Stories by Ilkin Alakbarli on Medium
Linkləri daha yaxşı anlamağınız üçün iNode anlayışını bilməyiniz tövsiyə olunur. Əgər bu termini ilk dəfə eşidirsinizsə iNode haqqında yazmış olduğum bir öncəki məqaləmi oxuya bilərsiniz.
Biz soft link ( digər adı ilə simvolik link ) vasitəsilə hər hansı faylın və ya directory’nin linkini yaradıb fərqli bir yerdən onları əlçatan edə bilərik. Məsələn simvolik link-in xüsusiyyətləri aşağıdakılardır:
· Fərqli iNode nömrəsi və icazələrə sahibdir.
· Fərqli fayl sistemləri bir-birinə link edilə bilər (Məsələn NTFS, FAT, Ext fayl sistemlərində olan faylları bir-birinə link edə bilərik.)
· Həm faylın, həm də directory’nin linkini yarada bilərik.
· Faylın icazələrini dəyişdirdiyimiz zaman, link faylının icazələri dəyişmir
· Link faylı əsas faylın daxilini kopyalamır, onun sadəcə yolunu göstərir
İndi isə bunları tətbiq etməyə çalışaq.
Faylın linkini TestFileLink.txt adı altında yaratdığımız an görürük ki, əsl fayl ilə link faylının iNode nömrələri bir-birindən fərqlənir. Bundan əlavə icazələrə baxsaq görərik ki, link faylının icazələri əsl faylın icazələrindən fərqlənir və biz əgər əsl faylın icazələrini dəyişsək bu link faylının icazələrinə təsir etməyəcək. Faylın icazələri hissəsində olan “l” hərfi isə bizə bu faylın soft link faylı olduğunu bildirir. Link faylı açıq mavi rənglə göstərilib və sağ tərəfində “->” işarəsi ilə hansı fayla linkləndiyi açıq şəkildə görünür. Onun məzmunu oxumağa çalışsaq birbaşa olaraq faylın link olunduğu əsas faylın məzmununu bizə verəcək.
Əgər faylın məzumunu dəyişsək link faylımız əsas faylın ünvanına işarə etdiyi üçün eyni link faylı da əsas faylın cari halını özünə mənimsədəcək.
Yuxarıda /tmp/test directory daxilində olan folder1 directory-sinin linkini yaratmışıq. Folder1 directory’sinin soft linkini yaratmaq uğurlu oldu və biz onun daxilində olan file1.txt faylını öz olduğumuz yerdən oxuya bilirik. Bu da onu göstərir ki, biz yalnız faylların deyil eyni zamanda directory-lərin də soft linkini yarada bilərik.
Biz əsl faylın adını dəyişsək artıq link onun yerini tapa bilmədiyi üçün məzmunu oxuya bilmirik. Çünki link orada göstərildiyi kimi /tmp/test/TestFile.txt ünvanını göstərir və elə bil ünvan artıq mövcud deyil.
İndi isə Hard Link barədə danışaq. Hard Link-in xüsusiyyətləri aşağıdakılardır:
· Eyni iNode nömrəsinə və icazələrə sahibdir
· Fərqli fayl sistemlərində olan fayllar bir-birinə linklənə bilməz
· Sadəcə faylların linkini yarada bilərik
· Faylın icazələrini dəyişdirsək, link faylının faylının da icazələri dəyişər
· Link faylının məzumunu əsas faylın məzmunu ilə eynidir
İndi isə bunları tətbiq etməyə çalışaq.
Biraz öncə yaratdığımız soft linkləri öz home directory’mizdən siləndən sonra /tmp/test/TestFile.txt faylının hard linkini TestFileHard.txt adı altında yaradaq. Əsas fayl və link faylının iNode nömrələrinə və icazələrinə diqqət etsək görərik ki, hər biri eynidir. İndi isə icazələri əsas faylda dəyişib yenidən yoxlayaraq.
İcazələri dəyişmədən öncə fayl və link faylın icazələri eyni olduğu kimi əsas faylda icazələri dəyişdirdiyimiz kimi link faylında da icazələr dəyişdi. Bunun əksinin doğru olub olmadığını yoxlayaq. Əgər biz link faylında icazələri dəyişsək əsas faylda icazələr dəyişər mi?
Gördüyümüz kimi ixtiyari bir faylda (istər əsas, istər link) icazələri dəyişmək digər fayla təsir edəcək.
İndi isə directory’nin hard linkini yaratmağa cəhd edək.
Qarşılaşdığımız xəta mesajı bizə bunun mümkün olmadığını deyir. İndi biz əsas faylın adını dəyişib onu linkdən oxumağa çalışaq.
Faylın adını dəyişməmişdən öncə onun məzmununu necə rahat şəkildə oxuya bilirdiksə, onun adını dəyişdikdən sonra da bunu edə bilirik. Hard Linki müəyyən qədər öyrənmiş olduq.
İndi ağıllarda yarana biləcək bir neçə sualı cavablandırmağa çalışaq. Niyə Hard Link-də adı dəyişdirdiyimiz zaman soft linkdən fərqli olaraq hard link faylı xarab olmur?
Şəkildə göründüyü kimi soft link əsas faylı onun adına görə axtararaq tapır. Əgər biz adı dəyişsək bu zaman soft link ona əvvəlcədən öyrətmiş olduğumuz əsas faylın adını axtarıb tapa bilmədiyi üçün xarab link olacaq.
Biz şahid olduq ki, Hard Link ilə əsas faylın iNode nömrələri eynidir. Buna görə də Hard Link əsas faylın məzmununu onun iNode nömrəsinə görə axtarıb tapır. Biz əsas faylın adını nə qədər dəyişsək belə onun iNode nömrəsi dəyişmir. Biz nəinki faylın adını, onun yerini dəyişsək belə heç bir halda iNode nömrəsi dəyişmədiyi üçün Hard Link yenə də əsas faylı onun iNode nömrəsinə görə axtarıb tapıb məzmunu özündə əks etdirə biləcək.
Biz həmin faylı silsək belə yenə də diskin müəyyən hissəsində (bildiyimiz kimi iNode nömrəsi faylımızın location-u göstərirdi) müəyyən məlumatlar yazıldığı üçün biz hard link ilə həmin məlumatları oxuya bilərik.
Bundan sonra yeni bir sual yarana bilər ki, bəs hard link yaratmaqla faylı kopyalamağın fərqi nədir?
İcazələr: Bir faylı kopyaladığımız zaman əsas faylda icazə dəyişikliyi etsək bu kopya faylına təsir göstərməyəcək. Bunun əksi də doğrudur.
Yaddaş: Bir faylı kopyaladığımız zaman əsas fayl və kopya faylının iNode nömrələri fərqli olacaq, kopya faylını yaddaşda saxlamaq üçün diskdən yeni bir boş sahə tələb olunacaq. Yəni bizim fayl ilə bizim kopya faylı diskdə fərqli yerlərdə qeyd olunacaq. Bu isə iki dəfə daha çox yaddaş itkisinə gətirib çıxarır.
Link istifadə edərkən bizim məqsədimiz faylın kopyasını yaratmaq deyil, bir fayla fərqli yerlərdən əlçatanlığı yaratmaqdır. Situasiyadan fərqli olaraq hard link və ya soft link yarada bilərik.
Link anlayışı burada bitmir, daha geniş məlumat üçün internetə müraciət edə bilərsiniz. man ln əmrini icra edərək ln əmrinin hansı parametrlər ilə istifadə oluna biləcəyini və onların nə işə yaradığını öyrənə, onları öz maşınınızda test edə bilərsiz.
Təşəkkürlər.
Fayl sistemləri faylların məzmunları barədə yox, faylların özləri barədə məlumatlara əsaslanır. Onlardan ən başlıcası metadata’dır. Metadata hər hansı fayl barədə məlumatları bizə göstərir. Hər bir faylın tam ədəd (integer) dəyərində olan iNode nömrəsi olur. Unix tipli fayl sistemlərində fayl və directory’lərin hər biri obyektlərdir. iNnode dediyimiz (index number) isə bu obyektlərin atributlarını və diskdə harada yerləşdiyi (location) barədə məlumatları saxlayır. Atributlar dedikdə obyektlərin son dəyişiklik, girişç modifikasiya vaxtları, onların sahibləri və icazələri nəzərdə tutulur. İndex number’lər sonsuz sayda deyil, onların bir limiti vardır. Əvvəlki fayl sistemlərində fayl sistemini yaradarkən iNode number’ların ala biləcəyi ən böyük dəyər müəyyən olunurdu. Əsasən fayl sistemində olan hər 2KB üçün 1 iNode nömrəsi təyin olunurdu. Yəni 240KB-lıq bir fayl sistemində 120 iNode nömrəsi mümkün idi. Hal-hazırda 16KB üçün 1 iNode nömrəsi təyin olunub. Hər bir sistem fərqlidir, ona görə də sizin sisteminizdə olan iNode limiti başqa bir sistemdə olan iNode limitindən fərqli ola bilər. Nəzəri olaraq isə iNode nömrələrinin maksimum sayı 2³²-yə, yəni təxminən 4,3 milyarda bərabərdir. Yəni sizin sistemin gücündən asılı olmayaraq istifadə edə biləcəyiniz maksimum iNode sayı 2³² olacaq. iNode nömrələri bizim cihazımızda olan iNode cədvəlini nömrələyir. iNode nömrəsi vasitəsilə kernel’in fayl sisteminin driver’i faylın diskdə yerləşdiyi yeri (location’u) daxil olmaqla iNode’un məzmununa qədər daxil ola bilir, bu da ona imkan verir ki, həmin faylın məzmununu oxuya bilsin. Əgər faylın iNode nömrəsini görmək istəyiriksə, ls əmrini -i parametri ilə işlədə bilərik.
iNode’lar faylın adlarını deyil, onların addan başqa demək olar ki bütün metadatasını özündə saxlayır. Bəs faylların adlarını və iNode’ları harada saxlayırıq? Bu sualımızın cavabı “Directory”-dir. Directory içindəki obyektləri iNode və onların adlarına görə qruplaşdırmağa kömək edən fayl sistemi strukturudur. Fayl sisteminin driver’i hər hansı faylı onun adı ilə axtarmalı daha sonra isə onun adına uyğun gələn iNode nömrəsini əldə etməlidir. iNode nömrəsi vasitəsilə fayl barədə aşağıdakı məlumatları əldə etmək olar.
1. Fayl hansı cihazda yerləşirsə həmin cihazın ID-si
2. Fayl seriya nömrələri
3. Fayl tipini və fayl sahibinin, qrupunun və başqalarının fayla necə daxil ola biləcəyini təyin edən fayl rejimi.
4. Fayl sahibinin istifadəçi ID-si.
5. Faylın baytla ölçüsü.
6. Inodun özünün sonuncu dəfə nə vaxt dəyişdirildiyini (ctime, iNode dəyişdirmə vaxtı), sonuncu dəfə dəyişdirilən fayl məzmununu (mtime, modifikasiya vaxtı) və sonuncu dəfə əldə edildiyini (atime, giriş vaxtı) bildirən vaxtlar.
7. Tövsiyə edilən I/O blok ölçüsü.
8. Bu fayla ayrılmış blokların sayı.
9. Link sayı
Hər hansı fayl üzərində iNode nömrəsi vasitəsilə dəyişikliklər edə bilərik. Məsələn bir faylı silək və ya oxuyaq.
Bəzən faylların adlarında olan xüsusi simvollar və s. səbəbi ilə çətinlik çəkdiyimiz işləri iNode nömrəsi ilə bu yolla rahat həll edə bilərik.
df əmrini -i parametri ilə icra edərək, harada nə qədər iNode number ola biləcəyini, nə qədərinin istifadə olunduğu və nə qədərinin boşda olduğunu öyrənmək olar.
Bilirik ki, əgər bizim 32GB həcmində diskimiz varsa və bunun sadəcə 2GB hissəsi boşdursa, əgər ora 3GB-lıq fayl yazmaq istəsək “No space left on device” xətasını alacağıq. Səbəbi isə bəllidir. Amma bu xətanı başqa vaxt da almaq mümkündür. Fərz edək ki, bizim 4TB həcmində diskimiz var və həmin diskdə ölçüləri kiçik olan bir neçə milyard fayl var. Diskin sadəcə 3,2TB hissəsi dolub və biz ora 4GB-lıq fayl yazmaq istəsək yenə də “No space left on device” xətası alacağıq. Bu zaman biz problemi iNode nömrələrinin sayında axtarmalıyıq. Ola bilər ki, istifadə edə biləcəyimiz bütün iNode nömrələrini istifadə etmişik. Yuxarıda icra etdiyimiz əmri icra edərək bu barədə məlumat əldə edə bilərik. iNode nömrələri faylların həcminə görə deyil onların sayına görə sıralanır. Deməli həddindən artıq iNode istifadəsi yeni fayllar və directory’lər yaradarkən problemlərə səbəb ola bilər. Serverdə iNode-lar bitdikdə biz aşağıdakı problemlərlə qarşılaşa bilərik:
1. Məlumat itkisi
2. Serverin yenidən başlaması
3. Tətbiq xətaları
4. Öncədən planlaşdırılmış task’ların işləməməsi
Hər bir fayl sisteminin, prosesin də unikal olaraq iNode nömrəsi olur.
iNode nömrəsini fayl haqqında saxladığı məlumatları öyrənmək üçün stat əmrindən istifadə edə bilərik.
Həmin fayla yeni bir şey əlavə edək və ya çıxaraq.
Bu halda modify və change vaxtlarına diqqət etək. Görürük ki, biz yeni cümlə əlavə etdikdən sonra vaxtlarda dəyişilmə var.
İndi isə faylın məzmununu oxuyub yenidən həmin əmri icra edək.
Bildirdik ki, hər bir directory-də fayllar, onların adlarına uyğun olaraq isə iNode-lar saxlanılır. Fayl sisteminin strukturunu daha yaxşı başa düşmək üçün sadə bir misal göstərək. Proses fayl yolundan istifadə etdiyi zaman, kernel ilk olaraq “/” directory-sində bu faylın yoluna baxır. “/”-da yerləşən, bizi fayla aparacaq olan ən birinci directory-nin iNode nömrəsini öyrənir. Daha sonra iNode cədvəlinə baxaraq, bu iNode nömrəsi ilə aşağıda göstərilən directory-nin yolunu tapır və bizə lazım olan faylın məlumatlarına çatmaq üçün bu şəkildə davam edib, ən sonda fayla çatır.
Fərz edək ki, biz “/home/ilkin” directory-sinin içindəyik. Olduğumuz directory-nin iNode nömrəsini öyrənmək üçün ls -di əmrini icra edə bilərik.
Gördüyünüz kimi iki fərqli əmr icra edərək olduğumuz directory-nin iNode nömrəsini öyrənmiş olduq. İndi isə root directory-ə gedərək onun iNode nömrəsinə baxaq.
Görürük ki, bizim ən başlıca directory’miz olan root directory’si yəni “/”-ın iNode nömrəsi 2-dir. Bəs niyə 2?
Çünki iNode 0 heç bir iNode olmadığını göstərmək üçün NULL dəyər kimi istifadə olunur. iNode 1 isə diskdəki hər hansı bad blockları izləmək üçün istifadə olunur. Bu, əslində bad blockları ehtiva edən gizli bir fayldır. e2fsck -c istifadə edərək qeydə alınan bad blockları görmək olar. Amma bu əmr təhlükəli bir əmr-dir ona görə də yoxlamağa çalışdığımız drive-nın mount olunmadığından əmin olmalıyıq. İndi isə root directory-də olan subdirectory-lərə baxaq.
Burada artıq maraqlı bir səhnə ilə qarşılaşırıq. /dev, /proc, /run, /sys directory-ləri eyni iNode nömrəsinə sahibdir. Bu nəyə görə ola bilər? İlk ağlımıza gələn stat əmri ilə bu fayllar haqqında məlumat əldə etməkdir.
Device-lara diqqət etsək görərik ki, bunların hər biri fərqli device-lara məxsus directorylardır. Bu directory-lardan başqa root-da yerləşən digər directory-ların eyni device-da yerləşib-yerləşmədiyini yoxlayaq.
Nəticə gözlədiyimiz kimi oldu.
iNode mövzusu fayl sistemləri və onların strukturlarını öyrənmək üçün əla bir başlanğıcdır. Bununla biz ən kiçik məlumat vahidlərinin necə indeksləndiyini öyrənmiş oluruq.
Təbii ki, iNode mövzusu bu məqalə ilə bitmir, bunlar sadəcə kiçik bir hissə yəni (haqqında mənim məlumatlı olduğum və kiçik araşdırma etdiyim) anlayışlardır.
Təşəkkürlər.
Bütün proseslər növbəli şəkildə CPU’ya (Central Processor Unity) daxil olur və emal olunur. Proseslərin CPU’ya hansı sıra ilə daxil olub, emal olunmasına qərar verən bir neçə alqoritm mövcuddur. Bu blog’muzda bu alqoritmlərdən biri olan FCFS haqqında danışacağıq. FIFO (First In First Out) və ya FCFS (First Come First Served) strategiyasında gözləmə növbəsinə daxil olan proseslər növbənin əvvəlindən seçilir və prosessora ötürülür. Alqoritmin adından da göründüyü kimi gözləmə növbətinə ilk gələn proses CPU-ya ilk ötürülən və ilk emal olunan proses olur. Buna həyati nümunə olaraq mağaza kassalarında növbə gözləyən alıcıları göstərmək olar. Kassa’ya ilk yaxınlaşan şəxsin aldığı məhsulların qiyməti hesablanır, alıcı ödənişi edərək mağazanı tərk edir. Növbədə olan digər alıcı, birinci alıcı kassada işini bitirmədən kassanın önünə keçə bilməz. CPU prosesində FCFS alqoritmi də eynilə bu formada işləyir. Bunu bir nümunə üzərindən izah edək.
Burada proseslərin nömrəsi, onların CPU-da emal olunması üçün növbəyə daxil olma zamanları və onların emal olub bitməsi üçün lazım olan vaxtlar göstərilib. Şəkildə göründüyü kimi gözləmə növbəsinə daxil olan ilk proses Process-1'dir. Çünki onun növbəyə daxil olma vaxtı 0-dır. Buna görə də o prosessora yüklənir və CPU Process-1'i 8 vahid zaman ərzində emal edir. Şərti olaraq vaxt vahidinə ms (millisaniyə) deyəcəyik. Deməli Process-1 prosessora daxil oldu və 8ms ərzində emal olma vəziyyətində olaraq prosessoru məşğul etdi.
Process-1 prosesi bitdikdə artıq biz 8-ci msdə olmuş oluruq. Baxırıq ki, hansı proseslər bu 8ms ərzində növbəyə daxil olub? Görürük ki, {P0, P2, P3} proseslərinin növbəyə daxil olma zamanı 8 ms’ni aşmır. Yəni biz 8-ci msdə olanda artıq bu proseslər gəliblər və gözləmə növbəsində dayanıblar. Növbəyə gəlmə zamanlarına uyğun olaraq {P0, P2, P3} gözləmə növbəsi yaradılır. Process-1 prosessordan çıxan kimi növbədə gözləyən ilk proses olan Process-0 CPU’ya daxil olur. Əslində Process-0 prosesi 1-ci msdə növbəyə daxil olmuşdu, amma həmin vaxtı prosessorda Process-1 prosesi emal olunduğu üçün CPU’ya daxil ola bilmirdi, ona görə də 7ms gözləməyə məcbur oldu. Artıq P1 prosesi işini bitirdiyinə görə CPU’dan çıxır və Process-0 prosesi CPU’ya daxil olur.
Process-0 prosesi də 5 ms CPU-da emal olunacaq. Şəkildə hər bir dama 1 vahid ms formasında qeyd olunub. Process-0 prosesi CPU’da emal olunduqdan sonra biz artıq 13-cü msdə olmuş olacağıq. Həmin bu vaxt ərzində görürük ki, 9-cu msdə Process-4 prosesi də gəlib və gözləmə növbəsinə daxil olub. Deməli hal-hazırda bizim gözləmə növbəmiz {P2, P3, P4}-dür. P0 prosesi CPU-dan çıxdığı anda P2 CPU-ya daxil olur və 3 ms orada qalır. Əslində P2 prosesi 3-cü msdə CPU-ya daxil olmalı idi amma 13-cü msdə daxil ola bildi, deməli onun gözləmə müddəti 10 ms oldu.
Artıq 16-cı ms’dəyik və öz növbəsi ilə 16ms–7ms=9ms’lik gözləmənin ardından P3 prosesi emal olunmaq üçün CPU’ya daxil olur.
Daha sonra 11ms’lik gözləmənin ardından P4 prosesi də CPU’ya daxil olur.
Beləliklə Process-1, Process-0, Process-2, Process-3, Process-4 proseslərinin hər biri öz növbəsini gözləyərək CPU-ya daxil olaraq emal olundular.
Proseslərin orta gözləmə müddəti:
Orta gözləmə müddəti hesablanarkən proseslərin növbəyə gəlmə vaxtı və CPU’ya daxil olma vaxtı nəzərə alınır. Məsələn P1 prosesi heç gözləmədən CPU’ya daxil oldu, P0 prosesi 7 ms, P2 prosesi 10ms, P3 prosesi 9ms, P4 prosesi isə 11ms CPU’ya daxil olmaq üçün gözləmə növbəsində gözləməli oldu. Ümumi gözləmə müddəti 0+7+10+9+11=37ms və proseslərin sayı 5 olduğundan deyə bilərik ki, orta gözləmə müddəti 37/5=7,4ms-ə bərabərdir.
ASCII
Yəqin ki, hamımız ASCII table haqqında eşitmişik. Eşitməyənlər üçün qısaca izah edəsi olsaq:
Hər bir simvolu ədədlərlə ifadə etmək üçün kompüter elmində istifadə olunan cədvəllərdən biridir. Açılışı “American Standard Code for Information Interchange” (İnformasiya Mübadiləsi üçün Amerika Standart Kodu) olaraq bilinir.
ASCII table 2⁸=256 sayda simvoldan ibarətdir. Hər bir simvolun 0–255 aralığında onluq say sistemində qarşılığı olur. 255 ədədini onluq say sistemindən ikilik say sisteminə çevirək. (255)=(11111111). Buradan aydındır ki, hər bir simvol 8 bit həcmindədir.
İndi isə BASE64 şifrələmə haqqında danışaq.
BASE64 encoding və decoding prosesi necə gedir?
Fərz edək ki, bizə bir simvol verilib və biz onu BASE64 encoding etmək istəyirik. Həmin simvol “A” olsun. ASCII Table-yə baxsaq görərik ki, “A” simvolunun qarşılığı 65 ədədidir. İlk öncə 65 ədədinin ikilik say sistemində olan qarşılığını tapaq. (65)=(1000001)
Diqqət etməliyik ki, onluq say sistemində olan bir ədədin ikilik say sistemi qarşılığını taparkən 8 bit yəni 8 simvoldan ibarət olsun. Əgər ikilik say sistemində olan qarşılığı taparkən əldə etdiyimiz ədəd 8 simvoldan aşağı olarsa, onu 8 simvola tamamlamaq üçün qarşısına (sağ hissəsinə) 0 ədədləri yazırıq. Ona görə də 65 ədədinin binary qarşılığı olaraq 01000001 əldə edəcəyik.
BASE64
Adından da göründüyü kimi ASCII Table-dan fərqli olaraq BASE64 Table 2⁶=64 simvoldan ibarətdir.
İngilis əlifbasında 26 hərf mövcuddur. Həm böyük, həm kiçik həfləri nəzərə alsaq 52 sayda hərf əldə edərik. Bu siyahıya 10 sayda rəqəm əlavə etsək 62 simvol, “+” və “/” simvollarını da əlavə etsək 64 sayda simvol olar. Burada simvolların 0–63 aralığında onluq say sistemində qarşılığı olur. (63)=(111111). Buradan aydındır ki, BASE64-də hər bir simvol 6 bit həcmindədir. İndi isə BASE64 Encoding edək.
1) BASE64 6 bit olduğundan, simvolumuzun ASCII ikilik say sistemi qarşılığını 6 bit’lərə bölək:
“010000 01”. Biz burada 8 biti 6+2 bit olaraq böldük. Bitlərimizin ümumi sayının 6-ya tam bölünməsi üçün özümüzdən 4 bit əlavə edək. Əlavə etdiyimiz hər bir bit “0” olmalıdır.
“010000 010000”.
2) Əldə etdiymiz ikilik say sistemi ədədləri onluq say sisteminə çevirək. (010000)=(16), (010000)=(16). Deməli birinci simvolumuz 16, digər simvolumuz da 16 ədədinə qarşılıq gəlməlidir. BASE64 table-yə baxanda 16 ədədinin qarşılığının “Q” simvolu olduğunu görürük. Hər iki simvolumuzun onluq say sitemində qarşılığı 16 ədədi olduğundan “QQ” əldə etmək olarıq.
3) Simvolların sayının 6-nın qatı olması üçün biz özümüzdən 4 ədəd “0” simvolu əlavə etmişdik. 4 ədədini 2-yə bölək, 4:2=2. Deməli əldə etdiymiz şifrənin sonuna 2 ədəd “=” simvolu yazmalıyıq. Ən son nəticə olaraq “QQ==” əldə etmiş olduq. Bununla da “A” simvolunu BASE64 encoding etdikdə “QQ==” əldə edəcəyimiz öyrənmiş olduq.
Note: 8 və 6 ədədlərinin ƏBOBU 2 olduğu üçün biz ən sonda 4 ədədini 2-yə böldük.
BASE64 Decoding
BASE64 decoding etmək istəsək bütün bu prosesləri tərs olaraq etməliyik. Məsələn “Y3liM3I=” verilmiş olsun. Verilmiş simvolları BASE64 Table-yə nəzərən onluq say sistemində qarşılığını tapıb onların hər birini 2-lik say sisteminə çevirək.
011000 110111 100101 100010 001100 110111 001000
Görürük ki, bizə verilmiş şifrələnmiş sözün sonunda “=” işarəsi var. Bayaq etdiyimizin tam tərsi olarq “=” işarələrinin sayını 2-yə vurub, həmin qədər “0” simvolunu sağdan başlayaraq siləcəyik.
011000 110111 100101 100010 001100 110111 0010
İndi isə əldə etdiyimiz 6 bitlərdən ibarət olan son nəticəni birləşdirib 8 bitlik hissələrə bölək.
01100011 01111001 01100010 00110011 01110010
İndi isə bunların hər birini onluq say sisteminə çevirsək: 99, 121, 98, 51, 114 ədədləri əldə etmiş olarıq. Bu ədədlərin ASCII cədvəlində olan simvol qarşılığına baxaq.
( 99 ) = “c”
( 121 ) = “y”
( 98 ) = “b”
( 51 ) = “3”
( 114 ) = “r”
Deməli “Y3liM3I=” şifrəsini BASE64 Decoding etdiyimiz zaman “cyb3r” əldə etmiş olduq.
ENCODING AND DECOING
Kali Linux (base64 yüklü olan hər-hansı) əməliyyat sistemində “cyb3r” sözünü BASE64 encoding etmək istəsək:
$ echo “cyb3r” | base64
Əmrini icra edə bilərik.
Bizə verilmiş “Y3liM3I=” sözünü BASE64 decoding etmək istəsək:
$ echo “Y3liM3I=” | base64 -d
Əmrini icra edə bilərik.
Son olaraq demək istərdim ki, BASE64 qədər geniş istifadə olunmasa belə BASE32, BASE16 və s. ilə qarşılaşa bilərsiniz. Məntiqi olaraq encoding və decoding prosesləri eyni olur. Maraq dairəsində onların da Table-larına internetdən araşdıraraq baxa bilərsiniz.
BASE64-ə niyə ehtiyac duyuruq?
Bəzi protokollar var ki, onlar məlumatı binary ötürdükləri zaman bəzi risklər ortaya çıxır. Bu protokollar tərəfindən xüsusi sayılan CRLF kimi xüsusi simvolların binary verilənlərdə ötürülməsi bu risklərdən sayılır. BASE64 encoding-in əsas mahiyyəti məlumatı binary ötürmək üçün nəzərdə tutulmayan HTTP, FTP kimi protokollar ilə məlumatı binary ötürə bilməkdir. Məsələn, CRLF (Carriage Return/Line Feed) HTTP client və ya server tərəfindən (Line Ending) kimi aşkar ediləcək. Base64 encoding ilə verilənlərdə xüsusi simvolların olmayacağına zəmanət verilir.
Yuxarıda 8 bit və 6 bitlər barədə danışdıq. ƏKOB(8,6)=24 olduğunu nəzərə alsaq görərik ki, base64 ilə encrypt olunan hər 3 baytlıq məlumat üçün 1 bayt zərər etmiş oluruq. Bu məlumat ötürmə performansına mənfi təsir göstərəcək.