Stories by ƏFİ on Medium
GİRİŞ
Yunanların adları sanları hər kəsə məlumdur. De gəl ki, eləsi var adamın vaxtını alar, eləsi var avazından bezmərsən.
VƏZİYYƏT YAMANDIR
Əvvəla yunanları başa düşmək üçün onların mühitini başa düşməliyik. Vəziyyət belədir ki, bu gur saçlı qaqaşlar Homer şarlatanın yaratdığı tüstüyə düşürücü tanrılara inanmağa məcbur qalmışdılar. Qısaca Antromorfizimdən əziyyət çəkirdilər.
Bu yunan tanrıları belə pis çıxmasın səndən məndən çoxda fərqli deyildilər. Zeus arada əsəbləşir deyə camaatın başına fəlakət gəlir,başını tərpədən də Olimpus dağı yellənirdi. Maşallah Homer yan-yörədə baş verən bütün təbiət hadisələri bizə uyğun elə qəşəng düzüb qoşurdu ki, adamın lap ürəyi açılırdı.
Əvvəl axır biri bu tanrılara ağzını büzməliydi. Qarşı çıxışlardan ən gözə çarpanı Anaksimandrosun təbiətin özündə haqqı axtarmağı idi məsələn.
Amma bizim Ksenofan-ı seçməyimizdəki səbəb dərdinin ortaya yeni fikir atmaqdan çox ortadakı fikri təndiqlə dəlik-deşik eləməsi idi. Çox tənqidçi onun tanrı hipotezi dalıyca düşsədə, bizə görə əsas fokuslanmalı nöqtə antromorfizimin göbəyidir.
BİZİM ADAM NEYLƏYİR? ONDAN XƏBƏR VER
Belə şəraitdə getdikcə bizim gur saçlı adamımız bu tanrıların dediylərində bir şeyin fərqinə vardı.
Bu tanrılar niyə bizə bu qədər oxşayırlar ki?
Ksenofan-ın hay-harayı camaatın tanrıları özünə oxşadaraq öz içlərində rahat tapmaqları idi. Şeirlərində sırf başqa irqlərdən misallar gətirərək, bu qədər tanrı külliyatının səbəbinin insanların müxtəlif coğrafiyalara, görünüşlərə, əsasda istəklərə sahib olmasında qaynaqlandığını düşünür. Öz ağzından eşitməsəz o effekti verməz deyə sizi fikirləşib copy paste elədik
“Əgər öküzlərin, atların və aslanların əlləri olsaydı və əlləri ilə insanları kimi sənət əsərləri yaratsaydılar, atlar tanrılarını atlara, öküzlər özüklərə oxuşayan kimi çəkərdilər”( Ksephones Fraqmanlar B15)
“Efiyopyalıların tanrılarının qarabuğdayı, basıq burunlu, Trakyalıların tanrılarının isə mavi gözlü və sarışın olduğunu deyirlər.”(Ksephones Fraqmanlar B16)”
Əli qələm tutan Platon və Aristoteldən qabaq yaşıyan Ksenofan, tanrı fikri haqqında ilk qol-qanad açanlardandır. Bunu bilən Karl Popper o qədər gözəl-göyçək yunanlı arasından Ksenofan-ı “tarixin gerçək atası” adlandırmışdı. Məhz bizim şair yunanları özlərinə sitaiş eləməkdən yayındırmışdı.
ƏTİNİ YEYƏRİK, SÜMÜYÜNÜ ATMARIQ
Ksenofan hərənin başqacür qavradığı bir filosof olsada sizi əli boş göndərmək olmaz. Bizə görə Ksenofan tanrının nəyə oxşadığını bilməsədə, nəyə oxşamadığını yüzfaiz bilirdi. Halal olsun ona, çünki düz tapmışdı.
Şairin anlamadığı isə insandır. Axı insan hər şeyi özünə oxşadığına görə dəyərə mindirir. Məsələn pişikləri öldürməyi ağlımızın ucundan belə keçirə bilmərik amma bapbalaca milçəyi 2 dəfə vızıldadığlna görə xırt-xəşil eliyərik. Nədənsə bizim üçün çoxda dəyərli deyillər. Niyə görəsən? korsuz yuxarıda dedim də niyə.
Ağlına batmıyan şey antromorfik olmuyan tanrının varlığıdır. Özü də bunu açıqlayarkən gücə düşdüyünü əlyazmalarından görmək olar. Hə dirənir ki, insandan uzaqlaşsın amma qaçan yeri yoxdur. Kaş fərqinə varardı ki, antromorfik xüsusiyyətləri tanrıdan çıxardıqda, yerdə heçnə qalmır. Ona oxşamayan tanrı nəyinə gərəkdir.
SONLUQ
İllər sonra Feyerbax “Xristiyanlığın Özəyi(1841)” kitabında eyni biz deyəni səhifələrcə açıqladı. Ksenofan-ım yarıda qoyduğu tanrı fikri Feyerbaxla hamımıza agah oldu. Tanrısız insan üçün artıq şüar dəyişmişdi: Özünlə maraqlan ey insan, sən hələ bu dünyaya lazımsan!
MƏNBƏ
Ksenophanes.Fragmanlar.Çeviren: G. Gurur Sev, İstanbul: Pinhan Yayınları, 2019
GİRİŞ
Digər canlılara necə qayda-qanunlu, aralarında heç problem çıxmayan varlıqlar kimi həsrət aparmaq bizim köhnə adətimizdir. Səhvimiz də elə özümüzü onlara oxşatmağımızdadır. Amma 18-ci əsrin dahisi insanın da özünə məxsus təbiəti olduğunu dərk etdi.
İNSAN TƏBİƏTİ
Hume-un dövründə fəlsəfə Moral fəlsəfə adlanırdı. Yəni insanı insan edən xüsusiyyətlərini, onun hansı təbiətə malik olduğunu tapıb ona uyğun yaşamağa çalışırdılar. Hume-da fəlsəfəsini insandan başladır. İnsanın təməl təbiətini tapandan sonra siyasətə qədər uzanan mədəniyyəti sağlam təməllər üstünə qurmağa çalışır.
Onu bir çox filosofdan fərqləndirən insana ehtiyacları olan və fayda güdən varlıq kimi baxmağı idi. Lap əzəl gündən insanı hərəkət eləməyə vadar edən arzularının tətmini, yəni öz faydası idi. Romantiklər kimi ağız büzməyin, belə də olmalı idi. İnsan riyaziyyatı da,fizikanı da həqiqət olduğu üçün yox, ona faydalı, arzularını ödəyə bildiyi üçün kəşf etmişdi. Ürəyi getmirdi ki, rəqəmlərlə başını ağrıtsın.
Və davamında faydanın digər növü olan ehtiyaclar insanı eqoistlikdən uzaqlaşdırdı. İnsan digər canlılara baxanda daha kompleks ehtiyaclara sahib, amma onları ödəyəcək bütün bacarıqlara malik deyildi. Deməli insan sırf öz faydası, istəkləri üçün ondan bacarıqlı insanlarla əlaqədə olsa lap əntiqə olar.
Hume bir başqa insan təbiəti fikri də insana heyvanlar kimi doğruların və yanlışların verilməməsidir. Məsələn pişiklər xəstələndikdə çox vaxt hansı otu yeməli olduğlarını bilirlər. Buna görə insan göydəndüşmə resept, axtarmamalıdı. Nəyin ona faydalı olduğunu məhz özü bilməlidi.
Hume-un sistemindəki insan nə qədər istəklərlə dolub-daşsada, istəklərini təbiətin reallığına uyğun ölçür. Təməl ehtiyacları saymasaq digər canlılar başqa istəkləri təbiətlə tərs düşdükdə, çox vaxt ayaq uydura bilməyib ölürlər. Nə yaxşı ki, insan bunun fərqindədir. Sükanı bərk saxlayır.
Gördüz ki, insan təbiəti heçdə mistik təməlli yanaşma deyilmiş. Hume, bizə çalışdıqca təmiz izah etməyə çalışırdı ki, əgər mədəniyyət quracayıqsa, insanın bu təbiətinə uyğun quraq ha. tullanmamış hop deməyək.
AĞIL HARA İNSAN HARA
Lap əzəldən yunanlar insan davranışlarında ağıl və arzuları bir-birindən ayırdılar. Sən demə arzular heyvani xüsusiyyət imiş. Sonralar Fransız aydınlanma filosofları da bunu əxlaqa urcaq elədilər. Əllərində bayraq eləmişdilər: “İnsan ağılla hərəkət eləməlidir.” Hume hər ikisi istəyə dirənən ağıl və arzuları ayıranlara insan azadlığını heçə sayanlar kimi baxırdı.
Hume-a görə insanlar həmişə hisslərindən ibarətdirlər. Marketə girən hər insan istəkləri ilə hərəkət etməsin neyləsin bəs? Sizin ağıl dediyiniz uzaq başı anlıq istəyin uzunmüddətli istəyə qurban verilməsidir. Siqaret çəkən adamlar siqaretin ömürdən illər qopardığının fərqində ola-ola yenədə siqaret çəkirlər. Çünki 10 il daha çox yaşamaqdansa 5 dəqiqə siqaretdən ləzzət almaq onlara daha faydalıdı.Hansı istəyi seçməli olduğunu insanların yerinə necə qərar verirsiz axı?
İnsan istəsə belə rasional ola bilməz. Əxlaqı hamı üçün eyni olan ağılla təməlləndirmək boşunadır. Ağıl istəklərdən ancaq boyun əyər. Çünki aldığı həzzi/faydanı heç nəyə dəyişə bilməz. Yalan danışsa azadlığa çıxa biləcək məhbus niyə elədiylərini qəbullanıb illərlə həbsxanada çürüsün? Kim belə şey edər ki?
Hume- da illər boyu boğazını cırdı ki, insan belə davransa nə problem var idi ki, amma biraz realist olun insan belə deyil. Belə olmağını gözləməkdə olmaz. Hume bunu anlayacaq qədər cana yaxın filosof idi. Sağolsun ki, bu cümləni qurdu.
“Ağıl hisslərin köləsidir və elədə olmalıdır”
( David Hume. A Treatise Of Human Nature.1739–40)
Bu cümləni nə, Ayn Rand nə də, Rothbard işlətdi. Ağıl, ağıl və ağıl dillərindən düşmürdü heç birinin. Hamsı Hume-a düşmən kəsildi. Çünki o, əxlaqın həzzdən yarandığını qəbul edəcək qədər kişi adam idi. Təməlində həzz olmayan, kaprislərdən uzaq objektiv əxlaqla ancaq uşaq başı aldadarsız. Insanlar keflərinə görə hərəkət edərlər.
OLAN YOXSA OLMALI?
Yağlı yerdə ayaq saxladıq. Romantiklərin cəh-cəh verdiyi ədalət fikri. Sağolsun Hume hay-həşirə düşən adamlardan deyil. O, hər insan əməlinin faydalı oluğuna görə edildiyi düşüncəsi ilə: “ədalətin nə xeyiri var ki, camaat bu qədər buna meyil salır?”-deyərək ədaləti yaradan faydaya fokuslanır.
Təbiətin bizə bütün nemətləri geninə-boluna verdiyini düşünək. Elə ki, bir şeydən yararlanmaq üçün ancaq əlimizi uzadırıq. Belə vəziyyətdə heç kimin ağlına ədalət fikri gəlmiyəcəkdi belə. Fikir verirsizsə heç kim hava,su barədə ədalətə ehtiyac duymur. Hamıda eyni almadan olan yerdə hansı qoyun: “bu alma mənimdi ha”-deyər ki? Eyni sual mülkiyyətə də aiddir. Deməli ədalət zəiflərin əldə eliyəcək bacarıqları olmadığı şeyləri ummasından başqa bir şey deyil.
Madam ki, insan belədir onda “əxlaqi doğru” “olmalı əxlaq” fikirləri boşunadır ki. Yalnız olan əxlaq vardır. Nəyin özünə faydalı olacağını seçənin əxlaqı vardır. Fikirlərini həmişə emprik üsulla ortaya qoyan Hume-u anlamaq üçün bir misal çəkək gərək.
Əlində özünə güclə çatacaq qədər su olan birinin həmin suyu ətrafındakı insanlarla bölüşməsinə nə səbəb vardır? Hansı rasional ağıl mənə xeyiri dəyməyə-dəyməyə bunu yeridə bilər?
Adam bar-bar bağırır ki, “cisimlər ağırlıq qüvvəsinə görə yerə düşməlidir” ilə “başqalarına su verilməlidir” eyni yuvanın quşu deyil axı. Sözünü ora gətirib çıxardır ki, istedadlarına görə fərqlənən insanların fərqləri olmalıdı ya yox? Gəl bir olmasın. Bütün insanların eyni yaşamağı uğuruna bacarıqlı, öz əməyi ilə yüksələn adamların azadlığı niyə əllərindən alınmalıdı ki? Sülh maskası altında diktatorluğuna aparan bu fikir nədənsə başına çox marksist qarışqa yığır. Çünki insanların çoxu öz bacarıqlarıyla var ola bilməyəcək qədər acizdir.
Bəs niyə insanlar əxlaqlı davranırlar? ortada bir qayda-qanun yoxdusa niyə bəs? Bu sualları verməsəydiz Hume-un əsas demək istədiyindən bi xəbər qalacaqdız. Çünki onun qarın ağrısı elə arqumentdən sonra başlayır. Hume cümləsinin nöqtəsini ədalətin əldəqayırma olduğunu deyəndə qoyur. Ədalət içiboş anlayışdı deyə, ona güvənib insanlara qayda-qanun qoymağın bir xeyiri yoxdur. Onsuz da, öz istəkləri üstün gələcək. Onun dilindən biraz uzun olar deyə salamatı biz sizin üçün demək istədiyini qısaldaq.
Əxlaqlı olmalı deyiləm. Amma əxlaqlı davranıramsa bunun tək səbəbi bundan ləzzət almağımdır. Sən qayda qoydun deyə mən heç vaxt əxlaqlı olmaram.
İnsan davranışlarının təməli bax budur. Amma bəzi filosoflar məsələyə tərsinə baxır. Bu adamların xasiyyətinə uyğun sistem qurmaqdansa, Belə ideal sistem üçün insanları necə yola gətirək?-deyə cəmiyyəti xəmir kimi yoğururlar. Hume kişi kimi qəbul edir ki, ədalətli, empatiya hissindən yoxsul insanları yola gətirmək mümkün deyil. Bunlar ideal insan təsəvvürüdür. Çünki belə adamlar üçün əxlaq elə “olmalı” kimi qalacaq.
BƏS KİM KİMİN QARA QAŞINA, QARA GÖZÜNƏ AŞİQ OLUB?
Vaxtıykən Russo da Hume-a buna oxşar sual vermişdi: “ İnsanlara faydaçı deyirsən yaxşı. Bəs yanan evdəki uşaqı xilas etmək üçün heç düşünmədən qaçan insanların bundan nə faydası var?”. Hume-un cavabı çox qısa idi. “Empatiya”
İnsan daş deyil ki, ətrafındakılarla mənəvi faydasına görə də əlaqə qurur. Əsasda canlılara mənəvi bağlılığı olur. Amma burda bir əmma var. Məsələn pişik və milçəyə olan bağlılığımız arasında dağlar qədər fərq var. “Milçəkdi də, ölsün də, gözüm aydın” deyirik. Çünki pişikləri daha çox özümüzə oxşadırıq. Oxşarlıq deyəndə gərək sırf fiziki oxşarlığa köklənməyəsiz. Pişiklər əl-ayağlarına görə deyil, bizim şirinlik anlayışımıza uyğun varlıqlardılar deyə, onları zülüm çəkərkən görmək istəmirik. Bu əzab verir, canımızı sıxır. bu əzabı empatiya qura bilmədiyimiz varlıqlar üçün heç vaxt hiss edə bilmərik.
İndi eyni şeyi insanlara tətbiq edin. Görəcəysiniz ki, insanlar arasında mənəvi oxşarlıq bəzən pişiklər qədər çox, və ya tamam əksinə milçək qədər azdı. “Bəs Russonun misalındakı adam özü əzab çəkməsin deyə uşağı xilas etdi? Belə vəziyyətdə insan necə özünü düşünə bilər axı?”
Çünki həmin uşaq binada yanıb kül olsa idi, adam mənəvi ağrıdan gəbərəcəkdi. Uşağın qışqırıqları adama zülüm verəcəkdi. Uşağın yerinə milçək ya da, ürəyimiz gedən pişiyin olduğunu düşünün lap. Yenə eyni hadisələr baş verərdi? “Hər canlı dəyərlidir. Təbiəti qoruyaq!” deyənlər görəsən milçəyi seçərdi? Yox. Niyə görəsən? Bunun tək səbəbi empatiyadır. Valideynlər xəstə uşaqlarına bir an belə baxmasalar, onların əzab çəkməsinə onlardan daha pis olarlar.
Belə çıxır ki, nə gözümüzə yaxşı görünmür bizi boğaza yığanda hətta onu öldürə də bilərik? Niyə eləmiyəsən bəs? Bəzi ağacların sağ qalması üçün niyə insanlar taxtadan şkaf düzəltməsinlər məsələn? Bəzi inəklərin ətini yeyib ləzzət almaq qala-qala niyə onların otlamaqlarına baxmalıyıq ki? (M.Rothbard 1982) demiş
“Hə nolsun ki, ağaclar önəmlidi yoxsa insanlar?”
Özünüzü içi boş doqmalara inandırıb hərəkət edəndə insan yox, insanlıqdan uzaq olursuz.
QOLUMUN GÜCÜNƏ NƏ GƏLİB Kİ?
Bu gün ticarət bizə çox məntiqli gəlsədə şiddətlə istədiklərini alan adamlar niyə buna ehtiyac duydular ki? O insan ki, əzəldən ideal arzusu az əziyyət çəkib çox xeyir qazanmaq olub. Belə mühim mövzuya vaxtıykən Gustave de Molinari qollarını çırmalayıb əl atmışdı.
İstəkləri püxtəşdikcə insan artıq öz bacarıqlarıyla onları ödəyə bilməyəcəyinin fərqinə varır. Amma başını qaldırıb ətrafındakı adamlara baxanda lap ürəyi açılır. Görür ki, yan-yörəsi onda olmuyan bacarıqları olan amma onun bacardığını bilməyən adamlarla doludu. Görəsən nə düşünür? Şiddət yoxsa ticarət
Ehtiyacları bir əlin barmağını keçməyən qəbilə adamları təbii ki, baş əzərək qabağa düşdülər. Onları qınayacaq heç bir səbəbimiz yoxdur. Əzab-əziyyətlə heyvan ovlamaqdansa, daha az vaxta elə başqasının ovunu niyə əlindən almasınlar? Fiziki üstünlüyün at oynatdığı vaxtlar insan istehsaldan uzaqda yaşayırdı.
Zaman öz sözünü dedikcə başəzənlər artıq taxılla, mal-qarayla doymurdular. İstəkləri çoxalmışdı. Artıq mənəvi şeylərdən ləzzət almaq istəyirdilər. Elə onda qəflət yuxusundan ayıldılar ki, bacarıqlı adamlar canları ilə təhdid ediləndə inkişaf etməzlər. Əlindən alınacağını bilən yerdə, hansı avam təzə nə isə istehsal eliyər ki? Fiziki gücün üstünlüyü digər bütün üstünlükləri(sənət,elm,ədəbiyyat) zibil eliyir. Və başəzənlər artıq bunlara it kimi möhtacdırlar.
Biraz başımızı işlədəndə görürük ki, insanlar heçdə “təbii haqqlar” kimi uyduruq fikirlə mədəniyyət qurmayıblarmış. Sən demə başları daşdan daşa dəyib deyə yollarını dəyişiblərmiş. Xülasə İnsanlıq şiddətdən başqalarına yazığı gəldiyi üçün yox artıq onlardan işi keçir deyə əl çəkdi.
Hume bundan sonrakı vəziyyətə bir əncam çəkmək istəyirdi. Çox götür-qoy edəndən sonra cavabın həmişə şiddətin kölgəsində qalan ticarət olduğunu anladı. Ticarət insanın təbiətinə o qədər uyğun şey idi ki, hara fırlatsan heç kim yekəbaşlıq edə bilmirdi. Həm dili, həm dilçəyi olan Hume üzümüzü bayıra çevirməyimizi istəyir.
TİCARƏT EDƏN ADAMLAR BİR-BİRİNİ QIRMAZ.
Əsas məqsəd hələdə qabağa düşmək olan yerdə ticarət güclünün əlində toplanmaz? Hume və A.Smith biryerdə çox oturub-durublar deyə dilləri uzundu. Çünki açıq-bazarın işləmə mexanizmi bunu mümkünsüz hala gətirir.
Ticarətin özəyi kaprislərə icazə verməməsidir. Əsasda məcburi olmamağıdır. Baha satsa n varlanacaqsan? Nə yaxşı! Alıcı balqabaq zaddı ki, özünü qala-qala səni qabağa salsın? Eyni şey. alıcıya da aiddir. Ucuz malı kim istəməz ki? Di gəl ki, bu satıcını adam yerinə qoymamaq olar. Açıq-bazar höküm sürdüyü müddətcə heç kimə yekəxanalıq eləməyə əl yeri qoymur.
Bazarın digər fərasəti insanları istər istəməz inkişafa təşvik etməyidir. Düşünün ki, o boyda şəhərdə ancaq biri divan istehsal edə bilir. Və Bazarda tək olduğundan malı atasının qiymətinə satır. Camaat da boğazından kəsib ala bilmir. Görürlər ki, ciblərinə uyğun deyil. Açıq-bazarın arqumenti odur ki, Belə olan yerdə əvvəl-axır biri divanı daha ucuza istehsal edib satacaq.
Çünki Atalar demiş “ağıl ağıldan üstündü”. Amma əsas fikir lap əntiqədir. Başqası ucuza ərsəyə gətirməyə çalışacaq düzdü, amma bunu başqalarına yazığı gəldiyi üçün yox, özünü qabağa salmaq üçün edəcək. Söhbətin canı lasissez-faire-in sırf individual fərd təməlli olmasıdır. Yəni fərd hər şeyi özü üçün edir. Kimlərəsə qulluq eləməli deyil. Əlbət ki, Hume atalardan biraz çox bilmişdi.
Biraz gözünüzü qıysaz fərqinə vararsız ki, açıq-bazarın önündəki tək əngəl ekonomiyaya qarışan dövlətdir. Gərək elə cəmiyyət quraq ki, ticarətdən ayrı düşməsin.
CAVABI SADƏ OLAN SİYASƏT
Bir yaşamağa nə var ki, hamını bir şeyə razı salaq qutarsın getsində. Vəssalam şüt-tamam. Olmaz elə? Niyə olmur? Kimdə problem çıxartdı vur təpəsindən də. Görürsüz necə rahatdı. Bəs niyə alındıra bilmirik? Çünki əsas nəticə deyil azadlıqdır.
Hume fərdlərin azadlığı üçün tək yolun açıq-ticarət olduğunu bitdə-bitdə izah eliyirdi. Ona görə İnsanlar erməni deyil ki, öz zərərlərinə hərəkət eləsinlər. Öz bacarıqlarını elə öz faydalarına görə alıb satıb qarşılıqlı inkişaf edəcək ağılları yoxdu? Hər kəsin ayrı-ayrılıqda istədiyini alıb satdığı yerdə niyə problem çıxsın ki? Lap əksini düşünək. Tutalım ki, bir şey zərərlidi. Bunu qadağan eləməyə ehtiyac var ki? Bir xeyiri dəyməyəndən sonra it aparan olsun. Və ən can alıcısı: Niyə özüm qala-qala dövlət mənə nəyin faydalı olduğunu seçsin? Niyə mühafiz üçün sırf dövlətə ehtiyacımız var? Mən ölmüşəm bəyəm? Bu kimi sualların hamısına baxan kimi bilinir ki, Hume azadlığı qayda-qanunsuz əsasda dövlətsiz görürdü. Çünki dövlət Milton Friedman demiş
“Başqasının puluyla yaxşılıq eləməyə çalışır.”
Hume açıq-bazar olan yerdə heçnədən ehtiyat eləmirdi. Bilirdi ki, insanlar xeyirsiz şeydən əvvəl axır əllərini üzəcəklər. Amma dövlətə də çox üz vermirdi. Çünki dövlət market deyil. Əlində olsa adamı cımcıqlayar.
Hume vaxtının dilli-dilavər liberallarındandır özdə. Siyasətin məqsədinin cəmiyyətə faydalı olanı tapmaq deyil insanların nəyin onlara faydalı olduğunu seçmə azadlığını, şəraitini yaratmaq olduğunu başa salmaq üçün ölənə kimi dil tökdü. O bilirdi ki, cəmiyyət bir qazanda heç vaxt qaynamaz.
SONLUQ
Bəs niyə Hume o qədər də tanınmır? Çünki o, bu cümləni qura biləcək qədər mərd adam idi.
“Hər kəsin ədalət hissi güclü olsaydı, başqalarının malından tamamilə uzaq olardılar. Onlar heç bir hökmdar və ya siyasi qrupa boyun əymədən əbədi olaraq mütləq azadlıqdan istifadə edərdilər. Amma bu, insan təbiətinin çatması mümkün olmayan bir kamillik halıdır. İnsan təbiətinin bu səviyyəyə çatması mümkün deyil”
(Siyasi Denemeler s.345)
Amma hər insan bununla razılaşmaz və özünə xəyal dünyası axtarar. Ona Marx, Kant kimi gopçu peyğəmbərlər lazımdı axı. Səndə belələrindən dala qalmırsan. Elə ona görə Hume oxumadın deyə bu gündəsən.
MƏNBƏ
David Hume. İnsan Doğası Üzerine Bir İnceleme.Ankara: Çeviren:Ergün baylan,Ankara: Bilgesu Yayıncılık, 2009
David Hume. İnsanın Anlama Yetisi Üzerine Bir Soruşturma.Çeviren: Ferit Burak Aydar, İstanbul: Türkiye İş Bankası Kültür Yayınları,2016
David Hume. Ahlakın İlkeleri Üzerine Bir Soruşturma.Çeviren: Merve Menekşe Özer,Adnan Akdağ,Say Yayınları, 2019
David Hume.Denemeler.Çeviren:Banu Karakaş,İstanbul:Pinhan Yayınları,2017
David Hume. Siyasi Denemeler.Çeviren: İsmail Hakkı Yılmaz, İstanbul: Pinhan Yayınları,2017
Gustave de Molinari. Yarının Toplumu.Çeviren: Işık Cemre Güngör, Liberus Yayınla­rı.
GİRİŞ
Bütün Avropa ölkələri kimi çexlərdə yeni fransız dalğasından ilhamlandılar. Amma çexlərin qabında nəsə dəlisov şeylər var
ÇEYNƏDİLƏR
Başda Vera Chylitova olmaqla çex rejisorları sıxıcı, sonluğu təxmin edilən və yaradıcı hissəsi hekayəsi olan filmlərdən boğaza yığılmışdılar. Yeni inkişaf edən kino sənətinin abrını ətəyinə tökmək vaxtı gəlib çatmışdı.
“İstədiyim kimi çəkmək şansım ola-ola, niyə kameramı, ideyalarımı hekayə ilə limitləyim?”
“Necə ki rəssamlar işlərini sırf estetika ilə açıqlıya bilirsə, niyə biz bunu edə bilmirik?”
Bu düşüncə tərzi çexləri vizual ideya yaratmağa yönəltdi. Qələmlərini birdəfəlik tullayıb kameradan yapışdılar. Professional olmağa gərək yoxdu. Heç bir səhnəni heçkimə açıqlamaq kimi dərdin yoxdu. De gəlsin!
DİŞLƏDİLƏR
Bəs bu cür düşünən çexlər dövrün təzyiqlərindən necə sıyrılıb filmlərini çəkdilər? Açığı dəridən-qabıqdan çıxa-çıxa. Filmlərin ideyaları, personajları elə seçilirdi ki, absürdlüyə və yaradıcılığa açıq olsunlar. Personajlara minimum dioloq, xüsusiyyət yazmağa çalışırdılar. “Daisies(1966)” baxan hamı nə dediyimi anlayar yəqin.
Məğz “Bu qəşəng görsənir” idi. Niyə sualına yer yox idi və olmamalıdır da. Çexlərə özünəxaslıq qatan şey filmi sırf sevdikləri shot-lara görə çəkmək istəyidir. Onlar üçün hekayə qırsaqqız, dövrün məcburiyyətidir. Sənət əyləncədir!
DİTDİLƏR
Çex sinemasını ayaqda tutan ikinci faktor təbii ki, satira idi. Sovetin propogandaçı, yaradıcılıqdan uzaq filmlərinə qoşulsan, gərək vizual ideya fikrinə tüpürəsən. Ruslar sənətçinin istəyini hərləmirdilər. Necə çəkilir çəkilsin, sosyalizm təbliğatı olsun bəsimizdi. Başda bizim ölkə olmaqla digər ölkələr də rusların sifariş əzabını çəkərkən, çexlər bunu veclərinə almadılar. Əksinə sovetə sataşdılar.
İdeal sosyalist düşüncəsinin praktikada insan hisslərinə qarşı necə çarəsiz olduğunu gözümüzə soxa-soxa göstərdilər. Əsasən bu satirada sovetin yaralı yeri seks və çılpaqlıqdan istifadə edildi. Cəmiyyəti xəmir kimi yoğuran bu rejimdə insanın əylənmək istəyi çex filmlərinə can verdi.
Senzuraçı sarışınlar matmətəl qalsalar da əsas güclərini istifadə eləməkdən çəkinmədilər. Bu səbəbdən, çox çex filmi vaxtıykən qadağan edilmiş, küncdə-bucağda qalmışdı.
SONLUQ
Bunlar gic-gic şeylər çəkir.
Saf sinema axtarışı: Kiju Yoshida
TƏQSİRKARLAR
Bir başqa sənət növlərinə, birdə kino sahəsinə baxanda ortadakı yoxsulluq adamın gözünə girirdi. Hamı bu sənətdən uzaqdadı. Açıqlama ehtiyacı duymadan, sırf “nə qəşəngdir!” dediyininizə görə kino çəkdiyiniz vaxtları nə tez unutduz?
Kino industriyası qayəsi qalan yerdə söz külliyatından yapışan rejisorlarla xirtdəyə kimi doluydu. Adamın tutub deməyi gəlir ki, “Nə ara kamera oynatmağınız hekayədən asılı oldu?“ Bu belə davam edəcəksə, vay halımıza. Əvvəl-axır biri ağzını açmalıdı,ya yox?
ÇIRPINAN ESTETİKA
Bizim üçün bu məsələ artıq problem yox, seçimdir. Amma 60-cı illərdə seçim haqqı özünü doğrulda bilmirdi. Kino çəkməyə kalan pul lazım idi. Bu dövrdə yaşayan Yoshida-nın, eksperimental işlər üçün burnunun ucu göynəyirdi. Di gəl ki, zaman o zaman deyildi.
Amma Kiju Yoshida yerində dinc dayanan adam deyildi. Texnologiyadan xeyir tapmaq olmursa, gərək başqa tərəfdən yol tapasan. Yoshida baş işlədib o qərara gəldi ki, hekayəni tam yığışdırsa, heç kim ona pul buraxan deyil. Salamatı hekayəni maksimum azaltsın ki, rahat-rahat istədiyi səhnələri heç kimə açıqlama ehtiyacı olamadan, salamsız-kəlamsız çəksin.
Məsələn: Bir cütlük var, bir birilərini sevirlər amma ayrılmaq məcbutiyyətdən qalırlar. Düzdü, bu tip heç bir spesifikliyi olmuyan ssenari roman, hekayə sevərlər üçün biyabırçı olsa da, Kiju-ya elə bu lazımdı. Dərin mənanı əlinin tərsiylə itələyəndən sonra, izləyici də artıq kinonun hekayəsini unudub estetikanın dadını çıxarmağa yönəlir.
FƏRASƏT
Tumgöz rejissorumuzun ən fərasətli yanı ağ və qara rənglərdən istifadəsidir. Yoshida həmişə bu rənglərdən birini arxa plan kimi istifadə edirdi. Bu səbəbdən filmlərini ya açıq məkanlarda, ya da darısqal otaqlarda çəkilirdi. Yeri gələndə ağ, yeri gələndə qara rənglə bütün ekranı elə bürüyürdü ki, izləyici aktyorları hansısa məkanda yox, rəsm əsərində görürdü. Artıq nə məkan, nə ssenari adama maraqlı gəlirdi. Bu fərasəti ilə kinonu öz qayəsinə aparırdı. Bu yerdə “Flame and woman(1967)” filmi vizual şedevr sayıla bilər. Dövrünün filmləri ilə müqayisədə heç bir film onun əlinə su tökməyə yaramaz.
Yoshida əminin sevişmə və seks səhnələrində də əlinin duzu var idi. Tay-tuşlarının ağlına belə gəlməyən kamera hərəkətləri və qadın bədənini möhtəşəm istifadəsi, baxanın dil-damağından düşmürdü. Örnək olaraq “Women of the lake(1966)” filimin giriş səhnəsinə, tənbəllik eləmiyib “ Heroic puntagory” filminə də göz ata bilsəz, lap əntiqə olar.
Seksdən başqa zorakılıq səhnələrini də dövrünün əksikliklərinə baxmayaraq heç bəhanə axtarmadan çəkib əmimiz. ” The Affair(1967) ” filmi buna möhtəşəm örnəkdir. Yoshida, zorkalığın əzabını bizə darısqallıqla göstərməyi seçir. Taxta sütün ətrafında baş verən təcavüz səhnəsinin kamera hərəkətləri ilə birləşdiyini düşünün. Ya da niyə düşünürsüz, Kiju çəkib də onsuz.
SONLUQ
Burda axşama kimi Yoshidanın intervülərindən, filmlərin arxa hekayələrindən danışardıq. Di gəl ki, adamın elədiyini qavramaq daha önəmlidir. Kino sahəsi qıt olan vaxtda belə öz istədiyini çəkməyin bir yolunu tapan fərasətli Yoshida, hər sənətçi üçün örnək götürüləsi adamdır.
GİRİŞ
Günümüzün musiqi industriyası cəmiyyət masturbasiyasıdır. Sənətçilərin istedadları ilə onlara quluq eləməli olduğunu düşünən, sənəti mədəniyyətdən marketə çevirən cəmiyyət üçün musiqiçilər, ehtiyac ödəmək üçün varlar.
NİYƏ VECSİZ OLAQ?
Getdikcə maddi işlərdən asılılığı azalan insanlıq rahat şəkildə mənəvi dəyərlərə vaxt ayıra bilir. Bu sənətçilərin artıq mənəvi dəyəri özündə yatan işlərini sırf maddi gəlir üçün ticarət etməyə vadar etmir. Çünki qarışılıq gözləməklə mədəniyyət qurmaq mümkün deyil. Yəni sənətçi vecsiz olmalıdı. Ehtiyacımız olan şey vecsizlikdir. Günümüzdə bu vecsizliyin ən bariz nümunəsi JPEGMAFIA-dır.
JPEG üçün insanların onun işini bəyənib bəyənməməsi heç vecinədə deyil. Atalarına borcu var bəyəm? Onlardan nə işi keçir ki, hələ durub özünü bəyəndirsin? Özü qala-qala sizi əyləndirməyi gözləyirsiz?
Vecsizliyin önəmi sənətçiyə azadlıq verməyindədir. Bu vecsizlik hamının başı üçün deyil. Çünki azad olan, kiməsə ehtiyacı olmayan, lap təmiz desək, güclü olandır. JPEG Sizdən chart-lara düşməyi gözləmir onsuz. Peggy dinləyiclərin fikri ilə yoğurulası qədər zəif deyil deyə məhz əsl sənətçidir.
Digər tərəfdən bu vecsizlik çox realist bir düşüncədir. İnsan irrasionallığını anlayan biri, başqasının gözündə empatiyaya möhtac olduğunu dərk edər. Kiminsə mənə dəyər verməsinin tək keçərli səbəbi onunla oxşar fikirdə, zövqdə olmağımdır. JPEGMAFİA empatiya möhtac olmayacaq qədər cəsarətli, başqasının gözündə dəyərinin olmamasını qəbul edəcək qədər mərd kişidi.
PAYLAŞIMIN SƏBƏBİ
Elə bildiz ki, “Belə vecinə deyiliksə, bəs niyə işlərini sosial mediada paylaşır?” sualı havada qalacaq? Elə şey olar heç?
Paylaşım etmək büsbütün eqosit bir hərəkətdir. Sadəcə mənimlə eyni düşünən insanları görmək üçün edilir hamının gözünə girmək üçün yox.
Tamamilə öz istəylərimə uyğun insanlarla əlaqədə olmaq, sırf mənə oxşayan insanları adam yerinə qoymaq vecsizlik deyil nədir bəs? Xülasə sosial media sənətçilər üçün: Özüm kimi olmayan insanlar vecimə deyil!
VECSİZ HƏMDƏ BACARIQLI
JPEG-in dilidə var, dilçəyidə. Vecsizlikdən əlavə bacarığları ilə hip-hop-a əməlli-başlı yenilik gətirdi. Ona qədər sampling yalnız soul vocalları və ya jazz-funk instrument sololarından istifadə edirdi. 2000-ci illərdə bu adət-ənənə üstübağlı təkrarlandı. Peggy isə internet mədəniyyətindən istifadə elədi. Köhnə “meme” youtube videoları, ”Call-Of-duty” səsləri, əsasda internetdə absürd sayılan pop mahnıları peggynin canı-ciyəri idi.
“Real Nega” trackindəki O.D.B qışqırığı onun bacarığını ortaya qoyduğu ilk işlərdəndir. Şahəsəri sayılan “All my herous are cornballs” albomundan peggy sampling anlayışını yenidən şəkilləndirir. Ağız marçıldatma, külək səsləri və daha çoxunu torbasından çıxardır. Çox produserin “belə görüb-götürmüşük” doqmasını qıran JPEG son albomunda da bizi öz sample-ları ilə yenidən məst eliyir.
SONLUQ
Çox artist dinləyicilərinin geri dönüşləri ilə yoğrular və birdə baxıb görər ki, elədiyi heç nəyi özü seçmir artıq. Hələ elə arsızları da var ki, buna haqq qazandırarlar.
İllər boyu öyrədilən “sənətçi kütlənin zövqünü yaratmalıdır” sözü musiqiçiləri yoğurma istəyindən başqa bir şey deyil. Musiqiçi özü üçün var!
VARLI XALAOĞLU
90-cı illərdən sürünə-sürünə gələn birinin yenə əli qaşınır. Kariyerası prodüserlərin ”şotuna” ayaqda qalan jay- z yenə nə isə eləməlidi.
NƏ YOĞURDU, NƏ YAPDI, HAZIRCA KÖKƏ TAPDI
Musiqi püxtələşdikcə onsuz insanlar studiyalara, konsertlərə pul ayırırdı. Əsas da funk erasında sənətçilər, əlbəttə, pul qazanırdılar. Amma bu pul sənətçinin kökləndiyi əsas məqsəd deyildi. Musiqi üçün ciyəri yanırdı deyə onunla məşğul idi. Yəni maddi şeylər kimi ticarət güdmürdü. Aldığı mala satıcı axtarmırdı. Alətləri pulla alsada, bunun qarşılığını mənəvi zövqlə ödəyirdi. Məsələn boğazından kəsib aldığı sintezatorla hit çıxarmasa da, musiqi həyatının bir parçası olaraq qalırdı. Bir sözlə, musiqi mədəniyyət idi.
Amma 70-lərdə pəh-pəhlə dəm alan musiqinin, 2000-lərdə necəsə altı söndü. Səbəbi də bəyaq dediyimiz köklənilən məqsədin başıaşağı çevrilməsi idi. Mənəvi zövqün yerini maddi zövq almışdı. Artıq alınan sintezator mütləq hit çıxardıb pul gətirməlidi. Başda Jay-Z olmaqla çox reper: “Bunu pul verib gərək mayasını çıxardım”,-deyə zırrama kimi məzəmmət eləməyə başlamışdılar. Musiqi kimi mənəvi dəyərli şeyə necə iyrənc yanaşma olduğu gözqabağındadır. Bu zir-zibillərin hamısı jay-in başının altından çıxıb deyə, onun əlindən boğaza yığılmışıq. Jay-Z hip-hop-da mədəniyyət anlayışını yerə çırpdı.
Hov elə bu yerdə tüpürdü dabana qaçdı. Tez qardaşlarını başına yığıb Rok-A-Fella pul maşınını düzəltməyə başladılar. Şirkətin nə yuvanın quşu olacağı bəri başdan bəlli idi. Axı pulla ayaqda qalan bir musiqi şirkəti çox qumar oynamağı sevməz, eksperimental artistlərə ziyan kimi baxar. Belə yerdən nə inkişaf gözləmək olar?
Öz stilləri dedikləri şey dəyişib pul itirmək qorxusundan başqa bir şey deyildi. Başqa nə olar bilərdi ki? Hamı görürdü ki, eyni ritmlər, eyni soul səsləri aləmi bürümüşdü. Və heyif ki, kompleks irəliləyən musiqi “balaca qulaq kütlə” üçün fəda edilmişdi.
ƏMİ SİZİ ÇOX İSTƏYİR.
Bundan başqa Jay-Z bütün bacarığlı,musiqsində komersiya yerinə istədiyini edən prodüserlərin başını konfetlə aldatdı. Öz albomlarının xəyalı ilə çalışan uşaqları yalançı vəd və təriflərlə tumarladı. ”Sən bombasan” deyə-deyə bütün istedadlarını sağdı uşaqların. Bunun ən böyük örnəyi kanye-di. Öz dövrünü devirə biləcək albomu sırf “The Blueprint” albomuna görə gecikdi.
Onu azda olsa tanıyanlar bilir ki, Hov track prosesində ancaq lülə qurudur. Şirkət avtomat kimi eyni poxun başqa rəngini eliyir. O da bahalı paltarlarını geynib qancıqlarla klipə çəkilir. Hardadı bəs dəyişən musiqi? Harda olacaq? Jay-Z-nin kart hesabında.
SONLUQ
Bu elə bir göydələn idi ki, gələcək 20 ili qurutdu. Sonrakı nəsillər də göz açıb gördükləri mühiti reallıq kimi qavradılar. Mədəniyyət bir xəbər böyüdülər. Ancaq kart hesablarını doldurmaq istəyən istedadsız rapperlərin pul qazanma səbəbi bu adamdı. Bu gün özünə arsız kimi muzey belə açmağa üzü olan Hov-a qədir qiymət qoymağı sizə buraxırıq.