Stories by Tuncay Abulfatzada on Medium
Bu məqaləmdə həm HackerOne-da qazandığım ilk bounty haqqında, həm də bug bounty edərkən JavaScript kodlarını analiz etməyin önəmi haqqında və bir çox başqa mövzular haqqında danışacam. Hər kəs qazanacağı ilk bounty üçün səbirsizlənir və tez bir zamanda buna nail olmaq istəyir. Mən də ilk təhlükəsizlik boşluğumu tapmağa yaxınlaşarkən buna bənzər bir hekayə yaşadım. Burp Suite proxy-ni açıb veb saytda gəzirdim və qarşıma potensial IDOR ola biləcək bir endpoint çıxdı və mən də test etmək qərarı aldım. Endpoint-i aşağıdakı kimi xəyal edə bilərsiniz:
GET /api/v1/users/12345/sessions/847387429477438/info
Bu endpoint-də users-dən sonra userId, sessions-dan sonra isə sessionId gəlir. Normalda proxy-yə düşən sorğu bu idi, amma mən bu sorğunu Repeater-ə atıb test etdikdə sessions və sessionId URL-də olduğu müddətcə testlərim uğursuz olacaqdı, çünki normal olaraq öz sessionId-mi URL-də saxlayıb başqa birinə aid userId-ni URL-ə yerləşdirib test etdikdə ugurlu cavab gəlməyəcəkdi.Xoşbəxtlikdən bu session və sessionId sadəcə URL-dən silindikdə birbaşa istənilən user-in info-larını görə bilirdik. Amma bu info-lar sensitive sayılmırdı, bəzi vebsayt daxili məlumatlar idi və bunu reportlasam böyük ehtimalla Informative olaraq bağlanardı reportum.
Sessions və sessionId silindikdən sonra endpoint belə oldu:
GET /api/v1/users/1234/info
Nə qədər sensitive məlumat response-da qayıtmasa da, mənim diqqətimi çəkən boş bir parametr var idi response-da. Bu parametrin adını da X-AccountId olaraq düşünə bilərik. İlk ağlıma gələn “görəsən hansısa istifadəçi üçün bu parametrdə bir dəyər varmı?” düşüncəsi oldu və dərhal userId hissəsini Burp Intruder-ə ataraq müəyyən bir aralıqda ID-ləri enumeration etməyə başladım. Qeyd edim ki, bu userId-lər ardıcıl gəlir. Və nəhayət müəyyən aralıqlarda bəzi istifadəçilərə aid X-AccountId parametrlərində token qayıtmağa başladı.
İndi isə iş daha da maraqlı hal almağa başladı, amma bu mənim ilk bug bounty təcrübəm olacağı üçün həmin an tələsdim. Bu X-AccountId parametrinin başqa bir endpoint-də nəyisə çağırdığına çox əmin idim. Amma hansı endpoint-də çalışdığını öyrənmədən birbaşa IDOR ilə digər istifadəçilərə aid X-AccountId parametrindəki token-in sızdığını bildirərək reportladım və çox keçmədən proqramdan cavab gəldi. Proqram mənə bunların sensitive olmadığını dedi, amma xoşbəxtlikdən reportu needs more info statusuna keçirdilər ki, bu da mənə ikinci bir şans yaratdı. Bunun səbəbi isə proqrama yazmışdım ki, əlavə sübuta ehtiyac qalarsa mənə bildirsinlər, yeni POC göndərim.
Needs more info statusundan sonra yenidən kompüter başına qayıtdım və bu X-AccountId parametri haqqında məlumat toplamağa başladım. Burp Suite daxil oldum, Proxy tab-ına keçdim və filter search hissəsindən proxy-yə düşən bütün JavaScript sorğularının response-unda X-AccountId parametrini axtarmağa başladım və çox keçmədən daşlar yerinə oturdu. X-AccountId parametri /getUserInfo?Key= bu endpoint-də başqa bir subdomen-də istifadə olunurdu və bu məlumatlar açıq formada JS içində yazılmışdı, elə bil sizin onu oxuyub bounty qazanmağınızı gözləyirmiş kimi :)
Mən bu endpoint-i manual olaraq axtarıb tapsam da, əslində arxa fonda BurpJSLinkFinder extension-ı da həmin linki çoxdan aşkar etmişdi.
Bug Bounty hunter-ler üçün qeyd: Hunting zamanı bu extension-ın tapdığı maraqlı endpoint-ləri sadəcə keçib getməyin, onları bir-bir analiz etməyin hər zaman böyük faydası var. Çünki bəzən saatlarla manual axtardığınız bir ipucu, extension-ın çıxardığı kiçik bir sətirdə gizlənir.
getUserInfo endpoint-i işi daha da maraqlı edirdi, çünki ortada PII məlumatların sızma riski var idi, əgər hər şey istədiyim kimi baş versəydi. JavaScript-də öyrəndiyim qədər bu endpoint body hissəsində bu məlumatları istəyirdi: UserId, SessionId, X-AccountId. Əlimdə olmayan məlumatlar isə hansı subdomen-də bu endpoint-in istifadə olunduğu və Key= dəyərinin nə olduğu idi. Key= gördüyüm an vebsayta daxil olduğumda fərqli bir endpoint-də ?Key= sorğusu düşdüyünü xatırladım və dərhal həmin sorğunu proxy-dən tapdım və Repeater-ə göndərdim. Hansı subdomen-də istifadə olunduğu da artıq ortaya çıxmışdı.
Geri qalan bu sorğunu getUserInfo endpoint-inə dəyişdirib testlərimizi həyata keçirmək idi. Qeyd etdiyimiz kimi body-də UserId, SessionId və X-AccountId parametrləri bizdən istənilirdi.SessionId düzgün yoxlanılmırdı və sadəcə parametrin olması yetərli idi, içində hansı məlumat olduğu isə yoxlanılmırdı. İlk IDOR ilə əldə etdiyimiz userId və X-AccountId-ləri body-də yerləşdirərək sorğu göndərdim və nəticədə response-da birbaşa həmin istifadəçiyə aid PII məlumatlar sızdırıldı. Bunlara (ad, soyad və bir çox vebsayt daxilindəki sensitive məlumatlar daxil idi).
Yeni tapıntım üçün proqrama cavab göndərdim və onlar da zəifliyi gözdən keçirdikdən sonra HIGH severity statusu ilə reportu triaged etdilər və $1,250 dollar mükafatlandırdılar.
Burada tək mükafatım bounty deyildi. Artıq daha səbirli olmağı və zəifliklərin dərinliyinə enməyi, JavaScript kodlarını analiz etməyin önəmini bir daha anladım və mənim üçün mükəmməl təcrübə oldu. Əgər bunun kimi məqalələrimin davam etməsini istəyirsinizsə, məqaləmə dəstək ola bilərsiniz.
Bu gün HackerOne-da seçdiyim bug bounty hədəfi üzərində tapdığım bir boşluq haqqında danışmaq istəyirəm. Mənə maraqlı gəldiyi üçün bunu sizinlə paylaşmaq qərarını aldım.Bu boşluq reauthentication bypass edərək istifadəçinin sensitive məlumatlarına davamlı şəkildə əlçatanlığın təmin olunması ilə bağlı idi.
Birbaşa mövzuya fokuslanmaq istəyirəm:)
Hədəf vebsaytda qeydiyyatdan keçib daxil olduqdan sonra https://xxxx.com/dashboard/user-settings kimi bir endpoint-də istifadəçi məlumatlarınızı görə bilirsiniz. Bu məlumatlara kifayət qədər sensitive məlumatlar da daxil olduğu üçün sistem istifadəçidən hər 15 dəqiqədən bir özünü doğrulamağı tələb edir və qeydiyyatda olan e-poçt ünvanına 6 rəqəmli kod göndərir.
Həmçinin bu endpoint-ə daxil olduqda arxa planda aşağıdakı API sorğusu düşür:
https://xxxxx.com/api/v2/settings/info
Burada istifadəçi məlumatları JSON formatında geri qaytarılır. Bu nöqtəyə qədər hər şey normal görünür.
Təsadüfən /api/v2/settings/info endpoint-inin sonuna .js extension-u əlavə edib sorğunu yenidən göndərdim (cache deception testi üçün) və 404 Not Found cavabı aldım (/api/v2/settings/info.js).
404 səhifəsini özləri dizayn etmişdilər və render olunmuş formada baxdıqda heç nə görünmürdü. Bir çox insan burada 404 Not Found gördükdə artıq testləri dayandıra bilərdi.
Lakin mən 404 səhifəsinin response-unun məzmununa baxdıqda gördüm ki, qeydiyyatda olduğumuz istifadəçinin bütün sensitive məlumatları JavaScript daxilində yazılıb və 404 səhifəsində geri qaytarılır.
Əslində burada tək başına ciddi bir boşluq yox idi,əgər bunu chain edə bilməsəydik.
İlk ağlıma gələn ssenari bu response-u cache-ləyib digər istifadəçilərə də göstərmək idi.Lakin hədəf vebsaytın cache serveri düzgün konfiqurasiya olunduğu üçün 404 səhifəsini heç bir halda cache-ləmirdi.Bir çox bypass üsulu yoxladım, lakin cache-ə salmağı bacarmadım.
Artıq ümidimi kəsdiyim anda .js extension-u silib əsas endpoint-ə yenidən sorğu göndərdim və gördüm ki, cavab 403 Forbidden olaraq qayıdır.Dərhal UI-dan user-settings səhifəsinə daxil olduqda səhifənin açılmadığını və məndən 6 rəqəmli doğrulama kodu istəndiyini gördüm.
Bu anda çox sevindim Çünki istifadəçi məlumatlarını qaytaran bütün endpoint-lər 403 Forbidden cavabı verirdi və heç biri sensitive məlumatları qaytarmırdı.Halbuki bu məlumatlar kifayət qədər həssas olduğu üçün istifadəçi hesaba daxil olsa belə, sistem mümkün attacker riskinə qarşı həmin səhifə üçün hər 15 dəqiqədən bir 6 rəqəmli doğrulama tələb edirdi.
404 Not Found səhifəsinə sessiyamız boyunca davamlı şəkildə əlçatanlıq əldə edə bilirdik və bununla da sistemin tətbiq etdiyi 403 Forbidden təhlükəsizlik mexanizmini fərqli bir metodla bypass etmiş olduq.
Həmin user-settings səhifəsindəki bütün sensitive məlumatlar ,istifadəçi tokenləri və digər həssas datalar 404 Not Found səhifəsinin response-unda geri qaytarılırdı.
Note: Burada əsas məsələ .js extension-u əlavə etməyim deyildi.Məsələ ondan ibarət idi ki, həmin endpoint-dəki sorğunu istədiyimiz kimi dəyişdirərək sonuna hərf və ya başqa simvol əlavə edib 404 Not Found cavabı aldıqda , response-da icazəmiz olmadan sensitive istifadəçi məlumatlarına əlçatanlığın mümkün olması idi.
Boşluğu report etdikdən sonra report duplicate olaraq bağlandı.Lakin məndən əvvəl tapan şəxs eyni üsulla bypass etməmişdi.sadəcə hər iki reportun kök səbəbinin eyni olduğunu bildirərək duplicate kimi bağladılar. Əvvəlki reportda fərqli üsulla bypass edilmişdi.
Normalda duplicate reportları paylaşmağı sevmirəm.Çünki başqalarının baxıb gözündən qaçırdığı boşluqları tapdıqda motivasiyam daha yüksək olur.Amma burada həm fərqli bypass üsulundan istifadə olunduğu, həm də maraqlı bir tapıntı olduğunu düşündüyüm üçün sizinlə də paylaşmaq istədim.
Daha çox belə məqalə paylaşmağım üçün məqaləni bəyənib rəy yazaraq dəstək ola bilərsiniz 🙂
Oxuduğunuz üçün təşəkkür edirəm.
All About 403 Bypass Techniques and Tools
Today, I’ll be sharing with you how to bypass the 403 status code you might encounter on websites.
What is a 403 Status Code and Why Do We Encounter It?
The 403 status code restricts users from accessing certain hosts, endpoints, etc. This restriction can be implemented either in the website’s code or through WAF (Web Application Firewall) rules set by the site owner. In short, these are the pages the website’s administrator does not want you to access.
Now let’s talk about how we can bypass these 403 pages.
Note: These methods do not always work.
Topics Covered in This Article:
Applying special characters to URLs
Changing HTTP methods
Header manipulation
Bypassing with automated tools
1. Applying Special Characters to URLs
Let’s say you try to access a page like https://target.com/admin and are met with a 403 Forbidden response. In this case, we can attempt to bypass it by manipulating the URL. For example:
/admin%20
/admin..
Try:
https://target.com/admin%20 – and you might get a 200 status code 😉
You can find more payloads in my Telegram channel:
📌 Telegram: https://t.me/silverxvip
2. Changing HTTP Methods
In this method, we test different HTTP request methods (GET, POST, PUT, DELETE, etc.) on the page returning the 403 Forbidden status. Burp Suite can speed up this process.
Capture the request in Burp Repeater.
Send it to Intruder.
Select the part where the method is written (e.g., GET), add it as a position, and fuzz it.
Add payloads such as POST, DELETE, PUT, etc.
If you receive a 200 status code, the bypass was successful 😉
3. Header Manipulation
Sometimes the server may allow access only from local IPs. In such cases, header manipulation can help bypass restrictions.
Open Burp Suite and intercept the request.
Send the request to Intruder.
Add headers like:
X-Forwarded-For: 127.0.0.1
X-Forwarded-For-Original: 127.0.0.1
X-Forwarded-Host: 127.0.0.1
Use the Sniper attack type in Burp Intruder.
Add your header payloads and start fuzzing.
If you get a 200 status code, it means your bypass method worked 🙂
4. Bypassing with Automated Tools
All the methods above can also be used with automated tools.
1. ffuf
ffuf is one of the best tools for fuzzing. Here’s how you can test a 403 bypass using it:
ffuf -u https://target.com/adminFUZZ -w 403-bypass-wordlist.txt -mc 200
FUZZ is the placeholder where the payloads will be tested. Only results that return a 200 status code will be shown. You can also add filters based on the size or structure of the 403 response.
GitHub: https://github.com/ffuf/ffuf
2. bypass-403
Run it like this:
./bypass-403.sh https://target.com admin
First, provide the target URL, then the endpoint. The tool will automatically apply various payloads to attempt bypassing the 403 restriction.
GitHub: https://github.com/iamj0ker/bypass-403
3. 403-bypasser (Burp Extension)
This is one of my most frequently used Burp Suite extensions.
You can easily install it from the Burp Extensions section.
It supports header bypass and more.