Stories by turan on Medium
© Vivien Maier
Vivian Maier
Haqqında çəkilmiş film 9 dəfə “Ən yaxşı sənədli film” nominasiyasının qalibi olub, eyni zamanda “Oskar”a namizədliyi irəli sürülüb. “Ümumən çox qapalı, kimsə ilə ünsiyyət qurmayan, otağına birilərinin girməsindən narahatlıq duyan biri idi” — filmdə dayəlik etdiyi evlərin sakinləri onu bu cür xarakterizə edir. Açarla kilidlənə bilən yalnızca ona aid otaq isə köçdüyü evlərin sahiblərinə ən birinci tələbi olub (bu fakt sizə də Virgina Woolf’un məlum əsərini xatırlatdımı?). Film “Finding Vivian Maier” adlanır.
Yaşadığı dövrdə dayə idi, ölümündən sonra dünya onu fotoqraf kimi tanıdı.
self portrait 1954
1951-ci ildə New Yorka köçən 25 yaşlı Maier öncə şirniyyat mağazasında satıcı, qırxlı yaşlarınadək isə dayəlik etmişdir. İstirahət günlərini daha çox New York və Çikaqonun küçələrində “Rolliexflex” foto kamerası ilə dolaşaraq son dəblə ayaqlaşan şəhər sakinlərindən tutmuş evsiz insanlaradək hər kəsi və ətarıfında gördüklərini lentə alan Maier hər zaman insanlar arasında gəzişmiş ancaq onlardan heç birinə aid olmamışdır.
Maier haqqında çəkilmiş filmin rejissoru onu “tapan” həvəskar fotoqraf John Maloff’dur
Chicago 1962
Hərracların birindən içində 30000-dən çox neqtiv saxlanan kolleksiyaya cəmi 400 dollara sahiblənən tarixifoto həvəskarı John Maloff ilk cəhdində neqativlərin bir küncünə yazılmış Vivian Maier adının izinə düşməsə bilməsə də, bir müddət sonra qəzetdə Maierin ölüm xəbərini oxuyur və bu hadisə onu təhrik edir ki, diqqətindən kənarda qalan kolleksiyanı incələsin. Fotolardan təsirlənən (eyni zamanda təəccüblənən) Maloff bəzilərini internetdə paylaşmış, fotolar böyük maraqla qarşılanmışdır. Əlindəki kolleksiya ilə kifayətlənməyən Maloff digər neqativləri də muzeylərdən satın almışdır. Kolleksiyaçı, Maier-in çəkdiyi fotoların yüz mindən çox olduğunu söyləyir və maraqlısı budur ki, onun müəllifi olduğu fotolar hələ də kəşf edilməkdədir.
Çəkdiyi fotoları paylaşmayacaq qədər özünə qapalı, bəlkə də qorxaq amma dünyanın hər nöqtəsinə gedəcək qədər cəsarətli qadın.
Chicago 1950
Analoq fotokamera həvəskarı üçün Maierin fotoları ilham mənbəyi ola bilər. Fotolara heyranlıqla baxarkən onların professional fotoqraf tərəfindən deyil, bir dayə tərəfindən çəkilməsinə inanmaq gerçəkdən çətindir. Maier’in gizli həyat hekayəsi fotoların möhtəşəmliyənə sehr qatmamış deyil.
Maierin fotoları ilə daha geniş bu keçiddən tanış ola bilərsiniz. (http://www.vivianmaier.com/
theguradian. Magnum fotoqrafı bir fotonun hekayəsini danışır.
1989 -cu ildə dinc şəraitdə başlayıb, sonradan qanlı toqquşmalara çevrilən etiraz aksiyasını fotolentinə köçürən fotoqrafın müsahibəsi.
5 iyun 1989. Fransklin Stuart/Magnum Photos
İlk günlərdə Tiananmen Meydanında festival abu havası vardı. İnsanların çoxu aclıq aksiyası keçirənləri görmürdü — onların gördüyü musiqi sədaları altında bayraqlarla irəliləyən izdiham idi. Tiananamen Meydanında baş verən hadisələr bir çoxları üçün surpriz idi, hətta nümayişçilərin özü üçün də. Çoxsaylı insanın mərkəzi meydana toplaşması və liderə meydan oxuması Çinin tarixində çox nadir hadisəydi.
Mən Pekinə 1989-cu ilin son həftəsində gəlmişdim, o zaman Magnum üçün çalışırdım və Time jurnalına təyinat almışdım. Şəhərin ətrafına getməkçün özümə velosiped kirayələyib, Meydana yaxın ərazidə dayanmışdım. Bugünkü standartlarla o zaman fotoqraf kimi fəaliyyət göstərmək bir az daha asan idi. Siyasi elita mətbuat ilə rəftarda və ya malik olduğu gücü həyata keçirməkdə o qədər də təcrübəli deyildi.
İçimizdən cəmi bir neçə fotoqrafın çəkdiyi bu “tank adam” mənzərəsi zamanında mənə o qədər də diqqətçəkən görünməmişdi.
30 May 1989. Demokratiya ilahəsi. Stuart Franklin/Magnum Photos
Mayın 30-unda Çinli tələbələr Azadlıq Heykəlini xatırladan böyük bir heykəli sürüyərək meydana gətirdilər. Bu heykəl demokratiyanın simvolu olmağa başladı və New York mətbuatında “Demokratiya ilahəsi” kimi təsvir edildi. Çinlilər söz azadlığı, mətbuat azadlığı və korrupsiyaya son tələbi ilə etiraz edirdilər, ancaq onlar bu “ilahənin” ritorikasını, onun bütün dünyada istifadə və görüntüsünün gücünü bilmədilər.
Heykəl Meydana gətirildikdən sonra etirazçılar onun ətrafında çadırlar qurub, orada həftələrlə məskunlaşdılar və hökümət anladı ki, artıq hərəkət etmək vaxtıdır. Qarşıdurmadan iki gün öncə ordu dəstələri ətrafda sürətlə böyüməyə başladı və abu hava kəskin şəkildə dəyişdi. Bu zaman əslində nəyin baş veridiyini heç kim anlamırdı. Faktiki olaraq bütün Çin ərazisi boyunca vətəndaş müharibəsinin başlayacağına dair şayələr də dolaşmağa başlamışdı.
İyunun 4-ündə ordunun Meydana daxil olaraq etirazçıları dağıtdığının şahid oldum. 5 İyun səhər radələrində “Newsweek”in fotoqrafı Charlie Cole ilə ərazini tərk etdim və otelə doğru istiqamətləndik. İmkanlarımız tamamilə məhdudlaşdırılmışdı. Ordu dəstələri otelin dəhlizini nəzarətə götürmüşdü və jurnalistləri bir-bir axtarıb onların işini iflic etməyə çalışırdılar. İyunun 5-ində mən bir qrup fotoqrafla eyvanda dayanmışdım və birdən bir kişinin tullanaraq tankın qarşısına keçdiyini gördüm. O foto indi daha simvolik olub — ancaq fotonun bu qədər diqqət çəkməsinin səbəbi budur ki, insanlar tanka tərəf irəliləyən kişini, eləcə də ötən gecə baş verən şiddətli qarşıdurmanın görüntülərini televiziyadan izlədirlər. İçimizdən cəmi bir neçə fotoqrafın çəkdiyi bu “tank adam” mənzərəsi zamanında mənə o qədər də diqqətçəkən görünməmişdi, yalnız ona görə ki, eyvan hadisə yerindən çox uzaqda idi.
Jurnalistlərin əksəriyyəti bu səhnəyə şahid ola bilmədi, çünki eyvanda deyildilər; çoxu başqa otelə daşındığından bu mənzərəni qaçırdı. Onlardan çoxu Pekin Otelində yerləşmişdi, ancaq oranın yeməkləri elə də yaxşı deyildi. Bu səbəbdən əksəriyyəti hava limanı yaxınlığında hamburger verilən məkana əkilmiş, mərkəzdəki qarşıdurmalar səbəbiylə blokadaya düşüb elə şəhər kənarındaca ilişib qalmışdılar.
Beləcə bu işıq dirəkləri o zamanın Twitteri oldu — bu indi həqiqətən qəribə görünə bilər.
baş verənləri işıq dirəyindən xəbər alan etirazçılar.
“Tank adam” səhnəsini çəkdiyim anda beynimdə 1968-ci ilin Praqa baharı canlandı, orda da yerli sakin Rus tankı ilə üz-üzə gəlmişdi. İnsanlar cərəyan edən faciənin hekayəsini dünyaya çatdırılmasıyla bağlı narahatçılıq keçirməyə başlayar başlamaz, oteldə atmosfer tezliklə xaotik hal aldı. Otelin rəhbərliyi görüntüləri müsadirə etdi, ancaq mən fotolenti çay qutusuna qoyub Parisə dönən fransız tələbəyə ötürməyə macal tapdım. O da lenti “Magnum”a çatdırdı.
Sonrakı günlərdə aydın oldu ki, qarşıdurma zamanı baş verən hadisələrin gürüntüsünü görən çinlilərin sayı elə də çox deyil. O günlərdə çəkdiyim foto silsiləyə bu işıq dirəyi ətrafına toplaşıb şəkili seyr edənlərin fotosu da daxildi. İşıq dirəyinə yapışdırılan toqquşmalarda öldürülən birinin şəklidir. Bütün Pekin ərazisində işıq dirəkləri Çin xalqı üçün media rolunu oynayırdı, çünki mətbuat kəskin nəzarətdə idi. Heç kim anlamırdı ki, nə baş verib və beləcə bu işıq dirəkləri o zamanın Twitteri oldu — bu indi həqiqətən qəribə görünə bilər.
Etirazı təsvir edən ən təsirli foto.
aclıq aksiyasını davam etdirən gənc. Tiananmen Meydanı, 1989
Mən evə dönəndə insanların çoxu “tank adam” haqqında danışırdı. Sunday Times jurnalı isə üz qabığına əlini havaya qaldıran gəncin fotosunu yerləşdirmişdi. Bir çox digər dərgilər də bu fotonu — etirazın nə olduğunu ifadə edən insan şəkli və oyanışın Çin xalqı üçün nə məna verdiyini anladan ən güclü təsvir kimi tirajladı.
theguradian
theguardian. “Sən yalnız bircə günlük qəhrəman ola bilərsən”
Ölüm zolağında qraffiti — Berlin Divarında ilk qraffitilərin müəllifi öz heakəyisini danışır.
Kommunist repressiyasının əsas rəmzlərini ilk dəfə karikatura şəklində cızma-qara edən rəssam Thierry Noirin çəkdikləri daha sonra dünyaca məhşur oldu. O burada ölüm zolağının gözətçiləriylə siçan-pişik oynamasından, Wim Wanderlə görüşündən və divarlar söküldükdən sonra nələrin baş verməsindən danışır.
Theirry Noir — Berlin Divarında ilk qraffitilərin müəllifi.
İki divar arasındakı “ölüm zolağı”nda ADR tərəfinin (Almaniya Demokratik Respublikası) divar gözətçiləridir, bu sərhədlər Şərqi və Qərbi Berlini ayırır. Bu fotonu 20il ərzində yaşadığım məkanın pəncərəsindən çəkmişdim. Əslində Berlin Divarlarında heçnə baş vermirdi. Orada nə maşın vardı, nə mağaza nə də bir səs. Mən heç zaman gözətçilərdən sərt hərəkət, yaxud kiməsə atəş açdıqlarını görmədim.
Bu fil mənim Berlin divarında çəkdiyim ilk qraffitidir. Mən çöldə rəsm çəkməyə başlamışdım, bununla da göstərmək istəyirdim ki, incəsənət təkcə muzeylərdə və qalleriyalarda olmur. Bu müddətdə mən hər kəsdən təsirlənirdim, Pablo Picasso və Joan Miro-dan tutmuş Jean-Michel Basquiat və Keith Haring-ə qədər, üstəlik David Bowie, Iggy Pop, Lou Reed, Kraftwerk, Led Zeppelin və Nina Hagen kimi musiqçilərdən də. Gərgin işləməyim və bunun hər gün təkrarlanması çəkdiklərimin gələcək uğurundan xəbər verirdi. Əgər sən evdə oturub ilham pərisinin gəlməyini gözləsən, çox uzun müddət gözləməli olacaqsan.
1985 ci il Kreuzberg, Waldemarstrasse boyunca uzanan divarda rəsm çəkən mənəm. Bu dinazovrlar təbitətin mutasiyasını təsvir edir, çünki Berlin Divarı və mənim yaratdığım rəsmlər mədəniyyətin mutasiyası idi. Şərqi Berlindən başqa, Avropada kilometrlərlə uzanan boyanmış divarlara harda rastlamaq olar? Mən hər gün divarda nəisə çəkirdim. İdealar beynimdən əllərimə doğru istiqamətlənmirdi, əksinə əlimdən beynimə doğru yönəlirdi. İlk əvvəldə material üçün pulumuz olmadığından Kreuzberg-dakı evlərin təmirindən qalan artıqları toplamağa başladıq. Əlimizə nə keçsə elə onlarla rəsm çəkməyə başlayırdıq.
1917 ci ildə New Yorkda keçirilən sərgidə Marcel Duchamp-ın böyük qalmaqala səbəb olan “tualet çanağı”-na sayğılarla. Bunu 1984 ci ilin aprelində divara quraşdırdım, bir müddət sonra divarda çəkməyə başladım.
Divarda çəkdiyim ilk rəsmlər tərzinə görə sonunculardan fərqliydi. Tərzim zərurətdən dəyişdi, rəsm çəkdiyim müddətdə hər gün yüzlərlə insan yaxınlaşa və sual verə bilərdi. Beləcə mən cəld olmağa alışdım, buradan da mənim CƏLDLİK FORMULU MANİFESTİ-m yarandı. Bu manifest təhlükəli mühitdə rəsm çəkməli olan insanlar üçün əla reseptdir. Sənə lazım olan: iki idea və üç rəngdir. İnsanlara bu mifik divarın əbədi olmadığını və vəziyyətin dəyişə biləcəyi fikrini çatdırmaq üçün bu bir yol idi.
Bu Christophe Bouchet-lə birgə işimdir, “tısbağa və dovşan” təmsilinə eyham vurmuşuq. Bizim versiyamızda dovşan qalib gəlir. Bouchet-in çəkdiyi hissə “La Fontaine -ə sayğılarla” (Homage to La Fontaine) adlanır, məhşur Fransız təmsil yazarıdı. Mənim çəkdiyim hissə “Red Dope on Rabbits” adlanır. Bu rəsmi 1985-ci il 13 avqustda, Berlin Divarının tikilməsinin 24-cü ildönümündə çəkmişdik. Christophe Bouchet ilə 1982ci ildə görüşmüşəm. O şəhərin əsas prospekində, Kurfürstendamm-da rəsm çəkirdi. 1982ci ilin sonlarında o mənim yaşadığım binaya köçdü. Sonralar bu səbəbdən Divarda birgə çəkməyə başladıq.
Bu portret 1986cı ildə, birinci həyat yoldaşım Gabi tərəfindən çəkilib. Həmin gün küçədə, içində köhnə kostyumlar olan çanta tapmışdım və şəkildə onlardan birini geymişəm. O zamanlar Qərbi Berlin əhalisi köhnə mebel və paltarlarını yenidən emal məqsədiylə küçəyə qoyurdular. Bütün gün ərzində Divarda rəsm çəkirdim, daha sonra yağlı boya ilə çəkilmiş rəsmlərimi restoranlara satmaqçün Qərbi Berlinin mərkəzinə yollanırdım. Bax, o zaman mən belə yaşayırdım.
Bu rəsmim Wim Wenders-in Wings of Desire (Berlin üzərindəki səma) filmindəndir. Onunla, iki-üç gündən bir çəkdiyim kiçik rəsmləri satmağa çalışdığım restoranlarda rastlaşırdım, Wenders orada şef idi. Divarın bu hissəsi film üçün çox əhəmiyyətli məkan idi. Məni nərdivanın üstündə rəsm çəkən görə bilərsiz. Divarın bu hissəsi hazırda 520 Madison Avenue in NYC ünvanında yerləşən şəxsi evin həyətindədir. Mənim istifadə etdiyim nərdivan ABŞ-ın Culver şəhərindəki Wende muzeyinin daimi kolleksiyasına daxildir. Taleyə bax!
Bu foto 1986cı ildə çəkilib. Fotoda Şərqi Almaniyanın təmizlik işləri görən qabaqcıllardan (pioneer) ibarət komandasını görə bilərsiz, Qərbi Berlindən atılmış tullantıları yığışdırırlar. O vaxtlarda insanlar hər şeyi Divarın üstündən o biri tərəfə atırdılar. Bəziləri üçün bu siyasi hərəkət idi, insanlar eyni zamanda “Scheiss DDR” (fuck the GDR (East Germany)) qışqırırdılar. Mən heç zaman Divarın üstündən nəsə tullamadım, bu mənim tərzim deyildi. Əsgərlər meqafonla tez-tez mən tərəfə yönəlib rəsm çəkməyi dayandırmağımı və Qərbi Berlin tərəfə geriyə addımlamağımı əmr edirdilər. Mən dediklərini şərhsiz yerinə yetirərdim, ancaq onlar da məni tez-tez tutmağa çalışırdılar.
“Azadlıq Heykəli”nin 100 illik ildönümü idi, beləki mən boya tapıb Christophe Bouchet ilə birlikdə bu iki metr hündürlüklü trafareti hazırladıq. Bunu hazırlamaqçün plastik örtük və taxta çərçivədən istifadə etmişdik. Biz 4 iyulda Checkpoint Charlie küçəsinə 42ədəd “Azadlıq Heykəli düzmüşdük”. Ora yaxşı qorunurdu və rəsm çəkmək təhlükəli idi. Növbəti gün daha artığını etmək üçün pulumuz yox idi. David Bowie-nin “Heroes” mahnısında dediyi kimi: “Sən qəhrəman ola bilərsən, yalnız bircə günlük ”
23 Otyabr 1986-cı ildə radioda eşitdim ki, Keith Haring Berlindədir və Checkpoint Charlie küçəsindəki Divarda rəsm çəkmək üçün gəlib. Mən ora getdim və gördüm ki, çəkdiyim “Azadlıq Heykəlləri”nin üstü sarı boya ilə rənglənib. Keith ilə danışdım, o bundan utandı, üzr istədi və dedi: “New York-da bu hərəkətə görə öldürülə bilərsən” (söhbət kiminsə qraffitisini korlamaqdan gedir). O dəvət edilmişdi və Divarın bir hissəsi onun üçün hazırlanmışdı. Sarı rəng bir qədər şəffaf idi və mənim “Azadlıq Heykəl”lərim boyanın altından görünürdü. Mən çox əsəbləşmişdim, ancaq bu Keith-in səhvi deyildi. O yaxşı insan və böyük rəssam idi.
Burada mən Berlin Divarının “ölüm zolağı” adlanan hissəsində rəsm çəkirəm. Bu foto 1989-cu ildə çəkilib, Berlin Divarı son günlərini yaşayırdı və insanlar onu yarmağa cəhd edirdilər. Bəzi dəliklər çox böyük idi, çox rahatlıqla içindən keçmək olardı. Uzun illər mühafizəçilər tərəfindən narahat edilən divarın bu üzündə rəsm çəkmək çox möhtəşəm hiss idi. Artıq mühafizəçilərə atəş açmaq qadağan edilmişdi. Ancaq mən işlədiyim müddətdə “Ey ordakı, çəkməyi dayandır!” əmrini verən tapılırdı. Mən mümkün qədər cəld çəkirdim və Qərbi Berlinə tərəf geriyə hoppanırdım. Əsgərlərə — onların erasının bitdiyini nümayiş etdirmək zamanı idi. Yalnız bir ya iki qab boya varkən mən onlarla uzun müddət “siçan-pişik” oynayırdım.
Bunu 1985-ci ilin avqustunda çəkmişəm. Bu rəsm Potsdamer Platz yaxınlığındakı “ölüm zolağı”nda yaşayan yüzlərlə çöl dovşanına həsr olunub. Berlin Divarının sökülməsi onlar üçün Exodus ( yəhudilərin Misirdən çıxması) oldu. Getməyə yerləri yox idi, yuvaları məhv oldu və yüzlərlə insan “ölüm zolağı” boyunca Qərbə və Şərqə axın etdi. Dovşanların çoxu onların ayaqları altında məhv oldu.
theguardian
STEFAN ZWEİG
tərcümə: Turan Yusifova
Tufanın ləngitdiyi paroxod yalnız gecə yarı kiçik fransız limanında lövbər atdı; Almaniyaya gedən gecə qatarı artıq yola düşmüşdü. Beləliklə, yad əyalətdə əlavə gün keçirmək lazım gələcəkdi, axşamsa hansısa əyləncə salonlarındakı qadın orkestrinin qəmgin musiqisi ya da tamamilə təsadüfi yoldaşlarla darıxdırıcı söhbətdən başqa heç bir əyləncə vəd etmirdi. Mehmanxananın kiçik restoranın mavi-boz tüstülü havası mənə dözülməz göründü, həmdə ki, dodaqlarımda hələ də dənizin təmiz nəfəsinin duzlu soyuqluğu qalmaqdaydı. Mən bəxtə-bəxt geniş işıqlı küçə boyuca mülki qvardiyanın ifa etdiyi meydana və oradan daha uzağa — tələsmədən gəzişənlərin axınına tərəf getdim. Əvvəlcə, əyalət yerinə uyğun geyinib-keçinmiş izdiham boyu laqeydsizlik dalğasında iradəsiz yırğalanmaq mənə xoş idi. Amma yenə də, tezliklə yad insanların bu yaxınlığı, onların qırıq gülüşü, üzərimdən qaçırılan və ya istehzalı təbəssümlə dayanan gözlər, məni gizlicə irəli itələmiş toxunuşlar, minlərlə mənbədən axan işıq və fasiləsiz addımların səsi mənə dözülməz gəldi. Dəniz səyahətini fasiləsiz hərəkət müşayiət edirdi və qanımda hələ də sərgərdan gəzişmənin şirin sərxoşluğu dövr edirdi; hələ də ayağımın altında yırğalanma və dalğa hiss olunur, torpaq nəfəs alaraq azca qalxır və küçə necəsə səmaya doğru gedirdi. Birdən başım hərləndi və səs-küydən gizlənməkçün mən adına baxmadığım döngəyə, oradansa başqa dalana buruldum, ahəngsiz səs-küy tədricən azalmağa başlayırdı və sonra şaxələnmiş labirint boyu məqsədsiz dolaşmağa başladım, düz aralıqlar, kiçik qaranlıq küçələr məni əsas meydandan uzaqlaşdırırdı. Mərkəzi küçələrin böyük qövs fənərləri burada yanmırdı və mən nəhayət, kasıb işıqlandırma sayəsində ulduzları və qara buludlu səmanı yenidən gördüm.
by: John Atkinson Grimshaw
Görünür, mən indi liman yaxınlığında, matros kvartalında idim — bu balığın kəskin qoxusundan hiss edilirdi — şirintəhər çürük qoxu, hətta ləpədöyənlərlə sahilə atılmış yosunlar da bu qoxunu özündə saxlayır, bu səbəbdən hələlik güclü tufan onları öz nəfəsiylə üfürməyincə həmin yerlərə xas kiflənmə dalanlara hopub qalırdı. İçimdə yarıqaranlıq və gözlənilməz yalqızlıq vardı, mən digər küçəni gözdən keçirmək üçün addımları yavaşıtdım — və onlardan heç biri qonşuluqdakı küçəyə bənzəmirdi; bəziləri sülhsevər, başqaları üsyankar idi, amma hər şey qaranlığa bürünmüş və səslərin, musiqinin küt səs-küyüylə dolmuşdu. Qaranlıq tağların altından elə müəmmalı axın vardı ki, onun gizli mənbəyini tapmaq demək olar mümkünsüz idi, çünki bütün evlər kilidlənmişdi və yalnız qırmızı və ya sarı qığılcımla göz vururdu.
Mən yad şəhərlərdə belə küçələri sevirəm — yad və təhlükəli dənizlərdə keçirilən yalnız gecələrdən sonra uzun yorucu xəyallarını həyata keçirmək üçün buraya bir gecəlik gələcək bütün dənizçi nəfslərin gizli yığını, bütün bu ehtirasların çirkli bazarı. Onlar haradasa böyük şəhərin aşağı hissəsində, bu dar döngələrdə gizlənməlidir, çünki buralar o haqda sırtıqcasına və təngə gətirərək danışır ki, yüzlərlə maska pəncərəli işıqlı evlər və tərbiyyəli sakinlər tərəfindən gizlədilir. Burada, sıx zallarda musiqi cəlb edici bir tərzdə səslənir, kinematoqraflar qışqıran elanlarıyla eşidilməmiş əzəməti söz verir, qapıların altına sığınan dördüzlü fənərlər açıq aydın və gülər üzlə göz vurur, yarı açıq qapıların arasından zərli bər-bəzəyin altında çılpaq bədənlər sayrışır. Meyxanalardan sərxoş səslər və dalaşan oyunçuların qışqırıqları eşidilir. Matroslar bir-biri ilə qarşılaşanda gülümsəyir, onların gözləri intizardan yanır, çünki burada hər şey var: şərab və qadınlar, mənzərə və şövq, ən alçaq və ən yüksək macəralar. Amma bütün bunlar ürəksizcəsinə yenə də riyakarlıqla salınmış pəncərə qapıları arxasında satqıncasına açıq-aydın gizlənir. Hər şey baxışlardan gizlədilmişdi, bu görünən qapalılıq — sirr və mümkünlüyün ikiqat cazibəsi sayəsində insanı həyəcanlandırırdı. Bu küçələr Hamburqdakıların oxşarı idi və onlar Kolomboda, Havanada da belədir, böyük şəhərlərin təmtəraqlı prospektləri bir-birinin bənzəri olduğu kimi, çünki yuxarılar və aşağıların həyatı hər yerdə eyni simadadır. Xaotik-hissiyyatlı dünyanın son əcaib qalıqları, harada ki, instinktlər hələ də kobud hərəkət edir və qarşısıalınmazdır, qaba heyvanlarla qaynaşan qaranlıq ehtiraslar cəngəllikləri — elə bu rədd edilmiş küçələrdir, öz gözə görünənləriylə həyəcanlandırıb, gizlədikləriylə cəzb edir. Onlar haqqında xəyal etmək olar. Qəfldən əsarətinə düşdüyüm küçə də belə idi. Mən bəxtə-bəxt qılınclarını kələ-kötür şose boyu cingildədən iki kirasirin dalınca getdim. Hansısa kiçik restoranların birindən bir neçə qadın onları səslədi; kirasirlər gülüb, kobud zarafatlarla cavab verdilər, sonra onlardan biri pəncərəni döydü və ardınca haradasa söyüş eşidildi, daha sonra getdilər; gülüş getdikcə daha küt səsləndi və nəhayət, tamamilə dayandı. Küçə yenə səssiz oldu, bir neçə pəncərə ayın sönük işığında arabir tutqun parıldayırdı. Dayandım və mənə valehedici görünən bu sakitliyi sinəmə çəkdim, çünki mənim gözümə, bu sakitliyin arxasında gizli, çirkli və təhlükəli nəsə görünürdü. Mən aydın hiss edirdim ki, bu yalançı sakitlikdir və bu küçənin dumanlı tinində bizim dünyanın çürüntüsündən xəfifcə alışan nəsə var. Amma mən dururdum, tərpənmir və boşluğu dinləyirdim. Mən artıq nə şəhəri, nə küçəni, nə onun adını, nə də öz adımı hiss edirdim; yalnız dərk edirdim ki, burada yadam, bilinməzlikərdə həll olmuşam, nə hədəfim var, nə işim, nə də bu qaranlıq həyatla əlaqəm, ancaq mən hələ də onu eyni bütövlüklə- damarlarımda axan qan kimi hiss edirəm. Yalnız bir hiss mənə hakim kəsilirdi: burada mənimlə əlaqəli heçnə baş vermir və bununla belə hər şey mənə aiddir — dərin və hər sirli təmasında varlığımı qidalandıran saf su kimi daxilinin iradəsindən asılı olmayaraq əldə edilən əsl həyəcanın məmnuniyyət hissi. Nəyinsə baş verəcəyini yaxud nəsənin səni boşluqdakı bu çılğın sayıqlıqdan çıxaracağını gözləyirmiş kimi boş küçəsinin ortasında dayanıb qulaq asırdım və birdən, qulağıma alman mahnısı çatdı, o zəif səslənirdi, divarlara görə deyil, o haradansa çox uzaqdan gəlirdi; qadın səsi “Sərbəst atıcıdan” [1] melodyasını ifa edirdi. “Valehedici, bakir çələng”, çox pis ifa edirdi, amma yenə də o alman melodiyası idi — burada, dünyanın yad dalanında o necəsə xüsusilə doğmalaşırdı. Mahnı haradansa eşidilirdi, amma mənim üçün o salamlaşma kimi səslənirdi, uzun ayrılıqdan sonra vətənin salamlaşması. Özüm özümdən soruşdum : kim burada mənim dilimdə danışır, bu yad dalanda, kimin sinəsində dirilmiş xatirələr bu sadə nəğməni püskürdü? Mən qaranlıqda, bağlı pəncərələrdə satqıncasına yanan işıqlar və bəzən də cəzbedici əl sayrışan mürgüləyən evlər boyunca səsə doğru getdim. Bəzi yerlərdə çılğın yazılar, parlaq elanlar asılmış, pusquda duran kiçik yunan restoranı viski, pivə vəd edir, əslindəsə hər yer bağlanmışdı, əlçatmaz idi və eyni zamanda yoldan keçənləri səsləyirdi. Bəzən uzaqda addımlar eşidilirdi, amma melodiya fasiləsiz səslənir, nəqarət daha ucadan eşidilir və səs yaxınlaşırdı; nəhayət, budur mənə lazım olan evə çatmışdım. Azacıq tərəddüddən sonra, ağ pərdəylə kip örtülmüş çöl qapıya yaxınlaşdım. Amma bu anda qaranlıqlarda nəsə tərpəndi, hansısa bir fiqur aynaya sıxılıb orada gizləndi, qorxu içində vurnuxdu və mən fənərin qırmızı işığında dəhşətdən solmuş simanı gördüm; kişi çaşqınlıqla mənə baxdı, üzr istəyirmiş kimi nəsə mızıldandı və küçənin yarımqaranlığında yox oldu. O mənə qəribə göründü. Onun arxasınca baxdım. Sürüşüb gedən siluet hələ də sönük görünürdü. İçəridən əvvəlki kimi ucadan ifa eşidilir, daha da riqqətə gəlirdi. Mən qapını açdım və tez içəri girdim. Mahnı qırıldı, elə bil bıçaqla kəsildi və mən qorxaraq qarşımda boşluq hiss etdim — düşmən sükutu kimi, sanki mən nəyisə parça-parça etmişdim. Baxışlarım tədricən , demək olar ki boş olan otağın vəziyyətinə alışdı. O bufet rəfindən və masadan ibarət idi. Şübhəsiz, bütün bunlar növbə ilə digər otaqlara keçid idi, təyinatı üzrə aşağı salınmış işıq lampaları və azca aralanmış qapının arxasından görünən hazır çarpayının mənasını anlamaq asan olmalıdı. Piştaxtanın qarşısında ona dirsəklənib dayanan, yorğun görünüşlü bəzənmiş qadın, piştaxtanın arxasında isə kök sahibə və bir də kifayət qədər xoşagələn qız vardı. Mənim salamlaşmam sanki quyuya atılan daş oldu və yalnız müəyyən fasilədən sonra süst cavab eşidildi. Bu sükut ürəyimcə olmadı və mən həvəslə geri çevrilib gedərdim, amma bununçün bəhanə tapmadım və itaətlə masa arxasına keçdim. Piştaxtada arxasındakı qadın öz vəzifəsini xatırlayaraq məndən nə sifariş edəcəyimi soruşdu və dərhəl onun tələffüzündəki vurğudan nə istəyəcəyimi tapdım. Pivə sifariş verdim. O getdi və pivəni gətirdi. Onun yerişindəki laqeyidlik, güclə parlayan və sönən şamı xatırladan ifadəsiz gözlərindəki laqeydlikdən çox idi. Bü cür məkanların adəti üzrə o tamamilə mexaniki olaraq mənim stəkanımım yanına daha birini özü üçün qoydu. Baxışlarımız toqquşanda isə o təmbəlcəsinə baxışlarını yayındırdı: mən maneəsiz ona baxa bildim. Onun düzgün cizgili üzü əslində hələ də gözəl idi, amma sanki mənəvi yorğunluqdan heykəl kimi kobudlaşdı və dondu; onda hər şey boş idi; göz qapaqları şişmiş, saçları dağılmış, solğun yanaqları ənliklə boyanmış, ağız ətrafına geniş qırışlar enmişdi. Donu da səliqəsiz geyinilmişdi, tütün tüstüsündən və pivədən səsi xırıldayırdı. Hər şey, qarşımdakı insanın ölümcül yorğun olması və heçnə hiss etmədən adəti üzrə yaşamasından danışırdı. Məni dəhşət bürüdü və sükutu pozmaq xatirinə ona ixtiyari sual verdim. O dodaqlarını güclə tərpədərək mənə baxmadan laqeyd və mənasız cavab verdi. Mən özümü artıq hiss edirdim. Sahibə əsnəyir, digər qızsa küncə otururdu, sanki onu çağıracağımı gözləyirdi. Çıxıb getməyə şad olardım, ancaq yerimdən tərpənə bilmirdim və bərk keflənmiş matros kimi qanmazcasına bürkülü otaqda qandallanaraq oturmuşdum, — burada hökm sürən laqeydlik qorxulu və anlaşılmaz idi. Və birdən yanımda oturan qadının kəskin qəhqəhəsini eşidib səksəndim. Həmin anda lampa sayrışdı: kürəyimin arxasındakı qapının aralanmasını küləkdən anladım.
llustration :Kravchenko A. I.
- Yenə gəldin ? — o almanca istehzalı və acıqla qışqırdı. — Ey xəsis, sən yenə evin ətrafında veyillənirsən? Yaxşı gəl içəri, sənə heçnə etmərəm.
Mən əvvəlcə sərt şəkildə ona tərəf döndüm, bu sözlər elə bərkdən qışqırılmışdı ki, sanki alovun içərisindən çıxırdı, sonra isə giriş qapısına döndüm. Və o açılmağa vaxt tapmamış, mən yırğalanan fiquru , onun fağır baxışını tanıdım, blokda dururdu, sanki qapılara yapışmışdı. O dilənçi kimi cəsarətsiz idi, şlyapasını əlində saxlayır və qadının ağır-ağır tərpənən bədənini titrədən gülüşdən, piştaxta arxasından deyilən kəskin sözlərdən əsirdi.
— Burada otur — qorxa-qorxa içəri addımlayanda qadın yazığa əmr etdi. — Görürsən, mənim qonağım var. O bunu almanca qışqırdı. Sahibə və qız bərkdən güldülər, hərçənd heç nə anlaya bilmədim, amma görünür ziyarətçi tanış idi.
— Ona şampan ver, Fransuaza! Bir az bahalı şüşəni gətir! — o gülüşlə qışqırdı və ona yenə müraciət etdi: — Əgər sənin üçün bahadırsa, küçədə qal, bədbəxt xəsis. Yoxsa sən müftə istəyirdin?! mən bilirəm, sən hər şeyə pulsuz sahib olmaq istəyirsən.
Ziyarətçinin uzun qaməti bu qəddar gülüşdən büzüşdü, kürəyi əyildi, o üzünü çevirirdi, sanki gizlənmək istəyirdi, və butulkaya girişən əli elə şiddətlə əsirdi ki, şərab masaya töküldü. O gözlərini qadına doğru yuxarı qaldırmağa çalışırdı, amma onları yerdən qopara bilmirdi və onun gözləri yerə döşənmiş çini boyunca məqsədsiz dolaşırdı. Yalnız indi lampa işığında mən bu üzgün sifəti ayırd etdim, solğun, əzgin üz, iri sümüklü kəlləsində seyrək saçları, iradəsiz və dəqiqliklə çatlamış biləklərdə — heçlik, yad olmayan hansısa qəzəbə qarşı gücsüzlük vardı. Onda hər şey əyilmiş, laxladılmış və əzilmişdi, həmçinin qəfldən sıçrayıb və dərhal qorxu içində uzaqlaşan, acıqlı işıltıyla parlayan baxışlar da.
— Ona fikir verməyin — qadın fransızca mənə dedi və dirsəyimdən yapışdı, görünür güclə özünə tərəf çevirmək istəyirdi. — onunla köhnə haqq hesabım var, dünənki məsələ deyil. Və dişləmək istəyirmiş kimi dişlərini qıcayıb yenə ona qışqırdı — Qulaq as, qulaq as, köhnə hiyləgər! Nə demək istədiyimi bilmək istəyirsən ? Deyirəm ki, sənin yanına gəlməkdənsə özümü dənizə ataram.
Sahibə və qız qanmazcasına irişib yenidən gülüşdülər; görünür, bu onlar üçün adi əyləncə idi, sadəcə gündəlik əyləncə. Amma Fransuazanın onun yanına necə əyləşdiyini və ona iltifatla girişməyə başladığını görəndə məni dəhşət bürüdü; o nəvazişlərdən dəhşət içində səksənir, onları rədd etməyəsə cəsarət etmirdi; onun təhqir olunmuş və yaltaqcasına dolaşan baxışları hər dəfə üzərimdə dayananda məni dəhşət bürüyürdü. Və yanımda əyləşən, qəfldən oyanan qadın məni dəhşətə gətirdi, o elə qəzəbliydi ki, hətta əlləri əsirdi. Mən getmək istəyirdim və masanın üstünə pul atdım, amma qadın onları götürmədi.
— Əgər o sənə mane olursa, mən onu it kimi bayıra qovaram. O dinləməlidir. Mənimlə daha bir stəkan iç. Bura gəl.
O gözlənilməz ehtiraslı çırpıntıyla mənə sıxıldı, əlbəttə bu süni ifi, yalnız onu incitmək məqsədiylə edilmişdi. Qadın gözünün ucuyla ona tərəf baxanda onun sanki qızmar dəmirə toxunurmuş kimi diksinməsi mənə iyrənc göründü. Mən qadına əhəmiyyət verməyərək yalnız onu müşahidə edir və orada, onun daxilində nəsə qəzəb, əzab, istək və paxıllığın artırdığını görürdüm, qadın ona tərəf azacıq çevriləndə isə o birdən tamamilə büzüşdü. Qadın amansız oyundan həzz alaraq daha çox mənə sıxılırdı, mən onun necə titrədiyini hiss edirdim və ucuz kirşanla rənglənmiş qoxulu üzündən, süst bədəninin qoxusundan tüklərim ürpənirdi. Ondan aralanmaq üçün, siqaret çıxartdım və mən kibriti gözlərimlə axtarmağa macal tapmamış, qadın artıq ona hökmlə qışqırdı:— Alışqan ver!
Mən ondan daha çox qorxdum, xidmət tələb etməyin bu qədər iyrənc tərzi və o anidən kibrit axtarışı üçün ciblərindən yapışdı; qadının qamçı kimi tələsdirilmiş sözlərinin təsiri altında o artıq səndələyən yerişiylə mənə yaxışlaşdı, sanki masaya yaxınlaşsa əlini yandırmaqdan qorxurmuş kimi alışqanı cəld masanın üstünə qoydu. Bir anlıq baxışlarımız kəsişdi: onun gözlərindən sonsuz xəcalət və qəzəbli sərtlik oxunurdu. Qadının onu nə qədər alçaltdığını hiss etdim və onunla birgə utandım.
Sizə çox minnətdaram, — almanca dedim (qadın diksindi) — ancaq əbəs yerə təşvişə düşdülər. Əlimi ona uzatdım. Xeyli tərəddüdən sonra onun nəm, arıq barmaqlarını hiss etdim və birdən əlim — titrək, minnətdarlıqla sıxıldı. Baxışlarımız toqquşanda biranlıq onun gözləri parıldadı, sonra enmiş göz qapaqları altında yenidən gizləndi. Qadına inad mən ona bizimlə oturmağı xahiş etmək istəyirdim və əlim artıq dəvət jesti üçün qalxmışdı ki, qadın ona tələsik qışqırdı:— öz küncünə get və bizə mane olma!
Bu anda qəfldən qadının xırıltılı, zəhərli səsi, bu çirkin işgəncələr məndə nifrət oyatdı. Bu hisə verilmiş mağara, bu murdar fahişə, bu kəmağıl kişi, bu tüstü, ucuz ətir və pivədən mənə nə? Özümə gəldim. Pulu verdim, ayağa qalxdım və qadın məni tutub saxlamağa çalışanda isə ciddi cəhdlə onun qucağından canımı qurtardım. İnsanın bu cür alçalmasında iştirak etmək məni iyrəndirirdi və qətiyyətli müqavimətim nəvazişlərdən xoşalanmadığımı ona aydın göstərdi. Bu zaman onda qəzəb partladı, o ağzını açdısa da söyməyə cəsarət etmədi və birdən həqiqi nifrətlə ona tərəf çevrildi. O bədxahlığı hiss edərək tələsik və sanki qadının hədələyici görünüşündən qamçılanmış kimi titrəyən barmaqlarıyla pul kisəsini cibindən çıxartdı. O indi açıq aşkar qadınla tək qalmaqdan qorxurdu və pul kisəsinin düyününü aça bilmirdi — bu kəndlilərin, xırda camaatın istifadə etdiyi muncuqla naxışlanmış toxunma pul kisəsi idi. Asanlıqla görmək olardı ki, pulu tez xərcləməyə öyrəşib, ancaq cibindən ovucla pul çıxarıb stola atan matroslar kimi deyil; görünür o haqq hesabı bilir, pulla vidalaşmazdan əvvəl onu əlində saxlamağı sevirdi.
- Necə o öz sevimli pulları üçün əsir! İşlər pisdi hə!? Hələ dayan! Qadın ona sataşdı və bir addım yaxınlaşdı. O geriyə atıldı, qadın isə, qorxduğunu görüb çiyinləriylə onu sıxışdırdı və təsvir olunmaz nifrətli baxışlarla dedi: Tüpürüm sənin pullarına, səndən heçnə götürməyəcəm. Bilirəm, sən şanlı qəpik-quruşunu da hesablayırsan, əlavə heç yarımqəpiyindən də keçməzsən. Ancaq gözlənilmədən qadın onun sinəsinə ilişdirib dedi, — kimsə güzdanını oğurlamamış onu sinənə tik.
Doğurdan da, ürək xəstələri təlaşla ürəklərini qəfldən necə tuturlarsa o da solğun və titrək barmaqlarıyla sinəsindəki gizli yeri qeyri-ixtiyari yoxlayaraq sakitləşdi və əlini endirdi. — Xəsis, — deyib, qadın tüpürdü. Amma burada məzlumun üzü qızardı, o vüsətlə pul kisəsini Fransuazaya atdı, — əvvəlcə qorxudan qışqırdı, amma sonra şaqqanaq çəkib güldü, — və qadının yanından ötüb qapıya cumdu, sanki yanğından xilas olmağa çalışırdı.
Sahibə bir anlığa qəddar qəzəblə alışaraq belini dikəltdi. Bu bir anlığa baş verdi, sonra göz qapaqları yenə həvəssiz çökdü, yorğunun çiyinləri əvvəlki yorğun belini yenidən bükdü. Qadın qarşımda sərxoş kimi, tiryəkdən oyanan insanın tutqun xəcalət hissiylə dayanmışdı. — o küçədə öz pulları üçün göz yaşı axıdaraq inləyəcək, hələ üstəlik xeyirxah polisə də gedəcək. Sabah yenidən peyda olacaq. Ancaq mən buna şahid ola bilməyəcəm. Tək buna deyil, heç birinə.
Qadın piştaxtaya yaxınlaşdı, ora bir neçə sikkə atdı və yaylım atəşi sürətiylə araq qədəhini başına çəkdi. Onun gözlərində yenə qəddar atəş alovlandı, amma bu atəş əzabın və abırın göz yaşları arasında tutqunlaşmışdı. Ona qarşı mərhəmət hissim nifrətimə üstün gəldi. Xudahafiz! Dedim. Yalnız ev sahibəsi cavab verdi. Qadın geri baxmadı və yalnız boğuq səslə və istehza ilə güldü.
Mən küçəyə çıxanda artıq gecə idi, səma bürkülü qaranlıqla örtülmüşdü, çox-çox uzaqdakı ay işığında mən səmimi, amma hər halda ruhlandıran havanı acgözlüklə içimə çəkdim; qorxu və nifrət insan taleyinin müxtəlifliyi qarşısında böyük heyrətlə əridi, hər pəncərənin arxasında hökmən kiminsə taleyinin gizlənməsi, hər qapı arxasında bir faciənin olmasını yenidən hiss etməyim gözümü yaşardacaq dərəcədə məni sevindirdi; həyat hər yerdə var və hərtərəflidir, o hətta ən çirkli guşədə də qaynaşır, parıldayan peyin böcəkləri kimi.
Şahidi olduğum bütün iyrəclik undulurdu, əsəbi gərginlik yerini şirin əzginliyə verir və yaşadıqlarımı xoş röyaya çevirməyə təhrik edirdi. Mən qeyri-ixtiyari ətrafa göz gəzdirdim bu dolaşıq döngələrdən evə gedən yolu tapmağa çalırdım. Amma görünür kimsə səssizcə mənə yaxınlaşdığından qarşımdakı kölgə getdikcə böyüyürdü.
— Bağışlayın, — mən dərhal bu fağır səsi tanıdım, — siz deyəsən, azmısız. İcazə verərsizmi sizə yolu göstərim? Siz harada qalmağı arzu edirs…
Mən qaldığım mehmanxananın adını dedim.
— Mən sizi ötürərəm…. və dərhal alçalmış səs tonuyla əlavə etdi — əgər icazə verirsizsə.
Məni yenə dəhşət bürüdü. Bu, xəlvəti yaxınlaşan səssiz eyni zamanda inadkar addımlar qaranlıq limanda keçmiş xatirələri yavaş yavaş qovub, onu hansısa qəribə həyəcanla əvəz edirdi. Gözlərini görməsəm də oradakı fağır ifadəni sezir, dodaqlarını didməsinə fikir verirdim; bilirdim ki, mənimlə danışmaq istəyir, ancaq buna təhrik etmir və bu istəyi gizlətmirdi də, hər şeyi bilmək arzusu fiziki bağlılıqla uzlaşırdı beləki, təklif etdiyim tiryəki itaətkarlıqla götürdü. O bir neçə dəfə öskürdü, mən onda boğularaq danışmaq cəhdlərini sezdim, ancaq qadından mənə sirli şəkildə ötürülmüş hansısa rəhmsizlik duyğusuna görə, abır və ürək çırpıntısı arasında mübarizə aparmasını görsəm də ona kömək etmədim, hər şeyi başımızın üstündən qara bulud kimi əskik olmayan sükutun öhdəsinə buraxdım. Və addımlarımız dağınıq səslənirdi, onunkular sürünürdü eynən qocalarınkı kimi, mənimkisə — qəsdən guruldayan və enerjili, bu çirkli dünyadan getməyə cəhd edənin addım səslərinə bənzəyirdi. Aramızda yaranmış gərginliyi daha da güclü hiss edirdim: sonacan dartılmış simin bu sükutu dəhşətli, eşidilməz qışqırıq idi; amma budur, nəhayət, o sükutu pozdu — çarəsiz utancaqlıqla!— və danışdı:
— Siz orada idiniz… siz… cənab… çox qəribə səhnənin şahidi… Bağışlayın… bağışlayın ki, mən o məsələyə qayıdıram, amma o sizə çox qəribə görünməli idi… amma mən — çox gülməli… Bu qadın… görürsünüzmü o…
Onun yenə dili dolaşdı. Sanki nəisə topayla onun boğazında ilişib qalmışdı. Sonra səs tonu pıçıltıya çevriləcək qədər düşdü, və o tələsik əlavə etdi:— Bu qadın… o mənim arvadımdır.
Mən, ehtimal ki, təəccübdən səksəndim, çünki o bəraət qazanmaq istəyirmiş kimi tələsik əlavə etdi — Yəni… o mənim arvadım idi… beş il öncə… Hessendə, Almaniya, mənə əslən oradanam. Cənab, mən istəməzdim ki, siz onun haqqında pis fikirləşəsiniz… Ola bilər, mənim günahımdır, belədir ki var… O həmişə belə olmayıb… Mən… mən ona əzab verirdim. Mən onu özümlə götürdüm, hərçənd o çox kasıb idi, hətta paltarı belə yox idi, heç nəyi, tamamilə… amma mən zənginəm, daha doğrusu mötəbər… zəngin yox… və ya, hər halda, o vaxt mən pullu idim və bilirsinizmi, cənab, ola bilər, həqiqət budur ki, — o haqlıdır — qənaətciləm… amma buna görə mən özünü lənətləyirəm. Mənim atam da qənaətcil idi, anam da, hamı… Və hər yarımqəpik mənə böyük zəhmət bahasına başa gəlirdi… amma o yüngülxasiyyət idi, gözəl şeyləri sevirdi… və eyni zamanda kasıb idi, və bu səbəbdən onu daim danlayırdım… Bu cür hərəkət etmək lazım deyildi, mən indi bunu anlayıram, cənab, çünki o qürurludur, çox qürurlu… Siz düşünməyin ki, o özünü indi təqdim etdiyi kimidir… Bu yalandır, və o bununla yalnız özünə əzab verir… həm də mənə əzab vermək üçün … çünki… çünki o utanır… Ola bilər, o həqiqətən pis qadın olub, amma mən… mən buna inanmıram… çünki, cənab, o yaxşı, çox yaxşı insan idi.
O həyəcanın öhdəsindən gələrək gözlərini sildi və dayandı. Hiss etdirmədən ona nəzər saldım və birdən o mənə gülməli görünməməyə başladı, hətta Almaniyada yalnız ən aşağı təbəqənin istifadə etdiyi bu qəribə, yaltaq — “cənab” müraciəti, daha məni əsəbləşdirmirdi. Hər sözün ondan nə qədər güc tələb etdiyi üzündən oxunurdu, ağır addımlarla səndirləyə-səndirləyə yoluna davam edəndə gözlərini daş döşəməyə dikmişdi, elə bil zəif ay işığında sıxılmış qırtlağından sıçrayan əzabı döşmədən oxuyurdu.
Bəli, cənab — nəfəsini dərindən dərib, tamamilə fərqli, ürəyinin gizli dərinliklərindən çıxmış səslə davam etdi — o, yaxşı insan idi, xeyirxah idi, mənə qarşı çox minnətdar idi, ona görə ki, mən onu yoxsulluqdan qurtarmışdım… və mən bilirdim ki, o minnətdardır… amma… mən bunu eşitmək istəyirdim.. yenidən və yenidən… minnətdarlıq sözlərini eşitmək mənə xoş idi, cənab, ondan yaxşı insan olduğumu eşitmək təsəvvür edilməyəcək qədər sevincli idi, əslindəsə belə olmadığımı bilirdim. Bu sözləri fasiləsiz eşitməkçün bütün varımı verərdim. Amma o çox qürurlu idi, ondan minnətdarlıq sözlərini tələb etdiyimi hiss edəndən sonra bu sözləri təkrarlamaq istəmirdi. Buna görə…yalnız buna görə, cənab, mən onu həmişə xahiş etməyə məcbur edirdim… heç vaxt bunu könüllü etmirdi.. Hansısa paltara, lentə görə ağız açması mənə xoş idi.. Üç il ona əzab verdim və bu daha da şiddətlənirdi… Bax mən bunları edirdim cənab, çünki onu sevirdim.. Onun qürurlu olması xoşuma gəlirdi və hələ də öz ağılsızlığmdan bu qüruru sındırmaq istəyirdim… o nəisə xahiş edəndə acıqlanırdım… Amma cənab, bu qeyri-səmimilik idi… onu alçatmaqçün yaranan hər bir imkan mənə həzz verirdi, çünki onu nə qədər sevdiyimi mən özüm də bilmirdim.
O yenə susdu. Yeriyərkən bərk yırğalanırdı. Görünür, mənim varlığımı da tamamilə unutmuşdu. Yuxudaymış kimi şüursuz danışırdı və səsi getdikcə ucalırdı.
- Bu… bunu mən yalnız o zaman anladım ki… o başıbəlalı gün… onun anası üçün istədiyi məbləği verməkdən imtina etdim, çox az məbləğ idi… əslində mən pulları hazırlamışdım, amma yenə də istəyirdim ki, o gəlsin… yenə xahiş etsin……. hə, nə deyirdim ?… bəli, evə qayıdandasa hər şeyi anladım, o artıq evdə yox idi, yalnız masada bu qeydi qoymuşdu “Öz lənətlənmiş pullarınla qal, mənə səndən daha heçnə lazım deyil.” … elə bu yazılmışdı, başqa heçnə… Cənab, mən üç gün və üç gecə nə etdiyimi bilmirdim. Meşəni, çayı axtarmağı əmr etdim, bununçün polisə əlavə pul veririrdim… bütün qonşulara baş çəkdim, amma onlar yalnız gülürdülər və ələ salırdılar… Heç bir iz tapa bilmədim, heç bir… Nəhayət, qonşu kənddə mənə dedilər ki, onu görən olub… qatarda, hansısa bir əsgərlə… o Berlinə getmişdi… Və həmin gün mən də ora getdim… öz işimi atdım… çoxlu pul itirdim… rəhbərlik, mənim işçilərim hər şeyimi oğurladılar… Amma, sizə and içirəm, cənab,mənim vecimə də deyildi… Bu insan burulğanında onu axtarmazdan əvvəl mən Berlində bir həftə yaşadım, onu tapdım — O yenə susdu və çətinliklə nəfəs alırdı.
— Cənab, sizə and içirəm… onu tənbeh edən heç bir söz demədim… mən ağlayırdım… dizi üstə çökdüm… ona pul təklif edirdim… təklif edirdim ki, vəziyyətə qoy bütünlüklə özü nəzarət etsin, çünki onda mən artıq bilirdim… bilirdim ki, onsuz yaşaya bilmirəm… Onun saçının hər telini sevirəm… onun ağızı, onun bədəni, hər şeyi, hər şeyi… və axı bu mənəm, artıq bir dəfə onu özümdən uzaqlaşdırmışdım… Mən gözlənilmədən içəri girəndə onun bənizi ağardı… sahibəsini — vasitəçini, iyrənc, alçaq qadını ələ aldım … O təbaşir kimi solğun idi… Məni dinlədi. Cənab, mənə elə gəlir o… bəli, o məni görüb demək olar ki, sevindi… Amma mən pul haqqında danışan zaman… əslində mən yalnız göstərmək istəyirdim ki, daha onlar mənimçün əhəmiyyətli deyil… o tüpürdü… amma sonra… getmək istəmədiyimi görüb öz məşuqunu çağırdı, onlar məni ələ salırdılar… Amma mən, cənab, onsuz da hər gün ora gedirdim. O evin kirəçiləri mənə hər şeyi danışırdılar, bu alçağın onu atdığını eşitdim, onun ehtiyac içində olduğunu bilib mən yenə onun yanına getdim… bir daha cənab, amma o mənə hücum etdi və masaya gizlicə qoyduğum pulu cırdı, mən yenə də ora getdim, lakin artıq orda deyildi… Onu yenidən tapmaq üçün nələr etmirdim! Tam bir il, sizə and içirəm, mən yaşamırdım, mən yalnız onu güdürdüm, harda olduğunu bilmədiyim müddətdə agentləri işə götürdüm, nəhayət ki, onun çox uzaqda, Argentinada olduğunu öyrəndim… bir… bir pis evdə…— O boğularaq susdu. Son sözləri deyərkən xırıldadı. Sonra yenə çətinliklə davam etdi.
— Əvvəl mən çox qorxmuşdum… amma sonra düşündümki, mənə görə, yalnız mənim günahımdan o bu hala düşüb… Və mən bilirdim o kasıbçılıqla nə qədər əzab çəkməyə məcburdur… çünki o qürurludur, hər şeydən əvvəl qürurlu… Mən vəkilimin yanına getdim, o konsulluğa yazdı və pulu göndərdi… kim tərəfindən göndərildiyini qeyd etmədən… təki o qayıtsın. Mənə teleqrafla xəbər verdilər ki, istəyimə nail olmuşam… hansı paraxodla gələcəyini bilirdim… və Amsterdamda onu gözləyirdim… Üç gün ərzində gəldi, mən səbirsizlikdən tükənirdim… Nəhayət, o gəldi… tüstünün üfüqdə görünməsi xöşbəxtlik idi, mən düşünürdüm ki, gözləməyə gücüm çatmayacaq… belə, yavaş-yavaş sahilə yan aldı və sonra sərnişinlər taxta körpülərlə enməyə başladılar və nəhayət, o, o… Onu dərhal tanımadım… O başqa cür idi… boyanmışdı… və indi də belədir… siz onu artıq gördünüz. Məni görəndəsə bənizi bütün ağardı… iki matros onu tutdu, əks halda suya düşəcəkdi. Sahilə təzəcə addım atanda mən ona yaxınlaşdım. Mən heç nə danışmırdım, boğazım tutulmuşdu… Həmçinin o da susurdu və mənə baxmırdı… Fəhlə yüklərlə irəlidə addımlayırdı, biz də gedirdik və gedirdik… Birdən o dayandı və dedi… “cənab,” — bu sözü necə dedisə mənə əzabverici ağrı kimi təsir etdi, kədərli səsləndi… “Sən hələ də razısan ki, mən sənin arvadın olum? Həm də indi?..” Mən onun əlindən tutdum… O səksəndi, heç nə demədi. Amma mən hiss edirdim ki, indi yenidən hər şey yaxşıdır… Cənab, mən necə xoşbəxt idim! Mən onun ətrafında uşaq kimi rəqs edirdim, biz otağa girəndəsə, mən onun ayaqlarına düşdüm… Mənasız sözlər deyirdim, belə olmalıydı… çünki o göz yaşlarının arasından gülümsəyirdi və məni əzizləyirdi… çox ürəksizcəsinə, əlbəttə ki… amma, cənab, bu mənim üçün həzz idi… ürəyim əriyirdi… Mən yuxarı-aşağı nərdivan boyu qaçıb mehmanxananın yanındakı restorandan nahar sifariş etdim… bizim toy naharımız… ona geyinməyə kömək etdim və biz aşağı düşdük, yeyirdik, içirdik, şənlənirdik… O uşaq kimi şən idi, səmimi, xeyirxah və bizim evimiz haqda danışırdı… indi biz orada necə yenidən yaşamağa başlayacağıq… amma bu zaman…— Birdən onun səsi kəsildi və o əl hərəkəti etdi , sanki kimisə məhv etmək istəyirdi.— Orada bir ofisiant vardı… iyrənc, alçaq insan… o düşündü ki, mən sərxoşam, çünki mən ağılsızlıq edirdim və rəqs edirdim… o isə mənə baxıb oturduğu stulda gülüməkdən yıxılırdı… axı mən yalnız xoşbəxt idim, sadəcə xoşbəxt! Və budur, mən hesabı ödəyəndə, o iyirmi frank az qaytardı… Mən ona qışqırdım və pulun qalığını tələb etdim… Ofisiant utandı və masaya qızıl qəpik qoydu. Və bu anda… arvadım bərkdən şaqqanaq çəkib gülməyə başladı… Mən ona baxırdım, amma bu üz başqa üz idi… o birdən istehzalı və qəddar olmuşdu… “sən necə də vasvasısan… hətta bizim toy günümüzdə!” — o beləcə soyuq və kəskin dedi…təəssüflə… Mən qorxdum, öz xırdaçılığımı lənətlənyirdim… yenə şadlanmağa çalışdım… Amma onun şənliyi itmişdi… ölmüşdü … O ayrı otaq tələb etdi… onun üçün nələr etməzdim… gecə yatağa tək uzandım və bütün gecə fikirləşdim ki, səhər ona nə hədiyyə edə bilərəm… xəsis olmadığımı ona sübut etməkçün çoxlu bəxşiş almaq istəyirdim… görsün ki, ondan ötrü heç nəyə heyfim gəlmir. Və səhər tezdən gedib ona qolbaq aldım, mən qayıdandasa otaq boş idi… tamamilə boş, ötən dəfəki kimi. Və mən bilirdim ki, masada qeyd olmalıdır… Masaya tərəf qaçdım, Allaha dua edirdim ki, bu belə olmasın… amma… amma qeyd yenə də masanın üstündə idi… Və mən oxudum… O duruxdu. Mən bilmədən dayanıb ona baxdım. Başını aşağı saldı. Sonra xırıldayaraq pıçıldadı:— qeydi oxudum… “Məni rahat burax. Səndən iyrənirəm…”
Biz artıq limana çatmışdıq və birdən yaxınlaşan ləpədöyənin səs-küylü nəfəsi sakitliyi pozdu. Gəmilər nəhəng qara heyvanların parlayan gözləri kimi orada dumuşdu, bəziləri yaxında, digərləri uzaqda; haradansa mahnı eşidilirdi. Nəyisə ayırd etmək olmurdu, amma yenə də bərk yuxu və dəniz kənarındakı şəhərin həyəcanlı xəyalları hiss olunurdu. Yanımda yoldaşımın kölgəsini gördüm, kölgə, fənərlərin zəif işığında ayağımın altında gah uzanaraq, gah sıxılaraq dartılırdı. Məndə ona nə təsəlli, nə də sual verməkçün söz vardı , sükutsa məndən əl çəkmir, öz ağırlığıyla təzyiq göstərirdi. Birdən o mənim əlimdən tutdu.
— Amma mən buradan onsuz getməyəcəm… Onu axtarmaq aylar tələb etdi… O məni parçalayır, amma mən əl çəkməyəcəm… Sizə yalvarıram, cənab, onunla danışın… O mənim olmalıdır, bunu ona deyin… o məni dinləmir… Mən daha belə yaşaya bilmirəm… Daha kişilərin ona yaxınlaşmasını görmək istəmirəm… onun evinin qarşısında sərxoş kişilərin çıxmasını gözləmək… Bütün küçə artıq məni tanıyır… mənə gülürlər, çünki mən dayanıram və gözləyirəm… bu məni dəli edir, amma yenə də mən hər axşam bura gəlirəm… Cənab, sizə yalvarıram… onunla danışın… Mən sizi tanımıram, amma bunu tanrı yolunda edin… onunla danışın.
Mən əlimi dartmağa çalışaraq qeyri-ixtiyari hərəkət etdim. Qorxdum. Onun istirabından uzaqlaşdığımı hiss edəndə, o qəfldən küçənin ortasında dizi üstə yerə çökdü və ayaqlarımdan yapışdı.
— Sizi and verirəm cənab… Siz onunla danışmalısız… Bunu etməlisiz… yoxsa… yoxsa bədbəxtlik baş verəcək… Mən bütün pulumu onu axtardığım müddətdə xərclədim, onu burda qoyub gedə bilmərəm … sağ qoyub gedə bilmərəm… Mən özümə bıçaq aldım… Cənab, məndə bıçaq var… Mən onu burada qoymayacam… sağ qoymayacam… Mən buna dözmərəm… Onunla danışın, cənab.
O hiddətlə qarşımda qıc olurdu. Küçənin sonunda iki polis göründü. Mən güclə onu qalxmağa məcbur etdim. Bir dəqiqəlik mənə baxdı, sonra tamamilə yad səslə quru və işgüzar bir tərzdə dedi:
— Bu küçədən sola dönün. Sizin mehmanxananız ordadır. — O yenə gözlərini mənə zillədi, göz bəbəkləri hansısa dəhşətli ağ boşluqda ərimişdi. Sonra o yox oldu.
Mən yalnız yorğunluq hiss edirdim, bihuşluq, anlaşılmaz qaranlıq… sanki, mən gedə-gedə yatırdım. Fikirimi toplamaq və hər şeyi fikirləşmək istəyirdim, amma hər dəfə yorğunluğun qara dalğası qalxır və məni özüylə aparırdı. Mən mehmanxanaya çatdım, çarpayıya yıxıldım və yatdım, heyvan kimi, qanmazcasına.
Səhər mən heç bilmirdim ki, bu hadisə gerçək idi ya yox. Və yuxu bu məsələni aydınlaşdırmaq cəhdlərimə müqavimət göstərirdi. Mən gec oyandım, yad şəhərdəki əcnəbi kimi və qədim mozaikasıyla məşhur olan kilsəyə baxmağa yollandım. Amma mənim gözlərim gördüklərini qəbul etmirdi, yaddaşımda bütünlüklə ötən gecənin aydın mənzərəsi dururdu və mən qəti şəkildə o döngəyə buruldum, həmin evə. Amma bu özünəməxsus küçələr yalnız gecələr yaşayır, gündüzlər oradakı boz soyuq maskaları yalnız bu yerlərə agah olanlar tanıya bilər. Mən o döngəni tapmadım. Yorğun və dilxor idim, mehmanxanaya qayıtdım.
Mənim qatarım axşam saat doqquzda yola düşürdü. Təəssüf ki, mən şəhəri tərk edirdim. Yükdaşıyan çiyinlərinə mənim yükümü yüklədi, irəlidə addımlayaraq onu vağzala aparırdı. Və birdən dördyol ayrıcında sanki nəsə məni sancdı, qəfldən dayandım: o evə aparan köndələn küçəni tanıdım və yükdaşıyana gözləməyini əmr etdim, əvvəlcə anlamadı, amma dərhal ərklə sırtıqcasına gülümsədi və hadisə yerinə baxmağa getdi. Qaranlıq idi, bir gün əvvəl olduğu kimi ayın tutqun işığında evin şüşələnmiş qapısı arabir parıldayırdı. Mən daha yaxına getmək istəyirdim, amma birdən nəsə zülmətdə tərpəndi. Mən ürkərək onu tanıdım, dünənki adam idi; o kəndarda oturmuşdu və nişanələrlə məni yanına çağırırdı. Mən hansısa hadisəylə üz-üzə gəlmək istəmirdim, həm də qatarı ötürəcəyimdən qorxdum, ona görə çevrildim və tez uzağlaşmağa başladım.
Dördyol ayrıcına çatıb, döngəni burulmazdan əvvəl, mən çevrilib yenə ora baxdım. Və kəndarda oturmuş insanın cəld dikəlib, qapıya atıldığını, onu açdığını gördüm; əlində parıldayan nəsə sıxmışdı: mən uzaqdan ayırd edə bilmirdim ki, ay işığında satqıncasına parıldayan qızıl idi yoxsa bıçağın ülgücü…
bir musiqinin sehri
Bu blog posta bəzi əlavələrlə
Eagles qrupu 1976-cı ildə “Hotel California” adlı öz brilliant albomunu buraxmış və praktik olaraq hər mahnı hit olmuşdu. Yalnız ABŞ-da albom 16 milyon nüsxədən çox tirajla satılmış və uzun zaman hit-paradların zirvələrinə başçılıq edirdi. Əsas hit – “Hotel California” idi. Müəlliflər Don Xenli, Qlennom Freem və Don Felderom 1978-ci ildə “Gremmys” nüfuzlu mükafatını almış – nəticədə bu uğur ABŞdan kənarda qrupun vizit kartı oldu.
“Hotel California” mahnısı, çox gözəl aranjıman nümunəsi kimi və insanı bacarıqla dərin melanxoliyaya yükləyən, ilk baxışda, yorğun səyyah haqqında sadə və ahəngdar hekayə kimi təqdim edilir. Belə ki, səyyah qəribə mehmanxanada gecələmək üçün dayanır, bax belə təmtəraqlı məkan! O yer ki, düşmək asandır, amma tərk etmək mümkün deyil. Nəticədə səyahətçi “lüks” tələdədir.
Və budur daha sonra xalq musiqinin mətninin müxtəlif izahlarının BELƏ həddini fikirləşdi: “sözlərinin həqiqi mənansını Nostradamusun öncəgörmələrində axtarmaq lazımdır”.
Mahnının müəlliflərindən biri Don Henli, əvvəlcə mahını“Los-Ancelesdə dəbdəbəli həyata bizim şərhimiz” adlandırırdı, daha sonra bu mahnı əsasən — “amerika xəyalının tutqun tərs üzü” və Amerikada “artıqlıq”lar haqqında oxunan musiqi kimi qəbul edildi”.
Musiqinin tamamiylə abstrakt xarakteri, yazıldığı gündən bu günə qədər ötən 30 il ərzində dinləyicilərin düşüncəsinə təsir göstərib. Sözlərinə diqqət edərkən hadisələrin anlaşılmazlığı musiqini daha da sehrli edir və sən təkrar təkrar bu musiqiyə dönürsən. Qəribəliyinə görə də bu şah əsərin mənası haqqında əsas nəzəriyyələr yarandı.
İrəli sürülən nəzəriyyələr aşağıdakılardı:
“Hotel California” – real mehmanxanadır və Cabo San Lucas və La Paz arasında, və ya Santa-Barbarada Kaliforniyanın sahilində yerləşir. Musiqinin sözləri ayıq gözün diqqətini qonaqpərvərliyin müasir çalarına daha dəqiq mehmanxana biznesinə yönəldir. Sözlərə diqqət yertirsək : “istənilən vaxt gələ bilərlər”, amma sonra “heç vaxt getmirlər”.
“Hotel California” – psixiatrik xəstəxanadır. Bəziləri hətta Los-Anceles və Santa-Barbara arasında Ventura dairəsində “Camarillo State Hospital” olduğunu iddia edir. Musiqi, müvafiq olaraq psixixoloji narahatçılığı olan insanın hallüsinasiyaları, qapalı mühitdə çox zaman keçirməni, epizodik olaraqsa “azadlığa atılmaq” istəyənin aydın şüurunu hekayə edir.
“Hotel California” – satanizm haqqında mahnıdır. Gecə, küçə, fənər, aptek mehmanxana. Səyyah qapılarda qızla qarşılaşır və dərhal zəngin cingiltisi eşidilir . Qəhrəman düşünür ki, “bu yer Cənnət kimi ola bilər, həm də Cəhənnəm” və sanki onun fikirlərini eşidib dəhlizdə şirin səslər cəzbedici mehmanxananı var gücü ilə tərifləyir. Səyyah cah-calalın və həzlərin əsl mərkəzinə düşür. O xidmətçidən “şərabları gətirməyi” (unutmuruq, ki, şərab – İsanın qanının simvoludur) xahiş edir, amma cavab olaraq eşidir: “bu içki burada 1969-cu ildən olmayıb “ – arayıcılar bunda 1969-cu ilində xristianlıqdan imtina etmiş bir kilsənin paralellərini görürlər, hansının ki, yerində rəsmən şeytan (satanist) kilsəsi qeyd olunmuşdu; başqa versiyaya görə, şeytan kilsəsi Los-Ancelesdən California küçəsinə dəyişdirilmiş mehmanxanada yerləşirdi; bundan başqa, 1982-ci ildə qrupunun meneceri Larri Solter (Larry Salter) nə üçünsə etiraf edirdi ki, qrup İblis Kilsəsinə cəlb edilmişdi və həmin albomun örtüyündə bu kilsənin başçısı Anton LaVey təsvir edilmişdi. [fotoda : sağ yuxarıda, eyvanda]. Kollektivin üzvləri indiyə qədər bu gümanları rədd edirlər.
Hotel California albomunun örtüyü
Mahnıya qayıdaq. Mətndə qadın “biz hamımız burada bizim şəxsi fikirimizin əsirləri” tələffüz edir, sonra hansısa dəhşətli mistik mərasimin təsviri gedir — “sahibin dincliyi üçün hər şey ziyafət üçün hazırdır, onlar öz polad bıçaqlarıyla vururlar, amma əjdahanı öldürmək onların gücü xaricindədi”. Bu dəhşətdə qəhrəman anlayır ki, doğru yerə düşməyib. Qapıya qaçır, amma qapıçı ona deyir: “ tələsmə, biz burada yalnız qonaq qəbul edirik, hərçənd sən istənilən vaxt mehmanxanadan çıxa, onu tərk edə bilərsən amma heç vaxt bacarmayacaqsan”.
4. “Hotel California” – kokain narkotik asılılığının metaforasıdır. Burada yenidən mahnının son 2 sətirində işarə. Bundan başqa, mahnının başlanğıcında, onun qəhrəmanı hələ maşında gedirdi, “colitas-ın ilıq ətiri havada tökülürdü”. İspan “colitas-ı” tərcümədə “kiçik quyruqlar” mənası verir , müəllif “colas-ı” nəzərdə tuturdu – çətənənin budaqlarının təpələri. Çiçəklənmələrdə və bu bitkinin yarpaqlarında ingilis TetraHydroCannabinol-undan [tetrahidrokannabinol] olur, qısaltsa biz THC abreviaturasını alacağıq, hansını ki, diqqətli nəzərl “The Hotel California”-ya asan dəyişəcək.
5. “Hotel California” – metaforik “qızıl qəfəsi” haqqında mahnıdır, mehmanxana deyiləndə — heç kəsi, şöhrətin və müvəffəqiyyətin zəncirlərindən buraxmayan Hollivud, və mövzunun inkişafı kimi, daha geniş mənada Ştatlar nəzərdə tutulurlar.
6. “Hotel California” – nikah institutunun hansısa nümunəsidir. Tədqiqatçıları bu fikirə qadın haqqında yazılmış sətirlər yönəltdir “Her mind is Tiffany-twisted…”. Onlar da cümlənin mənanısı bu cür açırlar: qadın başlanğıcı – yoxa etməyə susamaq, hedonizm, xəsislik, eqoizm, kişi başlanğıcı – səyyahın, axtaranının , yaradanın və romantikin obrazıdır, bu “mehmanxanaya” düşmüşün öz iradəsiylə hadisələrdən qurtulması çətindir.
7. “Hotel California” – “çayla Yunan gedirdi” tipli mahnıdı. Yəni, çətənə sahəsiylə kişi gedirdi, doyunca iylədi – və salamat qal! Belə desək boş sahələrdə yalnız səyyahları güdən təhlükələr haqqında.
Haqqında bir çox nəzəriyyələr irəli sürülən, ziddiyyətli fikirlər səsləndirilən bu musiqi «Rolling Stone» jurnalının siyahısında XX əsrin 500 ən yaxşı musiqisi arasında ilk 50liyində özünə yer tapır.
“Ədəbi Azadlıq-2011" müsabiqəsinin qalibi Musa Əffəndidən yeni hekayə
Bu rüsvayçılıqdan mümkün qədər tez canını qurtarmalıydı. Bu səhər də həmin fikirlərlə güzgünün qarşısına keçib üzünü qırxmağa başladı…
Uşaq vaxtı soruşanlara adını deməkdən çəkinərdi. Bir maraqlı vərdişi də vardı: hər səhər yuxudan duran kimi tez qaçıb qələmini götürər, güzgü qarşısına keçər, özünə qələmlə bığ çəkərdi. Amma üzünə tük çıxandan sonra heç bığ saxlamadı. Köhnə tanışları, uşaqlıq dostları ilə yolda qarşılaşanda onu tanımırdılar. Hamı təəccüblənir, onu bığsız təsəvvür etmədiyini deyirdi.
Bu gün yenə ora gedəcəkdi. Artıq neçə il idi ki, o idarəyə ayaq döyürdü. Lap bezmişdi, amma başqa əlacı da yox idi – bu məsələni həll etməliydi, bu rüsvayçılıqdan mümkün qədər tez canını qurtarmalıydı. Bu səhər də həmin fikirlərlə güzgünün qarşısına keçib üzünü qırxmağa başladı. Qırxdıqca uşaqlıqda etdiyi hərəkətləri xatırlayırdı. Üzünü qırxdı, amma adəti üzrə bığlarını saxladı.
- Çoxdandı görünmürsən?! – güzgüdəki bığlı əksinə baxıb qeyri-ixtiyari gülümsədi.
Sonra yenə də adəti üzrə bığlarını qırxdı, tələm-tələsik yuyundu. Evdən çıxmalı idi.
Buranın yolunu əzbərləmişdi. Bir şeir kimi əzbərləşmişdi; bir neçə addım atıb xırda bir fasilə verir, yenidən bir neçə addım atırdı – bu fasilələr də misraların arasındakı pauzalar, içindəki məna qruplarının sərhədləri idi – belə yadında saxlamışdı. Sazla, sözlə arası yaxşı idi, amma indi idarəyə girməli idi. Bu qurum Binəqədi rayonunun vətəndaşların qeydiyyatı şöbəsidir.
Qapını iki dəfə astaca tıqqıldadıb açdı, içəri keçdi.
- Salam.
- Salam, salam. Nə məsələdir? – Əlindəki ağ vərəqə baxaraq sanki bir şey oxuyurmuş kimi nəzərlərini kağızdan çəkmədən, tələskənliklə soruşdu.
- Bura əvvəl də gəlmişəm. Əhməd bəy otururdu burda, - qısa fasilələr verərək danışırdı, - düzü, daha bu binada hamı məni tanıyır. Neçə vaxtdır bir məsələ üçün gəlib-gedirəm. Adımı dəyişdirmək üçün… Daha doğrusu, bütöv adımı yox - cəmi bircə hərfini. Sənədlərimin hamısı da qaydasındadır, buyurun, baxın. – kağızları vermək üçün yaxınlaşdı.
- Ad dəyişdirmək? Hmm, - şöbə rəisi kağızlara ötəri baxıb dilləndi, - Bu çox vaxt aparan işdir e. Yaxşısı budur, get sabah gəl.
- Axı sabah 6-cı gündür, şənbə günü də bura işləmir – demək istədi. Amma deyə bilməyib otaqdan çıxdı.
Qapını iki dəfə astaca tıqqıldatdı, sonra ciblərini yoxlamağa başladı ki, bəlkə açarı götürmüş ola, amma tapa bilmədi. Elə bu vaxt qapını yoldaşı açdı. Həmişə əynində önlük olan bu əlləri yağlı qadını görən elə bilərdi ki, bir ordunun yeməyini o bişirir.
İçəri otaqdan oyuncaq silah küyləri, ora-bura qaçışan uşaqların cingiltili səsləri eşidilirdi.
- Kopoğlunun uşağına bax! Ay uşaq, az qaçın orda, bəsdi toz qaldırdız. Ev-eşik təmizləməkdən canım çıxdı. Bir az da məni fikirləşin, bilmirəm hardan başlayım, hansı işinizi görüm.
- Bəsdi, deyinmə, uşaqdılar da, qoy bir az oynasınlar. Toz olar, təmizləyərsən, qonşunun arvadı gəlib təmizləməyəcək ki. Özün də uşaqları elə çağırma… – guya yoldaşına təpinmək istədi, amma sözünü özündən başqa eşidən olmadı.
Ayaqqabısını çıxarıb sakitcə mətbəxə keçdi. Əllərini yuyana kimi yoldaşı da süfrəni hazırlayırdı. Sakitcə balaca mətbəx masasının arxasında oturub elə o sakitliklə də yeməyini yeməyə başladı.
- Noldu, həll elədin? Yox? İndi nə deyir?
- Nə deyəcək?! Həmişəki kimi. Dedi get, sabah gələrsən. Bu gün də 5-ci gündü. Birinci gün də bayramdır. Yəni, işimiz qaldı 2-ci günə.
- Yenə o alverçi Əhməd idi?
- Yox, onu çıxardıblar. Əvvəlcə eşidəndə sevindim. Dedim, yəqin biliblər süründürməçilik eləyir, rədd eləyiblər işdən. Sən demə İcra Hakimiyyətində daha yuxarı vəzifəyə keçib.
- Doğrudan? Sən hardan eşitdin?
- Bizim bu qonşudakı “praporşik”in oğlu var e, Mustafa. İcrada işləyir axı. O dedi bayaq…
Uşaqların səsinə oyandı. İçəri otaqda televizor da işləyirdi. Uşaq evdə elə qaçışırdı, deyərdin, televizorun üstünə qoyduqları at fiquru cana gəlib, evdə yorğa gedir. Ev elə də böyük deyildi – cəmi ikicə otaq. Yatdığı otağın divarında xalça, xalçanın üstündə də bir xəncər asılmışdı. Uşaqların hay-küyündən sonra qadının səsi eşidildi:
- Ay uşaq! Kopoğlunun uşaqlarına bax e, gör heç eşidirlər? Ay uşaq! Eyvaz! Görmürsüz atanız yatıb? Qoyun dincəlsin də. Yazıq deyil?
- Qoy oynasınlar, ay Nigar, uşaqdılar da – yuxulu-yuxulu dilləndi.
- Düz deyirsən, günah elə səndədi! O oyuncaq tüfəngləri almasaydın, bütün günü baş-beynimiz dəng olmazdı. İndi də rahat yatardın. Yoxsa, bütün günü bu taqqataraq səsindən bizdə nə əsəb qalıb, nə də baş-qulaq.
- Oğlan uşaqlarıdır da, - yoldaşının sözünü kəsib dilləndi, - tüfəng də almayandan sonra bəs nə almalıyam? Bir az əlləri silaha alışsın, bu gün-sabah böyüyüb əsgər olacaqlar, heç olmasa indidən igidlik öyrənsinlər.
Çərşənbə axşamı idi. Şükr edə-edə idarəyə tərəf gedirdi. Şükr edirdi ki, indi mart ayı deyil. Mart ayı olsaydı, onun bəxtindən mütləq bu çərşənbə axşamı da bayram axşamlarından birinə düşəcəkdi.
Qapını iki dəfə astaca tıqqıldatdi, “Gəl” sözünü eşidəndən sonra içəri keçdi.
- Salam. Mən 5-ci gün də gəlmişdim, - həmişəki kimi cümlələr arasında qısa fasilələr verərək danışmağa başladı, - Yadınızdadırsa… Dediniz sabah gəlim. Mən də indi gəldim.
- Hə? Hə… Keç otur, keç otur. Uzaqda qalırsan? - əli ilə ona oturmağı işarə etdi.
- Yox, budu burda - Azadlıq metrosunun yanında.
- Köhnə Çənlibeldə?
- Hə.
- Yaxşı. Hə, nə məsələ idi? – işarə etdi ki, sənədləri versin.
- Keçən dəfə də demişdim. Adımı dəyişdirmək istəyirəm. Daha doğrusu, tam yox - bircə hərfini.
- Niyə, nolub ki adına? Adın nədi? – qovluğu açıb sənədləri gözdən keçirməyə başladı.
- Adım? Koroğlu. Amma vəsiqədə Kopoğlu yazıblar. Hə, hə… Deməli, şəxsiyyət vəsiqəsini dəyişəndə o vaxt qeydiyyata alan məmur kiril əlifbası ilə latını qarışıq salıb, R yerinə P yazıb. Bilirsiniz də, Sovet təhsilini. Hələ də tam mənimsəyə bilməmişik bu əlifbanı.
Qeydiyyat şöbəsinin rəisi gülümsədi. Sənədləri diqqətlə nəzərdən keçirəndən sonra;
- Deyəsən, sənədlərin qaydasındadır, - dedi, - Qalıb bircə ərizə yazmaq. Odur, orda divarda nümunə var, bax ona uyğun yaz. Hə, bir də dövlət rüsumu var, onu ödəməlisən.
- Başqa? Elə bu? – təəccüblə soruşdu. Bütün qaydaları bilirdi, qanunu idarənin yolları kimi əzbərləmişdi, sadəcə uzun müddətdir məşğul olduğu, amma həll edə bilmədiyi məsələnin belə sürətlə həll olunacağını ağlına gətirməmişdi.
- “Elə bu” deyəndə ki… Sən ərizəni yazandan sonra biz bu aktların surətlərini almaq üçün müvafiq orqanlara sorğu göndərəcəyik. Bu təxminən 7 gün çəkəcək. İndi görək, orda aktlar itməsə, ya da bir uyğunsuzluq olmasa, növbəti mərhələyə keçəcəyik. Bir uyğunsuzluq yoxdur ki?
- Uyğunsuzluq? Yox, yox, - bir az fasilə verdi, - hmm, bir məsələ var. Mənim atamın adını da səhv yazıblar. Belə deyim, atamın adı Əlidir, amma Alı yazıblar. Düzü, rəsmi olaraq hər yerdə Alıdır, öz vəsiqəsində də. Amma adı Əlidir də.
- Hər yerdə adı Alı yazılıbsa, o problem olmaz. Proseduru yəqin özün bilirsən, amma yenə də deyim; Sonrakı 15 gündə məsələyə polis baxacaq. Daha sonrakı 15 gün içində isə biz rəy tərtib eləyəcəyik. 3 gün içində də məlumat veriləcək sənə, gəlib şəhadətnaməni götürərsən. Bu qədər.
- Oldu, rəis, çox sağ olun. Sağ olun.
- Hə, yadımdan çıxmamış, şəhadətnaməni alandan sonrakı bir ay ərzində daxili işlər orqanlarına, hərbi komisarlığa, miqrasiya idarəsinə-zada məlumat göndərməliyik. Ona görə də heç yerə getmə. Onlar kağızı alandan sonra ölkədən çıxa bilərsən.
- Baş üstə, baş üstə. Heç yerə getmərəm. – deyərək ərizəsini yazdı, qeydiyyat şöbəsinin yeni rəisinə dönə-dönə təşəkkür eləyib otaqdan çıxdı.
Rüsumu da ödəməyə nə var? Onca manatdır.
Qeydiyyat şöbəsi ilə evlərinin arasındakı məsafə 200-300 metr ancaq olardı. Evə tələsdi ki, uzun müddətdir yuxusunu ərşə çəkən bu məsələnin həll olunduğunu yoldaşına xəbər versin.
Tələsə-tələsə mərtəbələrinə qalxıb qapını döydü. Bu dəfə qapını yoldaşı açmadı.
- Taq-taq-taq-taq! – qapı açılan kimi oyuncaq silahın səsləri eşidildi. Silah ona tuşlanmışdı.
Bir anlıq donub qaldı. Sonra gülümsədi. Aldığı oyuncaq tüfəngin səsi xoşuna gəlmişdi. Mətbəxdən yoldaşı göründü. Koroğlu istədi ki, sazla-sözlə öz sevincini desin. Amma hər könlündən keçəndə əlinin altından saz çıxardan oğullar təkcə dastanlarda olur.
Sabahdan bığ saxlayacaqdı.
Merly Streep.
esquire
Uşaqlıqdan valideynlərim mənə çox gözəl olduğumu deyirdilər, bax Jane xala isə məni sevirdi, mən artıq böyük olanda — o iddia edirdi ki, dəhşətli dərəcədə yaraşıqsız uşaq idim, bundan başqa əmr etməyi də çox sevirdim.
Məktəbli olanda, dərs həftəsindən öncə hər bazar günü mən, beş gün sonra geyinəcəyim paltarları əvvəlcədən hazırlayırdım ki, geyimimdə heç nə təkrarlanmasın. Patologiyaya bənzəyir, amma etdiklərim tam olaraq bu idi.
Atam, Barbra Streisandın plastinkalarını yığırdı. 16 yaşım olanda, mən məktəbdən evə gələn kimi onları qoyurdum və Streisandla birlikdə ifa edirdim. Mən hər mahnını, hər nəfəs alma və nəfəs verməni, hər eliziyanı bilirdim.
Balaca qızlar və filmlərdə rol alan qadınlar üçün onların necə görünməsi çox əhəmiyyətlidir. Axı Spencer Tracy üçün - qadın tərəfdaşı olan rollar elə də çox deyil, əgər siz nəyi nəzərdə tutduğumu anlayırsınızsa.
Cavan ikən, maşını saatda 120 mil sürətlə idarə edən bir gicin maşınında idim. Mən deyə bilərdim: “Hey, Jerome, dayan, mənə qorxuludur”. Amma mən susdum. Həyatda tez-tez belə olur. Sənə ölümcül qorxuludur, amma sən susursan.
Yemək bişirməkdən həm xoşum gəlir, həm də yox. Olur, nəsə hazırlamağa başlayıram, amma sonra : “Bu gün pizza yeyəcəyik” - deyib hər şeyi çanağa boşaldıram.
Mən həmişə xoşbəxt deyiləm, sadəcə tamaşaçı və jurnalistlərin qarşısında hər zaman xoşbəxt görünürəm. Amma dəhşətli deyingən oluram, ərimdən soruşa bilərsiz.
Mən Sophia Loren-nin pərəstişkarıyam, mənim ərim də həmçinin. O, Lorenin dənizdən çıxadığı anı gördüyü vaxtdan hələ də özünə gələ bilməyib.
Sevimli rejissorum yoxdur, sevimli rəng və sevimli yeməyim olmadığı kimi. Mənim hər şey xoşuma gəlir.
Mən çox istəyərdim ki, Martin Scorsese-yə nə vaxtsa qadın personajları lazım olsun. Amma görünür, mən, bu baş verməmişdən öncə öləcəyəm.
Məşhurluq həyatında nəsə mənim xoşuma gəlir. Məsələn, New York kiçik şəhərcik kimi görünür, çünki hamı sənə gülümsəyir.
“Time” jurnalının üz qabığında özümü görəndə, ümumiyyətlə heç nə hiss etmədim. Onlarda, ildə 52 üz olur, axı bu üzləri kimləsə doldurmaq lazımdır. Amma budur mənim qonşumun şəkili “The New York Times Magazine”-nin üz qabığında çıxanda ( işləyən analar haqqında məqalə idi, şəkildə qonşum işə getməzdən əvvəl öz uşağını öpürdü) məndə belə hiss var idi ki, məşhurların ətrafında yaşayıram.
Həyatımda heç vaxt öz filmimə bilet almamışam. Bu çox qorxuludur. Birdən insanlar ciddi səhnələrə gülərlərsə? Bəs birdən onlar gülməli anda xoruldamağa başlayar və ya yatarlarsa ?
Mənim 40 yaşım olanda, dərhal ifritə rolunda oynamaqçün üç təklif aldım.
Mən çox tənbələm; amma nə vaxt ki, mənim işim var, o zaman toparlanıram, çünki müvəffəqiyyətsizliklərdən çox qorxuram. Ümumiyyətlə, hamısı qorxuya görədir.
Bu yaxınlarda televiziyada Woody Allen-in “Manhattan” filmini gördüm və xatırladım ki, o zaman mən özümə — iri kök burunla eybəcər görünürdüm. Jurnallardakı modellər kimi arıq olmaq istəyirdim, amma hansısa bir anda anladım ki, mənimlə bu baş verməyəcək və barışdım.
Təəccüblüdür: mənim altmış yaşım var, amma mən romantik komediyalarda romantik rolları ifa edirəm. Yəqin, Bette Devis tabutunda çevrilmiş olmalıdır.
Şərab qədəhi — bu həmin şeydir ki, hər zaman məni xilas edir.
Sözün düzü mən müxtəlif müsahibələr oxuyanda, ürəyimin dərinliyində ümid edirəm ki, müsahibə verən özünü gic yerinə qoyacaq.
Mənə elə gəlir ofisdə işləyə bilərdim — ətalət mənim xoşuma gəlir, səhərlər hamıya salam vermək, masanın arxasında qəhvə içmək.
Əgər sizdə beyin varsa, onu istifadə etmək lazımdır.
İnsanlar sənə, kinoya baxmış həyatda daha yaxşı göründüyünü deyəndə daha xoş olur, nəinki əksinə.
İşləyəndə qorxmaq olmaz, yoxsa heç nə alınmayacaq.
Sevgi, seks və yemək — bizi həqiqətən xöşbəxt edən bunlardı. Hər şey çox sadədir.
Mənim şəklimi çəkəndə, nifrət edirəm.
İndiyədək sağ olduğumçün Allaha sonsuz minnətdaram. Dostlarımın çoxu xəstələnir, çoxları ölüb, amma mən hələ də buradayam. Şikayətlənəcəyim bir şey yoxdur.
Mənim yenə də çox uzun burunum var.
tərcümə : Musa Əffəndi
müsahibənin birinci hissəsi | müsahibəsnin ikinci hissəsi |
Sual:
Deməli, siz öz karieranızın heç bir mərhələsindəözünüzü yazıçılar cəmiyyətinin bir hissəsi kimi hiss etməmisiniz?
Murakami:
Mən təkliyi xoşlayanam. Qrupları, məktəbləri, ədəbi çevrələri sevmirəm. Prinstonda bir restoran, ya da onun kimi bir yer var idi, mən ora yeməyə dəvət olunmuşdum. Coys Kerol Outs orada idi, Toni Morrison orada idi və mən bundan qorxdum, orada heç nə yeyə bilmədim. Meri Morris də orada idi – o çox yaxşı insandır, təxminən elə mən yaşlarda olar və mən deyərdim, biz dost da olduq. Amma Yaponiyada mənim heç bir yazıçı dostum yoxdur, çünki mən arada məsafə olsun istəyirəm.
Sual:
Siz “Mexaniki Quşun Gündəliyi” romanının mühüm bir hissəsini Birləşmiş Ştatlarda yazmısınız. Bəs orada yaşamağın mətnin özünə və ya sizin yazı prosesinizə əhəmiyyətli bir təsiri varmı?
Murakami:
“Mexaniki Quşun Gündəliyi”-ni yazdığım bu dörd il ərzində mən qərib kimi Birləşmiş Ştatlarda yaşadım. “Qəriblik” məni bir kölgə kimi həmişə izləyirdi və bu əsərin baş qəhramanına da eyni təsiri göstərdi. Əgər təsəvvür etsək ki, mən bunu Yaponiyada yazmışam, yəqin ki, bu tamam başqa bir kitab olardı.
Birləşmiş Ştatlarda yaşadığım dövrdə hiss etdiyim qəriblik mənim Yaponiyada olarkən hiss etdiyimdən fərqlənirdi. ABŞ-da hiss etdiyim daha təmiz və dəqiq idi və mənə özümü daha aydın şəkildə tanımağıma təsir etdi. Bir tərəfdən, bu romanın yazılma prosesi bir növ özümlə bağlı hər şeyi açıb tökmək kimi idi.
Sual:
Hal-hazırda Yaponyada yaşayıb yazanlar arasında əsərlərini oxuyub bəyəndikləriniz varmı?
Murakami:
Bəli, bir neçəsi var; Ryu Murakami. Banana Yoşimotonun da bir neçə kitabını bəyənirəm. Amma mən heç bir təhlil və tənqid etməyəcəm. Mən belə şeylərə qarışmaq istəmirəm.
Sual:
Niyə?
Murakami:
Fikirləşirəm ki, mənim işim insanları və dünyanı müşahidə etməkdir, onları mühakimə etmək yox. Ümid edirəm, həmişə bu cür adlandırılmış ümumiləşdirmələrdən uzaqda bir mövqe qoyum. Mən istərdim ki, dünyadakı bütün imkanlara geniş şəkildə açıq olan hər şeydən əl çəkim.
Mən tənqidi tərcümə etməyi üstün tuturam, çünki tərcümə vaxtı yüksək mühakimə tələb olunur. Sətirlərin birindən o birinə keçdikcə, mən sadəcə icazə verirəm ki mənim sevimli məşğuliyyətim bədənimdən və beynimdən axsın. Əlbəttə, bu dünyada bizə tənqid də lazımdır, amma bu mənim işim deyil.
Sual:
Sizin işlərinizə qayıtsaq; “hard-boiled” (janrın adıdır) amerikan detektiv belletristikası həqiqətən də dəyərli mənbədir. Siz bunu nə vaxt üzə çıxardınız və sizi bura kim yönləndirdi?
Murakami:
Hər orta məktəb şagirdi kimi mən də kriminal romanları sevirdim. Mən Kobedə yaşayırdım – bu liman şəhərinə çoxlu əcnəbilər və dənizçilər gəlib öz əlyazmalarını bukinistlərə satırdılar. Mən kasım idim, amma bu kitabları ucuz qiymətə almaq imkanım var idi. Mən ingiliscə oxumağı bu kitablardan öyrəndim və bu çox təsirli idi.
Sual:
İngiliscə oxuduğunuz ilk kitab hansıdı?
Murakami:
Ross Makdonaldın “Adı Arçerdir” kitabı. Mən bu kitabdan çox şey öyrənmişəm. Elə ki oxumağa başladım, mən kitabı əlimdən qoya bilmirdim. Eyni zamanda mən həm də Tolstoyu və Dostoyevskini sevə-sevə oxuyurdum. Bu kitablar çox axıcıdır; onlar çox uzundur, amma mən dayanmadan oxuyurdum. Mənim üçün Dostoyevski və Reymond Çandler eyni şeydir. İndinin özündə, mənim üçün ideal roman yazmaq Dostoyevskini də Çandleri eyni anda bir kitaba yerləşdirməkdir. Mənim məqsədim budur.
Sual:
Kafkanı ilk dəfə oxuyanda neçə yaşınız var idi?
Murakami:
On beş yaşında idim. Mən “Qəsr”-i oxudum - əla kitab idi. Sonra da “Məhkəmə”-ni.
Sual:
Maraqlıdır. Bu romanların ikisi də tamamlanmayıb – hansı ki, heç vaxt da həllini tapmayacaq. Sizin romanlarınızda da həmçinin – xüsusilə sonuncu kitablarınızda, məsələn “Mexaniki Quşun Gündəliyi”-ndə olduğu kimi – çox vaxt oxucunun da ola bilsin güman etdiyi sonluğa əks mövqe olduğu görünür. Bunun Kafka təsiri ilə əlaqəsi var?
Murakami:
Demək olar, yox. Siz əlbəttə Reymond Çandleri də oxumusunuz. Onun kitabları həqiqətən də bir nəticə təklif etmir. O deyə bilər ki, o qatildir – amma bunu kimin etdiyi məni maraqlandırmır. Hovard Houks “Dərin yuxu”-nun filmini çəkdiyi vaxtda çox maraqlı əhvalat baş verib. Houks başa düşməyib ki, sürücünü kim öldürüb, sonra o Çandlerə zəng vurub, soruşub. Çandler də cavab verib ki, bu mənim vecimə deyil. Eyni ilə də məndə. Yekun heç nəyi ifadə etmir. Mənim eynimə deyil ki, “Karamazov Qardaşları”-ndakı qatil kimdi.
Sual:
Və sürücünü kimin öldürdüyünü tapmaq arzusu da “Dərin Yuxu”-nu oxunaqlı edən səbəblərdəndir.
Murakami:
Mənim özüm, yazanda bilmirəm ki, bunu kim edir. Oxucular və mən eyni yerdəyik. Mən hekayə yazmağa başlayanda heç bilmirəm ki, hekayənin sonu necə olacaq, sonra nə baş verəcək. Əgər orda qətl hadisəsi varsa mən bilmirəm ki, qatil kimdi. Mən kitab yazıram, çünki qətli açmaq istəyirəm. Əgər mən qatilin kimliyini bilsəm, yazmaq üçün beç bir əsasım qalmaz.
Davamı var…
http://www.theparisreview.org/interviews/2/the-art-of-fiction-no-182-haruki-murakami#.UUqWXEpWpFc.twitter
tərcümə : Musa Əffəndi
[müsahibənin birinci hissəsi]
Sual:
Sizinyazıçı olmaqla bağlı verdiyiniz qərarı biləndə həyat yoldaşınız nə hiss etdi?
Murakami:
O, tamamilə heç nə demədi; mən ona yazıçı olduğumu deyəndə o təəccübləndi və bir növ sıxıldı.
Sual:
O nəyə görə sıxıldı? O bunun öhtəsindən gələcə bilməyəcəyinizi düşündü?
Murakami:
Yazıçı olmaq – bir növ gözə girməkdir.
Sual:
Sizin modeliniz kim idi? Hansı yapon yazıçılarından təsirlənmisiniz?
Murakami:
Mən uşaqlığımda və hətta yeniyetməlik dövrümdə yapon yazıçılarını elə də çox oxumamışdım. Bu mədəniyyətdən qaçıb canımı qurtarmaq istəyirdim; mən hiss edirdim ki, bu darıxdırıcıdır. Hətta, nifrət oyandıran…
Sual:
Sizin atanız yapon ədəbiyyatı müəllimi deyildi?
Murakami:
Düzdür. Bu həm də ata-oğul münasibəti idi. Mən qərb mədəniyyətinə meyl etdim: caz musiqisi, Dostoyevski, Kafka və Raymond Çandler. Bu mənim öz dünyam idi, təxəyyülümdə yaratdığım yer idi. Mən istəsəm Sankt-Peterburqa ya da Qərbi Hollivuda gedə bilərəm. Bu romanın gücüdür – sən hər yerə gedə bilərsən. İndi Birləşmiş Ştatlara getmək asandır – hamı dünyadakı hər hansı bir yerə gedə bilər – amma 1960-larda bu demək olar ki, mümkünsüz idi. Belə ki, sadəcə oxumaqla və musiqi dinləməklə mən ora gedə bilirdim. Bu bir növ təxəyyüldə yaradılmış yer idi, yuxu kimi idi.
Sual:
Və bu yazıçılığın bəzi nöqtələrinin əsasını qoydu.
Murakami:
Elədir. 29 yaşım olanda mən sadəcə “blue” haqqında roman yazmağa başladım. Nə isə yazmaq istəyirdim, amma necə yazacağımı bilmirdim. Mən bilmirdim ki, yaponca necə yazırlar –demək olar, yapon yazıçıların əsərlərindən heç nə oxumamışdım –beləliklə, mən bir vaxtlar amerikan və ya qərb kitablarından oxuduğum üslubu, strukturu – hər şeyi iqtibas etdim. Nəticədə, mən öz şəxsi orijinal üslubumu qurdum. Bu başlanğıc idi.
Sual:
Sizin ilk kitabınız çap olunandan sonra mükafat qazandınız və bu az-çox öz yolunuzu müəyyən etdi. Siz başqa yazıçılarla görüşməyə başladınız?
Murakami:
Yox, heç.
Sual:
Sizin öz müasirləriniz olan yazıçı dostunuz yoxdur?
Murakami:
Yox.
Sual:
Və bu keçən müddət ərzində siz sizə dost və ya həmkar olan biri ilə qarşılaşmadınız?
Murakami:
Yox.
Sual:
Günü bu gün, sizin yazıçı dostunuz yoxdur?
Murakami:
Yox, yoxdur.
Sual:
Sizin yazmaqda olduğunuz əsərinizi göstərdiyiniz biridəmi yoxdu?
Murakami:
Heç vaxt olmayıb.
Sual:
Bəs həyat yoldaşınız?
Murakami:
Deməli, mən ilk romanımın əlyazmasını göstərmişdim, amma o iddia edir ki, o onu heç vaxt oxumayıb. Düşünürəm ki, bu onda heç bir təəssürat yaratmamışdı.
Sual:
O təsirlənməyib…
Murakami:
Heç. Amma o ilk qaralama idi və çox dəhşətli idi. Mən yenidən və yenidən yazdım.
Sual:
Bəs indi, siz kitab üzərində işləyəndə o, sizin nə yazdığınızı öyrənmək üçün can atır?
Murakami:
O, mənim ilk oxucumdur, mən həmişə yazıram. Mən ona etibar edirəm. O, elə bil, bir növ mənim şərikimdir. Skott Fitzcerald kimi – Zelda onun ilk oxucusu idi.
Davamı var…
http://www.theparisreview.org/interviews/2/the-art-of-fiction-no-182-haruki-murakami#.UUqWXEpWpFc.twitter
tərcümə - Turan Yusifova
Uşaqlıqda, mən hər yayı kənddə keçirərdim və məhz gəlişimin ilk günlərində nənəmlə babam xüsusilə qeydimə qalırdılar. Nəhayət ki sevimli nəvələrini görübfərəhlənənqocalar mənim gəlişimdən o qədər həzz alırdılar ki, hətta bəzən kim kimin nazını çəkir - aydın olmurdu.
Bir il ərzində onlar mənimçün o qədər darıxmışdılar ki, hətta ilk günlərdə bir növ mənə yaxın olmaqçün aralarında rəqabət gedirdi. İlk saatlarda hər biri özünü təmkinlə və üstəlik sıxılırmış kimi aparırdı: onlar uşağa qarşı necə məsuliyyətli olmağı yadırğamışdılar. Məndə isə vəziyyət belə idi;şəhər həyatından sonra,heç bir mühüm hadisə baş verməyən kənd mənə,demək olar, ölü kimi görünürdü. Təəssürat yarandırdı ki, elə bil, mən səhraya düşmüşəm. İlk vaxtlarda saatlar güclə keçirdi, əgər ətrafında hərəkət edən nəsə görürdünsə də bu gözə çarpmayacaq qədər yavaş baş verirdi.Lakin bu vəziyyət kifayət qədər tez - növbəti səhərdən etibarən dəyişdi. Tədricən həyat sürətləndi, aydın olurdu ki, kənd həyatının ümumi ritminə öyrəşir və sanki başqa dünyaya düşürəm.
İlk günlər mən ən yaxşı yerdə – divanda yatırdım. Başlanğıcda məni məhz burada ən sevimli və qiymətli oyuncaq kimi yatırdırdılar, daha sonra isə dəhlizə göndərdilər. Qocaları anlamaq olar - uzun qış boyu mənimçün çox darıxıblar.Uzun ayrılıqdan sonra ilk günlərdə nəvənin verdiyi məmnuniyyət hətta hansısa bir xüsusi əhəmiyyət də daşıyırdı. Onlarda bir-birinə nümayiş etdirmək üçün həddindən artıq çox zərif xüsusiyyət var idi. Onlar mənimlə eyni vaxtda yaxın olmağa çəkinirdilər, bu səbəbdən mən bir əldən bir başqasına keçirdim.
Hər şey mən səhər divanda oyananda başlayırdı. Etiraf etmək lazımdır ki, ən yaxşıları babama çatırdı. O divanın o biri başında - ayaqlarımın yanında oturur, bükülmüş qəzetlə üstümə qonan milçəkləri qovurdu. O,həm də mənim yatmağıma tamaşa etməyi sevirdi, bu dəqiqələri mümkün qədər çox uzatmaq, bəlkədə bütün günü yatmağımı arzulayırdı. Mən oyanmağa başlayanda o dayanırdı, ümid edirdi ki, mən hələ öz zərif səhər yuxuma davam edəcəm və o əvvəlki kimi mənə - balacasına baxa biləcək. Nənəm bunu anlayır və mətbəxdə qab-qacaqla səs salmamağa çalışırdı.Dəhlizdəki qapıları ehtiyatla bağlayır, soyuducunu sakitcə örtür və döşəmədə yun corabla asta gəzirdi. Bəzən o şüşə pəncərəli qapıya yaxınlaşır, babaya onu anlayaraq və əlbəttə paxıllıq edərək baxırdı.
İndiyə qədər bu anları xatırlayıram. Mənim uşaqlıq yuxumu ürküdüb qaçırtmağa qorxan, əlində bükülmüş qəzetlə divanın qırağında hərəkətsiz dayanmış babamın siluetini aralanmış gözlərimin yarıqlarından bulanıq görürəm.
O, necə olursa olsun mənə yatmağa icazə verirdi və mən bunu hiss edərək ona baxmağa imkan verir, son dəqiqələri, hətta son saniyələri uzadaraq ikinci dəfə yuxuya gedirdim və nəhayət yalnız gözlərimi geniş açıb ona “Sabahın xeyir” deyəndə o, bugünki həzzin bitdiyinə görə bir az peşman olaraq məni mətbəxə yollayırdı; artıq orada sahibə nənə idi. Babanın üzərimdəki inhisarçılığı qurtarırdı. Onun eqoizmi sakit və təvəzökar idi. Qoy hər şey öz axarıyla getsin. Oyandı, lap yaxşı.
- Get, oğul, yuyun və səhər yeməyini ye. Nənəndeyəsən sənə dadlı nəsə hazırlayıb.
Və mən nənəmin sərəncamına keçir, mənimlə olmağa onun hüququnun çatdığı əraziyə daxil olurdum, amma onun məmnuniyyət duyduğu şeylər də başqa idi. Zamanla, məhz o qərar verdi ki, mən artıq dəhlizdə yatmalıyam.Ora səs-küylü və işıqlı deyildi. Yeri gəlmişkən artıq orada babama mənə baxmaq elə də rahat deyildi. Cənuba baxan otaqdan fərqli olaraqdəhlizdə həmişə qaranlıq idi, buna baxmayaraq baba çarpayımın kənarında otururdu və yalnız nənə məni anbara yatmağa göndərəndən sonra baba üçün mənə tamaşa etmək narahatlığı yarandı.Anbara qapını cırıldatmamış, yəni məni oyatmadan girmək, demək olar ki, mümkün deyildi və o məni oyatmaq istəmirdi, həm də, anbar nənənin ərazisi idi.Xatırlayıram, nənəm, demək olar, qapını cırıldatmamış qaranlıq anbarda peyda olur, unu torbaya doldurub, yumurtaları bir neçə dəqiqədə qutuya yığırdı.Eyni zamanda, onun mənə yönəlmiş ehtiyatlı baxışını da hiss edirdim.O, mən bərk yatırammı,yoxsa artıq məni oyatmaq olarmı - bunu anlamağa çalışırdı. Əgər mənim nəfəsim hələ eyni ritmli və dərin idisə o, gəldiyi kimi də sakit çəkilib gedir və mən oyanmağa vaxt tapmayıb yenidən dərin yuxuya yuvarlanırdım.Əgər mən tərpənməyə başlayıb, dərin nəfəs almağı dayandırsaydım, o cəsarətlə işığı yanıdırar və uca səslə oyanmaq lazım olduğunu deyərdi.Hərdən səhər dəqiqələrindəməni öz yanında bir az daha artıq saxlamaqçün o mənə evdə yuyunmağı və hələ soyuq həyətə getməməyi tövsiyyə edir, məni səhər yeməyinə qonaq edərək pəncərədəki sandığın üstündə oturdurdu. İnsanların, heyvanların başı işə qarışmışdı, amma arzuların, hadisələrin, ümumiyyətlə kiminsə bu dünyada olub-olmaması nənənin eyninə deyildi; o nəvəsini xama və albalı mürəbbəsindən hazırlanmış kökəyə qonaq edirdi. Kainatın mərkəzi pəncərənin astanasındakı ətirşah ilə bu sandığın kənarında idi və zaman zəngli saatın tıqqıldamasından doğur, günəş məhz mən işıqlandırılmış küçəyə çıxarkən parıldayırdı. Və yalnız bütün bunlardan sonra, küncdən, darvaza və qapılardan döngəyə insanlar və heyvanlar meydana axışırdılar.Elə təəssürat yaranırdı ki, sanki onlar mənim küçəyə çıxışıma qədər heç nə etmirdilər və yalnız mən peyda olduqdan sonra hərəkət etməyə başlayırdılar, elə bil, qabaqcadan məşq edilmiş rollarını oynayırlarmış kimi…