Stories by Lamiya Gafarli on Medium
Shift-left yanaşması— testlərin proqram təminatının development dövrünün (SDLC) ən son mərhələsinə saxlanılmadan, daha erkən mərhələlərdə başlanılmasına deyilir. Bu yanaşma test fəaliyyətlərini dizayn və development mərhələlərindən başlayaraq problemlərin daha tez aşkarlanmasına və aradan qaldırılmasına imkan verir.
Nəticədə:
Xətaların sayı azalır
Vaxt qənaət olunur
Yenidən işləmə xərcləri(redevelopment costs) aşağı düşür
Üstünlükləri
Shift left testləşdirmənin əsas faydaları bunlardır:
1. Proaktiv Keyfiyyət İdarəçiliyi
Shift left yanaşması keyfiyyət təminatını reaktiv prosesdən proaktiv prosesə çevirir. Komandalar development dövrünün əvvəlindən statik kod analizi və unit testlər kimi keyfiyyət tədbirlərini tətbiq edərək kritik problemlərin developmentin son mərhələsində və ya məhsul istifadəyə verildikdən sonra(post-deployment)ortaya çıxma ehtimalını minimuma endirirlər.
2. Daha Geniş Test Əhatəsi(Test Coverage)
Shift left yanaşması testləri erkən mərhələdən inteqrasiya etməklə kod əhatəsini artırır. Komandalar corner cases və nadir ssenariləri erkən sınaqdan keçirir, continuous integration (CI) boru xətində unit, inteqrasiya və smoke testləri icra edərək əhatəli test təmin edirlər.
3. Daha Sürətli Feedback Dövrləri
Shift left yanaşması davamlı testinqdən istifadə edərək feedback dövrünü qısaldır. Nəticədə testlər kod commit-ləri ilə paralel aparılır və funksionallıq barədə dərhal məlumat verilir. Beləliklə, problemlər daha tez həll olunur və sonrakı mərhələlərdə gecikmə yaranmır.
4. Daha Yaxşı Tələblərin Doğrulanması
Erkən test kod hazırlanarkən həm biznes, həm də texniki tələblərin düzgünlüyünü yoxlamağa imkan verir. Testlə idarə olunan development(Test-Driven Documentation) kimi texnikalar test halları ilə funksionallığı uyğunlaşdıraraq scope creep (tələblərin nəzarətsiz artması) və yanlış başa düşülmə riskini azaldır.
5. Avtomatlaşdırılmış Reqressiya Testləri
Shift left yanaşmasında komandalar reqressiya test scope-nu erkən mərhələdə avtomatlaşdırırlar. Bu, hər kod dəyişikliyindən sonra mövcud funksionallığın doğrulanmasını təmin edir və əvvəlki funksiyaların sabit qalmasına kömək edir.
Shift Left Testləşdirmə Növləri
1. Unit Testləri
Unit testlər tətbiqin ayrıca modullarının funksionallığını yoxlayır. Hər modul digər xarici proseslərdən təcrid olunaraq test edilir, ehtiyac olduqda isə bu proseslər simulyasiya və ya mock vasitəsilə əvəzlənir.
2. İnteqrasiya Testləri
İnteqrasiya testləri servis və ya modulların birgə işləməsini, həmçinin mümkün yan təsirləri yoxlayır. Bu yanaşma vacibdir, lakin bəzi hallarda anti-pattern-ə çevrilə bilər.
Anti-Patternə çevrilməsi haqqında: Çünki bu testlər adətən daha yavaş, daha bahalı və diaqnostikası çətin olur. Buna görə də test piramidasında balansı qorumaq vacibdir — əsas ağırlıq unit testlərdə, daha sonra API və inteqrasiya testlərində, ən sonda isə UI testlərində olmalıdır.
3. API Testləri
API testləri servislərin xarici endpoint-lərini yoxlayır. Bu testlərin əhatə dairəsi inteqrasiya testlərinə yaxın olsa da, Service-Oriented Architecture (SOA) və ya mikroservislər kontekstində onlar yeni “unit testlər” kimi qəbul edilə bilər. Burada əsas diqqət servislər arasındakı qarşılıqlı əlaqələrə yönəlir.
4. UI Testləri
UI testləri tətbiqin tam funksionallığını istifadəçi interfeysi baxımından yoxlayır. Selenium kimi alətlər bu testlərin avtomatlaşdırılmasını asanlaşdırır.
5. Avtomatlaşdırılmış Testlər
Avtomatlaşdırılmış testlər həm verifikasiyada (doğrulama), həm də validasiyada (təsdiqləmə) mühüm rol oynayır. Behavior Driven Design (BDD) əsasında işləyən Cucumber kimi texnologiyalar validasiya prosesinin bir hissəsinin avtomatlaşdırılmasına kömək edir.
Shift Left Yanaşması Necə Tətbiq Olunur?
Shift Left Yanaşmasının Məqsəd və Scope-nu Müəyyənləşdirin
Erkən test üçün(early testing) kritik sahələri önə çıxarmaq məqsədilə risk analizi aparın.
Keçmiş sprint və ya buraxılışları təhlil edərək təkrarlanan defekt patternlərini müəyyən edin.
Test məqsədlərini çatdırılma qrafiki(delivery timelines) və biznes nəticələri(business outcomes) ilə uyğunlaşdırın.
2. Komandanı Erkən QA İştirakı üçün Hazırlayın
QA komandalarını planlaşdırma, tələblərin analizi və development mərhələsinə erkən qoşaraq silo düşüncəsinin qarşısını alın.
Silo odur ki, komandalar və ya şöbələr bir-birindən təcrid olunmuş şəkildə işləyirlər, aralarında əməkdaşlıq və məlumat paylaşımı zəif olur.
QA mütəxəssislərini story grooming və texniki müzakirələrə daxil edin.
Developer-lərə test edilə bilən kod yazmaq və erkən feedback dövrləri barədə təlim keçin.
Testlə İdarə Olunan Development (TDD) və ya cüt proqramlaşdırmadan (pair programming) istifadə edərək ortaq məsuliyyət yaradın.
3. CI/CD Boru Xəttinə Davamlı Testləri Daxil Edin
Avtomatlaşdırmanı elə qurun ki, testlər yalnız buraxılışdan əvvəl deyil, developmentin bütün mərhələlərində işləsin.
Hər commit zamanı unit, inteqrasiya və smoke testlərini avtomatik işə salın.
Versiya ilə idarə olunan test suitlərdən istifadə edin ki, tətbiqlə birlikdə develop etsinlər.
Real ssenariləri simulyasiya etmək üçün test məlumatlarının idarə olunması (test data management) alətlərini tətbiq edin.
4. Erkən Test Mühitlərini Qurun
Davamlı testlərin support-u üçün etibarlı sınaq (staging) və ya development mühitlərini erkən mərhələdə hazırlayın.
Production konfiqurasiyalarını təqlid edərək mühitə xas defektləri üzə çıxarın.
Tam inteqrasiyadan əvvəl reqressiya və exploratory testləri staging mühitində həyata keçirin.
Daha sürətli feedback üçün paralel testləri dəstəkləyən mühitlər yaradılsın.
5. Test Effektivliyini İzləyin və Təkmilləşdirin
Testləri sadəcə proses deyil, daim inkişaf edən bir məhsul kimi qəbul edin.
Eyni testləri təkrar-təkrar işlətməkdən çəkinin və əhəmiyyəti az olan test halları silin.
Etibarlılığı artırmaq üçün flaky testləri və false postive nəticələri izləyin.
Shift Left Yanaşmasının Limitləri
Agile mühitində shift left yanaşmasının bəzi məhdudiyyətləri var:
1. Artan İlkin Xərc
Shift left yanaşması alətlər və təlim üçün ilkin investisiya tələb edir ki, bu da bəzi təşkilatlar üçün maneə yarada bilər.
2. Avtomatlaşdırılmış Testlərin Keyfiyyəti
Avtomatlaşdırmaya həddindən artıq güvənmək problemlərə səbəb ola bilər. Testlər yaxşı dizayn edilməyibsə, false positive və ya negative nəticələr ortaya çıxa bilər.
3. Məhdud Əhatə(Limited Scope)
Shift left əsasən erkən aşkarlamaya fokuslanır, lakin istifadəçi təcrübəsi (usability) və əlçatanlıq (accessibility) kimi digər aspektlər fərqli test üsulları tələb edir və nəzərdən qaçıra bilər.
4. Resurs Tələbatı
Davamlı testləşdirmə yüksək resurs tələb edə bilər, o cümlədən ixtisaslı personal və infrastruktur, ki, bu da bütün komandalar üçün həmişə mümkün olmaya bilər.
5. Kod Auditi
Shift left proseslərini tətbiq etməzdən əvvəl kod auditləri vacibdir. Proqram təminatı inkişafı zamanı müntəzəm kod auditləri keyfiyyəti təmin etməyə kömək edir. Əgər bu düzgün aparılmazsa, kod testlərinin səmərəli icrasına maneə ola və ümumi proqram keyfiyyətinə mənfi təsir göstərə bilər.
6. Test Məlumatlarının İdarə Edilməsinin Çətinliyi
Əlaqəli test məlumatlarını yaratmaq və saxlamaq çətin ola bilər, bu isə testlərin effektivliyinə təsir edir.
Avtomatlaşdırma testləri layihələrin keyfiyyətini təmin etmək üçün güclü vasitədir. Amma test skriptləri lazımi qaydada saxlanılmazsa, onlar tez “flaky” olur və layihənin inkişafını yavaşladır. Davamlı və etibarlı avtomatlaşdırma üçün aşağıdakı ən yaxşı təcrübələri tətbiq etmək vacibdir:
1. Modul Dizaynı
Test skriptlərini kiçik, yenidən istifadə oluna bilən funksiyalara və komponentlərə bölün.
Nümunə: Bir neçə test halında istifadə olunan login funksiyasını ayrıca modul kimi saxlayın.
2. Page Object Model (POM)
Test məntiqini UI lokatorlarından ayırın. Bu, skriptlərin miqyasını artırır və baxımını asanlaşdırır.
Nümunə: Bütün login səhifəsi lokatorlarını ayrıca sinifdə saxlayın.
3. Müntəzəm Yeniləmələr
Tətbiq inkişaf etdikcə test skriptlərini yeniləyin ki, UI dəyişiklikləri testlərin uğursuz olmasına səbəb olmasın.
Nümunə: UI elementləri dəyişdikdə selektorları yeniləyin.
4. Versiya Nəzarəti & Kod Baxışı
Test skriptlərini Git-də saxlayın və dəyişiklikləri istehsal kodu kimi nəzərdən keçirin.
Nümunə: Pull request-lər vasitəsilə test yeniləmələrini yoxlayın.
5. Davamlı İcra
CI/CD pipeline-larında testləri avtomatik icra edin ki, regresiyaları erkən aşkar edə biləsiniz.
Nümunə: Gecəlik regresiya build-lərini avtomatlaşdırılmış reportlarla işə salın.
Niyə bu vacibdir?
Skriptlərin etibarlılığını artırır
Baxım işini(maintenance effort) azaldır
Böyüyən layihələr üçün miqyaslanmanı təmin edir
Nəticə: Sadəcə avtomatlaşdırmaya keçməyək — davamlı, etibarlı və miqyaslana bilən avtomatlaşdırma yaradaq!