üzrə, WHERE ilə axtarılan sütunlara və SELECT ilə seçilən sütünlara şamil edilir.
Nümunə üçün, aşağıdakı SQL script üçün yaradıla bilə potensial indekslərə baxaq.
SELECT FULL_NAME
FROM EMPLOYEES
WHERE EMPLOYEE_ID = 5
Sorğuda işlənən İD sütunu üçün fərqli, ad sütunu üçün fərqli indeks yaradıla bilər.
Məhz fərqlənən bu iki tipə görə Bitmap və B-Tree indeks məntiqlərinə baxaq.
B-Tree indeksin işləmə forması :
B-Tree indeks cədvələ yazılmış məlumatları nömrələyərək özünün yaratdığı data page-lərə yazır. Bu data pageləri də müəyyən sıralama ilə düzür (Ascending/Descending). Nəticədə nömrələnmiş data page-ləri Root, İntermediate, Leaf olaraq qruplayaraq maksimal parçalayır. Bu ağac strukturuna bənzəyir.
Şəkil 1. İndeksin dataların data page-ə uyğun bölməsi strukturu
Məsələn, cədvələ İD sütunu üzrə 1-dən başlayaraq qarışıq formada 200-ə dək sətir yazırıq. Bu sütun üzrə B-Tree index yaratdıqda, indeks öz prinsipinə əsaslanaraq əvvəl ya ascending ya descending sıralama edəcək, sonra isə 1–200 aralığının orta rəqəmini seçəcək və bu ən xırda bölünməyə qədər şaxələnəcək.
Şəkil 2. Use Case üzrə B-Tree indeksin bölünməsi
Bölünə bilən ən xırda leaf-lara bölənədək indeks data page-ləri intermediate səviyəyə yığır. Bu prinsip, həm rəqəm, həm hərf, həm də tarix (və s. data tipləri) data tipləri üçün eyni formada icra olunur.
Şəkil 3. Customers cədvəli üçün ad sütunu üçün yaradılmış B-Tree indeks
B-Tree indeksin yaradılma script-i aşağıdakı kimidir :
CREATE INDEX idx_employees_name
ON employees (name);
Onu da qeyd etmək lazımdır ki, bu indeks tipi yaddaş həcmini çox istifadə edən indeks tipidir. Ona görə də, bu tip indeks-lərin saxlanılması üçün ayrıca directory (tablespace) yaradılması məqsədəuyğundur.
Şəkil 4. B-Tree indeks istifadə edən data page-nin strukturu
Bitmap indeksin işləmə forması :
B-Tree indeksindən fərqli olaraq Bitmap indeks strukturu 2 ölçülü array formasında işləyir. Əsasən, SELECT edilən sütunların WHERE şərtindəki şərtə uyğun sürətli emal edilməsi üçün istifadə edilir. Bu indeks tipinin işləmə forması, istifadə oluna biləcək potensial dəyərləri işarələyib nəticəni işarələnmiş dəyərlərə əsasən sürətli gətirilməsi kimidir.
Şəkil 5. Bitmap indeks
Cədvələ əsasən təyin olunmuş potensial dəyərləri müəyyən edərək işarələyir. Məsələn, Cins sütunu üzrə unikal dəyərlərə baxsaq F və M dəyərləridir. Yəni işarələnmə bu iki istiqamətdə ediləcək. Axtarışda qadın cinsindən olan əməkdaşların İD-si tələb olunanda sürətli olaraq sütun üzrə işarələnmiş 1 dəyərlərini sorğulayacaq və indeksin performansı daha yaxşı effekt verəcəkdir.
Digər nümunədə, Cins və Class sütunları üzrə Bitmap indeks bölünmələri qeyd olunub :
Şəkil 6. Bitmap index Use Case
Onu da qeyd etmək lazımdır ki, cədvəl səviyyəsində DML (İNSERT, UPDATE, DELETE) əməliyyatları icra olunduqca, indekslər data page-də yaranmış dead tuple-lər səbəbindən defragmentasiyaya uğrayır, yəni, dağılır. Defragmentasiyaya uğrama səbəbindən indeks axtarışda əvvəlki effekt ilə performans görsədə bilmir. Bunun üçün də, database səviyyəsində maintenance proseslərinə ehtiyac yaranır. Bunlardan biri də, REİNDEX prosesidir. Bu proses, indeks data page-lərinin yenidən cədvəlin data pagelərinə uyğun formalaşması üçün istifadə olunur.
B-Tree indeksin yaradılma script-i aşağıdakı kimidir :
CREATE BITMAP INDEX index_name
ON table_name (column_name);
Birmənalı olaraq bilmək lazımdır ki, cədvəldə çox sayda indeks performansın yaxşılaşmasından çox, pisləşməsinə səbəb olur. Burada bir neçə göstərici var :
DML əməliyyatlarının indeks sayının çoxluğundan yavaşıyır, çünki DML əməliyyatları dead tuple yaradır və hər bir indeks yenilənməyə məcburdur.
İndeks yaddaşa malik olduğu üçün bazanın həcmini artırır, bu isə məlumat bazası köçürülməsi, yerləşdiyi directory-nin tez dolması və ehtiyat nüsəxdən bərpanın ağırlaşmasına səbəb olur.
İndeks sayı çox olanda DML əməliyyatlarında və mürəkkəb SQL sorğularında indeks seçimi gec baş verir, bu da nəticənin gec gəlməsinə səbəb olur.
İndeks yenilənməsi zamanı OLTP bazalarının qorxulu yuxusu olan BLOCK -ların yaranması və uzun müddət davam etməsi.
İndeks yaratmazdan əvvəl sorğunun optimallaşmasına çalışın :) .
Hesab edirəm ki, indeks haqqında danışmazdan əvvəl indeksin nəyə əsasən lazım olması məntiqini başa düşmək lazımdır. Yəni, məlumatların hansı formada saxlanılması məntiqi haqda. İndeks məntiqi, cədvəlin background-unda yerləşən data page -lərə uyğun olaraq işləyir. Data page məntiqi fərqli database platformalarda eyni formatda işləyir. Database platformasından asılı olaraq 1 data page susmaya görə fərqli həcmə malik ola bilir. Nümunə üçün, Oracle, SQL Server, PostgreSQL database platformalarında 8Kb, MySQL platformasında 16Kb yaddaş həcminə malik olur.
Data Page nədir? Məlumatlar cədvəl daxilində yerləşir kimi görünsə də, axra fonda, məlumat bazası fayllarının içindəki müvafiq strukturlarla duzulmüş data file-larda yerləşir. Hər bir data faylı da, özünəməxsus formatda data page bölgüsü edir. Data page-lər, data faylında müvafiq ardıcıllıqla və nizamla düzülərək öz növbəsində collection-lara bölünür. Bu da, hər bir cədvəlin özünə aid yüzlərlə data faylı, minlərlə data page yaratması deməkdir.
Cədvəl səviyyəsində istənilən DML əməliyyatı (İnsert, Update, Delete) cədvəl səviyyəsində görünsə də, əslində data faylındakı data page-lərdə dəyişiklik edir.
Şəkil 1. Data Page
DML komandaları icra olunduqda data page-lər necə reaksiya verir?
Məlumat cədvələ yazılan zaman, cari data page üzrə boş yer var isə, məlumatı həmin data page-yə, yer yoxdursa yeni data page yaradaraq məlumatı nömrələyərək (indeksləyərək) oraya yazır.
Bəs mövcud cədvəldən hansısa sətiri sildikdə yaxud dəyişdikdə necə reaksiya verilir?
Cədvəl üzrə silinmə əməliyyatı mövcud sətirin məlumatlarının data page-dən silinməsi ilə nəticələnir. Nəticədə data page üzrə müəyyən boşluqlar yaranır ki, buna da `dead tuple` (ölü zona, boş sahə) deyilir.
Cədvəl üzrə icra olunan Update komandası da, heç də göründüyü kimi dəyişiklik edərək, dəyişikliyi cədvəldə saxlamır. Əslində icra olunan proses Delete və İnsert əməliyyatlarının icrasından ibarətdir. Yəni, dəyişən məlumatlar əvvəlcə data page-dən silinir, sonra isə yenidən data page-yə əlavə olunur.
Şəkil 2. DML reaction on data page
Bəs bu ortada yığılan dead tuple -i necə təmizləmək olar? Bu gələcəkdə nə kimi problem yarada bilər?
Dead tuple nə qədər çox olarsa, cədvəlin təmizlənəbilən free space-i o qədər çox olacaq. Bu da disk səviyyəsində məlumat bazasının həcminin külli miqdarda şişməsinə gətirib çıxarır. Bu problemi isə, bütün platformalarda maintenance prosesi kimi tanınan shrink (vacuum) kimi funksionallıq ilə təmizləmək olar.
Şəkil 3. Shrinking Database
Məlumat bazasının daxilində nə qədər free space olmasını, bazanın metadata-sını saxlayan cədvəllərdən oxuyaraq bilmək olar.
Cədvəl üzərində yaradılan indekslər isə data pagelərin düzülmə formasını və düzgün paylanması tənzimləmək üçün istifadə olunur.
Müvafiq sütun üzrə cari dəyərdən əvvəlki və sonraki dəyərlərin müqayisə edilməsi ən çox istifadə olunan SQL funksionallıqlardan biridir. Bu funksionallıqları əsasən biznes proseslərinə uyğun keçmişə nəzərən analizlərin edilməsi zamanı istifadə edirlər.
Məsələn, aylıq satış dəyərlərini müqayisə etmək, spesifik müştərinin icra etdiyi bank tranzaksiyaları və s. nümunə görsətmək olar.
İstifadə edilən funksionallıq Microsoft SQL Server (T-SQL), Oracle (PL SQL), PostgreSQL (PSQL) və s. platformalarında eyni formada eyni sintaksis ilə istifadə olunur.
LEAD və LAG funksiyaları bu dəyərlərin gətirilməsində istifadə olunan advance SQL komandaları olmaqla, tez-tez SQL\Database Development istiqaməti müsahibələrində soruşulan funksiyalardır.
Funksiyaların sintaksisi :
LAG(column_name, offset, default_value) OVER (PARTITION BY partition_column ORDER BY order_column)
Funksiya sıralama, hissələrə bölmə və bəzi dəyərlərin ötürülməsi kimi parametrlər almaqla indeksləməklə əvvəlki (sonrakı) dəyərlərin seçilməsinə xidmət edir.
Oracle platforması üzrə müştərilər cədvəli yaradıb nümunə üzərindən baxaq :
Şəkil 1. Müştərilər cədvəli
İlkin olaraq funksionallığın işləmə formatını anlamaq üçün İD sütununun əvvəlki və sonrakı dəyərlərini ekranda əks etdirək. Bunun üçün əvvəlki (sonrakı) dəyərini əldə etmək istədiyimiz sütunu funksiyanın içinə əlavə edirik. Həmçinin, sütun üzrə müvafiq sıralama (ASC\DESC) təyin etmək lazımdır ki, dəyərlərin hansı ardıcıllıq ilə düzülərək əvvəlki (sonrakı) dəyərləri gətirəcəyini müəyyən edək.
SELECT
ID,
LAG(ID) OVER (ORDER BY ID ASC ) AS PREVIOUSID ,
LEAD(ID) OVER (ORDER BY ID ASC ) AS NEXTID
FROM CUSTOMER
Şəkil 2. Lead və Lag funksiyalarının dəyərləri
Nəticəyə nəzər salsaq, İD sütunu, PreviusİD sütunu, NextİD sütunu üzrə cari, əvvəlki və sonrakı dəyərləri output-a çıxarmışıq. Cədvəldə İD sütunu üçün 1 dəyərindən əvvəl hər hansı bir məlumat olmadığından PreiousİD sütununda ilk sətir kimi Null dəyəri siyahıda əks olunub.
İndi isə use case üzərindən funksiyaları istifadəsinə baxaq.
Use Case : Horst Kloss adlı müştərinin sifariş intervalını müqayisə etmək üçün əvvəlki və sonrakı sifariş tarixini ekranda əks etdirək.
SELECT C.FIRSTNAME || ‘ ‘ || C.LASTNAME AS CUSTOMER,
O.ORDERDATE,
LAG(O.ORDERDATE) OVER (ORDER BY O.ORDERDATE ASC ) AS PREVIOUSTRAN ,
LEAD(O.ORDERDATE) OVER (ORDER BY O.ORDERDATE ASC ) AS NEXTTRAN
FROM CUSTOMER C
JOIN ORDERS O ON O.CUSTOMERID=C.ID
WHERE C.FIRSTNAME || ‘ ‘ || C.LASTNAME = ‘Horst Kloss’
ORDER BY ORDERDATE
Şəkil 3. Use Case
İndi isə, bütün müştərilər üçün eyni funksionallığı yoxlayaq. Bunun üçün, Partition By komandası ilə qruplara bölərək prosesi icra edək. Qruplara bölünmə prosesini isə unikal sütun təyin edərək İD sütununa tətbiq etmək lazımdır
SELECT C.FIRSTNAME || ‘ ‘ || C.LASTNAME AS CUSTOMER,
O.ORDERDATE,
LAG(O.ORDERDATE) OVER (PARTITION BY C.ID ORDER BY O.ORDERDATE ASC ) AS PREVIOUSTRAN ,
LEAD(O.ORDERDATE) OVER (PARTITION BY C.ID ORDER BY O.ORDERDATE ASC ) AS NEXTTRAN
FROM CUSTOMER C
JOIN ORDERS O ON O.CUSTOMERID=C.ID
ORDER BY C.ID
Şəkil 4. Use Case 2
Nəticədə, bu üsul ilə bütün müştəri sifarişlərini sıralayaraq qruplaşdırmaqla sifariş intervalını təyin edə bilərik.
Konkret indeksləmə edilməsi üçün ROW_NUMBER() funksiyasını tətbiq etmək olar.
Baza sistemlərində məlumat versiyasının saxlanması üçün bir neçə üsuldan istifadə etmək mümkündür. Bu imkanlar ya baza sisteminin bizə təqdim etdiyi funksionallıq və obyekt ola bilər, ya da İT dilində desək `manual` olaraq icra oluna bilər. Cari olaraq SQL Serverdə istifadə olunan
Script yazmaq
Trigger obyekti yaratmaq
System Versioning konfiqurasiyası
CDC (Change Data Capture)
Fərqli şirkətlərdə bu mədəniyyət fərqli formatda özünü görsədir. Script yolu ilə seçilərsə yazılan bütün prosedurlar bu məntiqə uyğun `Audit` adlı alt cədvələ yazılır və bütün development işləri müəyyən edilmiş template üzərində validasiyadan keçərək icra olunur. Yaxud bu kimi məlumatların saxlanılması üçün yeni prosedur yazaraq DML kommandaları o prosedura dəyər ötürməklə avtomatlaşmış formada icra etmək də mümkündür.
Trigger obyekti çox müraciət edilən üsul olmasa da, bəzi məlumat bazası platformalarında (şirkət yanaşması və platforma funksionallığı nəzərə alınaraq) bu üsuldan istifadə edilir. Yaradılmış trigger obyekti İNSERT, UPDATE, DELETE komandalarının hər biri üçün ayrıca yazılır. Nəzərə almaq lazımdırki versiyasını saxlamaq istədiyimiz cədvəl sayı 100-dən yuxarı olarsa, baza səviyyəsində 300 yeni trigger obyekti yaratmaq lazım olacaqdır. Bu və bulk əməliyyatlarda performansda fərq verməsi səbəbindən bu metoddan qaçanlar da az deyil.
Modern sistemlərdə sürət böyük əhəmiyyət kəsb etdiyindən stream processingdə geniş istifadə olunan funksionallıqlardan biri də Change Data Capture -dir. Qeyd etmək istərdim ki, bu funksionallıq bir çox məlumat bazası platformalarında mövcud olmadığından, thirt-part tool-lardan istifadə edilir. Lakin, Microsoft şirkəti bütün imkanları 1 platformada təqdim etmək prinsipini rəhbər tutaraq, SQL Server -də də bu funksionallıqları əlavə olaraq istifadəçilərə təqdim edib. Təbii ki funksionallığın özünə görə müsbət və mənfi cəhətləri vardır. Performansda minimal effekt, primary key yaratmadan ən qısa yol ilə məlumata çatma, sinxronlaşma imkanı, analitik və reporting sistemlərə ( eləcə də DWH və DataLake) inteqrasiya olunabilmə, prosesin yaxşı cəhəti olduğu kimi, SQL Server Agent Service -dən asılı formada işləmə, məlumat həcmi və bütövlüyü də problem kimi qeyd oluna bilən məqamlardır.
System Verioning - məlumatın əsas cədvəlin alt cədvəlində saxlanılması formasında icra olunan bir imkandır. Bir növ, özündə `Script üsülu və Trigger` üsulunu birləşdirən bir funksionallıqdır. Bunun üçün ilk növbədə cədvələ 2 yeni sütun əlavə etmək və sütunlara sistemin cari vaxtına uyğun tarix və zaman generate edilə bilən constraintəlavə edilməlidir. Daha sonra isə System Versioning funksiyasını aktivləşdirərək, məlumatın saxlanacağı tarixçə cədvəlini görsətmək lazımdır. Funksionallığı tətbiq etmək üçün yeganə əngəl cədvəl üzrə Primary Key kaprizinin olmasıdır). Heap cədvəllərinə System Versioning imkanını tətbiq etmək olmur. Paralel olaraq funksionallıq məntiqli olaraq, cədvəl üzrə icra olunan UPDATE və DELETE sorğularının keçmiş dəyərlərini (bir əvvəlki versiya) özündə saxlayır.
Funksionallığın konfiqurasiya olunmasına nümunə üzərindən baxaq :
Funksionallığı aktivləşdirmək üçün yeni cədvəl yaradırıq (mövcud cədvəldə də eyni formada tətbiq edilə bilər).
CREATE TABLE MainTable (
ID INT Primary Key,
PROCDATE DATE ,
DESCRIPTION VARCHAR(50)
Şəkil 1. Əsas cədvəl
Yuxarıda qeyd edilən yeni sütunu və constraintləri əlavə edək :
ALTER TABLE [Main] ADD
validfrom DATETIME2(3) GENERATED ALWAYS AS ROW START HIDDEN NOT NULL;
CONSTRAINT Main_validfrom DEFAULT(‘19000101’),
validto DATETIME2(3) GENERATED ALWAYS AS ROW END HIDDEN NOT NULL;
CONSTRAINT Main_validto DEFAULT(‘99991231 23:59:59.999’),
PERIOD FOR SYSTEM_TIME (validfrom, validto);
İndi isə System Versioning funksionallığını tarixçə cədvəlini görsətməklər aktivləşdirək (cədvəli yaratmağa ehtiyac yoxdur) :
ALTER TABLE [Main]
SET ( SYSTEM_VERSIONING = ON ( HISTORY_TABLE = dbo.Main_History ) );
Başa düşülən və metadata axtarışı zamanı rahatlığın təmin olunmasına görə tarixi cədvəli əsas cədvəlin adının sonuna _History, sütunların isə önünə əsas cədvəlin adının qeyd olunması məqsədə uyğundur.
Funksiyanı aktivləşdirdikdən sonra cədvəlin adi cədvəllərdən fərqlənərək işarəsinin dəyişməsini görə bilərik.
Şəkil 2. Versiyalaşdırılmış əsas cədvəl
Cədvəlin daxilinə nəzər saldıqda alt tarixçə cədvəlini görə bilərik.
Şəkil 3. Versiyalaşdırılmış əsas və tarixçə cədvəli
Konfiqurasiya bu addımla tamamlandı. İndi isə məlumatın versiya saxlanmasına nəzər salaq.
Cədvələ məlumatlar daxil edək :
INSERT INTO Main
(ID,PROCDATE,DESCRIPTION)
VALUES
(1,GETDATE(),’First line for checking history table’),
(2,GETDATE(),’Second line for checking history table’)
Versiyaların saxlanılmasını görmək üçün cədvəldə UPDATE və DELETE komandaları üzrə dəyişiklik edək.
UPDATE Main
SET DESCRIPTION=’Test of system versioning’
WHERE ID=2
DELETE Main
WHERE ID=1
UPDATE Main
SET DESCRIPTION=’Second Test of system versioning’
WHERE ID=2
Nəticəyə baxdıqda əsas cədvəldə 1, əlavə cədvəldə 3 (dəyişiklik sayı qədər) sətir var. Main_History cədvəlində əks olunan məlumatlar Main cədvəlinin dəyişiklikdən əvvəlki məlumatlarıdır.
Şəkil 4. Məlumat versiyaları nəticəsi
Qeyd etmək istərdim ki, system versioning funksionallığının ən gözəl tərəfi isə məlumatın tarixçə cədvəlində dəyişəbilənliyinin qarşısını alır. Paralel olaraq bu funksionallıq aktiv olduğu müddətdə hər iki cədvəlin silinməsi imkanı limitlənir. Digər üstün cəhətlərindən biri isə, tarixçə cədvəlinə retention period vermək mümkündür. Bununla da lazım olmayan köhnə tarixi dəyərlərin avtomatik təmizlənməsini təmin etmək olar.
Məlumat bazası arxitekturası düzgün qurulmayan zaman, yaradılmış cədvəllərdə dublikat (təkrarlanan) məlumatlara rast gəlmək olar. Bu hal cədvələ məlumat yazarkən, tranzaksiya yaratmadan və validasiya (düzgünlüyün yoxlanılması) etmədən proses icra edilən zaman da yarana bilər.
Cədvəl üzərində dublikasiya problemini aradan qaldırmaq üçün SQL Server platforması üzərindən ROW_NUMBER() sistem funksiyasından istifadə etmək olar. Use case-i test etmək üçün yeni cədvəl yaradıb, cədvələ dublikat məlumatlar daxil edək.
CREATE TABLE CUSTOMERS (
ID INT,
FULLNAME VARCHAR(100),
EMAIL VARCHAR(100),
PHONE VARCHAR(100)
INSERT INTO CUSTOMERS
(ID, FULLNAME, EMAIL, PHONE)
VALUES
(1, ‘Hasan Aliyev’, ‘haliyev@gmail.com’, ‘+75952146742’),
(2, ‘Sahin Hajiyev’, ‘sahajiyev@gmail.com’, ‘+75955846682’),
(3, ‘Sahin Hajiyev’, ‘sahajiyev@gmail.com’, ‘+75955846682’),
(4, ‘Hasan Aliyev’, ‘haliyev@gmail.com’, ‘+75641351483’),
(5, ‘Sahin Hajiyev’, ‘sahajiyev@gmail.com’, ‘+75955846682’),
(6, ‘Victoria Kutuzova’, ‘v.u.k.@gmail.com’, ‘+345365999654’)
Cədvələ əlavə edilən məlumatlardan rahatlıqla görmək olar ki, İD sütunu dəyərləri fərqlənsə də, cədvəl üzrə digər dəyərləri eyni olan məlumatlar mövcuddur.
ROW_NUMBER() funksiyası cədvəl üzrə nömrələ etmək üçün istifadə olunur. Lakin, funksionallığın tam imkanlarından istifadə edərək müvafiq sütunlara əsasən cədvəldəki dəyərlərin dublikatlığını yoxlamaq mümkündür. Bunun üçün paralel dəyərlərinin yoxlanılmasını istədiyimiz sütunları və cədvəl üzrə sabit olan sütun təyin edib funksiyaya əlavə edərək nömrələmə etmək lazımdır. Sabit artan dəyərimiz İD sütunudur, yoxlanılmasını istədiyimiz sütunlar isə FULLNAME,EMAIL,PHONE -dir.
SELECT
ROW_NUMBER() OVER (PARTITION BY FULLNAME, EMAIL, PHONE ORDER BY ID ) AS ROWNUM,
FROM CUSTOMERS
Konkret olaraq output -da yalnız dublikat dəyərləri görmək istəyiriksə, SQL Server -in Common Table Expression funksionallığından istifadə etməklə sorğu yazmaq mümkündür.
;WITH CTE AS (
SELECT
ROW_NUMBER() OVER (PARTITION BY FULLNAME,EMAIL,PHONE ORDER BY ID ) AS DUPLICATEROW,
FROM CUSTOMERS
SELECT * FROM CTE
WHERE DUPLICATEROW>1
Müvafiq cədvəldən müəyyən edilmiş dublikat dəyərlərin silinməsi üçün aşağıdakı sorğudan istifadə etmək olar.
BEGIN TRAN
;WITH CTE AS (
SELECT
ROW_NUMBER() OVER (PARTITION BY FULLNAME,EMAIL,PHONE ORDER BY ID ) AS DUPLICATEROW,
FROM CUSTOMERS
DELETE CUSTOMERS
WHERE ID IN (SELECT ID FROM CTE WHERE DUPLICATEROW>1)
- -Do not forget check and COMMIT\ROLLBACK transaction
Qeyd: Əgər silinəcək dublikat dəyərlərin sayı həddən artıq çoxdursa yüklənmənin və lazımsız Dead Tuple-lərin yaranmasının qarşısını almaq üçün SQL Serverin TABLOCK və WHILE komandalarından istifadə etmək tövsiyyə olunur.