Stories by Leyla Əfqan on Medium
Bəşəriyyətin ən böyük ixtiralarından biri-Velosiped
“Velosiped” sözü 1860-cı ildə Fransada meydana gəlib. Bu terminin ixtiraçısı Pyer Mişo istəyirdiki, iki çarxlı və sadə mexanizmli bir nəqliyyat vasitəsinə ad qoysun. Fransız dilində bu söz “BİCYCLETTE” (Bisiklet) kimi səslənir.
Müasir velosipedin prototipini alman baronu Karl fon Drez 1818-ci ildə dizayn edərək patentləşdirib. Bu mexanizmin əsas çərçivəsi taxtadan, təkərləri və sükanı dəmirdən idi. Lakin onu hərəkətə gətirəcək pedalları yox idi. Onu hərəkətə gətirmək üçün ayaqlarla yerdən təkan vurmaq lazım idi. Bu ixtiraçının soyadı ixtirasında yer ala bilmədi.
1839–1840-cı illərdə bu mexanizm bir az da təkmilləşdirildi. Şotland dəmirçi Kirkpatrik Makmillan mexanizmə pedal əlavə etdi. Arxa təkər pedallara metal dartıcı çubuqlarla birləşdirilirdi. Sürücü qabaq və arxa təkərlərin arasında yerləşərək qabaq təkərə bərkidilmiş sükan vasitəsilə velosipedi idarə edə bilirdi.
Bir neçə il sonra ingilis mühəndis Tompson hava şinlərini dizayn edir və patentləşdirir. Lakin şinlər dözümlü olmadığından o zamnlar elədə məşhurlaşa bilmədi. Pedalla velosipedlər artıq 1867-ci ildən istehsal edilməyə başladı. Əvvəllərdə velosipedin qabaq təkəri qeyri mütənasib olaraq olduqca yekə arxa təkər isə tarazlığı qorumaq üçün nəzərdə tutularaq birinciyə nisbətdə çox kiçik idi. Bu nəhənglərdə hərəkət etmək olduqca çətin idi. Yıxılarkən çox hündür olduğundan insanlar ciddi xəsarət alırdılar.
Çində hər bir avtomobilin payına 250 velosiped düşür. Çində hərəkət sisteminin tam yarısı velosiped vasitəsilə həyata keçirilir. Pekində 6 kilomterlik yolu velosipedlə getmək daha tez olur nəinki avtobus və ya metro ilə.
Tomas Stivens 1884–1887-ci illərdə velosipedlə dünya səyahətinə çıxmış ilk adamdır. Beləki bu səfər digər bir məqamla da unikal sayıla bilər. Beləki, Stivens köhnə mexanizmli qabaq təkəri iri olan və hava şinləri olmayan velosipedlə səyahət edib.
Müasir dağ velosipedlərinin prototipi 1977-ci ildə yaranıb. Hazırda müxtəlif çeşiddə velosipedlər mövcuddur.
Ən qədim velosiped yarışı 1200 km olmaqla Paris-Brest-Paris marafonu sayılır. Bu marafon zəmanəmizdə da keçirilir.
Velosiped sürənlərin ağ ciyərləri digər insanlara nisbətən daha böyükdür. Beləki, adi insanlarda ağ ciyər dəqiqədə 3–4 litr oksigen ötürürsə velosipedçilərdə bu 7 litrə çatır.
Velosiped sürəti üzrə dünya rekordu saatda 245,08 km olmaqla 1985-ci il Olimpiya çempionu Con Hovarda məxsusdur.
Almaniyanın Frayburq şəhərinin bir yaşayış məntəqəsində avtomobil sürmək qəti qaddağandır. Bu ərazilərdə yalnız velosipedlə hərəkət etmək mümkündür. Şəhər kənarında avtomobillər üçün xüsusi qarajlar tikilib. Şəhərə girərkən isə ya piyada ya da velosipedlə getməli olursan.
Məşhur Mersedes Benz şirkətinin zavodunda fəhlərlər ərazidə yalnız velosipedlərlə hərəkət edirlər. Hər şöbənin xüsusi rəngli öz velosipedi var.
Yaponiyada uşaqlara “pis” və ya “yaxşı olmayan” sözlər öyrədilmir. Yaponlar məktəb yaxınlığında olan velosiped dayanacaqlarında vurulan işarələrdə iki elan yerləşdirirlər. Birində səliqə ilə düzülmüş velosipedlər əks olunur və altında: “Yaxşı uşaqlar velosipedlərini belə saxlayırlar”- yazılır. Digər elanda isə velosipedlər aşmış və dağınıq vəziyyətdə əks etdirilir və altında “Yaxşı uşaqlar velosipedlərini belə saxlamırlar” yazısı qeyd olunur.
“Avropanın velosiped paytaxtı”
Danimarka əhalisinin 95 faizi nəqliyyat vasitəsi kimi velosipeddən istifadə edir yəni boş yerə velosiped ölkəsi adlandırmayıblar. Bütün avropa ölkələri kimi Danimarkada da velosipedçilər üçün rahatlığı təmin edən hər cür şərait qurulub, Veloyollar, velo düzəldən məntəqələr, və saysız hesabsız velosiped icarə yerləri və daha nələr. Velosipedə aid yaradılan ən sərfəlisi şərait isə Velosiped kirayəsidir. Kopenhagendə gündəlik 14 dollar girov qoymaqla gündəlik, 65 dollar girov ilə isə bir həftəlik velosiped götürüb sonra isə qaytarıb girov qoydugunuz pulu geri ala bilərsiniz, yəni tam pulsuz şəkildə dövlətin sizə yaratdığı bu şəraitdən istifadə edə bilərsiniz. Velosipedi ictimai nəqliyyat vasitəsi kimi istifadə edən ölkələr siyahısında Hollandiya da yer alır, ancaq bu mədəniyyət Amsterdamda nəqədər inkşaf etmiş olsa da, velosiped üçün ayrılan yolların genişliyi hələ də Kopenhagendəki yolların genişlinə çata bilmir, hər halda bunu hər iki ölkəni gəzmiş səyahətçilər belə şərh edirlər. Danimarkalıların velosiped sevdasının bir səbəbi də iqtisadi azadlıqdır, Danimarkada maşın almaq və onun qeydiyyatı üçün vergi ödəmək əvəzinə daha sadə üsul seçib Danimarkalılar sağlamlığa da xeyri olan velosipedlərdən istifadə edirlər.
Velokirayə məntəqələri yalnız turistlərə kömək etmir, buu layihə dünyanın ən kasıb ölkələrinə velosipedlər təqdim edir. Bu velosipedlər Afrikalı sakinlər üçün təmir edilir və yenidən qurulduqdan sonra Tanzaniya, Sierra Leone və Gana şəhərlərində istifadə üçün göndərilir və bu Afrikada velosiped sənayesini inkişaf etdirir. Velosipedlər yoxsul ərazilərdə vacib nəqliyyat vasitəsinə çevrilib.
Azərbaycanda ilk velosiped zavodu
Dünyanın ən yaxşı velosiped şəhəri adına şübhəsiz ki, Hollandiyanın Amsterdam şəhəri seçilmişdir. Çünki velosiped burada ən ucuz nəqliyyat vasitələrindən birisidir. Hollandiyada velosiped üçün yollar isə 10 il öncə təsis edilmişdir. Siyahıda ikinci yeri isə Danimarka tutur. Burada da sakinlər əsas üstünlüyü velosipedə verirlər. Çox təəssüflər olsun ki, siyahıda Azərbaycan adına rast gəlmək qeyri mümkündür. Buna səbəb paytaxtda velosiped üçün xüsusi yolların olmamasıdır.
Baxmyaraq ki, 2014 cü ildə İsmayıllıda ilk velosiped zavodu açılıb, ilkin mərhələdə zavodda 5 çeşid velosiped istehsal olunsa da, gələcəkdə bu rəqəmin artacağı gözlənilir. Qiymətlər isə təxmini 200–400 manat civarındadır. Mütəxəssislər isə qiymətin bir az artıq olduğunu vurğulayırlar. Velosiped satışı ilə məşğul olan əksər satıcılar ən çox satılan velosipedlərin “12–16” və “20”-lik olduğunu qeyd edirlər. Şirkət bu il 1000-dən çox velosiped sifarişi alıb. Zavodda hal-hazırda 40-dan çox işçi çalışır.
Sağlam nəqliyyat, sağlam həyat!
: Velosiped sürmək insan orqanizmi üçün çox faydalıdır.
Yağları əridir. Araşdırmalar göstərib ki, gündə maksimum 10 dəqiqə velosiped sürənlər, sürməyənlərə nisbətən daha arıq olurlar. Velosiped sürərkən bütün bədən əzələləri fəaliyyətə keçir. Beləliklə, orqanizmdəki artıq yağlar əriyir. 1 saat velosiped sürərək 500 kalori xərcləmək mümkündür. Halbuki qaçış da daxil olmaqla, digər idman növlərində saatda sadəcə 100–200 kalori xərcləyə bilərsiniz.
Ombanı ideal formaya salır . Velosiped sürərək ayaqlarınızı və ombanızı da formaya sala bilərsiniz. Üstəlik, bu zaman qarın və qol əzələləriniz də güclənəcək.
Ürəyin dostudur. Ürək xəstəliklərindən ölən insanlaırn sayı gün keçdikcə artır. Alimlər gündə, sadəcə, 10 dəqiqə velosiped sürərək daha sağlam bir ürəyə sahib olacağınızı bildirirlər.
Depressiyaya düşməyə qoymur. Mütəxəssislər bildirirlər ki, velosiped sürmək insanın əhvalına da yaxşı təsir edir. Bu zaman orqanizmdə endorfin, dopamin, serotonin hormonları istehsal olunur ki, bunlar da özünüzü daha xoşbəxt və enerjili hiss etməyinizə gətirib çıxarır.
Pul və zaman israfına son qoyur. Böyük şəhərlərdə vaxtımızın çoxu tıxaclarda keçir. Ancaq velosiped sayəsində tıxaclarda qalmadan istədiyimiz yerə vaxtında çata bilərik. Bu zaman benzinə və ya ictimai nəqliyyata ödəyəcəyimiz pul cibimizdə qalar.
Daha rahat yuxunu təmin edir Yuxuya getməkdə və ya səhərlər oyanmaqda çətinlik çəkirsinizsə, velosiped sürərək bu problemləri aradan qaldırın. Stanford Universitetinin tədqiqatçılarının apardıqları araşdırmalar gündə 30 dəqiqə velosiped sürənlərin yuxu rejiminin qaydaya düşdüyünü açıqlayıblar.
Qəbizliyi aradan qaldırır. Qəbizliyin qarşısını alan müxtəlif vasitələr var. Ancaq bunlardan ən asanı və ən faydalısı velosiped sürməkdir. Çünki velosiped sürərkən bağırsaqların fəaliyyəti artır.
“Qanunvericilikdə velosiped”
Beynəlxalq və milli qanunvericilik yol hərəkəti qaydaları baxımından velosipedlər 2 cürdür: 1) mühərrikli, 2) mühərriksiz. Mühərrikli velosipedlər (mopedlər) mühərrikin iş həcmi 50 kubsantimetrdən, texniki sürəti isə 50 km/saatdan az olan nəqliyyat vasitəsidir. Onlar həm pedal, həm də mühərriklə hərəkət etdirilə bilər. Ümumi istifadədə olan yolda mühərriksiz velosipedi idarə etmək üçün minimum 14 yaş, mühərrikli velosipedi idarə etmək üçün isə 16 yaş tələb olunur. Bu yaşa çatmayan uşaqlar ümumi yolda velosipedi sürə bilməz.
Velosipedi idarə etməkçün hər hansısa vəsiqə tələb olunmur. Qanunvericilikdə maraqlı məsələlərdən biri velosipedçinin dəbilqədən istifadə məsələsidir. Bununla bağlı milli qanunvericiliyimizin mövqeyi anlaşılmazdır. “ Yol hərəkəti haqqında” qanunun 46-cı maddəsində “motodəbilqədən istifadə qaydaları” ümumi şəkildə xatırlansa da, velosipedçinin hansı hallarda bundan istifadə etməsinə dair bu qanunda heç bir müddəa yoxdur. “Yol hərəkəti haqqında” Konvensiyanı tamamlayan Avropa sazişinə Əlavənin 20-ci bəndi isə müəyyən edir ki, motosikletlərin və asma mühərrikli velosipedlərin sürücüləri və sərnişinləri üçün qoruyucu dəbilqələrdən istifadə məcburidir.
Maraqlı məsələlərdən biri də sərxoş vəziyyətdə velosiped sürməyin mümkün olub -olmamasıdır. Bu məsələdə də qanunvericiliyimizin mövqeyi qüsurludur. “Yol hərəkəti haqqında” qanunda yalnız mexaniki nəqliyyat vasitəsi sürücülərinin sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi qadağan olunur. Velosipedlər üçün belə qadağa yoxdur. Amma İXM-in 153.5-ci maddəsinə əsasən, velosipedçi sərxoş vəziyyətdə yol nişanlarının , svetoforun tələblərini və yol hərəkətinin bir sıra digər qaydalarını pozarsa, ayıq vəziyyətdə olan velosipedçi kimi 40 manat deyil, 70 manat cərimə ediləcək.
Onu da qeyd edim ki, velosipedçinin törətdiyi hər hansısa bir qəza zamanı qanunvericilikdə xüsusi cəza tədbiri nəzərdə tutulmayıb. Lakin velosipedçi piyadaya xəsarət yetiribsə ərazi üzrə təyin olunmuş təhqiqatçı vəziyyətin miqyasına uyğun olaraq cərimə təyin edə bilər.