Stories by Gafur Hasanli on Medium
Real partiyasının lideri İlqar Məmmədov 24 mayda facebook üzərindən Ramazan bayramı münasibətilə status yazıb və statusda insanların vicdan tərbiyəsini dini inanca bağlayıb. Bu şablon fikrə elə statusun yazılmağından bir gün əvvəl bitirdiyim Riçard Dokinzin (Richard Dowkins) Tanrı İllüziyası (The God Delusion) kitabının arqumentləri ilə qısa cavab verəcəm.
Ümumiyyətlə, vicdani, mənəvi davranış tək insana məxsus davranışdırmı? Deyil. İnsanlarla yanaşı heyvanlarda da başqalarına qarşı fədakar, səxavətli, mənəviyyatlı 4 təkamülçü davranış mövcuddur: Birincisi, bu genetik qohumluqla bağlıdır. İkincisi, qarşılıqlı fədakarlıqdır. Məsələn, yarasalar ov zamanı qan tapa bilməyən yarasaya borc qan verir ki, nə zamansa həmin yarasa özü qan tapmasa borc verdiyinin tapdığından götürə bilsin. Üçüncüsü, nüfuz qazanmaq üçün yaxşı, mənəviyyatlı davranışdır. Dördüncüsü, səxavətliliyini göstərməklə baş verən özünütəsdiqdir. Məsələn, belə davranış qaratoyuqlarda mövcuddur. Dəstədə öz fəallığıyla seçilən qaratoyuqların daha zəif həmcinslərini yemləyirlər.
Bu tip davranışlar insanlara da məxsusdur, amma, insanlar heyvanlardan fərqli olaraq həkayə quran və geniş arealda komunikasiya yaradan canlılar olduğuna görə zamanla onların davranışları dəyişikliyə məruz qalır. Bu dəyişiklikdə açar rolu dinmi oynayır? Təbii ki, yox. Zeitgeist — zamanın ruhu anlayışı sivilizasiyanın mənəvi, vicdanı davranışına cavabdır. Yəni, yaşadığımız dövr, yaşadığımız zamanın ruhu əksər insanların necə davrandığını ümumiləşdirərək göstərə bilir. 7,10,14-cü əsrin inanclısı ilə müasir dövrün inanclısının mənəvi-vicdani baxışlarında və hərəkətlərində dağlar qədər fərq var. Məsələn, 7-ci əsrin müsəlmanı üçün qul saxlamaq, əks tərəfin dul qalmış qadınını cinsi istismar etmək normal davranış idisə, indiki müsəlmanların bir çoxu üçün bu yolverilməzdir. Çünkü dövr, zamanın ruhu artıq bəzi davranışları yolverilməz hesab edir və burada dinin demək olar ki, heç bir rolu yoxdur. Demokratik hərakatlar, işçi hüquqları, feminist hərakatlar və sair dövrün düşüncə və davranış qaydasını dəyişir.
Bioloq Mark Hauzerin araşdırmalarına istinadən, məşhur, qatar bir insanı yoxsa on insanı öldürsün kimi testlərə həm inanclılar, həm də inancsızlar eyni cavabları veriblər. İnsanın vicdanı düşünməsində inanclı olmağın xüsusi üstünlüyünün olduğunu göstərən fakt, araşdırma mövcud deyil.
Məmmədovun fikirlərinə başqa arqumentlər də gətirmək olar, amma, mən məhz bu kitabın arqumentləri ilə yanaşdım. Fikir çatışmazlığı ilə üzləşənlərə isə kitabı əldə edib oxumağı tövsiyyə edirəm.