Stories by Kanan on Medium
Nitsşe “Güc iradəsi” kitabında deyir:
“Necə güclü ola bilərik?! Yavaş şəkildə qərar qəbul etmək və qəbul edilən qərarlara möhkəm riayət etməklə”
İtaliyanın Florensiya şəhərinin şərəfinə Florentino adını alan Perezi təsvir etmək üçün ən yaxşı anlayış budur-GÜC…
6 mart 1902-ci ildə qurulan klubun , 8 mart 1947-ci ildə anadan olan prezidenti Florentino. İndi keçək onun çox az məlum olan və yerli mənbələrdə rast gəlinməyən həyatına.
Peresin uşaqlığı maddi cəhətdən rahat keçib. 5 uşaqdan 3-cü idi.
Madrid Universitetinin inşaat mühəndisliyi fakültəsini bitirdikdən sonra İspaniya Demokratik Partiyasında qoşuldu.
1980-ci illərdə müxtəlif dövlət orqanlarında, nazirliklərdə rəhbər vəzifələrdə çalışıb. Perez dövlətin nə olduğunu yaxşı bilirdi.
O zamanlar yaxşı tanınmasa da, 1994-cü ildə Real Madrid prezidentliyinə namizəd olub və məğlub olub. Amma… Perez uduzsa da məğlub ola bilməz..
O, 1997-ci ildə ACS adlı öz şirkətini qurdu. Şirkət bu gün dünyanın ən böyük tikinti-telekommunikasiya şirkətlərindən biridir. Qətərdən Argentinaya, Amerikadan Avropa Birliyinə qədər magistral yollar, körpülər və tunellər əsasən ACS-dən hazırlanır.
1998 və 2000-ci illərdə UCL qazanan Real Madrid prezidenti Lorenzo Sanza qarşı seçkilərdə heç kəsin şansı ola bilməzdi. Amma Perez seçkilərə qatıldı və iddiasını belə bildirdi “Real Madrid artıq ən böyük deyil, həm də ən populyar və ən zəngin klub olacaq”. Və ən nəhayət Barselonanın ürəyi-kapitanı olan Fiqunu Reala gətirəcəyini bildirdi.
Heç kim bütün bu rəvayətlərin mümkün olduğunu düşünmürdü, amma o məşhur söz onun ağzından çıxdı. “tranquilo” yəni “sakit”
Superliqa layihəsi ilə əlaqədar UEFA ilə aralarında problem çıxanda İngiltərə baş naziri məsələyə müdaxilə etsə də geri addım atmadı.
UEFA prezidenti Ceferin Super Liqa layihəsinə izn verməyəcəklərini bildirəndə Florentinonun cavabı qısa konkret oldu:
“Real Madridin kim olduğunu UEFA-ya xatırlatmalıyıq”.
Və…növbəti mövsüm Ceferinin əlindən Çempionlar Liqası kubokunu şəxsən özü aldı. Çoxları bunun fərqinə varmır, amma bu, futbol tarixindəki ən böyük meydan oxumalardan biri idi.
Barselona daimi çempion olan zamanlarda belə Perez hakimdən şikayət edən, mətbuata açıqlama verən prezident olmayıb. Hər zaman sakit və soyuqqanlı idi. Hər şey planlıdır, hər şey qaydasındadır…
Onun bu soyuqqanlılığı kataloniyalılar arasında “hər şeyi idarə edir” devizinin yaranmasına səbəb oldu. O həqiqətənmi dünya futbolunu idarə edir? FİFA və UEFA prezidentindən güclü klub prezidenti ola bilərmi?
Bu gün Perez 7 çempionlar liqası kuboku olan bir prezidentdir. Real Madrid hazırda maliyyə baxımından dünyadakı ən güclü klubdur. Son illərdə isə futbolçulara böyük məbləğlır xərcləmək əvəzinə yeniyetmələri alıb onları super ulduza çevirməyi bacarır. Dünyanın ən yaxşı futbolçusunu bazar dəyəri ən azı 200 milyon avro olan Mbappeni PULSUZ şəkildə komandaya qatır.
Florentino Peres və ya Xaç Atası… bütün zamanların ən böyük idman prezidenti… son futbol baronu…
13 il öncə bu gün tarixin ən yaxşı serialı Game of Thronesun ilk bölümü nümayiş olundu. Yayımlandığı 8 il ərzində 757 mükafata namizəd olub onlardan 272-ni qazandı. Guinnesin dünya rekordu kibatında 6 ədəd dünya rekordu var. Serialın son sezonunun büdcəsi 100 milyon dollardan çox idi.(Bir serial üçün bu rəqəm fantastikdir). Ümumilikdə 3 bölümü İMDB-də 10 baldan 9.9 bal almağı bacarıb. Əksər bölümləri isə 9 balın üzərindədir.
Qeyri rəsmi rəqəmlərə əsasən serialın bölümləri pirat saytlardan totalda 1 milyard(!) dəfə endirilmişdi. 170 dən çox ölkədə izləyicisi var idi. Arya, Khallesi, Daneryes kimi adlar məhz serialdan sonra Amerikada qız uşaqlarına qoyulan məşhur adlar siyahısına girdilər.
Serialda Dothraki və Valyrian dillərini yaratmaq üçün dilçi David J. Petersona müraciət edilib. Bu dillər George R.R. Martinin kitablarında qeyd olunan bir neçə söz və ifadəyə əsaslanırdı və Peterson onları qrammatik qaydalara və lüğətə malik tam funksional dillərə çevirdi. Yəni Game of Thrones sayəsində iki yen dil yaradılıb.
Barak Obama serialın qatı fanatı idi. O, 5-ci sezonun finalından sonra Jon Snowun ölüb ölməyəcəyini dəqiqləşdirmək üçün serialın prodüserlərinə zəng etmişdi. Dünyada VI sezona ilk baxan da məhz o olmuşdu.
Xorvatiyada, İslandiyada, İspaniyada çəkilən bəzi bölümlərdən dolayı həmin qəsəbələr turist axınına məruz qalmışdı.
Son sezonu fiasko olsa da, obyektiv prizmadan yanaşsaq yenə də sujeti, senarisi, sinematoqrafiyası,aktyorluqları, musiqisi bir sözlə hər şeyi ilə Game of Thrones mükəmməllik nümunəsidir.
Futbol nifrət yaymalı olan bir şey deyil. Futbol sadəcə insanlara sevinc və ilham verməli olan bir şeydir.
Yalan doğru bir zamanlar belə bir söhbət var idi ki, Türkiyədə Dostoyevski və Tolstoy oxuyucları arasında debat keçiriləndə dava düşüb, bıçaqlaşma olmuşdu. Səbəb isə o idi ki, debat zamanı Dostoyevskinin oxuyuclarından biri Tolstoyun anasına söymüşdü.
Dünyanın əksər ölkələrində artıq rəqib azarkeşlər eyni sektorda oturmağa, birlikdə futbol izləməyə başlayıblar. Məsələn stadionlardakı 20 il əvvələ qədər olan dava dalaşlar, xuliqanlıqlar artıq kəskin şəkildə azalıb. Təbii ki, istisnalar var. Amma artıq insanlar futbol ilə daha çox stress atmağa, əylənməyə çalışırlar. Futbolu sevdikləri üçün və rəqibi də bu oyunun bir parçası kimi gördükləri üçün rəqiblərinə qarşı da ən azından fiziki şiddətə meyl etməyəcək qədər təmkinli davranırlar.
Türkiyə çempionatını izləmirəm. Mənə görə həddən artıq şişirdilmiş və futbolan daha çox başqa nüansların önəm daşıdığı bir çempionatdır.
Dünən Trabzonspor Fenerbahce oyununda baş verənlər sistemli şəkildə illərdir nifrətlə, aqressiya ilə doldurulmuş cəmiyyətin hisslərinin təzahüründən başqa bir şey deyildi. Zatən adamlar dəliqanlıdırlar, amma hazırda cəmiyyətdə nifrət elə bir həddə çatıb ki, ən xırda məsələdə belə kəksin fikir ayrılıqları və düşmənçilikər yaranır. Türkiyədə din, siyasət, futbol kimi mövzularda fərqli fikirlər və fərqli mənsubiyyətlər insanları rəqib yox düşmən edir.
Jurgen Klopp deyir ki:
“İnsanlar məndən niyə həmişə gülümsədiyimi soruşurlar. Hətta bəzən məğlub olsaq belə, yenə də gülümsəyirəm. Çünki oğlum dünyaya gələndə anladım ki, futbol həyat və ya ölüm deyil. Biz insanların həyatlarını xilas etmirik.
Futbol nifrət yaymalı olan bir şey deyil. Futbol sadəcə insanlara sevinc və ilham verməli olan bir şeydir.”
Selektiv abort…
Azərbaycandakı çox saylı problemlərin ən başında gələnlərdən ikisi mənə görə narkotika və selektiv abortdur. Yeddi illik qeybdən qayıdan Qaraqan belə mahnılarından ikisini bu mövzulara ayırıb.
Ümumiyyətlə selektiv abort nədir?
Selektiv abort körpənin cinsinə əsaslanaraq hamiləliyin dayandırılması təcrübəsidir və ilk dəfə 1975 ci ildə rəsmi prosedur olaraq sənədləşdirilib. Dünyada selektiv aborta görə ən “məşhur” ölkələr Hindistan və Çindir. Azərbaycanın dünyada birinci yer olması ilə bağlı hər hansı rəsmi bir mənbə tapa bilməsəm də, ölkədə bununla bağlı narahatlıqlar olduğu aşkardır. Azərbaycanda son onilliklər ərzində dölün cinsinin müəyyən edilməsinə imkan yaradan ultrasəs müayinəsindən geniş istifadə nəticəsində ölkədə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulmasına səbəb olur.
BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000–15 000 nəfər çox olacaq. Cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir.
Ümumi olaraq selektiv aborta görə ən çox adıı hallanan region və ölkələr siyahısında Şərqi Asiya, Qafqaz və Balkan ölkələri gəlir.
Şəkildə oğlan qız nisbəti üzrə ölkələrdəki durumu görə bilərsiniz
Son yarım əsrdə təxmini rəqəmlərdə əsasən 50 milyona qədər qız uşağı selektiv abort vasitəsi ilə qətlə yetirilib. Niyə məhz qətlə yetirilib?!
Çünki hamiləliyin
5-ci həftəsində uşağın ürəyi döyünməyə başlayır.
8-ci həftəsində ana bətnindəki uşağın sinir sitemi formalaşır və artıq ağrı hiss etməyə başlayır.
10-cu həftəsində körpənin qolları, əlləri, barmaqları, ayaqları və ayaq barmaqları tam formalaşır.
11-ci həftəsində körpə yumruqlarını və ağzını açıb bağlayır, dizləri, dirsəkləri və topuqlarını işlədir.
14-cü həftəsində artıq səs telləri formalaşıb, körpə barmaqlarını ağzına yaxınlaşdırır, bütün ağrıları hiss edir və saçları çıxmağa başlayır.
Və selektiv abortların böyük hissəsi 15-ci həftədən sonra baş verir…
Portağal sevirsiz?
Bəzilərinin ən sevdiyi meyvədir portağal.
Portağal ağacları bizə həm dünəni, həm də sabahı göstərir. Necə?!
Bu meyvənin ağacına baxan zaman budaqda dəymiş meyvələr varkən, digər budaqda hələ çiçəklənmə dövründə olan portağal çiçəkləri görə bilərsiz. Meyvələri budaqlardan sallanarkən, eyni zamanda çiçək açan ağacdır portağal.
İndi gələk işin sənət qisminə.
Portağalı ölüm simvolu kimi təqdim edən ilk film baxmayanların çox şey itirdiyi “Xaç atası” olub. Bu filmdə hər hansı bir səhnədə portağal görürsünüzsə, bu o deməkdir ki, portağala ən yaxın adam öləcək. Məsələn, Don Korleoneyə suiqəsd edilən zaman o portağal almağa çalışırdı və ya rəhmətlik ölüm səhnəsində nəvəsi ilə portağal yeyirdi.
Francis Ford Coppola deyir ki, bu məsələ tamamən təsadüf nəticəsində yaranıb, lakin sonradan portağal 3 filmdən ibarət bu möhtəşəm seriyada 22 dəfə ölüm gətirdi.
Filmdəki portağal səhnələri aşağıdakı videoda izləyə bilərsiniz.
https://medium.com/media/0c62b12a3bcb98e341cc9accdf7e662a/href
Harlen Lebo “Xaç atası” filminin çəkilişləri haqqında kitabında iddia edir ki, klassik qanqster filmlərində çəkilən portağallar tutqun rəngli film setini rəngləndirmək üçün nəzərdə tutulub.
Deyilənlərə inansaq kino tarixinin ən ikonik vizual simvollarından biri təsadüfən beləcə meydana gəlib. Bəs “Xaç atası” filmindəki “ölümcül” portağallar digər filmlərə necə təsir etdi?
“Xaç atası” filminin ikonik portağal rəmzi kriminal janrda çəkilən bir çox film və ya seriallarda da istifadə olunub. “The Sopranos”da Toni həyatına qəsd etməzdən əvvəl portağal suyu içir.
Requiem for a dream, Rocknrolla , Point Break kimi filmlərdə də portağal rəngi və ya portağal özü ölüm simvolu kimi istifadə olunur. Mənim ən böyük “guilty pleasure”lərimdən biri olan Çukur serialında isə ölən önəmli obrazların hər biri istisnasız olaraq portağal suyu içir, portağal yeyirdi yaxud portağalla hər hansı bir şəkildə təmasda olurdu.
53 cinayətlə tarixin ən dəhşətli seksual manyaklarından biri, adamyeyən, “SSRİ şeytanı” -Andrey Çikatilo.
“Bıçağımı istifadə edən zaman psixoloji bir rahatlıq hiss edirdim. Bilirəm ki mən məhv edilməli idim. Çünki mən təbiətin xətası idim…”
Andrey Çikatilo tarixdəki ən böyük aclıqlardan birinin Ukraynada hökm sürdüyü dövrdə, 1936-cı anadan olmuşdur. Stalinin “əl işi” olan Ukraynadakı bu aclıq elə bir səviyyədə idi ki, insanlar bir birinin ətini belə yeyirdilər. Andreyin böyük qardaşı belə qaçırılaraq ac kəndlilər tərəfindən yeyilmişdi. Bu əhvalatın uşaqlıqda davamlı olaraq ona danışılması, ətrafında baş verənlər onun sonrakı həyatına birbaşa təsir etmişdi. 12 yaşına qədər gecələr sidik saxlaya bilməməkdən əziyyət çəkirdi, ona görə də anası tərəfindən döyülürdü. Atası mühariyə yollandıqdan qısa müddət sonra əsir düşmüşdü. Deyilənə görə alman ordusu bir müddət onun yaşadığı bölgəni əsarətə almış və Andrey öz anasının dəfələrlə alman əsgərləri tərəfindən zorlandığının şahidi olmuşdu.
Böyüdükdən sonra Andreyin ereksiya probleminin,cinsi zəifliyinin olması da onda kifayət qədər güclü psixoloji problemlərə səbəb olmuşdu.Hətta buna görə yaşadığı qəsəbədə lağ obyektinə çevrilmiş və intihara cəhd etmişdi. Daha sonra Rostova köçərək orada müəllim kimi həyatına davam etmiş, 1963 cü ildə evlənmiş və hətta iki uşaq sahibi də olmuşdu.
Andreyin ilk cinayətləri məktəbdə şagirdlərinə qarşı təcavüzə cəhdlər olmuşdu. Buna görə onun müəllimlik fəaliyyətinə son verilmişdi. Amma ilk öldürdüyü qurbanı isə 1978 ci ildə 9 yaşlı Yelena olmuşdu. Balaca qızcığazı aldadaraq kirayə tutduğu evə aparan Andrey, öncə təcavüzə cəhd etsə də ereksiya ola bilməmişdi , daha sonra isə onu qarnından bıçaqlayaraq öldürmüş və bu əsnada orqazm olmuşdu. Ən dəhşətlisi isə bu idi ki, bu cinayətə görə tamamən fərqli bir adam tutularaq cinayət boynuna qoyuldu və adam edam edildi.
1984 cü illdə Andrey çox saylı cinayətlərin əsas şübhəlisi olaraq həbs olundu. Lakin qurbanlar üzərindəki sperm və qan analizləri üst üstə düşmədiyi üçün azad olundu.
1990 ci ilin əvvəlinə qədər artıq bu serial cinayətlər elə dəhşətli həddə çatdı ki, SSRİ rəhbərliyi ən ağır tədbirləri görməli oldu. Cinayətlərin ən çox işləndiyi Rostov Oblastına yüzlərlə polis göndərildi. Polislər gecə gündüz vağzallarda, parklarda keşik çəkməli olurdular. Bu cür sıx tədbirlərə rəğmən Andrey o ərəfədə belə iki cinayət törətməyi bacarmışdı. Daha sonra sırf onu yaxından izləyərək qadın və uşaqlara çox yaxınlaşmağa çalışdığını, ünsiyyət qurmağa çalışdığını gördülər.
Nəhayət 1990 cı ilin payızında Andrey tutularaq məhkəməyə gətirildi. İlk on gün ərzində heç nə etiraf etməsə də, sonradan hər şeyi danışmağa başladı. Onun danışdıqları ağlasığmaz idi. Dediyinə əsasən 60-a yaxın qadın və uşağı amansızlıqla öldürmüşdü. Öldürdüyü insanlara daha sonra təcavüz edir,onların gözlərini bıçaqla oyur, onların cinsi orqanlarını,dodaqlarını, dillərini, döşlərini kəsərək yeyirdi. Qurbanlar əsasən fahişələr, sərxoş qadınlar, balaca qız və ya oğlan uşaqları olurdu. Onları müxtəlif formada aldadaraq hər hansı bir yerə aparır daha sonra cinayətlərini həyata keçirirdi.
Uzun çəkən məhkəm prosesi SSRİ-də əsl sensasiyaya səbəb olmuşdu. Qurbanların ailələrinin də iştirak etdiyi bu məhkəmələrdə , Andreyin məhkəmədə danışdıqları onlar üçün əsl cəhənnəm idi. Bu səbəbdən onu öldürülməməsi üçün xüsusi ilə qoruyurdular, məhkəmədə qoruyucu şüşədə saxlanırdı.
Nəhayət bütün cinayətləri sübuta yetirilən bu iblis 1994 cü ilin soyuq bir Fevral günündə bir güllə ilə edam edilərək aid olduğu yerə-cəhənnəmə göndərildi…
Xristofer Kolumb isə həmin günlə bağlı gündəliyinə sadəcə bunu qeyd edir: “Cəhalət hər zaman köləlik gətirir”
Amerikanı kəşf etdiyini heç zaman anlamayan, ömrünün sonuna qədər buranın Hindistan olduğunu düşünən Xristofer Kolumb bir dəfə yenə Amerikada səyahətdə olarkən gəmilərdə ciddi nasazlıq aşkarlanır. Bu nasazlıqları aradan qaldırıb, təmir etmək üçün Kolumb məcburən ən yaxın Yamayka sahillərinə lövbər salmalı olur. Sahil zonasında yaşayan yerli sakinlər öz qonaqpərvərliklərini göstərərək təmir işlərində Kolumbun adamlarına kömək edir, gəmi heyətini yemək və su ilə təmin edirdilər. Amma təmir işləri aylarla davam etdikcə vəziyyət mürəkkəbləşir, belə ki,gəmi heyəti yerli əhalinin yeməklərini talayır, oğurlayır və onları incitməyə başlayır. Bu vəziyyətdən qəzəblənən yerli sakinlər yardımı və ərzaqları tamamilə kəsir.
Bunu eşidən Kolumb vəziyyətdən çıxış yolu axtarsa da, ağlına heç nə gəlmir və çarəsiz şəkildə sahildən uzaqlaşmaq üçün planlar qurmağa başlayır. Elə bu zaman birdən gözü masasındakı təqvim cədvəlinə sataşır və görür ki, təqvimə əsasən növbəti gün Ay tutulması baş verəcək.
Hiyləgər bir italiyalı olan Kolumb dərhal yerlilərin yanına gedir və Tanrının onunla əlaqə saxlayaraq yardımın kəsilməsinə çox qəzəbləndiyini bildirir. Əlavə olaraq deyir ki, Tanrı sabah qəzəbini Ayın qanını qırmızıya çevirərək göstərəcək.
Ertəsi gün axşam saatlarında Ay tutulması başlayır və tutulma səbəbindən Ay qırmızı rəngdə əks olunur. Kolumbun oğlu gündəliyində həmin günü belə təsvir edirdi:
“Yerlilər qorxu və fəryadlarla hər yerdən gəmilərə gəlir, yemək-içmək gətirir, Kolumba yalvarırdılar ki, Tanrıdan onları bağışlamasını istəsin.”
Kolumb isə soyuqqanlılığını pozmadan qum saatına baxır, artıq tutulma bitmək üzrədir. Onlara deyir ki, sakitləşə bilərlər çünki Tanrı onları bağışlayıb və tezliklə Ayı normal rənginə dəyişəcək. Təqribən bir saatlıq tutulma sona çatır və yerli əhali Allah tərəfindən bağışlandıqları üçün sevinir və gəmi ekipajına yardımları daha da canla başla etməyə başlayır.
Kolumb isə həmin günlə bağlı gündəliyinə sadəcə bunu qeyd edir: “Cəhalət hər zaman köləlik gətirir”
Hazırda İsrail və Həmas arasında baş verən savaşlarda bir daha gündəmə gələn və video görüntülərdə bizi heyran qoyan Dəmir Qübbə adlı bu müdafiə mexanizmini yəqin ki, bir çoxumuz II Qarabağ müharibəsində eşitmişdik. İsraildən alınan bu sistem Azərbaycanı Ermənistan tərəfindən atılacaq raket zərbələrindən qoruyacaqdı. Bəzi məlumatlara görə müharibə zamanı doğrudan da bu sistem xüsusən də sivil insanların yaşadığı bölgələri qorumağı bacarmışdı. Bəs bu Dəmir Qübbə necə bir şeydir və bütöv bir ölkəni və ya şəhəri necə qoruyur?
Dəmir Qübbə 2011 ci ildə İsarilin müdafiə texnologiya şirkəti olan Rafael Advenced Defense Sysetms şirkəti ve İsrail Hava və Kosmik Sənaye qurumu tərəfindən istehsal olunan, istənilən hava şəraitində işləməyi bacaran, qısa məsafəli hava hücumundan müdafiə sistemidir. Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa-məsafəli raket və ya artilleriya atəşindən qorumaq imkanına malikdir. Bu sistem ilk dəfə 7 aprel 2011-ci ildə Qəzzadan atılan qrad raketlərini məhv etmişdir. 10 mart 2012-ci ildə verilən məlumata əsasən Dəmir Qübbə Qəzzadan əhalinin sıx məskunlaşdığı ərazilərə atılan raketlərin 90%-ni zərərsizləşdirə bilmişdir. 2012-ci ilin noyabrında verilən rəsmi məlumata görə isə , sistem 4 gün ərzində Qəzza ərazisindən buraxılan 400 dən çox raketi zərərsizləşdirməyə müvəffəq olmuşdur.
Sistemin hazırlanmasının ən böyük səbələrindən biri 2006-cı ildə baş vermiş Livan müharibəsi zamanı Hizbullah tərəfindən İsrailin şimal ərazilərinə təqribən 4000 raket atılması idi. Belə ki, bu raketlərin əksər hissəsi ölkənin üçüncü ən böyük şəhəri olan Hayfanı hədəf almışdı. Bu hücumlar nəticəsində 44 İsrail vətəndaşı həlak olmuş, təqribən 250 000 nəfər vətəndaş İsrailin müxtəlif yerlərinə təxliyə olunmuş, 1 milyon nəfər isə müharibə ərzində bomba sığınacaqlarında yerləşmişdir.
Dəmir Qübbə mexanizminin komponentləri və onların funksiyaları aşağıdakı formadadır:
Atılan raketi təsbit edən aşkarlama və təqib radarı. Bu radar təsbit etdiyi raket barədə məlumatı kontrol məntəqəsinə ötürür.
Kontrol məntəqəsi təsbit edilən raketin düşəcəyi yeri hesablayır və əgər təhlükəli bir mövqe yaxud kritik bir nöqtədirsə o zaman vur əmri verir
Raket atəş vahidi vur əmri verilən raketi göydə zərərsizləşdirir.
İsrail və Fələstinin demək olar ki iç-içə yerləşməsi hər iki bölgə üçün döyüş zamanı çox çətinlik yaradır. Bu səbədən də qeyd olunan sistem inanılmaz dərəcədə həssas şəkildə yaradılıb və nəinki raket hətta atılan mərmi belə radara düşür.
“Qəzəbli azarkeşlər onu öldürməsin deyə küçədə, restoranda, az qala ayaqyoluna gedəndə belə dostları onu tək qoymamalı olurdu…”
The Sun qəzeti 2000 lərin əvvəlində onu tanımayan insan tapa bilmək üçün dünyanın müxtəlif yerlərinə əməkdaşlar göndərmişdi. Uzun axtarış sonrası Çadda yaşayan və onu tanımayan bir çoban tapdılar.Bu sensasiya idi, axı onu dünyada hamı tanıyırdı…
Axı o David Beckham idi…
Bu gün təqribən yarım milyard dollarlıq sərvəti olan David orta statistik ingilis ailəsində doğulmuşdu. Sonradan dahi olan bütün futbolçular kimi o da uşaqlıqdan futbol manyakı idi, ən böyük şansı isə atasının da onun futbolçu olmasını ən azı David qədər istəməsi idi. Çox keçmir ki, bu istedalı uşaq Manchester United tərəfindən komandaya cəlb edilir və orada yetişməyə başlayır.
Artıq doxsanların sonuna doğru Beckham əsl ulduza çevrilmişdi. Amma Davidin məqsədi təkcə futbol ulduzu olmaq deyildi.
Yaraşıqlı olması nəticəsində müxtəlif brendlərə əməkdaşlığa başlayan David bunun da sayəsində həm də reklam ulduzu olmuşdu. Üstəlik o dövrdə dünyanın ən məşhur pop qrupunun üzvü olan Viktoriya ilə sevgi münasibəti və evliliyi onun şöhrətini bir idmançının belə xəyal etməyəcəyi yerlərə qaldırdı. Bu məşhurluq ona təkcə avantajlar gətirmirdi, insanlar ondan bir futbolçu olaraq da daha çox şeylər gözləyirdi, insafla danışmaq lazımdır ki, David bütün karyerası boyu bu gözləntiləri doğruldan əsl professional bir futbolçu olmuşdu. Yalnız bir dəfə etdiyi çılğınlıq xaric…
1998 ci il dünya çempionatında İngiltərənin ən böyük ulduzu şübhəsiz David idi. Əlavə olaraq komandada kifayət qədər yaxşı futbolçuların olması ingilisləri dünya çempionu olmağa inandırmışdı. Amma 1/8 final mərhələsində Argentina ilə son dərəcədə prinsipial (Folklend adaları düşmənçiliyindən dolayı bu iki milli düşmən kimi idilər) görüşdə 23 yaşlı Beckham ona qarşı edilən kobudluqlardan bezərək hər zaman qıcıqlandırıcı əməlləri ilə məşhur olan Diego Simioneni təpiklə vurdu. Hər kəs sarı kart veriləcəyini gözləsə də hakim birbaşa qırmızı verərək onu meydandan çıxardı. Buna hətta Simione özü də təəccüb etmişdi. Oyun sonunda penaltilərlə Argentina turu keçdi və Bechkamın həyatının ən qorxulu günləri başladı.
Əvvəlcə məşqçi son dərəcədə qeyri profesional və xain davranaraq müsahibədə məğlubiyyətə görə demək olar ki, birbaşa Davidi günahlandırdı. Ardınca isə futbolu həyatının hər şeyi hesab edən ingilislər və ingilis mediası Davidə sözün əsl mənasında cəhənnəm yaşatmağa başladılar. Hətta bir xuliqan azarkeş qrupu onu öldürəcəyini belə açıqladı, küçədə gəzəndə yaxınlaşıb üzünə tüpürüdülər, onu və ailəsini təhqir edirdilər. Maşınla gedərkən tıxacda maşından düşüb onun maşını yumruqalamalar, onu təhqir etmələr artıq adi hal almışdı. Viktoriya ilə birlikdə tezliklə uşaqları olacağı ictimaiyyətə məlum olduqdan sonra bir çox stadionlarda minlərlərə insan Viktorianı və hələ doğulmamış oğlunu təhqir edən şüarlar səsləndirirdi. Davidin anası dəfələrlə meydançada oğlunu söyən insanlarla mübahisə etmişdi, ağladılmışdı. Təsəvvür edin 23 yaşlı bir gəncə qarşı edilən bu ağlasığmaz linçlər sadəcə bir futbol oyunundakı uğursuzluğa görə idi. David bu dövrdə ciddi depresiyaya düşdü və bir müddət təsirdən çıxa bilmədi. Təzyiqlər və təhqirlər aylarla davam etdi.
O nifrətin göstiriclərindən biri : Londonda restoranlardan birinin həyətində onun forması olan bir müqəvva aslıb.
O dövrdə ona sahib çıxan isə Manchester Uniteddəki komanda yoldaşları və məşqçi Ferguson oldu. Həmin ilin sonunda David Manchester United ilə Çempionlar Liqasını qazandı. Amma azarkeşlərlə tam barışması isə əsl Beckhama layiq şəkildə oldu. 2001 ci ilin oktyabrında Yunansıstanla oyunun sonuncu dəqiqəsində rəqib qapısından fantastik bir qol keçirərək milli komandasını dünya çempionatına apardı və beləcə yenidən ingilislərin qəhrəmanına çevrildi.
https://www.youtube.com/watch?v=L2wpH09cOU4&pp=ygUUZGF2aWQgYmVja2hhbSBncmVlY2U%3D
Eləcə də 2002 ci il dünya çempionatının qrup mərhələsində Argentinaya vurduğu qolla həm komandasını növbəti mərhələyə keçirdi, həm də Argentinanı qrupda saxlayaraq 4 il əvvəlki hadisənin intiqamını tam olaraq almış oldu.
Davidin meydançadan kənar şöhrəti sözlə ifadə edilə bilməz. O sözün əsl mənasında qlobal bir marka, əfsanəvi fenomen idi. Sosial şəbəkləri qoydum qırağa, internetin belə tam olmadığı dövrlərdə bu adam dünyanın hər yerində tanınırdı. Real Madrid onu transfer etdiyi il gəlirlərini üç qat artırmışdı. Təsadüfi deyil ki, Beckham tərkibində Raul, Figo, Zidane, Roberto Carlos, Ronaldo , Casillias kimi futbolçuların olduğu əfsanəvi “Galaktikosun”-un ən böyük ulduzu idi. 2007 ci ildə Amerikaya köçəndə onun təqdimatına dostu Tom Kruz, Will Smith kimi Hollywood ulduzları gəlmişdi. 2003 cü ildə İngiltərə kraliçası tərəfindən ölkəsinə verdiyi xidmətlərdən dolayı kraliyyət nişanına layiq görüldü.
O futbolu buraxdıqdan sonra onun cərimə meydançasına zərgər dəqiqliyi ilə verdiyi asmalar, məsafədən və cinahdan asılı olmayaraq vurduğu estetik cərimə zərbələrini gözlərimiz hələ də axtarır. 2013 cü ildə David PSJ-nin heyyətində sonuncu oyununa çıxaraq 20 illik karyerasını bitirdi. Amma təbii ki, futbolun xarizmatik oğlu futboldan kənarda qala bilməzdi. Hazırda Amerkianın İnter Mayami klubunun sahibidir və Amerikada futbolu məşhurlaşdırmaq üçün əlindən gələni edir. 2007 ci ildə Amerikaya futbol oynamağa gedəndə komanda yoldaşlarının bəziləri ildə 13 000 dollar maaş alan, futbolçuluqdan əlavə başqa işlərlə məşğul olan, yarı professional insanlar idi. Hazırda Messinin oynadığı, illik dövriyyəsi 160 milyon dollar olan və ildən ilə inkişaf edən bu liqanın bu günki uğurlarında pay sahibi olanlardan biri heç şübhəsiz David bəydir.
Və sonda bu yazını elə David bəyin öz sözləri ilə bitirək:
“Böyük komandalarda böyük futbolçularla oynadım, dörd ölkədə çempionluq, bir Çempionlar Liqası qazandım, ən böyük brendlərlə əməkdaşlıq edib böyük pullar qazandım, ölkəmin millisində kapitan oldum , amma, mənim üçün həyatımda əldə etdiyim ən böyük uğur Viktoriyanın əri və dörd uşağımızın atası olmaqdır”
Futbolun “Qarabağ şikəstəsi” olan , Çempionlar Liqasının musiqisi necə yaranıb?
Bu möhtəşəm himnin bəstəkarı kimdir?
Himnin sözləri necədir və nə anlama gəlir?
Yadımdadır ki uşaqlıqdan bəri eşidəndə içimizdə gözəl bir sevincə səbəb olan bu möhtəşəm himn ilk dəfə Bakıda 2017 ci ilin 15 Avqustunda Qarabağ və Kopenhagen oyununda səslənmişdi. Himn səslənməyə başlayan anda stadionda ele bir coşqu yarandı ki, sözlə təsvir etmək mümkün deyil. Gözü dolan kim, ağlayan kim, sözləri bilməyib ağzına gələni qışqıran kim. Amma hər kəsi çox gözəl başa düşmək olurdu… Axı biz bu himni çox gözləmişdik…
UEFA Çempionlar Liqasının Himni 1992-ci ildə ingilis bəstəkar Tony Britten tərəfindən bəstələnmişdir. Himninin sözləri çempionatın rəsmi dilləri olan ingilis, alman və fransız dillərindədir. Himni İngiltərə Kral Filarmonik Orkestri və St. Martin Academy xoru ifa edib.
Bəs himn necə yarandı?
UEFA Çempionlar Liqasının himninin müəllifi Toni Britten müsahibəsində əfsanəvi himnin necə bəstələnməsini belə izah edir:
“O zamanlar bir reklam agentliyi ilə işləyirdim. Agentlik məndən bir himn yazmağımı istədi. Sonradan öyrəndim ki, musiqi UEFA-nın yeni turniri üçün istənilir. İlhamlanmaq üçün hər cür musiqiyə qulaq asırdım, amma, heç biri məndə o həvəsi yaratmırdı. Daha sonra klassik musiqilərə qulaq asmağa başladım. Bir dəfə evdə uzanıb seçdiyim klassik musiqlərə qulaq asırdım. Birdən George Handelin 1727-ci ildə bəstələdiyi “Kahin Zadok” əsəri səsləndi. İçimdə sanki bir coşqu yarandı.Fortepiano,simlər və s… Dedim həə bax bu odur. O an tez aranjeman edib, notları kağıza qoydum. Agentliyə apardım və qulaq asıb çox bəyəndilər. Daha sonra musiqi UEFAya təqdim olundu və onlar da çox bəyəndilər. ‘Bəs mahnının sözləri’ dedim. Açığı onlar mahnının sözlərinin olacağını planlaşdırmamışdılar. Sözləri ingilis dilində yazmağa başladım. Daha sonra bir poliqlotdan yardım istədim və himni UEFA-nın digər rəsmi dillərində - fransız və alman dillərində də yazmağa başladım. Və beləcə Sentyabrdan İyuna kimi dinlədiyiniz o himn yarandı.”
1992-ci ildə dəyişən Çempionlar Liqası formatından sonra rəsmi himn olaraq yayımlanan bu musiqi illərdir ənənə olaraq hər Çempionlar Liqası matçından əvvəl səsləndirilir. Mahnının sözləri və azərbaycanca tərcüməsi isə belədir:
Ceux sont les meilleures équipes — Onlar ən yaxşı komandalardır (Fransızca)
Sie sind die allerbesten Mannschaften — Onlar ən yaxşı komandalardır (Alman)
The main event!- Əsas hadisə (İngilis dili)
Die Meister — Futbolun ağaları (Almanca)
Die Besten — Futbolun ən yaxşısı (Almanca)
Les meilleurs Équipes — Ən böyük komandalar (Fransızca)
The Champions! - Çempionlar! (İngilis dili)
Une grande reunion — Böyük icma (Fransızca)
Eine große sportliche Veranstaltung — Böyük idman hadisəsi (Almanca)
The main event! — Böyük hadisə (ingilis dili)
Ils sont les meilleurs — Onlar ən yaxşısıdır (Fransızca)
Sie sind die Besten — Onlar ən yaxşısıdır (Almanca)
The Champions! — Çempionlar! (İngilis dili)