Stories by Kodera on Medium
Reflection sinfi assembly daxilində, yəni proqramın tamamının daxilində sinif, metod kimi növlər haqqında bilgilər almağımızı təmin edir.
Qapaqlar.
.NET (dot NET)-in çox güclü bir funksiyasıdır. Gördüyü iş ilə, hansı növü sorğulamaq istəyiriksə, həmin növ haqqında məlumatları — “metadata” bilgilərini əldə edir. Butün bu əməliyyat zamanı System.Reflection kitabxanasını istiadə edir və üzərində əməliyyat aparılan “növ”ü System.Type obyekti ilə bizə təklif edir. Type sinfi əslində mücərrəd bir class`dır və Memberİnfo sinfindən törəyən bir çox metodlara sahibdir. Növ üzvləri ilə bağlı bilgi əldə edilə və çağırıla bilər. Assembly-dan növ yüklənə bilər və yeni bir obyekt yaradıla bilər.
Gəlin Assembly anlayışı və Assembly sinfi nədir, ona baxaq. “.NET” mühitində yığılan proqramlar tərtib (İng. dilində: Debug) olunarkən özündə ehtiva etdiyi hər bir metod, sinif, dəyişkən və metadata adlanan məlumatlarla birgə tərtib olunur. Mənbə kodlarının bu metadata adlanan məlumatları ehtiva edən dot NET toplusunu assembly adlandıra bilərik. Və əslində, debug olunmuş hər bir vahid assembly adlanır.
Reflection sinfi ilə .exe uzantılı faylın ehtiva etdiyi kodları görüntüləyə bilərik. Əlbəttə ki, DotFuscator proqramları ilə faylın üzərində dəyişikliklər edilməyibsə. Gəlin burada birr haşiyə çıxaq və DotFuscator-un nə olduğuna baxaq:
DotFuscator “Reverse engineering” adlanan prosesdən proqramı qorumaq üçündür. Reverse engineering isə .NET mühitində yazılmış proqramların mənbə kodlarının DeCompiler`lər ilə oxunmasını təmin etməkdir. Qeyd edək ki, bu zaman proqramın; məsələn hər hansısa bir Verilənlər bazası serveri ilə bağlantısı olan proqramın kodlarını görə və həmin serverin ünvanını, onun admin paneli və sair vacib parametrlərini əldə edə bilərik.
Assembly demişdik, bir proektdə birdən çox assembly lar olar bilər və biz AppDomain sinfi ilə bütün assembly-ları əldə edə bilərik.
AppDomain sinfinin GetAssemblies() statik metodu ilə bu Assembly-ların adlarını Assembly növündə bir seriyaya köçürə bilərik.
Assembly sinfinin GetExecutingAssembly() statik metodu ilə hal-hazırda çalışan assembly-ı əldə edə bilərik.
Assembly sinfinin LoadFrom() metodu ilə bir assembly sənədinin ünvanı müəyyən edilərək həmin assembly sinfinin obyektləri əldə edilə bilər.
Firkrimcə, bu qədər nəzəri bilgi hələki yetərli olacaq. Keçək Type sinfinə və onun Reflection ilə bağlantısına.
MemberInfo sinfi: Bir növdəki bütün üzvləri təmsil etmək üçün istifadə olunur. Məsələn, aşağıdakı kodda String növünün bütün metodlarını WinForm kontrolu olan ListBox-a köçürürük.
Methodİnfo sinfi: Bir növdəki metodları təmsil edir və onları real zamanda çağırmağımızı təmin edir.
Bir misal da Methodİnfo üçün yazaq.
Parameterİnfo sinfi: Bir metoddakı parametrləri görməyimizi təmin edir.
Constructorİnfo sinfi: Bir növün konstruktor metodları haqqında məlumat verir.
Properityİnfo sinfi: Bir növün özəllikləri haqda məlumat verir.
Fieldİnfo sinfi: Bir növün dəyişkənləri haqda məlumat verir.
Eventİnfo sinfi: Bir növün event-ləri haqda məlumat verir.
Son siniflər haqda misal göstərmirik, çünki, birinci və ikinci misallardakılara uyğun olaraq asanlıqla istifadə edə bilərsiniz.
Bəs Reflection nə üçün istifadə olunur?!
Təsəvvür edin ki, siz bir böyük proekt hazırlamısınız və bu proekt istifadəyə və redaktəyə açıqdır. Yəni, müxtəlif insanlar proqramı istifadə edə bilər, üzərində dəyişikliklər edə bilər və əlavələr yaza bilər. Bu zaman sizin proqramı yazarkən yaratdığınız siniflər haqda məlumatları sözügedən sinif vasitəsi ilə əldə edə bilər.
Yeri gəlmişkən, Reflection üçün hazır proqramlar var. Bunlardan biri də
.NET Reflector
proqramıdır
Buradan yükləyə bilərsiniz.
C#-da refleksiyalar was originally published in Kodera on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Bu dərsdə formal olaraq dəyişənlərə toxunacayıq. Onların elan olunması və əsas tipləri haqda. Ətraflı məlumat üçün ayrı məqaləmiz olacaq.
— — SMTH — —
Bugünkü dərsimizdə keçən dərsdə yaratdığımız proyektin üzərində əsaslı dəyişikliklər edəcəyik. Sözü uzatmadan keçək əsas məsələyə:
Deməli, proyekti açdıq. “Main” metodunun daxilinə aşağıdakı sətirləri daxil edək:
Belə, indi isə kodumuzu nəzərdən keçirək.
İlk sətir:
Bu sətirdə “int a;” görürük. Sözügedən sətri anlamaq üçün dəyişənlər (və ya sabitlər) haqda ümumi biliklərə sahib olmaq lazımdır. Dəyişənlər və onların elan edilməsi proqramlaşdırmanın ən təməl və vacib əməliyyatıdır. Fərq etməz hansı dildə, yaxud hansı növ proqram yazırsız — dəyişənlər həmişə sizi “əhatə” edəcək. Keçək əsas məsələyə. Dəyişənlər aşağıdakı kimi elan olunur.
Dəyişən tipləri dedikdə elan olunacaq dəyişənin hansı növ məlumat — tam ədəd, mətn, məntiqi, həqiqi ədəd və s. daşıyacağı nəzərdə tutulur. Dəyişən adı dedikdə isə, həmin dəyişəni çağırmaq lazım olduqda necə “səslənəcəyimiz” nəzərdə tutulur. Hər bir insanın adı olduğu kimi. Həmin analogiya ilə irəliləsək, dəyişən tipi insanın kişi və ya qadın olacağını təyin edir.
Ətraflı məlumata keçməmişdən əvvəl dəyişənin nə olduğuna baxaq:
“Biz proqram yazarkən dəyişənləri elan edirik. Proqramı kompilə edib çalışdırdıqda isə proqram yaddaşda, daha dəqiq — RAM`da müəyyən qədər yeri haman dəyişən üçün ayırır. Yox — yox, burada qorxulu heç bir şey yoxdur, RAM`da ayrılan sahə nəzərə çarpmayacaq qədər kiçik olur :) . Yaddaş ayrıldıqdan sonra dəyişənə mənimsətdiyimiz qiymət həmin yaddaşa yazılır.”
“Belə, dəyişəni tanımladıq, dəyər mənimsətdik, yaddaşdan yer ayrıldı, proqram çalışdı. Daha nə istəyir bu yazar bizdən?!” sözləri ağlınızdan keçirsə, bir az da səbr edin. Necə deyərlər, “Baş ki olmadı, nə edirsən o boyda bədəni?!”. Biz hələ onları işlətməmişik. Gəlin üçüncü sətirə baxaq:
“Console.WriteLine(a);” . Keçən bölümdə, xatırlayırsınızsa, mötərizələrin arasında dırnaq işarəsi daxilində “Salam Kodera!” yazmışdıq. İndi isə həmin yerə “a” (bəli-bəli, dırnaq işarələrsiz) yazmışıq. (Bundan sonrakı cümləni diqqətlə oxumağınızı məsləhət görürük.)
“Proqramın istənilən yerində — diqaloq bokslarında, ekrana yazdırma əməliyyatlarında və s. hissələrdə koda aid olmayan (burada hər hansısa əməliyyatı yerinə yetirməyən nəzərdə tutulur.) söz və ya söz birləşmələrini “dırnaq işarəsi daxilində” yazırlar! Bu simvollar kompliyatora xəbər verir ki, bəs, “bizim aramıza girmə” — kompilə etmə, sadəcə olduğu kimi nəzərdə tutulan yerə yazdır. (bəzi istisnalar verilənlər bazası və sair mürəkkəb bölümlərdə var. O yerlərdə ki, başqa kompliyatora kod göndərəcəyik. Əslində həmin yerlərdə də C# kompliyatoru həmin kod hissəsinə toxunmur, sadəcə olduğu kimi başqa kompliyatora göndərir)”
Qeyd edək ki, proqramın istənilən bölümündə, istənilən vəziyyətlərdə yeni dəyişən elan etmək olar. Bu arada dəyişənlərə qiymət mənimsətmə əməliyyatını onları elan etmə sətirləri ilə də birləşdirmək, onların bir neçəsini eyni sətirdə elan etmək olar:
Eyni bir sinfin daxilində (istisnalar var:məs: “for” daxili və sair) eyni ada malik dəyişənlər elan edə bilmərik. Bu zaman komplyator xəta verəcək və dayanacaq.
*** “Dəyişən tipləri” ***
C# proqramlaşdırma dilində müxtəlif dəyişən tipləri mövcuddur. Ən əsasları və çox istifadə olunanları aşağıdakılardır:
int — (integer) — tam ədəd tipi; -2,147,483,648-dən 2,147,483,647-ə qədər;
string — (string) — mətn dəyəri alır. Həm hərf, həm rəqəm ehtiva edə bilər;
bool — (boolean) — məntiqi dəyərlər alır: doğru və yanlış — true & false;
char — UNICODE simvolları ehtiva edə bilir. Maksimum 1 simvol ola bilər. Və char`a mənimsədilən simvol tək dırnaq: ‘ ’ daxilində qeyd olunmalıdır. Məsələn: char x = ‘A’;
long — daha böyük radiusda ədədlər ehtiva edə bilir. -9,223,372,036,854,775,808-dən 9,223,372,036,854,775,807-ə qədər;
short — -32,768-dən 32,767-ə qədər tam ədədlər;
decimal — ən dəqiq kəsr tipli ədəddir. vergüldən sonra 27 mərtəbəyə malik ədədlər ehtiva edə bilər. yaddaşda 128 bit yer tutur.
və sair.
İndi isə buraya qədər yazdıqlarımızdan bir nümunə kod yaradaq:
using System;
public class addition
public static void Main(string[] args)
int a = 15;
string ad = "Kodera";
bool b = true;
char simvol = 'T';
long uzun = 9223372036344775807;
short s = 15565;
decimal d = 145673.15165451568415415m;
Console.WriteLine(a);
Console.WriteLine(ad);
Console.WriteLine(b);
Console.WriteLine(simvol);
Console.WriteLine(uzun);
Console.WriteLine(s);
Console.WriteLine(d);
Console.ReadKey();
Belə, yazdığımız kodu analiz edib çalışdırsaq qarşımıza belə bir Windows Əmr pəncərəsi çıxacaq.
Yazdığımız kodun nəticəsi
Gördüyünüz kimi, hər Console.WriteLine(); sətirinə görə bir nəticə almışıq və hər sətirdə elan etdiyimiz dəyişənləri görürük.
Belə, bu dərsdə dəyişənlər barəsində bir çox şey öyrəndik. Daha ətraflı, qeyd etdiyim kimi xüsusi bir dərs olacaq. Düzdür, başa düşməyə biləcəyiniz yerlər ola bilər, lakin ruhdan düşməyin.
Necə deyərlər, “Gözəllik qurban tələb edir.” Yox, gəlin bu kəlamı dəyişib
“Dil öyrənmək qurban tələb edir.”
formasına salaq :)
Gələn məqalələrdə görüşmək üzərə.
Photo by Paula May on Unsplash
Cəmiyyətə açıq orqanizasiya olan Kodera, ölkədə ən çox izləyici kütləsi olan Medium paylaşım mərkəzidir. Əgər siz də proqramlaşdırma, dizayn və data elmləri haqqında məqalələr yazırsınızsa, ən uyğun hədəf kütləsini bizim Kodera səhifəmizdə və Medium paylaşım mərkəzimizdə tapacaqsız.
200 dən oxuyucu
Kodera özünün komandası olan bir orqanizasiyadır. Bu Komanda sayəsində artıq ölkədə yüzlərlə adam proqramlaşdırma barədə məlumat almış və öyrənməyə başlamışdır.
Bizim bu işdən heç bir maddi çıxarımız yoxdur. Əgər bizə dəstək olmaq istəyirsinizsə sadəcə bütün dostlarınızı Facebook səhifəmizi bəyənməyə dəvət edə bilərsiz. Bununla siz həm özünüzün, həm də bizim oxuyucu kütləmizi genişləndirəcəksiz.
Bizim paylaşım mərkəzimizdən paylaşın, çünki:
Biz sizin məqalələrdə heç bir reklam paylaşmırıq.
Məqaləyə istədəyiniz qədər link yaza bilərsiniz. Ancaq bu linklər təbii və şəffaf olmalıdır.
Sizin məqaləniz yenə sizin olaraq qalır. Biz o məqaləyə heç bir sahiblik tələb etmirik. Sadəcə sizin məqaləniz paylaşılmazdan əvvəl redaktə edilir və komanda tərəfindən əmək sərf edilir. Bu səbəbdən sizdən xahiş edirik ki, məqaləniz bizim paylaşım mərkəzimizdə paylaşıldıqdan sonra onu silməyəsiz.
Bizim editorlar proqramlaşdırma və dizayn haqqında texniki biliklərə sahib insanlardır. Biz sizin məqalənizi oxuyacıq və sizə iradlar barədə məlumat verəcik. Bundan sonra keyfiyyətin təminatı üçün məqaləni yenidən editləyərək, sizə bunu paylaşmağa yardım edəcik.
Artıq bir aydır fəaliyyətə başlamağamıza baxmayaraq biz sizə öz məqalənizin geniş bir kütləyə çatmağına kömək edəcik.
Sizin məqalələri necə editləyir və paylaşırıq?
Bizim paylaşdığımız məqalələrdə əsas mətləblər nələrdir?
Yaxşı yazılmalıdır.
Maraqlı mövzular olmalı, insanların diqqətini çəkməlidir.
İzləyici kütləmizə uyğun olmalıdır. (Dizayn, proqramlaşdırma və data elmləri)
Əgər görsək ki, sizin məqalə paylaşmaq üçün yetəri qədər yaxşıdır, biz sizi Kodera paylaşım mərkəzinə yazıçı kimi əlavə edəcik və bu barədər email göndərəcik. Bunun üçün məqalənizin paylaşım linkini “ipəzor” başlığı altında bizim email`ə göndərin.
Bundan sonra sizin məqaləni editlənmək üçün sıraya qoyacıq və paylaşacıq. Bu müddətdə siz öz məqalənizi dəyişdirə və editləyə bilərsiniz.
Əgər məqalənizin bizim paylaşım mərkəzi üçün uyğun olmadığını görsək, sizə bu barədə email göndərəcik. Ancaq buna görə narahat olmağa dəyməz. Bu sizin sonrakı məqalələrinizin burada paylaşılmağına təsir etməyəcək.
Yaxşı məqalə yazmağın yolları.
8–14 sözlü və diqqət çəkici başlıq tapın.
Oxucunu yormamaq üçün uyğun yerlərdə şəkil əlavə edin.
Mümkün qədər akademik amma eyni zamanda maraqlı yazın.
Götürdüyünüz kontentlərin mənbələrini qeyd edin.
Kodunuzu insanlara xüsusi bloklarla göstərin.
Bunun üçün:
Windows: Control + Alt + 6
Mac: Command + Option + 6
Linux: Control + Alt + 6
if (developer === true) {
follow(this.mediumPublication);
Kodunuzu gist vasitəsilə də əlavə edə bilərsiniz. Bunun üçün sadəcə gist`in linklini yeni sətirdə yazın və Enter`i basın.
https://medium.com/media/6733c80d030e2a1f72099ac1c7d033ad/href
Link paylaşdığınız zaman onu https://www.facebook.com/kodera.az — belə deyil, belə Kodera paylaşın.
Abreviatureların izahını yazın.
Minimum 5 tag əlavə edin.
Paylaşıldıqdan sonra məqalənizi mümkün qədər paylaşmağa çalışın.
Son məsləhət
Bizimlə məqalənizi paylaşdığınız zaman xarici dildən termin kimi gəlmiş ifadələri mümkün qədər tərcümə edin.
Artıq məqalə yazmaq vaxtıdır. Ümid edirik bu məqalə ilə sizə kömək edə bildik.
Daha çox öyrədək, daha çox öyrənək.
Kodera ilə Medium paylaşımı necə edim? was originally published in Kodera on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Salam əziz Koderaçılar!Bu gün hər-birimizin həyatımızda ən azı bir dəfə oynadığımız “daş-kağız-qayçı” (taş makas) oyununu Pythonda 27 sətrdə kodlaşdıracağıq.
İlk olaraq,istifadə edəcəyimiz random modulunu import edirik.Daha sonra,istifadəçidən adını və seçimini soruşuruq.
https://medium.com/media/0ea099001a13a393d3786e04f0ecc7c1/href
İstifadəçi seçimini etdi,indi isə sıra kompüterdədir.İstifadəçi kimi kompüter də qayçı,kağız və daş seçimlərindən birin edə bilər.Əvvəlcə bu seçimləri listə daxil edirik,ardınca random.choice() funksiyasından istifadə edərək,bu üç seçimdən birini random olaraq seçirik və ekranda çap edirik.
https://medium.com/media/92c3bf5143588c54b8b6c591dd9a3fbf/href
Aha,hər iki tərəf seçimini etdi.Bəs qalib kimdir?Qalibi müəyyənləşdirmək üçün oyunun şərtlərini yadımıza salaq.Qayçı-kağızı kəsir,daşa dəydikdə sınır.Kağız-daşın üzərin örtür,ancaq qayçı kağızı kəsir.Daş-qayçını sındırır,lakin kağız daşın üzərini örtür.Məsələn,əgər siz “q” seçsəz və kompüterin random seçimi “d” olarsa,deməli,kompüter qalibdir.Çünki,daş qayçını sındırır.
Burada köməyimizə if else elif çatacaq.Oyunçu və kompüterin bütün mümkün seçim cütünə uyğun aşağıdakı şərt alqoritması qurmalıyıq.
https://medium.com/media/444bcb840ba8e2ac64a385c6846b3877/href
Gəlin,oyun hərdəfə bitəndə yenidən run etməkdənsə,while dövr ifadəsindən istifadə edək.Ya bəlkə,oyunçu sıxıldı oyundan?!Yaxşısı budur,bir “c” seçimi də əlavə edək,oyunçu oyunu dayandırmaq istədikdə istifadə etsin.Oyunun tam kodu aşağıdakı kimidir:
https://medium.com/media/da5b32c3de8f8b3280d4d7780685d646/href
Tezliklə, Pythonu gündəlik həyatımızda necə istifadə edə bilərik? seriyalı məqalə və video dərsliklər paylaşacağıq.Görüşənədək,əziz Koderaçılar !)
Bildiyimiz kimi,Python geniş tədbiq sahəsinə malik proqramlaşdırma dilidir.Pythonun sevdirən özəlliklərindən biri də işimizi asanlaşdırmasıdır.Bu məqalədə,Pythonda hər hansı bir şərt daxilində eyni anda yüzdən çox elektron ünvana e-mail göndərməyi öyrənəcəyik.
Bu nə üçün lazımdır? İlk olaraq bunu araşdıraq.Əgər verəcəyimiz standard cavabdırsa,bunu Pythonsuz da çox asanlıqla-“to” bölməsinə bütün e-mailləri əlavə etməklə həll edə bilərik.Baxmayaraq ki,bu qeyri-etik və qeyri-peşəkar bir görüntü yaradır,günümüzdə hər birimiz bu tip e-maillər alırıq.
Fərz edək ki,bizdə 300 tələbənin ad,e-mail və müxtəlif fənnlərdən aldığı qiymətlər olan excel faylı var.Hər bir tələbənin e-mailinə,fənn üzrə aldığı qiyməti göndərmək tələb olunur.Nəzərə alsaq ki,bizdə üç yüz e-mail var,bunu etmək minumum 2–3 saat zamanımızı ala bilərdi.Əlbəttə,Python olmasaydı…
Sizi çox yormadan,başlayaq əsas məsələyə!
Bizə lazım olacaq modullar (smtplib,openpyxl)
Üzərində işləyəcəyimiz datadan bir hissə:
Tələbələrin 24.06.2018 tarixində fənnlər üzrə aldığı qiymət cədvəli
İlk olaraq,Excel (xlsx) faylımızı openpyxl vasitəsi ilə Pythonda açaq.Faylımızda olan bütün verilənləri Pythona mənimsətdikdən sonra,data adlı bir dictionary yaradırıq və əlimizdə olan ad,e-mailləri bu dictionaryə daxil edirik.
https://medium.com/media/fdc3bb2b7a9cc7abfe35461a34bc8da8/href
Daha sonra smtp modulundan istifadə edərək,e-mailimizə daxil oluruq.
https://medium.com/media/e3f8cba2df7f974d41677c96ce6428bc/href
Yuxarıdakı şəkildə qeyd olunmuş kodların izahını verək:
İlk olaraq,E-mail provayderimizlə əlaqə qurmağa cəhd edirik.SMTP obyektini smtpObj dəyişəninə mənimsədib,daha sonra SMTP Server domen adını və port nömrəsini daxil edirik.E-mail provayderimizdən asılı olaraq domen adı dəyişsədə,əksər zamanlarda port nömrəsi dəyişmir (587,bəzən 465).
İkinci addımda, SMTP e-mail serverinə “salam(hello)” demək üçün adlandırılan ehlo () metodunu istifadə edirik.Bu salamlaşma SMTP-dəki ilk addımdır və serverə bağlantı qurmaq üçün önəmlidir.
Üçüncü addım ,yalnız SMTP serverində 587 nömrəli porta qoşulduğunuz təqdirdə edilməlidir və bağlantınız üçün şifrələnməni həyata keçirir.Əgər siz,465 nömrəli porta qoşulmusunuzsa bu addımı keçə bilərsiniz.
Dördüncü və sonuncu addımda isə,biz e-mailimizi və şifrəmizi daxil edirik.Əgər siz şifrəni yanlış daxil etsəniz ,smtplib.SMTPAuthenticationError xətası ilə qarşılaşacaqsınız.
Sözü çox uzatmadan,əsas kodu yazaq və izahını verək.
https://medium.com/media/faed9ab89b69c83b24095498a624d6b0/href
Biz nə etdik?
İlk olaraq,dictionarylərdən bildiyimiz,items() metodu köməyimizə çatır.Ardından,mesajımızın mətnini bodydə yazıb,string formattingdən istifadə edirik.String formatting haqqında qısa məlumat verək.String formatting iki üsulla edilə bilər: format() və %s. İkinci üsul hər nə qədər köhnə olsa da,hələ də istifadə olunur.
Pythonda %s dəyişkənlərə bənzəyir və nəzərə almaq lazımdır ki, %s ifadəsinin sayı qədər,array xaricində bu ifadələrin mənimsədildiyi dəyər olmalıdır.Əgər,diqqət edirsinizsə biz mətnimizdə,3 ədəd %s istifadə etdiyimiz üçün arrayın xaricində 3 dəyər yazmışıq.Unutmayın ki,burada ardıcıllıq önəmlidir.Yəni,ilk %s=ad,ikinci %s=fenn,üçüncü %s=qiymet kimi başa düşün.
Daha sonra,emaillərin göndərilməsini output kimi çap edib,nəhayət,sendmail() funksiyası ilə işimizin kluminasiya nöqtəsinə çatırıq.SmtpObj.quit() yazaraq,ENTER,….,ürək döyüntüləri,….,vəə bu möhtəşəm nəticə :D
Bu nəticə əməliyyat uğurla tamamlanmışdır deməkdir,yox əgər siz Pythona inanmırsınızsa e-mailinizə daxil olaraq bunu özünüz yoxlaya bilərsiniz.
Beləliklə,cəmi 30 sətr kod yazmaqla eyni anda hər kəsin nəticəsinə uyğun e-mail göndərdik.Növbəti məqalə və videolarımızda,web scrapping və requlyar ifadələrdən bəhs edərək,bunu real layihəyə tədbiq edəcəyik.
QEYD 1:Nümunədə istifadə olunan bütün emaillər real insan e-mailləri olduğu üçün təhlükəsizlik baxımından gizlədilmişdir.
QEYD 2:Gmail hesabınızın aşağı təhlükəsizliyi olan tədbiqlərə icazəli olduğundan əmin olun.(Allow less secure apps: ON)
Məqaləmizi bəyəndinizsə,paylaşaraq dəstək ola bilərsiniz.Görüşənədək! :)
Salam əziz izləyici . Qaldığımız yerdən davam etməyə hazırsan? Onda necə deyərlər Let`s go!
“A robot named Pepper holding an iPad” by Alex Knight on Unsplash
Proqramlaşdırma dilləri nə üçün yaradılıb sizcə? Gəlin bu barədə danışaq.
Proqramlaşdırma dilləri normalda kompüteri başa salmaq üçün istifadə etməli olduğumuz maşın dilindən istifadə etməməyimiz üçün bir vasitədir. Çünki, maşın dili düşünə bilməyəcəyimiz qədər çətin bir dildir. Amma texnologiya inkşaf etdikcə maşın dilinin əvəzinə proqramlaşdırma dilləri yarandı. Hansıki onlar daha sonra maşın dilinə çevrilir. Lakin bu prosess kompilyator tərəfindən aparılır deyə sizin onu bilməyinizə ehtiyyac duyulmur.
Demək olarki bütün proqramlaşdırma dillərində rast gəlinən 2 element barədə danışacayıq bu gün. Onlar nədir? Başlığımızdan da gördüyünüz kimi dəyişən və sabit kəmiyyətlər. Yəni, variable və constant barədə danışacayıq. Daha sonra bir neçə kodla biliklərimizi tətbiq edəcəyik.
Bəzən proqram boyu və ya onun hər hansısa fraqmentində müəyyən məlumatları müəyyən aralıqda və tez oxunabilinəcək şəkildə saxlamaq lazım gəlir. Bunun üçün siz istəsəniz də, istəməsəniz də dəyişən və sabit (dəyişməyən deməyə ehtiyac yoxdur yəqin?) elementlərdən istifadə etməli olacaqsınız.
Qeyd: Bu elementlər faylda saxlanılmır, RAM-da saxlanılır.
Variable (dəyişən)
Dəyişən — adından da bəlli olduğu kimi proqram daxilində dəyişə bilən elementə deyirlər: dəyişən (variable). Məsələn, siz proqram boyu hazırda daxil olan istifadəçinin adını yaddaşda saxlamaq istəyirsiniz. O zaman sizə Variable lazım olacaq. PHP-da variable yaratmaq çox sadədir.
https://medium.com/media/d3b17647ab8b7adfba50a70daa5634b2/href
Dəyişəni təyin etmək və qiymətini dəyişmək üçün php-da çox sadə bir yol var. Sadəcə olaraq $ (dollar) işarəsini yazırsınız və dəyişənin adını yazırsınız. Sonra = (mənimsətmə) işarəsi qoyub onun dəyərini yazırsınız. Sondakı ; (nöqtəli vergül) işarəsinin nəyə yaradığını keçəndəfəki dərsimizdə demişdik.
PHP-də ilk addımlarınızı atın…
Dəyişənlər sadəcə aid olduqları scope daxilində işlənə bilərlər!
https://medium.com/media/0e953ba5ab9bfb68dc01388ec6a1a271/href
Bu kod işləməyəcək, çünki deyisen_1 dəyişəni calculate() funksiyasının scope-una aid deyil, yəni onda çöldədir.
Constant (sabit)
Sabitlər proqram icrası boyu sadəcə bir dəfə qiymət verilən və dəyişdirilməyən elementlərdir. Konstantlardan aşağıdakı məqsədlər üçün istifadə oluna bilər:
Başlanğıc qovluğu göstərə bilərsiniz
Saytın ana səhifəsini təyin edə bilərsiniz
Müxtəlif proqram boyu dəyişdirilməyən konfiqurasiyaları saxlaya bilərsiniz
Ümumən, “Nə istəsəz onu qoya bilərsiniz” mi?
Gəlin bir neçə konstant yaradaq ki, daha yaxşı yadınızda qalsın.
https://medium.com/media/6d03b28f51a648ec278492ea42bd1dcc/href
Gəlin yuxarıdakı koda izah verək.
2-ci sətr: CONSTANT_1 adlı sabiti təyin edirik və ona 12 rəqəmini mənimsədirik
3-cü sətr: CONSTANT_2 adlı sabiti təyin edirik və ona “Kodera” stringini mənimsədirik
4-cü sətr: CONSTANT_3 adlı sabiti təyin edirik və ona "Salam, ".CONSTANT_2 əməliyyatının nəticəsini mənimsədirik. Qeyd: . (nöqtə) işarəsi 2 stringi toplamaq üçün istifadə olunur. Qeyd 2: CONSTANT_2 ilə həmin (constant_2 -nin) konstantın qiymətini əməliyyat daxilində istifadə etmiş oluruq.
5-cu sətr: CONSTANT_4 adlı sabiti təyin edir və ona "Mən sabitəm" yazısınl mənimsədir. Sabitlər həmçinin const KONSTANT_ADI = Dəyəri; formasında da təyin oluna bilər.
Variable və Constant-a özəl olan xüsusiyyətlər nələrdir gəlin biryerdə sadalayaq!
Variable-lar istənilən qədər dəyişdirilə bilər
Constantlar bir dəfə təyin olunur və dəyişdirilə bilmirlər
Variablelar Constanta nəzərən RAM-da daha çox yer tuturlar
Dəyişənə hər növ tipdən element mənimsətmək olar (string, number, array*, object, …)
Konstanta sadəcə** primitiv tipli elementlər mənimsətmək mümkündür (string, number)
* Array və obyektlər barədə növbəti dərslərimizdə məlumat verəcəyik.
** Php 7 versiyasında artıq constantlara arraylar da mənimsətmək olar.
Adlandırma və kod daxilində istifadə qaydası
Hər iki elementi adlandırmaq üçün latın hərflərindən (əçşğıüİı hərfləri xaric***), ərəb rəqəmlərindən və _ (altcizgi) simvolundan istifadə oluna bilər.
*** İ — (nöqtəli böyük i hərfini də adlandırma üçün işlətmək olmaz!
Konstantları adlandırarkən vacib deyil, amma adətən bütün hərflər böyüklə yazılır. Yəni KoDeRa yerinə KODERA daha uyğun hesab edilir.
Dəyişənləri kod daxilində istifadə etmək üçün təyinindəki kimi $ işarəsi və dəyişənin adını yazmaq lazımdır. Məsələn: $kodera
Konstantları kod daxilində istifadə etmək üçün sadəcə təyin etdikdə istifadə etdiyiniz adı yazmaq lazımdır. Məsələn: CONSTANT_1
Photo by Savs on Unsplash
Bugünki dərs burada sona çatdı. Bu dəfə sizə kiçik ev tapşırıqları veririk. Həll edənlər cavabı şərhə və ya facebook səhifəmizdəki paylaşımın şərh yerinə yaza bilərlər.
PS: Düzdü bu suallar bir qədər çətin ola bilər. Çünki, müəyyən məqamlar var ki, onları növbəti mövzularda izah edəcəyik.
Ev tapşırığı 1: Kodera adlı bir dəyişən təyin edin və ona öz ürək sözlərinizdən ibarət olan stringi mənimsədin
Ev tapşırığı 2: Bir konstant təyin edin. Daha sonra yeni dəyişən təyin edib qiymətinə konstantın qiymətini mənimsədin
Ev tapşırığı 3: Constant başlığından sonra yazdığımız kod icra edilsə CONSTANT_3 -ün qiyməti nə olacaqdır.
Növbəti məqaləmizdə görüşənədək. Özünüzdən müğayat olun. 😊
PHP — Dəyişənlər və sabitlər was originally published in Kodera on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Keçən məqalədə yaratdığımız proyekti yenidən açın. Bu dərsdə Dərs 3-də izahsız yazdığımız kodları başa düşməyə çalışacağıq.
“A macro shot of two pieces of rope linked together” by Gwen Weustink on Unsplash
Bəli, qarşımıza belə pəncərə açıldı:
· Başlayaq 1-ci sətirdən:
“using System;”: Bu sətir Sistem kitabxanasını proqramı çalışdırmaq üçün çağırır. Bilirəm, “kitabxana” bir az qərib gəldi. Gəlin izah edək. Kitabxana dedikdə, özündə sinifləri, “namespace” adlanan ad fəzalarını, “.dll” uzantısına malik faylları özündə cəmləşdirən bir fayl nəzərdə tutulur. Son cümlədə hələ də qaranlıq sözlər olduğunu bilirəm. Hələlik söz olaraq bilək, izahını verərik.
Həmin bu Sistem kitabxanası kompyuterinizdə “C:\Windows\Microsoft.NET\Framework64\v4.0.30319\” ünvanında yerləşir. Bu fayl vasitəsi ilə biz dəyişən tipləri, standart siniflər, həmçinin Console sinfinə çata bilirik. Əlbəttə ki, System kitabxanası proqramın ən bəsit formada çalışması üçün lazımlı kitabxanadır.
· 2-ci sətir:
“class Program”: Bu sətir, “Program” adlı bir sinif elan edir. C# dili obyekt yönümlü dil olduğundan hər bir kod hər hansısa bir sinfin içərisində yerləşməlidir. Qeyd olunduğu kimi siniflər haqqında gələcək dərslərimizdə danışacayıq.
· 3-cü və 9-cu sətirlər:
“{” və “}”: Hər hansısa bir sinif, dəyişən, metodun ehtiva etdiyi kodlar onun gövdəsində yazılmalıdır. C# dilində gövdələri müəyyən etmək üçün qeyd olunan simvollar — fiqurlu mötərizələr istifadə olunur. Proqramdan gördüyünüz kimi hər şey bu fiqurlu mötərizələrin daxilində yazılıb.
· 4-cü sətir:
“static void Main(string[] args)”: Bu sətirdə yeni bir metod elan edirik. Bu metod proqramın başlanğıc nöqtəsidir. Əlbəttə ki, başlanğıc nöqtə bir ədəd ola bilər. Analogiya ilə, Hər bir “class”da da bir başlanğııc metodu olmalıdır. Main adında. Özü də “static void Main”!
Buradakı “static” sözü Main metodunun ƏS tərəfindən çağırılacağına görə qeyd olunmalıdır. “void” isə metod işini qurtardıqdan sonra heç bir dəyər qaytarmayacağı deməkdir. Qısaca, proseslər bu metod daxilində baş tutacaq, və proqram sonlanacaq.
Və bu mövzunun olmazsa-olmaz`ı: Hər bir proqramda yalnız bir “static void”i ola bilər və bu “Main” adlandırılmalıdır.
· 6-cı sətir:
“Console.WriteLine(“Salam Kodera”);”: Aha! İlk kodumuzdur ki, nəsə iş görür! Gəlin baxaq görək ki, necə?! Bu sətirdə, Console sinfindəki “WriteLine()” metodu “Salam Kodera” dəyəri ilə çağırılıb. Bunu qısaca belə başa düşmək olar: “Console.WriteLine()” mötərizələr içərisində dırnaqların əhatəsində ekrana yazı yazdırmaq üçün istifadə edilir.
· Son olaraq, 7-ci sətir:
Konsol proqramları əməliyyatı bitirdikdən sonra dərhal bağlanır. Çünki, etməyə “iş” qalmır. Bunun qarşısını almaq, yəni prosesləri izləyə bilmək üçün müəyyən metodlardan istifadə olunur. Bunlardan Biri də “Console.ReadKey();” — dir. Yəni, proqram istifadəçidən nəsə daxil etməsini gözləyir.
Beləliklə, ilk kodumuzu təhlil etdik. Gəlin test üçün bir sintaktik xəta edək: “Console.ReadKey()”-dən sonra gələn “;” işarəsini silək. Sildiyim yerdə dalğalı qırmızı xətt peyda olacaq. Aha, Visual Studio sağ olsun! Səhvimizi kompilə etməmişdən əvvəl bizə göstərdi. Necə? Bax belə: Demişdik axı, Visual Studio (qısaca VS) İDE-dir. Yəni, daha təkmil mətn redaktorudur. Hansı ki, yazdıqlarımız nəzarətdə saxlayır, tamamlayır və sair. Aldığımız error:
Aldığımız səhv
Gördüyünüz kimi, “; expected” erroru aldıq. Yəni, “;” gözlənilmədi. Bu o deməkdir ki, sözügedən simvolu buraxmışıq.
Əlbəttə ki, VS nə süni intellekt, nə də bir insandır. Buna görə də bəzən səhvləri düzgün deyə bilmir. Məsələn, ReadKey-dən sonra gələn “(” simvolunu silək.
İki səhv meydana gəldi. Lakin heç biri düzgün bildiriş deyil. Buradan belə nəticəyə gəlmək lazımdır: Sırf səhv olan sətri yoxlamaqdansa, ətraf sətirləri də yoxlamaq lazımdır.
Bu dərsimiz digərlərinə nisbətən qısa oldu. Gələn məqaləmizdə isə artıq dəyişən tipləri, onların elan olunması və sair mövzulara daxil olacayıq.
Oxuduğunuz üçün, Təşəkkürlər!
Bu məqaləni bir zarafatla bitirək.
“Əgər bütün kodu “try {} — catch{}” daxilinə alarsınızsa, heç bir səhv olmayacaq.”
Şablon proqramın izahı | Gəlin VS’ya çox da güvənməyək…| Dərs 4 was originally published in Kodera on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Visual Studio IDE
Ümumiyyətlə, hər hansısa bir kodu yazmaq üçün proqramçıya üç şey lazımdır:
1. Mətn redaktoru;
2. Yazdığı dilin kompyuterdə yüklü kompliyatoru;
3. Və kodu icra edən kompyuterə yüklü işləmə mühərriki (CLR);
Mətn redaktoru: kodu yazarkən istənilən mətn redaktorundan istifadə edə bilərsiniz. Hətta hər birimizə doğma olan “Notepad” belə istifadə oluna bilər. Lakin proqramçılar adi mətn redaktorlarından istifadə etmirlər. Niyə? Cavabını aşağıda tapa bilərsiniz:
Verilmiş üç ədəddən istifadə edib Heron düsturu vasitəsi ilə üçbucağın sahəsini hesablayan proqram yazdığımızı düşünək (Əlbəttə ki, C# dilində). Və fərz edək ki, 6-cı, 10-cu və 14-cü sətirlərdə sintaksis səhvi buraxmışıq buna baxmayaraq, proqramı yadda saxlayıb çalışdırırıq. Və nə görsək yaxşıdır?! Proqram cavab vermir! Nə etməli, təzədən Notepad`da açırıq və sətirbəsətir yoxlayırıq və görürük ki, sən demə, 2 dəfə “;” işarəsini, bir dəfə də “)” simvolunu buraxmışıq. Səhvlərimizi düzəldirik və yenidən proqramı çalışdırırıq, işlədiyinə şahid oluruq. Hər şey normaldır, bir şeydən başqa: Vaxt getdi! Özü də nə qədər! Bütün bu çətinliklərlə qarşılaşmamaq və proqramçıların kod yazmasını asanlaşdırmaq üçün “İDE”lər yaradıldı!
“İDE — İntegrated Development Enviroment”
Problemi həll etmək üçün ən təmbəl insanı seç, çünki ancaq o, ən asan yolu tapacaq.
(İnteqrasiya olunmuş inkişaf mühiti)
İDE-lər kimi proqramçılar (bəsitdən mürəkkəbə sadalanmışdır) Notepad++, Sublime text, PyCharm, NetBeans, Visual Studio və sair proqramları işlədirlər. Biz isə dərslərimizdə “Visual Studio 2017 Community edition” istifadə edəcəyik.
· Visual Studio`nu necə qurmalı?
İlk öncə, bu ünvana gedib kompyuterinizə (və əlbəttə ki büdcənizə) görə bir versiya seçib yükləyirsiniz.
P.S.:Visual Studio versialarından Community 2017 və Code pulsuzdur. Sizə Community 2017-i yükləməyi tövsiyyə edirik.
Visual Studio Veb-saytı
Visual Studio Setup ana səhifəsi.
· Visual Studio`da ilk addımlar:
Əlbəttə ki, işə yeni bir proekt hazırlamaqla başlayacağıq.
Visual Studio susmaya görə açılarkən “Start page” adlı səhifədən açılacaq. Həmin pəncərədə File → New → Project klikləyirik. Bir dialoq boksu açılacaq. Həmin dialoq boksunda Hazır proekt mövzuları görəcəksiniz. İlk addımlar üçün Soldakı ağac görünüşündən Visual C#, Sağdakı paneldən isə Console Application seçirik.
Açılmış pəncərədən “Console App (.NET Framework)” seçirik
Proqramın adını, yaradılacaq qovluğu seçib (susmaya görə artıq doldurulub) “OK” seçirik.
Təbriklər! Artıq ilk proyektinizi yaratdınız! Elə bu sürətlə davam edək!
İlk proektimiz susmaya görə ayarlanmış formada
Qarşınıza belə bir pəncərə çıxdı. Mən Visual Studio`nu Tünd mövzuda işlətməyi sevirəm. Siz də proqramı qurarkən mövzu seçmişdiniz. (Sonradan dəyişilə bilir)
Bəli, gördüyünüz kimi Sistem, Sistem.Collection.Generic və sair kitabxanaları çağıran bir kodumuz var. İndi isə kodda bizə hələ ki lazım olmayan hissələri silək.
İlk proektimiz bəsitləşdikdən sonra
Hazırdır! Tam izahata keçmədən Şablon olan bir kodu dəyişib yazaq və icra edək.
İlk kodumuz!
Kodu yazdıq. Bəsit, anlaşıqlı. Gəlin onu kompilə edib icra edək. Bunun üçün Visual Studio Bizə ikisi birində bir düymə təklif edir.
Start-ı klikləyirik
Start kliklədikdən sonra belə bir pəncərə açılacaq. (ilk dəfə kompilə etmək daha çox vaxt aparır. Amma düzələcək. Kompyuterinizin prosessoru güclü deyilsə yaxud, başqa proqram tərəfindən məşğuldursa, proqram hətta cavab verməyə də bilər (el arasında: donacaq)).
Və, hazırdır!
Və, hazırdır! Oxuduğunuz üçün təşəkkürlər.
Bir də, unutmayın!
“Proqramlaşdırma, məcburiyyət deyil, zövq məsələsidir.”
Visual Studio IDE | quraşdırılma və ilk kod | bəlkə, mətləbə keçək? was originally published in Kodera on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Salam, əziz və dəyərli Kodera oxuyucuları. Bu andan etibarən artıq öyrənmə məqalələrimiz sırasında Php ilə bağlı məqalələr də yer almağa başlayacaq.
PHP nədir?
Php /pi-eyç-pi/ : Hypertext Preprocessor — Hipermətn preprosessoru olaraq açılışı ifadə edir. Yəni sizə html da yazmış olduğunuz statik kodu dinamikləşdirməyinizə kömək edir.
Bəs elə bu? Xeyr, php facebook, wikipedia, wordpress, pretashop, opencart, və sair bu kimi sayt və ya skriptlərin və günümüz internetinin böyük bir qisminin hazırlanmasında istifadə olunan qlobal bir dildir. PHP-ni məşhurlaşdıran bir neçə əlavə məqamı da qeyd etmək istərdik:
Böyük community — hər hansısa probleminiz olduğunda çox tez bir şəkildə həllini tapacağınıza əmin olun.
Ucuz serverlər — serverlərə gəldikdə satışda olan serverlərdən ən ucuzları linux/php serverləridir.
Open source kitabxanalar — Az danış çox iş gör deyən atalarımızın sözünü biraz müasirləşdirsək az yaz çox iş gör deyə bilərik. Bunu etmək üçün isə sizə open-source kitabxanalar lazım olacaq. Məsələn Codeİgniter və ya Laravel işlədərək siz bir neçə min sətrlik database managment, və security kodu yazmaqdan qurtulmuş olacaqsınız.
Nələr lazımdır?
Sizə php development üçün müəyyən şeylər lazım olacaqdır. Bunlar:
İşlək vəziyyətdə olan kompüter
Linux (Windows-da olar)
Düşünmə bacarığı olan beyin
Kod redaktoru (Notepad++, Atom, Sublime Text, VSCode)
Quraşdırılma
Quraşdırılma mərhələsi biraz cansıxıcı ola bilər deyə bura yazmadıq. Quraşdırılmanın necə olduğu barədə öyrənmək istəyirsinizsə bizi izləməyə davam edin. Yaxında bu barədə video dərs paylaşacıq.
PHP`də ilk kodum 🤩
Indi kod redaktorunuzu açın. Yeni fayl yaradın və aşağıdakı kodu yazın.
https://medium.com/media/45d088e2152e70ddfbd6e194a2aa3195/href
2-ci sətrdə yazılmış echo ‘Salam, Dünya!’; kodu 3 hissədən ibarətdir:
1. echo — çap etdirmə funksiyasıdır, yazını çıxışa çap edir.
2. ‘Salam, Dünya!’ — string tipidir, php-nin əsas tiplərindəndir (constant-string).
3. ; — çoxunun fikir vermədiyi önəmli məhvumdur, bütün əməliyyatların sonunda yazılaraq əməliyyat bitdi mənasını verir.
3-cü sətrdəki ?> kodu isə php fraqmentinin sonunu bildirir.
Qeyd: Yuxarıda php fraqmenti ifadəsini işlətdik. Çünki, php kodunu html sənədi daxilində də istifadə etmək olar. Və siz onu sənədin istənilən yerində istifadə edə bilərsiniz: nümunə
PHP-də ilk addımlarınızı atın… was originally published in Kodera on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
“Close-up of a ginger cat's eyes growing wide” by Paul Hanaoka on Unsplash
C#-ın çalışma mühiti (runtime environment) ilə, yəni .Net Framework ilə özəl bir əlaqəsi vardır. Bu əlaqənin olmasına iki səbəbi göstərmək olar:
C# Microsoft tərəfindən .Net Framework üçün kod inkişaf etdirmək məqsədi ilə yaradılmışdır.
C# tərəfindən istifadə olunan kitabxanalar, .Net Framework tərəfindən təyin edilmiş kitabxanalardır.
Kitabxana (Library) — Hazır kompanentlərin və kod parçalarının saxlanıldığı yerlərdir. Məsələn BCL(Base Class Library) bu kitabxana tətbiqlər yaratmaq üçün lazım olan təməl sinifləri tərkibində saxlayar. Hazır komponentləri istifadə edərək kodlarınızı daha sürətli yaza bilərsiniz.
Common Language Runtime (CLR — Ortaq dil çalışma zamanı) .Net Framework üçün yazılan proqramların çalışmasını idarə edən sistemdir. Yazılan proqramlar proqramlaşdırma dillərindən C#, VB.NET, Digər .Net dillərilə (Other .Net Language) ola bilər. Bu kodlar birbasa maşın dilinə çevrilmir . Yazdığımız kodlar ilk öncə Microsoft İntermediate Language (MSIL-Microsoft Ara dili) olaraq adlandırılan aralıq dilinə(Assembly) çevrilir. Proqram çalışdığında Ara kodu(yəni MSIL — i) icra olunan(executable) bir koda çevirmək CLR — in işidir. CLR yüklü olan sistemlərdə proqram icra olunduqda avtomatik olaraq JIT(Just In Time- Tam vaxdında) kompilyatoru işləyərək kodları maşın dilinə .exe və ya .dll — ə çevrilib icra edir.
MSIL(Microsoft İntermediate Language ) — ə əlavə olaraq əldə edilən digər bir şeydə Metadata’dır. Metadata proqramımız tərəfindən istifadə edilən məlumatları təsvir edir. Metadata MSIL ilə eyni faylda yer alır.
Common Language Runtime
Common Language Specification(CLS) və Common Type System (CTS).
Fərqli proqramlaşdırma dillərində yazılan proqramlar, redaktə olunmadan eyni bir mühitdə işləməsi üçün bəzi standartlara cavab verməlidir. Məsələn, böyük bir proyekt hazırladığımız zaman proyektin interfeys hissəsini C# -da, sistematik hissəsini C++ -da yazıb sonra bu hissələri birləşdirərək, yekun nəticəni ortaya çıxarmaq istəyirik. Bu zaman hissələri birləşdirmək üçün, C# -ın da, C++ -ın da eyni bir standarta cavab verməsi lazımdır. Bu standartlar daxildir: Common Language Specification(CLS- Ortaq Dil Xüsusiyyətləri) və Common Type System (CTS-Ortak Tip Sistemi).
Common Type System (CTS) — in məqsədi, .NET uyumlu dillərdə ortaq tip sistemini təmin etməkdir. Bu o deməkdir ki, məsələn, int tipi C# — da da, C++ -da da, VB.Net-də də eyni keyfiyyətlərə malik olsun, yəni bu dillər üçün int tipi yaddaşda 4 bayt yer ayırsın, tam ədədləri özündə saxlasın və s. Nə olsun ki, tam tip C# — da “int” açar sözü ilə, VB.Net— də “integer” açar sözü ilə təyin olunur? Əslində hamısı CTS — in bir parçası olan System.Int32 sinfindən törəmədirlər.
Common Type System
CLS (Ortaq Dil Xüsusiyyətləri) isə .NET uyumlu dillərin öz şəxsi kompilyatoru ilə kompilyasiya olunduqdan sonra, eyni bir dilə çevrilməsini təmin etməkdir. Bu dilə Aralıq Dil (MSIL — Microsoft Intermediate Language) deyilir. Beləliklə Bu dillərdə yazılan kodlar eyni bir MSIL kodla və nəticədə də eyni bir işləmə mühərriki (CLR — Common Language Runtime) vasitəsi ilə *.EXE — ə çevrilib icra olunur.
CLS
Nəzarət altına alınan və alınmayan kodlar
Bir C# proqramı yazdığımızda nəzarət altına alınan kod(managed code) yazmış oluruq. Nəzarət altına alınan kod, Common Language Runtime (CLR) ilə icra olunan koddur. Managed code CLR — ilə icra olunduğu üçün, müəyyən məhdudiyyətləri və avantajlarıda vardır. Məhdudiyyətləri: Kompilyator bir MSIL faylı yaratmalıdır(C# bunu gerçəkləşdirir) və .Net Framework kitabxanalarını istifadə etməlidir(C# bunuda gerçəkləşdirir). Nəzarət altına alınan kodların avantajları çoxdur: Müasir yaddaşdan istifadə, təhlükəsizlik və s.
Nəzarət altına alınmayan kod (unmanaged code) CLR ilə işləməz yəni .NET Framework’ün təkmilləşdirilməsindən əvvəl olan windows proqramlarının hamısı unmanaged code-ilə işləmişdir. Nəzarət altına alınan və alınmayan kodların bir arada çalışması mümkündür. Belə ki, C#-ın nəzarət altına alınan kod hissəsinin olması, öncədən mövcud olan proqramlarla birlikdə işləməsini məhdudlaşdırmaz.
Məqalənin davamını gələn məqaləmizdə oxuya bilərsiz. Əgər Kodera`nın sizin üçün faydalı olduğunu düşünürsünüzsə məqalələrimizi paylaşmağı və əl çalmağı unutmayın. Daha çox öyrənək, daha çox öyrədək…
“Common Language Runtime” Necə İşləyir? was originally published in Kodera on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.