Stories by Khagani Mammadli on Medium
Müasir veb və mobil tətbiqlərin sürətli işləməsi üçün məlumatların tez əldə olunması vacibdir. Bəzən məlumat bazasından hər sorğu üçün məlumat çəkmək çox vaxt aparır və tətbiqin cavab sürətini aşağı sala bilər. Bu problemi həll etmək üçün keş(caching) texnologiyası istifadə olunur. Keş məlumatların müvəqqəti yaddaşda saxlanmasıdır ki, növbəti istəkdə o məlumat birbaşa sürətli yaddaşdan oxunur. Redis isə ən sürətli keş sistemi kimi geniş istifadə olunur.
İlk öncə Keş nədir və nə üçün lazımdır? bunu başa düşək.
Keş — tez-tez istifadə olunan məlumatların müvəqqəti saxlandığı yerdir. Məqsəd məlumat bazasına və ya digər yavaş işləyən sistemlərə sorğuların sayını azaltmaq və cavab(response) vaxtını sürətləndirməkdir. Məsələn, vebsaytda məhsul məlumatları çox tez-tez soruşulursa, həmin məlumatı Redis kimi sürətli keşdə saxlamaq mümkündür. Beləliklə, istifadəçi sorğu göndərdikdə məlumat dərhal keşdən verilir, verilənlər bazasına sorğu göndərilmir.
Niyə Redis keş üçün yaxşı seçimdir?
Redis bütün məlumatları RAM-da saxlayır, bu isə sürəti artırır. Məlumatların oxunma və yazılma sürəti mikro saniyə səviyyəsindədir.
Redis yalnız sətir tipli key-value-ları deyil, List, Hash və s bu kimi digər mürəkkəb strukturları da saxlaya bilir. Həmçinin Redis populyar proqramlaşdırma dilləri və çərçivələri ilə asan integrasiya olunur.
Keşdə məlumatlar açar-dəyər(key-value) cütləri kimi saxlanılır. Key unikal identifikator, value isə saxlanılan məlumatdır. Redis də hər açara vaxt limiti təyin etmək olur. TTL bitəndən sonra həmin məlumat avtomatik silinir, yəni keş təmizlənir.
Spring boot layihələrində application.yml da ttl- i təyin edə bilərik.
redis:
server:
url: redis://localhost:8080
cache:
ttl: 1
var bucket = getBucket(key);
bucket.set(value, Duration.of(ttl, MINUTES.toChronoUnit()));
Məsələn yuxarıda ttl üçün yazdığımız 1 onu göstərir ki, 1 dəqiqədən sonra keşdən məlumatlar avtomatik olaraq silinir.
Redisdə bir neçə keş strategiyası mövcuddur.
Lazy loading: Məlumat ilk dəfə tələb olunanda əsas verilənlər bazasından alınır və keşə əlavə edilir.
Write-through: Məlumat ilk öncə həm verilənlər bazasına, həm də keşə yazılır.
Write-back: Məlumat əvvəlcə keşə yazılır, daha sonra müəyyən vaxtdan sonra əsas bazaya sinxronizasiya edilir.
Redis keşinin real tətbiq nümunələrinə isə sessiya idarəetməsini, mürəkkəb sorğuların keşlənməsinini göstərə bilərik.
Redisin üstünlükləri ilə yanaşı onun limitləri də var.
1. Redis RAM istifadə edir, ona görə də yaddaş həddi sistemdən asılıdır.
2. Məlumatın itirilməsi riski. Tam davamlılıq üçün əlavə konfiqurasiyalar lazımdır.
3. Tək thread-li işləmə bəzi məhdudiyyətlər yaradır.
Redisdə Davamlılıq
Redis əsasən RAM-da işlədiyi üçün, server sönərsə və ya restart olunarsa, yaddaşdakı bütün məlumatlar itə bilər. Bu problemin qarşısını almaq üçün Redis davamlılıq mexanizimləri təklif edir. İki əsas üsul var.
1. RDB(Redis Database Snapshot)
2. AOF(Append-Only File)
RDB üsulu Redis-in yaddaşda olan bütün məlumatlarını müəyyən aralıqlarla diskə “şəkil”(snapshot) kimi yazılmasıdır. Bu şəkildə .rdb uzantılı fayl yaranır. Mənfi cəhəti ondan ibarətdir ki, son dəyişikliklər itə bilər. Məsələn hər 5 dəqiqədən bir baş verirsə snapshot və Redis 4 dəqiqə sonra çökərsə, həmin 4 dəqiqədə olan dəyişikliklər itir.
AOF Redisdə baş verən hər bir yazma əməliyyatını fayla ardıcıl şəkildə qeyd edir. Fayl .aof uzantısı ilə saxlanılır. Mənfi cəhətləri odur ki, diskdə daha çox yer tutur, yüklənmə ola bilər və bərpa zamanı yavaşdır. Çünki Redis bütün əmirləri oxuyub yenidən icra etməlidir. Məlumat itkisinə həssas layihələrdə bu üsul istifadə oluna bilər.
Hər ikisi birlikdə istifadə edilə bilər mi? Bəli. Redis həm RDB, həm də AOF rejimini eyni anda dəstəkləyir.
Docker-dən əvvəl proqramların müxtəlif mühitlərdə işlədilməsi ciddi çətinliklərlə müşayət olunurdu. Bu problemi həll etmək üçün uzun illər virtual maşınlardan istifadə olundu. Virtual maşınlar real bir kompüterin proqram vasitəsilə təqlididir. Onlar öz əməliyyat sistemlərinə malikdir və əsas(host) sistem üzərində işləyirlər. Bu yanaşma müəyyən üstünlüklər gətirsə də, ciddi çatışmazlıqlara sahib idi. Hər Virtual Maşın(VM) öz Operating System-ə sahib olduğu üçün RAM və CPU istifadəsi çox olurdu, VM-lər yüklənmək üçün dəqiqələr tələb edirdi, yeni VM-lərin yaradılması vaxt aparırdı və çox resurs tələb edirdi.
Docker ənənəvi virtualizasiya yanaşmasını daha yüngül və çevik bir formaya saldı. Nədir bu docker? Sadə dillə desək, Docker tətbiqləri və onların bütün asılılıqlarını(konfuqrasiya fayılları, kitabxanalar və s.) container adlı standart bir vahidə paketləməyə iman verən platformadır. Burada Container tətbiqin işləməsi üçün lazım olan hər şeyi özündə ehtiva edən yüngül və daşına bilən bir mühitdir. Bu yanaşma tətbiqin istənilən mühitdə eyni şəkildə işləməsini təmin edir: İstər lokal kompüterdə, komanda yoldaşınızın cihazında, fizki serverdə, istərsə də bulud serverində.
Qısaca olaraq Virtual maşın ilə Docker-i müqayisə etsək:
Docker konteynerləri saniyələr ərzində işə düşür, halbuki virtual maşınların (VM) başlanması dəqiqələr tələb edir.
Resurs istifadəsi Dockerdə aşağı olur, çünki əlavə əməliyyat sisteminə ehtiyac yoxdur. Docker daha yüngül və sürətlidir.
Docker daşınabiləndir(portable) və proses səviyyəsində izolyasiya olunub və Docker container-ləri Hypervisor istifadə etmir, Docker birbaşa host əməliyyat sisteminin nüvəsini istifadə edir.
Docker-in əsas komponentərindən danışaq:
Docker Engine: Docker-in əsas komponentidir, işə salınması və idarəsi üçün cavabdeh olan daemon əsaslı sistemdir.
Alt komponentləri:
Docker Daemon: Sistemdə daima işləyən əsas prosesdir, Docker obyektlərini idarə edir, docker komandalarını qəbul edir və icra edir.
Docker CLI: Docker komanda aləti.
Container: Bir proqramı işə salmaq üçün lazım olan hərşeyi (kod, kitabxanalar, konfiqurasiya və s.) özündə birləşdirən yüngül, müstəqil işləyən paket.
Image: Container-in hazırlanması üçün şablon. Dockerfile vasitəsilə yaradılır. Template kimidir, containerlər bu image-dən yaradılır.
Dockerfile: Docker image yaratmaq üçün təlimatların yazıldığı fayl.
Docker Hub(və ya Registry): Docker image-lərin yerləşdirildiyi bulud əsaslı qeydiyyat platformasıdır. Gitlab, Github kimi təsəvvür edə bilərsiniz.
Docker Volumes: Container-lərin məlumatlarını daimi saxlamaq üçün istifadə olunur. Container silinsə belə, volume-dakı məlumatlar qalır.
Docker Networks: Containerlər arasında əlaqəni təmin edir. Müxtəlif şəbəkə rejimləri var: bridge, host, overlay, none və s.
Docker Swarm: Docker container-lərini klaster şəkilində idarə etməyə imkan verir. Avtomatik miqyaslama, load balancing və s. təmin edir. Kubernates qədər geniş istifadə olunmur, lakin sadə layihələr, kiçik şirkətlər üçün yararlıdır.
Docker necə işləyir?
Dockerfile yazırsınız, tətbiqinizin necə qurulacağını izah edir, docker build əmri ilə image yaradırsınız, daha sonra docker run ilə bu image-dən bir və ya bir neçə container işə salırsınız. Containerlər sizin tətbiqinizi sistemdən asılı olmadan çalışdırır. Aşağıda bir dockerfile nümunəsini görürsünüz.
FROM openjdk:21
COPY ./out/production/DockerWorld/ /tmp
WORKDIR /tmp
ENTRYPOINT ["java", "DockerWorld"]
Dockerfile-da CMD və ENTRYPOİNT arasında fərq nədir?
CMD — default(susmaya görə) arqumentlər verir.
ENTRYPOİNT — əsas icra olunacaq əmri təyin edir.
Hər ikisi birlikdə istifadə edilərsə, CMD ENTRYPOİNT-ə arqument kimi ötürülür.
Əgər tətbiqiniz bir neçə container-dən ibarətdirsə, bunların hər birini ayrıca docker run komandası ilə işə salmaq çətindir. Docker Compose bu prosesi sadələşdirir. Siz bir docker-compose.yml fayılı hazırlayırsınız və docker-compose up komandası ilə bütün containerləri bir yerdə işə sala bilərsiniz.
Son olaraq ən çox istifadə olunan docker komandalarına baxaq.
docker build: image yaratmaq üçün istifadə olunur.
docker build -t myapp:latest .
docker run: Image-dən container yaratmaq və onu işə salmaq üçün istifadə olunur.
docker run -d -p 8080:80 --name my-nginx nginx
docker ps: işləyən containerləri siyahıya almaq üçün.
docker ps -a: Bütün containerləri göstərir(işləyən və işləməyən).
docker stop: Container-i dayandırmaq üçün.
docker stop my-nginx
docker start/ docker restart: Dayandırılmış container-i yenidən işə salmaq üçün.
docker rm: Container-i silmək üçün.
docker rm my-nginx
docker rmi: Image-i silmək üçün.
docker rmi nginx