Stories by Gulnar Najafova on Medium
GHC nədir?
Hər şeydən öncə bilməyənlər üçün deyim ki, Grace Hopper Celebration Dr. Anita Borg və Dr. Telle Whitney tərəfindən Admiral Grace Hopperin mirasından ilham alınaraq yaradılıb. Məqsədi isə qadınların hesablama elmindəki araşdırma və kariyera maraqlarını ön plana çəkməkdir. Onu da qeyd edim ki, Grace Hopper ilk kompilyatorun yaradıcısı olmuş, eyni zamanda Cobol dilinin və yüksək səviyyəli proqramlaşdırma dili stilinin yaradılmasında da aparıcı rol oynamışdır.
GHC dünya üzrə hesablama elmindəki qadınların ən böyük görüşüdür. O qədər möhtəşəm tədbirdir ki, inanmıram ki təkrarı və ya daha yaxşısı olsun. Keçən il tədbirdə 25000-dən çox qadın iştirak edirdi. Grace Hopper təqaüdçülərinin sayı isə təxminən 1000 ətrafı idi. GHC hər il təxminən sentyabr ayının sonu və oktyabr ayının əvvəllərinə təsadüf edir. Müraciət prosesi isə ilin əvvəllərindən başlayıb mart ayının başlanğıcında yekunlaşır. Təxminən may ayının ortalarında Grace Hopper təqaüdçüləri məlum olur. Mənim fikrimcə müraciət prosesi çox sadədir. Ancaq onu da qeyd edim ki, tədbirə qatılmaq üçün digər təqaüdlərə də müraciət edilə bilər. Bir çox şirkətlər bu tipli tədbirlərə, konfranslara qatılmaq üşün təqaüd verirlər. Məsələn, Microsoft, Google və s. Ancaq ən yaxşısı Grace Hopper təşkilatçılarının verdiyi təqaüddür. Bunun bir neçə səbəbi var. Əvvəla Azərbaycandan Amerikaya getmək bir xeyli xərc tələb edir. Bundan əlavə viza, otel, transport, yaşayış və s. xərclərə gəldikdə digər şirkətlərin təqaüdləri bəs etməyə bilir. Çünki bu təqaüdlər ümumiyyətlə konfranslar üçün nəzərədə tutulduğundan bəzi spesifik olanları qarşılaya bilmirlər. Ancaq Grace Hopper təqaüdçüsü olan zaman onlar bütün xərclərin fərqində olurlar və hər bir şey öncədən nəzərə alınır. Bundan əlavə olaraq da hər bir təqaüdçüyə 590$ dəyərində hədiyyə kartı da verilir. Hansı ki, bu kartla istədiyiniz kimi rəftar edə bilərsiniz :) Əlqərəz, müraciət edən zaman bütün gücünüzü səfərbər edib Grace Hopper təqaüdçüsü olmağa çalışın.
GHC19
Gələk GHC-nin özünə. Tədbir 4 gün müddətindən səhər saat 8 kimi başlayıb axşama doğru saat 5 və ya 6-da bitir. İlk gün siz qeydiyyat prosesi, badge-lərin götürülməsi, otelə giriş etmək, açılışa qatılmaq kimi işlərinizi edirsiniz. İlk gün seminarlar olmur, növbəti gündən etibarən başlayır. Konfransa daxil olan tədbirlərin demək olar ki, əksəriyyəti hərkəsə açıqdır. Eyni zamanda sadəcə sizin şəxsinizə özəl dəvətli olduğunuz tədbirlər də olur.
Mənim üçün GHC19 daha çox kariyera sərgisi ilə yadda qalan oldu. Çünki seminarlarda iştirak etmək yerinə vaxtımın çoxunu sərgidə keçirmyə üstünlük verirdim. Əlbəttə seminarlara qatılıb çox maraqlı nitqlərə qulaq asa bilər, yeni layihələrdən xəbər tutar, onların bir parçası ola bilərsiniz. Ancaq mən daha çox təcrübə, təqaüd, təhsil proqramları axtardığım üçün kariyera sərgisində vaxt keçirməyi uyğun hesab etdim. Sərgidə 200-dən çox texnologiya şirkəti iştirak edirdi. Bütün Silikon vadisini sərginin keçirildiyi zala yığmışdılar desək daha doğru olar. Hansıki onların arasında Google, Facebook, Microsoft, Apple, IBM, Intel, HP və s. texnologiya nəhəngləri, MIT, Harvard, Stanford kimi universitetlər də var idi. Sərgidə yeni insanlarla tanış ola bilir, onlarla əlaqə yaradır, təcrübə proqramı, iş imkanları ilə maraqlanır, müsahibə etmək imkanı əldə edirsiniz. Bəzi şirkətlər yerindəcə müsahibə edib sizi yoxlayırdılar. Bəziləri isə sizin CV-nizi götürür və daha sonra sizinlə elektron poçt vasitəsilə əlaqə saxlayıb biliklərinizi internet üzərindən video konfranslar vasitəsilə yoxlayırlar. Mən bu fürsətlərin hər ikisini əldə etdim. Grace Hopper Celebration sayəsində Azərbaycana qayıtdıqdan sonra Twitter, Juniper Network, Life360 kimi şirkətlərdən müsahibə dəvəti aldım. Əgər indiyə qədər bu kimi texnologiya şirkətlərinə təcrübə programı və yaxud iş üçün müraciət etmisinizsə bu prosesin necə ağrılı və yorucu olduğunu bilirsiniz yəqin ki. Normalda üç və ya dörd mərhələdən ibarət olan bu müsahibələri əldə etmək belə çox çətindir. Məsələn, Twitter-ə müraciət etsəniz əvvəlcə sizə Hackerrank platformasından 24 saatlıq “Coding challenge” göndərəcək və onu da qeyd edəcəklər ki, sizin bu kodları vaxtında yazıb bitirməyiniz hələ növbəti müsahibələrə keçmək demək deyildir. Bunun isə səbəbi bu şirkətlərə minlərlə tələbənin müraciət etməsi və müsahibələri aparacaq mühəndislərin isə vaxtının limitli olmasıdır. Yəni sizə yarım saatlıq vaxt ayırmalarını istəyirsinizsə yaxşı CV-dən, təhsildən və təcrübədən daha artığına ehtiyacınız olacaq. Siz əvvəlcə bu diqqəti qazanmalısınız. Yəni normalda bu formada olan proses məndə tamamilə əksinə olmuşdu. Mənə mail vasitəsilə yazıb birbaşa mühəndislərlər müsahibə etmək imkanı vermişdilər. Grace Hopper tədbirinin üstün cəhətlərindən biri odur ki, burada siz birbaşa mühəndislərin özü ilə əlaqədə ola bilir, onlarla danışıb rəğbətlərini qazanıb, əlinizdəki imkandan sonuna kimi istifadə edirsiniz. Eyni zamanda sərginin başqa yaxşı tərəflərindən biri də odur ki, burada təcrübəli mütəxəssislərin özündən məsləhət almaq imkanı əldə edirsiniz. Onlar həm təhsil, həm kariyera həyatı ilə bağlı qərarlar almaqda sizə canla başla kömək edirlər. Məsələn, Apple şirkətindən bir Data Scientist və Amazondan olan bir proqram mühəndisi mənim CV-mi yenidən hazırlamaqda kömək etdi: hansı məqamları hansı şəkildə vurğulamalı olduğumu, hansı faktları yazmağımın mənim xeyrimə, hansıların isə artıq olduğunu mənə başa saldılar. Qəbul edək ki, çox az kəsim insanlar necə düzgün CV yazacağı ilə bağlı fikrləri var. Əksəriyyət ya düzgün etdiyini düşünür ancaq elə olmur, ya dost-tanışlarına hazırlatdırır, ya da ödəniş edərək əlaqəli şirkətlərdən kömək alırlar. Bunun isə məhsuldar nəticə əldə etməyə elə də böyük təsiri var demək olmaz.
Bundan başqa əgər kariyera sərgisində şirkətlərin diqqətini çəkə bilsəniz sizi axşam öz aralarında olan xüsusi yığıncaqlara dəvət edirlər. Bu isə sosiallaşmaq, əlaqələrinizi genişləndirmək, yeni fürsətlər əldə etmək üçün əla imkandır. Mən Twitter, Microsoft və Intelin yığıncaqlarına qatılmışdım. Intelin vitse prezidenti ilə tanış olub, söhbət etmə şansım olmuşdu. Unudulmaz anlar idi.
Kariyera sərgisindən başqa istənilən sayda seminarlarda iştirak etmək mümkündür. Sərgi ilə birlikdə sıx şəkildə seminarlar, nitqlər olur. Pis cəhəti seminarların üst-üstə düşməsi və sizin hər istədiyinizə qatıla bilməməyinizdir. Bir ay öncədən seminarların siyahısı elan olunur. Bu siyahıdan istədiyinizi seçib, öncədən qeydiyyatdan keçə bilərsiniz. Bunun ən gözəl tərəfi odur ki, əvvəlcədən kimlərin nə danışacağını öyrənib, bilik səviyyənizə, maraq dairənizə uyğun olanlara qeydiyytdan keçirsiniz. Pis tərəfi isə ondan ibarətdir ki, minlərlə insan online qeydiyyatı gözləyir və qeydiyyat açılan kimi ən maraqlı görüşlərə yerlər dolmuş olur. Mən təqribən 32 seminar üçün qeydiyyatdan keçmişdim. Ancaq sadəcə 18-nə qatıla bildim. Hər biri fərqli otellərdə, konvensiya mərkəzlərində olduğu, bir-birinin ardınca başladığı və sərgi ilə eyni vaxtda olduğu üçün hamısına çatmağım mümkün deyildi.
Əyləncə
Bütün bunlardan başqa konfransdan sonra Orlandoda əylənmək üçün kifayət qədər imkanlar var. Potterhead-lər üçün Harry Potter dünyası, Disney sevərlər üçün Disneyland və Nasa-nı ziyarət etmək çox maraqlı və yadda qalandır.
Müraciət prosesi
Müraciət formunu dolduran zaman sizə bir neçə ümumi — yaşınız, universitetiniz, təhsil dərəcəniz, milliyətiniz, səhhətinizdə hər hansı problemin olub olmaması kimi suallar veriləcək. Daha sonra isə esse sualları bölməsinə keçəcəksiniz. Bu ən çox diqqət ayırmalı olduğunuz hissədir. Bu hissələri yazarkən diqqətli olmalı olduğunuz məqamlar isə bunlardır.
1) Təkrarolunmaz olun. Bu tip sualları cavablandırarkən müraciət edənlərin buraxdığı səhvlərdən biri ümumi şeylər yazmalarıdır. Hansı ki, bunların götürüb istənilən insanın üzərinə qoysan ona da uyacaq. Yaradıcı və unikal olun ki, qarşınızdaki insan sizə inansın.
2) GHC-də iştirak etmək üçün konkret hədəfləriniz olsun. Niyə orda olmaq istəyirsiniz? Bu sualı əvvəlcə özünüzə verin. Bunun cavabını sizdən başqa kimsə bilə bilməz. Düşünün. Sizi bu konfransa getməyə sövq edən şey nədir? Müxtəlif səbəblər ola bilər. Bunu yalnız və yalnız siz bilirsiniz. Bütün səbəbləri, göstəricilərinizi yazmağınıza ehtiyac yoxdur. Ən yaxşılarını yazmağınız kifayətdir.
3) Hər kəs yardımsevər insanları sevir. Yardımlaşmaq ən gözəl hərəkətdir. Bilgi, təcrübə paylaşıldıqca çoxalır. Bu tip proqramlar təqaüd verərkən, sizə fürsət yaradarkən sadəcə sizi düşünmür. İstəyirlər ki, daha çox insana yayılsın. Əgər siz bu imkanı əldə edib daha sonra heç kəsə fayda verməyəcəksinizsə o zaman bunu sizə deyil başqasına vermək istəyəcəklər. Siz ən yaxşılardan olsanız belə bu dəyişməyəcək. Ona görə də onlara göstərməlisiniz ki, siz orada qazandıqlarınızı sadəcə özünüzə saxlamayacaqsınız, bundan başqa insanlar da fayda götürəcəkdir. Bunu vurğulamağı unutmayın.
4) Qısa və konkret olun. Esse hissəsində söz limiti olur. Lakonik və aydın yazmaq bəzən çox çətin ola bilər. Ancaq nəzərə alın ki, minlərlə insan müraciət edir və hər kəsə dəqiqələrlə vaxt sərf edilə bilməz. Üstəlik söz limiti olduğundan sistem artıq söz yazmağınıza imkan verməyəcəkdir. Buna görə əvvəlcə özünüz üçün qaralama formasını hazırlayın daha sonra onun üzərində işləyərək sadələşdirərək davam edin. Böyük və bəzəkli cümlələrə ehtiyac yoxdur. Əsas olan detallı və sadə olmasıdır.
5) İnamlı olun. Hər nə qədər daha çox mimikalarımız, səsimiz, bədən dilimiz bizim haqqımızda informasiya versə də, yazıda da əgər inamlı deyilsinizsə bu hiss olunur. Özünüz, ettikləriniz, bacarıqlarınız haqqında danışarkən əvvəlcə buna özünüz inanın. Daha sonra qarşınızdakını inandırın. Əgər siz özünüzə iananmasanız qarşınızdakı şəxs necə inana bilər?! Bunu edin, ancaq qətiyyən özünüz haqqında yalan danışmayın. Olmuş hadisələrdən danışın, əgər bir şeyi etməmisinizsə ona toxunmağa ehtiyac yoxdur.
6) Motivasiyanız, əhvali-ruhiyyəniz yüksək olsun. Keçən il Twitter’da Nina Chen adlı bir xanımla tanış oldum. Azerbaycana qayıdandan sonra bir dəfə onunla danışanda mənə dedi ki, sizin ölkədə təhsilin səviyyəsi, çətinliklər, nələrdən keçdiyini, nələri bacardığını az-çox dinlədim səndən. Konfransda tanış olduğum digər qızlardan daha çox diqqətimi çəkmişdin sən. Bunun isə səbəbi sənin hər şeyə qarşı olan “tutumun” idi. Tutumun nə qədər müsbət olarsa, bir o qədər müqavimətli, yorulmaz olacaqsan və müsbət şeyləri də özünə çəkəcəksən. Hər şey sizdən başlayır.
CV/Resume. Transkript, Tövsiyə məktubu
Müraciət prosesində CV/Resume, transkript, tövsiyyə məktubu tələb olunur. Transkriptin həm tərcümə olunmuş, həm də orginal versiyasını bir pdf halına salıb göndərin. Bir tövsiyyə məktubu göndərilməsi bütün tələbələrdən tələb olunur. Çalışın universitetdən alınmış akademik məktub olsun. Bu sizin şansınızı daha da artıracaq. CV/Resume 1–2 səhifədən artıq olmamalıdır, ancaq 1 səhifə olması arzuolunandır. Şəkil, yaşayış ünvanı, milliyətiniz, cinsiniz, doğum tarixiniz kimi məlumatları yazmağa ehtiyac yoxdur. Yalnız iştirak etdiyiniz önəmli layihələri qeyd edin. Həmin layihələrdə nə kimi işləri həyata keçirdiyinizi, hansı texnologiyalardan istifadə etdiyinzi qeyd edin. Bacarıqlarınızı qeyd edərkən MS Office kimi hər kəsin bildiyi və işlərinizlə əlaqəli olmayan bilikləri yazmağa ehtiyac yoxdur. Traininglər, seminarlar, konfranslar, hackathonlar, kurslar qeyd edə bilərsiniz. Ancaq bunları edərkən önəmli olanları qeyd edin. Çünki önəmsiz olub yer tutmağındansa heç olmaması daha yaxşıdır.
Hər kəsə uğurlar!
Təqaüdə müraciət linki.
Postun əsli blogumda
Uzun zamandır ki, həm tech sahəsində öyrəndiklərim, həm də bir illik qısa zaman çərçivəsində olduğum nöqtəyə necə gəldiyim, hansı çətinliklərlə üzləşdiyimlə bağlı blog yazmaq istəyirdim. Daha çox məsləhət və motivasiya xarakterli blog olmasını istəyirdim. Ancaq çox da cəsarət edə bilmirdim buna. Çünki Azərbaycan universitetlərində həm bakalavr, həm də magistr təhsili alan hər kəs kimi mən də vəziyyətimdən şikayətçiyəm, özümü bəyənmirəm. Ancaq bir çox yenilklər məni yazmağa məcbur etdi.
İlk yazımda Summer@EPFL təcrübə proqramı haqqında danışmaq istəyirəm. Düzü bura gələndən bəri ancaq şok vəziyyətində ətrafa baxdığım, mızıldandığım üçün hələ yeni özümə gələ bilirəm. Odur ki, hər həftə yazmağı düşündüyüm yazıları arada bir yazmaq qərarına gəldim. Bəlkə də ayda bir.
Məlumdur ki, hər vaxt ələ düşən proqram deyil və bizim ölkədən çox az qəbul alan adam var. Məsələn, mən bizim ixtisasdan heç qız görmədim burda. Sayımız yox deyiləcək qədər azdı. Bəzilərimizin heç xəbəri yoxdur, bəzilərinin cəsarətə ehtiyacı var, hər ikisini özündə cəmləşdirənlər isə addımlarını düzgün atmırlar. Vaxtlarını başqa işlərlə israf edirlər. Bura necə qəbul oldum, hal-hazırda hansı proyekt üzərində işlədiyimdən danışmadan öncə, kim olduğumu deyim.
Bakı Dövlət Universitetində Kompüter elmləri üzrə bakalavr və magistr təhsili almışam. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda işləmişəm. Azercellin Barama ofisində təcrübəçi olmuşam. TechAcademy Scholarship, Summer@EPFL Scholarship, GHCScholarship kimi təqaüdləri qazanmışam. Hazırda Sumaks Technologies şirkətində Python/Django developer kimi işləyirəm. Maraqlı olsa sizin üçün, bunlarla bağlı təcrübələrimi də bölüşərəm.
Universitetə girdiyim gündən bakalavr təhsilimin sonuna kimi, universitetdə tədris olunan dərsləri oxumaqdan başqa bir iş görməmişəm (şeytanın ayağını qırıb Microsoft Database Fundamentals imtahanına girməyim istisnadır). Nəyi gözləyirdim, niyə hansısa kitabı alıb əlimə oxumurdum bilmirəm. O vaxtlar başa düşmürdüm ki, insan hər şeyi etməyə qadirdir. Sadəcə rahatlıq zonasından çıxmaq, cəsarətli olub nəsə etmək lazımdır. Mən isə buna hələ magistr təhsilinə başlayandan sonra girişdim.
Əvvəlcə öz dərslərimə girməməyə başladım. Aşağı kursların veb dərslərində otururdum Front-end üçün lazım olan HTML, CSS, JS keçilirdi. Onlarla eyni zamanda evdə PHP öyrənirdim. Veb developer olmaq istəmirdim açığı amma Azərbaycanda özünü proqramlaşdırma sahəsinə atmağın da elə çox yolunun olmadığını bilirdim. Hamı kimi mən də vebdən başladım. Üzərində işləməyə proyektim olmadığından və ancaq nəzəri hissələri öyrəndiyimdən çox da uzun yol qət edə bilmədim. Hazırlığa getməyə qərara aldım ancaq nəticəsi effektsiz oldu. Eyni anda da Python öyrənirdim. Pythonçılar üçün iş yerləri az olduğundan sadəcə ona fokuslanmağa risk etmirdim. Iş təcrübəm olsun deyə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda beş ay çalışdım. Daha sonra Azercellin təcrübə proqramına seçildim və rəsmi olaraq özümü inkişaf etdirməyim o vaxtdan hesablanır, yəni Baramaya gəlişimdən.
Baramaya gələndə çox çətinliklərim vardı. Özümü zəif hiss edirdim. Üstəlik yalan da deyildi, zəif idim. Barama təcrübəm başlayana kimi yazdığım ən yaxşı kod matrisin dioqonal elementlərinin yerini dəyişmək idi. Amma Azercelldə məndən real veb proyekt yazmağım istənilmişdi. Framework deyilən bir şey var idi ancaq mən onu tanımırdım. Sadəcə məğlub olacağımı düşünürdüm. Normal Azercell təcrübəçiləri yarım gün işləyirdilər, mən isə axşam 7-dən sonra ofisdən çıxırdım. Səhərlər isə startapçılardan öncə gəlirdim. O vaxt hövsanda yaşayırdım. Hövsan Xətai arası taksidə, avtobusda (kifayət qədər uzun yoldur) kod yazdığım vaxtlar olub. Framework-ün nə olduğunu bilməsəm də, deadline-nın nə olduğunu bilirdim. Əziyyətim boşa getməmişdi. Avqust ayının 3-də (bu tarixi heç unudaram mən?!), yəni bir ayın tamamında proyektim hazır idi. Lazım olan kimi də işləyirdi. Əksikliklər də vardı əlbəttə. Amma tapşırıq deyilən vaxtda hazır idi.
Ardınca Baramada mentorumun da məsləhəti ilə TechAcademy-nin təqaüd proqramına qoşuldum və iki təqaüdçüdən biri oldum. Backendə ağırlıq verib Python/Django öyrəndim. Yenə çətin vaxtlar idi. Həm Python bootcamp, həm İELTS hazırlığı. Bir tərəfdən də iş axtarırdım və universitet oxuyurdum. İmtahanlar, dissertasiya işi, tezis yazmaq. Aləm bir-birinə dəymişdi. Beş müsahibəyə girdim. Ikisindən keçdim, üçündən kəsildim. Kəsildiklərim Azercell, PashaBank, WeTravel idi. Onlardan da zəif olduğuma görə yox, təcrübəsiz və ya uyğun olmadığım üçün kəsildim. PashaBank Javaçı axtarırdı, mən Pythonçı idim. Azercell DevOPS axtarırdı, mən developer idim. Bu Azercell-ə onuncu müraciətim idi. WeTravel isə junior olduğum üçün götürmədi. Hamısından isə ya son seçim mərhələsində yox cavabı alırdım, ya da taskları tamamlasam da yox alınmadı sənlə deyirdilər. Yenə də düşünürəm ki, müsahibə insana çox şey qazandırır. Artıq Azərbaycanda istənilən müsahibəyə qorxmadan girə bilərəm. Çünki ən çətinlərini daha görmüşəm. Təklif aldıqlarımdan biri Sumaks Technologies-də Python/Django developer, digəri isə İktechdə data analyst idi. Mən Sumaksı seçdim.
Bu qış xaricdə olan təcrübə proqramlarına baxırdım. Qabağıma çıxan, xoşuma gələn, ən yaxşı hesab etdiyim beş dənəsinə müraciət etdim. Dördündən kəsildim. Seçildiyim o siyahıdakı ən yaxşı ikinci proqram idi — Summer@EPFL. Birinci isə Google yay proqramı idi. Müsahibəyə dəvət alanda elə bildim ki, kimsə mənlə zarafat edir. Ətrafımda çox uşaq bilirdi ki, müraciət etmişəm. Mən də, onlarda düşünürdü ki, qəbul almaram. Hətta mənə mail göndərən professorun real həyatda mövcud olub olmadığına da baxdım. Həmin mail adresini yazıb google-da axtarış etdim. Heç kəs mənlə zarafat etmirdi. Çox təsirlənmişdim. Dedim yəqin ki, müsahibədə kəsiləcəm. Səhəri gün motivasiya məktubunda yazdığım ikinci laboratoriyanın rəhbəri ilə müsahibəm oldu. Ümumi maraqlarımdan, indiyə kimi gördüyüm işlərdən, gələcək planlarımdan danışdıq. Müsahibədən sonra özümü yaxşı ifadə edə bilmədim deyə düşündüm. Ilk dəfə ingilis dilində müsahibədə olmuşdum. Üstəlik danışdığım adam EPFL-in ən yaxşı professorlarından biri idi (Burda pis professor yoxdu. Ancaq ən mükəmməli mənim laboratoriyamın professorudur — ❤TeamKOCH❤). Mənə dedi ki, sabah mənə xəbər verəcək ki, seçildim yoxsa kəsildim. Mən isə artıq kəsildiyimi qəbul etmişdim. Çox məyus idim — gəlib kor peşman TechAcademy-nin otaqlarından birində oturdum. Niyə daha öncədən ingilis dilimi inkişaf etdirməmişəm deyə özümü danladım.
Ancaq heç gözləmədiyim bir şey oldu. 30 və ya 45 dəqiqə arası bir vaxtdan sonra professordan mail gəldi ki, seçilmişəm. Əgər mənə də maraqlıdırsa bir həftə içində ona qərarımı deyim. İnanılmaz bir həyəcan idi. Ağlıma sığmırdı heç cür. Uzun müddət saxladım özümdə. Sadəcə yaxın bir neçə adama demişdim. Elə bilirdim ki, düz başa düşməmişəm cavabı. Dəfələrlə oxudum maili. Başqa bir yoldaşa da göndərdim ki, o da oxusun. Bir neçə saat şok halında gəzəndən sonra axır ki özümə gəldim. Reallığı başa düşdüm. Mən seçilmişdim və bu yay mənə sadəcə xəyal kimi görünən EPFL-də təcrübəçi olacaqdım.
Bəlkə də indi bu postu açıb sadəcə oxuyursuz, heç EPFL-in hara olduğunu bilmirsiniz. Ancaq onu deyim ki, EPFL indi dünyanın 18-ci, kompüter elmlər üzrə üsə dünyanın 8-ci universitetidir. Hansı ki, ETH Zurich universitetini geridə qoymuşdur. Buranın PhD-ni bitirən insanlar Standford, Harvard, Yale kimi universitetlərdə professor işləyirlər. Həmin PhD tələbələri Apple, Facebook, Google və s. kimi şirkətlərə təcrübəçi kimi göndərirlər. Bitirəndə hansı şirkətlərdə işləyəcəklərini deməyə ehtiyac yoxdur məncə.
Artıq bir aydır ki, EPFL-dəyəm. Data management and information retrieval labaratoriyasında Prof. Koch tərəfindən supervise edilirəm. Azerbaycanda öyrəndiyim çox şeyi orda qoyub gəlmişəm. Heç birini burada istifadə etmirik. Təsəvvür edin nə qədər geridəyik. Tələb olunan bir çox şey məndə yoxdur. Hamısını başdan öyrənirəm. Laboratoriyamdakı uşaqlarla yarışa bilmirəm heç. Mən Azərbaycandakı seçmələrdən idim, ancaq bura başqa liqadır. Əmin olun bizdəki bir çox şeyi bildiyini düşünənlər siz özünüzü səhv yerə sərhədləyirsiniz. Biz vebdə iki sətir kod yazıb özümüzü əjdaha adlandırırıq və yaxud maaş normal olanda onunla qane oluruq. Bu bizi qətiyyən aldatmamalıdır. Halhazırda data simulation ilə məşğul oluruq. Hökumət, bank, fabrik, vergi, təhsil ocağı, şirkət, əhali və s. kimi hissələri kodla reallaşdırıb iqtisadiyyatı simulyasiya edirik. Oxuyan, işləyən, işləməyən, dövlətdən yardım alan insanların həyatlarını kod ilə reallaşdırırıq desək daha doğru olar. Bir növ virtual dünya və insanlar yaradırıq demək daha düzgün olardı. Layihədə ML, Parallelization, Meta programming və s. kimi texnologiyaları istifadə edərək real mühiti yaratmaq üzərində işləyirik. Arada bir Python-nın hazır kitabxanalarından istifadə edirik (Python-u pisləmirəm səhv başa düşülməsin. Ancaq bir gül ilə də bahar olmur. Onu izah etməyə çalışıram). O da layihənin ML hissəsində. Layihə əsasən Scala, Spark istifadə edilərək yazılır. Mən indi həmin layihənin parallelization hissəsində olan əməliyyatların daha sürətli həyata keçməsini təmin etmək üçün optimal kod, optimal alqoritm və s. axtarmaqla məşğulam. Məqsədimiz isə nəsə bir şeyi hazırlayıb universitetə xeyir vermək deyil, əksinə ortaya heçnə çıxarmasaq da olar. Əsas olan yuxarıda saydıqlarımı öyrənmək, research bacarıqlarını inkişaf etdirməkdir. Yəni tamamilə yeni şeylər öyrənməkdir.
İndi bu postu oturub universitetin terrasında yazıram. Keçən il bu vaxt özünə tərəddüd ilə yanaşan (hələ də tərəddüdüm var, amma biraz düzəlmişəm) insandan bir il ərzində nəsə bir şey çıxardım ortaya. Razıyam Google-da deyiləm bəlkə amma bura özü Google-a aparan yol deyilmi? Heç əslində məqsəd Google deyil, qüvvətin elmdə olduğunu anlamağa çalışan üçün ora da bir körpüdür. Keçən il may ayında görəsən axırım necə olacaq deyə dərd çəkərkən, bu ilin may ayında Şengen vizamı almağa çalışırdım. Keçən ilin fevralında AMEA-dakı işimin birinci ayını tamamlayarkən, bu ilin fevral ayında EPFL-dən gələn dəvət məktubunu oxuyurdum. Əlqərəz demək istəyirəm ki, hər şeyi edən bizik. Hər şeyə də qadirik. Marsda həyat qurmağa çalışan da bizimlə eyni növdü. Allah hər kəsi də eyni yaradır. Əgər nəsə alınmırsa deməli hardasa boşluq buraxmışıq. Heç vaxt da heç nə üçün gec deyil. Geriyə qayıdıb yenidən başlaya bilərik. Bizə bizdən başqa heç kəs maneə ola bilməz. “Azercell-in təcrübəçisi olmaq çox çətindi! Onsuzda hər dəfə kəsilirsən!”, “EPFL-ə qəbul olmaq elə bilirsən asan şeydi?! Filankəs belə ordan kəsildi yəni sən bir fikirləş!” deyilirdi mənə ancaq proqramçılığa Azercell-dən başlayıb 8 ay sonra EPFL-ə çağırıldım. Məsləhətim odur ki, heç kəsə planlarınızdan danışmayın. Cavab verməyə də çalışmayın. Sadəcə edin, nəticələriniz ən əla cavabdır.
Son olaraq kampusun kiçik bir hissəsini videoya çəkdim. Bir az uzun oldu ancaq o qədər gözəldir ki, daha da kəsməyə əlim gəlmədi. Sadəcə İC fakültəsini çəkdim. Əslində bu videonun daha neçə qatına sığacaq qədərdir EPFL-in ərazisi. Videonun keyfiyyəti və ya çəkiliş üslubu o qədər də yaxşı deyil bilirəm. Hamısı havadan oldu. Bəzi günlər hava çox buludlu, yağışlı, bəzən isə çox günəşli idi. Ancaq əlimdən bu qədəri gəldi. Ümid edirəm bəyənərsiniz :)