Stories by Huseyn Alizada on Medium
Bu yazıda sizlərlə bir senior full stack developerin nələri bilməli olduguna baxacağıq. Əslində burda yazacaqlarım intervyu sualları deyil. Bu yazı sadəcə olaraq daha uğurlu full stack developer olmaq üçün nələri bilməli olduğunuzla bağlıdır. Əvvəla onu bildirimki, bu məqalədə yazacaqlarım öz şəxsi təcrübəmə əsaslanan subyektiv fikirlərimdir. Ümumi olaraq götürsək, 2019-cu ildə bir full stack developer back-end development, front-end development, verilənlər bazası və devops sahələrini bilməlidir. Amma nəyi hansı dərəcədə necə bilməlidir gəlin indi ona baxaq.
Başlayaq back-end development sahəsindən. Bir full stack developer istifadə etdiyi back-end texnologiyasını və proqramlaşdırma dilini ovcunun içi kimi bilməlidir. Əgər siz .NET developersinizsə o zaman CLR-in necə işlədiyini, Threading,Genericlərin necə işlədiyini, Garbage Collection və s. kimi mövzuları dərindən bilməlisiniz. Bununla bağlı biliklərinizi təkmilləşdirmək üçün bu kitabı tövsiyyə edə bilərəm. Əgər Java developersinizsə eynilə JVM-in necə işlədiyin o cümlədən Javada Threading, Garbage Collection və s. kimi mövzuları bilməlisiniz.
Bəs full stack developer neçə proqramlaşdırma dili bilməlidir? Əslində sayın önəmi yoxdur. Nə qədər fərqli paradiqmada dillər bildiyinizin önəmi var. Məsələn siz Java developersinizsə C# öyrənmək sizə çoxda bir şey qatmayacaq. Çünki hər iki dil eyni paradigmaya (OOP) əsaslanır. Amma əgər siz Java və ya C# developersinizsə functional paradigmaya əsaslanan bir dil öyrənmək sizə təssəvvür edə biləcəyinizdəndə çox şey qatacaq. Functional paradigmaya əsaslanan dillərə misal olaraq Scala və ya F#-ı misal göstərə bilərik.
İndi isə front-end development sahəsinə baxaq. Bir full stack developer olaraq mükəmməl javascript biliklərinə sahib olmalısınız.Bunun üçün Javascriptdə scope, closure, hoisting, execution context, prototypes, OOP, DOM,BOM, event queue, event loop, İİFE, Module pattern, Coercion kimi mövzuları dərindən mənimsəməlisiniz. Bu kitabı tövsiyyə edə bilərəm. Bundan əlavə ən azından bir framework-ü yaxşı səviyyədə bilməlisiniz. Bu Angular, React.Js və ya Vue.Js ola bilər. CSS ilə bağlı çox söz deyə bilməyəcəm çünki indiyə kimi işlədiyim proyektlərdə sırf HTML/CSS üçün ayrıca developerlər olub.
Yazının ən maraqlı hissəsinə çatdıq :) Bir full stack developer verilənlər bazası ilə bağlı nələri bilməlidir? İlk öncə SQL dilini yaxşı səviyyədə bilmək lazımdır. Bundan əlavə query optimization, indekslər, indekslərin düzgün seçilməsi, transaction, transaction isolation levelləri və s. kimi mövzuları bilmək lazımdır. Amma çox təəssüfki 2019-cu ildə artıq tək SQL bilmək yetərli deyil. Hər hansı NoSql texnologiyasını bilməyiniz sizin üçün böyük üstünlük və bəzi hallarda zəruridir. NoSql texnologiyalarına misal olaraq MongoDB, Cassandra, Apache Couchbase və s. göstərə bilərik. Öz şəxsi təcrübəmdə hələki MongoDB və Apache Couchbase ilə işləmək qismət olub.
Devops sahəsinə gəldikdə isə, artıq bir çox şirkətlər proqramçının ən azından CI(continious integration) pipeline-ı qura bilməsini tələb edir. Bundan əlavə cloud biliklərinizin olması artıq çox vacibdir. Məsələn bundan öncə Latviyada işlədiyim şirkətdə CI pipeline qurulması və ya cloud ilə bağlı müəyyən işlər (məsələn Azure-da ARM template-lərinin hazırlanması və resurların yaradılması) proyektdən asılı olaraq developerlər tərəfindən görülürdü. Amma bu şirkətdən və proyektdən asılı olaraq dəyişir. Çox böyük proyektlərdə infrastruktura ilə bağlı işlər sırf ayrı devops komandası tərəfindən görülür və proqramçıların buna çox limitli müdaxiləsi olur (əksər hallarda heç olmur). Başlığın əvvəlində yazdığım kimi, bir developer olaraq ən azından CI/CD-nin necə qurulduğunu bilməyiniz çox faydalı olacaqdır. Bunun üçün CI texnologiyalarını və bunlardan istifadə olunaraq necə CI Pipeline-nın qurulduğunu internetdə araşdıra bilərsiniz. Baxa biləcəyiniz CI texnologiyalarna misal olaraq Jenkins, Travis, TeamCity, Azure Devops və s. misal göstərə bilərəm. Və son olaraq cloud texnologiyalarından hər hansı birini (Azure, AWS və ya Google Cloud)öyrənmək sizin üçün çox böyük üstünlük olacaq.
Bir senior full stack developer olaraq arxitektura ilə bağlı biliklərin olmasıda vacibdir. Microservice arxitektura ilə bağlı bu kitabı tövsiyyə edirəm. Bundan əlavə Domain Driven Desing, CQRS, Event Sourcing kimi mövzularda biliklərinizin olması sizin üçün böyük üstünlük olacaqdır. Məsələn axırıncı dəfə iş intervyusunda olarkən məndən Domain Driven Desing ilə bağlı suallar soruşulmuşdur. Və son olaraq nəinki full stack developer amma bir developer olaraq təmiz kod (Clean Coding)yazma prinsipləri, SOLİD, DRY, YAGNİ prinsipləri və desing patternslər mövzusunda biliklərinizin olması zəruridir.
Bu yazınında sonuna gəldik. Ümüd edirəmki faydalı olmuşdur. Gələn yazılara qədər :)
Azərbaycanda bir çox proqramçını bu mövzu maraqlandırdığı və son 2 ildə 3 dəfə ölkə dəyişdirdiyim (Azərbaycan>Belarus>Latviya>Belarus) üçün bu yazını qələmə almağa qərar verdim.
Proqramçı kimi xaric təcrübəm 2017-ci ilin iyulunda Minskdə başladı. Buna qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzində proqramçı (Full stack .NET) olaraq fəaliyyət göstərirdim. İntervyu prosessi recruiterinin mənə linkedində yazması ilə başladı və 1 gün sonraya recruiter ilə ilk skype intervyusunu təyin etdik. İlk intervyu tanışlıq xarakteri dayışırdı. Verilən suallar özüm haqqında məlumatlar, iş təcrübəm, indiyə qədər istifadə etdiyim texnologiyalar və maaş gözləntim haqqında idi. Bundan əlavə, recruiter şirkət haqqında ümumi məlumat verdi. Və 2 həftə sonrasına texniki intervyu təyin etdik.
Məni texniki intervyu edən Kiev ofisinin əməkdaşı idi. Həmin vaxtda rus dilini heç bilmədiyim üçün intervyu ingilis dilində keçirildi və təxminən 1 saat 45 dəqiqə davam etdi. .NET tərəfində əsasən threading, async/await, generics, boxing/unboxing, interface vs abstract class, garbage collection, IDisposable, Finalizer, delegate vs event kimi mövzulardan ətraflı suallar verilmişdi. Əgər siz java developersinizsə sizədə javada bənzər suallar veriləcək. Bunda əlavə ASP.NET və ASP.NET Web Api ilə bağlı MVC vs WebAPI, content negotiation, partial view, ViewBag vs ViewData, script bundling, action filters, identity providers mövzularından soruşulmuşdu. Mənə javascriptlə bağlı heç bir sual verilməmişdir çünki intervyu edən sırf back-end developer idi. Amma əgər intervyu edən javascript bilirsə bu zaman javascriptlədə bağlı suallar verilməsi ehtimalı vardır. Javascriptlə bağlı verilən suallar əsasən lexical scopes, closure, prototype/oop, this keyword,IIFE, module pattern, event loop/event queue, DOM, BOM (Browser Object Model) mövzuları ətrafında olur. Bundan əlavə istifadə etdiyiniz texnologiyadan asılı olmayaraq verilən ümumi suallar vardır hansıki məndən də bu suallar intervyuda soruşulmuşdu. Bunlar əsasən design patterns, SOLID, YAGNI və DRY prinsipləri, Development Processləri (Agile, Scrum, Continious İntergration/Delivery), Unit testing mövzuları ilə bağlı idi. Son olaraq Verilənlər Bazası ilə bağlı suallar var idi hansiki bu suallar intervyularda ən çox verilən Verilənlər Bazası suallardır. Bunlar əsasən query optimization, indexlər (clustered və non-clustered indexlər, indexlərin düzgün seçilməsi, covering indexlər və s.), Transaction və Transaction İsolation Levellərindən ibarətdir.
Texniki intervyudan 2 həftə sonra recruiter məni menecer ilə intervyuya dəvət etdi. İntervyu formal xaraketer daşıyrdı və demək olarki recruiterlə olan ilk intervyunun kopyası idi. Əsas verilən suallar maaş gözləntim və iş təklifi alacağım təqdirdə nə zaman işə başlaya biləcəyim idi. Və bundan bir həftə sonra iş təklifi aldım. Təklif aldıqdan təxminən 2 ay sonra Minskə köçdüm və bu müddət araqlığında şirkətin əməkdaşları artıq məni təyyarə bileti və 1 aylıq hotel ilə təmin etmişdilər. Tibbi sığortanı isə şirkət işə başladıqdan sonra təmin edir və əgər ailəlisinizsə bütün bu sadaladıqlarım ailə üzvləriniz üçün də şirkət tərəfindən təmin edilir. Və son olaraq siz iş təklif aldığınız gündən şirkətin xüsusi əməkdaşları sizinlə kontakta keçərək siz şirkətə gələn günə qədər bütün suallarınızı cavablandırır və lazım olan köməkliyi göstərir. Ona görə don’t worry :)
Bu yazının sonuna gəldik. Ümüd edirəmki faydalı olmuşdur. Gələn yazılara qədər :)