Stories by Shafi Shafiyev on Medium
“Neftçi”nin ilk Müşahidə Şurası
https://medium.com/media/42ca5e8b8c9b46aa5e9b38b2e2ffbd39/href
MÜŞAHİDƏ ŞURASI DÖVRÜNÜN 10 ƏN YADDAQALAN MƏQAMI
“Neftçi”! Odlar diyarı, qara qızılın məskəni olan vətənimizin ən böyük futbol brendi! “Ağ-qaralar”, “flaqman”, “xalqın komandası”, “ilklərin klubu” və digər möhətəşəm ləqəbləri özünə götürən 80 yaşlı qoca çinar, ölkənin ən titullu, ən çox azarkeşi olan klubu. Nələr qazanmayıb ki “Neftçi”? 1966-cı il SSRİ çempionatının bürünc medalından tutmuş, 2006-cı ildə başı üzərinə qaldırdığı Birlik Kuboku da daxil, 2012-ci il müstəqil ölkə tarixində ilk dəvə Avropa Liqasının qrup mərhələsinə vəsiqəyə kimi. Hələ yiyələndiyi 8 ölkə çempionluğu, 6 ölkə kuboku və 2 superkuboku demirəm, çünki hamınız xəbərdarsız. Elə zənn etməyin ki, bu yazıda (demək olarsa) ölkənin ən şanlı tarixə malik klubunun uğurlarından bəhs edəcəm. Qəti. Sizi “Neftçi”nin Müşahidə Şurası (MŞ) yaranandan bəri üzləşdiyi uğurusuz günlər, qara tale “valeh etmək” istəyirəm. Odu ki, yaxın əyləşin.
Müşahidə Şurasının “Neftçi” bazasında ilk görüşü
31 mart, 2015-ci il. “Neftçi”nin başı üzərini məhz bu tarixdən qara buludlar aldı. Həmin gün klubu maliyyələşdirən SOCAR mühüm (fövqəlbəşər səslənir, elə deyilmi?) qərar qəbul etdi. Belə ki, AFFA prezidenti Rövnəq Abdullayev başda olmaqla SOCAR-ın köhnə binasında baş tutan müşavirədə klubda prezident postu ləğv olundu, MŞ yaradıldı. Özü də, unutmayaq ki, müşavirədə bir sıra KİV-lərə giriş yasaqlanmış, klub yalnız AFFA-ya yaxın mediaları tədbirə dəvət etmişdi. MŞ-nin sədri isə xalq yazıçısı Çingiz Abdullayev təyin olundu. Bununla da 3 dəfə ölkə çempionluğu yaşamış, 2 dəfə isə kuboku başı üzərinə qaldırmış və ölkə tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanmış 6 illik (2009–15) prezident Sadıq Sadıqov erası başa çatdı, “yazuz da, bunu da yazuz” dövrü başladı. MŞ gələndə olduqca iddialı idi. Elə Çingiz bəyin özü “futbolu çox sevirəm və bilirəm” söyləmişdi. Hələ təyinatın ilk günü Bakı Olimpiya Stadionunu “Neftçi” üçün istəmişdi. O “Neftçi” ki, ev oyunlarını keçirdiyi “Bakcell Arena”ya 500 azarkeş toplaya bilmirdi. Çingiz Abdullayevin gedişində sonra klubun yetirmələri didərgin salındı. Elvin Yunuszadə, Mirhüseyn Seyidov, Elşən Abdullayev, Araz Abdullayev və Ruslan Qurbanov kimi futbolçu kimi “ağ-qara” forma ilə püxtələşən adlar klubdan getdi. Və nəhayət klub 80 illiyində mövsümü 7-ci, biabırçı pillədə başa vuraraq, avrokuboklardan uzaq qaldı. Bir sözlə, məşhur deyimdə deyildiyi ki, MŞ-nin səsləri yaxşı çıxdı, amma oxuduqları Quran deyildi.
25 aprel, 2015-ci il. “Neftçi”nin yeni rəhbərliyi köhnələrin göndərilməsi ilə yeniliklərə başladı. Gözəçarpan ilk yenilik isə loqo idi. Bəli, bir ara rəhbərlik klubun loqosunu dəyişmək fikrinə düşdü. Klubun rəsmi “feysbuk” səhifəsi azarkeşlər arasında sorğu keçirdi. Amma onlar MŞ-nin bu cür ideyasına qarşı çıxdılar, etiraz etdilər. İctimaiyyət və media tərəfindən böyük təzyiq gördüklərindən rəhbərlik bu fikirlərindən vaz keçdi. Xalq “xalqın komandası”nın sifətinin dəyişməsinə imkan vermədi.
Elnur Məmmədov və Vəli Qasımov
1 sentyabr, 2016-cı il. MŞ-nin dövründə klubun uğurları üçün can yandıranlardan biri də icraçı direktor Elnur Məmmədov idi. Amma çox keçmədi ki, onun da kreslosu əlindən alındı. 2016-cı ilin sentrabrın 14-də Elnur bəy klubun uğursuzluqlarına görə vəzifəsindən uzaqlaşdırıldı. Onun yerinə adaşı Elnur Eyvazov təyin edildi. Məəmmədov klubdan tək getmədi. Onunla birgə komandanın baş məşqçisi Vəli Qasımov da istefaya göndərildi. Baş məşqçi postuna gətirilən Elxan Abdullayev indi də bu kürsüdə rahat görünsə də, Eyvazov tezliklə Orxan Hüseynzadə ilə əvəzləndi. Məlumatlara görə, Elnur Məmmədov və Vəli Qasımovun klubdan göndərilməsinə əsas səbəb onların transferlərdən xeyli pul əkişdirməsi olub.
“Neftçi” — “Qəbələ” matçı: Ruslan Qurbanov sabiq komandasına qol vurub, üzrxahlıq edir
10 sentrabr, 2016-cı il. “Neftçi”, müstəqillik tarixinin ən böyük biabırçılığını yaşadı. Paytaxt təmsilçisi 4-cü turda evdə “Qəbələ”yə 0:8 hesabı ilə məğlub olmaqla Azərbaycan çempionatlarında ən böyük hesablı məğlubiyyətini aldı. 1992-ci ildən təşkil olunan ölkə çempionatlarında heç vaxt belə rüsvayçılıq yaşamamışdı. 10-cu, yubiley darmadağına üzülən “Neftçi” ən pis halda 4 top fərqilə uduzmuşdu. Bunadək paytaxt klubu 7 dəfə 3, 2 dəfə 4 top fərqi ilə yenilib. Bu 8:0 80 illik yubiley üçün ən böyük hədiyyə oldu.
https://medium.com/media/301717f649f2cf6f3de724709f7839b1/href
Katalin Tiranın azarkeşə hücum çəkdiyi an
25 oktyabr, 2016-cı il. MŞ-nin “Neftçi”yə doldurduğu, heç bir xeyri olmayan legionerlərin əsl üzü premyer-liqanın 9-cu turunda açıldı. “Neftçi” — “Qarabağ” matçının 90-cı dəqiqəsində “Qarabağ”ın vurduğu ikinci qoldan sonra meydana azarkeş daxil olur. Meydanın mərkəzinə tərəf irəliləyən azarkeşə gözlənilmədən “Neftçi”nin rumıniyalı hücumçusu Katalin Tira hücum çəkir. Futbolçunun bu hərəkətinə təəccüblənən azarkeş özünə gəlməyə imkan tapmamış Tira ona iki-üç dəfə zərbə endirir. Yalnız “Qarabağ”lı oyunçuların müdaxiləsindən sonra azarkeşi xilas etmək mümkün olur. Rumıniyalı hücumçunun bu hərəkəti baş hakim Ramil Diniyev tərəfindən “qırmızı” ilə cazalandırılır. Bir müddət sonra isə Katalinlə müqavilə qarşılıqlı razılıq əsasında pozulur və rumıniyalı ilə yollar ayrılır. Yeri gəlmişkən, bəndəniz və “Futbol+”çi həmkarım Həbib Aslanov Katalin Tira ilə zərərçəkən azarkeş Nurlan Əzizi barışdırmışdı.
21 noyabr, 2016-cı il. MŞ yaradılanda ən gülərüz sima Bəhram Bağırzadə idi. Bəli, KVN-şik Bəhram bəy. Elə ilk günlərdən “mən azarkeşləri tribunalara qaytaracam” deyərək ağızdolusu danışmışdı. Amma onun səyləri (göstərdi ki, heç?!)nəticə vermədi. Heç kəs “Neftçi”nin oyunlarında dolu tribuna görmədi. 2016-cı ilin noyabrın 21-i isə Bağırzadə klubdan getdi. Özü də bu cümlələrlə: “Netçin”nin çoxsaylı azarkeşlərinin gözlərində ləyaqətsiz görünmək və meydançada bir-birinin ardınca səbəbsiz yerə uduzan futbolçuların dəhşətli uğursuzluqlarına görə qızarmaq istəmirəm”. Faciəvidi elə deyilmi? Neyləmək olar, zalım fələk, ona da ancaq üzqırxan reklamında “keyfiyyət sərfəlidir, özün sına” deməkdən başqa heç nə qismət etmədi. Ümid edək ki, bir də topu yuyucu tozla, üzqırxanla səhv salmaz.
Elmar Vəliyev Gəncə şəhər stadionunda
27 noyabr, 2016-ci il. Rəzil gündə olan “Neftçi”yə daha bir şapalaq əzəli və əbədi rəqibi “Kəpəz”ən gəldi. Belə ki, başa çana mövsümün 13-cü turunun “Kəpəz” — “Neftçi” oyununda Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev qonaq komandanın VİP-lojada əyləşən rəsmilərini ordan qovdu. Nəticədə klub rəsmiləri “Neftçi” azarkeşlərinin yer aldığı tribunaya üz tutublar.
“Şkendiya” — “Neftçi” matçında Vəli Qasımov və jurnalistlər
31 mart, 2017-ci il. Bu il “xalqın komandası” 80 illik yubileyini keçirdi. Bu münasibətlə martın 30-u Bakı Əyləncə Mərkəzində xüsusi tədbir baş tutdu. Nikolay Boqdanov, Yuri Romenski, Vitali Şevçenko, Nikolay Smolnikov kimi “Neftçi”nin veteran futbolçuları da həmin gün əl qaldırıb oynayan, badə qaldırıb sağlıq deyən tədbir bu dəfə jurnalistlər üçün qapalı idi. Bəli, klub medianın tədbirdə iştirakına icazə verməmişdi. Bu, MŞ-nin “xalqın komandası”nın daim xalqla rabitəsini təmin edən, onun əziyyətini çəkən mediaya “hörmət”i idi. Daha doğrusu, medianı, jurnalistləri aşağılamaq.
5 aprel, 2017-ci il. MŞ-dən sonrakı bütün uğursuzluqlar təbii ki, ən çox klubun sadiq azarkeşlərini üzdü. Bəzən onlar ciddi etiraz etdi, başda MŞ olmaqla baş məşqçi Elxan Abdullayevi istefaya səslədi. Ən fəalı isə həmişəki kimi “Forza Neftçi” azarkeş qrupu idi. 2016-cı ilin oktyabrın 24-ü azad azarkeş qrupunun üzvləri klubun bazasında baş məşqçi Elxan Abdullayev və futbolçularla görüşdü, uzun-uzadı söhbət apardı. Bəzi tərəfdarlar isə hətta futbolçuları təhdid də etdi. Amma nə məşqçilər korpusu, nə də rəhbərlik bütün bunlardan dərs çıxarmadı. Sonluq isə daha pis oldu. Kubokun yarımfinalında “Qarabağ”a uduzaraq mübarizəni dayandıran “flaqman”ın baş məşqçisi Elxan Abdullayev “Forza Neftçi” üzvlərini “xuliqan” adlandırdı: “Mən onları azarkeş saymıram. Bəli, saymıram! Komanda məğlub durumda olanda onları tənqid edirsə, mən onları azarkeş saymıram. Onlar xuliqanlıqla məşğuldu”. Onun bu sözləri sadiq tərəfdarlar üçün təhqir idi.
https://medium.com/media/f79fd4d3ffc84ddf77805a5376cbb11a/href
6 aprel, 2017-ci il. Bütün biabırçı nəticələrə baxmayaraq, “Neftçi” rəsmi saytı vasitəsilə aprelin 4-ü hər kəsi heyrətləndirən bəyanat yaydı. Bəyanatda deyilir: “2016/2017-ci illər mövsümünün qış fasiləsində “Neftçi”nin heyətində köklü dəyişikliklər edildi. Komandanın çempionatın ikinci hissəsindəki çıxışı klub rəhbərliyi tərəfindən qənaətbəxş qiymətləndirilir. Bu səbəbdən cari mövsümün sonunda əsas komandanın məşqçilər korpusu ilə müqavilə müddəti daha bir il uzadılacaq. “Neftçi” olaraq əsas komandanın məşqçilər korpusunun fəaliyyətinə tam dəstək verir və onlara güvəndiyimizi bildiririk”. Maraqlısı odu ki, müqavilənin uzadılacağı haqda qərardan MŞ-nin heç bir xəbəri yoxdu.
Cavab vermək üçün klikləyin!