Stories by Rasif Taghizade on Medium
Hər birinizə salamlar🖐️. Bu gün sizlərə JavaScript ilə istifadəçidən dəyər almağın yollarını izah etməyə çalışacam. Ümid edirəm hər bir detalı aydın izah edirəm, əgər hər hansısa bir sualını yaranarsa rəy bölməsində yazmağı unutmayın. Xoş oxumalar :)
İstifadəçidən dəyər almaq nə deməkdir?
“İstifadəçidən dəyər almaq” demək, bir proqramın istifadəçidən bir dəyər, məlumat və ya input almaq üçün hazırlandığı anlamına gəlir. Bu proses, proqramın dinamik və interaktiv olmasını təmin edir. Məsələn, bir JavaScript proqramı istifadəçidən ad və soyad kimi məlumatları daxil etməsini, bir məlumat bazasına yazdırmaq üçün istifadə edilə bilər. Buna əlavə olaraq, bir e-poçt proqramı istifadəçidən e-poçt ünvanı, mövzu və mətn kimi məlumatları almaq üçün istifadə edilə bilər.
Digər proqramlaşdırma dillərində məsələn C++’da (cin >> ) , Python’da(input()) və.s ilə istifadəçidən dəyər ala bilirik. Bəs proqramlaşdırma dillərinin arasında ən məşhurlardan olan JavaScript-də bu necə baş verir gəlin ona baxaq.
JavaScript ilə istifadəçidən necə dəyər ala bilərik?
JavaScript ilə istifadəçidən dəyər almaq prompt() funksiyası ilə baş verir. Gəlin bir kod üzərində bunu daha yaxşı anlayaq:
Gördüyünüz kimi biz, prompt() funksiyasını çağırdıqda tooltip(açıqlama) hissəsində bizə bir yazı çıxır. Bu tooltip-də bizə deyilir ki, prompt() funksiyası iki parametr götürür, birincisi hər hansı bir mesaj(yəni bizim yazacağımız), ikincisi isə default olaraq verəcəyimiz dəyərdir. İndi isə bura nəsə yazaq və brauzerdə bunun necə işlədiyini görək.
prompt ilə daxil ediyimiz kod
brauzerdə görünüşü
Gördüyünüz kimi proqramı çalışdıqda bizə bir mesaj və bir default dəyər gəldi. Prompt funksiyası belə işləyir. Sizin inputa daxil edəcəyiniz dəyər geri qayıdır. Biz həmin dəyərə çatmaq istəyiriksə, bu funksiyanı console-a verməliyik.
Proqram çalışdığı zaman mən “OK” düyməsinə click etdim və ekranda 20 yazısını çıxartdır. Amma burada bir önəmli məqam vardır ki, prompt funksiyasından bizə qayıdan dəyər həmişə string tipindədir. bunu yoxlamaq üçün prompt funksiyasını hər hansı bir dəyişənə bərabər edəcəm və həmin dəyişənin tipini console-a verəcəm:
Gördüyünüz kimi prompt-dan qayıdan dəyər string tipində olur. Prompt funksiyasından əlavə olaraq bizdə alert() və confirm() funksiyaları da var. Alert() funksiyası istifadəçiyə hər hansı bir bildiriş çıxarmaq üçün istifadə olunur. Gəlin buna kod üzərində baxaq
Confirm() funksiyası isə istifadəçiyə bir mesaj çıxarır və iki seçim verir. Ya “OK” düyməsinə click etmək, ya da “Cancel” düyməsinə click etmək. “Ok” düyməsinə click etdikdə bizə true dəyəri, “Cancel” düyməsinə click etdikdə isə false dəyəri qayıdır. Gəlin kod üzərində buna baxaq:
Confirm funksiyasından dönən dəyəri görmək üçün console-a verək
Ok düyməsinə click edirik
Və bizə true olaraq qayıdır
Bura qədər gəldinizsə ümid edirəm ki, artıq prompt() , alert() və confirm() funksiyalarını anladınız. Sizə kiçik bir tapşırıq olaraq bunu verirəm👇:
Bu kişik alqoritm tapşırığını şərt bloklarından da istifadə edərək yazmağa çalışın. Yazdığınız kodu rəy bölməsinə qeyd edə bilərsiniz. Bu günlük bu qədər, növbəti məqalələrdə görüşənədək👋😊
Hər birinizə salamlar🖐️. Bu gün sizlərə Node.js-in nə olduğu, nə kimi üstünlüklərinin olduğu və Node.js ilə nələr edə biləcəyiniz haqqında danışacam. Kofe’nizi hazırlayın və başlayaq☕
Javascript-dən də bildiyimiz kimi, əvvəllər Javascript sadəcə olaraq istifadəçi tərəfdə(client-side) çalışan bir proqramlaşdırma dili idi. Artıq brauzerlərdə işlədilən Chrome V8 mühərriki istifadəyə verildikdən sonra Javascript server-side’da da işlədilməyə başladı. Yəni əvvəllər Javascript ancaq frontend-də var idisə Chrome V8 mühərrikin gəlməyi ilə backend-də də işlədilməyə başladı. Javascript dilini server tərəfdə işlətməyimizə imkan yaradan bu Chrome V8 mühərriki Node.js olaraq adlandırılır
Bəs bu Chrome V8 mühərriki nədir?
V8 deyilən bu Javascript mühərriki Google şirkəti tərəfindən inkişaf etdirilən və Chrome web brauzerlərinin də üzərində çalışdığı bir mühərrikdir. Bu mühərrik C, C++ və Javascript dilləri ilə yazılmışdır. Tək məqsədi Javascript kodunu maşın koduna çevirməkdir. Şübhəsiz ki, çox performanslıdır. Asinxron olaraq işləməsi və non-blocking olması ona çox sürətli olmağa imkan verir. Asinxron-un nə olduğunu birazdan ətraflı izah edəcəm.
Javascript-in Node.js ilə server tərəfə də daşınması ilə siz artıq bir proqramlaşdırma dili öyrənərək Fullstack Developer ola bilərsiniz. Frontend tərəfdə React kitabxanası və Backend tərəfdə Node js-i öyrənərək.
Node.js Statistikası
Javascript Statistikası
Yuxarıdakı şəkillərdə stackoverflow platformasında son illərdə etdiyi araşdırmalarda ən populyar olan, ən çox üstünlük verilən və ən çox sevilən texnologiyalarda Javascript və Node.js üstünlük təşkil edir.
Node.js-in ən mühüm xüsusiyyəti onun asinxron işləməsi və bloklanmamasıdır. Beləliklə, bayaq da dediyimi kimi asinxron əməliyyat və bloklanmayanın(non-blocking) nə olduğuna baxaq.
Gəlin sizə bu asinxron və non-blocking məntiqini bir restoran ilə izah edim. Bir restorana getdiyinizi və sifariş verdiyinizi düşünün. Siz sifarişi təbii ki ofisianta verəcəksiniz, o da öz növbəsində sifarişi gedib aşpaza çatdıracaq və aşpaz da sizin sifarişi hazırlayacaq. Deyək ki sizin yeməyinizin hazırlanma müddəti 30dəq oldu. Bu arada restoranda tək siz deyilsiniz, başqa müştərilər də vardır. Onlar da eyni anda bir neçə sifariş verdilər. Aşpaz da onların yeməklərini hazırlayacaqdır. Burada bir məqam vardır ki, əgər ofisiant onların sifarişlərini sizin yemək hazırlanandan sonra alsaydı o zaman digər müştərilər çox vaxt itirmiş olacaqdılar. Amma ofisiant sifarişləri aldı və aşpaza verdi. Qısaca kimsə digərinin sifarişinin bitməsini gözləmədi. Yəni bu sistem asinxron olaraq işlədi.
Node.js tərəfdə də bu belədir. Node.js-ə bir iş üçün sorğu göndərildikdə o, bu sorğunu dərhal emal edir, amma digər sorğu göndərildikdə bu işin bitməsini gözləmir. İstəkləri sıra ilə qəbul edir və nəticə gözləmədən davam edir. Nəticələr gələn kimi göndərilir. Nəticələrdən hansı bitirsə o nəticə göndərilir. Eyni ilə restoran məntiqi kimidir. Bu məntiq asinxron əməliyyat məntiqi adlanır və bloklanmır(non-blocking), çünki bir əməliyyat digər əməliyyata mane olmur.
Yuxarıdakı nümunə asinxron və sinxron əməliyyat arasındakı fərqi gözəl şəkildə göstərir. Sinxron əməliyyatlarda bir əməliyyat digər əməliyyatları gözlədiyi üçün cəmi 4 əməliyyatın tamamlanması 45 saniyə çəkdi. Lakin asinxron strukturda hər bir prosesin başlaması digər prosesin sonundan asılı olmadığı üçün 25 saniyə çəkirdi. Burada node.js bu asinxron strukturla ciddi sürət qazanır.
Eyni zamanda, birdən çox istifadəçiyə tez cavab verə biləcəyi üçün miqyaslanma probleminin həllini təklif edir. Bu, əslində onun populyarlığının əsas səbəblərindən biridir. Əgər biz minlərlə insanın eyni anda istifadə etdiyi bir sistem inkişaf etdiririksə, node.js çox yaxşı seçim olacaq.
Bəs, Python, Asp.Net, Java, Php, Ruby kimi texnologiyalar bu miqyaslanma problemini həll edə bilmir? Əlbəttə ki, həll edilə bilər, lakin daha çox xərc tələb edəcək. Bu səbəbdən Linkedin, Netflix, Paypal kimi çox istifadəçiləri olan böyük şirkətlər Node.js-dən istifadə edirlər.
Node.js-ə keçən məşhur şirkətlərdən biri Linkedin-dir. Mobil server tərəfində Node.js-ə keçməzdən əvvəl o, Rails-dən istifadə edirdi. Node.js-ə keçdikdən sonra server qiyməti 1/10 azaldı. Bəzi əməliyyatlarda 20 dəfəyə qədər sürət artımı olub.
İkinci və mənim fikrimcə ən yaxşı nümunə PayPaldır. Həm də daha yenidir. Paypall özünün iş platformasını riskə atmamaq üçün birbaşa Node.js-ə keçmək əvəzinə Java və Node.js kimi 2 platformada paralel olaraq inkişaf etmişdir. Nəticədə, Node.js java tətbiqindən saniyədə 2 dəfə çox sorğuya cavab verdi. Üstəlik, Node.js birnüvəli prosessorda işlədiyi halda, java proqramı beşnüvəli prosessorda işləyir. Beləliklə, Node.js dəyəri 1/5-ə endirdi. Bundan əlavə, cavab vermə müddəti 35% sürətləndirilmişdir
Nodejs-in ən böyük üstünlüklərindən biri onun modul quruluşu və bu strukturu dəstəkləyən paket idarəetmə sistemidir, npm (nodejs paket meneceri). Biz npm-ni Node.js layihələrində istifadə ediləcək çoxlu modulları ehtiva edən bir depo kimi düşünə bilərik. Bu modullar open-source developerləri tərəfindən yazılır və npmjs.com saytında quraşdırılır. Hazırda npm-də 1 milyondan çox paket və modul əlavə edilib. Bu, həqiqətən də onun populyarlığını açıq şəkildə göstərir.
Bu yazıda mən sizə Node.js haqqında ümumi məlumat verdim və indi siz Node.js-in güclü tərəfləri və onun niyə bu qədər populyar olduğunu öyrəndiniz. Növbəti məqalələrimdə görüşənədək😊
Hər birinizə salamlar🖐️. Bu gün sizlərlə birlikdə React.js-də funksional və sinif komponentlər arasındakı fərqlərə baxacayıq və hansını seçməli olduğunuzu izah edəcəm. Çay və ya kofe’niz hazırdırsa o zaman başlayaq)
Komponentə giriş
Keçən bloq’umda komponent-in nə olduğu haqqında yazmışdım. Gəlin yenidən komponentin nə üçün istifadə olduğuna nəzər yetirək:
Komponent istifadəçi interfeysinin(yəni UI) bir hissəsini təmsil edir
Komponent kod təkrarının qarşısını alır
Komponent React-in əsas tikinti bloklarından biridir. Başqa sözlə, deyə bilərik ki, React-da inkişaf etdirəcəyiniz hər bir proqram komponentlər adlanan parçalardan ibarət olacaq. Komponent JSX elementini və ya Null qaytaran bir şeydir.
React-da əsasən iki komponent var:
Stateless — dilimizdə tərcüməsi dövlətsiz anlamına gəlir🤷‍♂. Digər tərəfdən isə biz buna Funksional komponent deyəcəyik
Stateful — dilimizdə bunun tərcüməsi isə dövlətli anlamına gəlir. Digər mənada isə Sinif(class) komponent deyəcəyik.
Başlayaq bunlar haqqında ətraflı danışmağa :)
Funksional komponent və ya vətəndaşlığı olmayan(dövlətsiz) komponent:
Bu, sadəcə html UI-nı qaytaran sadə javascript funksiyalarıdır
O, həmçinin “vətəndaşlığı olmayan” komponentlər adlanır, çünki onlar sadəcə məlumatları qəbul edir və onları hansısa formada göstərirlər, yəni onlar əsasən UI-nin göstərilməsinə cavabdehdirlər.
Funksional komponentlərdə istifadə olunan heç bir render metodu yoxdur.
Sadə bir funksional komponent yaratmaq üçün aşağıdakı nümunəyə baxaq
import React from "react";
function FunctionalComponent() {
export default FunctionalComponent;
Göründüyü kimi yazılışı çox sadədir. Bu kodu ES6 versiyasında təqdim olunan arrow(ox) funksiyaları kimi də yazmaq olar olar.
import React from "react";
const FunctionalComponent = () => {
export default FunctionalComponent;
Həyat dövrü metodu(lifecycle methods) və ya funksional komponentdə Həyat dövrü qarmaqları(lifecycle hooks):
Komponentin həyat dövrü metodu funksional komponentdə mövcud deyil, çünki funksional komponent sadə JavaScript funksiyasıdır, biz komponent daxilində setState() metodundan istifadə edə bilmərik. Buna görə də onları funksional vətəndaşlığı olmayan(stateless) komponentlər adlandırırlar. Hooks haqqında növbəti yazılarımda ətraflı izah edəcəm hələlik bu barədə çox danışmayım. Keçək sinif(class) komponentlərinə.
Sinif komponenti və ya vətəndaşlığı olan komponent:
Bunlar, html-i qaytaran render() metoduna malik olmalıdır
Sinif komponentlərinin mürəkkəb yazılış qaydası var.
React kitabxanasının komponent sinfini genişləndirən adi ES6 sinfidir.
Məntiqi və vəziyyəti həyata keçirdikləri üçün “vəziyyətli(stateful)” komponentlər kimi də tanınır.
Gəlin sinif komponent yaratmaq üçün bir nümunəyə baxaq:
import React, { Component } from “react”;
class Person extends Component {
constructor(props){
super(props);
this.state = {
name: “Rasif”;
render() {
return (
export default Person;
Gördüyünüz kimi, sinif komponenti ilə kod yazmaq daha uzun və yorucudur. Biz burada əlavə olaraq props(rekvizitlərdən) də istifadə etdik. Rekvizitlər bizdə bir növ data-lar adlanır. Yəni biz bunların sayəsində parent komponentdən child komponentə məlumat ötürürük.
Bəs niyə funksional komponentlərdən istifadə etmək lazımdır?
React-da funksional komponentlərdən istifadə etməklə əldə etdiyiniz üstünlüklər:
1.Funksional komponenti oxumaq və yoxlamaq daha asandır, çünki onlar dövlət və ya həyat dövrü hook-ları olmayan sadə JavaScript funksiyalarıdır
2. Onu daha oxunaqlı edən daha az kod var
Bunun kimi çoxlu üstünlüklər sadalamaq olar. Amma gəlin nəticəyə baxaq.
Nəticə
Nəticədə demək istərdim ki, hər iki üslubda müsbət və mənfi cəhətlər var. Mən mütləq birinin digərindən daha yaxşı olduğunu düşünmürəm. Bu tamamən proqramçıdan asılı bir şeydir. Obyekt yönümlü proqramlaşdırmanı daha yaxşı bilən proqramçıya sinif komponentləri ilə yazmaq rahat gəlir və ya əksinə.
Mən şəxsən daha qısa və daha sadə yazılı funksional komponentlərdən istifadə etməyi xoşlayıram ki, bu da onları oxumağı, yazmağı və yoxlamağı asanlaşdırır, çünki onlar sadə JS funksiyalarıdır. Təbii ki, Funksional komponentlər və sinif komponentləri arasında fərqlər bununla bitmir. Lifecycle methods or lifecycle hooks(həyati dövr metodları) ilə bunlar arasındakı fərqləri daha yaxşı anlamaq olar. Növbəti məqalələrimdə hook-lar haqqında yazmağa başlayacam. Ümid edirəm onda daha yaxşı anlayacaqsınız :)
Hər birinizə salamlar🖐️. Bu gün sizlərə React.js nədir və nəyə görə bu qədər populyar olduğunu anlatmağa çalışacam. Başlayaq)
İlk öncə React.js-in nə olduğuna nəzər yetirək.
React.js nədir?
React.js bir JavaScript kitabxanasıdır. Bununla biz bir web-səhifə hazırlaya bilərik(qısa sözlə desək UI hazırlamaq). Diqqət etdinizsə mən “kitabxanadır” dedim, yəni framework deyil!. React-ın tək vəzifəsi interfeysdəki bütün işləri ən məntiqli, ən sadə, ən performanslı yol ilə hazırlamaqdır. Bunu necə edir? Bunu necə etdiyini izah etmək üçün React’ı biraz daha texniki tərəfdən izah edək; React , component(element) əsaslı, Virtual DOM memarlığı(başqa söz tapmadım izah etməyə😅) istifadə edən bir Frontend kitabxanasıdır. Birazdan bunların nə olduğu haqqında ətraflı danışacağam.
React-ın üstünlükləri
React-ın tarixi
React.js Meta(əvvəlki adı Facebook olan) şirkətin tərəfindən yaradılmışdır.
Nəyə görə React.js yaradıldı? Bəziləriniz bəlkə də xatırlayarsınız Facebook-un web saytından istifadə edərkən etdiyiniz refreshləri(səhifənin yenilənməsi). Anlıq olaraq mesaj gəldikdə və ya kiminsə onlayn olduğunu görmək üçün səhifəni refresh edirdik, ki bu görünsün😅. Yəni uzun sözün qısası, bu kimi problemlərin aradan qaldırılması üçün Meta şirkəti React.js-i yaratdı. İndi isə gəlin bayaq dediyimiz Component və Virtual DOM anlayışları ilə tanış olaq.
Nədir bu Component(element)?
Məndən Component nədir deyə soruşsalar mən “Component hər şeydir” deyə cavab verərdim. Bəli hər şeydir. Bütöv halda olan bir şeyin kiçik hissələrdən ibarət olduğunu hamımız bilirik. Misal olaraq deyə bilərik ki, insan bədəni və onunla bağlı olan orqanlar. Elə bu kiçik parçalar(orqanlar), React üçün component anlamına gəlir. Biraz daha texniki baxımdan yanaşsaq deyə bilərik ki, Veb-səhifəmizdə olan hər şeyi kiçik hissələrə(componentlərə) bölməkdir. Bunu nəyə görə edirik? Çünki bizim böldüyümüz bu kiçik hissələri saytımızda digər yerlərdə də işlədə bilərik. Kiçik hissələrə bölməyimiz bizim üçün bir növ performans gətirir. Kodun təkrarının qarşısını alır.
Componentin izahı
Virtual DOM nədir?
İlk öncə gəlin DOM sözünün açılışına baxaq. DOM-> Document Object Model anlamına gəlir. Təbii ki, heçnə anlamadınız. Sadə dil ilə izah etsəm, DOM, veb-səhifələrin bizə görünməsini təmin edən, HTML elementlərinin iyerarxik bir şəkildə bir arada saxlanılmasını təmin etmək anlamına gəlir. Virtual DOM isə DOM strukturunun bir kopyası kimi düşünə bilərik. Virtual DOM, əsas DOM-un kopyasını açar -> dəyər (key => value) şəklində yaddaşda saxlayır.
İndi isə keçək əsas hissəyə. Veb səhifəmizdə hər hansısa bir element dəyişsək və həmin dəyişikliyin ekrana görünməsi üçün bütün DOM skan edilirdi. Amma bu işin içinə Virtual DOM girdikdə isə, hər hansısa bir dəyişiklik olduqda ilk öncə Virtual DOM-da həmin dəyişiklik saxlanılır. Virtual DOM-da saxlanılması bir növ yaddaşda saxlanılması anlamına gəlir. Daha sonra Virtual DOM-dan, əsas DOM komponentlərimizə köçürüldükdə bunlar arasında olan fərqliliklər yoxlanılır. Əgər hər hansısa hissədə fərqlilik varsa həmin hissə render edilir. Yoxdursa render baş vermir. Bu render-i siz bir növ yeniləmə(refresh) kimi başa düşün.
Bura qədər oxudunuzsa hər birinizə təşəkkürlərimiz bildirirəm. Suallarınız olduğu zaman rəy bölməsində bildirməyi unutmayın. Növbəti məqalələrdə görüşənədək😊