Stories by Leyla Rzazade on Medium
Trigger nöqtəsi(“Tetik noktası”) bədənin müxtəlif nahiyələrində gərginlik nəticəsində yaranan əzələ düyünüdür. Şəkildən gördüyünüz kimi dairəvi şəkildə, sanki, əzələ düyünlənir.
Tetik nokta (trigger point) kaslar üzerinde genellikle gergin bantlar zemininde gelişen ağrılı ve hassas noktalardır. Bu gergin bantlar halk arasında kulunç olarak da adlandırılır. Tetik noktalar ağrı, hassasiyet yanında tutukluğa ve hareket kısıtlılığına neden olarak yaşam kalitesini ciddi anlamda bozabilir.
Bədənimizdə, xüsusilə də kürək nahiyəsində aylarla keçməyən və hər nə etsək də, sağalmayan ağrıların səbəbi trigger nöqtəsi ola bilər. El arasında buna qulunc da deyirlər.
Bu nöqtələri masaj etdikdə üzərində ağrı hiss edirik və həmin nöqtələr oxalandıqca yüngülləşmə hiss edirik. Əgər sizdə də uzun müddətdir belə ağrı hissi varsa, Trigger nöqtələrini araşdırmağınızı məsləhət görərdim. Bir çox həkimlər bu nöqtələrə düzgün yanaşmağı bilmirlər.
Trigger nöqtələrini yumşaltmaq üçün edə biləcəyiniz müalicə üsulları:
Əzələ istini sevir. İsti duş, vanna qəbul etdikdən sonra həmin nöqtəni oxalamaq sizə kömək edəcəkdir.
Özünüzü masaj etməyiniz üçün trigger nöqtələrini açmağa kömək edən kiçik toplar satılır. Bu topların köməyi ilə ‘self-massage’ edə bilərsiniz. Bu tennis topu da ola bilər.
3
3. İqloterapiya (İynəbatırma) metodu trigger nöqtələrindəki gərginliyi aradan qaldırmaq üçün faydalı üsullardan biridir. Təbii ki, mütəxəssis tərəfindən edilir.
4. Gərginlik və stresdən maksimum uzaq durun. Siz gərginlikdə olduqca həmin nöqtələr daha da gərilir və sərtləşir, nəticədə yumşaldıb aradan qaldırmaq daha da çətinləşir.
Trigger nöqtəsi necə əmələ gələ bilər?
Daima çox gərgin və stresli olursunuz
Davamlı olaraq eyni pozisiyada oturursunuz
Sizi nə vaxtsa günlərin bir günü qəşəng soyuq vurmuşdur
Əzələlərinizi normadan artıq işlədərək yükləmisiniz
Ümid edirəm paylaşdığım məlumatlar sizə faydalı olacaqdır. Sağlıqla qalın!
Tibbdə Skolioz onurğanın əyilməsinə verilən bir addır.
Mən Skolioz-un nə olduğunu öz bildiklərimlə izah edəcəyəm.
Onurğanın sol və sağ tərəfində yerləşən əzələlərdən hansısa zəif olanda həmin əzələlər onurğanı düz saxlaya bilmədiyi üçün onurğa zamanla əyilməyə başlayır. Skoliozun başlıca səbəbi əzələlərin kifayət qədər güclü olmaması olur. Nəticədə onurğa əyilməyə başlayır.
Mənim üçün Skolioza veriləcək izah budur:
Skolioz — yaşadığınız həyatı alt-üst edən, bədəndə baş verən bir dəyişiklik. Elə bir dəyişiklik ki, zamanla fəsadları artır və qarşısı vaxtında düzgün alınmayanda insanın həyatını qaraldır.
Əgər sizin onurğanızda heç bir əyrilik yoxdursa, xoşbəxt biri sayılarsınız. Skolioz elə bir şeydir ki, əmələ gəldisə, daim onu nəzarətdə saxlamaq lazımdır. Mən də uşaqlıqdan bu problemə qarşı mübarizə aparanlardan biri olduğum üçün istəmirəm ki, başqa uşaqlar, xüsusilə də qız uşaqları eyni çətinlikləri yaşasınlar. Bəs, həkimə getməmişdən öncə Skoliozun olduğunu necə müəyyən edə bilərik? Skoliozun ümumilikdə 4 dərəcəsi var. 3–4cü dərəcələr çox gözə dəyəcək qədər pis olur. 1ci dərəcə hər şeyin təzə başladığı zamandır. Aşağıdakıları hiss edirsinizsə, deməli həmin şəxsdə Skolioz artıq başlamışdır:
1.Çiyinlərdən biri aşağıda, digəri yuxarıdadırsa. Yəni, simmetrik deyilsə
2.İrəli əyiləndə kürəklərdən birinin üstündə qabarıqlıq çoxdursa
3.Çanaqlardan biri digərindən daha yuxarıda durursa, yəni, ayaqlardan biri digərindən qısadırsa.
Bu 3 əsas faktordan ən azı 1-i artıq sizdə şübhə oyatmalıdır.
Həyatda mümkünsüz heç nə yoxdur. 1–2ci dərəcələrdə onurğanı düzəltmək mümkündür. 3–4də isə vəziyyət kritikləşir. Yuxarı dərəcələrdə onurğa o qədər əyilir ki, orqanlara təsir etməyə başlayır. Nəfəsalma çox çətinləşir.
Mən çox istərdim ki, valideynlər üçün bu problem haqda maarifləndirici tədbirlər keçirilsin məktəblərdə(onurğası əyri olan kifayət qədər uşaqlar gözə dəyir). Əgər valideynlər vaxtında maarifləndirilərsə, bu problemə vaxtında müdaxilə etməklə gələcək həyatı daha sağlam etmək olar. Müəyyən etdikdən sonra düzgün həkimin müşayiəti ilə müalicə almaq lazımdır. Ölkədə kifayət qədər yalnış müalicə tətbiq edən, insanları pul tələsinə məhz Skolioz müalicəsi üçün salanlar heç də az deyil. Buna görə də, məsləhətli həkimlərə canımızı əmanət etməliyik. Övladlarımızın canını. Mən araşdırdıqca gördüm ki, Ruslar bu sahədə daha yaxşı inkişaf ediblər. Bizdə özünü savadlı adlandırıb müalicə edənlər də az deyil. Əgər belə bir problemlə qarşılaşmısınızsa, mütləq savadlı kadrı axtarmağa çalışın.
Unutmayaq ki, bugünki laqeydliyimiz özümüz ya övladımız üçün parçalanmış bir gələcəyə, həyata səbəb ola bilər.
Sağlıqla qalın!
İşləməkdən daha əvvəl sağlamlıq gəlir. Əgər gözlərinizdə quruluq, acışma kimi simptomlar varsa, bunlar göz quruluğundan(dry eyes) dolayı ola bilər. Bir çoxlarımız ekrana baxarkən qözlərimizi qırpmağı unuduruq. Bu da zamanla göz quruluğuna səbəb olur. Gözlər qırpılmağı sevirlər. Qırpdığımız zaman gözün üst təbəqəsi sulanır, bu da yaxşı görməyimizə səbəb olur. İldə 1 dəfə balıq yağı(Omega3 ilə zəngin)qəbul etmək önəmlidir. Omega3 ilə zəngin olan balıq yağlarını 2 ay ərzində qəbul etdikdən sonra effektini görəcəksiniz.
Balıq yağı alarkən bir neçə nüansa diqqət vermək lazımdır:
Aşağı qiymətə olan balıq yağları keyfiyyətli olmur. Məncə, 20+aznlik məhsul daha etibarlıdır.
Balıq yağı alarkən EPA və DHA miqdarına diqqət vermək lazımdır. Məsləhətli limiti araşdırıb ona uyğun məhsul ala bilərsiniz.
Mən XXXXXX(reklam olmasın deyə adı yazmadım. İstəyən şəxsi yazıb soruşa bilər) balıq yağını istifadə edəndən sonra gözlərimdə çox fərq hiss elədim. Türkiyədən alıb gətirmişdilər deyə Bakıdan 2-ci dəfə ala bilmədim. Amma kargo şirkətləri ilə gətirmək mümkündür. Gömrük-lə maraqlandım, qida əlavəsi olduğu üçün Balıq yağının gətirilməsinə icazə var. Təxminən, 30 AZN-a(4 azn kargo) başa gəldi. Siz də istəsəniz ya türkiyədən sifariş edə, ya da Bakıdan keyfiyyətlisini ala bilərsiniz. Yerli aptekdən ən çox satılanı soruşub 13 azn civarında başqa Balıq yağı aldım, istifadə edəndən sonra çox da effektli olmadığını gördüm. Ona görə bəyəndiyimi maraqlanıb Türkiyədən aldım. Rəyləri oxuyanda türk həkimlərinin də həmin yağı məsləhət gördüyünü demişdilər.
Təbii ki, övladlarınız varsa, onların da Balıq yağı qəbul etməsi çox faydalıdır :)
Sağlıqla qalın!
Mən bu həyatda ana qədər əziz, əvəzolunmaz yüksək dəyəri olan insan görmədim. Əgər bir insan “Mən anama sahib olduğum üçün şanslıyam” — deyə bilirsə, ən xoşbəxt insandır.
Uşaqlıqdan elə bilirdim ki, bütün analar eynidir və hər biri uşaqları üçün can yandırırlar, ən dadlı yeməkləri bişirirlər. Amma böyüdükcə bunun belə olmadığını anladım. Ətrafımda gördüyüm anaların əsas ortaq cəhəti odur ki, övladları üçün əllərindən gələni edirlər, hətta bütün həyatlarını onlara həsr etməyə hazırdırlar. Bəlkə də, bu Allah tərəfindən analara verilən xüsusi gücdür. Onların bizim üçün qayğısı 9 ay ana bətnində olduğumuz zaman başlayır. Biz dünyaya gəldikdən sonra isə yuxusuz gecələri başlayır.
Mən uşaqlığımı xatırlayandan bəri nə vaxt ağramışamsa, çətinliyə düşmüşəmsə, həmişə anam yanımda olub. Bir dəfə də olsun “Bezdim” — deməyib. Gecə saat 3 olsa belə, həmişə gəlib kömək etməyə çalışıb. Mən böyüdüyüm üçün kənardan onun əsl ana olaraq etdiklərini daha çox görməyə başlamışam. Bir ana olaraq etdikləri izah edilməzdir. Düşünürəm ki, bəlkə də, Ana olmaq budur. Övladın nə vaxt çətinliyə düşsə, nə vaxt canı yansa, yanında olarsan. Həmişə onun üçün ən yaxşısını etməyə çalışarsan. Lazım gələrsə, yuxundan olarsan. Yeməyi özün yeməyib övladına saxlayarsan. Yemək bişirəndə ürəyin nə istəyir? soruşarsan. Həkimə getmək lazım gələndə saatlarla övladınla sırada gözləyərsən.
Adətən deyirlər ki, təhsilli analar övladlarını daha düzgün yetişdirirlər. Amma bu heç də həmişə belə deyil. Bəlkə də, ali təhsilli ana öz anam kimi mənə diqqət göstərməzdi. Onun sayəsində məktəb illərində onurğa əyriliyinə qarşı müalicə almağa başladım. Halbuki bir çox valideynlər bu tip problemləri gec mərhələlərdə aşkar edirlər. Anam lazım gələndə təhsilimə də diqqət göstərib. Hazırlığa getdiyim vaxtlarda müəllimlərimi tapmaqda əlindən gələni edib. Yəni, hər zaman ana övladını düzgün yetişdirə bilibsə, mütləq ki, ali təhsil almışdır — demək deyil.
Bu gün mən özümü 1 addım artıq xoşbəxt hiss edə bilirəmsə, bu daha çox onun sayəsindədir. Mən böyüdükcə anladım ki, hər övlad dünyaya gətirən ana da əsl ana deyilmiş. Hər övlad dünyaya gətirən qadına əsl analıq hissi verilmirmiş. Uşaqlarını körpələr evinə, küçələrə atan, onları pul dilənməyə vadar edənlər əsl analar deyillər. Bu dünyada hər övlada ana sevgisi, təəssüf ki, qismət olmur. Dünyaya gələn hər bir körpəyə ana sevgisi arzu edirəm.
Bu dünyada insanı ana qədər qarşılıqsız sevən bir insan yoxdur.
Allah bütün anaları qorusun və övladlarını Qarabağ uğrunda itirən analara səbr versin!
Övladları üçün mübarizə aparan analara Allahdan kömək, güc diləyirəm!
Artıq kiçik yaşlı uşaqların ağıllı telefonlara aludəçiliyi artmağa doğru gedir və bu özü ilə ürəkaçmayan nəticələr gətirməyə başlayıb.
Telefon bir innovasiyadır, amma bu innovasiya ilə yeni cərəyan gəlir. Bu cərəyanda göz və boyunla bağlı problemlərin sayı da az olmayacaq.
Bu gün 2 yaşlarında bir uşaq ana qucağında əyləşmişdi və telefonda oyuncaqlarla oynayan başqa bir uşağı izləyirdi. Belə vəziyyətlə tez-tez qarşılaşacağıq. Özümü tutub heç bir söz demədim, amma, məncə, dövlət tərəfindən müəyyən tədbirlər görülə bilər. Məsələn, məktəblərdə valideynlərə uşaqlarının telefon istifadəsinin törədəcəyi neqativ fəsadlar haqda məlumatlandırıcı tədbirlər təşkil edilə və onlara telefon istifadəsi haqda düzgün qaydalar öyrədilə bilər. Anlayışlı valideyn telefona limitlər qoysa da, bir çox valideynləri bu durum heç də narahat etmir, təəssüf ki.
Bizim vaxtlarımızda zamanımızın çoxsunu həyətdə oynamaqla keçirdərdiksə, indiki əksər uşaqların ən yaxın dostu AĞILLI TELEFON-lar olub. Başa düşmək lazımdır ki, insan yaşam balansını pozarsa, yəni outdoor aktivitilərin sayı azalarsa, bu mənfi nəticələrə aparıb çıxardacaq. Yaxına baxmağa daha çox zaman sərf edildiyi və uzağa baxmağa sərf edilən zaman azaldığı üçün eynək istifadə edən uşaqlara daha çox rast gəlməyə başlamışıq.
Bu problem üçün ilk həll maarifləndirici tədbirlərin keçirilməsi, daha sonra isə alternativ həllərin tapılmasıdır. Çox təəssüf ki, belə problemləri hədəfləyən təşkilat tanımıram. Sosial xarakterli layihələri gəlir mənbəyi olmadığı üçün bir çox İNNOVATİV insanlar qəbul etmirlər, amma bunun cəmiyyət üçün qatdığı dəyəri düşünərsək, hər kəsin diqqətini çəkməli idi.
Əlimdən gələn isə sadəcə valideynlərə səslənərək bu durumun fərqində olmağa və övladları üçün hərəkətə keçmələrini səsləməkdir. Axı, siz çox yaxşı bilirsiniz ki, telefon insanda necə asılılıq yaradır :)
Bir çox xanımların Crossbody — çarpaz şəklində taxılmalı olan çantaları paralel şəkildə bir çiyinə yükləyərək daşıdıqlarını tez-tez görürəm. Bu çantanı, əslində, adından da göründüyü kimi çarpaz şəkildə taxmaq lazımdır. Çantanı düz şəkildə yalnız bir çiyinə yükləmək onurğanız üçün sağlam deyil. Əksər hallarda çanta çiyindən düşməyə tez meyilli olduğu üçün biz onun düşməsinin qarşısını almaq üçün çiynimizi qaldıraraq daşıyırıq. Bu daşıma şəkli uzun müddətli olduqda onurğa üçün sağlam deyildir. Ətrafınızdakı xanımları, hətta, bəyləri bunun fərqində olmağa səsləyin ki, daha düzgün şəkildə daşımalarına səbəb olasınız. Aşağıdakı şəkildə yanlış daşıma şəkli göstərilib. Adətən, çiyni geniş olan xanımlarda bu tip daşıma üçün çiyni əyməyə ehtiyac qalmır. Amma əksər hallarda çiynin qalxdığına şahid oluruq.
Aşağıdakı şəkildə isə düzgün taxma şəkli göstərilib. Bu şəkildə biz çantanın düşməsinin qarşısını alırıq və onurğanı əyməyə ehtiyac qalmır.
Xanımların əksəriyyəti bir çiyinə taxılan Laptop çantalarından istifadə edirlər, bu isə bir çiyinə daha çox ağırlıq düşməsinə səbəb olur. İş çantanızı xoş görünüşlü bel laptop çantası(backpack) ilə əvəz edə bilərsiniz.
Həyatda hər şey düşündüyümüzdən daha asandır. Mən beynimizin gücünə inanan insanam. Yəni, biz həyatımızı öz şüurumuzla idarə edirik və başımıza gələnlərin bir çoxu şüuraltımızın nəticəsidir. Fikirlərimi həyatdan təcrübələrimə əsaslanaraq aydınladacağam.
Biz, qarşımızda bir problem, həll edilməsi çətin gələn(ki, bu da şüuraltımızın nəticəsidir)məsələlər olduqda ona qəliz yanaşırıq. Elə bilirik ki, bu məsələni həll etmək bizim üçün asan olmayacaq. Bu yolla biz kainata “Bu məsələ çətindir,….” — kimi enerji göndəririk və artıq məsələ çətin olmasa belə, bizim üçün qəlizləşir. Çünki biz artıq onun çətin olmasını şüuraltımıza bildirmişik. Nəticədə məsələ asan olsa belə, bizim şüuraltımız onu qəliz etmək üçün özünümüdafiəni işə salır: “Bu məsələ qəlizdir, məndə həll etmək alınmayacaq”, “Kimdə alındı ki, məndə də alınsın?”, “Mən bu məsələni həll edə bilməyəcəm, məndə alınmaz.” Məsələlər dedikdə burda nail olmaq istədiyimiz hər bir məqsədi düşünə bilərik. Halbuki, “Bu məsələni həll etmək mənim üçün asandır” — desək, işimiz nə qədər asan gedərdi? — təsəvvür belə edəmmərik.
Öz həyat təcrübəmdən bir neçə nümunələr:
Universitetə qəbul olmamışdan öncə qəbul imtahanında yüksək bal toplamağı gözümdə çox böyütmüşdüm, elə bilirdim ki, 600-dən yüksək bal toplamaq asan deyil. Mən 600 bal toplamağı beynimdə böyütdüyüm üçün məqsədimə çatmaq asan şəkildə olmadı. Bu hiss daim içimdə narahatlıq, qorxu hissinin yaranmasına səbəb olmuşdu ki, bu da öz növbəsində stress-ə aparıb çıxarır. İçimdən bir qorxu hissi deyirdi ki, “Birdən zamanı düzgün bölüşdürə bilməsəm?”. Bütün bunlar isə özgüvənin aşağı olmasından qaynaqlanırdı. Əziyyət çəkirəm, əziyyətimin bəhrəsini əldə etməliyəm -deyirdim. Amma bu “Mən bacaracağam, heç bir problem ola bilməz” -deməklə eyni deyildi.
2. Universitetdə oxuduğum ilk 2 ildə final imtahanlarına ciddi yanaşırdım. Müəllimlərin salacağı sualları təxmin etməyə çalışdıqca hər şeyi oxumalıyam deyə düşünürdüm. Bir sözlə, içimdə qorxu hissi yaratmışdım ki, hər şeyi dərindən oxumasam, yaxşı yaza bilməyəcəyəm. Şüuraltımda final imtahanlarını, semestr daxili imtahanların qəliz olduğunu öyrətmişdim. Amma müəyyən müddətdən sonra hər şeyin əksinə asan olduğunu anladım və əksinə düşünməyə başladım. Fərq isə onda idi ki, əvvəllər “Görəsən, yaxşı yaza biləcəyəmmi?” — deyirdimsə, sonradan “Mənim üçün imtahana hazırlaşmaq heç nədir, nəticəm gözlədiyimdən də yüksək olacaq” — deyərək şüuraltıma mesajlar göndərməyə başladım. Bir növ özümü təsəlli etməyə çalışırdım və başa düşmüşdüm ki, suallar mən gözlədiyimdən asan olacaq və qiymətim gözlədiyimdən də yüksək olacaq. Baxış bucağımın dəyişməsində ətrafımdakı insanların da çox böyük rolu oldu. O qədər “Sən 100 alarsan, təbii ki :)” — dedilər ki, özüm də imtahana hazırlaşmağın asan olduğuna inandım. Və hər dəfə hazırlıqları son günlərə kimi saxlayanda — “Imtahana hazırlaşmaq mənim üçün nədir ki?” deyərək özümü rahatladırdım.
3.İngilis dili üzrə Listening test-ləri edəndə maraqlı nəticə ilə qarşılaşmışam. Nə vaxt ki, sualın qəliz olduğunu düşünüb, cavabı seçməkdə tərəddüd etdim, nəticələrim qaneedici olmadı. Amma əksinə, suallara asan -dır deyib yanaşanda və cavabları “Yəqin ki, bu olar, yazım getsin” — şəklində edəndə nəticələrim daha ürəkaçan oldu. Yəni, hansısa məsələni həll edəndə türklər demiş altdan almaq -lazımdır. Nə qədər ASANDIR- desək, bir o qədər də işimiz RAHAT olacaq.
Adətən deyirlər ki, bir şeyi etməmişdən əvvəl bütün riskləri nəzərə almaq lazımdır. Yəni, problem olacaq bütün ehtimalları gözə almalıyıq. Amma həyat elə bir yerdir ki, biz bütün riskləri əvvəlcədən nə bilə, nə də etdiklərimizin nəticəsini dəqiq bilə bilərik. Düzdür, bir şeyi edərkən, onun xoşagəlməyən nəticələrini nəzərə alaraq hərəkət etmək ağıllı bir seçimdir, amma mən bunun tərəfdarı deyiləm. İnsan bu cür düşünməyə meyilli olanda hər şeyin səbəb olacağı mənfi tərəfləri düşünməyə çalışır, nəticədə isə, şüuraltımıza bir şeyin mənfi tərəflərini ötürdüyümüz üçün bununla qarşılaşma ehtimalımızı artırırıq. Bir misal gətirirəm:
Bir dəfə boşqabı əlimdə tutmuşdum və atam irad bildirdi ki, “Boşqab əlindən düşüb qırılacaq, ehtiyatlı ol.” Mən də bildirdim ki, “Elə düşünməsən, düşməz yerə. Niyə elə neqativ düşünürsən, axı?” Cavabında isə bildirdi ki, “Işdə elə öyrədiblər. Yəni, bir şeyi etməmişdən öncə onun bütün risklərini nəzərə alaraq addım atmaq lazımdır.” Əgər mən boşqabı düşmə ehtimalını nəzərə alaraq qorxa-qorxa tutsam, onu əlimdən salma ehtimalım daha da artacaq. Səbəbi isə şüuraltına göndərdiyimiz mesajlardadır.
Bu nümunəni həyatın özünə belə aid etmək olar. Biz qarşımıza əlçatmaz görünən məqsəd qoyanda və “Birdən alınmaz” — deyə yola çıxanda, təbii ki, alınmayacaq. Çünki biz altşüurumuza göndərdiyimiz düşüncələrin nəticəsiyik.
Bir sözlə, həyatda hər şey düşündüyümüzdən daha asandır. Düzdür, bəzi problemlər var ki, onlar üçün asan-dır demək heç də asan deyil, amma inanıram ki, hər bir halda insan mümkün olduğuna öz daxilində inanmalıdır ki, gözəl şeylər əldə edə bilsin. Bir şeyin mənfi tərəflərini gözə almaqla, özümüzə xatırlatmaqla heç nə əldə etməyəcəyik. Əksinə, işimiz qəlizləşəcək.
Nəticələr:
Problemləri həll etməyin, məqsədlərinizə çatmağın nə qədər asan olduğuna inansanız, nəticəyə bir o qədər asan çatacaqsınız.
Qarşılaşdığınız problemin, məsələnin mənfi tərəflərini nə qədər düşünsəniz belə, bu sizə neqativ emosiyalardan başqa heç bir şey verməyəcək. Müsbətə fokuslanıb, alınacağına inanın.
İnsanlara nə qədər xəyalpərəst görünsəniz belə, qarşınıza qoyduğunuz məqsədə çatmağa heç bir şübhə etməyin. Təbii ki, burda hər kəsin öz potensialına layiq gördüyü məqsədlərdən söhbət gedir.
Həyatda hər hansı problemlə, çətinliklə qarşalaşsanız, icazə verməyin ki, onların törətdiyi fəsadlar sizi demotivasiya etsin. Unutmayın ki, sizi özünüzdən başqa heç kim ayağa qaldıra bildirəcək potensialda deyil.
İnsan bir maqnit kimidir. Kainata göndərdiyi enerjini özünə çəkir. Əgər bir şeylər yolunda getmirsə, ilk öncə problemi özümüzdə axtarmalıyıq.
Qəlbinizi daim fərəh tutun. Sağlıqla qalın!
Bu məqalədə Covid-19-un təhsil həyatımda səbəb olduğu müsbət nəticələri bölüşmək istəyirəm.
Ətrafdakı insanların(müəllim, şagird, tələbə) rəylərinə ümumi olaraq baxarsaq, əksəriyyəti mənfi fikirlərdir. (internet problemi, yazılı lövhənin olmaması, kompüter qarşısında saatlarla dərsə qoşulmaq və s. kimi)Mən isə distant təhsildə gördüyüm müsbət cəhətlərə toxunmaq istəyərəm.
İlk öncə qeyd etmək istərəm ki, distant təhsilə keçməmişdən öncə təhsil almağa həvəsim əvvəlki kimi olmadığı üçün uzun müddətdir yola verməyə çalışırdım. Covid-19-un yaratdığı situasiya mənim üçün böyük bir fürsət oldu. İlk Covid semestrində də dərsləri o dərəcə yola vermişəm ki, müəllimə təqdim etdiyim layihənin adını belə xatırlamıram. O dərəcə bir fürsətə ehtiyacım vardı :)
2020-ci ilin 1-ci semestrində bir sıra universitetlər tələbələrə güzəşt etdiyi kimi bizim universitet də imtahanlara girməmək şansı verdi.
İlk distant təhsil semestrində imtahanlardan azad olmaq fürsəti
Ümumi müsbət tərəflərə gəldikdə isə:
2. Maraqlı gəlməyən dərslərə qulaq asmamaq imkanı
Universitetdə dərslər rekord edilmədiyi üçün müəllimin hər dediyinə imtahanlara rahat hazırlaşmaq üçün məcburən qulaq asmalı olurdum. Amma distant təhsildə sonradan video rekordlara baxaraq istədiyim vaxt qulaq asmaq imkanım oldu.
3. Dərsə mane olan səslərə son
Universitetə hərə öz kefinə gəldiyindən hər kəsin marağı müəllimə qulaq asmaq olmurdu. Kefinə görə səsli söhbət edənlər müəllimə qulaq asmaqda bəzən problem olurdular. Amma distant təhsildə bütün səslər qapandı. Kimsə kefinə görə mikrofonu açıb universitetdəki kimi başqalarını narahat edəcək şəkildə danışa bilməzdi.Bu mənim distant təhsilin ən sevdiyim tərəfi oldu :D
4. Köçürtmək şansının yüksək olması
Mən 2016-cı ildən bəri heç bir imtahana nə kopya ilə daxil olmuşdum, nə də köçürdərək qiymət almışdım.(imtahanda internetdən istifadəyə icazə verən müəllimin dərsi xaric). Nəhayət imtahana hazırlaşmadan qiymət almaq şansını distant təhsil sayəsində qazandım.
5. Eyni zamanda həm dərsdə iştirak etmək, həm də öz işlərini görmək
Universitetdə müəllim dərs keçərkən hörmət etdiyim üçün başqa işlərlə məşğul olmurdum (telefonla oynamaq, hansısa kitabı oxumaq və s.). Amma distant təhsildə dərsdə iştirak edərək istədiyim işi görə bilmək imkanım oldu.
Hal-hazırda ağlıma gələn cəhətlər bunlardır. 1-ci kursdakı mənlə indiki mən arasında dağlar qədər fərq var, bu da həyat təcrübəsi sayəsində.
Əgər dəlicəsinə oxuyan tələbəsinizsə, Sizin əməyinizə dəyməyəcək dərslərə, müəllimlərə görə özünüzü yormayın, yola verin getsin :D Əgər yola versəm, qiyməti necə alacağam? -düşürsünüzsə, siz sadəcə başlayın, ardını Allah yaradacaq!
Doğulduğu, böyüdüyü yeri tanımayan insan dünyanın harasına gedərsə getsin, içində bir yerlər boş qalacaqdır.
https://medium.com/media/53663020590df2ce20b80c07136ea7e4/href
Sevda Ələkbərzadənin səsləndirdiyi (Music: Zaur Abdullayev, Lyrics: Samira Khasmammadova) bu ifa Vətənə həsr edilən ifalar içərisində ən çox sevdiyimdir. Musiqinin sözlərini daxilən də olsa, yaşayan insan Vətən sevgisini hiss edəcəkdir. Musiqinin klipində Azərbaycanın milli dəyərləri də təsvir edilib. Musiqidə əsas “Dünyanın hansı ölkələrini gəzsək də, yenə də Azərbaycan!” — ifadə olunub. Heç biri sənin qədər dayaq ola bilməz, ey Ulu Vətən!
Neçə diyar gəzdim
Neçə zəfər gördüm
Səndən uzaqda
Şirin olmadı
Səma sənin deyib
Ümid verdilər
Səndən özgəsi
Qanad vermədi
İndi bütün dünyaya istərəm bəhs edəm
Mən indi bütün dünyaya istərəm bəhs edəm
Sadiqliyimdən
Neçə kərə susdum
Həm üşüdüm dondum
Ovudan məni
Təkçə sən oldun
Öyüd verdilər
Öyün dedilər
Səndən başqası
Dayaq olmadı
İndi istərəm bütün dünyaya bəhs edəm
Mən indi istərəm bütün dünyaya bəhs edəm
Sadiqliyimdən
Ya mən sevərəm səni ya da mən
Çünki yoğurdun məni sevgidən canım ey Ulu Vətən
Ya mən sevərəm səni ya da mən
Çünki yoğurdun məni sevgidən canım ey Ulu Vətən
Ya mən sevərəm səni ya da mən
Çünki yoğurdun məni sevgidən canım ey Ulu Vətən
2-ci Qarabağ müharibəsində
(27 sentyabr 2020–10 noyabr 2020) Azərbaycan qələbə çaldıqdan sonra eyni ifa təkrarən səsləndirildi, amma bu dəfə qələbə adımız altında:
“Mən indi istərəm bütün dünyaya bəhs edəm
Qələbəmizdən”
https://medium.com/media/509eb0b1b22b3029c9d1533104440227/href
Qələbə adın mübarək, Azərbaycan!
Bu qələbəni bizə yaşadan bütün igid oğullara halal olsun! Şəhidlərin ruhu şad olsun!
Office Chairs
İndiki zəmanədə işlərin əksəriyyəti saatlarla masa arxasında işləməyi tələb etdiyi üçün ofis kreslosunun E R Q O N O M İ K (yunanca ergo-iş, nomos -qanun) olması çox önəmlidir. Sizin rahatlığınız işinizdən daha öndə gəlməlidir. Bu məqalədə sizə Erqonomik ofis kreslosu seçimi edərkən diqqət etməli olduğunuz faktorları paylaşacağam.
1.Rahatlıq: Kresloda əyləşərkən sizə ilk öncə rahatlıq hiss bağışlamalıdır. Ola bilər ki, hansısa kreslonu satıcı məsləhət görsün, amma bu sizin bədən ölçülərinizə uyğun olmasın, və ya oturarkən rahatlıq hiss etməyəsiniz. Buna görə də, ilk öncə kresloda əyləşərkən rahat olmasına diqqət yetirməlisiniz.
2. Ana material: Erqonomik kresloların bəzilərinin üst örtüyü dəridən hazırlanır. Dərili kreslolar daha cazibədar görünmüş ola bilər, amma kreslo seçimi edərkən üst örtüyünün tez tərləməməsinə fikir vermək önəmlidir. Arxa örtüyün şəkildəki kimi deşikli materialdan olması daha məqsədə uyğundur.
3. Ayarlanan hündürlük: Kreslonun hündürlüyünün ayarlana bilən olması mütləqdir.
4.Ayarlanan qol altlıqları: Bəzi ofis kreslolarında qol altlıqlarını ayarlamaq (irəli-geri, yuxarı-aşağı) mümkündür. Mənə görə bu ofis kreslosunda bir çoxları üçün elə də xüsusi rol oynamır. Ofis kreslosunu maksimum endirib əyləşdiyim üçün mənim üçün heç bir faydası olmayacaq bir detal idi. Siz də kreslo seçimi edərkən faydası olmaacaqsa, seçimləriniz arasından bu faktoru qaldıra bilərsiniz.
5.Başaltlığı(Headrest): Şəkildə xanımın başını qoyub dincəltdiyi hissə Headrest adlanır. Əgər ehtiyac görürsünüzsə, başaltlıqlı kreslo seçimi edə bilərsiniz. Çalışarkən başımızı ora yerləşdirməyə ehtiyac olmaya bilər, amma fasilələrdə boynunuzun yorğunluğu aradan qaldırmağa kömək edəcəkdir Hətta bəzi kreslo modellərində başı söykəməklə də çalışmaq mümkündür. Əlavə olaraq, bəzi Headrest-lərin dərəcəsini ayarlamaq, boyunun hündürlüyünə uyğun olaraq yuxarı-aşağı qoymaq mümkündür. Kreslo seçimi edərkən headrest-in sizin boynunuz üçün uyğun olmasına, rahat hiss etdirməsinə də önəm verin.
Office chair wıth Headrest
Qeyd: Ayrıca olaraq Headrest-lər də satışda (onlayn alışverişlə) vardır. Əgər kreslonuz rahatdırsa, headrest-i yoxdursa, alıb əlavə edə bilərsiniz.
6.Kreslonun arxasının forması: İnsan onurğası spiral şəklində olduğu üçün düz yerə söykənmək onurğa üçün ziyandır. Buna görə də, kreslo seçimi edərkən arxasının spiral şəkilli (şəkildəki kimi)olmasına önəm vermək lazımdır. Bu cür arxa onurğaya düşən ağırlığı təmzimləyir.
Qeyd: Əgər kreslonuzu dəyişməyə büdcəniz kifayət etmirsə, öz oturacağınıza spiralvari dəstək(back support) ala bilərsiniz. Aşağıda göstərildiyi kimi:
7. Lumbar support: Arxanın spiralvari olmasından əlavə arxada Lumbar support-un olması mütləqdir. Hətta bəzi kreslolarda bu dəstəyi yuxarı-aşağı dəyişmək mümkündür. (şəkildə göstərilən hissə)
8.Arxanın dərəcəsinin seçilməsi: Bəzi ofis kreslolarında arxanın dərəcəsini ayarlamaq, fərqli dərəcədə saxlamaq, arxanın dərəcəsinin daim dəyişməsini ayarlamaq mümkündür. Kreslo seçimi edərkən bu faktoru da istəyənlər nəzərə ala bilərlər. (şəkildə verildiyi kimi)
9.Oturacağın rahatlığı: Kresloda əyləşərkən oturacağın çox sərt olmamasına diqqət vermək lazımdır. Çox yumşaq olması da məsləhətli deyil. Bundan əlavə, siz kresloda əyləşərkən oturacağın bitdiyi hissə ayaqlarınıza dirəşməməlidir. Müəyyən qədər məsafə qalması(seat depth) rahatlıq üçün önəmlidir.
Aşağıdakı şəkildə qeyd etdiyim faktorların, demək olar ki, hər biri əks olunub:
Yuxarıda sadaladığım faktorların hər birinin seçdiyiniz kresloda olması mütləq deyil. Bəzilərinin olması amma sizin sağlamlığınız üçün mütləqdir. Sizə uyğun olan ən ideal kreslonu özünüz axtararaq müəyyən edəcəksiniz :)
İstədiyim ofis kreslosunu axtararkən bazarda olan qiymətlərlə təxmini tanış ola bildim. Yuxarıdakı faktorların sayı artdıqca bu kreslonun da qiymətinə təsir edir :D Sizə uyğun olan kreslonu təxminən 120–160 azn civarında tapa bilərsiniz. Bir az bahalılar 200+ civarında, lap cool və bahalılar isə 300+ olacaqdır. Axtarsanız, 500+lıq model də tapa biərsiniz. Əgər Headrest-siz model istəyirsinizsə, 70–120 civarında model tapa bilərsiniz. Aşağıdakı isə seçim etdiyim modelin şəklidir: (qolları ayarlanmır)
Əlavə mənbələr: https://www.nurus.com/tr/blog/calisma-koltugumu-secerken-nelere-dikkat-etmeliyim-1
https://www.nurus.com/tr/blog/calisma-koltugumu-secerken-nelere-dikkat-etmeliyim-2 — bu səhifələrdə göstərilən modellər mükəmməl idi (Qiymətləri də daxil)
‘Erqonomik’ ofis kreslosu was originally published in letslivebetter on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.