Stories by Mubariz Yusifzade on Medium
Əvvəlki yazımda Dizayn Zibilliyi haqqında biraz yazmışdım, bəzi məqamlara toxunsamda bəziləri haqqında yazmadım. Fikirləşdiyim hər şeyi yaza bilmirəm təsüfki, Problemlərin var olduğu və onların fərqində olduğumuz bir həqiqətdir. Mənim məqsədim yalnız problemləri təsvir etmək deyil, eyni zamanda onları necə həll edə biləcəyimiz barədə fikirlərimi də paylaşmaqdır.
Bu yazıda filan saytdan font yükləyin, burdan stok şəkil tapın tipli ucuz məsləhətlər olmayacaq, əksinə, öz şəxsi təcrübəmi əsaslanaraq, dizayner kimi özümüzü inkişaf etdirərək bu zəbilikdən çıxmağın yollarından bəhs edəcəyəm. Yazdıqlarımı çoxunuz bilirisiz və ya bilmirsiz, bunu biləmmərəm mən, ama əminəmki hərkəsə maraqlı olacaq. Bu yazı yeni başlayanlar və hazırda qrafik dizayner olaraq fəaliyyət göstərən şəxslər üçündür. İstədiyiniz səviyyədə dizayner olmaq vaxt və əmək tələb edir, əminəmki çoxunuz bu yolu çox uğurlu halda tamamlayacaqsız.
İlk öncə kim olmaq istədiyinizə qərar verin, hərkəs yaradıcı reklam vizualı və ya yaxşı loqo hazırlaya bilməz. Özünüzü bir istiqamət üzrə fokuslaya bilərsiz, əgər sizdə illustrasiya çəkmək yaxşı alınırsa bunun üzərində səmərəli işləyin, işinizə yenilik qatın, bu sahədə olan ən yaxşısı olmağa həvəsli olun. Bacardığınızı yaxşı etmək hərşeyi yarımçıq etməkdən daha uğurludur. İnternetin və tanınmağın bu qədər asan olduğu bir dövrdə sizin ulduzunuz mütləq parlayacaq, sadəcə fərq yaratmaq lazımdır, sizi başqalarından fərqləndirən bir tərəfiniz yoxdursa bunun üzərində çalışın. Yeni rəng paletləri yaradın, fərqli tərzləri birləşdirin, insanlara toxuna biləcək vizuallar hazırlayın.
Mənə görə uğurlu olmağın ən vacib yollarından biri yaxşı analiz etməkdir. 2 növ analiz var: 1. Uğurlu incəsənət insanları izləyin, bu müğənnidə ola bilər, aktyorda, fotoqrafda, dizaynerdə. Nümunə üçün. Bu insanlar necə uğurlu oldular, nə etdilər, hansı yeniliyi gətirdilər. Bu suallara cavab tapmaq lazımdır, bugün öz sahəsində çox uğurlu olan şəxslər mütləq hansısa yeniliyi edərək özlərini tanıdıblar. 2. Uğurlu dizayn işlərini analiz edin, loqo, poster, animasiya və ya print dizaynı ola bilər fərqi yoxdur, baxın və fərqi görün, sizin hazırladığınızda nə çatmır, nə etmək lazımdır onu tapın. Yenilikləri öz işlərinizə tətbiq edin.
Yeni başlayanlar çox vaxt ideasızlıqdan şikayət edirlər, nə etməli olduqlarını bilmirlər. Başqa işləri kopyalamaq və eynisini yaratmaq inkişaf etməyin ən yaxşı üsuludur. 100% eynisini hazırlayın, baxın görün alınırmı, məs. bir posterin eynisini edin, posterdə olan şriftlərin eynisini tapmağa çalışın, eyni effektləri verin. Siz bunu çoxlu etdikdə artıq öz işlərinizdə də bunları tətbiq edə biləcəksiz. Hər dəfə hazırlayanda bəzi hissələri dəyişin, sonunda sizin fərqli işiniz ortaya çıxacaq. Amma çılışın bu kopya işlər ancaq sizin kompyüterinizdə qalsın, başqa yerlərdə paylaşmayın.
İşlərinizi yaxşı təqdim etməyə çalışın. Portfolionuza yerləşdirdiyiniz iş növbəti müştərini sizə gətirməlidir, işlərinizlə insanların diqqətini çəkin. Məs. Behance-da konsept bir brendinq proyekti paylaşmaq istəyirsiz, əgər bütün mockup-lara ancaq loqo yerləşdirib paylaşırsızsa bu heç uğurlu olmayacaq. Təsüfki 95% brandinq təqdimatları bu vəziyyətdədir, heçbir identika olmadan yaxşı mockup-lar ilə işlər paylaşılır, loqo 13 dəfə fərqli yerdə göstərilir amma brendin nə olduğu necə işləyəcəyi haqqında heçnə olmur. Ümumiyyətcə brendinq təqdimatlarınızda brendbuk səhifələrini paylaşmayın. Vizual identika yaratmağa çalışın, bütün həryerə eyni naxışları yerləşdirməyin, rənglərinizi və fontlarınızı düzgün seçin, təqdimatınızı hekayə kimi bir biri ilə əlaqəli olaraq paylaşın. ( Növbəti yazım bir proyektin başdan sona təqdim edilməsi haqqında olacaq )
Hazırladığınız dizayn niyə sualına cavab versin. Əgər cavab vermirsə o uğursuzdur, trenddədir və ya sizin şəxsi bəyəndiyiniz bir dizayn üslubu bütün dizayn işlərinizə uyğun olmaya bilər. Bugün xromatik stili bəyənirsiz deyə hansısa bankın brendinqini o üslubda hazırlayıb özünüzü yenilik yaratmışam deyə müdafiə edə bilməzsiz. Bankın brendinqi niyə xromatik metal stilində olmalıdır? Niyə sərt rənglərlə bunu tamamlayırsız? Gəlin bankların insanlara nə vədlər etdiyinə baxaq. Güvən, səmimiyyət, rahatlıq, sevinc və.s sizin xromatik üslubunuz ilə bunları insanlara çatdırmaq mümkündür? Yəqinki yox, bu sadəcə bir nümunə idi və bu sualları yeni bir dizayn hazırlayanda özünüzə verə bilərsiz.
İşlərinizi dəstəkləyin, sadəcə qrafik dizayn bilərək istədiyimiz kimi işlərimizi hazırlamaqda çətinlik çəkə bilərik. Bəzən onu hərəkətə gətirmək və ya 3D ilə dərinlik qatmaq lazım olur, əlavə proqramlar öyrənərək bütün işlərinizə dəstək ola bilərsiz. Bu proqramları öyrənə bilmirsizsə başqalarından dəstək alın, ortaq işlər hazırlayın. Hazırladığınız qablaşdırma dizaynı üçün illustrasiya lazımdırsa bu işi yaxşı bilən biri ilə əməkdaşlıq edin, yaxşı loqo dizayn edə bilmirsizə yenə başqa birindən dəstək alın. Bugün hamımızın görüb bəyəndiyimiz işlər çoxlu dizaynerlərin birlikdə işləməsi nəticəsində ortaya çıxır.
İnkişaf etmək üçün özünüzə düzgün mənbələr seçin. Yaxşı işlərdən və dizaynerlədən ilham alın. Özlərini təsdiqləmiş və bir mərhələyə gələn dizayn studiolarını izləyin, klişelərdən uzaq qalın. Hər il etdikləri dizaynlarla dünya dizaynına istiqamət verən dizayn studiolarını mütləq izləyin. BrandNew, The Dieline, It’s Nice That və.s saytlarını mütləq gəzin, qlobal mükafatların shortlist-lərini və qaliblərini incələyin. Bu saytlar hər ilin sonu ən yaxşıları seçirlər, o saiyahıda olan bütün agentlik və studioları izləyin.
Zincirləri qırmaq zamanıdır, nə qədərki hərkəsin etdiklərini edəcəksiz sizdə heçnə dəyişməyəcək. Ölkədə fərqli olun, şirkətdə fərqli olun, bu fərqiniz hiss edilsin. Siz bunu edəndə düşünməyinki kim bəyənəcək bunu, yada bəyənəcəklərmi. Başqaları hərzaman haqlı olmur, başqaları kimdir ümumiyyətcə? İş yerinizdəki marketoloq və ya sosial media meneceri, tələbə yoldaşınız və ya dizayner dostunuz, onlar sizin dizaynınızı mühakimə edə bilməzlər. Hərkəs fikir bildirə bilər amma fikir olaraq qalsın, sizə təsir etməsin. Sizi onsuzda hamı bəyənməyəcək, bu mümkün deyil. İşinizə və özünüzə fokuslanın.
Dizayn festivallarına, tədbirlərinə və seminarlarına gedin deməyəcəm təsüfki, gedə bilirsizsə xaricdəki festivallara və ya tədbirlərə gedin. Əgər xaricdəki tədbirlərə gedə bilmirsizsə onların internetdəki videolarını izləyin və ya online qoşularaq izləyin. Ölkədə çox az sayda dizaynla bağlı tədbir olur, hansısa tədbirin düşünülməsi, təşkil edilməsi çox yaxşı haldır. Təşkilatçılıq, məkan, abu hava çox əla amma spikerlər danışana kimi. Bütün tədbirlərdə eyni şəxslər çıxış edir, eyni mövzular təkrar-təkrar danışılır və ya elə mövzu danışılırki heçkəsə maraqlı olmur. Çox az hallarda maraqlı çıxışlar olur. Mövzu tapa bilməyən gələcək spikerlər Dizayn Zibilliyi yazımı çıxışlarında danışa bilərlər.
Ən sonda isə, təkcə bu sahədə yox başqa sahələrdə olduğu kimi çox çalışmağınızı tövsiyə edirəm. Həyatınızın 2–3 ilini buna ayırsaz daha sonra yaxşı nəticələr əldə edəcəksiz. Hərgün test etməlisiz, ən yaxşısını edənə kimi çoxlu nümunələr hazırlamalısız. Mütləq müştəri ilə işləməyi öyrənməlisiz, onları tanımağa çalışın, nə istəklərini öyrənin. Yeni başlayanlar ödənişsiz olsa belə işləri götürün, hazırlayın və təqdim edin. Hər müştəri sizə yeni birşey öyrədəcək.
Bəlkədə daha çox yazmaq olardı, hələlik bunlar kifayətdir. Oxuyub bitirdikdən sonra bunları hərkəs bilir deməyin, bilsəydiz bu vəziyyətdə olmazdıq. Bu yazını yeni başlayan dizayner dostunuza, bu işi sadəcə pul qazanmaq üçün yox həqiqətən sevdiyi üçün edən dizaynerlərə, iş yerinizdəki art direktorunuza və kursdakı müəlliminizə göndərin onlarda oxusun.
Dostlar mən peşəkar yazıçı və ya mətn yazarı deyiləm, ola bilsin çoxlu yazı səhvlərim olsun, bunun üçün üzürlü hesab edin :) Burada istifadə olunan bütün animasiyalar AI tərəfindən hazırlanmayıb, özüm hazırlamışam.
Oxuduğunuz üçün təşəkkür edirəm, öz fikirlərinizi yazmağı, bəyəndizsə başqaları ilə paylaşmağı unutmayın.
Hər gün çoxlu qrafik dizayn nümunələri ilə qarşılaşırıq, demək olar ki, həyatımızın hər yerində. Posterlər, loqolar, reklamlar, sosial media dizaynları və s. bunlar həyatımızın bir hissəsinə çevirilib. İstəsək də, istəməsək də bunları görürük, amma bunların böyük əksəriyyəti “Dizayn Zibilliyi”nin bir hissəsinə çevirilib.
Dizayn Zibilliyi nədir?
İnternetdəki informasiya zibilliyi kimidir, həryerdə fərqli bir məlumat var və hansına inanacağını bilmirsən. Bu məlumatlar illər boyu yazılır, paylaşılır və qalıcı olur. Dizayn zibilliyi də eynilə belədir, hərkəs dizayn edir, hərkəs paylaşır, insanlar yaxşını və pisi ayırd etməkdə çətinlik çəkirlər. Nəticədə hər yer zibilliyə çevirilir.
Gəlin mövzunun biraz daha dərinliyinə enək.
Əslində, keyfiyyətsiz işlərin çox olması təkcə bizim ölkəyə aid deyil, dünyanın hər yerində bunlar var, bəzi ölkələrdə keyfiyyətli dizaynlar olduğu qədər də yaxşı işlər mövcuddur. Bizim problemimiz isə bunların bizdə çox az olmasıdır. Səbəblər isə bunlardır: Qrafik dizayn təhsilinin olmaması, internetdən öyrənmək istəyənlər üçün öz dilimizdə mənbələrin olmaması, qrafik dizayn anlayışının proqramları öyrənməklə bitməsi, keyfiyyətsiz kurslar, özünü inkişafa bağlayan eqolu dizaynerlər, dizaynerlərə güvənməyən müştərilər və s. Bu səbəblər ölkədəki qrafik dizaynın inkişafına maneə yaradır.
Yeni başlayan və hazırda fəaliyət göstərən qrafik dizaynerlərin yaratdığı Dizayn Zibilliyi.
Pinterest, Behance, Dribbble və.s dizayn zibilliyinin internetdəki adresləridir. Bu şəbəkələrdə hərkəs istədiyini paylaşa bilir, heçbir yoxlama və təsdiq olmur, nəticədə yaxşı və pis milyonlarla dizayn nümunələri yaranır. İlham almaq, nümunələr toplamaq üçün axtarış edənlər bu ucsuz bucaqsız dənizdə itirlər. Yaxşı dizaynı topladığı bəyəni sayı və yazılan rəylərlə seçmək olmaz. Məsələn, Behance-da öz işlərinin bəyəni və baxış sayını fərqli yollarla artıran çoxlu sayda yerli və xarici dizaynerlər var. Öz fikri olmayan dizaynerlər bu rəqəmlərə aldanır, başqaları bunu bəyənirsə yaxşı olduğuna inanırlar.
İlham almaq və ya yaxşı işlər görmək üçün mütləq filterdən keçmiş və seçilmiş işlərin paylaşıldığı saytlardan istifadə edin. Aşşağıdakı nümunələr onlardan bir neçəsidir.
The Brand Identity, Brand New, Design Boom, It’s Nice That, Design Week, Creative Boom, Eye On Design
Dizaynerlər sevdikləri tərzi bütün müştərilərinin dizaynlarına tətbiq etməyə çalışırlar. Agentlikdə işləyən qrafik dizayner agentliyin müştəriləri üçün eyni tərz vizuallar hazırlayır, mən yazı ilə ifadə edəcəm siz gözünüzdə canlandırın. Mavi, narıncı və ya bənövşəyi rənglərdə yüngül rəng keçidi olan arxa fon, haradan gəldiyi bilinməyən və havada uçuşan 3D elementlər, sol yuxarı küncdə Gilroy, Montserrat, Mark Pro və.s fontları ilə yazılan və əksər vaxtı 5–6 sözdən ibarət 2 sətrə sığan yazı, sol aşşağı küncdə loqo, ortada və ya sağ tərəfə yerləşdirilmiş ixtisasa uyğun (həkim, tələbə, usta, kuriyer) gülümsəyən oğlan və ya qız şəkli. Markaların heç birinə xususi yanaşmalar olmur, fərqli işlər və tərzlər yaratmayan dizayner heçvaxt inkişaf etmir. Davamı növbəti hissələrdə olacaq.
Heçkəs müştəriləri günahlandırmağa çalışmasın, yaxşı iş görəndə hərkəs bəyənir, sadəcə cəhd etmək və bunu niyə etdiyini düzgün ifadə etmək lazımdır. Dizayn niyə sualına cavab verməlidir.
Özünü inkişaf etdirməyən, fərqli tərzlər yoxlamayan, yenilik yaratmayan və heçkəsi bəyənməyən senior dizaynerlər, onların öz komfort zonaları var. Bir tərz işlər hazırlayırlar, başqa heçnə yoxlamırlar və başqaları oxşar işlər hazırlayanda bəyənmirlər. Qrafik dizayn fotomanipulasiya, loqo dizaynı, illustrasiya və ya brendinqdən ibarət deyil, əgər bunlardan hər hansını çox yaxşı bacarırsızsa fərqlilik yaratmadan irəli gedə bilməyəcəksiz. Bu tərz işlər bir müddət sonra bizim Zibilliyin tərkibinə daxil olurlar.
Fərqli texnikalar istifadə edərək, cəsarətli işlər hazırlamaq lazımdır. Bir müddət keçdikdən sonra sizin buraxmadığınız stil heçkəsə maraqlı olmayacaq.
Bütün markaların eyniləşməyə getməsi, bir müddət sonra onları bir birindən fərləndirmir. Ölkədə elə bir marka yoxdurki onun özünə məxsusluğu olduğunu deyim, bir birinin kopyasını yaradır hərkəs. Bəzi sektorlar varki onlar vizual kommunikasiyalarına daha çox diqqət yetirirlər, məsələn banklar. Hər birinin komandaları və əməkdaşlıq etdikləri reklam agentlikləri var. Bütün bankların vizual kommunikasiyaları gözoxşayan və səliqəlidir, ayrılıqda maraqlı işlərdir. Amma heçbirinin özünəməxsusluğu yoxdur.
Bugün Y bankın sarı rəngini yaşıl etsək R bank olacaq və heçkəs bunun fərqində olmayacaq, adı çəkdiklərim nümunədir, bütün hamısına aiddir. Özünəməxsusluq yoxdur, bütün banklar 3D vizuallar üzərinə qurulub. Heçkimin işini heçvaxt pisləyə bilmərəm, həqiqətən əksəriyyəti çox keyfiyyətli işlərdir, bəyənirəmdə, amma artıq dəyişlik zamanıdır. Bütün oxşar işlər vaxt keçdikcə mənasını itirir və ucsuz bucaqsız zibilliyin bir hissəsinə çevirilir.
Vizual kommunikasiya qurularkən markaların dəstək alması vacibdir, tövsiyyə edə biləcəyim yerli agentlik yoxdur amma bunun əvəzinə öz sözünü demiş bir neçə dizayner ilə əməkdaşlıq etmək olar. Agentlik niyə tövsiyyə etmirəm, çünki agentliklər bacarıqlı dizaynerlərin tələblərini qarşılaya bilmirlər və dizaynerlər daha çox korperativ şirkətlərə üz tuturlar.
Bu mövzu haqqında daha çox yaza bilərəm, amma düşünürəmki 2 hissəli olsa daha yaxşı olar, biraz uzun oldu bu yazı. Dostlar mən peşəkar yazıçı və ya mətn yazarı deyiləm, ola bilsin çoxlu yazı səhvlərim olsun, bunun üçün üzürlü hesab edin :) Burada istifadə olunan bütün animasiyalar AI tərəfindən hazırlanıb, yazını axıra kimi oxuyanlara saytın adresini verə bilərəm, instagramda DM yazmağınız kifayətdir.
Oxuduğunuz üçün təşəkkür edirəm, öz fikirlərinizi paylaşmağı unutmayın, 2-ci hissədə görüşənədək.
Bu qədər yazı yazmışam, ən sonda özümü reklam etmək haqqımdır :)