Stories by Məhəmmədəli Abaszadə on Medium
Native language: Azerbaijan
Academic translation: Rana Osmanova & Mahammadali Abaszadeh
Author: Mahammadali Abaszadeh
This article is the author’s first academic study on the quaternary collection of articles based on contextual fundamentals.
Firstly, let’s look at the connection between the formation of the concept of intelligence in philosophy and intellectual history and dualism in logic.
Approach to the concept of intelligence and the possibility of a device being intellectual:
According to Descartes’ philosophy, devices cannot transfer and interpret information by connecting words and phrases like a human being, based on two main tools.
The second philosophy suggests that devices cannot put words and phrases in order even if they had human reflexes. If they could, the only way for a device to realize it would be to carry out this process autonomously but not consciously. Only the mind can connect the signs, as it has orientational features. In the end, the intended result would be the meaning that the formed word or phrase contains. Each language has an intelligent recursive ability and can describe each situation with a phrase. It can recursively create words and meanings by combining different signs and letters. However, according to the philosophy, if a device decides and interprets that decision in one situation, the efficiency will not be the same in another situation. As it has been mentioned before, low efficiency can be observed in accordance with the autonomous norm. This point is accepted as the first thesis of the philosophy’s study on devices imitating human beings. It’s precisely based on this that mechanical reasons, which E. Kant indicated as a principal tool for the creation of types of beings and thus, directly, the formation of intelligence, are accepted as the second thesis.
Opposite thesis 1. Descartes’ doubts about the ability of devices to transfer information as human beings do in his first main tool can be argued by the opposite thesis that two robots, which are completely isolated from their environment, create a formal language to communicate with each other.
Opposite thesis 2. If the concept of intelligence is accepted as the sum of characteristics acquired by a living being during adaptation to the environment, therefore, without going beyond the concept of mechanical causes, the conclusion can be drawn that devices can also have intelligence.
The development of electronic calculating machines would be assessed according to their previous generation. The direct evaluation of the thinking ability of a device depends on the selected model. Taking into consideration that the concept of thinking belongs to humans, the comparison model would be human intelligence while questioning whether machines can think. It can be accepted as the third thesis of the study.
Opposite thesis 3. If the subject for grading and evaluating device intelligence is human intelligence, consequently, human intelligence should be expected to make “perfect” and impeccable decisions. However, human intelligence can misapprehend, and therefore, the basis for evaluating device intelligence wouldn’t be appropriately selected. We can imagine that a device imitates human intelligence and thinks like a human being, but we will encounter paradoxes about the importance of a device that cannot make the right decisions.
The first part of the article is dedicated to the memory of the distinguished scientist Ramin Mahmudzade….
Bu məqalə müəllifin “Cihazlar düşünə bilərmi?” 4 hissəli məqalələr toplusunun kontekstual fundamental əsaslara uyğun ilk akademik araşdırmasıdır.
İlkin olaraq zəka anlayışının fəlsəfə və intellektual tarixdə formalaşmasının məntiqdə yaranan düalizm ilə əlaqəsinə nəzər yetirək.
Ənənəvi fəlsəfədə zəka anlayışı və cihazın intellektual olma ehtimalına münasibət
Dekart fəlsəfəsinə görə iki əsas vasitəyə əsasən cihazlar söz və ifadələri birləşdirib insan kimi məlumat ötürmə və mənalandırma qabiliyyətinə malik ola bilməzlər.
İkinci fəlsəfi tezis isə ondan ibarətdir ki,cihazlar insan refleksinə sahib olsa belə sözləri və ifadələri nizamlaya bilməz.Onların bunu reallaşdırdığı təqdirdə isə yeganə üsul bu prosesin əqli şəkildə yox avtonom şəkildə verilmiş normaya uyğun realizə etməsidir. Məhz zehin yönəlmə xüsusiyyətinə malik olduğu üçün işarələri birləşdirir.Sonda yönəldiyi nəticə yaranan sözün və ya ifadənin özündə ehtiva etdiyi məna olur.Hər bir dilin zəkaya uyğun rekursiya qabiliyyəti mövcüddur.Hər bir situasiyanı hər hansı bir ifadə ilə təsvir edə bilər. Rekursiv olaraq isə müxtəlif işarələr və hərfləri birləşdirərək söz və məna yarada bilir.Lakin fəlsəfəyə görə cihaz bir situasiyada qərar versə və onu ifadə edə bilsə, digər bir situasiyada effektivlik eyni olmayacaq.Daha öncə bildirdiyimiz kimi, avtonom normaya uyğun olaraq effektivliyin aşağı olması müşahidə oluna bilər.Bu məqamı fəlsəfənin cihazın insanı təqlid etməsi barədə araşdırmanın ilk tezisi kimi qəbul edirik.Məhz buna əsaslanaraq E.Kantın varlıqların növlərinin yaranması və bununla bilavasitə zəkanın formalaşması barədə əsas vasitə olaraq göstərdiyi mexaniki səbəbləri ikinci tezis olaraq qəbul edirik.
Tərs tezis 1.Dekartın ilk əsas vasitəsində cihazların insanlar kimi ifadə ötürmə qabiliyyəti ilə bağlı şübhələri müasir dövrdə tamamilə ətraf mühitdən izolyasiya edilmiş iki robotun bir biri ilə ünsiyyət yaratmaq üçün formal dil yaratması tərs tezis kimi irəli sürülə bilər.
Tərs tezis 2.Əgər zəka anlayışını bir canlının çevrəyə uyğunlaşma zamanı qazandığı xüsusiyyətlərin cəmi olaraq qəbul etsək,bu zaman mexaniki səbəblər anlayışından kənara çıxmayaraq cihazların da zəkaya malik ola biləcəyi barədə nəticəyə gələ bilərik.
Elektron hesablama maşınlarının inkişafının qiymətləndirilməsi bir əvvəlki nəsil ilə müqayisə hesabına aparılırdı.Cihazın düşünmə qabiliyyətinin birbaşa olaraq qiymətləndirilməsi müqayisə üçün seçilmiş modeldən asılıdır.Cihazlar düşünə bilərmi sualı barədə düşünərkən düşünmə məhfumunun insana aid olduğunu nəzərə alsaq müqayisə modeli insan zəkası qəbul edilir.Bunu araşdırmanın üçüncü tezisi olaraq qəbul edə bilərik.
Tərs tezis 3.Bir halda ki, cihazın zəkasının dərəcələndirmə və qiymətləndirmə predmeti insan zəkasıdır.Bu zaman insan zəkasının mütləq şəkildə “mükəmməl” və xətasız qərarlar verməsini gözləməliyik.Lakin insan zəkasının yanılması mövcüddur və bu zaman cihazın düşünmə qabiliyyətinin qiymətləndirildiyi əsasın özü yanlış olur.Cihazın insan zəkasını təqlid etməsini və insanlar kimi düşünməsini təsəvvür edə bilərik lakin düzgün qərar qəbul edə bilməyən cihazın vacibliyi barədə paradokslarla üzləşəcəyik.
Məqalənin ilk hissəsi dəyərli elmi xadim Ramin Mahmudzadənin əziz xatirəsinə həsr olunur….
Should we avoid artificial intelligence or is this field a great business resource for the country’s future?
In this article, we will talk about artificial intelligence, its prospects for our country, its benefits, application, development in our country, and alternative solutions for this. And we will answer the question I asked above. Not lagging behind the world’s leading countries, Azerbaijan is moving forward with a very correct strategy regarding artificial intelligence systems. The Decree of President Ilham Aliyev dated April 19, 2021 on the development of the concept of “Smart City” and “Smart Village” is a living proof of this opinion. And as a result, not only in Europe, but also in our society, about artificial intelligence, it raises such a question: will these systems be as smart as us and replace us in our workplaces? If you read this article to the end, you will see that these systems are actually our friends.I guess that some readers may have such a question in their mind.
What is artificial intelligence that can become such a great business resource. Let’s look at it in very simple terms. Artificial intelligence is a system that can imitate human behavior to perform given tasks and gradually learn from the data it receives and or a car. I used this definition because people always think that these systems will replace them. These intelligent systems can sometimes be used in jobs that people cannot see with precision or in places that require a lot of mental time. let’s talk about what will happen.Most of us have probably heard of Harley Davidson. Using intelligent systems, the motorcycle company Harley-Davidson reduced the production time of a motorcycle from 23 days to approximately 6–8 days. production in the short term means higher productivity and greater business profits.For example, sensors and cameras, artificial intelligence systems can support maintaining order in city streets and crowded places. They can provide information in advance about any problem and help people working in this field.Robots written with these systems come to our aid in processes where human physical strength is not enough in the industry. In dangerous processes, these robots become bodyguards that do not allow human health to be put at any risk. Sometimes a person’s psychological condition can be bad and this can lead him to make mistakes in his work. That’s why expert systems will help you in the things you can make mistakes in your field. Who wouldn’t want such a system that supports him in his work? We may need some service areas at any time of the day. Smart systems in these service areas enable people to solve their problems quickly by doing some of their work after working hours. It prevents delays in the service sector and can improve the quality and continuity of the service. In the field of education and medicine, we know that there is a need for big data analysis. These systems that can analyze data can give some predictions to people and specialists . We can come to such a conclusion that these systems can create an opportunity to save people’s time, physical and mental strength. In addition, these systems help people in difficult tasks. They have the potential to be very useful for countries that use them economically. The increasing demand for these systems makes these devices not only It will also act as a great business resource for the countries that use it. I already think that these smart systems could endear themselves to you as you count these benefits and areas of application.Now let’s look at it from the perspective of an expert. Let’s look step by step at the approach of the countries that are considered to be the top of the world in technology. Our country’s strategy for innovative production and commercial opportunities with artificial intelligence is worthy of applause. Let’s think about the question of what we should do to further develop in this field. to answer, we will benefit from the experience and strategy of countries considered to be giants in the field of artificial intelligence. China, which is considered the second largest power in the world, is aiming for a 1.4 trillion industry based on artificial intelligence in 2030. What problems must be overcome for the growth of this field in our country?One of the first issues is the need for very large domestic and foreign investments in this field. In order for foreign companies to make huge investments in this field in our country, these systems must first have a certain ecosystem in the domestic market. No matter how good the projects of domestic companies are, the systems created by these companies there must be a demand in the economic market for it. Also, domestic companies need enough financial power and highly specialized personnel to keep up with the strong competition in the global economy in order to bring these systems to the global market.Let’s assume that the internal ecosystem wants to operate in the internal market first. At this time, such an issue arises that industry and production should also focus on the use of these systems. In addition to practical research, it is also very important to focus on scientific academic research. Creating a base is a serious step. But what kind of solutions can we think of for these listed issues?
For solutions, let’s look at the results achieved by the countries and the changes they made accordingly.Countries that have invested heavily in this field and some of their strategies have failed have begun to change their education systems in accordance with the demand of this field. There is a need to create research centers for artificial intelligence. Also, as much research as possible is directed towards this field. A laboratory for artificial intelligence will be built only with domestic capital. or, seeing that the creation of R&D centers was not enough, they began to attract large companies to conduct research in this field in their countries in order to strengthen them with the flow of foreign capital. This step made it possible to eliminate the shortcomings of their ecosystems for this field. The changes made in the education system also supported the elimination of the lack of highly specialized personnel, which was a problem we touched on a little earlier. its importance was proven. As a result, we relied on both the expert point of view and the experiences of countries to solve the issues we faced. We investigated what problems there are for the development of this field in our country and tried to find alternative solutions to these problems.
Mahammadali Abaszada
Many sources were used in the preparation of this analytical-research.
Summary(Xülasə)
Bu elmi məqalədə Klassik çoxluqlar və Fazi çoxluqlarının müqayisəsi barədə araşdırma aparılır.Bu iki anlayışa sadə yanaşmalarla toxunulur.Bu məqalədə həmçinin real situasiyalara uyğun olaraq hansı çoxluqların daha uyğun gəldiyini araşdırırıq.Məqaləmizdə Fazi çoxluqlarını niyə çətin dərk edirik və bunu necə aradan qaldıra bilərik?
Bu kimi suallara cavab tapmağa çalışacağıq
Məhz məqaləni sizin üçün əyləncəli edən tərəf isə ondan ibarətdir ki, nümunələri real həyatda sizin də qarşılaşdığınız situasiyalardan götürmüşük.
Main introduction line(Əsas giriş xətləri)
1.Günümüzdə süni intellektual sistemlərin geniş istifadəsi və bir çox sahəyə birbaşa təsiri danılmazdır.Süni intellektin əsasında duran anlayışların mənimsənilməsi çətinlik yaratdığı üçün bu mövzunu ənənəvi tanış olduğumuz anlayışlarla müqayisə edərək başa düşə bilərik.Günümüzdə süni intellektual sistemlər barədə 20000-dən çox məqalə yazıldığı məlumdur.Artıq gün keçdikdə həyatımıza daxil olan bu yeni yanaşma və nəzəriyyə ilə bağlı araşdırmaq və oxumaq olduqca vacibdir.Çünki bu mövzu həmçinin real həyatda fərqində olmadan istifadə etdiyimiz bir nəzəriyyədən bəhs edir.
2.Adətən Klassik çoxluqlar və Fazi çoxluqları arasında fərqi anlamağa çalışarkən çətinliklər yaranır.Məhz bu mövzuda çoxsaylı məqalənin varlığı da buna sübutdur.Bu çətinliklərin sayının azalması məhz məqalənin başlıca məqsədlərindən biridir.
Method about Classic Set(Klassik çoxluq barədə metod)
Çoxluqlar-riyaziyyatın əsas anlayışlarından biri; elementləri adlandırılan və hamı üçün ümumi xarakterik bir xüsusiyyətə sahib olan hər hansı bir obyektin dəsti, çoxluğu, toplusu olan riyazi bir obyektdir.
Klassik çoxluqlarda mövzulardan biri olaraq hər hansı bir elementin çoxluğa aid olub olmaması götürülür.Müxtəlif xüsusiyyətlərə malik element onun xüsusiyyətlərindən birini özündə əks etdirən çoxluğa aid ola bilər.Bu çoxluqları ifadə edərkən xarakteristik funksiya istifadə edirik.Bu funksiya elementlərə 1 və ya 0 dəyəri verərək bizim təyin etdiyimiz çoxluğa aidliyini yoxlaya bilir.
MP 1.Gördüyünüz kimi bir element verilən çoxluğa aiddir ya da deyildir.
Bunu ilkin müqayisə predmeti kimi yadda saxlayaq.
Method about Fuzzy Set(Fazi çoxluğu barədə metod)
Fazi çoxluğu Fazi məntiqindən törəmə olduğu üçün ilkin olaraq Fazi məntiqi barədə bəhs edək.
1965-də Lütfizadə “Fuzzy Logic and Fuzzy Sets” adlı məqalə yayımladı.Xeyli etirazlar oldu.Çünki o dövrdə daha çox klassik məntiq qəbul olunmuşdu.Məhz o dövrə qədər ki riyaziyyat məntiqdə bulanıqlığı qəbul etmirdi.
MP 2.Fazi məntiqi isə məntiqdə bulanıqlığın mövcudluğuna toxunurdu
Bir sözlə Fazi məntiqinə qədər ki dövrdə məntiq ilə bulanıqlıq arasında böyük bir uçurum olduğu düşüncəsi var idi.Bu məntiq Aristotelin ikili məntiq sisteminə qarşı tutulmuşdu.
Fazi məntiqi insanın düşüncə tərzinə yaxındır.
Fazi məntiqinin digər bir üstünlüyü ondan ibarətdir ki daxil olunan
giriş verilənlərində dəqiqlik olmaya da bilər.
Fazi məntiqində konkret olaraq ağ və qara yoxdur.Başqa bir ifadə ilə desək konkret olaraq isti və soyuq su yoxdur.Birindən digərinə müəyyən keçidlər mövcuddur.Suyun konkret olaraq temperaturuna görə isti və ya soyuq olması yerinə gündəlik dildə işlənən biraz az kimi ifadələrə də yer verilir.Verilən suyun müəyyən dərəcədən isti olması barədə yanaşma verilir.Bunun sayəsində bir çox detalı nəzərə alırıq və bu detallar barədə analizlər apararaq yeni mühakimə və mülahizələr əldə edə bilərik.Fazi məntiqi bulanıq anlayış deyil.Sadəcə bu nəzəriyyə qeyri-səlis situasiyalar və elementlər ilə maraqlanır.Bulanıq olan məntiqin əsasında olan düşüncədir.
Fazi məntiqi hərşeyin hətta həqiqətin də bir dərəcə məsələsi olduğu insani bir fikir yürütmə üçün bir modeldir.
Lütfizadə
Lütfizadənin gətirdiyi bu anlayış dünyadakı bütün elm sahələrinə yeni baxış bucağı və forma gətirəcək.
Richard Bellman
Fazi çoxluğu dedikdə adətən çox
qarışıq dəqiq olmayan riyazi modellər başa düşülə bilər .Fazi çoxluğu insan dilini yəni insanın təbii dildə istifadə etdiyi sözləri
kompyuterə ötürə biləcəyimiz riyazi modellərdir.Fazi çoxluğunda klassik çoxluq kimi konkret olaraq aidlik yoxdur.Hər hansı elementin fazi çoxluğuna aidliyini ifadə edərkən 0 və 1 arasında dəyişən mənsubiyyət dərəcəsi ilə verilir.
Fazi çoxluğunu daha yaxşı dərk etmək üçün metodların müqayisəsinə baxaq.
Methods comparison(Metodların müqayisəsi)
Bu iki nəhəng yanaşmanı müqayisə etmək üçün real həyatdan bir situasiyaya müraciət edək.Bart Koska bir tamaşaçılarla dolu bir zalda belə bir eksperiment aparır.Kişi cinsinə mənsub tamaşaçılardan əllərini qaldırmalarını xahiş edir.Əlini qaldıranlar kişilər(qadın olmayanlar ) çoxluğunun üzvləri olur.Daha sonra xanımlardan əllərini qaldırmalarını xahiş edər.Bu zaman isə ikinci bir çoxluq əmələ gələr.Qadınlar(kişi olmayanlar)çoxluğu.Gördüyümüz kimi bu sual nəticəsində yaranan iki çoxluq bir birindən kəskin fərqləndi və kəsişmədi.Və hər bir çoxluğun sərhədləri də müəyyəndir.
Koska ikinci bir sual verər.Neçə nəfər işindən razıdır?
Bu zaman isə zalda bəzilərinin əli yarımçıq qalxar bəzilərində qalxdıqdan sonra dərhal enər.Auditoriyanın böyük bir qismi əlini qaldırmaq və qaldırmamaq arasında seçim etməkdə çətinlik çəkər.Yəni auditoriyanın daxilində müəyyən səbəblərə görə işindən həm razılıq həmçinin də narazılığı olan şəxslər var.Deməli bu halda bir insan hər iki çoxluğa aid ola bilir.Bir insan işindən razılığını müəyyən bir faizlə ifadə etməyə bilər.Daha çox linqvistik ifadələrdən istifadə edə bilər.Məsələn yaxşı və ya orta ifadəsindən işlətdikdə biz yaxşı sözünə uyğun olaraq onun işindən razı olanlar çoxluğuna mənsubiyyət dərəcəsini 0,8 olaraq qəbul edə bilirik.Beləliklə konkret olaraq işindən razı və ya narazı olanlar olmadı.Belə ki işindən narazı olanları C çoxluğu işindən razı olanları C1 çoxluğu təmsil etsin.Biz bu yanaşma vasitəsilə C1 çoxluğu daxilində olan elementləri də mənsubiyyət dərəcələrinə görə fərqləndirə bilirik.Bir insan həm C həmçinin C1 çoxluğuna aid ola bilər.Burada həmin çoxluğa mənsubiyyət dərəcəsi fərqlilik göstərə bilər.
Application of methods comparison(Metodların müqayisəsinin tətbiqi)
Experiment 1(Eksperiment 1).Məsələn bir otaqda müxtəlif cihazlar var.Bu cihazların hər birinin batareyası və onun daxilində olan enerjini ifadə edən müəyyən bir rəqəm var.Məsələn birinin enerjisi 70% qalıb.Digərinin daha az.Biz indi belə bir sual verək.Cihazların enerjisi doludur ya yox?
Burada bu suala bəli və ya xeyr cavabı versək iki çoxluq yaranır.Enerjisi dolu olan cihazlar çoxluğu-C
Enerjisi dolu olmayan cihazlar çoxluğu-C1
Konkret olaraq cihazları iki hissəyə böldük.Enerjisi tam olanlar yəni 100% olan cihazlar klassik çoxluqlarda olan xarakteristik funksiya ilə 1 qiymətini aldı.Enerjisi tam olmayanlar isə 0 qiymətini aldı.
Bəs biz bu situasiyadakı qeyri-səlisliyi necə nəzərə ala bilərik?
Deməli enerjisi 100%-dən fərqli olan bütün cihazlar C1 çoxluğunun üzvü oldu.Əslində biz müəyyən qədər detalları nəzərdən qaçırdıq.Qeyri-səlisliyi nəzərə almaq üçün belə bir sual verməliyik.Cihazların enerji batareyası nə qədər doludur?
Bu sualı cavablamaq üçün artıq ümümi C çoxluğu götürə bilərik.Bu cihazların enerji dərəcəsinə görə həmin çoxluğa mənsubiyyət dərəcəsini təyin edə bilərik.
Deməli ilkin halda a,b,c,d,e cihazlarımız var.Bu cihazlara uyğun olaraq enerjinin faizi belədir:
a cihazı-60%
b cihazı-70%
c cihazı-80%
d cihazı-80%
e cihazı-100%
Klassik çoxluqlara uyğun olaraq yuxarıda qeyd etdiyimiz C çoxluğu üçün(enerjisi tam olan cihazlar çoxluğu) belə bir ifadə yaranır.
C={e}
C1 çoxluğu(enerjisi tam olmayan cihazlar çoxluğu) üçün isə
C1={a,b,c,d}
ifadəsi alınır.
Bu qrafikə görə enerjisi 100%-dən az olan cihazlar C(enerjisi tam olan cihazlar) çoxluğuna aid deyil.100% olan cihazlar isə enerjisi C1 çoxluğuna aid deyildir.
İndi həmin situasiyanı fazi çoxluğu üçün düşünək və qrafikə nəzər yetirək.
X={a,b,c,d,e}
A:X => [0,1]
a cihazı-60%-0,6
b cihazı-70%-0,7
c cihazı-80%-0,8
d cihazı-80%-0,8
e cihazı-100%-1
Biz cihazların enerjisinə uyğun olaraq onların fazi çoxluğuna mənsubiyyət dərəcələrini təyin etdik.
Sonda isə həmin cihazlara uyğun mənsubiyyət dərəcələrini əks etdirən bir qrafik qurduq.
Biz nəticə olaraq əldə etdik ki,bəzi situasiyalarda klassik çoxluq hər zaman əlverişli olmur.Qeyri-səlis və detallı klassifikasiyaya ehtiyacı olan situasiyalar üçün fazi çoxluğu və situasiyanın fazi məntiqi ilə ifadəsi çox daha əlverişlidir
Discussion and Result(Diskussiya və nəticə)
Məqalənin məqsədinə uyğun olaraq real situasiyalar üzrə hansı çoxluqların daha əlverişli olması barədə nəticəyə gəldik.Nəticə olaraq bəzi situasiyalarda klassik çoxluq hər zaman əlverişli olmur.Qeyri-səlis və detallı klassifikasiyaya ehtiyacı olan situasiyalar üçün fazi çoxluğu və situasiyanın fazi məntiqi ilə ifadəsi çox daha əlverişlidir.
Bizimdə apardığımız eksperimentdə aydın şəkildə deyə bilərik ki bəzi situasiyalar qeyri-səlis ola bilər.Məhz bu situasiyanın təbiətinə görə fazi çoxluğunun vacibliyini başa düşməli və fazi məntiqinə uyğun çoxluqlar üzərində işləməliyik.
Bart Koskanın zal eksperimentini başqa bir nümunə üzərində tətbiq etdim.Və Koska ilə təxmini olaraq eyni nəticəni ala bildik.Hər ikimizdə bir elementin bir neçə çoxluğa aid ola bilməsinə ehtiyac yarandığını və bu hallar üçün fazi çoxluğu və məntiqinin əvəzedilməz rol oynadığı nəticəsinə gəldik.
Fazi məntiqi və çoxluğu əslində bulanıq anlayış deyilmiş sadəcə onun araşdırdığı situasiyalar və elementlər bulanıq ola bilər.Bundan öncəki ədəbiyyatlarda bu mövzuya geniş toxunulmaya rast gəlməmişdim.Ümid edirik ki bu məqalənin ədəbiyyata bu cəhətdən faydası oldu.
Eyni bir situasiyanın həm klassik çoxluqlar həmçinin fazi çoxluqları ilə qrafikinə nəzər yetirdik.Bir növ klassik çoxluqlarda elementlər ilə onların çoxluğa aid olması konkret olaraq 0 və 1 ilə qiymətləndirmə aparılırdısa fazi çoxluqda daha çox detallandırma mövcudluğunu aşkar etdik.0 və 1 arasında elementlərə mənsubiyyət dərəcəsi verdik.Eyni bir çoxluğa aid elementləri belə bir-birindən fərqləndirə bildik.Məhz bu tip yanaşmada Əziz Məmmədovun fikirləri ilə üst-üstə düşdük.Əziz Məmmədov bildirir ki, sıfır ilə vahid arasında yerləşən kəsr ədədlər çoxluğu Lütfi Zadənin şəxsi kəşfi olmayıb eramızdan xeyli əvvəllər qədim Babil və Misir riyaziyyatçıları tərəfindən tapılmış və tətbiq edilmişdir.
Son olaraq Lütfizadənin özünün dediyi kimi fazi məntiqində konkret olaraq aidliyin olmaması nəticəsinə gələ bildik.Müəyyən bir elementin hər hansı bir çoxluğa aid olması dərəcə məsələsi olmaqdan ibarətdir.
Future search advices(Gələcəkdəki araşdırmalar üçün məsləhətlər )
Biz bu elmi məqalədə hər iki çoxluq nəzəriyyəsində riyazi əməliyyatların müqayisəsinə toxunmadıq.Məhz siz bu barədə araşdıra bilərsiniz.Həmçinin bu məqalədən sonra siz fazi məntiqinə uyğun fazi çoxluqları yaratmaq üçün elementlər və proseslərin necə baş verdiyini araşdıra bilərsiniz(fuzzification,defuzzification)
Benefits
Araşdırmadan sonra yeni müqayisə predmetləri barədə düşünə bilərik.Məsələn fazi çoxluqlarında bir elementin iki fazi çoxluğuna aid olması necə tənzimlənir və bu zaman mənsubiyyət dərəcələri necə ifadə olunur.Bu kimi suallar barəsində düşünə bilərsiniz.
Resources
ZADEH, L. A., Commercialism and Human Values, Azerbaijan International, Spring 1998 (6.1) ZADEH, …… , Foreword to Entwurf von Fuzzy-Reglern mit Genetischen Algorithmen, by Frank Hoffmann, 1996, www.nada.kth.se/~hoffmann/foreword. ZADEH, ……, A Prototype-Centered Approach to Adding Deduction Capability to Search Engines — The Concept of Protoform, BISC Seminar, Feb 7, 2002, UC Berkeley, 2002. Zadeh, …., A new direction in AI — Toward a computational theory of perceptions, AI Magazine 22(1): Spring 2001 b, 73–84
1. J.KLIR, George ; YUAN, Bo. ;“FUZZY SETS AND FUZZY LOGIC-Theory and Applications” 2. KRUSE, R ; Gebhart, J ; Klawon, F. ;“Foundations of Fuzzy Systems” 3. AKGÜL G., 1998.; “Keskin Kümelerle Bulanık Kümelerin Karşılaştırılması” 4. BRULE, James F.; “ Fuzzy Systems- A Tutoriol” 5. McNeil, D.; Paul Freiberger. ;“Fuzzy Logic”. 6. Kosko, Bart; Satoru, Isaka. ;”Fuzzy logic”
[1] Zadeh, L.A., 1965. Fuzzy Sets. Information and Control, Vol. 8, №3. [2] Kosko, B., 1994. Fuzzy Thinking, Harper Collins Publishers, 318 p.
BULANIK MANTIK VE BULANIK TEKNOLOJİLER Şevki IŞIKLI•
Müəllif Məhəmmədəli Abaszadə
Agentlər anlayışına toxunarkən yada salmalıyıq ki insan özlüyündə bioloji agentdir.Agentlərin daxilində hərəkətdə olduğu bir çox mühit var.Perseptronlar vasitəsilə olduğu mühitdən məlumat qəbulu baş verir.Bunların qəbulu sensor vasitəsilə baş verir.Ətraf mühitə geridönüş olaraq müəyyən bir hərəkət icra edir.İntellektual agentlər üçün PEAS yanaşmasından bəhs edək.İlk öncə sizə çox qəliz gələ bilər.Nəzəri olaraq izahdan sonra nümunələrlə də mövzuya baxacayıq.
Performance measure-Bu təbəqədə intellektual agent üçün proses zamanı təyin etdiyimiz kriteriyalar qeyd edilir.Bu kriteriyalara uyğunluğa əsasən intellektual agenti uğurlu və ya uğursuz kimi dəyərləndiririk.Bir növ intellektual agentdən gözləntilərimizə bənzədə bilərik.
Environment-Mühit məsələsi agentlər üçün olduqca vacibdir.Mühit daim dəyişə bilər və ya statik də ola bilər.Nəticə olaraq agent mühitdə baş verən dəyişiklərə qarşı da müəyyən qədər hazırlıqlı olmalıdır.Mühit dedikdə təkcə mühitin özü yox onun daxilində olan elementlərdə agent üçün rol oynayır.Çünki agentin fəaliyyəti məhz mühitdəki hər hansı bir elementə təsir etmək üçün də hesablanmış ola bilər.
Actuators-İntellektual agent müəyyən bir məlumatı qəbul etdikdən sonra mühakimələr aparır və ən optimal variantı seçərək müəyyən bir davranış göstərir. Bu davranışlar adətən performance measure-lara uyğun olaraq planlaşdırılır.Agent hansısa bir kriteriyanın tələblərinə cavab vermək istəyirsə məhz kriteriyanın tələbinə uyğun davranış üçün cəhdlər etməlidir.
Sensors-Sensorlar dedikdə ətraf mühitdən məlumat almasına imkan yaradan elementlər başa düşülür.Agentlərin funksional təyinatına əsasən sensorlar müxtəliflik göstərə bilər.
Məsələn bir ağıllı kameranı nümunəvi intellektual agent kimi götürək.Məhz bu kamera qəbul etdiyi və qeydə aldığı məlumatları nümayiş etdirdiyi bir monitora əlaqəlidir.
Bu kamera üçün otaqdakı şəxslərin sayını gün aşırı təyin etmək bilər performance measure kimi verilə bilər.Və ya otağa daxil olan yad şəxslərin simasını ayrılıqda qeydə almaq ola bilər.
Environment olaraq otağın özü və ora daxil olan insanlar götürülə bilər.Daha sonra otaqda olan nəsnələr də environment-a aid oluna bilər.
Actuators dediyim kimi performance measure-dan asılı olaraq formalaşır .Buna görə də dəyişkənlik göstərir.Burada icra olunacaq proseslərə nələri aid edə bilərik?
Otaqdakı yad adamların üz simalarını qeydə almaq,monitora siqnal göndərmək və sairə.Sizin agentdən gözləntinizə uyğun olaraq xeyli fərqli davranış təyin etmək olar.
Sensors-Ətraf mühitdən əlaqəni kamera sensoru vasitəsilə əldə edə bilərik.
İntellektual sistemlər üçün əsas 4 konseptdən yanaşmalar barədə bəhs edəcəyik.
Thinking Humanity,Thinking Rationally,Acting Humanity,Acting Rationally.
İlk öncə intellektual sistemlər üçün sistem anlayışına toxunaq.Sistem dedikdə daxili və xarici aləmi olan struktur başa düşə bilərik.Daxili aləmdə düşünmək,düşünməyə mütənasib olaraq modelləşdirmə,qərarvermə və nəticə çıxarışları mövcuddur.
Xarici aləmdə isə davranmaq və ətraf mühitdə olan interfeys nəzərdə tutula bilər.
Acting Humanity-İnsan kimi davranmaq dedikdə ilk ağla gələn “Turing Machine Test”olacaq.Burada sonlu nəticə olaraq əldə edilmək istənilən hədəf bunlardır:
-Hər hansı cihazın insan kimi davranması və insandan ayırd edilə bilməməsi.
Mahiyyətinə enmək üçün “Turing Machine Test”-də olan situativ vəziyyətə baxaq.Təcrübə üçün bir insan seçilir.Onu eyni zamanda həm süni intellekt vasitəsilə yaradılan zəka ilə daha sonra isə normal insanla ünsiyyəti yaradılır.Əgər insan qarşısındakının cihaz yoxsa insan olduğunu ayırd edə bilmirsə,həmin cihaz Turing testindən keçmiş hesab olunur.Lakin burda isbat olunma problemi var.Çünki cihazın testdən keçib-keçmədiyini insan təyin edir.Bir növ qərarverən mexanizm təcrübə ilə qarşılaşan insandır.Məhz buna görə də cihazın performansı sabit qalsa belə hər bir canlıya görə fərqli nəticələr alına bilər.Bu barədə ayrı bir yazıda geniş bəhs edəcəyim üçün kifayət qədər detallara bölmədən digər konseptə keçid edək.
Thinking Humanity-İnsan kimi düşünmək isə daha çox intellektual sistemlərin Symbolic yanaşma tərzinə uyğunlaşır.İnsan beyninin işləmə strukturundan ilhamlanaraq bəzi proseslərin bioloji mahiyyətinə də keçid olunur.Məsələn öyrənmə prosesi zamanı insan beynində olan neyronlar arasından yeni əlaqələr qurulur.Mühakimə zamanı digər bioloji proseslər baş verir.Çünki insan ətraf mühitlə əlaqə zamanı eyni zamanda həm də müəyyən qədər məlumat transferində iştirak etmiş olur.İntellektual sistemlərin və ya cihazlara bunların tətbiq edilməsi üçün onların da zehinlərinin insan zehninə bioloji olaraq bənzəməsi əsas meyar kimi götürülür.İnsanın məlumatı qəbul etdikdən sonra mühakimə etməsi və nəticə çıxarması zamanı mühit və onun mənəvi-psixoloji vəziyyəti də ciddi təsir edici amildir.Məsələn insan gün ərzində eyni situasiya ilə bir neçə dəfə qarşılaşa bilər.Lakin onun bu situasiyalara yanaşması və situasiyalar barədə düşüncəsi dəyişkənlik göstərir.Bu isə intellektual sistemlər üçün əlverişli hesab olunmur.Məhz bu yerdə intellektual sistemlər üçün Thinking Rationally qüvvəyə daxil olur.
Thinking Rationally-Bu yanaşmada əsas olaraq hər hansı bir situasiya ilə qarşılaşdıqda hansı prosesin icra olunmalı olduğu barədə qərar üçün məntiq əsas meyar olur.İntellektual sistem müəyyən situasiya ilə qarşılaşdıqda rasional düşüncəyə əsaslanaraq ilk öncə yerinə yetirilə biləcək əməliyyatlar toplusunu təyin etməyə çalışır.Daha sonra hansının daha əlverişli olmasını dəqiqləşdirmək üçün cəhd edir.Əlbəttə problemin həlli zamanı əsas tutulan kriteriyalara əməl etməlidir.Əməliyyatların kriteriyalara hansı dərəcədən uyğunlaşmasına görə klassifikasiya prosesi baş verir.Təsəvvür edin ki, hər hansı bir ekspert sistem insanla interfeys halındadır.Bir növ köməkçi ekspert sistemdir.İnsandan problemlə bağlı məlumatları aldıqdan sonra insana müəyyən bir həll təqdim edir.Bu zaman izah edici altsistemi mövcuddursa orada bu seçimi niyə etdiyini,hansı kriteriyalara görə etdiyini də isbat etməlidir və bunu məntiqi düşüncə ilə əlaqələndirərək təqdim etməlidir.N-ci əməliyyat seçildi,çünki m çoxluğunda olan kriteriyalara ən çox aid olma bu əməliyyatda idi.Təbii dillə belə anlamağa çalışa bilərik.
Acting Rationally-Davranış mahiyyətində bir ideya olmadan təsəvvür oluna bilməz.Bu səbəbdən intellektual sistemlərdə rasional düşüncə ilə rasional davranış əlaqədə ola bilər.Rasional davranışı özündə birləşdirən intellektual sistem ehtimal edək ki,insana fiziki və zehni olaraq bənzədilən bir robotdur.Bu zaman ona həm də bir növ intellektual agent deyə bilərik.(Necə ki,insanlar texnologiya üçün bioloji agentlər hesab olunur.)Sensor vasitəsilə ətraf mühitdən məlumatı qəbul edir.Ətraf mühitdən qəbul etdiyi dataları percepts adlandıraq.Qəbul etdiyi percepts-ə uyğun olaraq situasiyanı tanımağa çalışır.Daha sonra rasional addımları seçir.Hansı ki, bu addımlar birbaşa nəticə yönümlü olur.Zehni olaraq düşündüyü addımları fiziki olaraq həyata keçirdikdə isə nəticəyə əlçatımlılıq yaranır.Bu zaman intellektual sistemlərdə insandan fərqli olaraq insanın düşüncəsi və hərəkətinə mənfi təsir edən amillər də mümkün qədər seyrəldilmiş olur.Hər hansı bir prosesi icra etməyə başladıqdan sonra prosesin fiziki ağırlığına görə proses icrası dayanmır.İnsanın prosesin yerinə yetirilməsinə istəksizliyinə görə addımlarda ləngimə baş vermir.Rasional addımlar atılır və birbaşa olaraq nəticəyə doğru yaxınlaşma cəhdləri olur.Son olaraq nəzərə alaq ki,məhz rasional düşüncənin intellektual sistemlərə tətbiqi sənayedə,istehsalatda ağır insan əməyini əvəz edən cihazların maşınların istifadəsinə imkan yaradır.Bu cihazlarda process-utility yanaşması mövcud olur.Yəni prosesə uyğun olaraq ən mümkün fayda seçilir və icra olunur.
Resource: CsC 290 Introduction to AI
İntellektual sistemlərdə DIKW və Kantor çoxluqlarına analogiya.Godel İncompleteness teoremi ilə cihazlarda zəka və qərar qəbul etmə
Kantorun çoxluqlar nəzəriyyəsi ilə rasional agentləri əlaqələndirəcəyik.Məhz Kantor çoxluqları yanaşması ilə intellektual sistemlər üçün DIKW Pyramid strukturunu anlamağa çalışacayıq.
Bundan əlavə olaraq yazının ikinci hissəsində isə Godel-in İncompleteness teoreminin mahiyyəti ilə bugünkü cihazlarda olan zəka və mühakimə anlayışına toxunacayıq.
1974-də Kantor çoxluqlar nəzəriyyəsini yaratdı.Hər hansı elementə aid məlumatlar yığını bir çoxluq hesab oluna bilər.Çoxluq daxilində sonsuz sayda element saxlaya bilər.Boş çoxluqlar da riyazi elementlər hesab olunur və heçlik sayılmırlar.
Məhz intellektual agentlər və sistemlər üçün də data anlayışı mövcüddur.Bu datalar yığını hər hansı elementə aid olduqda biz bunları çoxluqla kimi düşünə bilərik.
Sadə bir nümunə üzərindən düşünək.İntellektual agent üçün tələbələr və onların tədris aldığı fənnlər üzrə akademik göstəriciləri mövcüddur.Hər bir tələbəyə uyğun akademik göstəricinin intellektual agentin bilik bazasına yerləşdirilməsi kifayət edir.Bu intellektual agent üçün data sayılır.Gördüyünüz kimi bir tələbənin akademik göstəricilərini bir çoxluq kimi saxladıq.Və bu çoxluq sadəcə bir tələbəyə aid oldu.Hər bir tələbənin akademik göstəricilərinin ədədi ortasını tapsaq bu intellektual agentlər üçün “information degree” hesab olunacaq.Və görəcəyik ki hər bir tələbə üçün nəzərdə tutulan çoxluq üzərində aparılan aritmetik əməliyyatlardan sonra yalnız bir ədədi ortanı ifadə edən nəticə alınır.Kantorun çoxluğun elementi üçün dediyi kimi hər hansı bir element çoxluğun ya xaricində ya da daxilində ola bilər.Yəni bu iki vəziyyətin ortası təsəvvür oluna bilməz.Bu bəhs etdiyimiz iki dərəcə klassik məntiq və riyazi modellərin vəhdəti ilə onsuzda mümkün idi.İntellektual sistemlərin əsas hədəflədiyi isə bundan sonra bəhs ediləcək iki pillə olacaq.
Knowledge degree intellektual agentlər üçün nədir?
İntellektual agentin qarşısına belə bir problem qoyulsun.Ən yaxşı tələbələri tələbələr çoxluğundan seç.Bu zaman intellektual agent informasiyadan istifadə etməlidir.Eyni zamanda seçim tipli mühakimə üçün kriteriyalar müəyyən etməlidir.
Deməli ilk növbədə intellektual agent tələbələrin bir birinə oxşar xüsusiyyətlərə malik olduğunu görüb onları bir çoxluq kimi dəyərləndirməlidir.Onların oxşar xüsusiyyətlərini dərk etməsi insan məntiqinə yaxın məntiqin bu cihazda və ya proqramda mövcüdluğunu göstərir.Bu tələbələri bir çoxluğa yığması artıq məntiqi çıxarış hesab olunur.İntellektual agent üçün ekspert ilk kriteriya olaraq akademik göstəricilərinin ədədi ortası yüksək olan tələbələri seçməsini istəyə bilər.Daha sonra agent çoxluqlar üzərində müəyyən kriteriyaları da özü təyin edə biləcək.Kriteriyaların artması müəyyən qədər daha çox yoxlanılma deməkdir.Bu zaman daha düzgün nəticə əldə olunması gözlənilə bilər.Bu kriteriya məsələsi ilə mövzüdan çox kənara çıxmadan belə bir bənzətmə verək.Genetik alqoritmlərdə bildiyimiz kimi süni intellektdə “symbolic” yanaşmanın bir qolu hesab olunur.Orada genlərin daxilində problem həlli üçün xromosomlar yığılır.Problemin həllinə uyğun kriteriyaları ödəyən xromosomlar yaşayır digərləri isə ələnir.Müəyyən kriteriyalar əsasən ələnmə davam edir.Ən sonda problem həlli üçün ən ideal hesab olunan xromosomlar qalır.Məhz bu yanaşma ilə həmçinin süni zəkanın symbolic tərəfi ilə relational tərəfi arasında bir körpü qurduq.
Wisdom degree-Bu dərəcə əslində intellektual sistemlər üçün yaradılan süni zəkalar üçün zirvə hesab oluna bilər.İstər elmi çıxarışlar və fəlsəfi çıxarışlar bu pillə üçün xarakteristikdir.Bir intellektual sistem(agent) düşünək.Biz bu sistemə müəyyən bir sual veririk.Aristotelin telefon nömrəsi barədə məlumat istəyirik.Bu intellektual sistemin bilik bazasında Aristotel barədə məlumat varsa o bizim üçün bunu yayımlaya bilər.İkinci olaraq bu sistem bizə telefonlar barədə də məlumat verə bilər.Üçüncü olaraq telefon nömrələri barədə də məlumat ötürə bilər.Lakin onun zaman və məkan anlayışına uyğun olaraq belə bir sual verməsi çətin görünür.Aristotelin dövründə telefon icad olunmuşdumu?
Bu sualı verə bilmək üçün onun çoxlu məntiqi çıxarış etməyə demək olar ki insan zəkasına öz süni zəkası ilə maksimum qədər yaxınlaşmağa ehtiyacı var.Məhz yazının ikinci hissəsində bir süni zəkaya malik olan cihaz insan kimi düşünə bilərmi sualı barəsində danışacayıq.
C# Microsoft tərəfindən inkişaf etdirilən proqramlaşdırma dili olaraq müasir dövrdə çox geniş istifadə olunur.Çox müasir bir struktura malikdir.Məhz bu dil obyekt yönümlü proqramlaşdırmaya əsaslandığı üçün proqramçılar tərəfindən olduqca sevilən bir dildir.Xətaların aradan qaldırılmasında yüksək səviyyəli yanaşma bu dilin üstünlüklərindən hesab edilir.Anders Heljsberg və onun komandası tərəfindən 2000-ci ildən etibarən yaradılmağa başlayan bu dil 2002-ci ildə istifadəyə verilmişdir.Modern texnoloji sistemlərə yüksək adaptasiyası ilə seçilən C ailəsindən dil hesab olunmaqla eyni zamanda bu ailədən dillərlə məşğul olan proqramçıları da özünə tez bir zamanda cəlb etdi.C və C++ dilində təcrübəsi olan proqramçılar qısa bir müddətdə bu dilə keçid edə bildi.
Tamamilə obyekt yönümlü proqramlaşdırma məntiqini özündə birləşdirir.
İstifadəsi olduqca sadə ,modern bir dildir.
Tiplərə qarşı xüsusi həssaslıq dataların idarə olunmasında əlverişli imkanlar təqdim edir.
Təhlükəsizlik üçün təqdim etdiyi imkanlar və sürətli olması xüsusiyyətlərinin sırasına aiddir.Proqramçılara daha məhsuldar və daha yaxşı struktura malik kod yazmaq imkanı yaradır.Məhz bu dil sizə bəsit çərçivə də imkanlar yaratmır.Başqa sahələrdə geniş tətbiqi bu dili öyrənmək üçün əlavə motivasiya mənbəyi ola bilər.
Hansı sahələrdə istifadə olunur?
Web Form applikasiyalarında.Daha bəsit dildə ifadə etməyə çalışacam. Web Form applikasiyalarına internet üzərindən əlçatımlılıq mümkündür.Bu tətbiqlər web browser ilə əlaqəli olaraq işləyir.
Winform applikasiyalar -Bu sizin kompyuterinizdə istifadə etdiyiniz masaüstü tətbiqlərdir(desktop application).
Konsol tətbiqləri-Məhz bu tətbiqlər daha çox vizual olaraq yüksək səviyyədə interfeysə ehtiyac duyulmadığı zamanlarda istifadə olunur.Günümüzdə də öz aktuallığını itirməyib.Hətta bizim kitabda yazdığımız kodlar da əslində konsol tətbiqlər yaradılaraq yazılıb.
Web Servislər-Web servislər barədə çox dərin bəhs edib sizləri yormaq istəmirəm.Bəsit məntiqdə deyə bilərəm ki, web servislər mobil tətbiqlərin işləməsi üçün müasir dövrümüzdə çox geniş istifadə olunan texnologiyalardır.
DLL-lərin yazılması-Dinamik kod kitabxanasıdır.Təsəvvür edin ki, bir strukturunuz var və onun işləməsi üçün müəyyən bir kod sətri çalışmalıdır.Bu kod sətrini hər dəfə təkrarlamaq yerinə onu DLL-ə daxil edərək lazım olduğu yerdə DLL-dən əlçatımlılığı əldə edəcəksiniz.
Oyunların yaradılması-Oyunların yazılmasında çox geniş istifadə olunur.Məhz Unity ilə əmələ gətirdiyi vəhdət müasir dövrdə olduqca populyardır.
Bundan əlavə olaraq digər sahələrdə mövcüddur.
Data science,artificial intelligence,machine learning,cloud computing
kimi bir çox sahədə inteqrasiyası geniş vüsət almışdır.
Bu məntiqə niyə ehtiyac duyuldu?Bunun mahiyyətinə enməyə çalışaq.Öncə düşünək.Əsrlər boyu texnologiyanın ən ciddi cəhdləri kompyuter və insan arasında interfeysi yaratmaqdır.Məhz proqramlaşdırma bir cəhətdən müəyyən meyarlara əsasən bu tələbi ödəyə bilir.İnsanın daxil etdiyi məlumat və hər hansı məntiqi kompyuterin qəbul edə biləcəyi formata salmaq və qarşı tərəfdən müəyyən çıxışlar ala bilmək mümkündür. Lakin biz adətən kompyuterə çox dəqiq məlumatlar ötürmək məcburiyyətində qalırıq.Məsələn proqramçı hər hansı bir proses üçün nəzərdə tutulan proqramı hər hansı proqramlaşdırma dilinin müəyyən sintaksis sərhədləri daxilində tərtib etməyə çalışır.Çünki kompyuterlə yalnız bu çərçivələr ilə interfeys yarada bilirsiniz.Məhz bu situasiyaları analiz edərkən öz-özümə suallar verməyə başladım.
1)Bəs necə əldə etmək olar ki insan dilini kompyuter başa düşsün?
Adətən bu anlayışlarla tanış olmadan özüm üçün tez-tez təkrarladığım başqa bir suala gələk.
2)Proqramlaşdırma da adətən dəqiq məlumatları ilkin dəyişənlərə insiallaşdırmışam.Elə bir situasiya ola bilər ki kompyuterə daxil etmək üçün dəqiq məlumatlara malik olmayım?
3)Bəlkə bəzi situasiyalarda kompyuter tərəfindən proseslərin email nəticəsində çıxan məlumatların dəqiqliyindən daha çoxuna ehtiyacım olsa nə edə bilərəm.
Bu hissədə çoxlu suallar verərək sizlərin də mənimlə birgə düşünməyini hədəfləyirəm.Suallarım ilə davam edəcəm.
4)Proqramlaşdırma dillərinin bütün insan təxəyyülünü kompyuterə çatdıracaq imkanları varmı?
5)Ciddi riyazi hesablamalar aparmadan təxmini giriş verilənləri ilə təxmini nəticələr əldə edə bilərəm mi?
6)Təsəvvür edirəm ki proqramlaşdırma da olduğu kimi müxtəlif giriş verilənlərinə görə sonda çıxışda müxtəlif nəticələr əldə edə bilirəm.Təxmini giriş verilənləri ilə təxmini nəticələr toplusu əldə etdiyim zaman bu nəticələri müqayisə edə bilərəm mi?
Bu sualların əksəriyyətinə cavabı fuzzy logic ilə əlaqələndirərək cavab tapmağa çalışacağıq.Açığı bu sualların cavabının axtarışında süni intellectual nəzəriyyələr və qeyri-səlis məntiq ilə yaxından tanış olmağa başladım.Bu elmi məqalələr və kiçik elmi rəylər müəllifin araşdırmalarının nəticəsində meydana gəlmişdir.Sözsüz ki bu halda müxtəlif müəlliflərdən ilham alınmışdır.Bir sözlə bu hissədə birlikdə araşdırıb müxtəlif müəlliflərinin elmi izahatlarına müraciət edəcəyik.
Araşdırmalar vasitəsilə bu suallara müəyyən cavablar əldə edə bildim.
Biz insanı hər hansı proqramlaşdırma dilini öyrədirdik ki bu vasitəsilə kompyuterə müəyyən əmrlər verilsin.Bu əmrləri icra edən kompyuterə həmin proqramlaşdırma dilinə uyğun olaraq geriyə cavab qaytara bilirdi. Fuzzy set -Dedikdə adətən çox qarışıq dəqiq olmayan riyazi modellər başa düşülə bilər .Fuzzy sets- isə insan dilini yəni insanın təbii dildə istifadə etdiyi sözləri kompyuterə ötürə biləcəyimiz riyazi modellərdir.Təxmini olaraq hər iki halda interfeys yaradıla bilmək ilkin məqsəddir.Birinci suala barəsində müəyyən qədər təəssüratımız formalaşdı.Deməli fuzzy sets-adlanan riyazi modellər vasitəsilə bunu edə bilərik.
İndi isə fuzzy sets-dən törəmiş anlayış ilə tanış olaq.Bu anlayış fazi məntiqidir.Bu anlayış bəzi sualları cavablandırmağa imkan yaradır.
Fazi məntiqi insanın düşüncə tərzinə yaxındır.
Fazi məntiqinin digər bir üstünlüyü ondan ibarətdir ki daxil olunan giriş verilənlərində dəqiqlik olmaya da bilər.Bu xüsusiyyət bizim ikinci sualda axtardığımız üstünlük hesab edilə bilər.
3-cü sual barədə düşünək.Biraz fərqli yanaşacayıq.Sualın yaranmasına səbəb proqramlaşdırma ilə əldə olunan nəticənin dəqiqliyi daim əlverişli olmaya bilir.Məhz bu səbəbdən proqramlaşdırma ilə əlaqələndirək.
Çox bəsit bir if else məntiqi qurduq.Əgər hava soyuqdursa ekranda Yes görəcəksiniz.Əks halda isə proqram tərəfindən 21-ci sətr icra olunacaq.Burada dəqiq bir məlumat daxil edib dəqiq bir nəticə əldə etdik.Buna alternativ olaraq Boolean məntiqi də göstərmək olar.17-ci sətirdə Yes əvəzinə 1 21-ci sətirdə isə No əvəzinə 0 təsəvvür oluna bilər.
Müqayisəyə bu yanaşma ilə davam edək.
Bizə bir sual verilir bunu iki cür cavablandıra bilərik.Birinci halda cavab konkret olaraq Yes/1 və ya No/0 ola bilər.
İkinci halda isə cavablandırmanı fuzzy logic ilə edirik.Artıq burada biz Lütfizadə yanaşmasına yaxınlaşırıq.Deməli konkret olaraq 0 və 1 cavabı yoxdur.Biz 0 və 1 arasında dəyərləri də nəzərə almalıyıq.Yenə təxəyyülünüzə müraciət edək.Çoxlu su ilə dolu stəkanlar var.Birinci qiymətləndirmə ilə isti olan su üçün də Yes cavabını alırıq.Əgər su çox daha yüksək temperatura malik olsa da yenə də Yes cavabını alırıq.Lütfizadə yanaşması bu stəkanlarda olan isti suyu bir birindən müəyyən qədər fərqləndirməyə imkan yaradır.Yes və No konkret olaraq yoxdur.Bunun əvəzinə bir qədər isti yetəri qədər kimi təbii dildə istifadə olunan ifadələrə olunan üstünlük verilir.
Stəkanları daxilindəki suyun isti və ya soyuq olmasına görə iki hissəyə bölüb düzməyə çalışacayıq.İndi belə düşünək.Siz klassik məntiq ilə yanaşmalısınız.Mən isə fuzzy logic ilə cavab verməliyəm.Sizə stəkanlardan birini uzadaraq isti yoxsa soyuq olmağını soruşacam.Siz klassik məntiqə uyğun olaraq bəli ya da yox deyəcəksiniz.Sizə uzatdığım ilk stəkan isti olduğu halda sualıma “Bəli ” cavabı verərək isti stəkan sırasına düzəcəksiniz.Yəni bir stəkan bir sıraya aid ola bilər.Stəkan ya isti stəkanlar sırasında dayanacaq ya da soyuq stəkanlar sırasında.Təkrarlayaraq gəlirəm ki eyni anda təsəvvür edək və nəticəyə parallel olaraq gələ bilək.Deməli bir element bir sıraya bir çoxluğa malik ola bildi.Çünki siz qiymətləndirməni və seçməni klassik məntiqə uyğun apardınız.Daha sonra siz mənə stəkanları uzatdıqda mən fuzzy logic-ə uyğun olaraq “biraz isti” “kifayət qədər isti” “çox isti” kimi ifadələr işlədəcəm.Həmin stəkanları başqa birinə uzatsanız mənim istiliyi üçün biraz isti dediyim stəkan üçün həmin şəxs kifayət qədər isti deyə bilər.Yəni burada linqvistik qiymətləndirmə insandan asılı olaraq fərqlilik göstərə bilər.Konkret şəkildə qəti bir nəticə olmaya da bilər.Digər bütün ehtimallara uyğun hallara da baxırıq.Bütün isti suları eyni qrupa aid etmirik.Aid etsək belə onları bir-birindən fərqləndiririk.Müəyyən dərəcələndirmə vasitəsilə isti stəkanların sırasında olan stəkanları da bir birindən ayırd edə biləcəm.Buna mənsubiyyət dərəcəsi deyirik.Bu barədə yenə bəhs edəcəm.
Süni intellekt və ekspert sistemləri bəsit müddəalarla necə mənimsəyə bilərik?
Elə sistemlərdir ki,insan məntiqinin əvəz edərək,insan kimi problemin və bu problemin həlli üçün uyğun qərar qəbul edə bilir.
Bu sahənin ciddi inkişafına təkan verən elektron hesablama maşınlarının yaranması idi.Məhz bu elm sahəsinin qarşısına qoyduğu əsas məqsəddən bəhs edək.Maşınlar çıxılmaz və ya olduqca qəliz hesab edilən situasiyalarda insan zəkası kimi analiz edərək məsələyə uyğun qərar qəbul etsin.Hətta insan zəkasından fərqli olaraq qeyri-müəyyən vəziyyətlərdə müəyyən nəticələr əldə edə bilsin.Süni intellektual sistemlər yarandıqdan sonra iki istiqamətdə yanaşma ilə öz inkişafını davam etdirirdi.Bu yanaşmalardan biri neyrokibernetikanı özündə birləşdirdi.Bu yanaşmanın özəyində bir fikir dayanırdı.Əgər cihaz və ya qurğu insan zehni kimi qərarlar qəbul edib,onu təqlid edəcəksə həmin cihaz insan beyninin quruluşuna oxşar olmalıdır.
İntellektual sistemlər süni intellektin bir hissəsini təşkil edir.İntellektual sistemlər özündə süni intellektin iki istiqamətini birləşdirir.Bunlar Hard Computing və Soft Computing-dən ibarətdir.Nəzər yetirsək əvvəllər daha çox sərt riyazi hesablamalara ehtiyac çox idi.Qeyri-səlis situasiyaların çoxluğuna baxmayaraq onlar üçün xüsusi hesablama metodları texnologiyaya tətbiq edilməmişdi.Lakin keçid mərhələsi baş verdi.Qeyri-müəyyən situasiyalarda cihazların qərarvermə qabiliyyətinə malik olması istiqamətində araşdırılmalara üstünlük verildi.1994-cü ildə Lütfizadə tərəfindən elmi tədqiqatlar nəticəsində Soft-Computing nəzəriyyəsi meydana çıxmışdır.Bu nəzəriyyə Hard Computing-dən fərqli olaraq maşınların intellect səviyyəsinin artmasına xidmət etmişdir.Beləliklə Soft Computing qeyri-müəyyənlik hallarında belə yumşaq hesablamalar nəticəsində istənilən effektiv həllərin tapılmasını təmin edir.
Ümümiyyətlə süni intellekt üçün bilik anlayışı çox önəmlidir.Bir digər yazıda proqramlaşdırma və süni intellectual sistemlərdə olan məlumat bazalarına müqayisəli bir yanaşma ilə toxunmuşuq.Ümümiyyətlə intellectual sistemlər barəsində danışarkən biliklər bazası anlayışı ilə tanış olacaqsınız deyə indidən kiçik bir giriş etməyi vacib bildim.
İntellektual sistemlər-Biliklər bazasına əsaslanan, nüvəsini biliklər təşkil edən, təbii dilə yaxın olan yüksək dil səviyyəsində işləmə bacarığına malik olan sistemlərdir.Təbii dilə yaxın olan yüksək dil səviyyəsində işləmə bacarığı dedikdə bilikləri istifadəçilərə təqdim edərkən təqdimat dilinin insan dilinə yaxınlığı nəzərdə tutulur.
Ekspert sistemlər intellektual sistemlərin geniş istifadə olunan növlərindəndir.Ekspert sistemlər müəyyən bir sahədə problem həllinə yönəlmiş proqram təminatı hesab oluna bilər.Bu sistemlər barədə düşünərkən belə bir sual ətrafında düşünməyə başladım.Görəsən niyə ekspert sistemlərin hər hansı bir sahədə seçilmiş problem həllinə yönəlir.Eyni zamanda bir ekspert sistem fərqli sahələrdən problemlərin həllini tapa bilməz? Keçən il araşdırmalarımda bu sistemlərin iş prinsipinin nəyə hesablandığına yönəldim.Deməli ilk zamanlar ekspert sistemlərin çoxsahəli fəaliyyəti barədə düşünülmüşdü.Lakin daha sonralar ekspert sistemlərin bir istiqamətdə məlumat yığımından istifadəsi daha səmərəli və yüksək səviyyəli nəticələr əldə ediləcəyinin qənaətinə gəlindi.Yenə bir sual barəsində düşünməyə başladım.Bu sistemlər intellektual sistemlərin bir parçası olduğu halda özü müəyyən sahəyə malik məlumatları ayıraraq onları ayrılıqda klassifikasiya edib eyni zamanda niyə müxtəlif sahədən problemləri həll edə bilmir??
Lakin suallarıma cavab tapmaq üçün araşdırmağa davam etdim.Ekspert sistemlər özünəməxsus xüsusiyyətlərə malikdir.İnsanlar üçün istifadəsi olduqca sadə və başadüşülən olmalıdır.Ekspert sistemlər olduqca ixtisaslaşmış mütəxəssislərin və ya ekspertlərin biliklərini öz bilik bazasında saxlayaraq problemlə qarşılaşdığı zaman bilik bazasından çıxarışlar edərək həlli əldə edir.Bu sistemin üstünlüyü odur ki bundan heç bir biliyi olmayan insanlar asanlıqla istifadə edə bilər.Belə bir yanaşma var.Ekspert sistemlər insan təcrübəsindən istifadə edərək bəzi problemlərə o qədər düzgün həllər tapır ki,hətta mütəxəssislərin həllərindən daha yaxşı həllər meydana çıxır.Ekspert sistemlər istifadəçilərinə mütəxəssislərin biliklərindən,onların təcrübələrindən faydalanmaq və analiz qabiliyyətlərindən istifadə imkanı yaradır.Müasir dövrümüzdə də ekspert sistemlər çox geniş tətbiq olunmaya başlayıb.Ekspert systemin xüsusiyyətləri barədə danışmağa davam edək.
Data və alqoritmlərdən fərqli real əlaqələri və situasiyaları özündə saxlamaq qabiliyyəti.
İstifadəçi ilə interfeys zamanı istifadəçinin dəqiq olmayan cavablarına baxmayaraq nəticə əldəetmə qabiliyyətləri
Problemi təyin edərkən və həll edən zaman istifadəçiyə izahetməyə cəhd etməsi.
Ehtiyac duyulduqda problem həllindən müəyyən nəticələri əldə etmək imkanı.Məsələn problem həll edilən zaman sona çatmazdan öncə sizə müəyyən bir hissədə olan nəticəni görmək lazımdır.Məhz bu ekspert sistemlər vasitəsilə mümkündür.
Hər hansı problemin həlli üçün təkcə bir cavab kifayət olmadığı hallar yaranır.Ekspert sistemlər öz bilik bazasından istifadə edərək bir çox cavab əldə edə bilər.Bir sözlə bu sistemlər nəticələr çoxluğu da meydana çıxara bilir.
Problemin həllini təbii dildə izah etmə qabiliyyəti.
Hər hansı problem həll edərkən qazandıqları məlumatlara bir başqa problemin həllində müraciət etmək bacarığı.Beləliklə daimi olaraq mütəxəssis bilik bazasına yeni məlumat əldə etmədən də inkişaf edə bilirlər.
Bilik bazasında olan biliklər hər hansı problem üçün tam məlumat olmasa belə bəzən həllə yaxın cavablar çıxara bilməsi.
Problemin həlli zamanı istifadəçiyə verdiyi sualların səbəbini və nə üçün bu suallara ehtiyac olduğunu istifadəçiyə asan dildə izah edə bilməsi.