Stories by Vasif Ismayıl on Medium
Bioloji cinsi müəyyənləşdirən genetik faktorlar. Niyə erkək doğulmaq üçün “gen” var, amma dişi doğulmaq üçün “gen” yoxdur?
“Qadınla kişinin xəmiri bir yoğrulub” deyə el məsəli var. Doğrusu, dədə-babalarımızın… təkcə bizim deyil, bütün insanlığın dədə-babasının indiki elmi nailiyyətlər nəticəsində bildiyi faktları bir şəkildə qədim dövrlərə aşkar etdiyinə inanmıram. Amma qarşımızda belə bir ifadə var və əgər bu ifadəyə hansısa əfsanəvi hekayələri yapışdırmasaq, ümumilikdə ifadə haqlıdır.
İnsanın erkəkdən gələn toxum hüceyrəsi (spermatozoid) ilə dişidəki yumurta hüceyrəsinin birləşməsindən əmələ gəldiyini yəqin çoxumuz bilirik. Bu iki cinsi hüceyrə (qamet) birləşdiyi zaman ortaya mayalanmış yeni bir hüceyrə çıxır. Uşaqlıq borularında mayalandıqdan daha sonra bu hüceyrə sürətlə bölünməyə və elə o sürətlə də uşaqlığa doğru yola çıxmağa başlayır. Əvvəlcə bölünərək tədricən daxilində boşluq əmələ gətirir, daha sonra o boşluğun bir hissəsi ilə uşaqlıq divarına yapışır.
Burada ciddi bir məqam var. Mayalanmış yumurtanın bölünməsi nəticəsində meydana gəlmiş çoxhüceyrəli “varlığın” içi tədricən boşalır və o kürə şəklində olan “varlıq” uşaqlığa yapışır. Niyə təkrar etdim? Çünki o kürəşəkilli varlığın uşaqlığa yapışan hissəsi cift deyə adlandırılan plasentanı, o yapışma nöqtəsinin tam qarşısındakı nöqtədə tədricən meydana gələn lövhə isə insan rüşeyminə başlanğıc verir.
Mayalanmış insan yumurtasının keçdiyi mərhələlər.
Buradan çıxarılan nəticə: Hər insan öz bədəni ilə eyni “material”-dan olan cift ilə anasının uşaqlığına yapışıb. Ana bədəninin özünə yapışmış bu özündən olmayan ciftə və eləcə də o ciftin tam qarşısındakı insan rüşeyminə “yadelli” münasibəti bəsləməsi tamamilə təbiidir və biz insanın bioloji cinsi, eləcə də cinsi özünüdərki və cinsi meylinin formalaşmasında bu faktın ciddi rol aldığını dəfələrlə görəcəyik.
İçiboş kürəciyin uşaqlığa ən uzaq nöqtəsində meydana gələn insan rüşeymi gedərək böyüməyə və şəkillənməyə davam edir. İlk həftələrdə insan rüşeyminə baxdığımız zaman orada gələcəkdə cinsi orqanları formalaşdıracaq strukturları görə bilərik və… onlar 2 əsas və bir əlavə dəstədirlər: Volf kanalı, Müller kanalı və hərtərəfli inkişaf qabiliyyətinə malik cinsi hüceyrələr topluluğu (qonad).
İnsanda erkək və dişi orqanlarının mayası birlikdə hazırlanır, amma daha sonra SRY təsiri ilə cinsi şəkilləndirmə gedir.
Rüşeymin inkişafını izlədiyimiz zaman bu 3 dəstənin, xüsusilə də əsas 2 dəstənin sürətlə inkişaf etdiyini, amma daha sonra əsas 2 kanaldan birinin tədricən sorulub itdiyini müşahidə edirik. Ardıcıllıq belədir:
1. Volf kanalı sorulub Müller kanalı qalırsa, daxili və xarici cinsiyyət orqanları dişi tipində inkişaf edir
2. Müller kanalı sorulub Volf kanalı qalırsa, daxili və xarici cinsiyyət orqanları erkək tipində inkişaf edir
3. Hərtərəfli inkişaf qabiliyyətinə malik hüceyrə dəstəsi Volf kanalına yapışırsa, axırda erkək xayaları,Müller kanalına yapışırsa, dişi yumurtalıqları meydana gəlir
Yəni, bir növ Volf kanalı erkək, Müller kanalı isə dişilər üçün nəzərdə tutulmuşdur sanki. El məsəlində olduğuu kimi? Qadınla kişinin xəmiri bir yoğrulub. Lakin bu ifadəyə niyə ehtiyatla yanaşdığımızı yəqin anladınız. “Qadın” və “kişi” məfhumu insanın bioloji cinsinə aid deyil əslində — biz hələlik ancaq bioloji erkək və dişidən bəhs edirik.
Elə isə, insan rüşeymi hansı kanalı inkişaf etdirib, hansı kanalı geriyə sorub ibtidai şəklə salacağına necə qərar verir?
Buna hər bir rüşeymin genetik materialı qərar verir.
İnsan cinsinin hərhansı bir hüceyrəsini parçalayıb onun nüvəsinə baxdığınız zaman orada 46 ədəd, başqa sözlə isə 23 cüt xromosom görəcəksiniz. Hər xromosomda insanın müəyyən xüsusiyyətlərinii müəyyənləşdirən zülalların emal edilməsi üçün müəyyən kod, gen yerləşir. O zaman, görəsən, insanın cinsini müəyyən edən gen vardırmı?
Alimlər bunu yalnız insan cinsi üçün deyil, bütün canlılar üçün axtarıblar.
İnsan cinsi üçün qayda çox bəsitdir:
Əgər rüşeymin genetik kodunda təkcə bir gen deyil, bir çox gen topluluğundan meydana gələn bir qrup gen mövcuddursa, ortaya erkək cinsinə mənsub fərd çıxacaq. Əgər bu gen qrupu yoxdursa, ortaya dişi cinsinə mənsub fərd çıxacaq.
Buradan isə bəzi nəticələr çıxır.
-Erkəkliyi müəyyənləşdirən gen qrupu mövcuddur
-Dİşiliyi müəyyənləşdirən gen qrup mövcud deyildir
Yəni dişi cinsinin “geni” yoxdur. Erkəklik geni varsa, insan erkək doğulacaq, yoxdursa, dişi doğulacaq.
Orta məktəbdə kifayət qədər yaxşı təhsil almış hər kəs insanda X və Y xromozomlarının olduğunu bilir. Dişilərdə 46 xromozomun hamısı X tipində, erkəklərdə isə 46 xromozomdan 45-inin X, yerdə qalan 1 ədəd xromozomun isə Y tipində olduğunu bilir.
Maraqlı fakt: erkək cinsini formalaşdıran gen topluluğu adətən… əksər hallarda Y xromozunda yerləşir.
Amma buradan belə bir nəticə çıxır: “Necə yəni əksər halda? Məgər erkəkliyi müəyyənləşdirən gen topluluğu X xromozumunda da ola bilər mi?”
Ola bilər.
Bioloqlar erkək gen topluluğuna ümumi olaraq “Cins müəyyənləşdirən Y xromozomu bölgəsi” mənasına gələn “Sex determining Region of Y” (SRY) deyirlər.
SRY gen dəstəsinə malik fərddə daxili cinsiyyət orqanlarını müəyyənləşdirən Volf kanalı iki ayaq arasındakı kloaka adlanan bölgəyə çatdığı zaman orada erkək cinsinə uyğun xarici cinsiyyət orqanlarını şəkilləndirir.
SRY gen dəstəsinə malik olmayan fərddə daxili cinsiyyət orqanlarını müəyyənləşdirən Müller kanalı iki ayaq arasındakı kloaka adlanan bölgəyə çatdığı zaman orada dişi cinsinə uyğun xarici cinsiyyət orqanlarını şəkilləndirir.
Çox vaxt həqiqətən də belə olur. Amma hər məsələdə problem çıxdığı kimi burada da müxtəlif ssenarilərin həyata keçməsi mümkündür. Məhz ona görə də oğlan uşağı olaraq doğulmuş birində xarici cinsiyyət orqanları tam şəkillənmiş ola bilər, amma başqa birində insan daxilən erkək olsa da, xarici cinsiyyət orqanları erkək ilə dişi arasında bir şey olaraq qala bilər. Əslində, prosesinin nə qədər çoxaadımlı və mürəkkəb olduğunu nəzərə alarsaq, burada minlərlə variantın mümkün olduğunu düşünə bilərik… və əslində bioloji cinsi minlərlə müxtəlif variantda mümkündür.
Siz bunu bilmirsiniz, zira heç kəs özünün və ya övladının cinsiyyət orqanlarını sizə göstərmir. Siz isə “insan iki cinsdə yaradılıb: erkək və dişi. Başqa hal mümkün deyildir” deyə bilirsiniz.
Bilmirdiniz, indi bilin.
Beynəlxalq idman komitələri insanların xarici cinsiyyət orqanlarına baxaraq insan cinsiyyətini məhz bu səbəbə görə müəyyənləşdirmək istəmir. Onlar Y xromozomunu da axtarmırlar. Onlar SRY axtarırlar. Əgər bir idmançıda SRY gen dəstəsi mövcuddursa, onu ancaq kişi komandasına alırlar.
Cins məfhumu haqqında. Azərbaycan dilində cins və cinsi özünüdərk arasında fərqlilik.
İnsan övladı ətraf dünyanı qavramaq üçün öz duyğu üzvlərindən; görmə, eşitmə, dadbilmə, qoxubilmə və toxunma qabiliyyətindən istifadə edir. İllərlə topladığımız məlumatlar bizlərdə bərkimiş bir təsəvvür yaradır. Bu şəkildə əmələ gələn qənaətə mütləq həqiqət kimi inanırıq, zira görərək, eşidərək, toxunaraq və s. gəlmişik.
Amma həyatda bəzən qəribə şeylər də olur. Məsələn, bütün ömrünü Sahara səhrasında yaşamış 45 yaşında bir tuareqə suyun həmişə maye halında olmadığını, suyun da bərkiyəbildiyini izah etmək çox çətindir. Biz hamımız dəmirin daş kimi sərt olduğunu bilirik, amma dəmirin maye şəklində də olabiləcəyinə inanmarıq. Lakin artıq Yer kürəsi əhalisinin əksəriyyəti savadlanma sayəsində dəmirin müəyyən şərtlər altında, yəni yüksək temperaturun təsiri ilə əriyəbildiyini bilir.
Qısaca — hamımız ətraf mühit haqqında müəyyən təsəvvürə maliyik və bu təsəvvürümüzə mütləq həqiqət kimi inanırıq.
İnsan cinsi haqqında fikirlərimiz də elədir. “Burada nə var ki? Bir var kişi, bir də var qadın, daaa…” — deyə düşündüyünüzə inanıram.
Lakin məsələ əslində daha mürəkkəbdir. Təbiətdə,.. bəli, sizin indiyə qədər görə-görə gəldiyiniz məhz bu təbiətdə kişi və qadın məfhumu mütləq həqiqət deyildir.
Elə isə necədir? Yaxın oturun! Əslində, bizim Azərbaycan dilində belə bu mürəkkəblik göstərilmişdir, amma yaxşıca oxuyun.
1.0 Cins, cinsi özünüdərk və cinsi meyl haqqında ümumi fikirlər.
İnsanda cinsi davranışı müəyyən edən 3 faktor vardır:
1. Cins
2. Cinsi özünüdərk
3. Cinsi meyl
İnsanın cinsi onun cinsiyyət üzvlərinin şəklinə görə müəyyən edilir. Cinsiyyət üzvləri də öz növbəsində 2 yerə bölünürlər: daxili və xarici cinsiyyət üzvləri.
Dişi insan cinsiyyət sistemi.
Dişilər üçün:
Daxili cinsiyyət orqanları: yumurtalıq, uşaqlıq boruları, uşaqlıq, uşaqlıq yolu (vagina)
Xarici cinsiyyət orqanları: Böyük cinsiyyət dodaqları, kiçik cinsiyyət dodaqları, klitor
Erkək insan cinsiyyət sistemi.
Erkəklər üçün:
Daxili cinsiyyət orqanları: xaya, xaya artımı, toxum kanalı, əlavə cinsiyyət vəzləri (prostat, toxum kisəsi, bulbo-uretral vəz)
Xarici cinsiyyət orqanları: penis, xayalıq
Camaatın çoxu üçün insanın cinsini müəyyənləşdirmək asandır. Xarici cinsiyyət üzvlərinə baxan kimi insanın cinsiyyətini asanlıqla söyləyirlər. İnsanları da iki cinsə bölürlər: erkək və dişi. Diqqət edin, “kişi və qadın” demirəm, məhz “erkək və dişi” deyirəm. Azərbaycanda dilində olan fərqi heyvandarlıq və onun dilimizə təsiri ilə izah etməyə çalışırsınız, — anlayıram — amma biz balaca qız uşağına “qadın” demirik axı?!
Niyə Azərbaycan dilində balaca qız uşağına qadın demirlər?
Niyə Azərbaycan dilində balaca oğlan uşağına kişi demirlər?
Niyə azərbaycanlılar “doğum günü” terminindən istifadə etmir və bunun əvəzinə “ad günü” deyirlər?
Çünki insanın hansı “cinsə” aid olduğunu buluğ çağında bilmək olur. Bu gün qarşınızda xayalığı və penisi ilə tullanıb-düşən oğlanın əslində hansı cinsə mənsub olduğunu buluğ çağında görəcəyik.
Azərbaycanlılar insanın doğulduğu tarix deyil, ona ad qoyulduğu, ad qazandığı tarixi daha önəmli sayıblar. Hə, indi biz bir az ətraf xalqlarla qaynayıb-qarışıb keçmiş anlayışlarımızı unutmuş ola bilərik, amma keçmişin izləri dilimizdə yaşayır axı!
1.1 İnsanın cinsiyyəti haqqında bioloji təsnifat
Biologiya elmi üçün cinsiyyət anlayışı 3 qrupa bölünür:
1. Erkək
2. Dişi
3. Hermafrodit (interseks, ara cins)
Xarici və daxili cinsiyyət orqanları erkək tipində olan fərdlər erkək adlanır.
Xarici və daxili cinsiyyət orqanları dişi tipində olan fərdlər dişi adlanır.
Erkək tipli xarici cinsiyyət orqanları olan uşaqda uşaqlığın və yumurtalıqların çıxarılması. Mənbə https://tbinternet.ohchr.org/Treaties/CRC/Shared%20Documents/CHE/INT_CRC_NGO_CHE_18022_E.pdf
Çox sadə görünsə də, bir insanda xarici cinsiyyət orqanları erkək kimi, daxili cinsiyyət orqanları isə dişi kimi olan fərdlər də var. Hətta, daxili və xarici cinsiyyət orqanları dişi kimi olub, əslində erkək olan fərdlər də var.
Dişi tipli xarici cinsiyyət orqanları olan uşaqda xayaların çıxarılması. Mənbə https://tbinternet.ohchr.org/Treaties/CRC/Shared%20Documents/CHE/INT_CRC_NGO_CHE_18022_E.pdf
Gəlin, daha sarsıdıcı bir fakt da söyləyim. Xarici və daxili cinsiyyət orqanları tamamilə erkək kimi olub, əslində qadın olan fərdlər də var və mən belə fərdləri öz gözümlə gormuşəm.
Bir sual daha verəcəm və bundan sonra yazının davamını oxumaq üçün bir müddət gözləyəcəksiniz.
Beynəlxalq idman yarışları keçirilir — yəqin, bilirsiniz?! Bu yarışlar çəki və cins kateqoriyalarında aparılır. Yəni bir qadınla bir kişinin güləşdiyini görmüşünüz, amma bu bir beynəlxalq idman yarışında ola bilməz. Eyni idman növü üçün qadınlar və kişilər üçün ayrı yığmalar var. Bir də, nə qədər seksist səslənsə də, fizioloji olaraq erkək və dişi gücü arasında fərq mövcuddur axı. Bir erkəyi qadın kimi bəzəyib başqa bir qadınla güləşə göndərmək haqsızlıq deyilmi? Bu ssenariyalar sizə fantastik gələ bilər, amma idman tarixində belə saxtakarlıqlar görülübdür. Məsələn, bir-neçə il əvvəl İranın qadın voleybol yığmasını yarışlardan uzaqlaşdırdılar. İranlı məşqçilər kişi transgenderləri qadın adı ilə yarışa göndərdiyi üçün Beynəlxalq Voleybol Federasiyası belə qərar vermək məcburiyyətində qaldı.
İlk baxışdan, idman hakimləri və həkimlərinin yığma üzvlərinin cinsini müəyyənləşdirmək üçün onların xarici cinsiyyət orqanlarına baxdığını düşünə bilərsiniz, amma yanılırsınız. Beynəlxalq idman yarışlarında idmançıların hansı cinsə aid olduğu qan və tüpürcək təhlillərinə görə müəyyənləşdirilir. Bunun niyə belə edildiyinin izahı isə növbəti yazımızda.
Dr. Vasif ismayıl
Mənbə: metro.co.uk
İnsanların əsas ehtiyaclarından həyatda qalmaq, yemək-içmək kimi həqiqətən vacibliyi asan anlaşılan məfhumların yanında ilk növbədə çox da vacib görülməyən tərəflər də mövcuddur. Məsələn, cinsi arzular. İnsan ki, cinsi münasibətdə olmasa ölməyəcək, ac qalmayacaq?! Yaxşı, cinsi arzunun özünü anladıq — nəsil artırmaq üçün vacibdir deyə düşünürük. İndiyə qədər qarşılaşdığım insanların mütləq əksəriyyəti cinsi fəaliyyətin ancaq nəsil artırmaq üçün olduğunu nəinki qəbul, hətta mütləq sayır. Cinsi arzular nə üçündür görəsən? Bir insan niyə partnyoru tərəfindən döyülmək, hətta təcavüzə uğramağı arzulasın ki?
Cinsi arzular haqqında qısaca.
İnsanların əksəriyyəti cinsi fəaliyyəti bu sxemdə təsəvvür edir:
-Gördüm
-Arzuladım
-Yola gətirdim
-Möhtəşəm idim
-Ürəyim istəyəndə yenə edərik, eləmi?
İlk baxışdan, doğru təsəvvür edirlər, amma…
İnsanlar görməyi çox mütləq qəbul edirlər… Bir az mürəkkəb oldu deyəsən. Belə deyim: İnsanlar gördükləri hadisə və cismi əksərən tam anladıqlarına inanırlar. Görəsən bu belədirmi?
Sizi üzəcək bir xəbərim var: əslində elə deyil.
İnsan başqa görmə qabiliyyətinə malik canlılar kimi əslində cismə və hadisəyə diqqətlə baxmır və onu tam qavramağa çalışmır. Beynimiz hərhansı bir görüntünün ancaq siluetini beynimizə göndərir və beyin keçmiş təcrübəsinə əsaslanaraq silueti dolduraraq bir mənzərə formalaşdıraraq qavrayar.
Burada əsas məqam hansıdır?
Bəli, “keçmiş təcrübə”. İnsan gördüyü, hətta eşitdiyi və digər hiss etdiyi hallarda həmişə keçmiş təcrübəsinə əsasən mənzərəyə həmişə TƏRƏFLİ yanaşır. Hər kəs öz istədiyini görür, öz istədiyini anlayır, birsözlə.
İnsanlar doğulduqları andan etibarən əvvəlcə ailəsinin, daha sonra isə yaşadığı cəmiyətin daxilində olurlar. Hətta təhsil almağa gedərkən belə özləri kimi digər şagirdlərin əhatəsində olur, onlarla birlikdə oynayır, bəzən dalaşır və bu şəkildə də birlikdə böyüyürlər, formalaşırlar. Biz buna insanın mədəni inkişafı deyə bilərik. Cəmiyyətə xas mədəniyyət məhz belə formalaşır.
Elə isə, cinsi arzular, daha doğrusu fantaziyalar nədir? Məsələn, döyülmək. Bəzi qadınlar cinsi münasibət zamanı istər əllə, istərsə də yardımçı alət (qamçı, zopa və s.) vasitəsilə partnyoru tərəfindən incidilməyi sevirlər. Bəziləri cinsi oyun və bilavasitə əlaqə zamanı partnyoru tərəfindən alçaldılmağı, təhqir edilməyi arzulayır.
Bəzi qadınlar isə “təcavüzə uğramaq” xəyalları qururlar.
Klassik, “cinsi əlaqə ancaq nəsil artırmaq üçündür” deyən insan bu xəyallara bir məna verə bilmir. Bir şeyi məntiqsiz hesab edirsənsə, “deməli, belə bir şey yoxdur”, ya da “bu ancaq tərbiyəsiz insanların ağlına gələr” şəklində inkar yolunu seçəcəksən.
Qadınlar arasında təcavüzə uğramaq fantaziyası həqiqətən varmı?
Təcrübəli və dünyagörmüş insanlar, eləcə də elmi mühitdə qadınların bəzilərinin həqiqi deyil, səhnələşdirilmiş təcavüz xəyalları qurduğu bir həqiqət kimi bilinir. Lakin bu fikrə şübhə ilə yanaşan oxuyucularımıza qısa şəkildə bunun haqqında bir məqaləni təqdim edirəm.
Bivona və yoldaşlarının “Qadınlarda təcavüzə uğramaq fantaziyasının təbiəti” adlı məqaləsindən cədvəl.
Texas universitetindən Cenni Bivona (Jenny Bivona) və yoldaşları “The journal of sex research” jurnalında 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənub-Qərbində 355 universitet tələbəsi arasında cinsi fantaziyaları öyrənən məqalə dərc edilmişdir.
Alınan nəticələrə əsasən:
İştirakçıların 17.2%-i heç olmazsa ildə bir dəfə istək xarici cinsi münasibətə zorlanaraq təslim olma xəyalı qurur. Hətta digər 4.5%-i bunu həftədə 4–5 dəfə xəyal etdiklərini bildiriblər.
İştirakçıların 14.1%-i heç olmazsa ildə bir dəfə, digər 6.5%-i isə həftədə bir dəfə kişi tərəfindən təcavüzə uğramaq xəyalı qurduqlarını bildiriblər.
Buradan çıxan nəticə birmənalıdır: qadınlar arasında səhnələşdirilmiş təcavüz xəyalı mövcuddur.
“Ancaq “tərbiyəsiz” qadınlar təcavüzə uğramaq xəyalı qura bilərlər”.
Çoxunuzun təcavüzə uğramaq xəyalının mədəni mühit, ictimaiyyətlə əlaqəli olduğunu düşündüyünü anlayıram. Əslində, haqlısınız — bəli, bu cür xəyallar qurmağın mədəniyyət və yetişdirən cəmiyyətlə əlaqəsi var. Hətta əksəriyyətinizin bizim kimi “namus-qeyrət” təəssübkeşliyi çəkən cəmiyyətlərdə “tərbiyəli”, “ismətli-namuslu” qadınların belə xəyallardan uzaq olduğunu düşündüyünü də bilirəm.
Bax, burada haqsızsınız.
Bizim kimi mühafizəkar cəmiyyətlərdə qadınlara bu cür xəyalları barəsində sual vermiş araşdırmalara rastlamadım. Ancaq belə bir araşdırma olacağı təqdirdə qadınların əksəriyyətinin bu cür fantaziyalara “nə danışırsınız, əlbəttə yox” şəklində cavab verəcəyindən adım kimi əminəm. Bizdə “dünya balacadır, bəlkə sabah bu sualları verən adamın qohumlarından kimsə mənə elçi düşər” şəklində düşüncə yayğındır.
Elə isə, niyə cinsi razılığı çətin olan, yəni sizin dediyiniz kimi “tərbiyəli” qadınlarda təcavüzə uğrama xəyalının əslində daha yayğın olduğunu düşünürəm?
Əslində, bunu mən düşünmürəm — elmdə belə bir qənaət var. İndiyə qədər aparılmış tədqiqatların əksəriyyəti cinsi razılıq çətin alınan cəmiyyətlərə mənsub qadınlarda təcavüzə uğramaq xəyalının daha çox olduğu anlaşılır.
Bunun üçün əsasən nələr edirlər?
ABŞ-da bəzi yerlərdə cəmiyyət mühafizəkardır və oradakı qızlar “dünya balacadır, bəlkə sabah bu sualları verən adamın qohumlarından kimsə mənə elçi düşər” şəklində düşünmürlər. Burada aparılan araşdırmalarda təcavüz xəyallarının digər regionlara nəzərən daha çox görüldüyü aşkar edilmişdir.
Amma sizə bu mövzu ilə bağlı bir məqalə haqqında danışacam.
ABŞ İllinois universitetindən Ketrin Klement (Cathryn Klement) və yoldaşlarının “The journal of sex research” jurnalında 2016-cı ildə çap edilmiş “Razılıq sorulmasının qəbul görüldüyü cəmiyyətə mənsublarda təcavüz lehinə inanclar daha az görülür” (Participating in a Culture of Consent May Be Associated With Lower Rape-Supportive Beliefs) məqaləsində belə bir maraqlı məqam araşdırılmışdır.
Bütün məsələ cinsi münasibətə razılığın nə qədər asan olmasıdır. Bəzi qruplarda cinsi münasibətə razılıq almaq üçün qadınla bir az mehriban söhbət edib bunu açıq soruşmaq olar. Bəzi cəmiyyətlərdə (məsələn, tələbələr) cinsi münasibət üçün razılıq əməlli bir prosesdir və qadın kişi partnyorun onunla ailə quracağına inandıqdan sonra bəzən bu cür münasibətə razılıq verə bilər. Bəzi cəmiyyətlərdə isə (xüsusilə ailəli yetişmiş qadınlar) bu cür istəklə müraciət edilməsi ayıb və qəbuledilməz olaraq qiymətləndirilir.
Bu cür cəmiyyət modelləri arasında cinsi fantaziyalar, xüsusilə də təcavüzə uğramaq xəyallarının görülmə sıxlığı arasında fərq olması mümkündürmü?
Xn. Ketrin Klement öz araşdırması üçün üç qrup müəyyənləşdirir:
BDSM praktikantları qrupu (psixoseksual alt-mədəniyyət, qısa desək sado-mazoxistlər)
Universitet tələbələri
Yetişmiş və işləyən qadınlar
Psixoseksual subkulturalarda təcavüz xəyalları universitet tələbələrinə nəzərən daha az görülür.
Araşdırmanın nəticələrinə görə cinsi münasibətə razılıq almağın çox asan olduğu, hətta qadının çox vaxt özünə partnyor seçə bildiyi psixososial alt-mədəniyyət qrupu olan BDSM praktikantlarında təcavüzə uğramaq xəyalı universitet tələbələri və işləyən yetişmiş qadınlara nəzərən çox daha az görüldüyü məlum olmuşdur.
Nəticə qısa olaraq belə ifadə edilə bilər:
Cinsi münasibətlərin asan qurulduğu cəmiyyətlərdə təcavüzə uğrama xəyalı nadir görülür.
Niyə cinsi münasibət üçün razılıq çətin alınan qruplarda təcavüzə uğrama xəyalı daha çox görülür?
İndiyə qədər aparılmış araşdırmalarda rəqəmlərlə müəyyən müddəaları sübut etmək olurdu. Ancaq cinsi razılığın alınmasının çətin olduğu, qısaca sizin sözlərlə “tərbiyəli” qadınlarda təcavüzə uğrama xəyalının niyə çox olduğu haqqında daha çox mülahizə yürüdə bilərik.
Alimlərin ortaq fikrinə əsasən burada “günah” anlayışı dövrəyə girir. Evlilikdən əvvəl və əsasən evli sadə insanlarda sərbəst cinsi əlaqənin günah olaraq qəbul edildiyi bir faktdır.
Təcavüzə uğramaq xəyalı ilə qadın “mənim burada günahım yoxdur, kişi mənə zorla sahib oldu” fikri ilə bir növ “günah” kompleksindən azad olduğunu hiss edir.
Azadlıq isə….sevindirir.
Nəticələr:
İnsanın qavraması yetişdiyi cəmiyyətin mədəniyyət normalarından asılıdır
Heç bir mədəniyyət forması insanın əsas ehtiyaclarından olan cinsi istək, xüsusilə də cinsi xəyalları silib atacaq gücdə deyil
Əksinə, cinsi münasibətlərin daha qatı tənzimləndiyi cəmiyyətlərdə qeyri-ənənəvi cinsi arzular, eləcə də təcavüzə uğrama xəyalı daha çox görülür
Dr. Vasif İsmayıl
Şəklin mənbəyi Identity magazine.
Liposaksiya və artıq çəki haqqında. Bədənimizdəki piy ayrıca bədən üzvümüzdür. Ona hörmət edin.
İnsan övladı bəyənilməyi çox sevir. Bir tərəfdən baxanda, haqlıdır da: başqasının insanı bəyənməsi o insanın həyatını asanlaşdırırmı? – asanlaşdırır! ; insanın özünü bəyənməsi o insanı xoşbəxt edirmi? – edir! O zaman insanın bəyənilmə eşqinin nə qədər yerində bir hiss olduğuna qərar verdik, deyilmi?
İnsanın xarici görünüşü onun bəyənilməsində müəyyən rol oynayır. Əlbəttə insanın ağlı, dərrakəsi, geyimi, cinsi də – “v kontse kontsov” – onun bəyənilməsində rol oynayırlar, amma bunların heç birisi zahiri görünüşün yerini tuta bilmir. Sözümün “mustafası”: insanın artıq çəkisi onun başqası və ya özü tərəfindən bəyənilməsini çox vaxt çətinləşdirir!
İndiki dövr imkanları ilə zəngindir. Başında tük azaldısa, get və tük əkdir. Burnun xoşuna gəlmir, get və əməlyyat etdir. Və s. Və s. Və başqa belə çoxlu və s……..
Bədənində artıq çəki varsa, hələ bu artıq çəki ürək, böyrək, cinsi orqan deyil, adi piydirsə, get və o artıq piyi çıxartdır!……
Pahooo….. Nə ağıllı fikirdir!
Əslində çox məntiqli bir fikirdir, eeeeee….. Qardaş, artıq çəki ən çox harada olur? Qarnın qabağında, deyilmi? Qarnın yanlarında, deyilmi? Sarğı nahiyyəsində, deyilmi? Qoltuqların altında, deyilmi? A kişi, bunlar hamısı “çölə yaxındır”dəəə…….cərrah asanlıqla bunları çıxarır və…….o çirkin yağların altında gizlənən o atlet əzələlərim nəhayət ki özünü göstərir və mən….. və mənnnnn…… mənnnnnnnnn…. Axırı ki xoşbəxt oluram.
Haqlısınız. Belə bir şey mümkündür və bu gün bir çox insan bu imkandan, yəni bədəndəki artıq yağın çıxarılması əməliyyatlarından faydalanırlar. Cərrahiyyədə bunun 2 metodu vardır:
Yağın dəri kəsilərək çıxarılması. Məsələn, abdominoplastika.
2. Yağın balaca bir dəlikdən sorulması. Yəni, liposaksiya.
Doğrusu, mən də başqaları və özüm tərəfindən bəyənilməyə ciddi fikir verirəm. Bunda artıq çəkinin rolu olduğuna da səmimi şəkildə inanıram. Özümə, bu mənada, ciddi fikir verirəm; yediyimi ölçürəm, idman edirəm.
O gün fitnes mərkəzinin soyunma otağında bir söhbətdə iştirak edirdim. Tərəf müqabilim onlarla kiloqram çəki itirmiş, özünə diqqət edən cavan oğlan idi. Həqiqətən də ciddi məşq edirdi – onun yanında mən sönük qalırdım. Qarnının yanında sallanmış kiçik yağ kütlələrindən, bax o son “fəthedilməmiş qalalardan” şikayət edirdi.
-Alınmadı, gedib liposaksiya etdirəcəm: dedi.
Mən də qarnımın yanında və qabağında qalmış kiçik piy kütlələrindən qurtulmaq istədiyim üçün gözümə işıq gəldi. “Evrika!” Deyə beynimdə bir “çığırdım”.
“Adə, “konyeşnı”, əla fikirdir“ dedim.
Dedim və gəldim araşdırdım…
Maraqlı faktlarla qarşılaşdım. Bu faktlar artıq çoxdan beynimdə yaranmış qənaətimi daha da möhkəmləndirdilər.
İnsanın bədənindəki piy sadəcə bir ambar deyildir, daha böyük məfhumdur.
İnsanın və ya hərhansı başqa bir heyvanın bədənindəki piy sadəcə onu soyuqdan qoruyan, ağır günlər üçün saxlanılan əlavə enerji mənbəyi deyildir, daha böyük məfhumdur.
İnsan bədənindəki piy özbaşına ayrı bir üzvdür, orqandır.
Eynilə beyin, böyrək, mədə, göz və dırnağımız kimi bədənimizdəki piyin də ehtiyacları, şəkli, ölçüsü, miqdarı, funksiyası – bir sözlə, mənliyi vardır.
Maraqlı bir fakt: insanın bədənindən liposaksiya ilə nə qədər piy çıxarsan da, 3–6 ay içərisində eyni miqdarda piy bədənin başqa hissəsində yenə də yığılır. Bədənin kənarından, yəni dəri altından çıxartdığın piyin yerinə yenisi çox vaxt qarın boşluğu içində, bağırsaqların arasında yığılır.
Bu mövzu haqqında böyük bir icmal məqaləsi 2015-ci ildə “Obesity surgery” jurnalında dərc edilmişdir. İstəyən bu məqaləni tapıb oxuya bilər., lakin o məqalənin məğzini bir az ədəbi şəkildə onsuz da yuxarıda yazdım – artıq, özünüz bilin.
Hansı nəticələrə gəldim?
İnsanın arıqlığı və ya köklüyü onun həyat tərzindən asılıdır.
İnsanın həyat tərzi – yediyi, gəzdiyi, yatdığı yuxu….onun hormonlarına təsir edir.
-İnsanın arıqlığı və ya köklüyü onun hormonlarının vəziyyətindən asılıdır.
-İnsanın bədənindəki piy özü hormonal bir orqandır.
-Arıqlamaq təkcə yaxşı görünmək üçün deyil, sağlam hormonal status üçün, sağlam olmaq üçün də lazımdır.
-Liposaksiya yeməyinə, gəzməyinə, həyat tərzinə diqqət edən, çox az artıq çəkisi olan insanlarda bədənə kiçik düzəlişlər vermək üçün istifadə edilə bilər.
Dr. Vasif İsmayıl
Artıq 20 illik həkimlik praktikamda dəfələrlə öz xarici cinsiyyət üzvünün uzunluğundan şikayət edən insanlar qarşılaşmışam. Bir həkim üçün kişinin cinsiyyət üzvlərini qiymətləndirmək asandır — penisi ölçmək üçün sadə xətkeş, xayaların ölçülməsi üçün Preder orxidometri deyilən taxta və ya plastik toplardan istifadə edilir. Yəni nə çoxlu qan təhlili lazımdır, nə ultrasəs, nə də maqnit-rezonans müayinəsi.
Elə başdan bir məsələni etiraf edirəm: həkimlər öz xarici cinsiyyət üzvünün ölçülərindən şikayət edən xəstələri sevmirlər. Doğrudur, bu iddianı ancaq müəyyən qrup həkim üçün gerçək qəbul etmək olar — bəzi həkimlər bu cür xəstələrlə işləməyi çox sevirlər.
Beynimdə mövzuya aid hər zaman fırlanan bir neçə sual mövcuddur:
1. Normal penis ölçüsü nə qədərdir?
2. Qısa və/və ya balaca penisdən şikayət edən insanların penisi həqiqətən də balaca və qısadırmı?
3. Penis ölçüsünün cinsi əlaqədə kişinin bacarığına dəxli varmı?
4. İnsanlar penis ölçülərinin kiçikliyindən niyə şikayət edirlər?
Bu günkü yazımızda bu suallardan bəzilərini cavablandırmağa çalışacayıq. Əlbəttə mövzu yuxarıda sadaladığım suallardan da əhatəlidir. Məhz buna görə bu mözuda bir deyil bir neçə yazı hazırlamağı düşünürəm — bu yazı ilkdir.
Kişi cinsiyyət orqanı necə ölçülür?
Ümumiyyətlə, cinsiyyət sistemi 2 yerə bölünür: xarici və daxili cinsiyyət orqanları.
Kişilərdə xarici cinsiyyət üzvlərinə penis və xayalıq daxildir. Bəli, məhz xayalıq. Xayalar dəridən ibarət olan “torbanın” içində olduğu üçün daxili cinsiyyət üzvü sayılırlar.
Daxili cinsiyyət üzvlərindən isə prostatı, toxum kisələrini, toxum axacağını, xaya və xaya artımlarını göstərmək olar. Xayalar daxili cinsiyyət üzvləri olsalar da, dəridən bir torbanın içində yerləşdiyi, kənardan baxanda ölçüləri haqqında az-çox fikir sahibi olmaq mümkün olduğu üçün əslində bir növ “xarici cinsiyyət üzvü” kimi qəbul edilə bilərlər.
Əlqərəz — kişilərdə ölçülən xarici cinsiyyət üzvləri ancaq 2 dənədir: penis və xayalar.
Xayaların ölçüsü əslində sonsuzluq mövzusuna aid olduğu üçün bu məsələyə bu gün toxunmayacayıq. Bunun yerinə penis ölçüsü haqqında bol-bol danışacayıq.
Penisdə ölçülən 2 parametr vardır: uzunluq və qalınlıq.
Penisin 3 halı mövcuddur: yumşaq, dartılmış və bərkimiş halları.
Penisin halları niyə vacibdir? Sadə vətəndaş ən çox yumşaq haldakı penis ölçüsünə baxır axı?!
Əslində elə deyildir. Bu məsələdən şikayət edən bəziləri penisin bərkimiş halındakı ölçülərindən də şikayət edə bilər. Eyni zamanda həkimlər umşaq penis haqqında fikir sahibi olmaq üçün penisi dartaraq müayinə edirlər. Çünki penis ətrafmühitin temperaturu, insanın ruh halından asılı olaraq müxtəlif şəkillərə düşür.
Necə yəni?
Penis həmişə eyni şəkildə olmur. Ətraf mühitdə temperatur aşağıdır, yəni soyuqdursa, penis xüsusi əzələlər tərəfindən bədənə daha yaxın, içəri çəkilir. İnanın, bu, penisi isitmək məqsədi daşımır. Penis insanın barmaqları, burnu kimi “uc orqan” sayılır. Yəni insanın bədənindən maksimal dərəcədə uzaqlaşmış. Həqiqətən də baş ümumilikdə yumrudur — sadəcə burun və qulaqlar bu kürədən kənara vız durur.Ətraf mühit soyuq olduğunda orqanizm öz istiliyini itirməmək üçün vız duran üzvlərini özünə doğru çəkməyə çalışır. Əlbəttə burnu “içəriyə çəkmək” mümkün deyildir. Elə ona görə də, şaxtalı havada burun, qulaqlar donma təhlükəsi ilə üz-üzə qalırlar. Lakin penis və xayalar bədənə doğru çəkilə bilər və təbabət indiyə qədər bu orqanların şaxtadan donduğuna şahid olmamışdır.
Şəkil 1: a. Sünnətli penisin ölçülməsi,
Şəkil 1: b. Sünnətsiz penis pülüyün ucu deyil, penis başına qədər ölçülür.
Şəkil 1: a. Sünnətli penisin ölçülməsi, b. Sünnətsiz penis pülüyün ucu deyil, penis başına qədər ölçülür.
Penisin uzunluğunu ölçmək üçün insana yumşaq ölçü zolağı və ya xətkeş lazımdır. Bunun üçün zolağın və ya xətkeşin “0” nöqtəsi penisin üstündə həmən kökündə sümüyə qədər basılaraq dirənir. Bu məqamda xətkeçin və ya zolağın dibinin sümüyə qədər basılması vacibdir. Daha sonra penisin ən uc nöqtəsindəki uzunluq dəyəri qeyd edilir. Bu sırada penis sünnətsizdirsə, pülüyün uc nöqtəsi deyil, məhz onun altında əl ilə hiss edilən penis başının ucu əsas alınır. Nə qədər də olsa, biz, pülüyü deyil, penisin özünü ölçürük, deyilmi?
Bu iş əvvəlcə penis tamamilə yumşaq halda ikən, daha sonra ucundan tutularaq dartılmış vəziyyətdə və nəhayət penis bərkimiş halda aparılmalıdır.
Penisin qalınlığını ölçmək üçün yumşaq və bərkimiş halda olmaq üzərə ayrı-ayrılıqda yumşaq ölçü zolağı ilə penis ən qalın yerində çevrələnərək “0” nöqtəsi ilə birləşən yer dəyər olaraq alınmalıdır.
Penisin uzunluğu və qalınlığı üçün normal dəyərlər hansılardır?
Ümumiyyətlə normal nə deməkdir? Yumşaq halda penis uzunluğunu 20 cm olaraq normal qəbul edə bilərikmi? Yoxsa 3 cm götürək?
Biz, penis uzunluğu və qalınlığı üçün normal ölçüləri necə müəyyənləşdiririk?
Çox asan. Başqa “normal”ları necə müəyyənləşdiririksə, penis üçün normativləri də elə tapırıq.
Bunun üçün mümkün olduğu qədər çox insanın penisini ölçürük. Minlərlə, onmillərlə, yüzminlərlə ölçüm aparmaq lazımdır.
Bu ölçümləri aparıblar. Həm də dünyanın hər bucağında.
Daha sonra bütün rəqəmləri sıraya düzürük. Ən aşağı dəyərdən ən yüksək dəyərə qədər rəqəmləri düzdükdən sonra bunları 100-lük şkalaya bölürük. Deyək ki, dünyada bütün insanlar arasında görülən ən qısa penis ölçüsü 3 cm-dir. Ən uzun penis isə 28 cm olaraq qəbul edək. Burada 3-dən 28-ə qədər 100-lük şkala qururuq. Bir növ faiz şkalası kimi. Məhz bu şkalaya persantil deyilir.
Şəkil 2: Penis uzunluğunun persantil əyrisi. Mənbə: Veale və yoldaşları. British Journal of Urology International, 2005.
Şəkil 2-də indiyə qədər ölçülən ən qısa penisin (0%) 4.5 cm, ən uzun penisin isə 21 cm uzunluğunda olduğunu görürük.
Normal penis uzunluğu nə qədərdir?
Əgər bir insanın penis uzunluğu persantil əyrisində 2.5%-dən daha qısadırsa, o penisi təbabət “Qısa penis”, yəni “Mikropenis” olaraq qəbul edir.
Persantil əyrisinə baxdığımız zaman Mikropenis deməyimiz üçün penisin yumşaq vəziyyətdə uzunluğunun 6 cm-dən, dartılmış və bərk halda isə 10 cm-dən daha qısa olması lazımdır. Bunlardan daha uzun penis təbabətdə normal olaraq qəbul edilir.
Eyni persantil əyrisi penisin qalınlığı üçün də mövcuddur.
Şəkil 3: Penis qalınlığının persantil əyrisi. Mənbə: Veale və yoldaşları. British Journal of Urology International, 2005.
Persantil əyrisindən gördüyümüz kimi penisin nazik olduğunu söyləmək üçün penis yumşaq halda 7.5 cm, bərk halda isə 9.5 cm-dən daha nazik olmalıdır.
Penis ölçülərindən şikayət edən insanların penis ölçüləri həqiqətdə necədir?
Yazının başında dediyim kimi, hər gün yüzlərlə insan öz penis ölçülərindən şikayət edərək həkimə müraciət edir. Minlərlə insanın şikayət etməsinə baxmayaraq, həkimə müraciət etmədiyinə də inanıram.
Tibbi ədəbiyyatda penis ölçülərindən şikayət edən kişilərin araşdırıldığı məqalələr mövcuddur. Bunların hamısı haqqında əlbəttə burada danışmayacağam. Sizə sadəcə çığıran başlığı olan bir məqalə haqqında söz açacam.
Tibb aləmində kifayət qədər hörmətli “International Journal of Impotence Research” jurnalında 2001-ci ildə italyan müəlliflərin “Penis uzatma əməliyyatına müraciət edən kişilərin əksəriyyətində penis uzunluğu normaldır” adlı məqaləsi çap edilib.
Müəlliflər son 2 ildə klinikanın andrologiya poliklinikasına “mənim penisim balacadır. Lütfən, bunu cərrahi əməliyyat ilə uzadın” deyə müraciət edən 67 kişini araşdırıblar.
Geniş sorğulama və ölçümlərdən sonra penisi normadan qısa olan bir nəfər belə aşkar edilməmişdir.
Bu xəstələrdən 85%-i normal penis uzunluğunun 10–17 cm arasında olması gərəkdiyinə inandığını bildirib. On beş faiz xəstə isə penisin normal uzunluğunun nə qədər olması haqqında heç təsəvvürə malik deyilmiş.
Müraciət edənlərdən 62.7%-I uşaqlıqda digər yoldaşların penislərinə baxdıqlarını və öz penislərinin bunlardan daha qısa olduğunu düşündüyü bildiriblər. Digər 37.3% insan isə erotik şəkillərdə gördükləri penislərə görə öz penislərinin daha qısa olduğunu düşündüklərini ifadə ediblər.
Bu insanların hamısı normal penis ölçülərini göstərən persantil əyriləri ilə tanış edilib. İnsanların əksəriyyəti normativlə tanış olduqdan sonra “toxdadıqlarını” bildiriblər.
Bu yazımızın da məqsədi məhz budur — insanlar normal penis uzunluğunun və qalınlığının nə qədər olduğunu bilməlidirlər.
Bu nomoqramlar, yəni persantil əyriləri ilə tanışlığın bir çox gəncimizin “ürəyinə su səpəcəyinə” inanıram.
Dr. Vasif İsmayıl
Şəklin mənbəyi bbc.com
Qızlıq pərdəsinin tibbi cəhətdən ciddi bir mənası olmasa də, yaşadığımız cəmiyyətdə buna nə qədər diqqət göstərildiyinə. şahid oluruq. Ailələr gəlinlərinin bakirə olmasını istəyir, müxtəlif yollarla bunun belə olub-olmadığını yoxlayırlar.
Evlilikdən əvvəl cinsi münasibət və bunun bir “göstəricisi” kimi bakirəlik problemi əvvəllər xalqların əksəriyyətində mövcud olsa da, hazırda əksər cəmiyyətlər artıq bu adətlərindən əl çəkiblər. Bizim yaşadığımız çoğrafiyada isə bakirəlik hələ də şərt olaraq irəli sürülməkdədir. Ən azından, çoxumuz buna şahidik.
Qəti şərtlər irəli sürən cəmiyyətlərdə, sözsüz ki, kənaraçıxmalar da olacaqdır. Dünyanın heç bir ölkəsində evlilikdən əvvəl cinsi münasibəti tamamilə ortadan qaldırmaq mümkün deyildir, yəqin ki.
Evlilikdən öncə belə bir təcrübə yaşamış xanımların bir qismi “bakirəliyin bərpası” əməliyyatına müraciət edirlər.
Tibbi cəhətdən müxtəlif texnikaları olsa da, “bakirəliyin bərpası” adı altında qızlıq pərdəsinin, mümkünsə, bərpası və ya ona bənzər bir şey yaradılması başa düşülür. Himenoplastika adlanan bu prosedur kifayət qədər sadə bir əməliyyatdır və yerli anesteziya altında bir neçə dəqiqə ərzində icrası mümkündür.
Özüm həkim olduğum üçün bütün bunları bilsəm də, yenə də mənə həmişə aşağıdakı suallar maraqlı idi:
Bakirəlik şərti hansı cəmiyyətlərdə mövcuddur?
Qızlıq pərdəsini bərpa etdirmək istəyən xanımlar kimlərdir? Necə insanlardır?
Sonra nə olur?
Hollandiyada himenoplastika aparılmış qadınlar haqqında araşdırma
Həkimlərin peşəkar axtarış platformlarında sorğu verdiyimiz zaman Yaxın, Orta Şərq ölkələrində belə müdaxilələrin aparıldığını anlamaq olar. Ancaq “himenoplastika edilmiş xanımlar kimdir” sualına dolğun cavab tapmaq yenə də alınmır. Çoğrafiyamızdakı həkimlər nə qədər elm adamı olsalar da, yenə də Şərq insanıdırlar – çox danışıb, boş danışa bilərlər.
Avropada dərc edilmiş statistiki məlumatlar öz dolğunluğu ilə fərqlənirlər. Sayları çox olmasa da, yaranan sualları cavablandırmaq iqtidarındadırlar.
Bu dəfə Hollandiyada aparılmış bir araşdırma haqqında danışmaq istəyirəm. Məqalə 2012-ci ildə dərc edilmişdir və ümumi olaraq Hollandiyada qızlıq pərdəsinin bərpası üçün müraciət etmiş 86 klinik hadisə incələnmişdir.
Müraciət edənlərin etnik kökləri
Müraciət edən 86 xanımdan ancaq 82-si əməliyyat edilmişdir.
Bunlardan 92%-i müsəlman, 6%-i xristian, 1-i hinduist, qalan 1-i isə qeyri-dindar olmuşdur.
Xristian xanımlardan 4-ü xristian, 1-i isə müsəlman ilə nişanlı imiş. Dindar olmayan yeganə xanım da müsəlman ilə nişanlanmış hollandiyalı qadın imiş.
Himenoplastika edilmiş xanımların 56%-inin mərakeşli, 27%-inin isə türkiyəli olduğu görülüb. Bundan sonra daha kiçik nisbətdə İraq, Əfqanıstan, Pakistan, Şimali Afrika ölkələri, Surinam və Şri Lanka gəlir.
Təhsil səviyyəsi
Himenoplastika üçün müraciət etmiş xanımların böyük əksəriyyəti (70%-dən çoxu) peşə təhsili aldığını bildirib. Orta təhsilli 18%, ali təhsilli isə 4% olaraq görülüb.
Psixososial və cinsi hekayə
Qadınların 1/3-ü (33%), ümumiyyətlə, gələcəkdə bakirəlik ilə əlaqədar heç düşünmədən, özləri istəyərək yaşadıqları cinsi əlaqə nəticəsində “bakirəliklərini itirdiklərini” bildiriblər.
Yenə 1/3 qadın isə onlara partnyorları tərəfindən “evlənəcəklərinə dair təlqin edildiyini”, bunun nəticəsində cinsi münasibətdə olduqlarını, amma daha sonra tərk edildiklərini bildiriblər.
Təqribən 1/3 qadın isə cinsi istismar, təcavüz nəticəsində himenoplastikaya ehtiyac doğulduğunu bildiriblər. Bu qadınlardan 10-u öz yaxınları tərəfindən müntəzəm təcavüzə məruz qaldıqlarını ifadə ediblər.
Bütün qadınlardan 37%-i hamilə qalmış, lakin abort ilə sonlandırmışlar.
Nə üçün himenoplastika etdirirlər?
Xanımların bir qismi (31%) həyat yoldaşı ilə ilk gecə əlaqə qurduğunda “qan gəlməsi” üçün əməliyyata gəldiyini ifadə edib. Buna baxmayaraq, 12% xanım qan gəlməsinin “əslində vacib olmadığını”, sadəcə vaginalarının bir az dar hiss edilməsini istədiklərini bildiriblər. Qalan xanımlardan 37%-i isə həm “qan gəlməsini”, həm də “dar olmasını” istədiklərini söyləyiblər.
Xanımlardan ancaq 4-ü bunu mərasim xətrinə etdirdiklərini bildiriblər.
Himenoplastika işə yarayırmı?
Əməliyyat sonrası bir neçə həftə sonra həkimlərin təkrar məsləhətləşmə çağırışına 30 qadın gəlmişdir.
Bunların hamısı əməliyyat nəticəsindən məmnun qaldıqlarını, bütün gözləntilərinin özünü doğrultduğunu bildiriblər.
Hətta 1 qadın mehriban münasibət gördüyü üçün daha sonra ərinə məsələni açıb dediyini də bildirib.
Nəticə
Bu yazıdan və gətirilmiş rəqəmlərdən nəticəni mənim deyil, sizin çıxarmağınızı daha uyğun gördüm.
Mənim artıq sualım qalmadı.
Dr. Vasif İsmayıl
Çoxunuz şəkər xəstəliyi haqqında eşitmisiniz. Bəzi insanlarda müəyyən vaxt sonra damarlarda dövran edən qanda şəkər səviyyəsi yüksəlir, insanların bir qismi bundan ötrü ciddi pəhriz tutmağa başlayırlar, bir hissəsi isə fəsadlardan şikayət edir. Görəsən, şəkər xəstəliyi nədir, qanda şəkər niyə yüksəlir?
İnsan da bir maşındır — onun yanacağa ehtiyacı var.
Diqqətlə ətrafını incələyən düşünən insanlar dünyada var olan hər şeyin ortaq fəlsəfəyə və məntiqə sahib olduğunu yəqin dəqqətə alırlar. İnsanlar da planetlərin Günəşin ətrafında olduğu kimi bar verən, enerji mənbəyi olan özlərindən daha böyük insanların (səma cismlərinin) ətrafında toplanırlar. Biz, bunlara lider, quru deyirik — müxtəlif adlar taxırıq. Bəziləri elə bu cür insanlara “Günəş” deyib (məsələn, XIV Lüdovik kimi). Ya da insanlar düzəltdikləri avtomobillərin istehsal etdiyi artıq istilikdən qurtarmaq üçün radiatoru kəşf etdilər, lakin bu radiator fikrini də insan bədənini örtən dəridən aldılar.
Avtomobil demişkən, insan bədəni də enerji istehsal edən və bu enerjini müxtəlif fəaliyyətlərə sərf edən mexanizm kimidir. Avtomobil məsafə gət etmək üçün sərf edir, insan isə həm məsafə qət edir, həm düşünür, həm də işləyir.
Avtomobilə hərəkət verən mühərrikdir. İnsanda da (lap elə bütün canlılarda da) hərəkət verən mühərrik ürək deyil, hüceyrələrin daxilində var olan mitoxindrilərdir. Əslində bədənimizdəki qanı bütün orqanizmə paylayan ürək mühərrik kimi düşünülsə də, daxili yanma mühərriki məhz mitoxondrilərdir.
Mitoxondrilər, ümumiyyətlə yanaraq enerji buraxan bütün maddələri yandıran mexanizmlərə əvvəlcə yanacaq lazımdır. Canlı hüceyrəsi bir çox yanacaqdan istifadə edə bilər. Bunlar yağ turşuları, aminturşular, fruktoz, spirt və qlükozdur.
Sənayedə yanacaq kimi kömür, dizel yanacağı, benzin, Uran-235 istifadə edilə bilər. Hamısınnın fərqli şəraitə ehtiyacı var, buraxdıqları enerji potensialı da fərqlidir. Canlı hüceyrəsi üçün ən rahat enerji mənbəyi Qlükozdur.
Qlükoz ən sadə karbohidrat olaraq tükətdiyimiz həmən hər qidanın tərkibində mövcuddur. Şəkər, bal, meyvə şəkəri ən sadə karbonhidratlardır.Düyü, çörək, kartof nisbətən daha mürəkkəb karbohidratlardır. Tərəvəzlər, xüsusilə də odun kimi sərtliyi olan tərəvəzlər ən mürəkkəb karbohidratlardır.
İnsan orqanizmi tükədilən bütün karbohidratları parçalayaraq axırda sadə şəkər şəklinə salır və öz mühərrikinə — hüceyrə daxilindəki mitoxondrilərə ötrürür.
Yəqin ki, maşın mühərrikində karbürator və ya püskürtmə sistemləri haqqında eşitmisiniz. Yanacaq mühərrikin daxili yanma kamerasına elə-belə tökülmür, ya karbürator, ya da püskürtmə sistemi tərəfindən oraya ötürülür. Canlı hüceyrə də bir yanacaq olaraq şəkər özbaşına hüceyrə daxilinə keçmir, xüsusi reseptorlar vasitəsi ilə daxilə ötürülür.
Canlılarda siqnal vacib şərtdir. Xəbər və ya icazə gəlməsə heç bir hüceyrə öz daxilinə bir qlükoz molekulu belə almaz. Bu cəhətdən canlıların hüceyrələrində əməlli ierarxiya olduğunu söyləyə bilərik. Hüceyrə ətraf mühitdən məlumatı öz antenləri, reseptorları ilə alır. Hər hüceyrənin üstü, yəni qılafı çoxlu insulin reseptoru ilə örtülüdür. Qandakı insulin hormonu bu reseptorlara birləşdikcə, hüceyrə öz daxilinə qlükoz molekulu alır. Hüceyrə qılafındakı 1 ədəd insulin reseptoruna 10 ədəd insulin molekulu bağlanarsa, hüceyrə də daxilə 10 ədəd qlükoz molekulu alacaq. Ətrafındakı 10 ədəd reseptora 7 ədəd insulin bağlanarsa, artıq 7 qlükoz molekulu alacaq.
Şəkər xəstəliyi.
Canlı hüceyrədə qlükoz alınmasına, yəni yanacaq təminatına 2 hal təsir göstərə bilər:
Qanda insulin çatışmadığı üçün reseptorlara kifayət qədər insulin bağlana bilmir, hüceyrə daxilinə daha az qlükoz daxil olur, nəticədə isə hüceyrə “ac” qalır. İnsan nə qədər karbohidrat qəbul etsə də, hüceyrələr daxilə qlükoza ala bilmədikləri üçün qanda şəkər gedərək yüksəlir, amma qlükoz bolluğü içində hüceyrələr yenə də qlükoz əksikliyi yaşayırlar.
Hüceyrə qılafında yerləşən insulin reseptorları xarab ola bilər. Bu zaman insulin istəsə də bu reseptorlara yapışa bilmir, nəticədə hüceyrə yenə də….kifayət qədər qlükoz qəbul etmir, qandakı şəkər boşu-boşuna dövran edir, artığı sidiklə atılır, lakin hüceyrə bolluq içində “ac” qalır.
Sağlam hüceyrədə 2 sağlam insulin reseptoruna 2 insulin bağlanması daxilə 2 insulin alınması ilə nəticələnir.
Qanda şəkər səviyyəsinin yüksəlməsi insan damarları üçün öldürücü təsirə malikdir. Bu zərərin yanına hüceyrələrin yaşadığı “Aclıq” stresini də əlavə etsək, ortaya əməlli acınacaqlı mənzərə çıxır.
Xəstə hüceyrədə 1 sağlam insulin reseptoruna ancaq 1 insulin bağlanması baş verdiyi üçün daxilə ancaq 1 qlükoz daxil edilir.
Hər 2 hal Şəkər xəstəliyi olaraq bilinir.
Qanda insulin hormonunun əksikliyi Tip I Şəkərli Diabet adlanır və nəticədə qanda “artıq” qlükoz molekulu qalır.
Qanda insulin hormonunun kifayət qədər olmasına baxmayaraq, insulin reseptorlarında xəsarət Tip II Şəkərli Diabet adlandırılır və nəticədə yenə də qanda “artıq” qlükoz molekulu qalır.
Bəli, lap bizə oxşayır. Bolluq içində “aclıq” və artıq dırnaq arasına alınmayacaq qədər aşkar səfalət yaşayırıq.
Halbuki, insulinimiz (neftimiz və sərvətimiz) kifayət qədərdir.
Deyəsən, xarab olmuşuq.
Dr. Vasif İsmayıl
Beyninə yerləşdirdiyin şeylərə çox diqqət et, çünki artıq heç vaxt onları dəyişdirə bilməyəcəksən. Thomas Cardinal Wolsey
“Yediyimiz pomidora əqrəb geni yerləşdiriblər. Biabırçılıqdır”.
Yəqin bu sözləri çox eşitmisiniz. Bir qrup insan genləri dəyişdirilmiş məhsullara qarşı etiraz edir. Bu gün (24 İyun, 2017) bir genetik ilə söhbət edirdim. Mənə qreypfrut şirəsi içmək istəmədiyini söylədi. Genləri dəyişdirildiyi üçün. Haqlıdır. Genləri dəyişdirilib. Haqsızdır, çünki bu gün genləri dəyişdirilməmiş heç bir məhsul yoxdur.
Siz, Barambat meşəsini tanıyırsınız mı? Mən, tanıyıram. Böyüdüyüm kənd Barambat meşəsinə baxır. Dağlıq Qarabağda Şəfəq kəndi deyə bir yer vardır. Tam qarşısında Barambat meşəsi (Gülüstan müqaviləsinin imzalandığı yer), kəndin dərəsində isə Zamanın bağı var. Hər ikisində də armud ağacları bitir. Zamanın bağında gözəl, dadlı və sulu armud çox yemişəm. Barambat meşəsində isə heç sulu armud görmədim. Halbuki, anamın da, atamın da ailəsinin yaylağı Barambat meşəsinin yanında yerləşirdi.
Barambat meşəsinin armudu niyə Zamanın bağındakı qədər dadlı deyildi?
Səbəbi çox sadədir. Barambat meşəsində armud vəhşi cinsdir. Zamanın bağında isə artıq insan tərəfindən qulluq edilən MƏDƏNİ armud yetişirdi.
Gen dəyişdirilməsi nə deməkdir?
Təbiətdə hər canlı növünün öz genetik kod dəstəsi mövcuddur. İnsanın müdaxiləsinə qədər ağaclar, otlar özləri üçün bitirdilər və öz toxumlarını yaymaq üçün müəyyən metodlardan istifadə edirdilər. Armud ağacı öz toxumunu yaymaq üçün şirin meyvə verirdi və onun içinə toxum yerləşdirirdi. Bu meyvəni yeyən heyvan, məsələn ayı, toxumları sindirə bilmirdi və təbiətdə yayaraq (nəcislə) yeni armud ağaclarının bitməsinə səbəb olurdu.
İnsanlar bu bitkiləri mədəni şəkildə yetişdirməyə başladılar. Onlar tədricən bitkilərin genetik quruluşuna müdaxilə etməyə başladılar. Nəticədə bu gün gördüyümüz mədəni armud çıxdı. Amma meşələrimizdə hələ də cır armud bitir.
Gen dəyişdirilməsinin 2 növü vardır:
Gen dəyişdirilməsi. İstənilən seleksiya metodu ilə genlərin dəyişdirilməsi. Bu gün insanın danışmaq qabiliyyətinin 200 min ilə yaxın tarixi vardır. İnsanın bitkilərinin genini dəyişdirməsinin də ən az 50 min il tarixi vardır. Məsələn, insanın genlərini seleksiya metodu ilə dəyişdirdiyi ilk bitkilərdən biri taxıldır. Çörək yəni. Genlərini dəyişdirə bilməsəydik, vəhşi taxılı bu dəqiqə yeyə bilməzdik. Çörək, bildiyimiz qədəri ilə əsas qida maddəmiz, tamamilə genetik müdaxilə, yəni seleksiya, seçki nəticəsidir.
Yaxşı, taxılı boş verək. Bu gün ərik yeyirsiniz. Bildiyiniz ərik dünyada mövcud deyildir. Yəni vəhşi formada mövcud deyildir. Ərik bir bitki kimi tamamilə seleksiya məhsuludur. Vəhşi təbiət ərik deyə bir şey bilmir, ancaq gavalı bitkisini bilir. Ərik də genləri dəyişdirilmiş gavalıdır.
Genləri dəyişdirilmiş və vəhşi taxıl.
2. Gen mühəndisliyi. Bəzi bitkilər artıq seleksiya ilə deyil, xüsusi metodlar ilə genləri dəyişdirilərək yetişdirilə bilər. Bunun üçün ən çox rekombinasiya texnikası istifadə edilir. Bitkidə normal halda olmayan genlər xüsusi rekombinasiya texnikaları ilə bitkinin genetik koduna yeridilir və ona əvvəl mövcud olmayan xüsusiyyətlər qazandırılır.
Yəni, bildiyiniz pomidora əvvəllər onda olmayan genlər yeridilir. İndiyə qədər pomidor sadəcə seleksiya metodu ilə yetişdirilmiş bitki idi. İndi isə ona əvvəllər olmayan, təbii yolla əldə edilməsi mümkün olmayan genlər yeridilib – insanlar da bu yeni yeriidilən gendən yaman qorxurlar.
Haqlıdırlar.
Bilinməyən hər şeydən qorxmaq olar.
Genləri dəyişdirilmiş məhsullardan qorxmayaq!
İnsan necə qidalanır?
Çox sadə.
Yediniyiniz hər şey öz ƏSAS hissələrinə parçalanır.
Karbonhidratlar ən əsas halqasına — Qlükoza və Fruktozaya parçalanırlar.
Zülallar həmişə ən əsas halqalarına — aminturşulara parçalanır.
Yağlar da həmişə öz əsas halqalarlarına — yağ turşularına parçalanır.
Siz, nə qədər genləri dəyişdirilmiş qida qəbul etsəniz belə, onsuz o, sizin mədə və bağırsaq sistemində öz əsas hissələrinə parçalanaracaq.
Yediyiniz pomidorun içinə əqrəb geni əlavə edilsə də, o, axırda öz əsas aminturşularına parçalancaq. Əqrəb genindən heç nə qalmayacaq.
Yediyiniz hər şey, xiyar, siçovul, əqrəb, milçək onsuz da axırda öz sadə hissələrinə parçalanacaq.
Nəticə.
Bu mövzu haqqında daha geniş yazı gözləyirdiniz, deyil mi?
Haqlısınız.
Amma tamaşa yeni başlayır. Bu məsələ haqqında daha yenə yazacam.
Genləri dəyişdirilmiş məhsullardan qorxmayın. Zira siz, artıq 50 min ildir genləri dəyişdirilmiş məhsullarla qidalanırsınız.Genlərinin hansı metodla dəyişdirildiyinin fərqi yoxdur.
Bu Ben-dir. Onun immun sistemində problem olduğu üçün peyvənd vurula bilmir. Amma ətrafındakı məsuliyyətli insanlar peyvəndlərini vurdurduqları üçün Ben ağır xəstəliklərdən qorunmuşdur.
Azərbaycan uzun müddət “dəmir pərdə” arxasında yerləşdiyi üçün insanlarımızın dünyada gedən proseslərdən xəbəri az olurdu. SSRİ öz xalqını xarici təsirlərdən – istər yaxşı olsun, istərsə də pis – qoruyurdu. Azərbaycan müstəqillik qazanandan sonra dünyadakı məlumatlar daha əlçatan oldu. Ağıllı insanlar dünyadakı ağıllı şeylərə diqqət etməyə başladılar. Amma axmaqlığın da azadlıq haqqı vardır – axmaq insanlar dünyada sərbəst dolaşımda olan axmaq fikirləri öyrənməyə və onları yaymağa başladılar.
Peyvəndlər zərərlidir mi?
Peyvəndlər lazımdır mı?
Yoxsa peyvəndlər beynəlxalq “dərman mafiyasının” uydurmasıdır?
Heç uzağa getməyəcəyəm. Uzun da yazmayacağam.
Peyvəndlərlə önlənə bilən xəstəliklərin statistikasının tarixi müqayisəsi haqqında məqalə paylaşacağam.
Roush və yoldaşlarının JAMA-da dərc edilmiş peyvəndlərin istifadəsinin tarixi haqqında məqaləsinin icmalı.
Peyvəndlərin istifadəsindən əvvəlki dövrlərdə peyvəndlərin önləyə bildiyi xəstəliklərin statistikası sizə maraqlıdır mı?
Görəsən peyvəndlərin ucdantutma istifadəsi bu xəstəliklərin qarşısını nə qədər ala bilib?
Yaxın oturun!
Peyvəndlərin istifadəsinin xəstəliklərin görüllə sıxlığı və fəsadları üzərində təsirini göstərən cədvəl.
Difteriya: Rutin peyvənd praktikası 1928–1943-cü illər arasında aparılmışdır. Peyvənd kampaniyasının təsirinin başlanmasından əvvəl ABŞ-da ortalama olaraq ildə 21 000 insan difteriya ilə xəstələnir, bunlardan 1 822-si vəfat edirmiş. Peyvənd kampaniyasının sayəsində artıq ABŞ-da difteriya halları və dolayısıyla difteriyaya bağlı ölüm heç görülmür.
Qızılca: Rutin peyvənd kampaniyası 1963, 1965 və 1968-ci illərdə aparılmışdır. Bundan əvvəl ortalama olaraq illik yarım milyon insan qızılca xəstəliyinə tutulur, bunlardan 440-ı vəfat edirmiş. İndilərdə isə ABŞ-da ortalama olaraq ildə 55 hadisə qeydə alınmasına baxmayaraq, bu xəstəlikdən ölüm halları heç görülməmişdir.
Poliomiyelit: Rutin peyvənd proqramı 1955-ci ildən başlamışdır. Kampaniyadan əvvəl ABŞ-da həm kəskin, həm də paralitik poliomiyelit sayı ortalama olaraq ildə 36 000 hadisə olmuşdur. Bunlardan 3 000 nəfərə yaxın insan itirilmişdir. Peyvənd kampaniyası sonrasında isə poliomiyelit tamamilə ortadan qaldırılmışdır.
Peyvəndlərin zərəri vardır mı?
Qısa deyəcəm – vardır.
İnsan həyatında suyun da zərəri vardır.
Görəsən peyvəndlər faydadan əlavə daha çox ziyan vermir ki?
Poliomiyelit peyvəndinin ağırlaşmalarının statistikası haqqında məqalə.
Poliomiyelit peyvəndinı bağlı fəsadların statistikası.
Statistikanın nəticəsi açıq-aşkardır:
1961–1972-ci illər arasında ABŞ-da hər 4 milyon beş yüz əlli min poliomiyelit peyvəndindən ancaq 1-i fəsad vermişdir.
Bundan əvvəl isə ortalam olaraq ildə 3 000 insan poliomiyelit xəstəliyi ucbatından itirilirdi.
Nəticəni özünüz çıxarın.
Peyvəndlərin faydaları zərərlərindən dəfələrlə çoxdur.
Dr. Vasif İsmayıl
Şəklin mənbəyi wikipedia
Uzun zamandır dünyada gərdək gecəsi alınmayan cinsi əlaqə statistikası haqqında məlumat toplayıram. Doğrusu, yaman məyus oldum – elmi platformlarda axtardığım sualları cavablandıracaq bircə dənə də məqalə tapa bilmədim. Məsələlərə elmi yanaşan cəmiyyətlərdə evliliyə qədər cinsi əlaqə praktikası yayğın olduğu üçün onlar məsələyə bizim kimi yanaşmırlar. Evliliyə qədər bakirəlik məsələlələrinə ciddi fikir verən cəmiyyətlərin alimləri isə yazmağı sevmirlər. Özüm bu halların öyrənilməsi ilə məşğul olsam da, elmi metodlarla incələnmiş bir fakt belə yaza bilməyəcəm.
Üzgünəm.
Amma qadınların cinsi əlaqədən məmnuniyyət dərəcəsi haqqında çoxlu məqaləyə rastladım. Bizim cəmiyyətdə cinsi münasibətdə kişinin rolu qabardılsa da, qadınlarımızın bu məsələdə xüsusilə “əziyyət” çəkdiyini söyləmək olar.
Məsələn, gərdək gecəsi cinsi münasibətin alınmadığı cütlüklərdən qarşılaşdığım halların əksəriyyətində günahkar olaraq kimi göstərirdilər? Bəli, qızları.
Kimə soruşsan, hamı bir ağızdan “əl dəyməmiş”, “ailə qız”ları ilə evlənmək istəyir, amma heç kəs bu zavallı qız “əl dəyməmiş”dirsə, cinsi münasibət təcrübəsini haradan toplasın, elə ilk gecədən “ana quzusu” oğlanı necə məmnun etsin deyə özünə sual vermir. Həm qızları cinsi münasibət məsələsində arxa sıralara yerləşdir, həm də sonra “oğlana imkan vermədi” deyə günahlandır.
“Ne güzel İstanbul, beee!”
Ümumiyyətlə, bir məsələ mənə gün kimi aydındır:
-Cəmiyyət öz qoyduğu qaydalara uyan sadəlövhləri mütləq cəzalandırır və alçaldır.
-Cəmiyyət öz qoyduğu qaydaları saymayan kimsələri isə sevgi və məhəbbət hissi ilə qarşılayır.
Bir növ, “Stokholm sindromu”dur, yəni.
Yaxşı, qadınları ən çox məmnun edən cinsi münasibət davranışları hansılardır?
Cn. Hurlbert və yoldaşlarının ABŞ-da apardığı araşdırma bu suala özünəməxsus şəkildə cavab verir. Bunun üçün 161 nəfər evli qadına sorğu göndərilmiş, onlarda son 21 gün üçün cinsi münasibət gündəliyi tutmaları xahiş edilmişdir. Ortaya mənim üçün maraqlı rəqəmlər çıxır.
Ailəli qadınlar hansı növ cinsi münasibətdə olur və bundan nə qədər həzz alırlar?
Kunnilinqus. Qadın xarici cinsi orqanlarının tərəf müqabilinin dili ilə ehtirasa gətirilməsi. Bu qadınların son 21 gündə yaşadığı bütün cinsi münasibətlərin 92-sində kunnilinqus aktı yaşanmışdır. Qadınların 82.6%-i bunu Çox Ləzzətli deyə qiymətləndirmişdir. Heç bir qadın kunnilinqusdan ləzzət almadığını bildirməmişdir.
Koitus – adi cinsi əlaqə. Elmi adı ilə vaginal penetrasiya. Qadınların hamısı normal cinsi əlaqə yaşadığını bildirmişlər. Bunlardan 68.4%-i koitusu Çox Ləzzətli, 19.4%-i isə Ləzzətli olduğunu söyləsə də, 2% halda heç məmnun qalmadığını da cavab vermişlər.
Özü-özünə aparılan masturbasiya. Qadınların 70%-i sadəcə masturbasiya etdiyini bildirsə də, 28.6%-i masturbasiya sırasında tərəf müqabilinin ona kömək etdiyini söyləmişdir. Bu növ münasibətdən qadınların əksəriyyəti məmnun qaldığını bildirmişdir.
Tərəf müqabili tərəfindən aparlan masturbasiya halların 1/3-də görülmüş və qadınlar bunu əksər hallarda Məmnuniyyət verici olaraq qiymətləndiriblər.
Fellasio – kişi cinsi orqanına qadının ağzı ilə masturbasiya etməsi. Qadınlar çoxu bunu partnyorlarına etdiyi etiraf ediblər. Amma qadınların yarısı az-çox ləzzət aldığını, ancaq 1/5-i bundan məmnun qaldığını bildirib.
Anal əlaqə düşünüldüyünün əksinə yayğın deyilmiş. Bir də qadınların yarısından çoxu oral əlaqə zamanı kişinin onun ağzına boşalmasını məmnuniyyət verməyən hal kimi bildiriblər.
Məqalədə cütlüklərin cinsi həyatına dair çoxlu məlumat olsa da, indilik bir cədvələ sığışan bu faktların kifayət olacağını düşünürəm.
Dr. Vasif İsmayıl