Stories by Ilqar Sofiyev on Medium
Javascriptdə təcrübəli olmaq üçün funksiyaların necə təyin olunduğundan xəbərimiz olmalıdır. Javascriptə həm yeni başlayan həm də senior səviyyəsində olanlar belə funksiyaların təməllərini bilməlidir. Funksiyalar bizə kodlaşdırma zamanı təkrarlanmanın qarşısını almaqda kömək edir. Tutaq ki, bizə bir düstur lazımdır və bu düstur bir hesablamanı təmin edəcək. Bu düsturu kodlaşdırma zamanı bir neçə yerdə istifadə etməli olacağıq. Bu zaman həmin düsturu bir funksiyaya çevirməli olacağıq. Bu funksiyanı bir dəfə təyin etdikdən sonra istədiyimiz yerdə çağırmaqla onu rahat şəkildə istifadə edərək təkrarlanmanın qarşısına keçmiş olacağıq.
Javascriptdə bir funksiyanı təyin etməyin bir neçə yolu var. Ancaq “function” açar sözü ilə funksiya təyin etməyin üç yolu var. İlk öncə ikisinə baxaq. Onların ilki “function declaration” dediyimiz yoldur, digəri isə “function expressions” dediyimiz yoldur.
Bu məqalədə çalışdığım qədər sizə funksiyalar haqqında məlumat verəcəm. Təbii ki, nümunələri ilə birlikdə. Sualınız olsa rəy bildirməyi yaddan çıxarmayın.
Function declaration nədir ?
Function declaration — funksiya təyin etməyin və ya funksiya adlandırmağın bir yoludur. Təsəvvür edin ki, kod blokuna bir ad verirsiz. Function declaration nə üçün istifadə edilir ? Belə deyək ki, bu üsul daha çox kodu nizama salmaq, oxunmasını və yenidən istifadəsini asanlaşdırmaq üçündür.
Sintaksisi (yazılma qaydası) isə belədir:
function name(parameters) {
// yerinə yetiriləcək əmrlər
Gəlin hər bir hissəni parçalayaq:
function — function declaration başlanması üçün lazım olan açar söz
name — bu hissə funksiyaya verəcəyimiz addır. Daha sonra funksiyanı istədiyimiz yerdə yenidən istifadə etmək üçün bu adla çağıracıyıq.
parameters — Bunlar vasitəsilə funksiyalar atributlar qəbul edir.Parametrlər funksiya daxilində lokal dəyişənlər kimi istifadə edilir. Və unutmayaq ki parametrlərin sayı istənilən qədər ola bilər.
yerinə yetiriləcək əmrlər — burada {…} mötərizələr daxilində həyata keçəcək kodları yazırıq.
Nümunə:
function salamla(parameter) {
console.log(`salam $(parameter)`)
salamla("dünya")
salamla funksiyasını təyin etdikdən sonra onun içərisində consola bir mesaj yazdırırıq. Daha sonra isə funksiyanı adı ilə çağırırıq və parametrə bir string dəyər ötürürük. Bu dəyəri consolda parameter vasitəsilə yazdırırıq. Bu o demək deyil ki, function declaration ancaq parametrlər alaraq istifadə edilir. Xeyr. Sadəcə parametr alına biləcək üsulla göstərilib.
function salamla() {
console.log("salam dünya")
salamla()
Burada isə görə bildiyiniz üzrə funksiya parametr almadan təyin olunub və istifadə edilmişdir.
Burada funksiya təyin olunduqda o memory (yaddaşda) saxlanılır. Buna görə də onu funksiya təyin olunduğu yerdən əvvəldə çağıra bilirik. Buna javascriptdə hoisting deyilir. Hoisting səbəbilə funksiya javascript faylının ən başına qaldırılır və kodun hər yerindən çağrıla bilinir.
salamla()
function salamla() {
console.log("salam dünya")
salamla()
Burada kod 2 dəfə icra olunacaq. Yəni, 2 dəfə consolda salam dünya yazısını görəcəyik.
Function expressions nədir ?
Funksiya təyin etməyin ikinci yoludur. Burada funksiyanı yaradırıq ancaq ad təyin etmirik. Bunun əvəzinə bir dəyişən yaradıb funksiyanı ona mənimsədirik. Bu üsulda da funksiya yaratmağın iki yolu var. Birincisi function açar sözündən istifadə edərək funksiya təyin etmək, ikincisi isə arrow (oxlu) funksiyadan istifadə edərək funksiyanın təyin olunması.
İndi isə gəlin nümunədə bu üsulu detallarına qədər xırdalayaq.
const name = function (){
console.log("salam")
name()
const — javascriptdə dəyişəni tutmaq və ya təyin etmək üçün istifadə etdiyimiz variable keyword-dür. Qısaca desək, dəyişən təyin edicidir.
name — dəyişən adı. Funksiyanı daha sonra bu adla çağırırıq.
function — funksiyanı yaratmaq üçün istifadə etdiyimiz açar söz.
name() — funksiyanın adını yazıb qarşısına mötərizələri () yazmaqla funksiyanı çağırmış olduq.
Dəyişən təyin etmədən yazsaq bəs nə olar ?
function (){
console.log("salam")
name() // SyntaxError: Function statements require a function name
Bir error almış oluruq. Bu o deməkdir ki, funksiya təyin olunarkən mütləq bir adla və dəyişənlə təyin olunmalıdır.
Oxlu funksiyalarla function expression təyin etmək.
const salamla = () => {
console.log("salam dünya")
salamla() // salam dünya
Gördüyünüz kimi, oxlu funksiya function açar sözü kimi davranır və bu javascriptdə funksiya yaratmağın bir yoludur.
Bəs yaxşı function declaration-da funkiyanı təyin olunan yerdən əvvəldə də istifadə edə bilirdik. Burda necə ?
Function expressions-da bu mümkün deyil. Çünki, const və let təyin ediciləri ilə function yaratdığımız zaman funksiya yaradılır ancaq const və let hoistingə məruz qalmadığı üçün onları funksiya təyin olunduğu yerdən əvvəl çağıra və ya istifadə edə bilmirik.
salam() // ReferenceError: salam is not defined
const salam = function() {
consola.log("salam dünya")
Gördüyünüz kimi, function expresion üsulu ilə yaradılmış funksiyalar özündən əvvəl çağrıla bilmir.
Ancaq function declaration yolu ilə təyin olunmuş bir funksiyanı bir dəyişənə mənimsədib həmin dəyişəni daha sonra istifadə edə bilərik.
const yazdır = salamla()
yazdır // salam dünya
function salamla() {
console.log("salam dünya")
Gördüyümüz kimi, yazdır dəyişənindən istifadə etmək consola “salam dünya” çıxarda bildik. Ancaq yenə də yazdır funksiyasını təyin olunduğu yerdən əvvəl çağırası olsaq yenə eyni errorla qarşılaşacağıq.
Funksiyaları təyin etməyin üçüncü bir yolu daha var. Bu Anonim funksiyalardır. Buna qısaca İİFE (immediately invoked function expressions) deyilir. Yəni dərhal icra olunan funksiya ifadələri. Bunlarda nə ad nə də ki, dəyişən istifadə edilir. Bunlar özü özünü dərhal çağıran funksiyalardır. Yəni, siz bir funksiya yaratmaq istəyirsiz və bu funksiyanı təkrarən heç bir yerdə istifadə etmiyəcəksiz. Bir dəfə işə düşsün,öz əmrlərini yerinə yetirsin istəyirsiz. Bu zaman anonim funksiyalardan istifadə edirik. Gəlin bir nümunəyə baxaq:
(function() {
console.log("salam dünya")
Burada funksiyanın özünün (…) üç nöqtə yerində yazıldığını görürsüz. Funksiyanın yazıldığı mötərizələr onun bir ifadə (expression) olduğunu göstərir. Yəni adı olmayan bir expression. Adı olmadığı üçündə onu dərhal mötərizələrdən sonra iki mötərizə açmaqla () çağırıb funksiyanın icra olunmasını bildiririk. Əgər anonim funksiyanı bir adla yaratsaydıq onda onu həm anonim funksiya kimi dərhal çağırada bilərdik, həm də adı ilə öz içərisində də istifadə edə bilərdik. Ancaq bu da bir sonsuz döngü yaratmış olacaq (təbii ki, şərtlər yazılmasa).
İndi isə ümumi olaraq bunların müsbət və mənfi tərəflərinə baxaq
Function declaration :
Müsbətləri
✔ Hoisting dəstəkləyir → Funksiya təqdim edilmədən əvvəl çağırıla bilər.
✔ Daha oxunaqlıdır → Funksiya adı olduğu üçün debug etmə və çağırma rahatdır.
✔ Kod strukturlaşdırmağa kömək edir → Funksiyalar toplu halda saxlanılır.
Mənfiləri
✖ Dəyişənə mənimsədilə bilməz → Yalnız sabit funksiya kimi işləyir.
✖ Fleksibil deyil → Funksiya dinamik olaraq yaradılıb dəyişdirilə bilməz.
Function expression
Müsbətləri
✔ Dəyişənə mənimsədilə bilər → Funksiya dinamik olaraq yaradılıb dəyişdirilə bilər.
✔ Callback funksiyalar üçün idealdır → setTimeout, addEventListener və s. ilə işləmək rahatdır.
✔ IIFE (Immediately Invoked Function Expression) istifadə edilə bilər → Funksiya dərhal icra edilə bilər
Mənfiləri
✖ Hoisting yoxdur → Funksiya təqdim edilməzdən əvvəl çağırıla bilməz.
✖ Debug etmək çətindir → Əgər anonimdirsə, konsolda ad görünməz.
✖ Oxunaqlılığı azdır → Adlı funksiyalar qədər aydın deyil.
Javascriptdə ustalaşmaq istəyirsizsə ilk öncə funksiyaların təyin olunmasında ustalaşsaz yaxşı olar.Çünki, bu sizin ilk addımlarınız olacaq. Funksiyaların sintaksisini və nəyi necə qaytaracağını bilməklə siz, daha təmiz, daha oxuna bilən kodlar yaza bilərsiniz. Uğurlar !
Prototype and __proto__
Hərdən consola baxdıqda Prototype və __proto__ adında bir şeylər görürük. Adlarında oxşarlıq olsa da görəsən həqiqətənmi bunlar eyni şeylərdir ? Gəlin bu sualın cavabını bir yerdə kəşf edək.
Prototype nədir ?
JavaScript prototype əsaslı bir dildir. Yəni, obyektlər digər obyektlərdən xüsusiyyətləri və metodları miras ala bilər. Hər bir obyektin prototype-i olur və bu prototype-dan yaranan və ya ona oxşar obyektlər onun xüsusiyyətlərini miras alır.
JavaScript-də class anlayışı ES6 ilə əlavə edilsə də, əslində bu, prototip əsaslı irsiliyin (prototype inheritance) üzərində qurulmuş bir sintaktik sugardır. Yəni, JavaScript-in fundamental quruluşu obyektlərə və prototiplərə əsaslanır.
Prototype konstruktor funksiyalara bağlı bir xüsusiyyətdir və hər funksiya yaradılan zaman avtomatik olaraq bir prototype obyektinə sahib olur. Bütün JavaScript obyektləri ya birbaşa, ya da dolayısı ilə bir prototype-dan yaranır. Qısaca desək, prototype bir şablon rolunda çıxış edir.
Prototype özü bir obyekt olduğu üçün, konstruktor funksiyalar tərəfindən yaradılan obyektlər üçün bir şablon rolunu oynayır. Yeni bir obyekt yaradılan zaman, həmin obyekt avtomatik olaraq konstruktorun prototype xüsusiyyətinə referans (istinad) edir.
Başqa sözlə, prototype mexanizmi obyektlər üçün ortaq xüsusiyyətləri saxlamaq və yeni metodlar əlavə etmək imkanı yaradır. Bu da yaddaşa qənaət edir və kodun daha optimallaşdırılmış şəkildə işləməsini təmin edir.
Tutalım ki, bir mühəndisik və əlimizdə olan telefonun oxşar xüsusiyyətlərinə malik bir telefon yaratmalıyıq. Gəlin indi bu dediklərimizə kodlar üzərindən baxaq:
Ilk növbədə dediyimiz kimi, bizə bir nümunə lazımdı. Bu nümunə Phone funksiyasıdır və digər yeni telefonlar xüsusiyyətlərini buradan götürəcəklər. Yəni, bizim konstruktor funksiyamız Phone funksiyasıdır. Və bizim bu funksiyamızın xüsusiyyətləri olmalıdır. Misal üçün, üz tanınması(faceİD) və 4k çəkiliş (ultraHD)kimi xüsusiyyətlər.
Burada prototype bir obyekt kimi fəaliyyət göstərir (bir şablon rolunu oynayır) və Phone konstruktoruna aiddir. İçərisində isə Phone-na aid olan metodları saxlayır və Phone konstruktorundan yeni yaradılan obyektin (new Phone) konstruktorun metodlarını miras almasını təmin edir.
__proto__ nədir ?
__proto__ bütün obyektlərdə olan bir xüsusiyyətdir. Yaradılan obyektin miras aldığı prototype-nı göstərən bir referans göstəricisidir.
Burada, newphone.__proto__-nun mirasçısının Phone.prototype olduğunu yoxlayırıq və true cavabını alırıq. Yəni newPhone-nun konstruktoru Phone funksiyasıdır və o öz metod və xüsusiyyətlərini Phone konstruktorunun prototype obyektindən(şablonundan) miras alır. Yəni, siz newPhone üzərindən bir metod yazmaq istəsəniz (hal-hazır ki, vəziyyətdə newPhone-da bir metod olmadığına görə) Javascript newPhone.__proto__ hissəsinə baxacaq. Yəni, gedib onun miras aldığı obyektə nəzər salacaq. Orda varsa metodu o hissədən çağıracaq əgər yoxdursa, o obyektində __proto__ hissəsinə gedəcək və beləliklə bir __proto__ zənciri yaranmış olacaq.
Bəs yaxşı ortaya belə bir sual çıxır ki, niyə newPhone-nun metodları və xüsusiyyətləri __proto__ adlı bir obyektdə saxlanılır ? Birbaşa newPhone-nun özündə niyə saxlanmır ?
Bunun ilk açıqlaması yaddaşın qənaətcil istifadəsidir. Prototype ilə ortaq xüsusiyyətlər paylaşıldığı üçün, təkrar olunmaların qarşısına keçilir. Təsəvvür edin hər yeni yaradılan obyektdə metodlar özlərinə aid olur və yaddaşda bu nə qədər yer tutmuş olacaq. Ən yaxşısı metod və xüsusiyyətlərin bir yerdə saxlanıb bütün yeni yaradılan obyektlərin həmin yerə əlçatımlılığını təmin etmək (bunu prototype edir) daha doğru olardı.
Bəs yaxşı hansı halda yaddaşın səmərəsiz istifadəsindən söhbət gedir ?
Gəlin buna bir nümunə üzərindən baxaq:
Burada hər yeni obyekt üçün eyni metodlar ayrı-ayrılıqda yaradılır, bu isə yaddaşın səmərəsiz istifadəsinə səbəb olur.
Aşağıda isə metodlar yalnız bir yerdə — Phone.prototype içində saxlanılır, və bütün referanslar ona __proto__ vasitəsilə əlçatan olur.
Nəticə olaraq deyə bilərik ki, Phone.prototype yeni bir telefon istehsal etmək, yaratmaq üçün bizə bir plan verir və biz newPhone.__proto__ ilə Phone-nun planlarına əsasən həyata keçirildiyini təsdiq edir.
__proto__ ilə [[Prototype]] arasındakı əlaqə nədir ?
__proto__ və [[Prototype]] mahiyyətcə eyni şeyi ifadə edir, lakin onların istifadəsi fərqlidir. Könhə nəsil brauzerlərdə consolda __proto__ göstərilsə də, yeni nəsil brauzerlərdə bu artıq [[Prototype]] yazısı ilə dəyişdirilmişdir. Ancaq bunlar arasındakı xırda fərqlərə nəzər yetirəsi olsaq [[Prototype]] birbaşa əlçatan deyil. Onun əvəzinə obyektin prototype-na nəzər salmaq üçün __proto__ istifadə edilir.
HTML, məşhurlaşmadan əvvəl standartlaşdırılmamışdı. Bu səbəbdən də fərqli yerlərdə fərqli cür istifadə edilmişdir. HTML-in standartlaşdırılması onun bir neçə fərqli proses və yollardan keçməsi ilə nəticələnmişdir. İndi isə gəlin birlikdə bu yolları kəşfə çıxaq.
İstifadəçi brovserdə bir veb səhifəni açarkən, ilk addım URL vasitəsilə serverə sorğu göndərməsidir. Bu zaman server göndərilən URL-i analiz edərək bu URL-ə qarşı hansı faylları göndərəcəyini seçir. Serverdən HTML faylı (və digər resurslar, məsələn, CSS, JavaScript, şəkillər) göndərilir.
Bu zaman baş verənləri bir daha nəzərdən keçirək:
İstifadəçi browser vasitəsilə bir URL daxil edir və serverə istək göndərir;
Server HTML faylını tapır və istifadəçiyə göndərir;
Browser faylı bir başa oxumağa başlayır yəni onun yüklənməsini gözləmir. Birbaşa faylın ilk baytlarından oxumağa başlayır.
Bundan sonra isə parsinq mərhələsi başlayır. Parsinqin nə qədər möhtəşəm və dinamik bir proses olduğunu təsəvvür etmək üçün gəlin bunu bir az daha əyləncəli şəkildə təsvir edək. Fərz edək ki, HTML bir kitabdır, browser isə bu kitabı oxuyub səhnələşdirilən bir teatrdır. Orada, hər bir sətr oxunulur, aktyorlar (tokenlər) tanınılır və nə etməli olduqları təyin edilir. İndi bu “teatr tamaşasının” pərdə arxasındakı hekayəsini birlikdə izləyək!
Gəlin bu teatra bir ad verək: Browser Teatrında HTML-in Parsinq Macərası
1-ci Pərdə: HTML browser qapısında
Serverdən gələn HTML sənədi browserin qapısına çatır. Bu sənəd, hələ qarışıqlıq içində olan bir ssenaridir. Yazı çoxdur, amma heç kim başa düşmür. Browserdə deyilir ki:
“Bu qədər qarışıqlıqla tamaşa edə bilmərik! Bu ssenarini düzəltmək lazımdır!”
Bu nöqtədə, teatrın iki qəhrəmanı — Lexer və Parser — səhnəyə daxil olur.
2-ci Pərdə: Dedektiv Lexer səhnədə
Lexer bir dedektivdir. O, HTML sənədindəki hər simvolu araşdırır, onları parçalayır və hər bir hissəni öz yerinə qoyur. Lexer belə deyir:
“Bunu həll etmək mənim işimdir. Gəlin görək bu kodda kim var, kim nə deyir və kim harada dayanacaq!”
Təsəvvür edin ki, Lexer teatr ssenarisini oxuyur. Məsələn, belə bir ssenari var:
Lexer deyir: “Bu, bir etiketin başladığını göstərir. Görək hansı etikettir.”
İkinci simvol: h
Lexer deyir: “Bu, html və ya başlıq etiketlərindən biri ola bilər. Gözləyək, tam olaraq nə olduğunu tapacağam.”
Üçüncü simvol: 1 və Lexer deyir ki, “bu, bir h1 etiketi idi! Ssenaridə əsas səhnəni oynayan aktyor”
Lexer (aktyorun geyiminə diqqətlə baxır): “Bu aktyorun geyim kodu var — class=”title”. Səhnədə hansı rolu oynayacağını müəyyənləşdirir.”
(Səhnədəki h1 aktyoru, geyimini dəyişdirərək “title” rolunu alır.)
Lexer (gülümsəyərək): “Bu > işarəsi mənə deyir ki, artıq aktyorun səhnəyə çıxması tamamlandı. İndi mətn oxunacaq.”
Lexer, aktyorun (h1) dediyi mətni səhnəyə gətirir: “Bu hissə sadə mətn parçasıdır — aktyor tamaşaçılara səslənir: Tamaşa başlayır!”
Lexer diqqətlə “h1” bağlanma etiketini oxuyur: “Bəli, bu h1 aktyorunun səhnəni tərk etdiyini bildirir. İş tamamdır!”
3-cü pərdə: Simvollardan → Tokenslərə
Lexer hər bir simvolu oxuduqca, onları tokens adlı daha böyük və məntiqli hissələrə çevirir. Bu tokens-lər Parser-in işləməsi üçün təməl qurur. Məsələn:
Lexer sonda tamaşadan bütün rolları və hadisələri tokens şəklində yazır:
Token: Açılan Etiket, Ad: h1
Token: Attribute, Ad: class, Dəyər: “ title”
Token: Mətn, Məzmun: “Tamaşa başlayır!”
Token: Bağlanan Etiket, Ad: h1
Lexer öz işini tamamladıqda belə deyir:
“Rejissor Parser, tamaşanın aktyor siyahısı hazırdır! İndi səhnəni qurma növbəsi sizdədir.”
4-cü Pərdə: Parser — Teatrın Rejissoru
Lexer-in hazırladığı tokens-ləri alan Parser işə başlayır. Parser tam bir rejissordur. Onun işi bu tokens-ləri məna kəsb edən quruluşa — DOM Ağacına çevirməkdir.
Parser hər tokeni yerinə qoyur, belə bir teatr səhnəsi qurur:
document
└── html
└── body
└── h1
├── class: "title"
└── "Tamaşa başlayır!"
Parser deyir:
“Aktyorlar hazırdır! Səhnə quruldu! Tamaşaya başlayaq.”
5-ci Pərdə: Parsinqin Möcüzəsi
Parser və Lexer birlikdə işləyərək tamaşanı canlandırır. Amma bu, heç də hər zaman asan olmur! Gəlin görək, onlar bir problem yaşasa, nə baş verir.
Fərz edək ki, ssenaridə bir səhv var:
Lexer və Parser bu səhvi görür və aralarında belə bir dialoq olur:
Lexer: “Burada bir şey çatışmır. Açılan h1 var, amma bağlanmayıb.”
Parser: “Problem deyil! Mən rejissoram, bunu tənzimləyərəm!”
Parser səhvi düzəldir və etiketi avtomatik olaraq bağlayır.
Bu səbəbdən, bəzən səhv HTML yazsanız belə, brovser səhifəni düzgün göstərir. Çünki Lexer və Parser sizin üçün səhvləri aradan qaldırmağa çalışır.
6-cı Pərdə: Səhnə Həyata Keçir
Lexer və Parser-in əməkdaşlığı nəticəsində tamaşa hazır olur. İndi bütün aktyorlar yerindədir, dekorasiya qurulub, tamaşaçılar üçün hər şey görünür. Siz veb səhifəni açdığınızda əslində bu möcüzəvi teatrı izləyirsiniz.
HTML Parsing and Displaying process
Nəticə: Browser Teatrında HTML-in Parsinq Macərası
Hər dəfə bir veb səhifə açanda, Lexer və Parser səhnə arxasında işləyir, səhifəni gözəl bir tamaşaya çevirirlər. Lexer ssenarini hazırlayır, Parser isə ona həyat verir. Ona bir ruh üflüyür. Bu teatrın nəticəsi — gözlərinizin önündə açılan rəngarəng veb səhifədir.
Məqalədən öyrənəcəkləriniz
Meta teqlərin yaranması
Meta teqlər nədir və nə üçün istifadə edilir?
Meta teqlərin növləri və istifadəsi
Meta teqlərin yaranması
HTML-in ilkin versiyaları yaranərkən saytın daxilində olan məlumatlar haqqında istifadəçilərdə ilkin bir təəssürat yaratmaq və bunu istifadəçilərə göstərmək üçün HTML daxilində bir etiketə (teqə) ehtiyac var idi. Bunu istifadəçilərə çatdırmaq və brouserində bunu başa düşməsi üçün “meta” sözü uyğun bir seçim kimi hesab edildi və HTML dilinin standartlarına daxil edildi. “Meta” sözü yunan dilində “sonra, arxasında” deməkdir. Bundan əlavə “meta” sözü informatikada da geniş istifadə edilir və “məlumat toplusu”-nu təsvir edir. Məhz html-də də bu təsvirdən istifadə edilir. Məlumat toplusunun xülasəsini istifadəçilərə təqdim edir. İstifadəçilərdə bir təəssürat yaradır.
Meta teqlər nədir və nə üçün istifadə edilir ?
Hər hansı bir veb saytın meta teqləri yoxdursa deməli o saytda nəsə əksikdir. Bəzi funksional və ya görüntü problemlərinin olduğunu hiss edəcəksiniz. Meta teqlər veb saytda görsənmir onun əsas məqsədi axtarış və ya digər texniki vasitələrin veb saytın məzmununu başa düşməsi və onu istifadəçiyə çatdırmasıdır. Bundan əlavə meta teqlər vasitəsilə saytın kim tərəfindən yaradıldığını, veb saytın sosial şəbəkələrdə hansı formada göstərilməsini, axtarış vasitələrində veb saytın hansı başlıq altında və kontenti ilə istifadəçi qarşısına çıxmasını təmin etmək olar. Meta teqlər vasitəsilə veb saytınızı google indekslənməsində ön tərəflərə çıxarda bilərsiniz. Doğru meta teqlər vasitəsilə bunnu əldə edə bilərsiniz. Meta teqlər vasitəsilə axtarış vasitələri bizim veb saytımızı necə indeksləyəcəyini, hansı məlumatları istifadəçiyə verəcəyimizi deməyin bir yoludur.
Meta teqlərin növləri
Not: Meta teqlər head teqinin arasında istifadə edilməlidir!
Title
Meta Charset
Meta Viewport
Meta Keywords
Meta Description
Title teqi
Title teqi brouserin veb saytınızdan təsviri aldığı ilk yoldur. Bu axtarış səhifələrində saytınızın hansı başlıq altında görünəcəyi sətirdir.
Meta Title
Title teqi üçün html kodu aşağıdakı kimidir :
Effektiv title üçün bilinməsi vacib olanlar :
Hər veb sayt üçün 1 ədəd title olduğuna fikir verin. Birdən çox title teqi saytın CTR-nə təsir göstərə bilər.
Axtarış sistemlərində başlığın tam görünməsi üçün Title-da hərflərin və boşluqların ümumi sayı 50–60 arası olmalıdır
Title teqi veb saytın məlumatlarına görə dolğun və qısa olmalıdır.
Əgər bir marka və ya ticarət veb saytıdırsa title bu saytın adını əlavə etməyi unutmayın
Meta Charset
Nə üçün vacibdir?
Düzgün Simvol Göstərilməsi: Azərbaycan dilindəki “ə”, “ü”, “ö”, “ç”, “ş”, “ğ” kimi xüsusi hərflər düzgün kodlama olmadan səhv göstərilə bilər.
Uyğunluq: UTF-8 kimi geniş simvol dəstini dəstəkləyən kodlamalar, eyni sənədin fərqli brauzerlərdə və cihazlarda düzgün işləməsini təmin edir.
Xətaların Qarşısını Almaq: Yanlış simvol kodlaması simvolların və ya dillərin pozulmasına səbəb ola bilər (məsələn: � kimi qəribə simvollar görünə bilər).
İstifadəsi:
Meta Viewport
Meta Viewport teqi, veb səhifənin ölçülərini və miqyasını cihazın ekran ölçüsünə uyğunlaşdırmaq üçün istifadə olunan bir responsiv meta teqdir. Bu teq, xüsusən mobil cihazlarda veb saytların düzgün görünməsini təmin edir.
Meta viewport
Niyə istifadə edilir ?
Kompüter ekranları ilə mobil cihazların ekran ölçüləri çox fərqlidir. Əgər bir veb səhifə düzgün qurulmayıbsa, mobil cihazda səhifə çox kiçik görünə bilər və istifadəçilər onu böyütmək məcburiyyətində qala bilər. Meta Viewport etiketi, bu problemi həll etmək üçün səhifəni avtomatik olaraq ekran ölçüsünə uyğunlaşdırır.
İstifadəsi:
“width=device-width” — bu parametr səhifənin enini cihazın ekran eni ilə uyğunlaşdırır.
initial-scale=1.0 — bu parametr səhifənin başlanğıc miqyasını təyin edir. Bu standart rəqəmdir.
Meta Description
Bu meta teqdə siz veb saytınızın xülasəsini qeyd edirsiz. İstifadəçinin axtarış matorlarında sizin veb sayt haqqında və göstərdiyiniz xidmətlər haqqında istifadəçinin oxuduğu və ilk təəssürat aldığı yerdir.
Meta Description
Yazılışı:
Effektiv meta description üçün bilinməsi vacib olanlar:
Meta Description-da yazdığınız xülasənin uzunluğu 155-i keçməməsi məsləhətdir. Çünki, keçdiyi təqdirdə axtarış matorları bu yazını qısaldacaq və sonuna 3 nöqtə əlavə edəcək.
Vurğulamaq istədiyiniz məhsul və ya xidmətiniz varsa, onlar haqqında qeydlər yaza bilərsiniz.
Meta descriptiondan 1 ədəd olması kafidir. Çünki, axtarış matorları bir neçə descriptiondan random olaraq birini seçəcək və istifadəçiyə onu göstərəcək. Bu da istifadəçi tərəfindən xoş qarşılanan bir hal deyil və bu da öz nəticəsində sayta daxil olan istifadəçi sayına təsir göstərəcək.
Meta keyword
Loru dildə desək, Meta keyword vasitəsilə siz istifadəçinin axtarış matorlarında hansı sözləri yazdıqdan sonra gəlməsini istəyirsizsə o açar sözləri yazırsız. Head teqi arasında yazılan bu kod istifadəçi tərəfində görünməyəcək. Bu, axtarış matorlarının veb saytınız haqqında məlumatı başa düşməsi və təsdiqləməsi üçündür. Burada açar sözlər məzmunla uyğun olmalı və vergüllə ayrılmalıdır.
Yazılışı:
Meta keywords haqqında bilinməsi vacib olanlar :
Veb saytın məzmunu ilə əlaqəli olmalıdır.
Spam və keywords stuffing (açar sözlərlə doldurma) veb saytın axtarış zamanı reytinqinə zərər vura biləcək iki əsas problemdir. Bu cür manipulyasiya üsulları qısa müddətli nəticələr versə də, uzun müddətdə cəzalandırılma və veb saytın reytinqdən düşməsi ilə nəticələnə bilər.
SPAM nədir ?
Spam, veb səhifənin məzmununda istifadəçilərə və ya axtarış mühərriklərinə faydalı olmayan, lakin nəticələrdə yuxarı çıxmaq üçün istifadə edilən aldatıcı və mənasız məzmun deməkdir.
Məsələn:
Həddən artıq reklam yerləşdirmək
Dəyərsiz və təkrarlanan məzmun əlavə etmək
Keywords Stuffing Nədir?
Keywords stuffing axtarış nəticələrində reytinqi artırmaq üçün bir məqalədə açar sözləri həddən artıq və mənasız şəkildə təkrarlamaq deməkdir.
Məsələn:
Necə Qarşısını Almaq Olar?
Keyfiyyətli məzmun: İstifadəçilərin suallarını cavablandıran və ehtiyaclarına uyğun faydalı və orijinal məzmun yaradın.
Açar Sözlərin az ancaq saz istifadəsi: Açar sözləri məzmunda təbii şəkildə və ehtiyac olduğu qədər istifadə edin.
Google təlimatlarına uyğun olun: Google-un Webmaster Guidelines-larını izləyərək düzgün və etik SEO strategiyaları tətbiq edin.
Məzmunu insanlar üçün yazın: Əsas diqqəti yalnız alqoritmlərə deyil, real istifadəçilərə yönəldin.
Meta Robots
Meta Robots HTML sənədlərində istifadə edilən bir meta teqdir və veb səhifələrə daxil olan axtarış mühərriki robotlarına (bots) müəyyən təlimatlar verir. Bu təlimatlar sayəsində səhifənin hansı hissələrinin indekslənməli və ya axtarış nəticələrində görünməli olduğunu idarə etmək mümkündür.
Yazılışı:
Əsas parametrlər və mənaları:
index — Axtarış mühərrikinə səhifəni indeksləməyə icazə verir. (Standart olaraq aktivdir.)
noindex — Səhifənin indekslənməməsini istədiyinizi göstərir.
follow — Axtarış mühərrikinə səhifədəki linkləri izləməyə icazə verir. (Standart olaraq aktivdir.)
nofollow — Axtarış mühərrikinin səhifədəki linkləri izləməməsini göstərir.
noarchive — Axtarış mühərrikinə səhifənin keşlənmiş (cached) versiyasını yaratmamağı bildirir.
nosnippet — Axtarış nəticələrində səhifənin təsvir mətninin (snippet) göstərilməməsini bildirir.
nocache — Səhifənin brauzer və ya axtarış mühərriki tərəfindən keşlənməsini istəmirsinizsə istifadə edilir.
Ən çox istifadə edilən kombinasiyalar:
Siz bunlardan əlavə olaraq öz istəyinizə uyğun kombinasiyalar yarada bilərsiniz ancaq diqqət edin ki, bu kombinasiyalar 2 parametrdən artıq olmasın.
Nəticə
Meta teqlərin düzgün və effektiv istifadəsi saytların axtarış nəticələrində daha yüksək mövqeyə gəlməsini və istifadəçilərə daha yaxşı təcrübə təqdim edilməsini təmin edir. Meta teqlərin istifadəsi həmçinin SEO (Search Engine Optimization) üçün önəmlidir, çünki düzgün istifadə edilmiş meta teqlər saytı axtarış nəticələrində daha yuxarı sıralara çıxara bilər.
Məqalədə bəhs edilən mövzular:
Web Storage API nədir ?
Web Storage API yaranma tarixi
Web Storage API nə üçün istifadə edilir ?
Cookie, Local Storage və Session Storage nədir ?
Bunlar arasındakı əsas fərqlər nələrdir ?
Web Storage API nədir ?
Web Storage Api, müasir veb tətbiqlərində məlumatları yadda saxlamaq üçün brauzer tərəfindən təqdim olunan bir interfeysdir.
Bəs brauzer bunları necə bilir və yadda saxlayır ? — Brauzer, Web Storage API vasitəsilə istifadəçinin məlumatını yadda saxlamaq üçün xüsusi daxili yaddaş mexanizmlərindən (SQLite, fayl sistemləri və s.), domen əsaslı yaddaşdan istifadə edir. Bunlara daha sonra detaylı toxunacağıq…
Web Storage API yaranma tarixi
Web storage api necə oldu ki, yarandı ? — bunu Cookie-lərlə bağlıya bilərik. Çünki, Cookie-lərin istifadəsi artıq çətinliklər və bəzi maneələr yaratmağa başlamışdı. Nümunə olaraq belə bir şey deyə bilərik ki, bir istifadəçi brauzerdə eyni saytı 2 pəncərədə açaraq təyyarə bileti almaq istəyir. Birinci pəncərədə bileti yaddaşa verir və ikinci pəncərədə girib başqa bileti almaq istəyir. Artıq, əvvəlki pəncərədə istifadəçi təyyarə biletini yaddaşa verdiyi üçün həmin biletidə almış olacaq (çünki, həmin bilet artıq serverə ötürülmüş olacaq). Cookielər istifadəçinin veb saytla qarşılıqlı təmasa keçdiyi hər şeydə serverə HTTP sorğusu göndərir. Bu da onu bütün pəncərələrdə sinxron işləməsinə səbəb olur. Bu həm performansın azalmasına həm də bəzi məxfilik problemlərinə gətirib çıxardır. Bu cür problemlərin həlli üçün sessionStorage gətirildi.
Web Storage API nə üçün istifadə edilir ?
Veb tətbiqlər brauzerdə istifədəçinin məlumatlarını yaddaşda uzun müddətli və ya müvəqqəti saxlamaq üçün Web Storage API-dən istifadə edir. İstifadə məqsədləri arasında bir çox şeyi saymaq olar:
Cookielərdən fərqli olaraq bu API hər HTTP sorğusunda məlumat göndərmir, bu da performansı artırır.
Cookielərdən (14KB) fərqli olaraq daha böyük həcmdə (5–10 MB) məlumat saxlamağa imkan verir.
İstifadəçi seçimlərinin yadda saxlanılması ( dil seçimi, gündüz/gecə modu və s.)
Lazım olan məlumatları hər dəfəsində serverdən çəkmək əvəzinə müştəri tərəfində saxlayaraq performansın artırılması.
İstifadəçinin səbətində olan məhsulların yadda saxlanılması və s.
Cookie, Local Storage və Session Storage nədir ?
Cookie — brauzerlər tərəfindən kiçik həcmli məlumatları saxlamaq üçün istifadə edilir. Cookie-lər istifadəçi və server arasında məlumat paylaşımında istifadə edilə bilər. Hər bir cookie üçün maksimum 4 KB həcmində məlumat saxlanıla bilər. Cookilərin mənfi cəhətlərindən biri avtomatik olaraq hər HTTP sorğusunda serverə göndərilir. Bu da performansın azalmasına səbəb olur.
LocalStorage — istifadəçi pəncərəni yenilədikdə və ya bağladıqda belə brauzerdə yadda qalacaq məlumatları saxlamağımıza yarıyan bir xüsusiyyətdir. LocalStoragedə saxlanılan məlumatlar üçün bir vaxt limiti yoxdur. Konsoldan localStorage-ə baxmaq üçün aşağıdakı kodu yazaraq məlumatları əldə edə bilərsiniz :
console.log(window.localStorage);
Bu kodun nəticəsi aşağıdakı kimi olacaq:
window.localStorage
Nəticədən də görünür ki, biz məlumatları set, remove və ya get ilə dataları əlavə edə, silə və əldə edə bilərik. LocalStorage-ə baxmaq üçün inspect bölməsindən və yaxud Cntrl + Shift + I düymələrini sıxdıqdan sonra, Application bölməsinə keçid edərək, Local Storage hissəsindən hansı məlumatların brauzerin yaddaşında saxlandığını görə bilərsiniz.
Application — Local storage
Local storage — key/value
Gördüyünüz kimi, localStorage bütün məlumatları key/value tipində saxlayır. Əgər hansısa bir məlumat əlavə etmək istəsəniz bunun üçün yuxarıda dediyimiz kimi setİtem etməyiniz kifayətdir. setİtem metodu 2 arqument qəbul edir. Birincisi, dəyəri saxladığımız dəyişənin adı, ikincisi isə dəyərin özü.
window.localStorage.setItem("name", "İlqar");
Burada qeyd etdiyimiz:
“name” — key hissəsinə (dəyişənin adı)
“İlqar” — value hissəsinə uyğun gəlir (dəyər)
key — name , value — İlqar
İndi isə əlavə etdiyimiz dəyəri konsola yazdıraq
console.log(window.localStorage.getItem("name")); //İlqar
İndi isə əlavə etdiyimiz dəyəri localStorage-dən silək
window.localStorage.removeItem("name");
localStorage yenidən baxsaq orada artıq name adında bir keyin olmadığını görərik
LocalStorage bütünlüklə təmizləmək üçün isə clear metodundan istifadə etməliyik.
localStorage.clear()
SessionStorage — dən isə müəyyən bir müddətə hansısa məlumatları yaddaşda saxlamaq üçün istifadə edilir. Bu yaddaş brauzerin yaddaşı deyil. Bu səfər məlumatlar komputerin RAM-ında saxlanılır. Çünki, məlumatlar müəyyən bir müddətə yaddaşda saxlanılmalıdır. İstifadəçi pəncərəni və yaxud brauzeri bağladığı anda məlumatlar itəcək, serverə bu məlumatlar göndərilməyəcək. SessionStorage Cookielərdən fərqli olaraq 5MB lıq bir saxlama bölməsi verir istifadəçiyə. LocalStorage -də eyni işi təşkil edir ancaq əsas fərqi brauzer və ya pəncərə bağlandıqda məlumatların itməməsidir. LocalStorage-də istifadə etdiyimiz metodların eynilərini burada da istifadə edə bilərik.
Bunlar arasındakı əsas fərqlər nələrdir ?
Məlumatların saxlanma müddəti:
Cookie: Müddət təyin edildiyi halda uzun müddət saxlanıla bilər, əks halda sessiya müddətində etibarlıdır.
localStorage: Məlumat brauzer bağlansa belə, uzun müddət saxlanılır.
sessionStorage: Məlumat yalnız cari sessiya müddətində saxlanılır və brauzer pəncərəsi bağlandıqda silinir.
Saxlanma yeri:
Cookie: Həm müştəri, həm də server tərəfdə saxlanıla bilər.
localStorage: Yalnız müştəri tərəfində saxlanılır.
sessionStorage: Yalnız müştəri tərəfində saxlanılır.
Saxlama həcmi:
Cookie: Təxminən 4KB məlumat saxlaya bilər.
localStorage: Təxminən 5–10MB həcmində məlumat saxlamaq mümkündür.
sessionStorage: Təxminən 5MB həcmində məlumat saxlamaq mümkündür.
Serverlə əlaqə:
Cookie: Məlumat hər HTTP sorğusunda serverə avtomatik göndərilir.
localStorage: Məlumat yalnız müştəri tərəfində saxlanılır və serverə göndərilmir.
sessionStorage: Məlumat yalnız müştəri tərəfində saxlanılır və serverə göndərilmir.
Məqsəd:
Cookie: Müştəri-server əlaqəsini təmin etmək üçün istifadə olunur (məsələn, istifadəçi autentifikasiyası).
localStorage: Uzunmüddətli məlumatları müştəri tərəfində saxlamaq üçün istifadə olunur.
sessionStorage: Sessiya müddətində müvəqqəti məlumat saxlamaq üçün istifadə olunur.
Nəticə
Günümüzdə Web Storage API həqiqətən də mükəmməl işlər çıxartmaqdadır. İstifadəsi Cookielərdən daha rahat və daha performanslıdır. Bu APİ bütün brauzerlərdə dəstəklənir. Web Storage API müasir veb tətbiqlərində məlumatların müştəri tərəfində saxlanması üçün daha çevik və effektiv bir mexanizmdir. Bu API, cookie texnologiyasına nisbətən daha yüksək performans, təhlükəsizlik və geniş saxlama həcmi təmin edir. Cookie istifadəsi autentifikasiya üçün əvəzolunmazdır əsasəndə JWT tokenlər üçün.
HTML DOCTYPE nədir və nə üçün istifadə edilir ?
Məqalənin ibarət olduğu mövzular:
Doctype necə yarandı ?
Doctype nədir ?
Doctype niyə bu qədər vacibdir ?
Doctype-in müxtəlif versiyaları
Doctype istifadəsi
Doctype necə yarandı ?
Tarixinə baxası olsaq, HTML və XHTML adlı iki qardaş var imiş. Birinin sözü o birinin boğazından keçməzmiş. Bu qardaşların hər birinin özünə uyğun qaydaları var imiş. Və bu, digər insanların (brauzerlərin) ağıllarını (matorlarını) çaşdırırmış. Doctype bildirişi, insanlara (brauzerlərə) sərəncamın (faylın) hansı qardaşa aid olduğunu (HTML və ya XHTML və onların hansı versiyada olduğunu) göstərən bir bildirişdir.
HTML-in (Veb saytların əsasını yaradan işarələmə dili) əsasını təşkil edən bir neçə vacib element və bildiriş vardır. Bunlardan biri də HTML Doctype-dır.
Doctype nədir ?
Qısa bir şəkildə desək, HTML Doctype brauzerlərə bizim yaratdığımız veb səyfənin, HTML faylının hansı HTML versiyasında olduğunu və tipini tanıtdırmaq üçün istifadə edilən bir bildiriş növüdür. Biz brauzerə bizim html səyfəmizi bu qaydalara uyğun olaraq yarat deyirik bu sayədə.
Texniki bir yanaşmayla cavablasaq, Doctype, HTML faylının ən başında yazılan bir açıqlayıcıdır. Bu sətir, XML təməlli bir yanaşma istifadə edir və HTML faylının DTD(Document Type Definition)-ını müəyyən edir. DTD, HTML faylının struktrunun, elementlərinin və atributlarının qayda və qanunlarını özündə saxlayan bir dokumentasiyadır.
Doctype niyə bu qədər vacibdir ?
Doctype, brauzerlərin HTML faylını düzgün başa düşməsini təmin edir. Doctype-ın səhv şəkildə yazılması və ya yazılmaması vəziyyətində, səyfənizin doğru bir şəkildə render edilməməsinə və ya bəzi şeylərin düzgün işləməməsinə gətirib çıxarda bilər. Bu kod parçası yazılmazsa səyfəniz “quirks mod”-da göstəriləcəkdir. Bu modda standart rejimdə olan bəzi funksiyalar və ya xüsusiyyətlər işləməyə bilər. Bunlara nümunə olaraq, css marginləri, html 5 dəstəyinin olmaması, xətaların görməzdən gəlinməsi kimi şeylər ola bilər.
Doctype, veb səyfəmizin HTML standartlarına uyğun olub olmadığını bildirir. Standartlara uyğun olan səyfə, əl çatımlılıq baxımından daha uğurlu və axtarış servisləri tərəfindən daha etibarlı hesab edilir.
Doctype-ın əsasən 3 tipi mövcuddur:
HTML 4.01 : Bu, HTML-in köhnə versiyasıdır
HTML 5 : Ən çox istifadə edilən HTML versiyasıdır. Daha yaaxşı performans, daha yaxşı əlçatımlılıq ehtiva edir.
XHTML : HTML-in XML təməlli bir versiyasıdır. XHTML daha sərt bir struktura hakimdir.
Doctype istifadəsi
Doctype-ı faylımızın ən üst hissəsində qeyd etmək lazımdır.
HTML 4.01 -də isə aşağıdakı kimi bir bildiriş təyin edəcəkdik :
Nəticə:
immutable dəyərlər niyə immutabledir? (Javascript)
Bəzi developerlər bunun tam nə olduğunu bilmədən sadəcə suala səthi cavab verərək keçirlər. Gəlin bir yerdə baxaq.
1-ci sətirdə number dəyişkəni təyin olunduğu anda onun dəyəri Stack yaddaşda bir yerlərdə saxlanılır və artıq dəyişən bu yerdən oxunulur. 3-cü sətirdə number dəyişəninin dəyəri dəyişdirildiyində bu dəfə ona yaddaşda yeni bir yer təyin edilir və yeni dəyər yeni yerdən oxunmağa başlanılır. (İmmutable (dəyişməz) adı da buradan gəlir. Siz bu dəyəri dəyişə bilməzsiniz onun əvəzinə hər zaman yenisini yaradırsız.)
3-cü sətirdə number-in dəyəri dəyişsə də cloneNumber-in dəyəri number-in köhnə dəyərinə istinad etdiyi üçün, cloneNumber dəyişmir. Çünki, numberin köhnə dəyəri hələ də Stackda köhnə yerindədi. Bu dəyərlər arasında heç bir əlaqə yoxdur. Sadəcə, cloneNumber number dəyişənini klonlayır və ona istinad edir.
Bəs nə zaman köhnə dəyər Stackdan silinəcəkdi?
— Çox sadə. Heç bir istinad olunmasaydı köhnə dəyər Stack yaddaşdan silinib gedəcəkdi. Garbage Collector deyilən mexanizm tərəfindən silinəcəkdi. Yəni, cloneNumber olmasaydı Stack yaddaşda numberin köhnə dəyəri olmayacaqdı.