Stories by Huseynov Rufet on Medium
Niyə Collection?
Beyninizdə sual yarana bilər ki, array varkən niyə Collectionlardan istifadə edim. Səbəb isə ondan ibarətdir ki, siz bir array yaratdıqda ona müəyyən bir ölçü verməlisiniz: String[] array = new String[10]
Gördüyünüz kimi String arrayı yaratdım və ölçü olaraq 10 uzunluğunu verdim. Bəs bizim 11-ci elementimiz olsa? Gedib ölçünü hər dəfə artırmaq əvəzinə biz collectionlardan istifadə edib, sabit uzunluqlu olmayan array yarada bilərik. Yəni Collectionlardan istifadə səbəbimiz tək collectionların bəzi üstünlükləri yox, müəyyən uzunluğa malik olmamasıdır.
Collectionlar Java-nın bir frameworkudur, hansı ki, obyektləri bir yerdə saxlamaq və ya manipulyasiya etmək üçün istifadə olunur.
Collection özü bir interface-dir. İterable interface-ni implement edir. Collection 3 növə bölünür: List, Queue, Set
List interface-i 3 növ classdan ibarətdir:
ArrayList
LinkedList
Vector (həmçinin bir alt classı olan Stack(Vectoru extend edir))
ArrayList classı List interface-ni implement edir. Dinamik arraydir, müxtəlif növ data tiplərini yadda saxlamaq üçün istifadə olunur. Sadəcə indexinə görə elementləri store edir.
.add prosesi yalnız obyekti daxil etməklə(yəni dəyəri) və ya index-i verməklə obyekti daxil etməklə olur. Məsələn, siz 5-ci index-ə add eləmək istəyirsinizsə, onda gəlib indexli olandan istifadə edəcəksiniz.
Həmçinin elementləri silmə prosesini də həm indexə, həm də elementin özünə görə silmək olar.
LinkedList-in add, delete prosesi ArrayListlə eynidir. Lakin struktur cəhətdən bir-birindən fərqlənir. Burada elementlər indexə görə yox, bir-birinə link şəklində düzülür.
Daxil edilən hər bir elementin previous(əvvəlki) və next(sonrakı) hissəsi olur. Əgər bir elementin prev elementi yoxdursa, deməli həmin element birinci elementdir.Məsələn, ikinci elementin previ birinci element, nexti üçüncü element olur.
Bu sırada Cat-i silmək istəsək, Dog-un next elementi Cow-a, Cow-un prev elementi isə Dog-a birləşəcək. Nəticə olaraq Cat-in iki tərəfdən əlaqəsi qırılmış olur. Artıq Cat əlaqəsiz qaldığına görə Garbage collector tərəfindən silinir.
Məsələn siz ikinci index-ə E elementini əlavə etmək istəyirsiniz. B elementinin next-i E elementinə, C elementinin previ B-dən qırılıb E-ə birləşdirilir. Add prosesi bu şəkildədir.
Bəs ArrayList və LinkedListin fərqi nədədir?
ArrayList index-ə görə işləyir deyə select(seçmə) əməliyyatı daha sürətlidir. Linkedlistdə siz 500-cü elementi tapmaq istəyirsinizsə, 499 elementi keçdikdən sonra tapacaq. ArrayListdə sadəcə gedib 500-cü indexi tapır.
LinkedListdə add və delete əməliyyatı daha sürətlidir. Çünki element eləcə listin özündə add olunur və ya silinir. ArrayListdə yeni gələn və ya silinən element üçün yeni list yaradılır.
Vector xüsusiyyət cəhətdən ArrayList ilə eynidir, üstünlüyü sinxron işləməsidir. Yəni siz ArrayListə eyni anda 5 element add etmək istədikdə bu sinxron olmadığına görə hansı önə düşsə o işləyəcək. Vector sinxron olduğuna görə sıra ilə icra olunur. Qeyd edim ki, artıq Vector demək olar ki, istifadə olunmur. Siz sadəcə nə olduğunu bilsəz kifaət edəcək :)
Stack Vectorun subclassıdır. Yəni Stack Vectordan extend edir. LİFO(Last in first out) ya görə işləyir.
Burada elementi add etmək üçün push() metodundan, silmək üçün pop() metodundan istifadə olunur.
LİFO-nu qısaca deməli olsam, aşağıdakı şəkli bir qutu kimi düşün. Son qoyduğunu birinci götürəcəksən. Yəni Last in first out — sonuncu girən birinci çıxır.
Son olaraq məqaləmdə xətaya yol verdiyim və ya səhv bildiyim birşey varsa həmin hissəni sizin yorumunuz olaraq görməkdən minnətdarlıq duyaram.
Bəzən Javada biz bir neçə oxşar xassəli classlar yazmalı oluruq. Oxşar xassə dedikdə, fərz edək ki, bizim tələbə və müəllim adlı iki classımız var.
Gördünüz kimi hər iki classda name,surname,age dəyişənləri təkrarən yazılıb. Bəs sizcə bu dəyişənlər mənə daha 5–10 classda da lazım olsaydı, gedib hamsında bir-bir yazmalı idim?
Təbii ki, yox. Bu halda Javada varislik anlayışı köməyimizə çatır. Biz ortaq istifadə edəcəyimiz dəyişənləri bir classda toplaya və istifadə edəcəyimiz classlarda onları istifadə edə bilərik.
Hər iki classda istifadə etdiyim name, surname, age dəyişənlərini bir classda topladım.
Daha sonra Student classıma gəlib,extends keywordü vasitəsilə Person classımı Student classına extend elədim.(extend-Person classındaki xüsusiyyətləti Student classında istifadə edə bilməyimiz üçündür)
Gördüyünüz bu proses Javada İNHERİTANCE adlanır. Qısaca inheritance bir classda extend etdiyimiz classın xüsusiyyətlərini istifadə etməkdir.
Extend edən class SubClass(Nümunədə olan Student və Teacher classları), extend olunan class SuperClass və ya Parent class(Nümunədə olan Person classı) adlanır.
Javada inheritance struktur cəhətdən 3 növə ayrılır:
1)Single
2)MultiLevel
3) Hierarchical
Super keyword
İki halda istifadə olunur: super() , super.
1) Bildiyimiz kimi biz classı yaradanda arxa planda default olaraq parametrsiz constructor yaranır.
Student classı Person classını extend etdikdə Student classında default olaraq yaranan parametrsiz constructor daxilinde super()-metodu yaranır.
Gördünüz bu super() extend olunan classın constructorunu çağırır. Bu sayədə siz Student classı daxilində Person classına məxsus xüsusiyyətləri görə bilirsiz.
2) Yazdığınız metod içində extend etdiyiniz classın metod və dəyişənlərini birbaşa istifadə etmək üçün.
Əgər siz yazdığınız classı heçkimin extend etməyini istəmirsizsə Final keywordundən istifadə edə bilərsiniz.
Həmçinin Student və Person classları arasında is-a əlaqəsi var. Bu əlaqə Studentin Person olduğunu bildirir.(Yəni Student is Person)
Son olaraq məqaləmdə xətaya yol verdiyim və ya səhv bildiyim birşey varsa həmin hissəni sizin yorumunuz olaraq görməkdən minnətdarlıq duyaram.
Spring Java proqramlarının inkişafı üçün struktur dəstəyi təmin edən açıq mənbəli proqram frameworkudur. Ən məşhur Java Enterprise Edition (Java EE) frameworklərindən biri olan Spring istifadəçilərə sadə, köhnə Java obyektlərindən istifadə edərək yüksək performanslı proqramlar yaratmağa kömək edir.
Bəs nədir bu Framework?
Frameworklər, köhnə texnalogiyalarla yazılan kodları qısa şəkildə istifadə edə biləcəyimiz vasitələrdir.
Məsələn, hər hansı bir köhnə texnologiya ilə yazdığınız 50 sətirlik kodu, siz həmin programlaşdırma dilinin frameworku vasitəsilə 5–10 sətirdə yaza bilərsiniz.
Java Server Faces (JSF), Maven, Hibernate, Struts və Spring daxil olmaqla bir çox məşhur Java framworkləri var.
Spring nə vaxt yarandı?
İlk versiya 2002-ci ilin oktyabrında Rod Johnson tərəfindən yazılmışdır. Framework ilk dəfə 2003-cü ilin iyununda Apache 2.0 lisenziyası ilə buraxılmışdır. İlk istehsal buraxılışı isə versiya olaraq 1.0, 2004-cü ilin martında buraxıldı. Son versiya olaraq hal-hazırda 2022-ci il oktabr tarixində Spring Boot 2.7 istifadə olunur.
Spring proyekti necə yaradılır?
Google Chrome-da spring initializr və ya start spring io yazırıq. İlk qarşımıza çıxan səyfəyə daxil oluruq.
2. Aşağıda gördüyünüz səyfə açılır. Biz Spring proyektimizi ilk olaraq burda inşa edəcik.
Hər bir hissəni təhlil edək:
Project: Proyektin hansı tipdə olduğunu qeyd edirik(Maven or Gradle). Biz Maven seçirik.
Language: İstifadə etdiyimiz dil - Java olaraq seçirik.
Spring Boot: Burada biz versiyanı qeyd edirik. Toxunmasaq default olaraq son qərarlı sürümü işlədir.
Project Metadata: Group-package adımızı qeyd edirik. Artifact-proyekt adımızı qeyd edirik(Name Artifact ilə default olaraq doldurulur). Description- proyektimizi təsvir edirik.
Dependency: Proyektimizdə lazım olan kitabxanaları daxil edirik.
Demo proyekt üçün yuxardakı dependencylər kifayət edəcəkdir. Nə işə yaradıqları hər bir dependencynin altında izah olunur.
Son olaraq sol aşağı hissədə:
Packaging: Spring proyektimizin formatını seçirik.
Java: Jdk-mızın versiyasına uyğun olaraq seçirik.
Bütün sazlamaları bitirdikdən sonra Generate-i klikləyirik. Faylımız ZİP şəklində kompüterimizə yüklənir.
Yüklənən faylımızı Extract edib, İntellij-də açırıq.
Proyekti ilk açdıqda aşağıda gördüyünüz bildirişi alırıq. Load-u klikləyib lazımi dependencyləri yükləyirik.
Spring proyektimiz hazırdır :)
Springin əsas iki üstünlüyü: IoC və DI
IoC- Inversion of Control
DI- Dependency Injection
Növbəti hissədə bu iki xüsusiyətin nə olduğunu izah edəcəm.
Son olaraq məqaləmdə xətaya yol verdiyim və ya səhv bildiyim birşey varsa həmin hissəni sizin yorumunuz olaraq görməkdən minnətdarlıq duyaram.
Java’da String
Java’da data tipləri 2 qrupa bölünür: primitive və non-primitive
Non-primitive data tipləri primitive-dən fərqli olaraq dəyişənin dəyəri ilə birlikdə həmin dəyişənin referansını saxlayır. Bunlara Stringlər, Array’lər, Class’lar, Interface’lər və s. aiddir.
String’lər bir və ya birdən çox simvolu(mətnləri) yadda saxlamaq üçün istifadə olunur.
Bəs Stringlər necə yaradılır?
· Sadəcə dırnaqlar vasitəsilə: String s = “Salam”
· New açar sözü vasitəsilə: String s = new String(“Salam”)
String char’lar toplusudur. Bir sözü ayrı-ayrı charlar vasitəsilə yazmaq əvəzinə biz Stringdən istifadə edirik.
Hansı ki, siz String-dən istifadə etdikdə ar-xa planda String bir char arrayı yaradır və sizin yazdığınız istənilən texti char array-ə doldurur.
Java 9-dan əvvəl bizim yazdığımız hər bir String dəyişəni üçün yaddaşda char[] arrayı yaradılır və hər bir simvol üçün yaddaşda 2 byte yer ayrılırdı. Sonradan məlum olur ki, bəzi Latın-1 simvollarını yaddaşda 1 byte ilə yadda saxlamaq mümkündür. Buna görə də Java 9-la birlikdə byte arrayı anlayışı gəlir. Artıq yaddaşda 2 byte yerə ehtiyacı olmayan simvollar üçün byte[] yaradılacaq. Bu isə char ölçüsünün tam yarısıdır. Həmçinin bu proses Stringin performansını artırır. Həmin byte array-dən istifadə edən Stringlər isə Compact Stringlər adlanır.
Stringlər obyekt olduğuna görə hər bir dəyişən özündə obyekt referansı saxlayır, buna görə də başqa bir dəyişənə eyni String dəyərini mənimsətdikdə JVM Heap yaddaşda olan “String Constant Poola” müraciət edir. Əgər String Poolda eyni dəyər varsa ikinci yaradılan dəyişənə birinci dəyişənin referansı mənimsədilir.
Hər bir non-primitive data-type özündə obyekt saxladığına görə String əslində bir obyektdir. Buna görə də özündə String metodlarını saxlaya bilir.
Ən çox istifadə olunan String metodları:
String s = “Salam”;
s.length(): s dəyişənin uzunluğu
s.charAt(2): verdiyimiz indexə uyğun olan simvolu çapa verir
s.substring(beginIndex,endIndex): s Stringinin içindən müəyyən hissəni götürmək üçün istifadə olunur.
s.contains(“Hər hansı String”): Daxil etdiyimiz dəyər s Stringinin içində varsa true, əks halda false qaytarır.
s.equals(“String Object”): Daxil etdiyimiz dəyər s Stringinə bərabərdirsə, true əks halda false
s.equalsİgnoreCase(“String Object”): equals ilə eyndir, fərq olaraq hərflərin böyülk və ya kiçik olmasını nəzərə almır.
s.isEmpty(): boş olub-olmadığını yoxlayır.(true or false)
s.concat(String Object): Bir Stringe başqa bir Stringi birləşdirmək üçün istifade olunur.
s.replace(old char , new char): String dəyərini dəyişmək üçün istifadə olunur. Old char dəyişmək istədiyimiz hissə, New char yeni yazacağımız dəyəri göstərir.
s.indexOf(“String”): göndərilən hissənin Stringdəki indexini çapa verir.
s.split(“Bölünmə hissəsi”): Verilən dəyərə görə String bölüb Arraya doldurur.
s.trim(): String daxilində simvolun başladığı hissədən bitiş hissəsini saxlayır. Sağ və solda qalan boşluqları kəsir.
İnput: String s = “ Salam necesen? “;
Output: “Salam necesen”
s.toUpperCase(toLowerCase): Stringin bütün elementlərini böyük(kiçik) olaraq çapa verir.
Javada CharSequence Class olaraq 3 qrupa bölünür: String, StringBuffer, StringBuilder
StringBuilder və StringBuffer nisbətən ayrı olduğuna görə ayrı bir post olaraq izah etməyi daha uyğun gördüm)
Məqaləmdə xətaya yol verdiyim və ya səhv bildiyim bir şey varsa, həmin hissəni sizin yorumunuz olaraq görməkdən minnətdarlıq duyaram.