Stories by Shamkhal Maharramov on Medium
Layihələrlə işləyərkən bəzən elə datalar olur ki, bu eyni datanı bir çox və ya hətta bütün səhifələrdə istifadə etmək gərəkir. Bu cür hallar üçün Laravel çox eleqant bir həll kimi View Composerləri təqdim edir. Laravelin rəsmi dokumentasiyası bunu belə izah edir:
💡 View Composerlər, şablonların render edilıdiyi zaman icra edilən
callback funksiyaları və ya sinif metodlarıdır. Hər hansı bir datanı,
müəyyən bir və ya bir neçə şablona göndərmək istəyirsinizsə, bu halda
View Composerlər bu cür məntiqləri bir yerdə orqanizə etməyə kömək edə
bilərlər.
Bunu anlamaq üçün real bir nümunəni nəzərdən keçirək və müxtəlif həll variantlarına nəzər yetirək. Hesab edək ki, müştərilərlə iş üçün hər hansı bir CRM layihəmiz var və bu müştərilərin siyahısı bizə sistemin bir çox səhifələrində lazım olur. Bunlardan biri müştəridən ödəniş qəbul etmə digəri isə müştərilərin siyahısı səhifəsi olsun. Birində datanı select-ə, digərində isə müştəri linkləri siyahısına ötürəcəyik. Müvafiq olaraq Customer modelimiz, PaymentController, CustomerController kontrollerlərimiz və aşağıdakı marşrutlarımız var:
Route::get('payment/create', 'PaymentController@create');
Route::get('customer', 'CustomerController@index');
Həll 1. İlk olaraq ənənəvi üsulla həll edək. Hər iki kontrollerimizi yaradırıq və içinə bu kodları yazırıq.
namespace App\Http\Controllers;
use App\Customer;
class PaymentController extends Controller
public function create()
$customers = Customer::all();
return view('payment.create', compact('customers'));
və
namespace App\Http\Controllers;
use App\Customer;
class CustomerController extends Controller
public function index()
$customers = Customer::all();
return view('customer.index', compact('customers'));
Daha sonra view-ları yaradaq.
payment.create
@foreach($customers as $customer)
@endforeach
customer.index
@foreach($customers as $customer)
@endforeach
Okay. İlk baxışdan tamamilə normal bir həll kimi görünür. Amma burada bir problem gizlənir. Növbəti həll metodunda bunu açıqlayacaqam.
Həll 2. View::share metodu.
İndi isə təsəvvür edin ki, tələb gəlir ki, bütün sistem üzrə müştərilərin siyahısı mütləq adlara görə sıralanmalıdır. Yuxarıdakı həll variantımızda biz bunun üçün hər bir controllerdə belə bir dəyişiklik etməli olardıq:
class PaymentController extends Controller
public function create()
$customers = Customer::orderBy('name')->get();
return view('payment.create', compact('customers'));
class CustomerController extends Controller
public function index()
$customers = Customer::orderBy('name')->get();
return view('customer.index', compact('customers'));
Hazırda 2-dir, amma daha sonra bu eyni datanı və ya hər hansı digər bunun kimi digər bir datanı sistemin 4–5 və daha çox yerlərində istifadə etmək lazım olarsa necə ? Biz demək hər dəfə öncə bütün fayllarda axtarış etməli, bir-bir hər birində dəyişiklik etməli olarıq. Problemin nə olduğu indi yəqin ki aydın olur. Bunun nisbətən daha yaxşı həll variantı kimi View fasadının share metodundan istifadə edək. AppServiceProvider-da boot metoduna belə bir kod yazırıq.
namespace App\Providers;
use App\Customer;
use Illuminate\Support\Facades\View;
use Illuminate\Support\ServiceProvider;
class AppServiceProvider extends ServiceProvider
public function boot()
View::share('customers', Customer::orderBy('name')->get());
Bu metodla biz sistem üzrə bütün view fayllarında $customers datasını istifadə edə bilərik. Ona görə də artıq controllerlərdən bizə lazım olmayan kodları silmək olar. View-larda isə faktiki olaraq, heç bir dəyişikliyə gərək yoxdur.
class PaymentController extends Controller
public function create()
return view('payment.create');
class CustomerController extends Controller
public function index()
return view('customer.index');
Buna bəlkə də çox yaxşı həll kimi baxmaq olar, amma nəzərə alsaq ki, çox nadir hallarda eyni datanı bütün sistem üzrə istifadə edirik, yazdığımız həllə görə istənilən bir view fayl render olunan zaman məlumat bazasına hər dəfə gərəkli olub-olmadan sorğu göndərmiş olacayıq. 3-cü həlldə buna baxaq.
Həll 3. View::composer metodu. Bu metod bizə imkan verir ki, datanı məhz bizə lazım olan view-lar arasında paylaşaq. Hazırki nümunədə bizə bu datanı sadəcə 2 view üçün paylaşmaq istəyirik. Odur ki, composer metoduna aşağıdakı parametrləri ötürməliyik.
class AppServiceProvider extends ServiceProvider
public function boot()
View::composer(['payment.create', 'customer.index'], function ($view)
$view->with('customers', Customer::orderBy('name')->get());
Bununla məqaləni bitirmək olardı əslində. Amma gəlin bir az da dərinə getməyə çalışaq.
💡 Məqalənin bundan sonrakı hissəsində clean code prinsiplərinə mümkün qədər əməl etməyə çalışacayıq.
Həll 3.1. Son yazdığımız bir sətirli həll əksər hallarda kifayət edər. Amma bəzən bir datanı əldə etmək üçün, çoxsaylı əməliyyatlar, yoxlamalar, şərtlər yazırıq. Bu qədər kodu boot metodunda yazmaqdansa, onu özünə məxsus bir sinfə köçürmək olar. Bunun üçün app/Http/View/Composers direktoriyası (adlandırma və yerləşmə sərbəstdir) yaradaq və oraya CustomersComposer sinfini əlavə edək.
namespace App\Http\View\Composers;
use Illuminate\View\View;
class CustomersComposer
public function compose(View $view)
$view->with('customers', Customer::orderBy('name')->get());
AppServiceProvider-də müvafiq dəyişikliyi edək.
use App\Http\View\Composers\CustomersComposer;
class AppServiceProvider extends ServiceProvider
public function boot()
View::composer(['payment.create', 'customer.index'], CustomersComposer::class);
Həll 3.2. Nəzərə alsaq ki, Laravelin imkanları çox genişdir, bir az da dərinə gedə bilərik. Gəlin, həll 1-də yazdığımız view fayllarını bir qədər də optimallaşdıraq. Düşünün ki, select elementini və ya digər listi eynilə başqa view fayllarında da istifadə etmək istəyirik. Buna görə biz yenə yuxarıdakı addımları təkrarlamalı olarıq, view fayl yaratmalı, həmin view faylı AppServiceProvider-də qeyd etməli olarıq. Bu qədər təkrarçılığa yol verməmək üçün, resources/views/partials/customers direktoriya strukturunu yaradaq və içinə belə bir blade faylları əlavə edək.
Bunlardan biri select.blade.php olsun
@foreach($customers as $customer)
@endforeach
Digəri olsun list.blade.php
@foreach($customers as $customer)
@endforeach
Blade-in @include direktivi bizə bir blade faylını digər blade fayllarında çağırmağa imkan verir. Bundan yararlanaraq Həll 1-dəki fayllarda aşağıdakı dəyişiklikləri edək.
payment.create
@include('partials.customers.select')
2. customer.index
@include('partials.customers.list')
AppServiceProvider-də isə bu dəfə asterisk * simvolundan istifadə edərək Customers datasını partials.customers qovluğunda olan bütün fayllara göndərə bilərik.
use App\Http\View\Composers\CustomersComposer;
class AppServiceProvider extends ServiceProvider
public function boot()
View::composer('partials.customers.*', CustomersComposer::class);
Bundan sonra həmin datanı daha başqa formada başqa bir faylda istifadə etmək lazım olduqda artıq çoxsaylı faylları dəyişməyə ehtiyac olmayacaq. Sadəcə partials.customers qovluğunda sizə lazım olan blade faylını yaradacaq və onu istifadə etmək istədiyiniz faylda @include edəcəksiniz. Bu qədər sadə.
🎁 Bonus. Əgər sizə lazım olan data çox dinamik bir data deyilsə və sistemin çox hissəsində istifadə olunursa, Laravelin cache imkanından istifadə edərək həllimizi daha da optimallaşdıra bilərik. Bunun üçün CustomersComposer-də aşağıdakı dəyişikliyi etsək kifayətdir.
namespace App\Http\View\Composers;
use Illuminate\View\View;
use Illuminate\Support\Facades\Cache;
class CustomersComposer
public function compose(View $view)
$cacheTimeToLive = 3600; // 1 saat
$customers = Cache::remember('customers', $cacheTimeToLive, function ()
return Customer::orderBy('name')->get();
$view->with('customers', $customers);
Daha da optimallaşdırma təklifləriniz varsa buyurun yazın :)
Laravel-də eager loading : with() və bir az da load() haqqında
Gəlin çox rast gəlinən belə bir situasiyanı təsəvvür edək. Müəllif (Author) və müəllifə aid məqalələr (Post) modelimiz var.
https://medium.com/media/d133cf84431c92d739bb14d1fb282aa5/href
Modellərimiz arasında aşağıdakı bağlantılar var
Post -> belongsTo -> Author
Author -> hasMany -> Post
Müəlliflər və hər müəllifin adı altında ona aid olan postları göstərən belə bir view faylımız var
https://medium.com/media/1d90807cc1901ebb33ce9a2aa3a73ead/href
Team Lead qəzəblidir, deadline sıxır, onsuz da gərginlik çoxdur, çaparaq belə bir kod yazırıq və … Həyat davam edir, hər şey gözəldir.
https://medium.com/media/f52b0f48a1d7f78f259cf171e18d06f0/href
İlk baxışdan kodda heç bir problem yoxdur kimi görünür. Çünki lazım olan məlumatları gözlədiyimiz şəkildə verəcəkdir. Amma gəlin baxaq ayın qaranlıq üzündə nələr baş verir bu zaman.
https://medium.com/media/3dc5c322e7ac0f777a38fc3fef5136b6/href
Hazırki vəziyyətdə bunun necə səmərəsiz bir üsul olduğuna diqqət yetirin. İndi düşünək ki, 100 müəllifimiz var, müəllifləri almaq üçün 1 sorğu, sonra hər müəllifə aid bütün məqalələri almaq üçün daha bir sorğu göndəririk, nəticədə 100 + 1 sorğu yazmalı olacağıq. Başqa dildə desək məlumat bazasına N + 1 sorğu göndərmiş oluruq.
N+1 çox yayılmış bir performans antipatternidir. Buradan tanış ola bilərsiz
Bu zaman səhnədə with() metodu ilə Eager Loading (xəsis yükləmə) peyda olur.
with() metodu - Eloquent modellərini istifadə edən sorgularla işlədiyimiz zaman həlledici sinif olan Illuminate\Database\Eloquent\Builder sinfində elan edilmişdir. “Xəsis yükləmə”, Laravelin, N + 1 problemini həll etmə üsuludur. Bu üsuldan istifadə edərək hazırki nümunədə sorğu sayımızı 2-yə endirə bilərik. Bunun üçün kodda aşağıdakı dəyişikliyi etmək lazımdır.
https://medium.com/media/d848bd317a01c4fabebe824cab9625f6/href
Author::with('posts')->get(); yazarkən biz Laravelə deyirik ki, müəllifləri gətirmişkən, onlara aid məqalələri də gətirdiyinə əmin ol. Bu halda Laravel iki sorğu icra edəcək. “Xəsis” ifadəsi isə burada onu bildirir ki, biz sadəcə bir sorğu ilə modelləri əlaqələndirmiş oluruq. Daha ilkin çoxluğun N elementinə görə N sayda sorğu yazmırıq.
https://medium.com/media/379ef0cfd39af5b28375026c3bedce28/href
Gördüyünüz kimi, Laravelin Eager Loading imkanından istifadə edərək, kodda etdiyimiz kiçik bir dəyişiklik, sorğularımızı daha effektiv şəkildə yerinə yetirməyə imkan verdi.
Bir də load() metodu ilə Lazy Eager Loading (Tənbəl xəsis yükləmə) üsuluna baxaq. Bu da çox maraqlı bir metoddur. Bu metod son yazdığımız məntiqi bir növ 2 ayrı mərhələyə ayırır:
Mərhələ 1 ilkin nəticəni alır.
https://medium.com/media/9a39f52eb14deecf428c0b7ddb5f4698/href
Mərhələ 2 isə artıq bizim qərarımızı gözləyir. Məsələn, ola bilər ki, məqalələri sonradan müəyyən bir şərt altında göstərmək istəyə bilərik.
https://medium.com/media/02c022f9ad6b2c1e12f437fbce5b504d/href
Sual
Nə vaxt load(), nə vaxt with() istifadə etməli ?
load() sizə, ikinci sorğunu icra edib etməyəcəyinizi daha sonra, hər hansı dinamik şərtlərə istinadən qərar vermək imkanı yaradır. Lakin əgər bütün əlaqəli elementlərin lazım olacağına əminsinizsə with() metodundan istifadə edin.
Yekun
Heç şübhə etmirəm ki, Eager loading üsulundan əksəriyyət istifadə edir. Daha çox ehtimal edirəm ki, bu üsulun əslində necə işlədiyini bilməyənlər ola bilər. Ümid edirəm ki, bu məqalədən sonra bəzi suallarınıza cavab tapmış oldunuz.
Adətən Blade view fayllarında hər hansı rol/access və ya bunun kimi digər çox rast gəlinən yoxlamalar bu şəkildə edilir.
@if(Auth::check() && Auth::user()->role['name'] === 'admin')
// Bu hissəni ancaq admin görür
@endif
İndi isə təsəvvür edin layihə genişlənib, rollar və ya yoxlamalar çoxalıb, müvafiq olaraq view fayllar da artıb. Bu qədər kodun view fayllarında olması elə də yaxşı praktika sayılmır. Bunun qarşısını almaq və daha eleqant/oxunaqlı kod yazmaq üçün Laravelin xüsusi blade direktivlərindən istifadə etmək olar. İlk olaraq blade service yaradırıq. Bunu AppServiceProvider-də də bind etmək olar. Amma daha yaxşı təcrübə baxımından ayrı yaratmağı tövsiyə edirəm.
Step 1. Aşağıdakı əmrlə BladeServiceProvider yaradırıq. Ad seçimi sərbəstdir. (BladeProvider də ola bilər və s.)
php artisan make:provider BladeServiceProvider
Step 2. Yaratdığımız servisi config/app.php massivində müvafiq yerdə qeydiyyatdan keçiririk.
'providers' => [
App\Providers\BladeServiceProvider::class,
Step 3. Servisimizi IoC konteynerdə qeyd etdikdən sonra özəl blade məntiqlərimizi yaza bilərik. Bundan sonra app/Providers qovluğunda həmin faylı açırıq və register metodunda belə bir kod yazırıq. Nümunədə isadmin direktivi yazırıq, yenə də adlandırma seçimi sərbəstdir.
// Laravel v >= 5.5 isə
public function register()
\Blade::if('isadmin', function ()
return Auth::check() && Auth::user()->role['name'] === 'admin';
// Əks halda köhnə üsulla yazmalıyıq
public function register()
\Blade::directive('isadmin', function ()
\Blade::directive('endisadmin', function ()
Step 4. Direktivləri yazdıqdan sonra, ümumiyyətlə direktivlərdə nə zaman kiçik də olsa dəyişiklik edilərsə, dərhal bütün keşlənmiş view fayllar aşağıdakı əmrlə təmizlənməlidir.
php artisan view:clear
Final Step. Yazdığımız direktivləri test edirik.
@isadmin
// Bu hissəni ancaq admin görür...
@endisadmin
UPD. Blade compiler normalda özəl yazılmış direktiv aşkarlayarsa tək arqumentli xüsusi callback qaytarır. Step 3-dəki nümunəyə əlavə olaraq, əgər rollarımız çox olarsa məsələn, manager, writer və s. kimi, bu halda hər biri üçün ayrı direktiv yazmaqdansa callback-dan istifadə edərək daha effektiv bir Closure yaza bilərik.
public function register()
\Blade::if('roleis', function($role_name)
return Auth::check() && Auth::user()->role['name'] === $role_name;
Bu halda Blade faylında yoxlamamız bu şəkildə olacaq
@roleis('admin')
// Bu hissəni ancaq admin görür
@endroleis
@roleis('manager')
// Bu hissəni ancaq menecer görür
@endroleis
Nəticə. Xüsusi direktivlər imkanından istifadə edərək view fayllarımızı daha səliqəli, yığcam və oxunaqlı hala sala bilərik. Ən əsası isə yoxlama məntiqini nə zamansa dəyişmək lazım olarsa bunun üçün sistemdə olan 10-larla bəzən 100-lərlə view faylında dəyişiklik etməkdənsə, sadəcə direktivdən həmin məntiqi dəyişmək kifayət edəcək. Bununla da özümüzü, həmçinin özümüzdən sonra kodlarımıza baxacaq, istifadə edəcək proqramçıları da happy etmiş olarıq.
IEEE754 standartı.
1.0 IEEE 754 nədir
IEEE 754–1985 - 1985-ci ildə rəsmi olaraq qəbul edilmiş, (2008-ci ildə yenilənərək IEEE 754–2008 ilə əvəz edilmişdir) kompyuterlərdə sürüşkən nöqtəli ədədləri təmsil edən bir sənaye standartıdır. Hal-hazırda sürüşkən nöqtəli hesablama əməliyyatları üçün ən çox istifadə edilən format sayılır. IEEE 754–1985 ilk dəfə sınaq kimi Intel 8087 prosessorlarına inteqrasiya edilmişdir.
2.0 Eksponensial yazılış və ya Elmi yazılış.
Eksponensial yazılış (ing. Scientific notation) çox böyük və ya çox kiçik ədədləri ifadə etmək üçün bir düsturdur. Müəyyən riyazi əməliyyatları asanlaşdırdığı üçün əsasən alimlər, riyaziyyatçılar və mühəndislər tərəfindən istifadə olunur. Bu düstura görə istənilən həqiqi ədədi aşağıdakı kimi yazmaq olar:
Şəkil 1
Daha bir-neçə nümunəyə baxaq:
Digər tərəfdən 3.5-i həm
həm də
kimi yazmaq olar. Beləliklə, təsvirimiz unikal olmur, nöqtə mantissada irəli və geri “sürüşə” bilir, eksponent isə hər dəfə dəyişir. Bu səbəbdən də, eksponensial yazılışla təqdim edilən ədədlər, həmçinin “sürüşkən nöqtəli” ədədlər adlanır.
2.1 Normallaşdırılmış forma
Unikal (normallaşdırılmış) formanı mantissada nöqtəni eksponentə müvafiq olaraq irəli və ya geriyə doğru sürüşdürərək, nöqtədən əvvəl yalnız bir ≠ 0 ədəd saxlamaqla əldə etmək olar. Sürüşmələr sola doğru olduqda eksponent müsbət, sağa doğru olduqda isə mənfi olur. Məsələn, şəkil 1-ə bir də baxaq.
Verilib 125000000 (və ya 125000000.0)
1. Nöqtədən əvvəl yalnız bir ≠ 0 ədəd olanadək sürüşmə edirik. 1.25 mantissanı təyin edirik.
2. Sola doğru 8 sürüşmə etdik. Demək eksponentimiz +8 olacaq.
3. Beləliklə elmi yazılışımız olur: 1.25 x 10⁸
3.0 Sürüşkən nöqtəli ədədlərin IEEE754 ilə təsviri
Kompyuterdə onluq ədədlər adətən tam ədədlərdən fərqli təsvir olunur. Səbəbi odur ki, ədədin saxlanması üçün bitlərin yalnız fiks olunmuş bir sayı mövcuddur. IEEE 754 standartına görə əvvəlcə mantissa və eksponenti əks etdirən bitlərin miqdarı təyin edilir. Burada iki variant mövcuddur: 32 bitli sadə format və 64 bitli ikiqat dəqiqlikli format. Hər iki variant eyni metodu istifadə edir. Biz hazırki məqalədə 32 bitlik variantı istifadə edəcəyik. 32 bitlik variantda tam ədədlər {-2,147,483,648,…, +2,147,483,647} diapazonunda saxlanıla bilər. Aşağıdakı şəkil-də bitlərin işarə, mantissa və eksponent üzrə paylanması göstərilmişdir.
3.1 İşarə (1-bit)
Bu, sürüşkən nöqtəli ədəddə ilk bitdir və olduqca sadə təyin edilir. Ədəd müsbət olduqda işarəni 0, mənfi olduqda isə 1 etmək lazımdır.
3.2 Eksponent (8-bit)
8 bitlə biz 0-dan 255-ə kimi olan ədədləri göstərə bilərik. 00000000 = 0 və 11111111 = 255 rezerv edilmişdir; qalmış dəyərlərdən {1,…, 254} eskponentin faktiki diapazonu {-126,…, 127} arasında yerdəyişmə (shift) edir. Eksponentin mənfi olmasının mümkünlüyünü nəzərə alaraq, IEEE 754 standartına görə, onun əsl dəyəri aralıq ədəddən alınmalıdır. 8 bit üçün bu aralıq ədəd 127-dir. Beləliklə, mənfi işarələrin istifadəsinin mümkün olması üçün biz ekpsonentin üzərinə +127 əlavə etməliyik.
Deyək ki,
- eksponentimizin 6 olmasını istəyirik. 6 + 127 = 133, ikili ədədə çeviririk, edir 10000101
- eksponentimizin -8 olması istəyirik. -8 + 127 = 119, ikili ədədə çeviririk, edir 01110111
3.3 Mantissa (23-bit)
IEEE formatında, sürüşkən nöqtəli ədəd mümkün olduqca normallaşdırılmış qaydada (bax. 2.1) saxlanılır. Normallaşdırılmış qayda mantissanın nöqtədən əvvəl tam bir ≠ 0 ədədi ehtiva etdiyi anlamına gəlir. Lakin ikili sistemdə ≠ 0 olan yalnız bir ədəd var, o da 1-dir. Buna görə də, normallaşdırılmış ikili mantissa bir qayda olaraq 1 ilə başladığından bu 1-in saxlanılmasına ehtiyac yoxdur. Faktiki olaraq, IEEE formatında bu 1 ədədi aşkar saxlanmır, ancaq dolayı olaraq nəzərdə tutulur. Beləliklə ikili ədədi elmi yazılışa çevirdikdən sonra, mantissada saxlamazdan əvvəl başlanğıc 1-i kənarlaşdırırıq. Bu bizə mantissada 1 bit daha çox məlumat saxlamağa imkan verir.
3.4 IEEE standartlı ikili say sisteminə çevirmə
Sürüşkən nöqtəli ədədi ikili say sisteminə çevirmək üçün aşağıdakı addımlara əməl etmək lazımdır:
İşarə bitini təyin et — Ədəd müsbətdirsə 0, mənfidirsə 1 etməli.
Ədədi iki hissəyə ayır — Tam və kəsr hissəyə ayırmalı.
İkili ədəd çevir — Hər iki hissəni ikili ədədə çevirməli və nöqtə ilə birləşdirməli.
Eksponenti təyin et — Alınmış nəticədə nöqtəni ilk 1-dən sonraya yerləşdirmək üçün neçə addım atılmalı olduğunu təyin etmək lazımdır. Əgər bunun üçün sola sürüşmə edilərsə eksponent müsbətdir, əks halda mənfidir. Alınmış ədədin üzərinə +127 gəlməli və ikili ədədə çevirməli.
Mantissanı normallaşdır — Bunun üçün nəticədən ilk 1-i silməli və sonrakı 23 biti təyin etmək lazımdır.
Bəzi nümunələrə baxaq:
Və yekun olaraq məşhur 0.1 + 0.2 ≠ 0.3 məsələsinə bir də baxaq. Bütün bu yazılanlardan bəlli olur ki, daha sadə dildə desək, kompyuter 0.1-i əslində 0.1, 0.2 əslində 0.2 kimi saxlamır. Bütün təsvirlər təqribi yaxınlaşmalardır.