Stories by Tahir Nadirov on Medium
Yüksək performans sərgiləyən bir modelin qurulması bəzi hallarda yetərli olmaya bilir. Data elmində önəmli məqamlardan biri də qurulmuş modelin necə, nəyə əsasən qərar verməsini anlamaqdır. Model seçilmiş performans metrikinə (məs. ROC-AUC) görə yüksək nəticələr versə də, qərarlarını gözlənilməz faktorlarla verə bilər. Belə hallarda, modeldə dəyişikliklər etmək lazım ola bilər. Burada gözlənilməz dedikdə modeldə istifadə olunan bir və yaxud bir neçə parametrin modelin nəticəsinə məntiqə zidd şəkildə təsir etməsi nəzərdə tutulur. Məsələn, kredit skorinq modelində müştərinin gəlirliliyi artdıqca krediti ödəyə bilmə qabiliyyətinin azalması gözlənilməz haldır. Bu və ya bənzər hallarda bəzi parametrlərin modeldən xaric edilməsi, parametrlərin fərqli şəkildə işlənilməsi və ya başqa parametrlərin də əlavə olunması zəruri olur.
Photo by Aneesha B Soman on Medium
Modeli anlamanın vacibliyinin bir digər səbəbi kimi modelin qərarverməsinin biznes nümayəndələrinə rahatlıqla izah olunmasını göstərə bilərik. Xətti və Loqistik reqressiya kimi təbii olaraq anlaşılan modellər parametrlərin uyğun əmsalları əsasında izah edilə bilər. Amma bu modellər hər zaman biznes layihələrində XGBoost, Random Forest və ya Dərin Öyrənmə (Deep Learning) modellərini qabaqlamır. Sadaladığımız modellərin qərarvermə prosesini anlamaq çox çətin, demək olar ki, mümkünsüzdür. Belə modelləri şərh etmək üçün fərqli üsullar inkişaf etdirilib. Bu üsullardan biri SHAP dəyərləri ilə edilən şərhdir və burada hər bir parametrin modelin nəticəsinə verdiyi töhfə hesablanır. SHAP dəyərlərinə keçid etməzdən qabaq biz bu məqaləmizdə bu üsulun təməlini formalaşdıran Shapley dəyərlərindən bəhs edəcəyik.
Shapley dəyərləri nədir?
Photo by Mark Sweeney on Clearcode
Data elmində istifadə olunan SHAP kitabxanası, kooperativ oyunlar nəzəriyyəsində həll konseptlərindən biri olan Shapley dəyərlərindən ilhamlanaraq formalaşdırılıb. Shapley dəyərləri vasitəsilə qrup / koalisiya (coalition) şəklində oynanılan hər hansı bir oyunda qazanılmış mükafat həmin oyunçular arasında ədalətli şəkildə bölünə bilər. Aşagıdakı iki nümunə ilə bu nəzəriyyəni təfsilatlı izah etməyə çalışaq:
Misal 1
Bir oyunu A oyunçusu tək oynayarkən 1000 AZN, B oyunçusu tək oynayarkən 2000 AZN, A və B birlikdə oynayarkən 5000 AZN qazanır. Birlikdə oynanıldıqda qazanılmış 5000 AZN- i A və B arasında ədalətli şəkildə necə bölmək olar?
Bir versiya kimi, qazanılmış mükafatı oyunçular arasında bərabər bölə bilərik. Bu zaman A və B- nin hər ikisinə 2500 AZN mükafat paylanmış olacaq. Yaxşı, bu paylanma nə dərəcədə ədalətlidir? Misalın şərtində verilənlərə əsasən bilirik ki, bu oyunu tək oynadıqda B A dan daha yaxşı oynayır. Bu səbəblə, intuitiv olaraq A və B- nin birlikdə oynadığı oyunda B-nin töhfəsinin A- nın töhfəsindən daha çox olmasını güman etmək heç də məntiqsiz deyil.
Alternativ olaraq, bu misalı sadə tənlik quraraq həll etməyə çalışaq. A oyunu tək oynadıqda 1000 AZN, B isə 2000 AZN qazandığı üçün B- nin A- dan 2 dəfə daha yaxşı oynadığını fərz edək və 5000 AZN- i bu fərziyyəyə əsasən bölək.
x + 2x = 5000 -> x = 5000/3 -> x = 1666.67
Beləliklə də A 1666.67, B isə 3333.33 AZN qazanmış olur. Həqiqətən də bu cür bölgü ilə B A- dan daha çox qazanmış olur ve bölgü daha ədalətli görünür.
Bəs B- nin A- dan 2 dəfə daha yaxşı olmasını necə sübut edək? Bəlkə B A-dan 2 dəfə yaxşı yox, A- dan 1000 AZN daha çox qazanacaq şəkildə daha yaxşı oynayır (2000 (B) = 1000 (A) +1000 ) ? Bu fərziyyə ilə tənliyi yenidən qursaq və həll etsək
x + ( x + 1000 ) = 5000
x = 2000 AZN əldə edəcəyik. Bu yanaşma ilə oyundan A 2000 AZN, B isə 3000 AZN pay götürmüş olacaq.
Əslində, tək oyunda qazanılmış 1000 və 2000 AZN arasında bu cür sonsuz sayda xətti əlaqə qurub, fərqli tənliklər və fərqli nəticələr ala bilərik. Bəs bu həllərdən hansını doğru qəbul edəcəyik?
Gəlin, oyuna 3-cü bir oyunçu əlavə edək və məsələni bir az daha kompleksləşdirək:
Misal 2
Oyunu tək oynadıqda A 1000 AZN, B 2000 AZN və C 2500 AZN qazanır.
Oyunu A və B birlikdə oynadıqda 2600 AZN, A və C birlikdə oynadıqda 3000 AZN, B və C birlikdə oynadıqda isə 4000 AZN qazanır.
A, B və C oyunu birlikdə oynayır və 5000 AZN qazanır. Bu məbləği oyunçular arasında ədalətli şəkildə necə bölmək olar?
Yuxarıda yoxladığımız üsullarla tənliklər sistemi qurub, həmin sistemi həll etməyə çalışsaq, ziddiyyətlər alacağıq. Əgər fərqli bir tənlik sistemi ilə həll tapsaq belə, həmin həll yolu oyunçu sayını artırdıqda düzgün həll təmin etməyəcək.
Shapley dəyərlərinin hesablanması
Gəlin, Shapley dəyərlərinin təklif etdiyi paylama üsuluna baxaq. Üsulun daha aydın göstərilməsi üçün bəzi qısaltmalardan istifadə edəcəyik.
c ilə koalisiyanı işarə edək.
Koalisiyada olan oyunçuları isə bir çoxluqda yazaq (S).
S koalisiyasının əldə etdiyi P qazancını c( S ) = P şəklində qeyd edərək 2. Misalın şərtini bu formata gətirək.
c( {A} ) = 1000
c( {B} ) = 2000
c( {C} ) = 3000
c( {A, B} ) = 2600
c( {A,C} ) = 3000
c( {B, C } ) = 4000
c( {A, B, C} ) = 5000
Qəbul edə bilərik ki, əgər heç bir oyunçu oyunu oynamasa, qazanc sıfır olacaq. Bu şərti də yuxarıdakı şərtlərə elavə edək:
c( {} ) = 0
Shapley dəyərlərinin hesablanması zamanı oyunçuların oyuna qoşulma ardıcıllıqları (ordering) nəzərə alınır. Misalımızdakı 3 (A, B, C) oyunçudan ibarət oyunun formalaşması 6 (3!) fərqli yolla mümkündür. Bu yollar aşağıdakılardır:
1. Oyuna A birinci, B ikinci və C üçüncü qoşulur.
2. Oyuna A birinci, C ikinci və B üçüncü qoşulur.
3. Oyuna B birinci, A ikinci və C üçüncü qoşulur.
4. Oyuna B birinci, C ikinci və A üçüncü qoşulur.
5. Oyuna C birinci, A ikinci və B üçüncü qoşulur.
6. Oyuna C birinci, B ikinci və A üçüncü qoşulur.
Bundan sonra isə hər bir mümkün yol üçün, oyunçuların oyuna qoşularaq verdikləri töhfələr hesablanır.
X oyunçusunun S koalisiyasına etdiyi töhfə, S in X ilə birgə oynayaraq etdiyi qazanc ilə S in X- siz oynayaraq etdiyi qazanc arasındakı fərqdir. Bu töhfə X- in S- ə marjinal töhfəsi adlanır.
Gəlin, sadəcə C oyunçusu üçün bütün mümkün oyuna qoşulma ardıcıllıqları üzrə marjinal töhfələrini hesablayaq:
1. Oyuna A birinci, B ikinci və C üçüncü qoşularkən:
c( {A, B, C} ) — c( {A, B} ) = 5000–2600 = 2400
Bunu belə başa düşə bilərik: C oyunçusu A və B-nin birlikdə oynadığı oyuna qoşularaq 2600 AZN töhfə vermiş olur.
2. Oyuna A birinci, C ikinci və B üçüncü qoşularkən:
c( {A,C } ) — c( {A} ) = 3000 –1000 = 2000
Bu yolda nəzərə alaq ki, B oyunçusu oyuna C dən sonra qoşulur. Biz isə sadəcə C nin töhfəsini hesablamaq istədiyimiz üçün sadəcə oyuna C qoşulana qədər oyunda olan oyunçulara əsasən hesablamamızı aparırıq.
3. Oyuna B birinci, A ikinci və C üçüncü qoşularkən:
c( {A, B, C} ) — c( {A, B} ) = 5000 – 2600 = 2400
4. Oyuna B birinci, C ikinci və A üçüncü qoşularkən:
c( {B, C} )- c( {B} ) = 4000 – 2000 = 2000
5. Oyuna C birinci, A ikinci və B üçüncü qoşularkən:
c( {C} ) — c( {} ) = 3000 – 0 = 3000
6. Oyuna C birinci, B ikinci və A üçüncü qoşularkən:
c( {C} ) — c( {} ) = 3000 – 0 = 3000
C oyunçusunun Shapley dəyəri ( v(C) ) C oyunçusunun etdiyi marjinal töhfələrin ortalamasına bərabərdir.
v( C ) = ( 2400 + 2000 + 2400 + 2000 + 3000 + 3000 ) / 6 = 2466.66 AZN
Analoji olaraq A ve B oyunçularının Shapley dəyərlərini hesablasaq:
v( A ) = 766.67 və v( B ) = 1766.67
əldə edərik.
Bu 3 oyunçunun Shapley dəyərlərinin cəmini hesablasaq
v( A ) +v( B ) +v( C ) = 2466.66 + 766.67 + 1766.67 = 5000
alarıq. Görürük ki, bu elə A, B və C- nin birlikdə oynadığı oyunda qazandıqları toplam məbləğə bərabərdir.
Aldığımız Shapley dəyərlər hər bir oyunçunun son oyuna görə layiq olduqları mükafat payıdır.
Oxşar şəkildə Misal 1- i həll etsək, A oyunçusunun payı 2000 AZN, B oyunçusunun payı isə 3000 AZN olacaq.
Qurduğumuz tənliklərin birində bu cavabı almağımıza baxmayaraq nəzərə almalıyıq ki, həmin tənlik hər bir hal və oyunçu sayı üçün doğru həll olmaya bilir.
Shapley dəyərlərinin ümumi formulu
Shapley dəyərlərinin hesablanması üçün ümumi formul aşağıdakı kimidir:
Burada φj(val)- j oyunçusu üçün hesablanılmış Shapley dəyərini,
p- oyunçuların sayı,
S- j nin olmadığı koalisiyanı göstərir.
val( S U {j} ) –val( S ) ilə j oyunçusunun koalisiyaya qoşulması ilə etdiyi marjinal töhfə hesablanır.
Bu töhfənin əmsalına aydınlıq gətirməyə çalışaq.
Məxrəcdəki p!- dan başlayaq. p oyunçudan oyunçuların ardıcıllıqları nəzərə alınmaqla p nəfərlik komanda p! fərqli yolla yaradıla bilər. Hər bir töhfəni bu ədədə bölərək ortalamanı hesablamış oluruq.
|S|- S koalisiyasında olan oyunçuların sayını bildirir. j oyunçusu oyuna qoşulana qədər S koalisiyası |S|! fərqli yolla formalaşa bilər. j oyunçusu S-ə qoşulduqda geriyə ( p- |S|-1 ) oyunçu qalacaq. Bu oyunçuların da artıq j- nin qoşulduğu oyuna qoşularaq p nəfərlik komanda formalaşdırması ( p -|S|-1 )! fərqli yolla mümkündür. Bu iki ədədin hasili, bütün ardıcıllıqlar üzrə töhfələri hesablayarkən S koalisiyasının neçə dəfə təkrarlandığını göstərmiş olacaq.
Düstura əsasən Misal 2-də C oyunçusu üçün Shapley dəyəri yenidən hesablayaq (j=C). S- in ala biləcəyi 4 mümkün dəyər var.
S = {}
2. S = {A}
3. S = {B}
4. S = {A,B}
Beləliklə də C oyunçusu üçün Shapley dəyəri ( v( C ) və ya φ_C ):
φ_C = 1000 + 2000/6 + 2000/6 + 800 = 2466.67
olacaq.
Nəticədən də göründüyü kimi, düsturla hesablanmış Shapley dəyəri bütün ardıcıllıqları tək-tək yazaraq tapdığımız cavabla üst-üstə düşür. Bundan əlavə, həqitətən də bütün ardıcıllıqlar üzrə S ={} koalisiyası 2 dəfə ( 5. və 6. ), S = {A} koalisiyası 1 dəfə (2. ), S = {B} koalisiyası 1 dəfə (4. ) və S = {A,B} koalisiyası 2 dəfə (1. və 3. ) təkrarlanıb.
Ədalətlilik
Suallarda qeyd etdiyimiz, amma bu ana qədər vurğulanmayan əsas məsələ ədalət anlayışıdır.
Shapley dəyərlərə əsasən etdiyimiz qazanc paylanmasını nəyə görə ədalətli hesab edə bilərik?
Paylanmanın ədalətli hesab olunması üçün aşağıdakı 4 şərt ödənməlidir.
· Effektivlik (Efficiency)
Hər oyunçunun oyuna etdiyi təsir paylarının (töhfələrinin) cəmi ümumi qazanca bərabər olmalıdır.
· Simmetriya (Symmetry)
Əgər iki oyunçunun bütün etaplardakı koalisiyalara təsirləri bərabərdirsə, onda onların yekun qazancdakı payları da bərabər olmalıdır.
· Təsirsiz oyunçu (Dummy player)
Əgər bir oyunçu heç bir koalisiyaya töhfə verməyibsə, onda yekun qazancda onun payı sıfıra bərabər olmalıdır.
· Cəmlənəbilmə (Additivity)
Əgər bir oyunda qazanc fərqli-fərqli oyunlardan əldə edilən qazanclarla formalaşırsa, onda bir oyunçunun bu oyundan əldə edəcəyi qazanc həmin oyunlardan ayrı-ayrılıqda əldə edilən qazancların cəminə bərabərdir.
Shapley dəyərlərinin bu şərtləri ödəməsini riyazi olaraq göstərmək mümkündür. Bu səbəblə, Shapley dəyərləri ədalətli paylanma üsulu kimi qəbul edilir.
Əvvəldə də qeyd etdiyimiz kimi, model parametrlərinin təsirini ölçmək və şərh etmək üçün geniş istifadə olunan SHAP dəyərləri həmin nəzəriyyəyə əsaslanır. Lakin bu nəzəriyyə bir neçə səbəbdən dolayı mükəmməl şəkildə SHAP kitabxanasında tətbiq edilə bilmir. Bu mövzuya növbəti paylaşımlarımızda SHAP kitabxanasından bəhs edərkən aydınlıq gətirəcəyik.
İstinadlar
Christoph Molnar. Interpretability, Shapley Values. In Interpretable Machine Learning: A guide for making black-box models explainable.
Modelin şərh edilməsi: SHAP dəyərlərinə giriş was originally published in ABB Data Portal on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.