Stories by Le Hashim on Medium
#TorbadaVar rubrikasına qaldığımız yerdən davam edirik. Bu dəfə Aprel ayının xüsusi günlərini sizinlə bölüşəcəm. İşi rəqamsaldan keçənlərə bu məlumatın faydalı olacağını düşünürəm. Ümid edirəm ki, elə düşündüyüm kimi olar.
1 Aprel (4.gün)
Ümumdünya Gülüş(zarafat) Günü
Xərçənglə Mübarizə Həftəsi (1–7 Aprel)
2 Aprel (5.gün)
Dünya Autizm Məlumatlandırma Günü
Dünya Uşaq Kitabları Günü
Dünya Barış Günü
3 Aprel (6.gün)
Dünya Şənlik(party) Günü
Şokoladlı Mus Günü
Əl İşi “Handmade” Günü
4 Aprel (7.gün)
Dünya C Vitamini Günü
NATO Günü
Dünya Küçə Heyvanları Günü
Pasxa (Qızıl Yumurta Bayramı)
JEEP 4X4 Günü
5 Aprel (1.gün)
Vəkillər Günü
Dünya Yerkökü(markof) Günü
6 Aprel (2.gün)
Ümumdünya Stolüstü Tennis Gün
7 Aprel (3.gün)
Ümumdünya Sağlamlıq Günü
Ev İşləri Etməmək Günü
9 Aprel (5.gün)
Unicorn Günü
10 Aprel (6.gün)
Beynəlxalq Qardaş və Bacılar Günü
Ümumdünya Homeopatiya Günü
İnşaatçılar Günü
11 Aprel (7.gün)
Ümumdünya Parkinson Günü
12 Aprel (1.gün)
Beynəlxalq İnsanın Kosmosa Uçuşu Günü
13 Aprel (2.gün)
Ramazan Ayının başlangıcı
14 Aprel (3.gün)
Səmanı İzləmək Günü
Dünya Delfinlər Günü
15 Aprel (4.gün)
Dünya İncəsənət Günü
Turizm Həftəsi (15–22 Aprel)
16 Aprel (5.gün)
Ümumdünya Səs Günü
Biyoloqlar Günü
Pijamayla İşə Getmək Günü
17 Aprel (6.gün)
Ümumdünya Hemofiliya Günü
Ford Mustang Günü
18 Aprel (7.gün)
Ümumdünya İrs Günü
Dünya Həvəskar Radio və Həvəskar Radioqraflar Günü
Köşə Yazarları Günü
19 Aprel (1.gün)
Kitabxanalar Həftəsi (19–25 Aprel)
Sarımsaq Günü
Şeir və Yaradıcı Düşüncə Günü
20 Aprel (2.gün)
Çin Dili Günü
21 Aprel (3.gün)
Astronomiya Günü
Dünya Yaradıcılıq və İnnovasiya Günü
Banan Günü
22 Aprel (4.gün)
Dünya Günü
23 Aprel (5.gün)
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü
Şekspir Kimi Danışmaq Günü
İngilis və İspan Dili Günü
24 Aprel (6.gün)
Dünya Laboratoriya Heyvanları Günü
Peyvənd Həftəsi (24–30 Aprel)
25 Aprel (7.gün)
Dünya DNT Günü
Dünya Pinqivinlər Günü
Dünya Malyariya Günü
26 Aprel (1.gün)
Dünya Pilotlar Günü
Dünya Qısqanclıq Günü
Beynəlxalq Çernobıl Fəlakətini Anma Günü
Ümumdünya Əqli Mülkiyyət Günü
27 Aprel (2.gün)
Morze əlifbası günü
28 Aprel (3.gün)
Ümumdünya Əməyin Mühafizəsi Günü
Ümumdünya Laboratoriyalar Günü
29 Aprel (4.gün)
Ümumdünya Rəqs və Balet Günü
Beynəlxalq Arzu Günü
Beynəlxalq Baytar Həkimi Günü
30 Aprel (5.gün)
Dünya Caz Günü
Dürüstlük Günü
Telegram kanalımı izləyə bilərsiniz: https://t.me/aynrhashim
Bir gün o 100 yaşlı ilan hamımıza dəyəcək!
Uşaq vaxtlarımdan polis olmaq istəmişəm.
Polis Akademiyasına hazırlaşırdım. Yəni, sadəcə xəyal olmayıb, əməlli-başlı hazırlaşmışam.
İlk mərhələ qabiliyyət mərhələsi idi, onu keçdim. İkinci mərhələ mənə xəyal qırıqlığı yaşadan, hərbi həkimlərin ağzı ilə pul istədiyi mərhələ idi. Bu mərhələdə pul verməyən və adamı olmayan hər kəs kəsilirdi. Valideynlər bayırda, şagirdlər isə içəridə olurdu. Hər nəysə, nə başınızı ağrıdım — 500 manatımız çıxdı. Bir həkim var idi dedi bəs 10 manat şirinlik elə, dedim yoxdu, məndə qalan iri puldur. Dedi ver, mən xırdalayaram.
Bu hadisə saf 11-ci sinif şagirdi üçün gözlənilməz idi. Dövlət müəssiəsində ağzı ilə pul istəyən dövlət həkimi çantasından pul çıxardıb, qalığımı qaytdırırdı. Bu məni bərk silkələmişdi.
Bir də göz müayinəsindəndə olarkən, formalı bir nəfər həkimə yaxınlaşdı və “filankəsov filankəsi keçirin doktor. Bilirsiniz o kimin oğludur? o bizim, filankəsin oğludur” — dedi. Həkim də and-aman eləyib dedi ki, “Heç bir halda edə bilmərəm. Bir gözü ümumiyyətlə, 10% də görmür, daha sonra mənə problem olacaq”
Bu arada, həmin otaqdakı göz həkimlər heç kimdən pul da götürmürdü. Biz hər mərhələdən sonra yanımızdakı uşaqlarla nə qədər pul verməsi ilə bağlı danışırdıq.
(O gündən sonra heç bir yerdə, heç kimə rüşvət verməmişəm)
Daha sonra bu mərhələni beləcə tamamladım.
Mandat imtahanı yaxınlaşdı, orada nə kiməsə pul vermişdik, nə də tapşırığımız var idi. Kəsildim. Sualların hamısına düzgün cavab verə bilmədim deyə kəsildim.
Yadımdadır ki, bir sual Nəriman Nərimanov kimdir idi. Haqqındakı hər şeyi saymışdım, sonda əlavə etdilər ki, “həkim olub”. Ümumiyyətlə, kitabın ən oxunmayan, müəllimlərin “onu keç, lazım deyil” dediyi yerlərdən suallar verirdilər. Halbuki, Mandat imtahında düşə biləcəyi deyilən hər cür qəribə suala da hazır idim. O otağa gedənə qədər neçə saat görmüşdüm, hansı saat işləmirdi və ən son göstəricisi neçə idi, otağa neçə pilləkənlə qalxmışdım və.s
Beləliklə, məktəblinin böyük arzusu sualları verən həmin 9 böyük adamın olduğu, o böyük otaqda qaldı.
Bu mərhələ mənə imtahandan kəsilmə hissini çox əla şəkildə yaşatdı. O il universitetdən kəsilənlər hansı hissi yaşamışdısa, mən onlardan əvvəl bu hissi artıq dadmışdım.
Yadımdadır ki, yaman bərk ağlayırdım. Elə orada bir nəfərlə danışdıq, dedi ki, ibtidai sinif müəllimliyinə qəbul olsan, oranı bitirdikdən sonra Polis Akademiyasında 2 il oxuyub, uşaq inspektoru kimi işə başlaya bilərsən.
Dil Ədəbiyyat və ya İngilis dili ixtisaslarını seçmək əvəzinə, İbtidia Sinif müəllimliyini ilk 3–4 yerdə yazdım. 1-ci kursda çox başqa fikirləşirdim, elə bilirdim ki, hər şeyi mən düzəldə bilərəm. 2-ci kusda başa düşdüm ki, alınan deyil. Tək mənlə iş bitmir. Nələrisə dəyişmək üçün eyni vaxtda tək-tək yığılan, çox adam bir yerdə olmalıdır.
Bu ilin əvvəli mənə bildirdilər ki, Çevik Polisdə iş fürsəti var. Sən Polis olmaq istəyirdin, bəlkə yoxlayasan?
Ürəyimdə qalmasın deyə yenə unutduğum arzumu fikirləşdim, şərtləri maraqlandım.
Kiminsə əmrində olub, şəxsiyyətimi satmamaq, mənə deyilən səhv hərəkətlərə tabe olmamaq üçün dəyərləndirmədim.
Əgər mən vətəndaşın düz dediyini düşünüb, mənə verilən səhv hərəkəti etsəydim, mənim arzumun reallaşması müvəqqəti xoşbəxtçilikdən başqa heç nə olmayacaqdı. Günlər sonra içim-içimi yeyəcəkdi və bu mənə ancaq əzab verəcəkdi. Orada olsam az da olsa nələrisə dəyişə bilərəmmi deyə düşündüm, başa düşdüm ki, alınmayacaq. O qədər səhvin içində düz qala bilməyəcəkdim. Ən yaxşı halda, orada səsimi çıxarsam, başımdan basılacaq və işdən çıxarılacaqdım.
Polislərin içərisində az da olsa, yaxşı insanların olduğunu düşünürəm. Ancaq istisnalar bir çox halda, əhəmiyyət daşımır.
Məlum vəziyyətlə əlaqəli demək istəyirəm ki, hər şey hüquq müstəvisində olmalıdır. Sən mənim səhv etdiyimi düşünürsənsə, özün də buna cavabı səhv yolla verməli deyilsən. Bu bizi bir-birimizdən soyudacaq və hər iki tərəfin də yaşadığı hiss şiddətli “zəhləsi getmək”, “görəsi gözü olmamaq” adlanacaq. Əksinə, mənim səhvim varsa və sən özünü ağıllı adlandırırsansa, lazımdırsa, mənə nümunə olmalısan. Heç nəyin fərqində olmayan, balaca uşaq kimi acıq çıxmalı deyilsən. Bu qarşı tərəf üçün “göz dağı” deyil, “gözdən düşüş” olacaq.
İndiyədək çox ağır təəssüf hissi yaşadığım 4–5 hadisədən biri də dünən gördüyüm videolarda yaşananlar idi. Tək sözlə — Heyif.
Elə bu yerdə George Orwell yaxşı deyib, Azadlıqlarını müdafiə etməyənlərin ödədiyi dəyər ağırdır.
Azadlığımızı yeri-yerində müdafiə edə bilmirik və ödədiyimiz dəyər get-getə daha da şiddətlənəcək.
Bir gün o 100 yaşlı ilan hamımıza dəyəcək.
Yeni başlayan hər kəsin(uşaqlar da daxil) asanlıqla kodlaşdırma öyrənə biləcəyi əyləncəli 7 sayt:
1. https://codecombat.com
2. https://code.org
3. https://codakid.com
4. https://scratch.mit.edu
5. https://www.kodable.com
6. https://lnkd.in/g2j2GqC
7. https://lnkd.in/gNxw6Qb
#TorbadaVar İyun ayı. İşi rəqamsaldan keçənlərə bu məlumatın faydalı olacağını düşünürəm. Ümid edirəm ki, elə düşündüyüm kimi olar.
3 iyun
Dünya Velosiped Günü
Qaçış Günü
4 iyun
Pişik Qucaqlama Günü
5 iyun
Mikayıl Müşfiqin Doğum Günü
Ətraf Mühitin Beynəlxalq Müdafiəsi Günü
Milli donut Günü
7 iyun
Dünya Xərçəngə Qarşı Mübarizə Günü
8 iyun
Ən Yaxşı Dostlar Günü
Beynəlxalq Okeanlar Günü
10 iyun
Nikola Teslanın Doğum Günü
Dünya Soyuq Çay (Iced Tea) Günü
12 iyun
Superman Günü
Qırmızı Qızılgül Günü
13 iyun
Dünya Gin(Cin) Günü
14 iyun
Dünya Qan Donoru Günü
15 iyun
Milli Qurtuluş Günü
Təbiət Fotoqraflığı Günü
17 iyun
Azərbaycan Respublikası Səhiyyə İşçilərinin Peşə Bayramı Günü
Tərəvəz Yemək Günü
18 iyun
İnsan Hüquqları Günü
Beynəlxalq Piknik Günü
19 iyun
Garfield Günü
21 iyun
Atalar Günü
Yay Fəslinin İlk Günü
Dünya Selfie Günü
Dünya Musiqi Günü
Nikbinlik Günü
Beynəlxalq Yoqa Günü
22 iyun
Soğan Halqaları Günü
23 iyun
Dövlət Qulluqçularının Peşə Bayramı
Beynəlxalq Dullar Günü
25 iyun
Dənizçi Günü
26 iyun
Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü
Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü
27 iyun
Dünya Ananas Günü
Gün Eynəyi Günü
28 iyun
Logistika Günü
29 iyun
Milli Kamera Günü
30 iyun
Sosial Media Günü
Yazının adından da göründüyü kimi mövzu bir az əlaqəsiz və fərqli olacaq. Söhbət Rolls-Royce brendindən gedirsə, axı başqa necə ola bilər. İngilis əsilli bu möhtəşəm brend 1904-cü ildə Charles Rolls və Henry Royce tərəfindən qurulub. Brendin adı gördüyünüz kimi iki qurucunun soyadlarından istifadə edilərək yaradılıb. Yadınızdadırsa, Harley-Davidson brendində də bu cür idi.
Bu arada, Rolls-Royce qurucularından olan Charles Rolls “La-Manş Dənizinin üzərindən təyyarə ilə keçən ilk insan” kimi də tanınmaqdadır. Təəssüf ki, elə ölümü də təyyarə qəzasında baş verib. O, 1910-cu ildə idarə etdiyi “Wright Flyer” adlı təyyarəsi ilə qəza edib və “təyyarə qəzasında ölən ilk İngilis” olaraq da tarixə düşüb. Qısa olaraq, adamın etdiyi hər şey tarixə düşüb.
Zərafət, əsalət və özünəxas duruşu ilə Rolls-Royce sözün əsl mənasında əl əməyi, göz nurudur. Bu brendin avtomobilləri hər detalına qədər bir-bir əl işi olaraq hazırlanır və avtomobilin hazırlanması azı iki ay çəkir. Brend demişkən, Rolls-Royce elə brendlərdəndir ki, su, quru, hava demədən hər yerdə özünə yer edib.
Əslində yaxşı reklamla istədiyiniz hər şeyi sata bilərsiniz, amma keyfiyyət yoxdursa, bunu sadəcə 1 dəfə edə bilərsiniz. Ancaq brendləşmək və daimi müştəri əldə etmək üçün bu kifayət deyil. Rolls-Royce danışmaqla qalmır, həm də bunu göstərir, icra edir. Buna ən yaxşı misal olaraq, istehsal edilən gündən bu vaxta qədər avtomobillərinin 65%-nin hələ də istifadəyə yararlı olmasını göstərmək olar. Rolls-Royce bu göstəriciyə sahib olan yeganə avtomobil brendidir.
Bu arada, reklamdan söhbət düşmüşkən, ən gözəl reklamlarından biri də 1959-cu ildə David Ogilvy-nin hazırladığı qəzetdə yer alır. Reklam başlığı təqribi bu cürdür: “Bu avtomobillə saatda 60 mil sürətlə hərəkət edərkən belə eşidə biləcəyini ən yüksək səs elektron saatın tıqqıldamasıdır”
Bu yazının əsas hissəsinə gəlirəm, Royce hal-hazırda pandemiyayla əlaqəli avtomobil istehsalına ara verib, ancaq bal istehsal etməyə davam edir. Bal nə dəxli deməyin, Rolls-Royce əlinə pul keçən kimi bir yeşik arı alan adamlar kimi 6 yeşik alıb (Phantom, Wraith, Ghost, Dawn ve Cullinan) və hal-hazırda 250 min arısı ilə bal istehsal etməyə başlayıb. Əslində İngiltərənin təbiətinə dəstək olmaq üçün bu layihə 2017-ci ildən etibarən həyata keçirilir. Təbii ki, tək səbəb bu deyil. Müştəri məmnuniyyəti də burada xüsusi rol oynayır.
Əgər Siz bu balı yemək istəyirsinizsə, mütləq gedib bidənə Rolls-Royce almalısınız, çünki bal ancaq Rolls-Royce sahibləri və əvəzolunmaz müştəriləri üçündür(CRM). Təssəvvür edin ki, hansısa adam gedir 300 min dollara Rolls-Royce alır ki, bal yesin. Yəni, hamı bilir ki, Rolls-Royce kimi onun balı da hər kəs üçün deyil.
Başa düşürəm, təsəvvür etmək çətindir. İşimizi bir az yüngülləşdirmək üçün rayondakı balın qiymətini maraqlandım.
Dedilər ki, bankası 20–30 manatdır. Özü də tam təbii. Bu bal 1 metr məsafəyə qədər uzanır, qırılmır, ocaqda yanır, arı olur uçur. Bir sözlə, ölü yesə, dirilər.
*CRM(Customer relationship management) — Müştərilərlə Əlaqələrin İdarəetmə Sistemləri
Artıq 5 ildir ki, şirkət nümayəndəsi ilə görüşə gedəndə qısa hekayə danışır və sual ünvanlayıram. Bu hekayələrdən biri də #HarleyDavidson-la bağlıdır.
Uşaq bezinə necə ki “Pampers” qolaltına(antiperspirant) “Rexona” deyiriksə, əsl biker-ların da əksəri motosikletə heç sözsüz, Harley-Davidson deyir.
Elə mövzu da buradadır. Pampers və Rexona demək olar ki, bütün kütlələrə xitab edən ehtiyacdır, amma Harley-Davidson fərqlidir. (Pampers və Rexona başqa aləmdir. Bəlkə nə vaxtsa onlarla bağlı da başqa yazı yazaram)
Elə özü kimi kütləsi də fərqlidir. Yəni, hər kəsin həyatı, zövqü, bədəni və büdcəsi üçün deyil. Məsələn, ağıllı-başlı 25 illik riyaziyyat müəllimi Harley-Davidson almır, almaz. Çünki, onun həyatı çox ağıllı-başlıdır və dünyaya baxışı tamam fərqlidir. Hansısa səyahətçi və ya sadəcə azad ruhlu insan isə bu motosikleti alar.
Əgər Sən gedib 30–40min manata maşın yox, Harley-Davidson alır və ya “o qədər pulum olsa, maşın yox, Harley Davidson alardım” deyirsənsə, təbrik edirəm! Sən də Harley-Davidson pərəstişkarısan.
Sizə desələr ki, “Firdovsi dayının oğlunun Harley-Davidson-ı var” o dəqiqə Firdovsi dayının oğlu gözünüzdə canlanacaq. Hələ bu bəs eləməyəcək, onun xarekterinə də bələd olacaqsınız. Azad ruhlu, üsyankar, həyatı doya-doya yaşayan Firdovsi dayının oğlu.
Dəqiq olan bir şey var — hər kəs azad ruhlu, üsyankar deyil. Təhlükə ilə oynayarkən həyatı doya-doya yaşamaq isə tamam başqa aləmdir. Yəni, bu hissi yaşamayan və bundan zövq almayanlar üçün mənasızlıqdan başqa şey deyil.
Burada çox incə xətt var — motosikleti mənasızlıq adlandıran insanlar belə Harley-Davidson-a ürəkli gözlərlə baxır.
Əslində bunu uzatmır və daha qısa olaraq, bu brendin hər kəs üçün olmadığını bölüşürəm. Sonra isə əsas sualı verirəm.
Sizin məhsulunuz, xidmətiniz kimin üçündür? Sizi digərlərindən fərqləndirən nədir?
Bu iki suala cavab yoxdursa, məhsul əslində reanimasiyadadır. Nə marketinq, nə də digital marketinq üçün tutarlı iş görmək mümkün olamayacaq.
Bəs Harley-Davidson kim tərəfindən qurulub və necə bu cür brendləşməyi bacarıb?
Şirkət iki dost olan William S.Harley və Arthur Davidson tərəfindən qurulub. Ad olaraq hər ikisinin soyadını istifadə ediblər. İlk motosiklet dizaynı 1901-ci ildə edilib, amma istehsalı 2 il çəkib və 1903-cü ildə şirkət qurulub.
Əslində isə ilk istehsal etdikləri motosikletdən daha çox velosiped adlanır. İstehsalat balaca qarajda həyata keçirilib və ilk satışa çıxarılan modelin adı "Serial Number 1"-dır. Bu dövrdə şirkətin əsas məqsədi, müharibə vaxtı Amerika ordusunu motosikletlə təmin etmək olub. Müharibədən sonra isə şirkət böyüməyə başlayıb. Tələbin artdığını görən şirkət ilk satış mağazasını 1904-cü ildə Çikaqoda açıb. 1905-ci ildə yarışda qalib gəlib və daha sonra elə həmin il ilk əməkdaşını işə götürüb.
1906–1907-ci illərdə isə şirkət həm böyüyüb, həm də bölünüb. Harley və Davidson-dan əlavə Davidson-nın qardaşı da bura qoşulur.
Bu illərdə istehsal çoxalır və ABŞ-ın Milwaukee ştatında fabrik qurulur. Əlavə olaraq, ABŞ-ın New England ştatında da ofis açılır. Bunlarla da yetinmirlər və ilk motosiklet kataloqunu çap edirlər. "Silent Gray Fellow" ləqəbi də ilk dəfə bu illərdə istifadə edilir.
Daha sonrakı illərdə bir çox yarışda qalib gəlir və adlarını tez-tez zirvələrə yüksəldirlər. Əsl yüksəliş isə 1909-cu ildə etdikləri möhtəşəm dizaynlı motor hesabına gəlir. V-Twin motoru elə bu illərdə istehsal edilir.
1956-cı illərdə Elvis Presley ilə müqavilə imzalanır. 1957-ci illərdə isə indiyədək məşhurluğunu qoruyan model "Sportster" istehsal edilir. Daha sonra bir çox filmdə də Harley-Davidson izləyicilərlə görüşür. Elə 60-cı illərdə geyim istehsalına da başlayırlar. Bunu unutmayaq. Harley-Davidson sadəcə motosiklet brendi deyil, eyni zamanda, geyim brendidir.
Harley-Davidson brendinin dəyərləri:
Azadlıq: Harley müştərilərinə hər hansısa məhdudiyyət olmadan, istənilən vaxt, istədiyi yerə gedə biləcəyi həyat tərzini vəd edir.
Miras: Harley-Davidson özü elə Amerikadır. Brend sadəcə reklam kampaniyalarında deyil, motosikletlərinin üzərində də Amerika bayrağını dalğalandırırlar və ABŞ-dakı keçmişinə istinad edir.
İcma: Harley-Davidson inkişaf etmək üçün müştərinin sədaqətinə güvənir. Dildən-dilə (word of mouth) yəni, məsləhət marketinqini gücləndirir, əsas üstünlüyü bura verir. H.O.G buna ən yaxşı nümunədir.
Keyfiyyət: Harley alan insan əmin ola bilər ki, uzun yola rahatlıqla çıxacaq və yolda qalmayacaq. Keyfiyyət olduqdan sonra digər bütün dəyərlər özünü daha da gücləndirir. Şirkət isə verdiyi vədləri qorumağı bacarır.
Bu adın brendləşməyinə ən böyük dəstəyi heç sözsüz ki, “Harley Owners Group” göstərib. (H.O.G)
Harley sahiblərinin olduğu bu qrup hələ 1983-cü ildə yaradılıb. Bununla da müştərilər bir icmaya aid olur, ailənin üzvü sayılır və bütün problemlərini elə buradaca həll edə bilirdilər. Bununla da Harley-Davidson müştəriləri ilə daha uzunmüddətli və güclü əlaqələr qura bilirdi.
Əlavə olaraq, bu qrupa daxil olan insanlara yarışda sponsorluq və kampaniyalardan yararlanmaq şansı verilib. Bununla yanaşı, qrup üzvləri bir çox xeyriyyə kampaniyasında da iştirak edə bilərdi.
Hal-hazırda bu qrupun 25 ölkədə bir milyondan çox üzvü var və yarısı mütəmadi olaraq Harley-Davidson tədbirlərində iştirak edir.
Üstəlik, H.O.G. üzvləri Harley-nin yeni məhsulları və yenilikləri ilə birbaşa olaraq tanış olmaq şansına sahibdir.
Ən məşhur Harley Davidson modelləri:
Softails
Touring Models
Dynas
Sportsers
Revolution
Bu arada, Harley Davidson marketinq büdcəsinin 40 milyon dollarını təkcə 2010-cu ildə loqotip dizaynına xərcləyib.
Google bizə 2 seçim verir. “Google search” və “I’m feeling lucky”. Burada olan insanların əksəriyyəti bu iki seçimi görüb deyə təxmin edirəm.
Yaxşı bəs Google-da qarşımıza çıxan “I’m feeling Lucky” (Özümü şanslı hiss edirəm) nədir?
Əslində əvvəllər, 2010-cu ilə qədər hər hansısa sözü yazıb bu hissəni seçməklə reklamsız, birbaşa olaraq yazdığınız sözlə ən əlaqəli sayta keçid edə bilərdiniz. Bununla da Siz reklamlı saytları görmür və vaxtınıza qənaət etmiş olurdunuz. Daha sonra Google bu funksiyanı aradan qaldırmaq qərarı alır.
Səbəb isə bu funksiyanın reklam büdcəsinə ziyan vurması olub. Dünya üzrə istifadəçilərin 1%-i bu funksiya ilə axtarış edir deyə bildirirlər. Təbii ki, funksiyanı istifadə edən həmin 1% insan reklamları görmür və Google üçün bunun ziyanı 110 milyon dollar kimi “kiçik” rəqəm olur. Google elə bundan sonra funksiyanı ləğv edir, amma daha sonra həmin “Özümü şanslı hiss edirəm” axtarış hissəsi Google-a geri qayıdır.
Ancaq indi bu hissə başqa məzhəbə qulluq edir. Yəni, funksiya eyni deyil, ziyan isə yoxdur. Bunun yerinə, pozitiv hiss ötürür və köhnə xatirələri yada salır. Hal-hazırda aşağıda qeyd edilən sözləri Google-a yazıb, “Özümü şanslı hiss edirəm”-ə klikləsəniz qarşınıza bunlar çıxacaq.
Google Doodles — birbaşa olaraq, “Özümü şanslı hiss edirəm”-ə klikləyirsiniz və qarşınıza Google indiyədək hansı xüsusi gündə, hansı animasiyanı istifadə edib görürsünüz.
Google Doodles
Google Photos — yazıb “Özümü şanslı hiss edirəm”-ə klikləsəniz təsadüfi seçimlə Sizə köhnə şəkillərinizi göstəcək.
Google Photos — Go To Google Photos hissəsinə daxil olun.
Google Gravity — yazıb “Özümü şanslı hiss edirəm”-ə klikləsəniz həmin səhifədə hər şey sözün əsl mənasında kəlləmayallaq olacaq və cazibə qüvvəsinə tabe olmayan Google ana səhifəsini görəcəksiniz.
Atari Breakout — yazıb “Özümü şanslı hiss edirəm”-ə klikləsiniz qarşınıza kərpic qırma oyunu çıxacaq.
Oyuna daxil olduqdan sonra yuxarı sol hissədə bu cür yazılan "elgooG"-a daxil olsanız, qarşınıza çıxacaq bəzi fərqli funksiyalar.
Mentalplex — yazıb “Özümü şanslı hiss edirəm”-ə klikləsiniz Google-un 2000-ci illərdə necə dizaynda olduğu görəcəksiniz.
Mentalplex
Qeyd etdiklərimi buradan yoxlaya bilərsiniz: https://bit.ly/2YJ1zZ7
WWDC yəni, Worldwide Developers Conference Apple-ın 1998-ci ildən etibarən başlatdığı konfransdır.
Əvvəllər bu məşhur konfrans Steve Jobs-un keynote təqdimatı ilə başlayır və bu “Stevenote” adlanırdı. Onun ölümündən sonra isə bu ənənə Tim Cook tərəfindən davam etdirildi.
Burada əsas məqsəd Apple-ın yeni məhsullarını, funksiyalarını, yeniliklərini təqdim etmək və yaxın illərdə bunun dünyamıza necə təsirlər edəcəyini görməkdir.
2000-ci ildə edilən WWDC tədbirində 3600 iştirakçı var idi ancaq daha sonra 2018-ci ildə edilən tədbirdə bu say 2400 artaraq, yerini 6000 iştirakçıyla əvəz etdi.
WWDC 2007
Normal hallarda burada iştirak etmək üçün iki variantımız olur: ödənişli və ya tələbələr üçün ayrılan təqaüd hesabına.
İlk variantı həyata keçirmək üçün isə müsabiqəyə qatılmağınız lazımdır.
Mart ayının ortalarında müsabiqədə iştirak edir və qalib gəldiyiniz halda, Sizə məlumat bildirilir. Daha sonra isə kartınızdan isə nə az, nə çox düz 1699 dollar çıxılır.
Yəni ki, bu hər kəs üçün deyil.
WWDC 2017
Digər hal isə “WWDC Scholarships” adlanır və yüzlərlə tələbəni bura qəbul edir.
Bunun üçün ilk olaraq müraciət etmək, daha sonra isə Sizə verilən Swift Playground layihəsini hazırlamaq lazımdır. Seçdiyiniz halda Sizə e-mail gəlir və bununla da WWDC tədbirində təqaüdlə iştirak etmək şansını qazanırsınız.
Təbii ki, buna Apple mühəndisləri ilə birbaşa ünsiyyətlə olmaq, bizi gözləyən yeni texnologiyaları görmək, həmçinin Apple-ın CEO-su Tim Cook-la birbaşa görüşmək şansı da daxildir.
İndiyədək WWDC konfransı bir çox fərqli yerlərdə keçirilmişdir. Əvvəlki WWDC konfranslarının keçirildiyi məkanlar:
Santa Clara Convention Center (1987)
San Jose Convention Center (1988–2002, 2017–2019)
Moscone West (2003–2016)
Bill Graham Civic Auditorium (2016)
Ancaq bu il hər şey kimi WWDC də fərqli olacaq. Hazır olun, deyirəm!
Möhtəşəm tədbir onlayn keçiriləcək. Ən yaxşı xəbər isə onlayn olması deyil, ödənişsiz olmasıdır. Yəni ki, uhha!
Yəni, bu il bu tədbir əvvəlki illərdən daha çox insana xitab edəcək və normal olaraq, daha çox səs-küy yaradacaq.
WWDC 2020 barədə edilən açıqlamaya əsasən, tədbirin 22 İyun Bazar ertəsi başlayacağı bildirilib.
Daha ətraflı məlumatlar burada: https://apple.co/2WwjIH0
Break Free — Adidas
Dünən Linkedin və Facebook hesablarım üzərindən paylaşdığım "Break Free" adlı reklam çarxını çox sevdiyi və bu barədə araşdırma etdiyimi bildirmişdim. Sizdən isə izləyiciyə ötürdükləri mesajı, həmçinin bu işin hansı şirkət tərəfindən həyata keçirildiyini soruşmuşdum.
Linkedin-dəki şərhlər:
Mesaj aydındır. Kişinin ayağındakı ayaqqabının və yeməkxanadakı bəzi adamların əynindəki gödəkçə adidas-a məxsusdur. Amma hansı agentliyin işi olduğunu bilmirəm.
Məncə, videoçarxda dayanmadan ancaq irəli qetməyi, ətrafındakı insanların fikirlərini önəmsəməməyi deyir. Hətta irəllədiyin yolda sənə dəli kimi də baxa bilərlər,səni yolundan saxlayanlar da olacaq, sənə bu yolda kömək edən dostlar da tapılacaq.
Facebook-dakı şərhlər:
Adidasa aid və gənclik, xatirələrlə bağlı🤔
Adidas. İnsan ruhundaki azadlığı ortaya çıxartmağa səbəb olur
Bəlkə də bizə maneə olanlara rəğmən istədiyimiz şeyi həyata keçirmək mesajını verir
Arzu və hədəfinə dogru gedən və ondan vaz keçmiyən insanin qarsindaki maneə olmaqdansa ,ona yol açın.💫
#gücbirlikdədir
Bunu adidas rəsmi olaraq çəkdirməyib alman bir tələbə gəncin kurs işi tipli bir şey olub (portfolio üçün), adidasa göndəriblər onlar hansısa məqama görə bəyənməyib (nəyisə imicinə uyğun göstərmədiyi üçün) daha sonra hədsiz maraq və reaksiyalardan sonra Adidas alır səhv etmirəmsə reklamı
Rebranding movzusu? Ya da yashlilar ucun yeni idman seriyasi?
Adidasın bu nostalji ketlərinu xatırladım
İnsanların düşüncələri mənə hər zaman çox maraqlı gəlib. Hər kəsin yaşadığı həyat müəyyən çalarları ilə fərqlidir və buna uyğun fərqli baxış bucaqlarına sahibdirlər. Onu qeyd edim ki, əksər şərhlər elə ötürülən mesajla üst-üstə düşür. Linkedin-dəki 2-ci, Facebook-dakı 2, 3, 4, 7-ci şərhlər mənim sevimli şərhlərim oldu. 5-ci şərh isə bu mövzu ilə real məlumata dayanır.
Elə 5-ci şərhdə də qeyd edildiyi kimi, reklam çarxı hansısa agentlik tərəfindən deyil, Baden-Wuerttemberg Film Akademiyasınının tələbəsi Eugen Merher tərəfindən çəkilib. Reklam çarxı universitet tapşırığı olaraq hazırlanıb və qısa müddətdə YouTube-da 11 milyondan çox izlənmə ilə böyük səs-küy yaratmışdır. Bu arada, reklam çarxının büdcəsi 3500 avrodur deyə bildirilir.
Buna bənzər bir başqa reklam çarx isə Nike üçün illər əvvəl hazırlanıb: https://bit.ly/35DPuGi
Bu reklam çarxında da əsas adam üçün qaçış hər şey deməkdir.
Ancaq Break Free-də mövzu bir az daha fərqlidir. Əsas adam qocalar evində yaşayan təqaüdçü marafon qaçışçısıdır və buradakı həyatla mübarizə aparır. Əsas adam burada olduğu üçün depressiyadadır və onu həyata bağlayan qaçışdır (digər adı ilə — Adidasdır)
Təbii ki, əsas adam buranın qanunlarına boyun əymir və icazəsiz, dəstəksiz qaçışlara cəhd edir. Qaçış edərkən geyindiyi ayyaqabılar isə onunla marafonlarda iştirak edən Adidas-dır. İnsanlara fərqli formada cəzalar verilə bilər. Ancaq ən ağır cəza insanın istədiyi, yaşama tutunduğu nəyisə əlindən almaqdır. Həyatda müəyyən yaşa gələn, tək arzusu qaçmaq olan, bundan zövq alan insan üçün də edilə biləcək ən pis şey onun Adidas-ını əlindən almaq olardı.
Cəza verilir, ayaqqabısı əlindən alınır. Ancaq əsas adamımızın burada onu başa düşən dostları var. Yaxşı ki də var. Onlar bu işdə əsas adama kömək edir və ayaqqabılarını geri qaytarırlar. Daha sonra bu dostlara və tibb işçilərinə qalan köhnə marafonçunu izləmək, dəstək olmaq, azadlığını seyr etməkdir.
Bəzi məlumatlarda Adidasın reklamı daha sonra qəbul etdiyi bildirilsə də heç vaxt Adidas reklam çarxını qəbul etməyib və bütün mənbələrdə tələbə işi kimi göstərilir.
Bəzilərimiz üçün alma sadəcə meyvədir
Bəzilərimiz üçün həyatın başlanğıcıdır(Adəm və Həvva)
Bəzilərimiz üçün Yerin Cazibə qüvvəsini Nyutona göstərən işarədir
Bəzilərimiz üçün alma Alan Türinqin ölüm səbəbidir
Yaxşı, bəs Stiv Cobs üçün alma nə demək idi?
Niyə şirkətinin adını məhz Apple qoymuşdu?
Onun üçün alma yuxarıdakılardan hansı idi?
Onu sadəcə Apple şirkəti və rəhmətlik Stiv Cobs bilir. Biz isə əsl hekayəni deyil, mifləri bilirik. Niyə hekayəni deyil də mifləri bilirik? Çünki bəzən şirkəti brend edən, miflərdir. Mif və hekayə isə bu sahədə ən yaxşı iş görən alətlərdəndir.
İnsanların brend, brendlərin insan olduğu bu dövrdə hekayə və mifləriniz olsun.
Bu arada, Alan Türinq informatikanın əsaslarına (və süni intellekt nəzəriyyəsinə) həqiqi və əvəzolunmaz töhfəsini verən elm insanıdır. İnformatika və kompüter elmlərinin banisi də hesab olunur. Təklif etdiyi “Türinq hesablama maşını” alqoritm anlayışını formalaşdırıb və hal-hazırda da istifadə edilir.
Yaradıcılığı, həyatı, sevgisi və əzabı ilə hər kəsin tanımalı olduğu insanlardandır desəm, yeridir.
Alan Türinq barədə kifayət qədər maraqlı filmlər var. İnternetdə araşdıra və izləyə bilərsiniz.