Stories by Mirvari Hashimli on Medium
üzməyi birlikdə öyrəndiyimizi xatırlayırsan ? 2023
Sonuncu danışığımızın üzərindən artıq bir il keçib. Son bir ildə həyatım tam olaraq istədiyim yöndə dəyişməyə və şəkil almağa başlayıb. Tez-tez harada olduğunu, nələr etdiyini düşünürəm. Yatağımdan özümü çətinliklə qaldıra bilmişəm və sənin üçün bu məktubu yazmağa qərar vermişəm. Sənin fiziki olaraq aramızdan ayrılışından sonra aylarca dənizi görməyə gedə bilmirdim. Xatırlayıram ki, həyatda ikən sonuncu dəfə qeyd etdiyin doğum günündə sən vətənə qayıtmışdın, amma mən kilometrlərlə uzaqda idim. Sənin yaxşı olmana, olacağına ümid edirdim. Çünki hələ birlikdə uzunca illərimizin olduğunu düşünürdüm. Sonuncu dəfə dənizə ayaq basdığımda 2022 avqust idi. O günü xatırlayıram. Ayaqlarımın quma dəyməyəcəyi yerə qədər üzüb, ayaq barmaqlarımın ucuyla yavaşca təkan verib, özümü tamamilə dənizə buraxmışdım. O an hələ də zehnimdə çox canlıdı.
Göyün üzərində buludlar var, hava biraz sərindi, birazdan yağış yağmağa başlayacaq deyə dənizlə sağollaşıb çıxacam. Qulağımda sadəcə dalğaların səsi var. Üfüqdə çəhrayılıq, qəlbimdə sakitlik suyun üstündə uzanmışam. Evimdən çox uzaqdayam, amma həyatımda ilk dəfə evimə bu qədər yaxın hiss edirəm. Bir yandan da bilmirəmki, evdənmi qaçıram, evdəkilərdənmi qaçıram yoxsa səyahətmi edirəm, heç birinə dəqiq cavabım yoxdur. Hardasa əmin olduğum tək şey var, getdiyimi düşünürəm, getmişkən tamamilə gedim, bəlkə, deyə düşünürəm. Fikirləşirəm ki, ola bilsin indi ya da nə vaxtsa dəniz məni alsın, aparsın. Zehnim rahatdı, hiss edirəm, o günün bu gün olmadığını bilir, bəlkə bu gecə olar, amma indi deyil, bilir. İllər boyunca həmişə deyirdim ki, bir gün ölüm yerimi seçmə şansım olsa, dənizi seçərəm, su məni yusun, aparsın. Seçmədiyim hər şeyin çirkabından ayırsın məni, necə indi zehnimi yuyur, bədənimidə yusun, ölərkən təmiz ölüm deyirdim. Nə sahil o sahil deyil, nə də dəniz o dəniz deyil. İllər öncə ilk dəfə girdiyimiz dənizdən çox uzaqdır bu dəniz. Yadımdadır hələ də, sən özünü dənizə buraxırdın, o da səni yavaşca qaldırırdı, uzanırdın və baxırdın ətrafa. Bilirdim ki, gözlərin dəqiqliklə görə bilmir, amma səndə görməyi istəmirsən. Suyun bədəninə dəyməsi, qulaqlarından içəriyə dənizin səsinin dolması, gözlərinə düşən günəşin şəfəqləri, sən hiss etməyi istəyirsən, sən hiss edərkən orda olmağı istəyirdim mən də. Sonrasında dostlarından, tanışlarından dinlədiyim hekayələrdə də öyrənirdim ki, elə sən də seçirmişən hiss etməyi, ən ağrılı tərəfi elə sən özün də seçirmişən getməyi. Biz nəyi istəyirdik? Nəyi seçirdik? Hansı dənizdə yaşamı dadıb, hansı dənizdə yaşamdan ayrılacağımızı? İllər öncə sonuncu dəfə dənizdən yağış yağmağa başladığı üçün çıxmışdım, sonra necə oldusa heç cürə alınmadı, çox istəsəm də nə yayında, nə qışında ayaq basa bilmədim dənizinə bu dünyanın. Məni sudan ayıran şey elə suyun özü olmuşdu. Düşünürəm hələ də, səni ayıracaq bir damcıda olsa su qalmamışdı heç? Üzməyi birlikdə öyrəndiyimiz zamanları xatırlayıram, kürəyimindən tutub məni suyun üzərinə qaldırdığın anları, biraz-biraz üzməyi öyrəndikcə həyacanla sənə göstərməyə çalışmağımı, sənin həvəslə öyrənməni və mənim öyrəndiyim zamanları sevinclə izləməni. Boğulmaqdan qorxmurdum, narahatda olmurdum. Siz orada idiz. Birlikdə öyrənirdik, birlikdə üzür, birlikdə böyüyürdük. Onda elə bilirdim ki, elə həyat budu. Dəniz, sahil, dağlar. Geri qalan hər şey gəlir və gedir, insanlar, evlər, sözlər və hislər. Dənizlər qalır, dağlar, sahillər qalır. Bizlər gəlirik və gedirik. Dəniz özü qalsa da, dalğaları gəlir və yenidən gedir. Bizdən birinin qalmasını gözləmək qəribə gəlir artıq mənə. Yəqin biz özümüz də bu sahilə gələn bir dalğa idik.
Üzməyi birlikdə öyrəndiyimizi xatırlayırsan? İllər öncə yağış yağdığında o dənizdən ayrılarkən, böyük bir dalğanın gəlib bizləri ayrı istiqamətləri aparacağını düşünməzdim, buna inanmırdım. Bunun olmasından qorxurdum, amma bu qədər tez olsun heç istəməzdim. Üzməyi birlikdə öyrənmişik, amma necə olubsa ayrı dalğalarda boğulmuşuq. İlk dəfə eyni dalğa yuyub bizi, indi ayrı dənizlərdəyik. Səndən xəbər gəlməyəndən bəri üzməyidə unutmuşdum. Elə çalışırdım ki, boğulmayım gəlib səni aparan dalğaların arasında. Bu səfər, dalğaların altında qalmamaq üçün barmaq uclarımla itələdim özümü yuxarıya. Dəniz də, göyün üzü də qaranlıq idi, aldığım nəfəs idi, yoxsa ciyərimə dolan su idi bilmirəm. Üfüqdən işıq gözləyirdim ya da məni çıxara biləcək birini.
Suallar, gecikmələr və fikirlər
Alışdığım yerdən ayrıldıqdan sonra və artıq bəzi yerlərə heç getmədiyim üçün, bəlkə də bir növ orda var olmadığım üçün beynimdə bəzi suallar yaranır. Məsələn, hər zaman pişiyim üçün yem aldığım mağazada çalışan görəsən artıq niyə ora gedib yem almadığımı düşünürmü? Ya da binamızın ilk mərtəbəsində yaşayan balaca qız, hər gün gördüyündə maraqlı gözlərlə baxıb, salam verdiyi və qarşılıq aldığında sevindiyi 20-li yaşlarındaki qızı, günlər, həftələrdiki görmədiyi üçün harda olduğunu bilmək istədiyi olurmu? Mən uşaqkən 20-li yaşlarındaki qızlara baxanda, nə vaxt onların yaşında olacağım, necə bir insan olduğum, nələr etdiyim, yaşamın haralarında var olduğum fikirləri canlanırdı zehnimdə. Bəlkə də adını belə bilmədiyim o balaca qız üçün də mən elə bir təsəvvür idim. Adını niyə soruşmadım heç vaxt? Həyat qayğılarına, problemlərimə, yaşamda qala bilməyə başım o qədər qarışmışdıki, hər gün salamlaşdığım uşağın adını soruşmağı unutmuşam, açığı heç ağlımın ucundanda keçməyib. Gərək soruşardım. O tərəflərdə yaşayan çox tanışım var, hansı ki bir-birimizdə nömrələrimiz belə var amma zaman içində əlaqə saxlamağı dayandırmışıq. Görəsən məktəbdə oxuyanda ağlımıza gəlirdiki, bir gün belə olacaq münasibətlərimiz? İndi necədirlər ya da həyatlarında hər şey qaydasındadırmı bilmirəm. Bilməyi istəyərdim, yaşımız daha az olanda bir masa ətrafına toplaşmaq daha rahat idi deyəsən, bir-birimizi bu qədər itələmirdik ya da qınamırdıq. Universitetin ilk illərində çox maraqlı idi, insanlar, görüşlər, keçirilən zaman, dərdlərin danışıldığı masalar, axşamlar. Hətda o zaman aylarca zaman keçirdiyim biri ilə necə olurki indi bir necəsən belə demirik bir-birimizə? Sadəcə tək bir salamı yetərli olaraq qəbul edirik deyəsən. Burada ilk yayımladığım yazını oxuduğunu demişdi, görəsən ondan sonraki yazılarımı, indi bu sətirləri oxuyurmu? Həyatlarımızın bizi, bizimdə həyatlarımızı necə dəyişdiyimiz çox maraqlıdı. Bəlkə yenə də hardasa danışmaq şansı əldə edərik. Tez-tez getdiyim kofe shopdaki çalışan uzun müddətdir harda olduğumu, yazılarımı harda yazdığımı ya da hələ də orta şəkərli kofe içib-içmədiyimi düşünüb, başqa müştərinin sifarişlərini tamamlamağa çalışırmı? Uşaqlıq dostumla eyni qrupda oxuyan qız mənim adımı Çiçək olaraq xatırladığını demişdi. Universitetin ikinci ilində davamlı olaraq rəngli geyindiyim, gözümün üstünə boyalarımla çiçəklər çəkdiyim üçün adımı elə olaraq təsəvvür edib və bunu qəbul edib. Keçən ilin yanvar ayından bu yana daha tünd rənglərdə geyindiyim, çox zaman makyaj etmədiyim, may ayında demək olarki ya ağlayaraq dərslərə qatıldığım ya da ümumiyyətlə heç getmədiyim üçün nələr olduğunu bilmək, rənglərimin hara getdiyini öyrənməyə çalışdımı? Son zamanlarda podcast qeyd edə biləcək qədər rahat nəfəs ala bilmirəm, mənim sadəcə səsimi eşidən biri varsa əgər, yeni bölümü yayımlamağı gözləyərkən, hər gün girib təkrar-təkrar baxırmı? 5-ci sinifdə oxuyarkən bir sinifyoldaşım var idi, artıq üz cizgilərini xatırlaya bilmirəm, onun haqqında tək xatırladığım şey adı və soyadıdır. İndi hardadır, həyatdadırmı, kimlədir, doğulduğu ölkəyə geri qayıtdımı, görəsən həyatında heç aşiq oldumu, məni xatırlaya bilirmi, partayoldaşı olduğumuz və o sinifdən ayrılarkən sağollaşdığım tək insan olduğu hələ də yadındı? Görəsən xatirələri arasında yer alıram? Qardaşımın iti, yeni ailəsi ilə hardadır? Nələr olduğunu hiss etmişdi? Qardaşımın onunla keçirdiyi zamanları, onun qoxusunu, kim olduğunu, mənimlə bağlı dediklərini, birlikdə yuxuya getdiklərini, onun otağının içindəki əşyaları xatırlaya bilir görəsən? Bəlkə də darıxdığı zamanlar olmuşdu. Mən də həm Yen üçün, həm də qardaşım üçün çox darıxıram. Bacım işdən vaxt tapdıqca mənə yazmağa çalışır, o da önəmli şeylər olduğunda, ağlında mənimlə danışmağa başlayır? Anam bəzən yazdığım yazılarımı mənim xəbərim olmadan oxuyurdu, indi onlardan hansınısa xatırlayır? Uşaqlıq oyuncaqlarımız rayondaki evimiz ən üstündə, hamısı bir yerə toplanmış şəkildə durur hələ də. Onlarla oynamağa doymamışdım. Mənimlə danışsınlar deyə onlara yalvarırdım. Ümid edirəm ki, illərdi onları qaranlıqda buraxdığım üçün məndən küsməyiblər. Yazdıqca düşünməyə başladım ki, görəsən qaranlıqda saxlanılan hər bir parçam üçünmü indi qaranlıqda qalmaqdan qorxuram. Bəlkə də mənim xəbərim belə olmadan tarazlıq qorunur. Əvvəl yanına getdiyim həkimlər var idi, onların ağılına heç gəlmişəm? Sağaldığım üçünmü gəlmədiyimi düşünürlər, ya müştəri itirdiklərini? Həyatda qalıb-qalmadığım onlara maraqlı gəlir? Orta məktəbdə oxuduğum illərdə paralel olaraq musiqi məktəbinə gedirdim, mənim müəlliməm məndən sonraki tələbələrinə mənimlə bağlı nəsə deyib? İldə bir neçə dəfə saçımı qısa kəsdirmək üçün getdiyim saç ustası harda olduğumu, saçımı yenidən qısaltdığımı və ya artıq uzatmağa qərar verdiyimi düşünürmü? Ən yaxın dostlarımdan biri ona verdiyim çox önəmli sözü tutmadığımı və özümə zərər verməyə çalışdığımın fərqinə varmışdı? Keramik fincanlarımdan birini hədiyyə etdiyim insan o fincanı işlədərkən saniyəlikdə olsa ağlından keçdiyim olur? İlk keramik dərsləri almaq istədiyim zamanlarda ağlımda hazırlamaq istədiyim hədiyyə fikri var idi, o hədiyyəni bəyənib-bəyənməyəcəyini düşünürdüm. O hədiyyəni bu günklü günə qədər düzəltməmişəm, bəlkə də düzəltmiş olsaydım hədiyyədə edə bilərdim, hər nə qədər artıq aramızda güclü bağ qalmamış olsada. Ola bilsin bu yaxınlarda düzəldim, onu gördüyüm bir vaxtda, ya da görüşmək üçün mesaj atdıqdan sonra hədiyyəsini verərəm. Bəlkə də bunu heç vaxt etməyəcəm. Podcastımı dinləykən ağlayan insanlar olduğunu bilirəm, yazılarımı, şeirlərimi oxuyarkəndə duyğulanan biri var, olub, olacaq? İnsanı əyləndirən, güldürən şeylər yazmağı istəyərdim, amma qələmimin belə olmamasını daha çox sevirəm. Fikirlərimin ən filtersiz olan halı budur. Bəlkə də hələ də qardaşım yazdığım şeyləri oxuyanda gəlib mənimlə zaraftlaşır və ya köməklik edir. Mənə birlikdə mahnı bəstələyə biləcəyimizi demişdi, o zaman bunun üzərində çox çalışsam, bəlkə də indi bəstələdiyimiz mahnımız olacaqdı. Bu peşmanlıqlarım arasında yer alır. Bunu oxuyan sən, xahiş edirəm, hal-hazırda nə ilə bağlım tərəddüt duyursansa, bunu oxuyub, bitirdiyində get və həmən şeyi et. Məncə insanın kaş edərdim peşmanlığı çox ağırdır. Qardaşımla mahnı bəstələmədiyim, danışmaq istədiyim milyonlarla mövzu olmasına baxmayaraq, orda oturduğum müddətdə heçnə demədiyim üçün peşmanlıq hiss edirəm. Qısacası gözləmək, bəlkə başqa zaman demək kimi peşmanlıqlarım var. Ola bilsin o başqa zaman heç gəlməyəcək. Bəstələməyi düşündüyünüz o mahnını elə bu gün bəstələyin, o insanı bəyənirsizsə, bunu bir işarə olaraq qəbul edin və bir addım atın, bilirəm hal-hazırda qürurunuzu öndə tutursunuz, amma mesaj atmış, zəng etmiş olmaq, heçnə etmədən, suallar içində yaşamaqdan daha az ağrıdacaq. Yayımlamaqdan qorxduğunuz sənət əsərinizi indi yayımlayın. Saat 18:00 olduğunda sosial media aktivləşir, bəlkə daha geniş kütləyə çatmağınıza yardım edər. Bu arada hələ də kitab rəfində gözləyən kitabını oxusan əla olar bəlkə? Yardım istəməyin dünyanın sonunu gətirməyəcək, amma sənin sonunun daha gec gəlməsinə kömək edə bilər. Gözündə böyütdüyün imtahan balı sənin kim olduğunu təyin etməyəcək. Önəmli olduğunu bilirəm, amma sənin daha önəmli olduğunu düşünürəm. Uşaqlıqdan saxladığın rəngli karandaşlarla random xətlər, işarələr, şəkillər çəkməyi yoxlamaq fikri necə gəlir sənə? Qramatik səhvlər edirsən deyə yayımlamaqdan qaçdığın yazıları yayımla məncə, mənasını anlamağa çalışan üçün bu səhvlər gözlə görülən məqamlar olmayacaq deyə ümid edirəm. Çünki məndə tez-tez edirəm bu səhvləri. Bu arada dağınıq fikirlərin içində üzürəm deyə, çantamda həm kitab, həm dəftər, həm sketchbook, həm kamera, həm qələm, həm də dodaq boyalarımı daşıyıram. Ağır olduğunu bilirəm, amma sürətlə qərar dəyişdirirəm və əşyalarıma çox bağlanıram. Buda mənim varoluş formamdı. Tez-tez özümə zərər vermək haqqında düşünsəmdə, yaşamaq üçün etməyəcəyim şey yoxdu. Çox yorğunam və etməyi istədiyim çox şey var. Demək olar hər gün hansı tattoonu etməyi istədiyimi düşünürəm. Sizlə danışdığım müddətdə arxa planda tablomu düşünürəm, amma çox zaman bu düşündüyüm tablonu heç çəkmirəm. Çünki düşünməkdən o qədər yoruluram ki, çəkmək üçün gücüm qalmır. Amma siz yenə də düşündüyünüz şeyi edin. Məsələn bu yazı uzandıqca uzanır. Gecə yarısıdı və yazmağa davam edirəm. Özünüzə yaxşı baxın, yolda çiçək görsəniz gülümsəyib keçin, bəlkə eyni çiçəyə gülümsəmiş olarıq. Bu yazını burda bitirirəm. Oxuduğunuz üçün təşəkkürlər.
Uşaqkən hara aid olduğumu çox düşünərdim. O zamanlar başqa bir ölkəyə, başqa bir insana aid olduğumu düşünməyə cəsarətim çatmazdı. Məndə həmişə başqa bir ailəyə aid olduğumu düşünürdüm. Nə vaxtsa gələcəklərini, olmaq istədiyim insan olmağıma icazə verəcəklərini xəyal edirdim. Çünki istəklərim, uğurlarım, insanalara baxış bucağım, kimliyim, yaradacılığım, qorxularım, mənliyim içinə doğulduğum ailəyə aid hiss etdirmirdi. Elə fürsətim olan kimi, xəyallar qururdum. Uzaqlardan bir qatar gələcək, içi rəngarəng olan qatar. Məni alacaq, aparacaq uzaqlara, hansı ki orda heç kim bir-birinə qışqırmır, insanlar sevgi və sağlıq içində yaşayırlar. Hətda heç bir-birlərinə acı sözlərdə demirlər, böyük yemək masalarında öz uğurlarını qeyd edirlər, gülüb-danışırlar, qalxıb rəqs edirlər, şeirlər oxuyurlar, ən əsası məni o masaya aid hiss etdirirlər. O masada əyləşdiyim üçün sevinc hissi duyurlar, yəni orda olmağımın mənim üçün əhəmiyyəti olduğu qədər onlar üçündə əhəmiyyəti var. İllərimi bu xəyalın həqiqət olmasını diləyərək keçirmişəm. Amma bu xəyalım heç vaxt real olmadı. Nə başqa ailə gəldi, nə də özümü hansısa böyük masalara aid hiss etmədim. Amma uzaqlardan qatarlar gəldi. Mən heç birinə bilet tapa bilmədim, heç o sıraya daxil ola bilmədim. Qatarların içinə ən sevdiyim insanlar mindi, mən də hər qatarın arxasıyca var gücümlə qaçamağa çalışdım. Hər dəfə bir sonraki qatara minib, ora getməyi istədim. Amma mənə nə qatarın hara gedib çatdığını deyən oldu, nə də mənim minə biləcəyim qatarın nə vaxt gələcəyini deyən oldu. Qatarlar gedəndən sonra insanlar bir-biri ilə dalaşmağa, ağlamağa, bir müddət sonra onların kimliklər yoxa çıxmağa və ətraf qaranlıqlaşmağa başladı. Bütün bunlar hər dəfə oldu. Tanıdığım insanların gözündə, onlara aid olan şeylərin silindiyini gördüm. Beləcə daha çox əmin oldum ki, mən də o qatara ən qısa zamanda minməliyəm. Qatarlardan geriyə qalan insanlar da, olanlar da məni dəhşətə salırdı. Böyüməyə çalışırdım, amma yoxa çıxdığımı hiss edurdim. İnsanların məni ən doğmamın gedişi ilə günahlandırdıqdan sonra öz həyatlarına heçnə olmamış kimi davam etdiklərini gördüyümdə, xəbəri aldığım gecənin səhərində dünyanın qaldığı yerdən dönməyə davam etdiyinin fərqinə vardığımda, insanlığın ağ-qaradan deyil, bütün rənglərdən ibarət olduğunun, bəzi dost deyə yanımızda duran insanların, bizim cismi varlığımız var olduğu müddətcə sevə bildiyinin, yanımızda dura bildiyinin, insanın içi dolub-dolub, bir tək özünü məhv edə bildiyin, kimliyimin məndən başqa heç kimə aid olmadığını hiss etdiyimdə, mənim dünyamının, mən olduğum müddətcə var olduğunu, bütün bunlar mənim içimdə böyük bir boşluq açdığının, hansı ki bu boşluq mənim özümü belə udacaq qədər böyük idi, gecə yarısı zehmində dalğalanan bu fikirlərin səhər mənim tamamilə başqa bir insan olaraq oyanmağıma səbəb olacağını anladığımda illər sonra Tanrıya bir məktub yazdım:
“Ey Tanrı, səninlə barışa bilmədiyimi bilirsən. Yalnız qaldığımda, qorxduğumda, ağladığımda, ümid etdiyimdə, qaçdığımda, dayandığımda, varlığımda və yox olmağı istədiyimdə, sənə sığınmışam. Nəfəsim çatmayıb, ağlayaraq oyandığım gecələrdə, gəlib yardım etməyin üçün, sənə yalvarmışam. Məndən alıb-apardığın insanlara görə səninlə barışa bilmirəm. Bəlkə də, onları bu dünyada buraxmağı istəməyəcək qədər çox sevirsən onları, onda məni niyə burada buraxmısan?Bəs mənim evim hardadır? Bu insanlar nələr edir? Məni ən doğmamın gedişində günahlandırıb, necə vicdanları rahat yaşaya biliblər? Tanrım, səninlə barışa bilmirəm, heç xəbərim yoxduki sən hardasan, varmısan, yoxmusan. Sənin hər şeyi gördüyünü, bildiyini deyirdi anam. İnanırdım mən ona. Sevdiklərimi almısan, harasa aparmısan, bəs o qatarı mən gözləyirdim axı. Gözləyirdim ki, qatar gəlib, mənidə rənglərin canlı, insanların xoşbəxt olduğu yerə aparacaq. Axı mən getməyi çox istəyərdim. Əgər ora apardıqlarını sevdiyin üçün aparmısansa, məni niyə sevməmisən, Tanrım? Yox əgər burada qalıb savaşmağımı istəmisənsə, mənim bunu bacara biləcəyimi düşünmüsənsə, onda niyə qardaşımdan ayrı böyüməyimi seçmisən. Günlərlə sənə səslənmişdim, gəl, səni görüm, soruşa bilim, hardadılar deyə, anam ağlar qalıb, oğlunu qaytar, mən gəlim, qatarın biletini özüm yandırmışdım. Getmək istəməmişdim, ailəm var idi, indi geri ala bilmə şansım varmı bilmirəm. Sənə əsəbi deyiləm, küskündə deyiləm heç, bəlkə də heç bir ünvanı olmayan məktubdur bu. Səndən bir xahişim var, mənə onlardan bir işarə gətir, yaxşı olduqlarını bilim, mənim xəyal etdiyimdən də yaxşı yerlərdə olduqlarını görüm, hardasa var bir yol, oralara gəlmək üçün, amma hələ getməyi istədiyim başqa yollar var. Səninlə doğulub, səninlə böyümüşəm, ey Tanrım, mənə işıq ver, su ver, nəfəs ver. İşığı getdiyim yola tuta bilim, hara getdiyimi, addımlarımı hara, necə atdığımı görə bilim, o yoldan keçən insanlar üçün cığır açım, başqalarının işığını yandırmasına kömək edim, işığımı paylaşa bilim. Verdiyin su ilə, yaralarımdaki qanı yuyacam, bütün paltarlarım torpaq olmuşdu, onları təmizləyəcəm, əyilib anamın dizlərindəki torpağı siləcəm, mənə su verki, içə bilim, yolum hələ çox uzundur deyəsən. Mənə su ver, amma məni boğmasın, ola bilsin, alıb-aparacaq məni harasa, qoy aparsın. Elə buna görə də səndən nəfəs də istəyirəm. Nəfəs ver Tanrım. Əgər verə bilirsənsə, bir nəfəs ver, yaşamaq üçün, yazmaq üçün, yaratmaq üçün. Qardaşıma ver nəfəsi, son dəfə onu görə bilmək üçün. Bəlkə bunu etməyəcəksən, onda elə bir nəfəs ver ki, mən iki nəfərin adınada yaşayıb, yarada bilim. Qardaşımın da, özümün də işlərini tamamlamağa nəfəsim çatsın. Verdiyin nəfəsləri, məndə açdığın böyük boşluqlara doldururam. Mənə səbr ver Allahım. Dünyaya olan ümidimi itirməmək üçün. Gediş yolu çoxdur, səni inkar etmirəm, hər birində varsan sən, getməyə yardım et, sənin yanına gələn qatara minənə qədər, başqa gözəl istiqamətə gedən qatarlara minməyimə, bu gördüyüm, hiss etdiyim dəhşətləri, gözəl şeylərə çevirməyimə, özümü, insanlığı sevməyimə, bu özləmlə yaşamağa kömək et, Tanrım. Sənin qatarın mənim üçün gələndə səsindən tanıyacam, səni sevgi və sevinclə qarşılayacam. Burada qaldığım müddətdə də sevgi və sevinc hiss etməyimə yardım et. Səndən bir xahişim daha var, onları mənim belə sevə bilməyəcəyim qədər çox sev Tanrım. Qoy bizim özləməmizi çəkə bilməyəcək qədər çox sevilsimlər, icazə ver, sənin sevgində, bizim sevgimizdən də izlər olsun, necə ki bizim sevgimizdə, sənin sevgindən izlər var. Tanrım bu ağrıları, ümidlə əvəzlə, başımı qoya biləcəyim çiyin olsun, ağlayım, gülüm, yaşayım, unutmayım, unutdurmayım. Mənə, bizə kömək et Tanrım, səndən xahişim budur.”
summer poems
mirvari hashimli
when we were child
i remember days full of light.
can’t even forget
how we fell apart
missing each of moment
not just your hug or smile
even our fight.
and i am wondering every night
is there another life?
where we hug each other so tight?
i don’t know where I throw my pieces
i am falling from the top of the mountains
may i have to say apologies?
for to born
to cry
to love
to see
to touch
and’
to exist
sometimes, i think
i should take care of you and your pain
i should clean blood from your wounds
with my white shirt.
but, i don’t wanna wear
white shirts anymore
and even if i do
my whole body is covered in blood.
you’re leaving
and i am runnig after you
you’re leaving
i am sitting in your bed
thinking it is just a dream
looking around’ and realize
you’re leaving.
i am watching our father’s eyes
desperately sadness, i realize
you’re leaving
and you’re not leaving by yourself
taking my love for people
the light inside our eyes
spring of the years
but mostly and painfully
you’re leaving
you’re leaving with my faith in God.
suddenly i wake up and realize
i can find you every part of life
but you’re leaving
and
i am trying to give my everything
just for taking another breath
with only thought in my head,
you’re leaving
you’re not leaving alone
like you say before
you’re leaving
with half of us.
in every morning
you’re leaving
again
again
again
now i am sitting
middle of emptiness
like i always do
after storms.
my dearest friend standing
right side of the room
with wonder his eyes
if that make me hurt.
smiled and say, don’t worry
it hurt me.
can you light some candles for me?
there’re scary faces around me
they’re not my demons,
i know them from past
this is my clearest memory
they all loved me.
now i have to run away
but
they took my pieces
i am not trying to forgive them
just trying to get back
what was stolen from me.
getting harder to run on old paths
because of too much blood
and the drowning little girl
just like me.
can you light some candles for me?
maybe all of them dissapear
and
we can sleep in some peace.
so, if i can’t reach the little girl,
you can watch the sea and remember me.
summer’23
from my camera’ stock media
Tablo : Üzləşmək
Bəzən insanlardan, içində yaşadığımız toplumdan gizləndiyimiz çox olur. Gözlərimizi qaçıraraq, üzümüzə böyük gülümsələr yerləşdirərək, ən parlaq rəngləri geyinərək, edə biləcəyimiz ən gündəlik şeyləri edərək içimizdəki qaranlığı çox dərinlərə basdıra bilmə ehtimalımıza ümid edirik. Çünki qaranlıq bilinməzlik və qorxunu gətirir. İnsan yalnız başqalarının deyil, öz qaranlığından belə qaçmağa çalışır, onu tanımaq, hətda onu anlamaq belə istəmir, onun öz ruhunun bir uzantısı olduğunu və istədiyi qədər gizlətməyə çalışsa da, getdiyi hər yerdə, etdiyi, gördüyü, sevdiyi, nifrət etdiyi, yazdığı, çəkdiyi, izlədiyi hər şeydə içindəki qaranlığın onu kölgəsi kimi izləyəcəyi həqiqətini görməzdən gəlməyə çalışır. Amma bəzi hallar da qaranlıq da öz azadlığını əldə edir və insan iradəsinin kənarına çıxaraq, onu yox sayan varlığın önündə dayanır. Birini itiririk. Artıq əllərimizin ona toxuna bilməyəcəyinin fərqinə varırıq, artıq onu qucaqlaya bilməyəcəyimizin və gözlərini izləyə bilməyəcəyimizin fərqinə varırıq. Birini itiririk. Başqa bir dəfn anına gücümüz yetəcək kimi olmur, azad buraxırıq, idarə bizdən yavaşca ayrılır və qaranlıq yenidən dünyamıza gəlmək üçün bir şans əldə edir, sümüklərimiz arasında yavaşca süzülür, özünü toparlayır və bir küncə ya da bir yatağa sıxılıb qalmış bədənlərimizin qarşısında dim-dik dayanır.
Qaranlığın üzünə başımı qaldırıb baxdığım ana qədər, onun göndərilmiş bir cəza olduğunu, nifrətlə qarşımda durduğunu düşünürdüm. Amma daha ağırı ilə gəlmişdi, əlində bu günə qədər anlamağı dilədiyim nə varsa, hər birinə aid cavablarla gəlmişdi. Üzündə nifrətə dair heç bir iz yox idi, sadəcə bu qədər yox sayılmaqdan dolayı çox üzülmüşdü ya da bilmirəm, bəlkə də uşaqlıqdan birlikdə böyüdüyümüz insanı itirməyimizə ağlayırdı. Bütün ətrafımı saran qaranlığı izlədikcə anlamağa başladım. Bir insanın niyə qaranlıqda qalmağı seçə biləcəyini, danışmağa həvəsli olunan mövzuların heç danışıla bilməyəcək qədər yorğun olunmasını, Vincent Van Goghun niyə qulağını kəsdiyini, yaralarındaki qan quruyana qədər yaralarını açıq buraxanları, Big Bangdan (Böyük Partlayışdan) sonra kainatın necə qurulduğunu, niyə birini itirən insana səbr dilədiklərini, bütün inanc sisteminin, xəyalların, düşüncələrin, hislərin, varlığın necə başdan-başa sıfırlanıb, yenidən qurulmaq üçün güc tapıla biləcəyini ya da tapılmağa çalışacağını, insanla, təbiətlə, canlılar və cansızlarla olan bütün savaşların hər-hansı qalibi olmayacağını və qaranlığını sorğuladığım hamını tək-tək anlamağa başladım. Ən dərindən anladığım isə, insanların qaranlığa niyə bu qədər qorxunc olaraq yanaşmaları idi. Çünki qaranlıqda ən kəskin görünən şey öz içimdəkilərin əks olunması idi. Hər yaşımdan, hər anımdan mənlər gəlmiş, harda başlayıb, harda bitdiyini bilmədiyim qaranlıqda mənlə birlikdə ağlamağa razı olmuşlardı. Acı çəkən gözlərdə, işığı tapmaq necə çətinmiş deyə düşündüm. Mənlərimi izlədikcə anlamağa başladım, acı çəkən bir qəlbdə sevgi qırıntıları tapmaq belə necə ümid verici imiş.
Üzləşmək necə ağır imiş. Bir dəfə də olsun, yenidən qucaqlamaq üçün hər şeyi verə biləcəyin insanı itirdiyin həqiqəti ilə üzləşmək, acının insanı nəyə, kimə dönüşdürə biləcəyi həqiqəti ilə üzləşmək, amma ən qəribəsinin də qaranlığın bizə o acını dönüşdürməyimiz üçün sonsuz şans verməsi, əgər onu dönüşdürməyə cəhd etməzsək, ona təslim olmağın acıdan acı doğura bilcəyi ilə üzləşmək oldu. Yazılan, çəkilən ya da başqa formalara dönüşdürülən qədər asan deyil acı ilə üzləşmək, çünki peşmanlıqlardan, özləmlərdən, qorxulardan, yaşamaqdan, burda olan yaşamdan ayrılmaqdan daha çətinmiş üzləşmək. Deyəsən şanslı olduğumuz bir şey var o da, acının bir forması yoxdur, onu biz istədiyimiz formaya sala bilərik. Yük olub çiyinlərimizdə ev sahibliyi etməsinə, nifrət olub hər şeyə, hər kəsə qəlbimizdə yanan alovdan atmağa, tablo olub qaranlığımızı rəsm etməyə, yazı olub itirdiyimiz və yaxını itirən hər kəsin acısının xatirəsinə baş çəkməyə, qucaqlanma olub varlığımızı xatırlmağa, zamanın qısalığını xatırlayıb dəyərləndirməyə, burda yaza bilməyəcəyim və sonsuz ehtimalda var olan milyonlarla şeyə dönüşdürə bilərik. Duyduğumuz özləmlə nə edərik mən özümdə bilmirəm, amma qaranlığımızın içində olsaq belə o acıyı bir şeyə dönüşdürsək, bəlkə qaranlığımıza tuta biləcəyimiz bir işıq yandırarıq. Özləm isə artıq fiziki olaraq aramızda olmayan bütün sevdiklərimizi xatırlama yolumuzdur.
Üzləşməyə məcbur olduğum həqiqətə məktub:
Özləmin məndə hər zaman var olacaq, sənə duyduğum özləm belə qaranlığıma işıq yarada bilməyimə kömək edir, təşəkkür edirəm qardaşım, neçə yaşıma qədər burda olaram bilmirəm, amma burda olduğum müddətdə sənə duyduğum özləm hər zaman var olacaq, səni çox sevirəm, sənə sonsuz qucaqlamalar yollayıram qardaşım, mənə öyrətdiyin hər şey üçün təşəkkür edirəm və qəlbini qırdığım nə varsa çox üzr istəyirəm, ümid edirəm ki bilirsən, mən səni hər zaman çox sevdim, hər zaman çox sevəcəm. Aramızda uzaq məsafələr varmış kimi görünə bilər, amma mən etdiyim bütün işlərdə sənin izlərini tapa bilirəm, anamızın gözlərində, sevgi dolu sözlərində hər zaman ən gözəl yerdə olduğunu bilirəm, bacımızla hər qucaqlaşdığımızda sənin də bizə sarıldığına əminəm. Ailəmizin hər bir üzvünün, dostlarının, tanışlarının, işlərinin, hətda keçdiyin hər bir yolun səndən sonsuz izlər daşıdığına əmin ol. Yalnış anlama sənlə vidalaşmıram, zamanımızın danışmağa yetmədiyi şeyləri yazıram sənə ara-sıra. Daha çox zamanımızın olmasını çox istəyirəm. Bizlə birlikdə olduğunu bilirəm, hətda sənə gəldiyimiz gün yuxarıda vertolyot uçduğunu gördüm, əminəm ki sən də gördün və bir yerlərdə hələ də var olan uşaq bizlər tullana bildiyimiz qədər hündürə tullanıb yuxarıya əl sallayırıq və “Salammm, biz burdayıqqq” deyə qışqırırıq. Biz burdayıq qardaşım, sənə danışmalı olduğum çox şey var. Hamımız səni çox sevirik, Mircavad.. Qucaq dolusu sevgilər göndərirəm sənə, hamımız adına, görüşəcəyimiz günə qədər, var edə biləcəyim hər şeylə sevgilərimi göndərəcəm sənə. Qaranlığıma işıq tutduğun üçün təşəkkür edirəm qardaşım, sevgilərlə balaca bacın Mirvari..
Qardaşıma və özlədiyimiz bütün yaxınlarımızın xatirəsinə..
Bu yazını bu gündən və bundan bir həftə öncədən, özümə illərdir etiraf edə bilmədiyim bir çox şeyi etiraf edərək və bütün bunları qəbul edib, yoluma davam edərək yazıram. 19 yaşıma daxil olduğum həftədə ən böyük təşəkkürümü, illər öncə çox sevdiyi bir romanı alan, bitirdiyində də həyatdan ayrılmağa qərar verib, sonra hər səhifəsində cümlələrin altını möhkəm-möhkəm xətlər çəkən uşağa borclu idim. Əslində ruhunun acısını o cümlələr təsvir edir və bəlkə bir ümid onu bu yolla anlayarlar deyə bunu etdiyini zənn edirdim. Üstündən illər keçdikcə anlamağa başladım, o uşaq o kitabı bitirməyi heç istəmirdi. 480 səhifəlik kitabın 304-cü səhifəsindəki, “Hamı özünü qorumağı bilir, məndən başqa.” cümləsinin altını xətlədi və bir daha heç tamamlamadı o kitabı. Bu gün podcast-ə qulaq asarkən dayandım və o anda xatırladım bu cümləni. 19 yaşındayam və mən düşündüyümün əksinə yaşamağı, doya-doya hiss etməyi deyil, sadəcə özümü qorumağı öyrənməyə çalışırmışam. Tanıdığım hər kəsdən, hər canlıdan, içində olduğum hər situasiyadan, hər şeydən özümü qorumağa çalışmışam. Əllərim, sözlərim, bütün bədənim və mənliyim savaşmaq üçün hər zaman hazır olub və bu mənim normalıma çevrilib. O zaman anladım, insanlara hiss etdiyim sevgimi, zənn etdiyim qədər vermirəm. Hətda insanları keçdim, əlimdən alacaqlar və ya itirəcəm, ya da hər hansı bir şey olacaq deyə, hər hansı bir cismi, ismi, varlığı, məkanı və ya anı bütün ruhumla hiss etmirəm, orda bir yerdə qaçmaq və ya savaşmaq üçün özümə uyğun şəraiti hazırlayıram. Bütün bunları düşündükdən sonra, bunu heç etməsəmdə, (yəni bunu etmək əvvəllər özümü yetərsiz və cəsarətsiz kimi hiss etdirsədə) ölümdən qorxduğumu, əslində yaşamdan, ölüm bir gün hər şeyi məndən alacaq qorxusu ilə qaçdığımı özümə səsli bir şəkildə etiraf edə bildim. Bütün bunları anlamaq, illərdir topladığın bütün silahları yerə endirmək mənasına gəlir. Amma bilirsənki onları bədəninin hər parçasında gizlətmisən. Üstəlik hər birinin öz yeri və qabı var, hər biri səni qorumaq üçün hazır vəziyyətdədir, hansını nə zaman, kimə qarşı və necə işlədəcəyini öyrənmisən. Yoxsa hər gecə yatdığında, hər səhər oyandığında, hər anında necə güvəndə hiss edəcəkdin? Özümə bu bəhanələri sadalarkən, o uşaq qarşımda durub, tərəddüt ilə gülümsəyən üzü, qulaqlarının yanında olan saçları, durmadan tərləyən əlləri ilə mənə baxırdı. Əlləri yenə çox tərləyir, bəlliki narahatdı, burda olan bir tək mənəmssə, deməkki o uşaq bu səfər məndən narahatdı. Yox, yox, o uşaq məndən sarı narahat deyil, aynada gördüyü əksinin mən olmasından dolayı narahatdı. Üstündə bu qədər silah var, çiçəklər, kitablar, şeirlər və sevgilər hardadı bəs deyə təkrarlanır o səs. Tərləyən əlləri ilə yazdığı yazıları, şeirləri mənə uzadır, sağalmaq üçün əlindən gələni edən bir uşaq olaraq, bəhanələrdən hazırladığım qabların içinə qoyaraq daşıdığım silahların, bizə deyil, digər insanların uşaqlıq hislərini basdırıraq, travmaları ilə hazırladığı silahlar olduğunu xatırladır. Mənə davamlı olaraq xatırlamalı olduğum bir şeyi təkrar edir: heç bir canlının sənin travmaların səbəbi ilə silah hazırlamasına və bunu özünü sənə qarşı qorumaq üçün necə istifadə edəcəyini öyrənməsinə səbəb olma.
Onun duyğularını xatırlayıb, bunları qəbul edəndən sonra, bədənimidə durmadan xəstə olduğu üçün günahlandırmağı və ona pis davranmağı dayandırdım. Həssas olan və tez-tez ağrıyan bədənim deyil, hər zaman savaşmağa hazır olan ruhum idi. Buna görə yorğun idi, deyilənlərə çox inanmışdı. Bu dünyada başqa cür yaşana bilməyəcəyinə, savaşı dəstəkləməzsə vətəni sevmədiyinə, heyvanlardan istifadə etməzsə sağlam olmayacağına, sevginin qan bağları ilə duyulmalı olduğuna, hamının onu tərk edəcəyinə, uğursuz olacağına, sevdiyi işi görərərək istədiyi pulu qazanmayacağına, insanlara yardımın bir fayda olmayacağına, tək əldən səs çıxmayacağına, o bütün bunları, inandığı hər şeyi kənara qoyaraq doğru olaraq qəbul etmişdi. Ancaq indi anlaya bilirəm, uşaqlar hər şeyin ən doğrusunu bilir və hiss edir. Çünki onun heyvanların yaşamının da ən az bizimki qədər dəyərli olmağına inandığını və dad üçün, bayram üçün onlara zərər verilməsindən ləzzət almadığını, bu dünyada başqa cür yaşamağında mümkün olduğunu, savaşın hər nə səbəbə olursa olsun doğru olmadığını və buna inandığımız üçün günahkar olmadığını, sevgini bağı olan və ya olmayan hər canlıya hiss edə biləcəyini, ən kiçik hərəkətlərin belə, böyük nəticələrə gətirib çıxardığını və fayda verdiyini, sevdiyi işi düzgün şəkildə görmənin, onu dünyanın ən rahat yaşayan insanına çevirəcəyini çoxdan bilirdi. Həqiqətləri öyrənmək üçün böyüməyə ehtiyacı yox idi, sadəcə biraz daha gülümsəməli, ağlamalı, sonra yenidən özünə dönüb baxmalı idi, çünki ancaq o zaman anlaya bilərdi doğruları. Çünki o ən başından anlamışdı, dünyaya, savaşlara, əzbərlərə baxaraq insan olmağı öyrənə bilməyəcəyini.
Bunun üçün biraz gecikmiş ola bilərəm, amma artıq başqalarından gözləməyəcəm bunu. Güldüyündə də, ağladığında da səni sevməkdən vaz keçməyəcəm. Qaranlıqdan qorxduğunda, işıq yandıracam, ac olduğunda yemək yediyin üçün əsəbləşməyəcəm, çox və ya az yediyini deməyəcəm. Bir daha konsertinizin bitişində, hamı səhnədən enib valideynini qucaqlarkən, səhnənin ortasında durub tamamilə yalnız hiss etdiyində gözlərinin dolmasına səbəb olmayacam. Artıq heç bir səhnədə, heç bir anında kimsəsiz hiss etməyəcəksən, hər hansı bir işdə yaxşı olmadığını dediklərində, onları ciddiyə almayacam. Səni sevdikcə və sənində bütün bunları bağışladığını hiss etdikcə içimdən də, xaricimdən də, eyni duyğunu yaşayır, bunu insanlara açıqca bəlli edir və artıq bunun yalnış olmadığını anlayıram. Biraz gec olduğunu bilirəm, amma bu səfər bütün sevgim ilə gəldim, hər nə olursa olsun gülümsəyən üzünü, ovuclarımın arasına alıram, səni sevmənin heç bir yalnış və ya çətin tərəfi olmadığını deyirəm. Bu səfər başqa birini gözləmirəm, bu gün sənin çiyinlərindən özüm öpürəm və çoxlu təşəkkür edirəm.
Əgər çox kiçik yaşlarınızdan bədəninizlə bağlı fikirlər yürüdülmüşsə və sizin balaca bədəniniz onlar üçün çox böyük görünmüşsə, fiziki kilonuz azalsın və ya çoxalsın, siz, sizin üstünüzə yüklənmiş ağırlığın altında həyatda qalmağa çalışırsınız. Xatırlayıram, oturulan masalarda yediklərim və ya yeməyi çox istədiyim hər şey mənim üçün hər zaman “çox” idi. “Ya çox şəkər qəbul edərdim, ya da çox çörək.”
Bunlar sənin sağlığın üçün faydalı deyil, Mirvari.
Gözəl görünmə şansın var, gənc bir qız olduğunda kilolarından dolayı əziyyət çəkəcəksən.
Başınmı ağrıyır, ayağınmı sınmış, qolunmu çıxmış, qəlbinmi qırılmış- əslində kilo vermiş olsan bunlar heç biri olmayacaqdı.
Çox kilo vermisən, üzün çökmüş vəziyyətdədir, kim səni arıqlmağa məcbur edib, bunu sən etmiş ola bilməzsən. Yenə çox kilo almısan, 5 kq daha versən mükəmməl görünəcəksən.
BLA BLA BLA BLA BLA BLA……………
Bu sözlərin bir çoxu sizə tanışdır, sadəcə fərqli adlarla səslənmiş ola bilər, ya siz tərəfdən, ya da sizə qarşı. Bu səfər dəyişiklik edək və bütün bunlara məruz qalan birinin bədənin içindən danışaq, yalnız xaricindən deyil. Məsələn, kilosu nə qədər aşağı olarsa olsun, insanların yanında yemək yeməkdən utanmasından, çünki hələ də bir əlin onun önündəki yeməyi çəkib almasından və ya qırıcı sözlər eşitməkdən qorxmasından. Çox ləzzətli yemək və şirniyyat yeyirsiniz və əylənirsiniz, mədəniz toxluq hissini qavramağa başladıqdan sonra, artıq idarə etmə sizdən çıxır və tək istədyiniz şey yediyiniz hər şeyİ qusmaq və bir daha heçnə yeməmək olur. Sonraki günlər az-az yeyirsiniz, böyük zaman aralıqları qoyursunuz, bədəniniz şəkər krizləri yaşamağa başladıqda ya tapa bildiyiniz hər hansı bir şeyi yeyirsiniz, ya da heçnə yeməyərək, spazmlar, ürək getmələri yaşacaq həddə gəlirsiniz. Mənim fikrimcə heç kim yemək yediyi üçün peşmanlıq hissi duymamalıdır. Uşaqlıq, yeniyetməlik dövrü boyunca durmadan kilolarınızı, yemək yemənizi lağa qoymaları sizin yalnışınız olmasa belə, hər yemək yediyinizdə peşmanlıq və iyrənmə hissi yaşamaq qaçınılmaz bir acı verir. Bəzən olur, bütün simptomlar səssiz-sədasız kənara çəkilir, toparlanmış, özgüvənli, ağrısız hiss edirsiniz. Hətda yediyiniz yeməklər və yemə aralıqlarınız sağlıqlı cədvələ girməyə başlayır, taki biri gəlib arıqladığınız üçün necə gözəl göründüyünüzü və ya sizin uzanarkən belə bir yerlərə dəyən və ağrıdan sümüklərinizdən birinə toxunaraq, bu “möhtəşəm uğrunuzla” bağlı təbriklərini dilə gətirənədək. Yalnız çox yediyinizi düşündüyünüz üçün yox, həmdə birindən, olan hadisələrdən iyrəndiyiniz üçün, fikirlərinizi, əsəbinizi qusa bilmədiyiniz zaman, durmadan yediyiniz, içdiyiniz hər şeydən iyrənməyə və qusma istəyini yaşamağa başlayırsınız.
Uşaq ikəndə çox maraqlıydı, birinin kilosundaki rəqəmlər artdıqca onu sevə bilmə gücümüzmü azalır? Kim bizə bir görünüşə bağlı ola biləcəyimizi, baxışa, bədənə, gülüşə aşiq olmalı olduğumuzu deyir? Bütün bunları niyə doğru kimi qəbul edir və illərdi çox özlədiyimiz birini gördüyümüzdə belə ilk xarici görkəminə fikir bildiririk? Özlədiyimiz şey, qarşıda duran insanın cismimiydi? Axı mən dostlarımla oyun oynamağı sevirdim, onların görnüşü mənə zərrə maraqlı gəlmirdi, oyuncaqlarımızı, əyləncəmizi bölüşürdük, yıxıldıqda yaralarımızı belə bölüşürdük. Mən anamın gözəlliyini təsvir etdiyimdə onun xarici görkəminə baxaraq danışmırdım, varlğının ən dərinlərini qavrayır, gözəlliyini hiss edirdim, bunun görməklə bir əlaqəsi yox idi. İndi bunların içində sıxışmaq yalnız bədənimə deyil, ruhumada çox ağrı verir.
Mən sadəcə bir bədən deyiləm, sən də elə. Aynaya hər baxdığımda sahib olduğum bütün gözəllikləri qavrayacam. Səni hər gördüyümdə, özünə məxsus gözəlliyinə heyranlıq duyacam ❤. Məni hər gün həyatda tutmaq üçün var gücü ilə çalışan, ona nə edərsəm edim, hətda qırıcı sözlər dediyimdə, nifrətimi bəlli etdiyimdə , özümü yeməkdən uzaqda tutduğumda, aclığa buraxdığımda, dərmanlarımı vaxtında qəbul etmədiyimdə belə, bu həyatın bir parşası olmağıma yardım edən bir bədənə sahibəm. Bunu çox incinmiş, travmalarla dolu olan başqa bədənlərdən çıxan fikirlərə görə yox saymayacam.
Bütün bunları və daha çoxunu yaşamış ola bilərsən. Bəlkə də birinin bunları yaşamasına səbəb olmuşda ola bilərsən. Əmin ol, yalnışından geri dönmək, nə etdiyinin fərqinə varmaq, yardım etmək, sevgi göstərmək və birinin sərhədlərinə hörmətlə yanaşmaq bir çox şeyin düzəlməsinə, daha yaxşı hala gəlməsinə yardım edəcəkdir. Görnüşlərimizi itirəcəyik, birini xatırladığımız tək şey onunla son dəfə hansı duyğuları bölüşdüyümüz olacaq. Mən görnüşlərimizi deyil, səslərimizi, sözlərimizi deyil, duyğularımızı gözəl bölüşməyi istəyirəm, bizdən geriyə sonsuzluğu təşkil edəcək olanları.
Yaşamın tərkibində “var” ola bilmək.
Hər birimiz yaşamın tərkibində fərqli-fərqli yollarla var olmağa çalışırıq. Yaşama ilk toxunduğumuz andan etibarən var olmaq üzərinə verdiyimiz savaşın sancılarını çəkirik. Bu gün haqqında danışmaq istədiyim şey bir və ya bir neçə psixolojik problem ilə yaşamaqdır. Həyatda olmaq sizin üçün nə ifadə edir? Nəfəs alıb-verə bilmək, insanların minnət duyduğu biri olmaq, biriləri üçün ümid işığı olmaq, dünyanın ən gözəl, bacarıqlı insanını sevmək, sevgi dolu ailəyə sahib olmaq, uğruna yaşayacağın bir məqsədinin olması? Bəs sizcə obsessiv biri üçün var olmaq nə mənaya gəlir, ya da borderline biri üçün , həmçinin bipolyar, şizofren, sosial fobiyalı, depresyon diaqnozu qoyulmuş və ya hələ nəyə sahib olduğunu anlamadan, bütün bunların içində dönüb-durduğunu düşünən biri. Bir duruma sahib olduğunuzda və bunun fərqinə varmağa və ya tamlıqla diaqnozu aldıqda, həyat əvvəlkindən daha fərqli irəliləməyə başlayır. Bizə göstərilənlərin əksinə, obsessiyalara sahib olduğunuzda yalnız bəzi tiklərə və ya aşırı təmizlik düşüncələrinə sahib olmursunuz. Hər səhər oyandığınızda, qidalandığınızda, dərsinizi dinlərkən, işinizi görərəkən, əylənərkən və qorxarkən, hər bir anınızda, siz və mənliyiniz arasında duran nəhəng bir bədheybət olur. Durmadan danışır, gülür, əlinizdən sizin idarə etmənizi alır, cəsarətinizi, diləklərinizi, həyat enerjinizi. Sizi bəlirli şeylərə bağlı hala gətirir, təmizliyə, hər hansı bir əşyaya və ya insana, bəzən qorxulara, bəzən sizi həm fiziki, həm psixolojik olaraq çox incitsə belə bəlirli bir hərəkətə, xəstəliyə, ağrıya, içtən-içə sizi öldürən hər şeyə. Eyni ilə həyatınızda hər şeyin yaxşıya getdiyini düşündüyünüz manic (maniakal) dövrünüzün bitməsi ilə bəlirsiz zaman aralığında depressiv dönəmə daxil olmağınız kimi. Bunlardan hər hansı birinə və ya bir neçəsinə sahib olduğunuzda, bunlara sahib digər insanlarla eyni xüsusiyyətləri göstərməmə ehtimalınız vardır. Bəziləri üçün daha rahat keçən bu dönəmlər sizdə tam tərsi olaraq ağırlaşa bilir, həmçinin bunun tamamilə əksidə mümkündür. Lakin nələrə sahib olmağınızdan aslı olmayaraq, qəlbən istənilən tək bir şey olur, anlayışla verilən qayğı. Şüurumuzda özünə məskən salan bədheybətlə , hər gün bizi lağa qoyan gözlərlə, idarə etməmizi əlinə alan paranoyalarla savaşarkən analamağa və anlaşılmağa ehtiyac duyuruq. Bütün bunlara sahib olduğun üçün nə yalnız, nə də yalnış deyilsən. Bu səbəblə hər nə olursa olsun, hər nəyə sahib olursansa ol, burda olduğun üçün minnətdaram. Burda olmağa davam et, bölüşməli və anlamalı olduğumuz çox şey var.