Stories by Gulnare Ilham on Medium
Müəllimlər dərsdə interaktiv veb alətlərdən istifadə etməklə tələbələrin mövzunu daha yaxşı mənimsəmələrinə və maraqla öyrənmələrinə nail ola bilərlər
Foto, Bakı Slavyan Universiteti, Jurnalistika ixtisası tələbələri, AJ-401 qrup. Bakı, 2023-cü il.
Müasir dövrdə təhsilverənlər bilik və bacarıqlarını həm də yeni yanaşmalar, müasir texnoloji alətlərdən istifadə etməklə göstərə bilməlidir.
Təhsilverən dərs prosesində nə qədər İKT bacarıqlarını tətbiq edə bilirsə, bir o qədər də şagirdin, tələbənin marağını çəkir, onlara da bu bilikləri aşılamağı bacarır.
Müasir öyrənən daha çox oyun tipli, əyləncəli dərs prosesinə maraqlıdır. Ona görə də indi dəsrdə, əsasən veb 2.0 alətləri müəllimin köməkçisi hesab olunur.
Müəllimlər bu alətlərlə testlər, tapşırıqlar hazırlayır, dərs zamanı müzakirə mühiti yaradır, tələbələrin tapşırıqlara cavablarını rahatlıqla izləyə və qiymətləndirə bilirlər.
Bir sözlə, bu alətlərlə dostluq etmək, həm müəllimlərə, həm də tələbələrə rahatlıq gətirir.
Üstəlik, yeni müəllim modeli yeni düşüncəli tələbə modelinin yaranmasına səbəb olur.
Müəllim-tələbə münasibətləri rəqəmsal müstəvidə daha maraqlı və dinamik formaya keçir.
Müəllimlər və tələbələr üçün effektiv olan bir neçə alətin hansı işə yaradığına nəzər salaq.
Bu alətləri istifadə etmək üçün sinifdə ağıllı lövhə və ya proyektor, internet olmalıdır.
Tələbələrə lazım olan isə, planşet, smartfon və ya kompüterdir.
https://www.mentimeter.com/
Mentimeter sürətli və əyləncəli qiymətləndirmə fəaliyyətləri hazırlamağa imkan verən platfotmadır.
Bu, tələbələrə beyin fırtınası etməyə imkanı verir, açıq suallarla şərhlərə açıqdır, tez seçim etmək imkanı yaradır, tələbələri bu seçimlərə daxil edir və bu seçimləri etmək üçün tələbələrin adlarını tələb etmir.
https://padlet.com/
Bunu ekranınızda boş bir səhifə kimi düşünə bilərsiniz.
Video yükləmək, müsahibə yazmaq, selfi çəkmək, öz yazılarınızı yazmaq, sual verib tələbələrin cavabını almaq və digər funksiyaları mövcuddur.
Dünyanın hər yerində müəllimlər, tələbələr, işçilər və hər yaşda olan şəxslər tərəfindən istifadə edilən Padlet harada olursunuzsa- olun, sizə rahat əməkdaşlıq imkanı yaradır.
Padlet “Spotify Playlists”dən “Excel Spreadsheets”ə qədər təsəvvür edə biləcəyiniz hər bir fayl növünü dəstəkləyir.
https://wordwall.net/
“Wordwall” veb 2.0 aləti müəllimlərin tələbələri üçün interaktiv fəaliyyətlər yarada biləcəyi veb əsaslı bir vasitədir. Müəllimlər müxtəlif interaktiv oyunlar, viktorinalar, anaqramlar və kart uyğunlaşdırma oyunları yarada bilərlər. Bundan əlavə, Wordwall müəllimlərin tələbələri ilə əməkdaşlıq edə və rəy ala biləcəyi sosial paylaşım funksiyası təklif edir.
https://quizizz.com/
Onlayn dərslərdə hazırlıq və ya qiymətləndirmə fəaliyyəti kimi istifadə edilə bilən əyləncəli test vasitəsidir. Onlayn testlər hazırlamaq üçün çox faydalıdır.
https://phet.colorado.edu/
Riyaziyyat, fizika, kimya və coğrafiya kimi dərslərdə simulyasiyalarla onlayn təcrübələr etməyə imkan verən veb 2.0 alətidir. Phet ilə tələbələr öyrəndiklərini praktikada tətbiq edə bilərlər.
Bu alətlərin hər birinin istifadəsi haqda “YouTube”da axtarış verməklə, ətraflı məlumat əldə etmək mümkündür.
Əsas odur, həm öyrədən, həm öyrənən dərsi həvəslə, maraqla və yorulmadan öyrənə bilsin.
Müəllimlər bu alətlərdən istifadə etsələr, şagirdlərinin, tələbələrinin dərsi böyük zövqlə mənimsəmələrinə şərait yaratmış olacaqlar.
https://www.muallim.edu.az/news.php?id=27352
Təhsilin inkişafı üzrə Dövlət Strategiyası — 10 il
Ümumi təhsilə baxış: rəqəmlər nə deyir?
Təhsil sahəsinin yol xəritəsi olan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsindən 10 il ötür. Strategiyanın məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. Bu illər ərzində strategiyanın icrası prosesində qazanılan nailiyyətlər, yeniliklər və hədəflərə nəzər salaq.
Məktəbəhazırlıq qrupları
2016-cı ildən başlayaraq ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb, cari ildə 5 yaşlıların bu qruplarda təhsilə cəlb olunma göstəricisi 87 faizə çatıb. 2022-ci ildə elm və təhsil nazirinin müvafiq əmri ilə “Məktəbəqədər təhsilin kurikulumu” təsdiq edilib.
İnklüziv təhsil
2015–2016-cı tədris ilindən əlilliyi olan uşaqların ümumi təhsil müəssisələrində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə Azərbaycan Respublikasında “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb.
Ölkə başçısı İlham Əliyevin 14 dekabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” əlilliyi olan uşaqların təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməsinə və onların təhsili üçün maneəsiz mühit yaradılmasına geniş imkanlar yaradıb. Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirmək məqsədilə 2021/2022-ci tədris ilindən Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), Elm və Təhsil Nazirliyi və UNICEF ilə birgə “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihə həyata keçirir. Sözügedən layihə çərçivəsində hazırda 13 region üzrə 38 ümumi təhsil müəssisəsində ümumilikdə 200-dən çox əlilliyi olan şagird təhsilə cəlb olunub.
“STEAM Azerbaijan” layihəsi
“STEAM Azerbaijan” layihəsi 2019–2020-ci tədris ilindən start götürüb. STEAM təhsil metodu Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatı (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.
Layihə 6-cı siniflərdən başlayaraq STEAM tətbiq olunan məktəblərdə tədris olunur.
STEAM dərsləri “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş aparatları (tədris dronları)” üçün hazırlanmış kurikulum üzrə təşkil edilir.
STEAM layihəsi hazırda respublika üzrə 400 məktəbdə tətbiq olunur. Əhatə dairəsinin genişləndirilməsi çərçivəsində ölkə üzrə 25 STEAM Mərkəzi istifadəyə verilib.
“Məktəblinin dostu” layihəsi
2016-cı ildə yaradılan layihənin məqsədi məktəbdə müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.
Məktəblinin dostu seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.
Layihə hazırda Bakı, Abşeron, Sumqayıt şəhərləri olmaqla, ümumilikdə 226 ümumi təhsil müəssisəsində tətbiq olunur.
“Rəqəmsal bacarıqlar” layihəsi
2017–2018-ci tədris ilindən həyata keçirilən layihənin məqsədi təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir. “Rəqəmsal bacarıqlar” layihəsi hazırda 410000 nəfərədək şagirdi və 4500-dən çox müəllimi əhatə edir. Cari tədris ilində layihəyə 110000-ə yaxın məktəbli cəlb olunub. Layihə hazırda 53 şəhər və rayon olmaqla ümumilikdə 532 məktəbdə tətbiq edilir.
Həmçinin layihə çərçivəsində yeni tədris ilində 28 məktəbdə 10 və 11-ci siniflər üçün informatikayönümlü tədrisin aparılması məqsədilə “Rəqəmsal bacarıqlar” təmayül sinifləri yaradılıb. Sözügedən siniflərdə 700-dən çox şagird təhsil alır. Onlardan 580 nəfəri 10-cu sinif şagirdləridir.
Peşə təmayüllü siniflər
Sözügedən siniflər 2019–2020-ci tədris ilindən fəaliyyətə başlayıb. 10–11-ci siniflər üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd şagirdlərin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaq, şagirdlərə sahibkarlıq bacarıqları aşılamaq və əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsidir.
Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər ümumi təhsil fənləri ilə bərabər, müvafiq peşə ixtisasına uyğun həm nəzəri, həm də praktiki dərslər keçirlər. Tədris ilinin sonunda şagirdlər təhsil aldıqları peşə ixtisasları üzrə imtahan verərək dövlət nümunəli sertifikat əldə edirlər. Şagirdlərin səriştəliliyinin artırılması məqsədilə əsas səriştələr fənni və STEAM dərsləri də tədris edilir.
2023–2024-cü tədris ilindən peşə təmayüllü siniflərin əhatə dairəsi genişləndirilib və 114 yeni məktəbdə peşə təmayüllü siniflər təşkil olunub. Bununla da, peşə təmayüllü siniflərin sayı 230-a çatıb.
Beynəlxalq təhsil proqramlarının tanınması və onların tətbiqi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu şərtləri”nə əsasən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları — “Beynəlxalq Bakalavriat Diplom Proqramı” (IB Diploma Programme), “Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi” (Advanced Level of General Certificate of Education) və “Yüksək yerləşdirmə” (Advanced Placement) — üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul mexanizmi hazırlanmış və tətbiqinə başlanılıb.
Şagird qiymətləndirmələri üzrə proqramlar
Mütəmadi olaraq, müvafiq siniflərdə fənlər üzrə milli qiymətləndirmələr təşkil edilir. 2022–2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil olunub. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb. Monitorinqin nəticəsi nə şagirdlərin yekun balına, nə də onların sinifdən sinfə keçmələrinə təsir göstərir. Əsas məqsəd ibtidai təhsilin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını, eləcə də problemləri və ehtiyacları müəyyən etmək və onlara uyğun tədbirlər görməkdir.
Bununla yanaşı, strategiyanın müvafiq bəndinə uyğun olaraq ümumi təhsil müəssisələri üzrə şagirdlərin biliyinin qiymətləndirilməsi məqsədilə onların beynəlxalq proqramlarda iştirakı təmin edilib. Belə ki, son 10 ildə ölkəmiz PIRLS, TIMSS, ICILS, PISA kimi beynəlxalq şagird qiymətləndirmələri tədqiqatlarında iştirak edib. Cari ildə məktəbəqədər təhsil pilləsi üzrə təhsilalanların beynəlxalq qiymətləndirmə tədqiqatında (IELS) iştirakı nəzərdə tutulur.
Təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi
Təhsilverənlər, təhsilalanlar və valideynlər üçün elektron dərsliklərdən, videoresurslardan istifadə imkanı təmin olunub. Belə ki, video.edu.az, trims.edu.az və e-derslik.edu.az kimi portallar fəaliyyətə başlayıb.Video.edu.az portalında 17000-dən çox elektron resurs yerləşdirilib. Bütün dərsliklərin “pdf” variantı trims.edu.az portalında yüklənib. Müvafiq dərsliklərin rəqəmsal versiyaları isə, e-derslik.edu.az portalına yerləşdirilib.
https://www.muallim.edu.az/news.php?id=26901#prettyPhoto