Stories by Javid Karimov on Medium
Aristotelin belə bir deyimi var "Bir adamın dediyi ya doğrudur, ya da yalandır". 1965-ci ildə Lütfizadə "Qeyri-səlis məntiq" nəzəriyyəsini irəli sürərək Aristoteli "ниправ" çıxartdı. Öyrənmə mexanizmimin olmazsa olmaz hissəsini həmyerlimizin irəli sürdüyü bu nəzəriyyə tutur.
1) ...0,0001, 0,0002... 0,9998, 0,9999,...
18 yaşımda sosiallaşmaq niyyəti ilə, beynəlxalq idman yarışlarının birində könüllü oldum. Məktəb illərini ancaq texniki fənlərə adamış bir Cavid, ingilis dili advance olan "əjdahaların" arasına düşdü. Elə təzəcə səmimiyyət yaranırdı ki, "круг"da basketboldan danışanda NBA sözünün deyilişini [en - bi - a] olaraq tələffüz etdim və hərkəsin içində o rəncidə edici gülüş ucaldı. Bir neçə ayım bu gülüşün travması ili keçə - keçə, sıfırda olan ingilis dilimi artırmağa yönəldim, amma yaşımın da verdiyi təcrübəsizlik ingilis dilimi praktika etmək cəsarətini vermirdi, o zamana qədər ki, ilk beynəlxalq layihəyə gedib, Rachel adlı ingilis layihə yoldaşımla tanış olana kimi. Yerlərdə olan ingilis dili & ingilis aksenti, amma səndə səhv tutmadan səni səbirlə dinləyən, tapa bilmədiyin sözlərin sinonimini deyərək fikrini tamamlağa çalışan bir "adam gibi adam". Bu hadisə o qədər xoş gəldi və mənə özgüvən verdi ki, insanların artıq rəncidə etməsinə imkan vermirdim. Biraz şans, biraz da qərarlar ətrafımda Abbas kimi insanların sayının sıfıra enməsinə səbəb oldu. Bugün dönüb keçən 5 ilə baxanda görürəm ki, hələ də ingilis dilim o bir neçə ayda öyrəndiyim səviyyədə qalıb, bir zamanlar düzgün qərar adı altında verdiyim qərarlar bugün ziyanıma işləyib. Ölkə olaraq da ingilis dilini zəif bilənlər kateqoriyasında olmağımızın səbəblərindən biri kimi cəmiyyətimizdə Abbasların Rachelları üstələməsində görürəm. Abbasları yox etmədən, ortanı tutdurmağı isə özgüvən, biraz da arsızlıqda görürəm.
2) "Arsızlıq hər zaman qazandırır"
Bu öyrənmə metodumun başlığını "Who am I" filmdəki sevdiyim 2 replikadan birindən götürmüşəm, digər məşhur replikanı proqramçı dostların əksəriyyəti təxmin edə bilir məncə. Arsızlıq möhtəşəm bir şeydi, Abbas əzir çəkinmə, bir də başqa sözün deyilişində səhv et, həm də hansısa 5-6 nəfərlik mühitdə yox, böyük ingilis dilli konfransda söz haqqı istə fikrini çatdıranda səhvlər et. Amma arsızlıq və həyasızlıq arasındakı incə bir cizgi var, onu mütləq gözləmək lazımdır. Əgər edilən səhvlər düzəldilmir və rutin olaraq təkrarlanırsa, artıq iş arsızlıqdan keçib.
Öyrənmə mexanizmimin bu hərəkət verici 2 qüvvəsi proqramist üçün lazım olan şəxsi keyfiyyətləri ortaya çıxartmağa başlayır. Həmin şəxsi keyfiyyətlər proqramistin öyrənmə və araşdırma qabiliyyətinin inkişafına təkan verəcək.
---Səhv etməkdən çəkinməyən, səhvləri üzərində işləyən proqramist daim güclü mühitdə olmaqdan da çəkinməyəcək. Düzəldilməsi gərəkən səhvlərinin olduğunun fərqində olacaq, həmin səhvləri ona çatdıracaq "elçilər" axtaracaq. ‌
---Səhv etmək qorxusu olmayan insanın məğlubiyyət qorxusu da olmur. Məğlubiyyət qorxusu ilə yaşayan, hər məğlubiyyətini egosuna yedirə bilməyən bir insan "wunderkind" olsa belə bu sahədə uğur qazanmaq ehtimalı çox aşağıdır. Proqramlaşdırma hər döngəsi məğlubiyyətlərlə dolu bir kainatdır.
Məğlub olmağı bacaran insan üçün hər qazandığı uğurda, əldə etdiyi nailiyyətdən çox o nailiyyəti əldə edərkən verdiyi məğlubiyyətlər dəyərli olur. Yılmaz Erdoğanın sözü olmasın "Varmak diyil, yol güzel".
Mən də bu məşəqqətli yola təzə atılanlardanam, yolları bizim Lahıcın yollarına bənzəsə də, ümid edirəm əldə etdiyim nəticələrlə istədiyim mənzərəni görə biləcəm.
Hal-hazırda o mənzərəni görmək üçün aşağıdakıları edirəm.
1) Hər hansı sistemin necə işlədiyinə aid 5 dəqiqəlik videoya baxıramsa, deyilənləri tətbiq edib, tam öyrənmək üçün sistemin özünü ən az 2 saat vurtatı-çevirtatı edirəm.
2) Dərslərdə ağlımda ilişib qalan bütün suallara cavab tapmağa çalışıram, sualın absurdluğundan çəkinmirəm.
(CMS sözünü SMS eşidib yazmaq kimi (burdan hocama da diss atım :D))
3) Eşitdiyim terminləri "How to", "nedir" tipli başlıqlarla axtarışa verirəm, ilkin fikir formalaşdıra bilmək üçün.
4) Yazaraq öyrənmək metodum - biraz proqramist üçün yad metod kimi görünsə də, məktəb illərindən tətbiq etdiyim effektli üsullarımdandır.
Mənzərəyə çata bilsəm bir çayıma qonaq olarsız, yollardan danışarıq.
Slovenia, Ljubljana (Preseren Square)
Hello World! was originally published in Pragmatech on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.