Stories by Narmin Ali on Medium
Hadisə
Firewall bir hostda medium səviyyəli antivirus alerti verdi: internetdən gələn PE¹ faylında Virus/Win32.WGeneric.evrbli imzası aşkarlanıb. Firewall sessiyanı TCP reset² ilə kəsdi və fayl diskə çatmadı.
Faylın gəldiyi IP ünvanın WHOIS qeydi Slovakiyadakı bir universitetin şəbəkəsini göstərirdi. Windows Update-in Bratislava universitetindən gəlməsi normal görünmürdü.
İlk sual: bu IP kimindir?
WHOIS, VirusTotal, AbuseIPDB-də axtarırıq.
IP Microsoft (AS8075) və ya tanınmış CDN infrastrukturuna aiddirsə, “update idi” izahı güclənir. Bizim halda WHOIS universitet bloku göstərdi, yəni şübhə əsaslıdır.
Trafiki hansı proses yaradıb? (EDR / XQL)
Firewall bizə yalnız şəbəkə tərəfini göstərir: “bu IP-dən bu hosta trafik gedib.” Amma hostun içində o trafiki kimin yaratdığını firewall bilmir. Eyni IP-yə həm legitim sistem servisi, həm brauzer, həm də malware qoşula bilər və bu üç halın nəticəsi tamam fərqlidir. Ona görə növbəti sual: o IP ilə danışan konkret proses hansıdır? Buna cavabı yalnız endpoint-dəki EDR agenti verə bilər. Cortex XDR-də XQL sorğusu:
dataset = xdr_data
| filter agent_hostname = "HOST_ADI"
| filter action_remote_ip = "ŞÜBHƏLİ_IP"
| fields _time, actor_process_image_name, actor_process_command_line,
action_remote_port, action_total_upload, action_total_download
Sorğunun məntiqi sadədir: həmin hostda, həmin remote IP ilə olan bütün şəbəkə hadisələrini çıxart və hər biri üçün prosesi, onun tam command line-ını, portu və ötürülən həcmi göstər. Timeframe-i qəsdən geniş (7 gün) qoydum, məqsəd təkcə alert anını yox, bu IP ilə əlaqənin tarixçəsini görmək idi: birdəfəlik hadisədir, yoxsa davamlı pattern?
Nəticə nə verdi: xyz sətir çıxdı, bir neçə günə yayılmış. Sətirlərin bir hissəsində proses sahəsi boş idi, bunlar firewall-un öz log qeydləridir (XDR-ə network story kimi düşür, endpoint korrelyasiyası olmur). Proses məlumatı olan bütün sətirlərdə isə yalnız bir proses vardı:
svchost.exe  →  C:\Windows\System32\svchost.exe -k NetworkService -p -s DoSvc
Nəticədən yekun çıxarmaq:
Yol düzgündür: proses C:\Windows\System32\-dən işləyir. Malware çox vaxt svchost adını oğurlayır, amma başqa qovluqdan (Temp, AppData) işləyir, bu, klassik masquerading³ əlamətidir və burada yoxdur.
Command line servisi ifşa edir: svchost özü “konteyner”dir, içində onlarla fərqli Windows servisi işləyə bilər, ona görə təkcə “svchost.exe” adı heç nə demir, mütləq command line-a baxılmalıdır. -s DoSvc açarı dəqiq göstərir ki, bu instansiyada işləyən servis Delivery Optimization-dır, Windows-un rəsmi yeniləmə çatdırılma servisi.
Vaxt üst-üstə düşür: firewall alertinin vaxtı ilə XQL-dəki sessiyalardan biri saniyəsinə qədər eyni idi, yəni firewall-un gördüyü trafik məhz bu prosesin trafikidir, təsadüfi deyil.
Əgər nəticədə naməlum EXE, brauzer, ofis proqramı və ya qeyri-standart yoldan işləyən “svchost” çıxsaydı araşdırma tamam başqa istiqamətə (kompromis ehtimalına) gedəcəkdi. Legitim sistem servisi çıxması isə bizə növbəti fərziyyəni verdi: bəlkə bu, doğrudan da update trafikidir, amma niyə o qəribə IP-dən? Qalan addımlar məhz bu sualı yoxlayır.
1. Host bütövlüyü (SFC)⁴
Fayl bloklanıb, amma hostdakı mövcud sistem fayllarının toxunulmaz olduğuna əmin olaq:
sfc /scannow
Windows Resource Protection did not find any integrity violations axtarırıq, yəni bütün qorunan sistem faylları Microsoft-un orijinal nüsxələri ilə eynidir. Pozuntu tapılsaydı, bu artıq false positive söhbəti olmazdı.
2. Windows Update-in öz “gündəliyi”
Windows Update-in fəaliyyət tarixçəsini oxunaqlı fayla çevirmək üçün (PowerShell):
Get-WindowsUpdateLog -LogPath C:\Temp\WindowsUpdate.log
əlavə olaraq alert vaxtı ətrafını axtarmaq:
Select-String -Path C:\Temp\WindowsUpdate.log -Pattern "DownloadManager|http" |
Select-String "2026/07/14" | Select-Object -First 50
Həmin gün download job-ları olduğunu axtarırıq. Vacib nüans: bu log UTC vaxtı ilə yazılır və Delivery Optimization-ın öz transferləri burada görünmür, DO-nun ayrıca logu var. Yəni “alert vaxtında bu logda heç nə yoxdur” hələ son nəticə deyil.
3. Delivery Optimization konfiqurasiyası
Get-DODownloadMode
Get-DeliveryOptimizationStatus |
Select-Object FileId, BytesFromHttp, BytesFromPeers, DownloadMode -First 10
DownloadMode -Lan (1) rejimi deməkdir ki, peer paylaşımı yalnız lokal şəbəkə daxilindədir. Yəni "internetdəki yad kompüterdən yükləyib" ehtimalı istisna olunur.
BytesFromHttp -böyük rəqəmlər HTTP mənbələrdən (CDN / cache) yükləməni göstərir.
4. Delivery Optimization logu
DO öz logunda hər yükləmənin URL-ini, IP-sini və mənbə təyinatını yazır:
Get-DeliveryOptimizationLog -ErrorAction SilentlyContinue |
Where-Object { $_.Message -match "ŞÜBHƏLİ_IP" } |
Select-Object -First 10 | Format-List TimeCreated, Message
bu commanda əsasən tapdığımız isə:
GEO response: {"ExternalIpAddress":"...","CountryCode":"AZ",
"CacheHost":"192.108.172.7", ...}
Bu sətir Microsoft-un öz yönləndirmə servisinin (geo.prod.do.dsp.mp.microsoft.com) cavabıdır. Tərcüməsi: "Yeniləmələri bu ünvandan götür" deyən Microsoft-un özüdür. Bu, Microsoft Connected Cache mexanizmidir.
Digər sətirlər də zənciri tamamladı:
connected to http://192.108.172.7/...mpsigstub_....exe
?cacheHostOrigin=au.download.windowsupdate.com
Origin rəsmi Windows Update domenidir. Yüklənən kontent isə (am_base, am_delta, mpsigstub) Microsoft Defender-in imza yeniləmələri:)
5. DNS chain
Update domenlərinin hansı IP-lərə resolve olunduğuna baxmaq:
Resolve-DnsName dl.delivery.mp.microsoft.com
Resolve-DnsName au.download.windowsupdate.com
Nə axtarırıq: zəncirdə CDN adları:
dl.delivery.mp.microsoft.com
→ ...edgesuite.net        ← Akamai CDN platforması
→ a1683.dscd.akamai.net
→ yerli provayderin IP-si
Yəni “Microsoft domeni”nin arxasında heç vaxt yalnız Microsoft IP-ləri durmur , CDN edge node⁵-ları durur və onlar istənilən şəbəkənin içində ola bilər.
Bəs bu proses niyə təhlükəsizdir?
Ən vacib sual: Microsoft trafiki “yad” serverə yönləndirirsə və yükləmə adi HTTP ilə gedirsə, bu necə secure ola bilər??
Etiraf edim, araşdırma zamanı məni ən çox düşündürən sual bu oldu: update kimi kritik bir şeyi “başqa yerdən götürmək” nə dərəcədə məntiqlidir? Cavab isə çox sadə çıxdı: fizika və pul.
Dünyada 1.5 milyarddan çox Windows cihazı var. Patch Tuesday⁶ günü hər biri yüzlərlə MB yükləyir, bu, bir gündə eksabaytlarla trafik deməkdir. Əgər bunların hamısı Microsoft-un ABŞ-dakı data mərkəzlərindən gəlsəydi, iki case olardı: (1) heç bir server parkı və xətt bu yükə dözməzdi, (2) dözsəydi belə, Bakıdan Amerikaya gedən trafik okean altı kabellərdən keçir- yavaş və hər GB-ı hamı üçün bahadır.
Həll: faylın bir nüsxəsini hər regiona bir dəfə göndər, qalan minlərlə kompüter onu yaxınlıqdakı serverdən götürsün.
Və bunu təkcə Microsoft etmir, bütün müasir internet belə işləyir. YouTube-da video açanda o video Kaliforniyadan gəlmir, böyük ehtimalla sizin öz provayderinizin binasındakı Google Global Cache qutusundan gəlir. Netflix eyni şeyi edir (Open Connect serverlərini birbaşa provayderlərin içinə qoyur), Steam, Instagram, PlayStation, hamısı.
Bəs niyə məhz universitet? Bunun da tarixi məntiqi var.
Akamai - dünyanın ilk böyük CDN⁵-i və Windows Update-in daşıyıcılarından biri, 90-ların sonunda MIT-də yaranıb və ilk serverlərini məhz universitetlərin və provayderlərin şəbəkələrinin içinə qoymaqla böyüyüb. Universitetlər həmişə internetin ən güclü qovşaqları olub: geniş kanal, 24/7 infrastruktur. Linux dünyasında bu, 30 ildir açıq gedir, Ubuntu/Debian mirror siyahılarında ftp.uni-... kimi onlarla universitet ünvanı var və heç kim təəccüblənmir. Node-a yer verən şəbəkə də qazanır: ya birbaşa ödəniş alır, ya da öz istifadəçilərinin update trafiki lokallaşıb sürətlənir və beynəlxalq kanal xərci azalır.
Yəni hamı qazandığı üçün bu sistem mövcuddur: Microsoft serverlərinə milyardlarla dollarlıq yük düşmür, provayder bahalı beynəlxalq trafikə pul ödəmir, istifadəçi update-i saniyələrlə yükləyir. Sistemin dahiyanə tərəfi isə əvvəlki bölmədə gördüyümüzdür: Microsoft cache serverə etibar etmək məcburiyyətində deyil, plomb (hash + imza) heç vaxt onun əlindən çıxmır. Cache serverin (universitetdəki, provayderdəki, fərqi yoxdur) əlində yalnız fayl var. Hash-lər onun əlindən keçmir, onlar ayrı, qorunan kanalla gedir. Ona görə cache server faylı dəyişmək istəsə belə, bacarmır ki, “yoxlama açarını” da uyğun dəyişsin, açar onda yoxdur. Dəyişdirilmiş fayl hash yoxlamasında dərhal ilişir. Ona görə node-u istənilən yerə qoya bilir: universitetə, provayderə, hara olsa.
Bir cümləlik yekun: Microsoft update-in özünü yox, update-in daşınmasını kənara verir, düzgünlüyün açarı heç vaxt Microsoft-un əlindən çıxmır.
Microsoft Connected Cache nədir?
Microsoft-un rəsmi proqramıdır: internet provayderləri və böyük təşkilatlar öz şəbəkələrində Microsoft-un cache serverlərini yerləşdirir. Məqsəd, milyonlarla kompüterin eyni update faylını okeanın o tayından yox, yaxınlıqdakı serverdən götürməsi. Hansı kompüterin hansı cache-ə gedəcəyini Microsoft-un geo-servisi (şifrələnmiş kanalla) təyin edir.
Buna görə WHOIS aldadıcı ola bilir: cache serverin IP-si fiziki olaraq yerləşdiyi şəbəkənin (provayder, universitet, data mərkəzi) blokunda görünür, Microsoft-un yox.
Bu mexanizmi hansı servislər istifadə edir?
Delivery Optimization təkcə Windows Update üçün deyil. DO-nun öz konfiqurasiyasında qeydiyyatlı istifadəçilərin siyahısı var, orada bunlar keçir:
Windows Update və Microsoft Defender imza yeniləmələri
Microsoft Store tətbiqləri
Office Click-to-Run (Microsoft 365 yeniləmələri)
Edge brauzer yeniləmələri
Intune ilə paylanılan korporativ tətbiqlər
Xbox oyun yükləmələri
Eyni pattern (kontenti istənilən yerdən götür, düzgünlüyü hash/imza ilə yoxla) Microsoft-dan kənarda da geniş yayılıb: Steam oyun yükləmələri, Linux paket repozitoriləri (apt/yum imzalı metadata), brauzerlərin öz update mexanizmləri, hamısı bu prinsiplə işləyir.
Mətndə keçən terminlər hansı ki, oxuduqda bunları nəzərə alsanız non-it biri üçün daha aydın bir izah ola bilər. Öncədən oxumağa vaxt ayırdığınız üçün təşəkkür edirəm.
PE¹ faylı - Portable Executable (“daşına bilən icra faylı”). Windows-un bütün işə salına bilən fayllarının standart formatıdır. Yəni Windows-da nə işləyirsə, demək olar hamısı PE formatındadır:
.exe -proqramlar
.dll -kitabxanalar (bizim case-dəki Microsoft.Windows.Widgets.dll kimi)
.sys -driver-lər
.scr, .ocx, .cpl -screensaver-lər, komponentlər və s.
TCP reset (RST)² - şəbəkə bağlantısını sonlandıran xüsusi siqnaldır. Normal halda iki sistem bağlantını qarşılıqlı razılıqla bağlayır; reset isə bu proseduru keçərək bağlantını dərhal ləğv edir. Təhlükəsizlik divarı şübhəli məzmun aşkarladıqda özünü hər iki tərəfin yerinə qoyaraq onlara qarşılıqlı sonlandırma siqnalı göndərir — hər iki sistem bağlantının qarşı tərəfdən kəsildiyini qəbul edir və ötürmə yarımçıq dayanır. Bu üsulun üstünlüyü ondadır ki, zərərli faylın qalan hissəsi hədəf sistemə heç vaxt çatmır.
Masquerading³ - zərərli proqramın ad, yerləşmə və ya görünüş baxımından özünü legitim sistem komponenti kimi təqdim etməsi texnikası.
SFC (System File Checker)⁴ - Windows-un daxili yoxlama alətidir; əməliyyat sisteminin qorunan fayllarını sistemin öz daxilində saxlanılan etalon nüsxələrlə müqayisə edir. Hər hansı fayl dəyişdirilibsə və ya zədələnibsə, alət bunu aşkarlayıb faylı orijinal nüsxə ilə əvəz edir — beləliklə sistem fayllarının toxunulmazlığını həm yoxlamaq, həm də bərpa etmək mümkün olur.
CDN(Content Delivery Network - Məzmun Çatdırılma Şəbəkəsi) edge node ⁵ - böyük həcmli məzmunun (yeniləmələr, video, proqram təminatı) milyonlarla istifadəçiyə səmərəli çatdırılması üçün qurulan paylanmış server şəbəkəsidir. Edge node bu şəbəkənin kənar nöqtəsidir, istifadəçilərə coğrafi və şəbəkə baxımından ən yaxın yerdə yerləşdirilən serverdir. Bu serverlər çox vaxt üçüncü tərəf təşkilatların, internet provayderlərinin, universitetlərin, data mərkəzlərinin, şəbəkələri daxilində yerləşdirilir; buna görə edge node-un IP ünvanı rəsmi qeydiyyatda məzmunun sahibinə deyil, serverə ev sahibliyi edən şəbəkəyə aid görünür. Bu xüsusiyyət təhlükəsizlik analizində nəzərə alınmalıdır: IP ünvanın qeydiyyat sahibi ilə çatdırılan məzmunun mənbəyi fərqli tərəflər ola bilər.
Patch Tuesday⁶ - Microsoft-un təhlükəsizlik yeniləmələrinin dərci üçün müəyyən etdiyi sabit qrafikdir: hər ayın ikinci çərşənbə axşamı (2003-cü ildən tətbiq olunur). Sabit qrafikin məqsədi korporativ İT komandalarının yeniləmələrin sınaqdan keçirilməsini və tətbiqini əvvəlcədən planlaya bilməsidir. Həmin gün Windows, Office, Defender və digər Microsoft məhsulları üçün yeniləmələr kütləvi şəkildə paylanmağa başlayır; nəticədə şəbəkələrdə yeniləmə trafikinin həcmi kəskin artır. Təhlükəsizlik monitorinqi baxımından bu tarix nəzərə alınmalı kontekstdir: Patch Tuesday günü və ondan sonrakı günlərdə yeniləmə mənbələri ilə intensiv əlaqə gözlənilən davranışdır. Kritik boşluqlar üçün Microsoft bu qrafikdən kənar, təcili yeniləmələr də dərc edə bilir.
Cortex XDR agentin versiyası Windows əməliyyat sistemlərində köhnə olduqda, uzun müddət sönülü qalan cihazlarda və ya agentlərin upgrade’i zamanı stuck olmuş cihazlarda belə bir problem yaşana bilir ki, cihazda agent olsa da console ilə cihazın əlaqəsi itir və prosesləri track etmək olmur. Bu məqalə sadalanan problemlərin yaratdığı case üçün həlldir.
Case:
Cortex XDR agenti olmayan cihazlarda agenti bərpa etmək üçün yenidən yükləməliydim. Əvvəlcə cihazlarda mənzərəni tam görmək üçün siyahı çıxartdım, hansı ki, bu siyahıda kateqoriya 2 cür idi,
Consoleda görünməyən agentlər hansı ki bu da 2 yerə bölünür ümumiyyətlə agent olmayan və vaxtı bitmiş agentlər olan cihazlar.
Digər kateqoriya isə consoleda görünənlər hansı ki disconnected və lost connection olanlar.
İndi isə həll hansı proseslərdən keçdi onu izah edirəm:
Agenti silmək üçün Cortexin verdiyi global uninstall password olur hansı ki, bunu özün təyin edə bilirsən və silərkən bundan istifadə edə bilirsən.
Bəli, çox bəsit görünür. Amma nəzər alaq ki,
şifrənin sonradan dəyişilməsi
əvvəlki şifrənin naməlum olması
expired olmuş agent versiyalarının datasında isə əvvəlki şifrənin qalması
vəziyyəti çətinləşdirir.
Əlavə olaraq bu cihazın uzaq ofislərdə yerləşməsi fərqli həll gətirməyimizi tələb edir.
Bilinən üsullardan biri safe mode ilə cihazı açıb bu formada XdrAgentCleaner.exe ilə agenti silməkdir. Amma Cihaz safe mode ilə açıldıqda cihaza bağlanmaq heç bir remote contrellerlə və ya məsafə baxımdan fiziki mümkün deyil.
Interface userfriendly olmasının və funksionallıqların rahat olması bir az rol oynayır məncə burda. Məsələ deməli necə daha rahat həll ola bilər,
XDR console’da endpoints interfaceində sağ yuxarı küncdə belə bir key(açar) işarəsi var(şəkil 1) hansı ki, əminəm gün ərzində çoxumuz istifadə etmirik.
bu funksionalığı indi istifadə edəcəyik.
şəkil 1
Əvvəlcə cihaza daxil olub, (cmd ilə yoxladığım üçün ) cmd’ni admin kimi açırsan Cortex agentinin olduğu folderə keçirik:
C:\Program Files\Palo Alto Networks\Traps
Və burada əvvəlcə “cytool info” commandı ilə agentin versiyasına baxırıq.
Bu üsul agentin expired olmuş versiya və password itirildiyi halda istifadə oluna bilər.
Sonra “cytool token query” commandı bizə lazım olan hash’i verəcək.
Həmin hash’i bayaq göstərdiyimiz key hissəsinə əlavə edirik (şəkil 2).
şəkil 2.
Burada Cortex bizə one-time token qaytarır, bir dəfəlik istifadə üçün.
Və bu token ilə biz cortex silinəndə istər control paneldən istəsə də cmd ilə(“cytool protect disable”) bizdən tələb olunan şifrə hissəsinə qeyd edildikdə silə bilərik.
Əlavə, vacib case.
Bəzən elə ola bilər ki, bizə “cytool token query” ilə hash verilməsin,
bu zaman global uninstaller password istifadə edib silə bilirik:
“Password1”
Ümid edirəm, faydalı guide oldu sizin üçün
Oxuduğunuz üçün təşəkkürlər.
Cortex XDR:
Password lost, device remote, agent expired and a key
When the Cortex XDR agent version is outdated on Windows operating systems, on devices that have been powered off for a long time, or on devices that got stuck during an agent upgrade, you can run into a situation where even though the agent exists on the device its connection with the console is lost and processes can no longer be tracked. This article is a solution for the case caused by the listed problems.
Case:
I needed to reinstall the agent to restore it on devices that didn’t have a Cortex XDR agent. First, to get the full picture of the devices, I pulled a list, and in this list there were 2 categories:
Agents not visible in the console, which also splits into two: devices with no agent at all, and devices with expired agent versions.
The other category is the ones visible in the console those in disconnected and lost connection states.
Now I’ll explain which processes the solution went through:
To uninstall the agent, Cortex provides a global uninstall password which you can set yourself and use during uninstallation.
Yes, it sounds very simple. But let’s consider that:
the password being changed later
the previous password being unknown
and the previous password remaining in the data of expired agent versions
makes the situation more complicated.
Additionally, the fact that these devices are located in remote offices required us to come up with a different solution.
One of the known methods is to boot the device into safe mode and uninstall the agent using XdrAgentCleaner.exe in this state. But when the device boots into safe mode, connecting to it is not possible, neither through any remote controller, nor physically due to the distance.
I think the interface being user-friendly and the convenience of its functionalities play a bit of a role here. So the question is, how can this be solved more easily,
In the XDR console, in the Endpoints interface, in the top right corner there is a key icon (pic 1) which, I’m sure, most of us don’t use during the day.
We’re going to use this functionality now.
pic 1
First, you log into the device, ( I checked with cmd) you open cmd as admin and navigate to the folder where the Cortex agent is located:
C:\Program Files\Palo Alto Networks\Traps
And here we first check the agent’s version with “cytool info”.
This method can be used when the agent version is expired and the password is lost.
Then with “cytool token query” we get the main hash we need.
We add that hash to the key section we showed earlier (pic 2).
pic 2
Here Cortex returns us a one-time token, for single use.
And with this token, when uninstalling Cortex, whether through the control panel or via cmd (“cytool protect disable”) we can enter it in the password field that is requested and uninstall the agent.
Additional, important case.
Sometimes it may happen that “cytool token query” doesn’t give us a hash; in this case we can uninstall using the global uninstaller password: “Password1”
I hope this was a useful guide for you.
Thank you for reading.
İmtiyazların artırılması attackerin və ya istifadəçinin ilkin icazə veriləndən daha yüksək səviyyəli giriş və ya icazələr əldə etdiyi bir prosesdir. Bu əməliyyat sistemləri, şəbəkələr və proqramlar daxil olmaqla müxtəlif hesablama mühitlərində baş verə bilər. İmtiyazların artırılmasının müxtəlif növləri var və onları iki əsas növə bölmək olar:
Vertical Privilege Escalation:
İstifadəçi Səviyyəsindən Administrator Səviyyəsinə (Yerli İmtiyazların Artırılması):
Bu ssenaridə attacker öz imtiyazlarını adi istifadəçidən sistemdə administrator və ya kök səviyyəsinə yüksəltməyə çalışır. Buna zəifliklərdən istifadə etməklə, imtiyazların artırılması istismarlarından istifadə etməklə və ya sistemin təhlükəsizliyində zəif cəhətləri tapmaqla nail olmaq olar.
Tətbiq Səviyyəsində İmtiyazların Artırılması:
Tətbiq yüksək imtiyazlarla işləyirsə, attacker daha yüksək səviyyəli giriş əldə etmək üçün həmin proqram daxilindəki zəifliklərdən istifadə etməyə cəhd edə bilər.
2. Horizontal Privilege Escalation:
İstifadəçidən İstifadəçiyə İmtiyazların Artırılması (Yanal Hərəkət):
Horizontal imtiyazların yüksəldilməsi zamanı attacker digər istifadəçi ilə eyni səviyyəli imtiyazları əldə etməyə çalışır, çox vaxt sistem iyerarxiyasının eyni səviyyəsindədir. Bu, bir istifadəçinin hesabını ələ keçirməyi və sonra digər istifadəçinin resurslarına daxil olmaq üçün həmin oğurlanmış hesabdan istifadə etməyi əhatə edə bilər.
İmtiyazları artırmaq üçün isə müəyyən ümumi metodlar mövcuddur.
Hücumçular yüksək imtiyazlar əldə etmək üçün əməliyyat sistemlərində, tətbiqlərdə və ya xidmətlərdə olan zəifliklərdən istifadə edə bilərlər. Bu, bufer daşqınlarından, kod inyeksiyasından və ya digər təhlükəsizlik qüsurlarından istifadəni əhatə edə bilər. Buna proqram təminatının zəifliklərindən istifadə deyə bilərik
Yanlış konfiqurasiya edilmiş icazələr növbəti metod üçün idealdır. Bəzi hallarda səhv konfiqurasiya edilmiş giriş nəzarətləri və ya icazələr təcavüzkarın müəyyən resurslara icazəsiz giriş əldə etməsinə icazə verə bilər.
Zəif Doğrulama… Zəif və ya asanlıqla təxmin edilən parollardan istifadəçi hesablarına icazəsiz giriş əldə etmək üçün istifadə edilə bilər və oradan təcavüzkar öz imtiyazlarını artırmağa cəhd edə bilər.
Fişinq və ya təqlid kimi üsullar yüksək imtiyazları olan şəxsləri həssas məlumatları aşkara çıxarmaq və ya imtiyazların artmasına səbəb olan hərəkətlər etmək üçün sosial mühəndislik istifadə edilə bilər.
İmtiyazların artmasının qarşısını almaq üçün müntəzəm proqram yeniləmələri, güclü giriş nəzarətləri, icazələrin düzgün konfiqurasiyası və təhlükəsizlik məlumatlılığı üzrə istifadəçi təhsili kimi ən yaxşı təhlükəsizlik təcrübələrinə riayət etmək vacibdir. Müntəzəm təhlükəsizlik auditləri və monitorinqi də imtiyazların artırılması cəhdlərini aşkar etməyə və qarşısını ala bilər.