Stories by Sebahbagirzade on Medium
Python-da sinifi təyin etmək üçün “class” açar sözündən istifadə olunur. Sinfin gövdəsində də atributlar, yəni sinifin sahə və metodları elan edilir.
Sadə şəkildə belə izah edə bilərəm: Python-da çox kod yazarkən bu kodları bir class daxilinə yığıb hamısını birlikdə run edə bilərsiniz. Beləcə,bir dəfə class yazdıqdan sonra, həmin class-dan çox sayda obyekt yarada bilərsiniz. Bu, kodu yenidən yazmaq məcburiyyətini azaldır.
Class yazarkən bir çox def funksiyası istifadə edilir. Nümunə olaraq datanı analiz etmək üçün yazdığım koda baxaq:
class DataAnalysis:
def __init__(self, data):
self.data = data
def correlation_matrix(self, columns):
correlation_matrix = self.data[columns].corr()
plt.figure(figsize=(14,7))
sns.heatmap(correlation_matrix, annot=True, cmap='coolwarm', fmt='.2f')
plt.title('Korrelyasiya Matrisi')
plt.show()
def treat_outliers(self, columns):
for i in columns:
Q1 = self.data[i].quantile(0.25)
Q3 = self.data[i].quantile(0.75)
IQR = Q3 - Q1
lower_limit = Q1 - 1.5 * IQR
upper_limit = Q3 + 1.5 * IQR
self.data[i + '_outlier treated'] = np.where(
np.where(self.data[i] > upper_limit, upper_limit, self.data[i])
return self.data
def standardize_columns(self, columns):
for i in columns:
mean = self.data[i].mean()
st = self.data[i].std()
self.data['standart' + i] = (self.data[i] - mean) / st
return self.data
Yuxarıdakı kod təmizlənmiş datada korelyasiya matrisi yaratmaq,outlier treatment etmək və standartlaşdırma aparmaq üçün istifadə olunur. Və bu kodu istənilən təmizlənmiş data üçün tətbiq etmək mümkündür. Kodun başlanğıcında gördüyünüz “init” funksiyası bir class-da “qurucu” kimi fəaliyyət göstərir. Bu funksiya, bir class-dan yeni obyekt yaradıldıqda avtomatik olaraq çağırılır və həmin obyekt üçün ilkin dəyərlərin təyin edilməsinə xidmət edir. Başqa sözlə, obyekt yaradılarkən ona lazım olan başlanğıc parametrləri təyin etmək üçün istifadə olunur.
Class-lardan istifadə etməyin başqa hansı üstünlükləri var?
Class-lar obyektlərin və funksiyaların məntiqli şəkildə qruplaşdırılmasına kömək edir.
Class yaratmaq, kodu müxtəlif obyektlər üçün bir şablon olaraq istifadə etməyə imkan verir.
Class-lar məlumatları və metodları bir yerdə saxlayır. Bu, məlumatın birbaşa deyil, metodlar vasitəsilə idarə olunmasını təmin edir.
Class istifadə edərkən bir class başqa bir class-dan xüsusiyyətləri və metodları miras ala bilər. Bu, mövcud kodun yenidən istifadəsini asanlaşdırır və əlavə funksionallıq təmin etmək üçün mövcud class-ı genişləndirməyə imkan verir.
Obyekt yönümlü proqramlaşdırma strukturu ilə yazılmış kod daha təmiz, oxunaqlı və başa düşülən olur.
Nəticə:
Class-lardan istifadə etmək proqramlaşdırmada effektiv kod yazmaq və layihələri daha idarə olunan hala gətirmək üçün çox əhəmiyyətlidir. Class-lar bir dəfə yaradıldıqdan sonra müxtəlif obyektlər üçün təkrar istifadə edilə bilir və bu da kodun modulluluğunu, oxunaqlılığını və funksionallığını artırır. Əlavə olaraq, class-lar vasitəsilə məlumatların idarə olunması daha təhlükəsiz və strukturlaşdırılmış olur, metodlar ilə məlumatlar arasında daha yaxşı əlaqə təmin edilir.Bu səbəbdən, obyekt yönümlü proqramlaşdırma ilə böyük və mürəkkəb proqramlar yazarkən class-lardan istifadə etməklə kodun keyfiyyətini yüksəltmək mümkündür.
Korrelyasiya matrisi məlumat dəstindəki iki dəyişən arasındakı əlaqəni qiymətləndirmək üçün istifadə olunan statistik üsuldur. Yəni data üzərindən analiz apararkən sütunlar arasında hansı əlaqənin olduğuna baxmaq üçün istifadə olunur.
Korrelyasiya matrisi kvadrat formadakı bir cədvəldir və bu cədvəl daxilində hər element iki dəyişən arasındakı korrelyasiya əmsalını təmsil edir.Bu əmsallar -1 və 1 arasında olur.
1: Müsbət korrelyasiya — bir dəyişən artdıqda, digəri də həmişə artır.
0: Heç bir korrelyasiya yoxdur — dəyişənlər arasında heç bir əlaqə yoxdur.
-1: Mənfi korrelyasiya — bir dəyişən artdıqda, digəri həmişə azalır.
Korrelyasiya matrisini vizual olaraq öz yazdığım kodla izah edim:
import seaborn as sns
import matplotlib.pyplot as plt
plt.figure(figsize=(14,7))
sns.heatmap(corelation_matrix, annot=True, cmap='coolwarm', fmt='.2f')
plt.title('Korrelyasiya Matrisi')
plt.show()
Yuxarıdakı Python kodunu daxil etdikdə alınan korrelyasiya vizualı:
Bu vizuala əsasən analiz aparaq: Gördüyünüz kimi hər bir sütun özü ilə kəsişməsində 1 alınmışdır. Bu korrelyasiya müsbət korrelyasiyadır. Target sütun “Annual İncome” ən çox təsir edən sütunlar “Age” və “Time on Site” sütunlarıdır. Ən az təsir edən sütun isə “Customer İD” sütunudur. Yəni, model qurarkən bu sütunu modelə öyrətməsək böyük bir fərq yaranmayacaq.
Bəs Korrelyasiya matrisi daha hansı məqsədlər üçün istifadə olunur?
Dəyişənlər arasında asılılığı araşdırmaq: Bu, xüsusilə maliyyə, marketinq, iqtisadiyyat kimi sahələrdə vacibdir. Məsələn, səhmlər arasında olan korrelyasiyanı öyrənmək investisiyalar üçün vacib məlumatdır.
Multikolinearlıq Problemini Aşkar Etmək (Model qurarkən):Məsələn, maşın öyrənməsi və statistik modellərdə çoxsaylı dəyişənlər arasında yüksək korrelyasiya varsa, bu, multikolinearlıq adlanan problemlərə səbəb ola bilər. Bu, modellərin performansını azalda və nəticələrin doğru olmasına mane ola bilər. Korrelyasiya matrisi bunu aşkar etmək üçün istifadə edilir.
Məlumat Azaltma:Əgər iki və ya daha çox dəyişən çox güclü şəkildə korrelyasiya olunubsa, onlardan birini silərək verilənlərin ölçüsünü azaltmaq mümkündür. Bu, modellərin daha səmərəli və tez işləməsinə kömək edir.
Nəticə:
Korrelyasiya matrisi, məlumatları təhlil etmək və onların arasındakı əlaqələri anlamaq üçün çox vacib bir vasitədir. Dəyişənlər arasındakı asılılıqları, əlaqə dərəcəsini göstərir və bu məlumatlar daha yaxşı qərar vermək və daha dəqiq modellər qurmaq üçün istifadə olunur.
Məlumatların təhlili (Data Analitika) xam məlumatları dəyərli anlayışlara çevirir. Məlumatların üzərində aparılan analiz prosesi vasitəsilə, əvvəlcə anlaması çətin olan məlumatlar araşdırılır və mənalı nəticələr çıxarılır.
Təhlil vasitəsilə məlumatlarda gizli olan müəyyən nümunələr və ya müntəzəm olaraq təkrarlanan halları görmək mümkün olur. Həmçinin,təhlil prosesində daha əvvəl fərq edilməyən yeni biznes imkanları və perspektivlər aşkar edilir.
Bəs aşkar edilmiş imkanlardan necə yararlanmaq olar?
Bu suala qısa olaraq belə cavab verə bilərəm: Yaxşı aparılmış təhlil nəticəsində şirkətlər daha yaxşı qərar verə bilər və müştəri ehtiyacları qabaqcadan görülə bilər. Nəticədə,şirkət böyük uğurlar əldə etmiş olar və öz müştərisini yaxşı tanıyaraq potensial müştəri bazası da yaratmış olar.
Data Analitikasında yaxşı aparılmış təhlil menecerlərə məlumat anlayışlarına əsaslanaraq gündəlik əməliyyat qərarları qəbul etməkdə kömək edə bilər.
Bəs ümumiyyətlə Data Analitikası dedikdə nə başa düşməliyik?
Məlumat təhlili (Data Analitikası) dedikdə-məlumatların toplanması, təhlili və onlardan dəyərli məlumatlar çıxarılması prosesi başa düşülür.
Məlumat toplanması-müxtəlif mənbələrdən (sosial media,sorğu nəticələri vəs.) dataların toplanmasıdır.
Məlumatların hazırlanması-Toplandıqdan sonra əksər hallarda əldə olan datanı təmizləmək lazım olur.Yəni boş dəyərləri nəzərə almaq,outlierləri aşkar etmək və aradan qaldırmaq,standartlaşdırma normallaşdırma kimi prosesləri ehtiyac olduqda həyata keçirmək vəs.
Məlumatların təhlili-Data toplanıb təmizləndikdən sonra təhlil edilmək üçün bir sıra alqoritmlər,statistik metodlar,maşın öyrənmə üsulları tətbiq edilə bilər.Təhlil zamanı datada olan dəyərli məlumatlar tapılır.
Vizualizasiya və təqdimat-Bütün yuxarıda qeyd etdiyim prosesləri bitirdikdən sonra datanı daha yaxşı başa düşmək üçün vizuallardan istifadə olunmalıdır.Vizuallaşdırma üçün Power bi,Tableau,Google data studio,Qlik sense,Excel kimi alətlərdən istifadə etmək əlverişlidir.
Nəticə: Data analitikası müasir dövrdə hər bir şirkətin və təşkilatın uğurlu olmasında böyük rol oynayan əsas proseslərdən biridir.Təşkilatlar Data Analitika proseslərini düzgün tətbiq etməklə rəqabətdə üstünlük qazana və bazarda lider mövqeyinə gələ bilərlər.
Şirkətlər data analitikasının gücündən tam yararlanmaq üçün bu sahəyə yatırım etməli və məlumatların dəyərini anlamağa çalışmalıdırlar. Beləliklə, data analitikası gələcəkdə daha geniş yayılacaq və hər sektorda vacib bir amil olacaqdır.