Stories by Yunis Huseynzade on Medium
İlan oyunu dünyanın ən məhşur oyunlarından biridir. Bu oyunun bir çox versiyası var və demək olar ki bütün platformalarda oynamaq olur. Bu sevilən oyunu yenidən yaratmaq isə alqoritm qabiliyyətləri üçün yaxşı məşğələdir.
Biz bu məqalədə HTML, CSS və JS-dən istifadə edəcəyik. Həmçinin məqalədə JS və CSS-də bəzi gələcəkdə faydası ola biləcək “trick”-lər də olacaq. Ümid edirəm ki, bu məqalə sizin üçün faydalı bir məqalə olacaq. İndi isə oyunumuza başlayaq.
1.Fayl strukturu
/snake-game
|---js/
---app.js
|---css/
---style.css
|---index.html
Başlanğıc template yuxarıdakı kimidir.
İlk öncə HTML-i yazaq. HTML də oyun sahəsi olacaq bir div olmalıdır. Həmçinin css və script-i də import etməliyik. Bütün kodları yazdıqdan sonra html faylımız belə görünəcək:
https://medium.com/media/53fda5334c1983f6ed75a3550880a005/href
Script tag-inə əlavə olaraq iki atribut da əlavə etdim. defer atributu bu faylın ən sonda yüklənməli olduğunu deyir. Yəni body tag-inin sonuna yazmaqla eyni işi görür.type=“module” isə ES6 modullarından istifadə etməyimizə imkan yaradır. ES6 modulları sayəsində, eyni ilə Python və başqa dillər kimi dəyişənləri export və import edə bilərik. Həmçinin kodumuzu bir neçə yerə bölmək development mərhələsinin daha rahat olmasına kömək edir və kodumuz daha anlaşıqlı olur.
2.Stillər
Snake oyunu xanalardan ibarətdir. Bu xanaları yaratmaq üçün isə CSS-də grid adlanan çox əlverişli bir yol var. İlk öncə css faylımıza body üçün bəzi xüsusiyyətlər əlavə edək.
https://medium.com/media/3201daac69c3fd2fe14833e074e3a48f/href
İndi isə bu sətirləri izah edək. 2-ci sətir və 3-cü sətir body-ə bütün ekranı tutmasını deyir. 4, 5 və 6-cı sətirdəki kodlar isə #game-board div-ini ekrana mərkəzləşdirir. Növbəti olaraq #game-board div-inə stil vermək lazımdır.
https://medium.com/media/ec5ed28b5b342a4b1104e9a7851f807a/href
Böyük ehtimal bu sətirlərdə ilk olaraq vmin keyword-ü diqqətinizi çəkdi. vmin keyword-ü brauzerin eni və ya uzunundan hansı daha kiçik olarsa onun ölçüsünü ifadə edir. 100vmin isə bu ölçünün 100%-i mənasına gəlir. Məsələn brauzerin ekran ölçüsü 1920x1080-dirsə o zaman vmin ən kiçik ölçü olan 1080-i yəni ekranın height-ini götürür. 100vmin isə 1080 x 100%=1080 olur. Mobil brauzerlərdə isə əksi olur, çünki width daha az olur. Həm height həm də width 100vmin olduqda qutu hər zaman kvadrat olur. Bu isə bizim tam olaraq ehtiyacımız olan şeydir. display: grid isə div-i hissələrə bölür. grid-template-rows və grid-tamplate-columns property-ləri isə bölünməli olan sətir və sütunların sayını bildirir. Chrome DevTools da elementləri inspect edərkən mouse-u #game-board-ın üzərinə gətirsəniz onun hissələrə bölündüyünü görəcəksiniz.
Növbəti olaraq ilan və yemək üçün lazım olan stilləri yazaq.
https://medium.com/media/2cd7c274f2d0c60eaebd8036cb9a6760/href
3.Alqoritm
Artıq proyektin ən maraqlı hissəsi olan JS-ə başlaya bilərik. ilk öncə js folder-i içində constants.js adlanan bir fayl yaradaq və aşağıdakı kodları daxil edək.
export const EXPANSION_RATE = 2
export const GRID_SIZE = 21
export const SNAKE_SPEED = 5
Bu dəyişənlər layihəmizin sabitləri olacaq. EXPANSION_RATE ilanın hər bir yemək yeyəndə artan uzunluğudur. GRID_SIZE x yə y oxu üzrə olacaq xanaların sayıdır. SNAKE_SPEED isə ilanın hərəkət sürətidir. export keyword-ü vasitəsilə bu dəyişənləri başqa .js fayllarında import edərək istifadə edə bilərik. Python-dan fərqli olaraq JS-də yalnız export olunmuş dəyişənlər import edilə bilir. export-un ES6 sintaksı isə belədir. Lakin NodeJS kimi bəzi tool-larda isə aşağıdakı sintaksdan istifadə edilir.
module.exports = {EXPANSION_RATE:2,...}
Biz bu məqalədə ES6 sintaksından istifadə edəcəyik.
Artıq oyunun alqoritmini qurmağa başlaya bilərik.
JS-də oyun yazarkən işinizi asanlaşdıran metodlardan biri də window.requestAnimationFrame metodudur. Bu metod brauzerə sizin bir animasiya göstərmək istədiyinizi və bu animasiya üçün müəyyən bir metodun çağılırmalı olduğunu deyir. Biz bu metodu ekrana oyunu render etmək üçün istifadə edəcəyik. window.requestAnimationFrame bir parametr qəbul edir: Callback funksiya. Callback funksiya brauzer tərəfindən avtomatik olaraq çalışdırılacaq. Həmçinin brauzer tərəfindən callback funksiyaya da timestamp adında parametr ötürülür. Adından da göründüyü kimi bu parametr hazırda olan timestamp-a malikdir. Əgər funksiyanı özümüz manual olaraq çağırsaydıq o zaman timestamplərlə də özümüz məşğul olmalı idik. İndi isə kodu yazaq.
https://medium.com/media/1c34549cdd607b4d6a3d58b50d0ac0a3/href
window.requestAnimationFrame metodu funksiyanın işləməsini dayandırmadığına görə onu yuxarıda yaza bilərik. window.requestAnimationFrame-i niyə yuxarıda yazdığımı birazdan görəcəksiniz. Həmçinin hər dəfə main funksiyası çağırılanda update və draw funksiyaları da işləyəcək. Update ilan və yeməyin koordinatları kimi bəzi işləri yerinə yetirəcək. Draw isə update olunmuş kordinatları ekrana render edəcək. Aşağıdakı window.requestAnimationFrame isə dövrün başlanmağı üçündür.
İlanın sürətini dəyişmək və ya azaltmaq üçün update və draw-un müəyyən bir tezliklə çağırılması lazımdır. Ona görə də kodumuza aşağıdakı əlavələri edək.
https://medium.com/media/1c34549cdd607b4d6a3d58b50d0ac0a3/href
import keyword-ü ilə SNAKE_SPEED sabitini contants.js faylından import edə bilərik. İndi isə dəyişiklikləri bir-bir izah edək. 4-cü sətirdə elan etdiyimiz lastRenderTime sonuncu dəfə render edilən zaman olan timestamp-ə bəradərdir. 9-cu sətirdəki secondsSinceLastRender sonuncu dəfə renderdən sonra keçmiş zamanı göstərir. 1000-də bölməyimizin səbəbi timestamplərin millisaniyə ilə ifadə olunmasıdır. Millisaniyəni isə saniyəyə çevirmək üçün 1000-ə bölmək lazımdır. 10-cu sətirdəki if statement-ini izah edək. 1 / SNAKE_SPEED hər render üçün lazım olan zaman aralığıdır. 1 / SNAKE_SPEED olması ilə, render zamanı SNAKE_SPEED dən tərs asılı olur və SNAKE_SPEED artdıqca update və draw daha tez-tez çağırılır. Əgər sonuncu render-dən keçən vaxt tələb olunan vaxt aralığından kiçikdirsə, o zaman funksiyanı yarıda kəsir. Əks halda isə davam edir. requestAnimationFrame-in funksiyanın əvvəlində olmasının da səbəbi budur. Əgər funksiya kəsilsə window.requestAnimationFrame çağırılmayacaq və dövr qırılacaq. Böyük ehtimal ekran sadəcə 1 dəfə render olunacaq. Hər render zamanı isə kodumuzun işlədiyindən əmin olmaq üçün 12-ci sətirdəki kimi console-a “Render” sözünü print edə bilərik. Brauzer-i açdıqda isə console-da hər saniyə ərzində 5 dəfə “Render” yazdığını görə bilərsiniz
Artıq dövrü olaraq render məntiqini qurduğumuza görə ilanın funksiyalarını yazmağa başlaya bilərik.
Əvvəlcə snake.js adında bir fayl yaradaq. Daha sonra isə aşağıdakı kodları daxil edək.
https://medium.com/media/f0702d78f5ace82352ec548de17d7401/href
3-cü sətirdəki snakeBody array-i ilanın hər bir hissəsinin koordinatlarını saxlayır. İlk indeksi isə ilanın başının kordinatlarıdır. İlanın başlama kordinatını hard-coded bir dəyər ilə ifadə edə bilərik. 11x11 grid sistemin mərkəzidir. update funksiyası ilanın kordinatlarını təzələyəcək. İlan oyununda ilanın hər bir hissəsi hər renderdə özündən əvvəlki hissənin koordinatına malik olur. Bunu isə 8-ci sətirdəki for döngüsü ilə edə bilərik. 12 və 13 sətir isə ilanın başının hərəkət istiqamətini göstərir. İndilik hard-coded bir dəyər verə bilərik. Daha sonra bu dəyəri arrow keylər vasitəsilə dəyişəcəyik. draw funksiyası isə parametr olaraq oyunun olacağı div-i qəbul edəcək. Yəni, #game-board. 18-ci sətirdə isə hər bir ilan hissəsini kordinatlarına görə ekrana yazırıq.
İndi isə app.js-ə ilan üçün xüsusiyyətləri əlavə edək.
https://medium.com/media/1c34549cdd607b4d6a3d58b50d0ac0a3/href
2-ci sətirdəki import ilə ilanın update və draw funksiyalarını import edirik. Amma funksiyaların qarışmaması üçün as keyword-ü ilə funksiyaların adını dəyişirik. 6-cı sətirdə gameBoard div-ini seçirik. 24-cü sətirdə updateSnake funksiyasını çağırırıq artıq ilanın kordinatları dəyişəcək. 29-cü sətirdəki drawSnake funksiyasına isə bayaq parametr kimi qəbul etdiyimiz gameBoard-ı ötürürük. 28-ci sətirdəki kodun səbəbi isə hər dəfə ekranı təmizləməkdir. əgər təmizləməsən ekranda ilan daim genişləyər. Bu kodu comment-ə alaraq səbəbini daha yaxşı anlaya bilərsiniz.
İndi isə input.js adında bir fayl yaradıb içinə aşağıdakı kodları daxil edək.
https://medium.com/media/7cd85fb6094ed83eb6b5d1504c565e74/href
inputDirection hal hazırda ilanın hərəkət etdiyi istiqaməti saxlayır. lastInputDriection isə sonuncu istiqaməti. 10-cu sətir ilə arrow key-ləri handle edirəm. Böyük ehtimal 13-cü sətirdəki kod və bənzərləri diqqətinizi çəkdi. Bu kodun səbəbi ilanın geri dönə bilməməsi üçündür. Çünki ilan oyununda sağa gedən bir ilə öz üstündən sola getməyə başlaya bilməz. export etdiyimiz getInputDirection isə bizə bu directionları ilana tətbiq etmə şansı yaradır.
İndi isə kontrol funksiyası əlavə etmək üçün snake.js-də dəyişikliklər edək.
https://medium.com/media/f0702d78f5ace82352ec548de17d7401/href
3-cü sətirdə import etdiyimiz getInputDirection metodu ilə 10-cu sətirdə gedilən istiqaməti əldə edirik. Və onu hard-code etdiyimiz 16 və 17-ci sətirlərə əlavə edirik. Artıq brauzerdə ilanı hərəkət etdirə bildiyinizi görəcəksiniz.
Növbəti olaraq food.js faylını yaradaraq yemək üçün lazım olan kodları yaza bilərik.
https://medium.com/media/f932ea4200f4dedf4d1e80e60dbf0560/href
2-ci sətirdəki food dəyişəni yeməyin x və y koordinatlarını saxlayır. Hələlik koordinatlara hard-coded bir dəyər vermişik. update funksiyasına daha sonra əlavələr edəcəyik. draw funksiyası isə ilandakı kimi gameBoard parametri qəbul edir və yeməyi müəyyən koordinatlara render edir.
Növbədə isə eyni ilə yeməyi də oyuna əlavə edək.
https://medium.com/media/1c34549cdd607b4d6a3d58b50d0ac0a3/href
3-cü sətirdə funksiyaları import edirik və update və draw funksiyalarına əlavə edirik.
Oyunda əsas məqsəd ilanın yeməkləri yeyib böyüməsidir. Ona görə də ilanın yeməyi yeməsi üçün alqoritm yazmalıyıq.
İlk öncə hər hansı bir kordinatın ilanın üstündə olub olmamasını tapmalıyıq. Bunun üçün snake.js faylına aşağıdakı dəyişiklikləri etmək lazımdır.
https://medium.com/media/f0702d78f5ace82352ec548de17d7401/href
onSnake funksiyası bir məcburi, bir optional parametr qəbul edir. Position parametri x və y key-ləri olan obyekt olmalıdı. İkinci parametr haqqında daha sonra danışacağıq. Array.some metodu ilə üst-üstə düşən bir koordinatın olub olmamasını yoxlayırıq. Yoxlamaq üçün isə equalPositions funksiyasından istifadə olunur. 32-ci sətiri isə ignoreHead ilə birlikdə izah edəcəm. Növbəti olaraq isə onSnake metodunu food.js-ə import edib yoxlamaq lazımdır.
https://medium.com/media/f932ea4200f4dedf4d1e80e60dbf0560/href
Brauzerdə yoxlasanız, hər şeyin yaxşı işlədiyini görəcəksiniz. Lakin hələ də çatışmayan cəhətlər var.
4 və 9-cu sətirə hard-coded dəyərlər verdik. Lakin indi bu dəyərləri dəyişmək lazımdır. İlan oyununda yemək ilanın üstündə və oyun xaricində olmayan yerlərdə random olaraq yaranır. İndi isə random üçün lazım olan kodları yazaq.
grid.js faylı yaradın və içərisinə aşağıdakı kodları daxil edin.
https://medium.com/media/b0fdb8950f51f0b8c16c2c7c57197eb0/href
İlk sətirdə məqalənin əvvəlində təyin etdiyimiz sabitlərdən birini import edirik. 3-cü sətirdə isə parametr qəbul etməyib, bizə random dəyər qaytaran bir funksiya elan edirik. 5 və 6-cı sətir isə [1:21] aralığında random bir ədəd qaytarır. Math.random metodunun özü [0:1] aralığında dəyər qaytarır və 0 koordinatının grid-dən kənarda olduğuna görə + 1 əlavə edirik. İndi isə bunu food.js-ə əlavə edək.
https://medium.com/media/f932ea4200f4dedf4d1e80e60dbf0560/href
getRandomGridPosition funksiyası həmçinin ilanın üstündə olan koordinatlar da return edə bilər. Ona görə də 22-ci sətirdə ilanın üstündə olmayan bir koordinat return edən getRandomFoodPosition funksiyası yaratmalıyıq.
Artıq brauzer-də ilanın hər dəfə yemək yeyəndən sonra yeməyin random bir koordinata getdiyini görə bilərsiniz.
Növbəti bir problem ilanın yemək yeyəndən sonra böyüməməsidir. Bunun üçün isə snake.js-ə aşağıdakı kodları daxil etməliyik.
https://medium.com/media/f0702d78f5ace82352ec548de17d7401/href
Yeni bir new segments dəyişəni elan etdik. Bu, hər dəfə əlavə olunmalı olan segmentlərin sayıdır. Bu dəyər ona 46-cı sətirdə amount parametri ilə mənimsədilir. amount parametri food.js-dən göndəriləcək. addSegments funksiyası isə newSegments-in sayı qədər ilanın quyruğunun kordinatında olan xana push edir. Və təzədən yeni hissələrin əlavə olunmaması üçün newSegments-i 0-a bərabər edirik. İndi isə food.js-ə qayıdıb aşağıdakı kodları əlavə edək.
https://medium.com/media/f932ea4200f4dedf4d1e80e60dbf0560/href
Artıq oyunu yoxlasanız, ilanın yemək yedikcə böyüdüyünü görəcəksiniz.
Artıq oyunun demək olar hamısı hazırdır. Lakin əsas bir hissə qalıb. Təbii ki, game over. Game over üçün 2 şərt var. İlanın özünü kəsməsi və kənara toxunması.
snake.js-ə sonuncu dəfə aşağıdakı kodu daxil edin.
https://medium.com/media/f0702d78f5ace82352ec548de17d7401/href
getSnakeHead funksiyası adından da göründüyü kimi ilanın başının koordinatlarını geri qaytarır. snakeIntersection isə bool tipində məlumat qaytarır və ilanın başı ilə digər hər hansı bir hissəsinin koordinatlarının üst-üstə düşüb düşməməsini bilməyimiz üçün vacibdir (ilanın özü ilə kəsişməsi). İndi ignoreHead parametrinin nə işə yaradığı haqqında danışa bilərik. 62-ci sətirdə ignoreHead olmasının səbəbi, ilanın başının koordinatının hər zaman başının koordinatı ilə eyni olmasıdır. Və əgər biz bu parametri ötürməsək, onSnake funksiyası həmçinin başı da nəzərə alacaq və oyun başladığı an game over olacaq.
Növbəti game over səbəbi isə oyundan kənara çıxmaqdır. Buna görə də grid.js-ə aşağıdakı kodları daxil edin.
https://medium.com/media/b0fdb8950f51f0b8c16c2c7c57197eb0/href
outsideGrid bizə ilanın başının sahədə olub olmamasını deyir.
İndi isə proyektdə son dəyişiklikləri edək. app.js-i açın və aşağıdakı kodları daxil edin.
https://medium.com/media/1c34549cdd607b4d6a3d58b50d0ac0a3/href
9-cu sətirdə oyunun game over olub olmamasını saxlayan bir global dəyişən elan etdik. 14–19-cu sətirlərdə isə əgər bu dəyişən true-dursa oyunu dayandırıb, istifadəçinin yenidən oynamağı istəyib istəmədiyini soruşur. Əgər cancel olsa o zaman oyun dayanır.18-ci sətirdəki return cancel zamanı oyunun davam etməsinin qarşısını alır. Çünki 22-ci sətirdəki window.requestAnimationFrame çalışmır və render dövrü qırılır. İstifadəçi ok klikləyərsə, səhifə refresh olunur və oyun təzədən başlayır. 47-ci sətirdəki funksiya isə game over ehtimallarının olub olmamasını yoxlayır və əgər hansısa ehtimal baş versə, gameOver-i true edərək oyunu dayandırır.
Brauzer-i açıb oyunu yoxlayın.
Məqaləni oxuduğunuz üçün təşəkkürlər. Bu məqaləni yazarkən özüm də zövq aldım. Ümid edirəm ki, maraqlı və faydalı bir məqalə oldu. Aşağıda sizə bu məqalədəki bəzi hissələri anlamağınız üçün kömək edə biləcək linklər qoyacam. Əgər hər hansı bir sualınız olarsa şərh yaza və ya yunisdev.04@gmail.com email-i ilə əlaqə saxlaya bilərsiniz.
Online demo
Snake Game
Qaynaq kodu
YunisDEV/snake-game
Faydalı linklər
Window.requestAnimationFrame() - Web APIs | MDN
W3Schools.com
A Complete Guide to CSS Grid Layout | CSS-Tricks
Modules, introduction
HTML, CSS və JS ilə “Snake” oyunu was originally published in Pragmatech on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Bu məqalədə toxunacağım mövzu olan Regex yəni, Regular Expressions girişdə mənə çox problem yaradan bir mövzu idi. Ona görə də bu məqaləni əlimdən gələn qədər rahat dillə yazmağa çalışacam ki, faydalı olsun.
Qeyd edim ki, məqalə regex-ə sadəcə girişdir və bütün detalları ilə yazılmayıb.
Regular Expressions (tərcümə etsək “düzənli ifadələr” kimi tərcümə oluna bilər amma məncə ən yaxşısı tərcümə etməməkdir) bir proqramçının bilməli olduğu ən güclü alətlərdən biridir. Xüsusi ilə validation üçün çox əlverişlidir. Daha uzun kod yazmağımızın qarşısını alır. İndi isə sadə nümunələrlə regex-i izah edək.
Bunu nəzərə almaq lazımdır ki regex bütün proqramlaşdırma dilləri üçün demək olar ki eynidir. Çox xırda fərqlər var. Mən bu məqalədə regex-i Python və regex101.com üzərindən göstərəcəm.
Regex101 ə daxil olun və ordakı textbox-a (test string) aşağıdakı yazıları əlavə edin:
The quick brown fox jumped over the lazy dog.
Simple test Simple
Harder test
Extreme test case
ABC 123 abc 567
The dog is lazy
Və side menu-dan flavor hissəsindən python seçin (istəyə bağlı).
Artıq ilk regex-i yazmağa başlaya bilərik.
Başlanğıc və son operatorları
String-in başlanğıcı və ya sonu ^ və $ ilə göstərilir.
Məsələn:
^Simple
daxil edin. Bu zaman aşağıdakı görüntü ilə qarşılaşacaqsınız.
^ operatoru sətrin başlanğıcı həmin karakterlərlə başlayan string-i seçir
$ operatoru isə əksinə.
test$
Karakterlər
Bəs biz string-in A ilə T arasında bir karakterlə başladığını necə bilə bilərik?
Bunun üçün aşağıdakı regex-i yaza bilərik.
^[A-T]
“-” operatoru “aralıq” mənasını verir yəni A və T (A və T özləri də daxil olmaqla) aralığında yerləşən karakterlər mənasını verir. Bu operatorun işləməsi üçün bracketlərdən yəni, künclü mötərizədən istifadə etmək lazımdır. “[]” operatoru həmçinin character toplusu üçün də işlənir. Məsələn “A-T” hissəsinin açılışı “ABCDEFGHIJKLMNOPQRST”dir:
^[ABCDEFGHIJKLMNOPQRST]
Və gördüyünüz kimi eyni nəticəni aldıq.
Əgər A və T aralığında həm uppercase həm də lowercase karakterləri seçmək istəyiriksə “A-Ta-t” ifadəsindən istifadə etməliyik. Yəni
^[A-Ta-t]
Arada lazımsız boşluqlar qoymamağa diqqət edin. Çünki regex boşluqları da karakter kimi sayır. Əgər 0-dan 9-a qədər rəqəmləri əlavə etmək istəyirsinizsə eyni ilə “0–9” ifadəsi ilə bunu edə bilərsiniz. Lakin əgər bütün hərf və rəqəmləri seçmək istəyirsinizsə, \w-dan istifadə edə bilərsiniz. Məsələn,
^[\w]
daxil edin və test case lərə aşağıdakı sətirləri əlavə edin.
1afdpogk
_agdg
!adgakpok
Daha sonra nəticəyə baxaq:
Əgər hərf, rəqəm və “_” ilə başlamayan söz olduğunu tapmaq istəyirsinizsə, o zaman \W yazaraq bunu edə bilərsiniz. Hərflə yazılan operatorları uppercase yazdıqda onun əksini tapır. Nöqtə isə (“.”) bütün karakterləri əvəzliyir. Əgər nöqtə karakterinin özünü seçmək istəyirsinizsə, o zaman “\.” yazaraq escape (“\”) operatoru ilə bunu edə bilərsiniz.
Frequency (tezlik) operatorları
String-dəki karakterlərin tezliyini tapmaq üçün istifadə olunur.
İlk olaraq “+” operatorundan başlayaq. Karakterin təkrarlanması mənasını verir. Məsələn:
^[\w]+
Əgər təkrarlanma sayını özünüz qeyd etmək istəyirsinisə, “{n,m}” operatorundan istifadə edə bilərsiniz. n minimum karakter sayını, m isə maksimum sayı göstərir (n və m özləri də daxil olmaqla). Aşağıdakı nümunələri yoxlayaraq daha yaxşı anlaya bilərsiniz.
^[\w]{1,3}
^[\w]{1,}
^[\w]{,3}
İndi isə gəlin bildiklərimizi Python-da tətbiq edək və daha sonra ardına davam edək.
Username validation
Bir sosial şəbəkə yazdığınızı düşünün. Burda username üçün şərtlər olmalıdır. Məsələn:
Karakter sayı minimum 6 maksimum 25 ola bilər;
Ancaq hərf, rəqəm və underscore (“_”)-dan ibarət ola bilər;
Pyhon-da regex istifadə etmək üçün “re” modulundan istifadə edilir. Bu modulu import edib, bir funksiya yaradaq.
import re
def is_valid_username(username):
return
Daha sonra expression yazaq. Regex yaratmaq üçün aşağıdakı sintaksdan istifadə olunur,
regex = re.compile(r"regular expression")
İndi isə lazım olan regex-i yazmağa başlayaq.
İlk öncə karakterləri tapmaq lazımdır. Karakterlərimiz \w ilə uyğun gəlir deyə aşağıdakı regex-i daxil edin.
regex = re.compile(r"[\w]")
İfadənin əvvəlinə ^ sonuna isə $ qoyun (bütün string-in uyğun olmalı olduğunu bildirmək üçün).
regex = re.compile(r"^[\w]$")
Növbədə isə karakter limitini əlavə etmək lazımdır.
regex = re.compile(r"^[\w]{6,25}$")
Artıq kodumuzu birləşdirə bilərik.
https://medium.com/media/d8408254e1a574da2c37b97c173328ad/href
String-in regex ilə uyğunluğunu match metodu ilə tapırıq. Return-ü bool-a çevirməyimin səbəbi isə match metodunun re.Match obyekti qaytarmasıdır. Əgər match yoxdursa metod None qaytarır və None bool-la False olaraq ifadə olunur.
Qeyd edim ki əgər daha qısa kod yazmaq istəyirsinizsə aşağıdakı yolu yoxlaya bilərsiniz.
https://medium.com/media/44bc49cef2c59b18994d525de4ea6ed5/href
Həmçinin bunu lambda function ilə də edə bilərsiniz. Bu tamamilə sizin istəyinizə bağlıdır.
Məqaləyə başqa bir nümunə ilə davam edək.
Phone validation
İndi Azərbaycandakı telefon nömrələrinin standartlarını yazaq.
Mobil nömrələr üçün:
Əvvəldə +994 olur
77, 70, 50, 51, 55 prefix-lərindən biri olur
prefixdən sonra 0 ilə 9 arasında 7 rəqəm olur
İndi isə buna uyğun regex yazaq
+994 ilə başlamasını yoxlamaq üçün:
^\+994
Prefix üçün:
^\+994(77|70|50|51|55)
Rəqəmlər üçün və sonluq:
^\+994(77|70|50|51|55|99)[0-9]{7}$
Və nəticə:
https://medium.com/media/83b6b7979db3adb9a3a23c0622ed5001/href
Ümid edirəm ki, bu məqalə sizə regex-i anlamağa kömək etmişdir. Regex qabiliyyələrinizi inkişaf etdirmək üçün isə HackerRank-dəki regex məsələləri və aşağıdakı linkləri tövsiyyə edirəm:
re - Regular expression operations
Regular expressions - JavaScript | MDN
Regular Expressions nədir, nəyə görə var? was originally published in Pragmatech on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Sosial media yaratdığınızı düşünün. Bu aplikasiyada hər bir hesabın parolu olacaq. Bildiyiniz kimi, parol gizli qalmalıdır. Lakin hər hansı bir hacker databazadan məlumat çəkə bilsə o zaman ordakı parolları da oğurlaya bilər. Bəzi insanlar parol olaraq digər parollarını, gizli məlumatlarını hətta kart nömrəsini belə işlədə bilər. Bu security boşluğunun törədəcəyi problemləri təsəvvür edə bilərsiniz.
Bu problemin ən optimal həll yolu parolları plain text əvəzinə hash edilmiş şəkildə saxlamaqdır. Bunun üçün bir çox yol var. Lakin mən bu məqalədə bcrypt library-dən istifadə edəcəm. Bcrypt C, C++, C#, Elixir, Go, Java, JavaScript, Perl, PHP, Python, Ruby və s. dillərdə istifadə edilə bilən password hashing funksiyasıdır.
İşləmə prinsipi
MD5, SHA1, SHA256, SHA512, SHA-3 kimi bir çox alqoritmlər varkən niyə bcrypt-dan istifadə etməyimiz lazım olduğunu belə izah edə bilərik.
İstifadə
Bu maqələdə biz Python-dan istifadə edəcik. Python-da bcrypt-dan istifadə etmək üçün bcrypt modulundan istifadə edilir.
pip3 install bcrypt
İndi isə .py faylı yaradaq və kodlarımızı yazmağa başlayaq.
İlk olaraq bcrypt-i import edək.
import bcrypt
Daha sonra isə terminal-dan input qəbul edərək, bu input üzərində işləməyə başlayaq.
passToHash = input('Parolu daxil edin: ')
Parolu hash etmək üçün bcrypt.hashpw metodundan istifadə edilir. Bu metod 2 məcburi parametr qəbul edir
Bytes tipində parol
salt
Salt-u əldə etmək üçün isə bcrypt.gensalt metodundan istifadə edilir.
salt = bcrypt.gensalt()
Bu metod heç bir məcburi parametr qəbul etmir.
hashpw metodu
İndi isə parolu hash etmək üçün lazım olan kodları yazaq.
hashedPass = bcrypt.hashpw(passToHash.encode(), salt)
Nəticə
Parolu daxil edin: blabla123
b'$2b$12$kGRvx42fssJChGmaOXzsauWJHDRjhZpsbEJIrVgjeEHDBW5j0./Cy'
Gördüyünüz kimi hashpw metodu bytes tipində dəyər qaytarır. bcrypt.hashpw metoduna parol ötürərkən yuxarıdakı nümunədə olduğu kimi .encode() etməyi unutmayın. Bu metod string-i bytes-a çevirir.
ər.Bunu da qeyd etməliyəm ki, bytes tipində olan dəyişəni müəyyən databazalar qəbul etmir. Məsələn, MongoDB. Bunun üçün də hash edilmiş parolu .decode() edərək saxlamaq daha uyğundur.
https://medium.com/media/24ba90e386e4ebc267c59bc4663360e4/href
Nəticə
Parolu daxil edin: blabla123
$2b$12$E3A6i.F5DQvmRiBOd6pjKO9KSE.jhZ65qs5lu2SZFq.pIh3gIVnV.
checkpw metodu
İndi isə login zamanı parolun doğru olub olmamasını necə yoxlayacağımıza baxaq.
Bunun üçün bcrypt.checkpw metodundan istifadə edilir. 2 məcburi parametr qəbul edir.
parol
hash
hər iki parametr də bytes tipində olmalıdır.
İndi isə yoxlamalı olduğumuz parol dəyişənə əlavə edək.
passToCheck = input('Parolu daxil edin: ')
Daha sonra check əməliyyatı üçün metoddan istifadə edək.
bcrypt.checkpw(passToCheck.encode(), hashedPass.encode())
Bu metod bool tipində dəyər qaytaracaq. Əgər parol uyğun gəlirsə True, gəlmirsə False qaytaracaq. Terminala nəticəni çap etdirdikdən sonra isə artıq password hashing-in necə olduğunu anlayacağıq. Qeyd edim ki hash edilmiş string-dən biz parolu əldə edə bilmərik. Yəni hash-in geri dönüşü olmur.
https://medium.com/media/0b93b004ad9b10972910c651784cc695/href
Yoxlamalar
Parolu daxil edin: hello123
$2b$12$FbOIcOANdBBLS.3jhew.WeLGddlD0zTMqlC/DtE9mOUb44C8DjwPO
Parolu daxil edin: blabla123
False
Yuxarıdakı parolların bir biri ilə uyğun olmadığına görə False qaytarıldı.
Parolu daxil edin: blabla123
$2b$12$PoIm1sV4/P3HRr.cXoPMAeKEc2suAbSjanqnnfWGLK.8Byr/w9c5C
Parolu daxil edin: blabla123
True
Bu nümunədə isə parolların eyni olduğuna görə True qaytarıldı.
İstifadə olunmuş mənbələr:
https://pypi.org/project/bcrypt/
https://en.wikipedia.org/wiki/Bcrypt
Məqaləni oxuduğunuz üçün təşəkkürlər.
Password hashing nədir, nəyə görə lazımdır? was originally published in Pragmatech on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Data yəni, məlumat gündəlik həyatımızın ən vacib hissələrindən biridir. Eyni ilə proqramlaşdırmanın da təməllərindəndir. Proqramlaşdırmada məlumatı saxlamaq üçün bir neçə üsul var. Lakin bunlardan ən strukturlusu databazalardır. Database (databaza) məlumatın saxlanması üçün istifadə edilən tool-dur (alət). Məqsədə uyğun olaraq databaza növü də dəyişir. İndi isə gəlin database paradigms yəni, databaza paradiqmalarına nəzər salaq.
1. Key-Value
Redis, Memcached, Etcd kimi database-lər bu paradiqmaya aiddir.
Bu növ databazalar Javascript obyekti və ya Python dictionary-ləri kimi strukturlaşdırılıb.Unique (təkrarlanmayan) key-lərdən və hər bir key-ə mənimsədilmiş value-dan ibarətdir. GitHub və Twitter kimi applikasiyalar key-value databazalardan istifadə edir
Müsbət cəhətləri
Sürətlidir
Mənfi cəhətləri
Limitli yaddaş
Query yoxdur
İstifadə məqsədləri
Keşlərin saxlanması
Leaderboard-lar
2. Wide Column
Cassandra, HBase kimi database-lər bu paradiqmaya aiddir.
Bu növ databazalar da key-value db-lərə bənzəyir. Lakin key-lərə value əvəzinə column yəni, sütunlar mənimsədilir. Aşağıdakı python dict sizin bu strukturu anlamağınıza kömək edəcək:
https://medium.com/media/2c721058072a20cb75d63cce6c4d4cf5/href
Bu növ databazalar-da schema olmur. Query üçün CQL adlanan dildən istifadə edir hansı ki, SQL-ə çox bənzəyir.
Netflix kimi aplikasiyalar wide-column database-lərdən istifadə edir
İstifadə məqsədləri
Tarixi qeydlər
Çox yazılıb, az oxunan məlumatlar
3. Document Oriented
MongoDB, Firestore, CouchDB, DynamoDB kimi database-lər bu paradiqmaya aiddir.
Bu paradiqmada dokumentlər var. Dokumentlər JSON fayllarından ibarətdir (MondoDB kimi bəzi növləri isə BSON yəni, binary JSON-dan istifadə edir. Bu isə query sürətini artırır). Dokumentlər (documents) birləşərək collection yaradır.
İstifadə məqsədləri
Bir çox aplikasiyalar
Content management
Oyunlar və s.
4. Relational
MySQL, Postgres, SQL Server, CockroachDB, SQLite kimi database-lər bu paradiqmaya aiddir.
Bu paradigma ən geniş yayılmış database növlərindən biridir. SQL adlanan proqramlaşdırma dilindən istifadə edir. Əsas olaraq table-lardan ibarətdir. Relational database bir-biri ilə əlaqəli dəyərləri saxlayan databaza növüdür. Məsələn, Plane adlanan bir table var. Həmçinin Engine adında da bir table var. Plane-nin “engine” sütununa bir foreign key əlavə edirik. həmin foreign key-in dəyəri 25 olsun. Engine table-da isə “id” column-a primary key əlavə edirik və bu da eyni ilə 25 olsun. Databaze bu iki table-i bir-biri ilə əlaqələndirir. Relational database-in əsas üstünlüyü bundadır.
İstifadə məqsədləri
Bir çox aplikasiya üçün istifadə edilə bilər
Mənfi cəhətləri
Struktursuz data üçün əlverişli deyil
5. Graph
Neo4j, DGraph, Janus Graph kimi database-lər bu paradiqmaya aiddir.
Graph database bir node və budaqlardan ibarətdir. Budaqlar yalnız bir tərəfə getmək məcburiyyətində deyil həmçinin iki tərəfə də gedə bilər. Buna ən yaxşı nümunə Facebook nümunəsidir. Facebook-da bir user digəri ilə dost olduqda həmçinin digəri də onunla dost olmuş olur. Yəni A user B ilə, həmçinin B user A ilə dost olur. Bu iki tərəfli edge-dir. Graph-lar query üçün Cypher adlanan dildən istifadə edir.
İstifadə məqsədləri
Recommendation (tövsiyə) sistemləri
Knowledge graph-lar
Bütün növ qraflar
6. Search Engine
ElasticSearch, Algolia, MeiliSearch kimi database-lər bu paradiqmaya aiddir.
Google kimi bir aplikasiya hazırladığınızı düşünün. Bu zaman user text daxil edir və siz onunla əlaqəli bir və ya bir neçə məlumat geri qaytarırsınız. Search Engine bu zaman köməyinizə çatır.
İstifadə məqsədləri
Adından da göründüyü kimi axtarış sistemləri üçün əlverişlidir.
7. Multi-Model
FaunaDB, CosmosDB kimi database-lər bu paradiqmaya aiddir.
Araşdırma edərkən mənə ən maraqlı gələn database bu oldu. Adından da göründüyü kimi bir necə modeldən eyni anda istifadə edir. Çünki həm graphlardan həm də documentlərdən istfadə edilir. Query üçün GraphQL dən istifadə olunur. Sürət cəhətdən üstündür.
İstifadə məqsədləri
Demək olar ki, hər şey üçün istifadə oluna bilər
Məqaləni oxuduğunuz üçün təşəkkürlər. Ümid varam ki, bu məqalə database-ləri anlamağınıza kömək etdi.
Databaza Paradiqmaları was originally published in Pragmatech on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Decoratorlar funksiyanı alır, ona əlavə funksionallıq verir və geri qaytarır. Decoratorlar proqramlaşdırmanın ən önəmli hissələrindən biridir. Bu həmçinin metaproqramlaşdırma (metaprogramming) adlanır, çünki compiling zamanı proqramın bir hissəsi, digər bir hissəsini modifikasiya etməyə çalışır. Biz bu məqalədə pythondakı decoratorlardan danışacağıq.
Başlamadan əvvəl
İlk öncə bəzi təməl mövzuları xatırlamaq, decoratorları anlamaqda bizə kömək edəcək.
Bunu bilməliyik ki python-da hər şey obyektdir (classlar da həmçinin). Funksiyalar da atributları olan obyektlərdir. Eyni funksiya obyekti fərqli adlarla çağırıla bilər.
https://medium.com/media/eebc3b3d24c4b54041acfdaf1ed00165/href
Nəticə:
Hello
Hello
Artıq biraz mürəkkəbə doğru gedə bilərik…
Funksiyalara parametr olaraq funksiya ötürülə bilər. Aşağıdakı kod nümunəsi anlamağınıza daha da kömək edəcək.
https://medium.com/media/4b7e5e436975e2e3aceb09bb7e15a547/href
Nəticə:
6
4
Eyni ilə funksiyalar funksiya da return edə bilər. Məsələn,
https://medium.com/media/ea64fe409fbe3e7987d5073fe1f0f637/href
Nəticə:
Hello
Bu bilikləri yadımıza saldıqdan sonra artıq decoratorlara qayıda bilərik.
Decoratorlara giriş
Funksiya və metodlar callable (yəni, çağırıla bilən) olduqlarına görə onları çağıra bilirik. Bunu isə funksiyanın obyektində olan __call__() adlı metod yerinə yetirir. Hər hansı bir dəyişənin callable olub olmamasını yoxlamaq üçün callable() built-in functiondan istifadə edə bilərsiniz.
Decoratorlar funksiyanı parametr olaraq qəbul edirlər və ona əlavələr edib geri qaytarırlar. Bu alqoritmi bu cür anlaya bilərik.
https://medium.com/media/6c96e468e17963be78ccbe1ac4875c7c/href
Console-da,
>> Home()
Home Content
>> homePage = Layout(Home)
>> homePage()
HEADER
Home Content
FOOTER
React kimi frontend library/framework-lər də təxminən bu məntiq ilə işləyir. Əvvəllər belə bir texnologiyadan istifadə etmisinizsə anlamağınız daha asan olacaq.
İndi isə kodu izah edək. Yuxarıdakı kodda Layout decoratordur. Biz Home funksiyasını Layout-a ötürəndə Layout onu “bəzəyir” və modifikasiya edilmiş funksiyanı return edir. Return edilmiş funksiya homePage adında dəyişənə assign edilir və biz homePage funksiyasını çağıranda decorate edilmiş funksiya işləyir. Girişdə biraz mürəkkəb eşidilə bilər. Lakin praktik edərək daha rahat anlaya bilərsiniz. Daha rahat anlamağınız üçün yuxarıdakı kodu gündəlik həyatımızda göstərə bilərik.
Sizin əlinizdə taxta var. Bu taxta kodumuzdakı Home funksiyasıdır. Siz bu taxtanı (Home funksiyasını) ustaya yəni, Layout funksiyasına verirsiniz. Usta bu taxtanın üzərində iş aparır və bu iş kodumuzda Layout-un daxilindəki wrapperdir. Usta emal olunmuş taxtanı bizə qaytardıqdan sonra biz onu istifadə edə bilirik (homePage). Ümid varam, bu nümunə sizin decoratorların məntiqini daha yaxşı anlamağınıza kömək edib.
İndi isə decoratorların pythondakı sintaksına baxaq. Elə yuxarıdakı nümunə üzərində bunu tətbiq edək.
https://medium.com/media/0687d12b12759a6c2801ef78f26457d3/href
Pythonda decorator “@” işarəsi ilə elan edilir. Sintaks belədir:
@DECORATORUN_ADI
def DECORATORA_ÖTÜRÜLƏCƏK_OLAN_FUNKSİYANIN_ADI():
#kod
Hətta @ işarəsindən sonra decorator return edən bir funksiya da çağırmaq olar. Məsələn,
https://medium.com/media/cab1441ac03639f8fff36bd84d49689d/href
Buna bənzər bir sintaksdan Flask kimi bir çox frameworkdə də istifadə olunur.
Decoratorlara parametr ötürmə
https://medium.com/media/cb7320d1228ef7d1476b3d7e6d52a278/href
Yuxarıdakı sintaks ilə decoratorlara parametr ötürə bilərik. Qeyd edim ki bayaq işlətdiyimiz wrapper adının yerinə istənilən ad yazıla bilər. Əsas məqsəd o adda olan funksiyanı return etməkdir. İndi isə kodun necə işlədiyinə baxaq.
Console-da:
>> divide(2,0)
I am going to divide 2 and 0
Whoops! cannot divide
>> divide(2,1)
I am going to divide 2 and 1
2.0
Decorator chaining
Decorator chaining bir neçə decoratorun eyni anda istifadə olunmasıdır. Və qeyd edim ki, decoratorlar yuxarıdan aşağı icra edilir. Bunu aşağıdakı kodda daha yaxşı anlaya bilərsiniz. Yuxarıdakı bölmə əməliyyatının nəticəsini integer edən və bəzəyən bir decorator əlavə edə bilərik.
https://medium.com/media/bd81fbe32912aa201130711d70521251/href
Kodu analiz edək. İlk öncə divide(2,1) çağırılanda smart_divide adında bir decorator olduğunu görür və onu çalışdırır. Decoratorun (smart_divide) içindəki inner-də func(a/b) çağırılan zaman bu dəfə divide funksiyası yox, convertInteger-in wrapper funksiyasını çağırır və a/b parametrini bura ötürür. Daha sonra convertInteger funksiyasının içindəki wrapper, func funksiyasını çağırdıqda ötürdüyü parametri divide funksiyası qəbul edir və çap edir.
Bəzən isə ötürülən parametrlərdən yalnız funksiyanın özü istifadə edir və decoratorlar istifadə etmir. Bu zaman məlumatın itməməsi üçün (*args,**kwargs) sintaksından istifadə edilir. Aşağıdakı kod bunu anlamaqda sizə kömək edə bilər.
https://medium.com/media/d976307d465342b02aba0beabe8e739e/href
Nəticə:
Hello
Alqoritmini izah edək. İlk öncə printer funksiyası çağırıldıqda birinci decorator (star)işləyir. Qəbul edilən parametrləri olduğu kimi növbəti decoratora göndərir. İkinci decorator (percent) işlədikdə isə o da eyni prosesi təkrarlayır və məlumat itmədən printer funksiyasının özünə ötürülür. Bu kodda *args qəbul edilən positional arqumentlərdən ibarət tuple-dır. **kwarqs isə keyword arqumentlərdən ibarət dictionary-dir.
Məqaləmi oxuduğunuz üçün təşəkkür edirəm.
Uğurlu araşdırmalar!
Decoratorlar nədir, nəyə görə var? was originally published in Pragmatech on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Git nəyə görə var?
Git Linux-un yaradıcısı Linus Torvalds tərəfindən yaradılmış versiya control sistemidir (VCS). İlk öncə bilməyənlər üçün deyim ki, versiya kontrol sistemi proyektin üstündə etdiyimiz dəyişiklikləri idarə etmək üçün əlverişlidir. Bu məqalədə isə biz git və GitHub-dan nə üçün istifadə edilə biləcəyi haqqında danışacağıq. Və daha effektiv olsun deyə bunu proyekt üzərində tətbiq edərək araşdıracağıq.
Proyekt strukturu
Bu məqalə yazılan zaman Ubuntu (Linux) və Visual Studio Code dan istifadə edilmişdir. Digər əməliyyat sistemi və editorlarda xırda fərqlər ola bilər (qısayollar və ya menyu adları). Lakin məqalənin əsas məqsədi git və GitHub-dır və git əmrləri bütün əməliyyat sistemi və editorlarda eynidir.
İlk öncə üzərində git ilə işləyə biləcəyimiz bir proyekt olmalıdır. Bəsit bir HTML-CSS-JS proyekti məqsədəuyğundur. İlk öncə proyekt üçün qovluq yaratmaq və içərisində proyektimiz üçün struktur yaratmaq lazımdır.
Biraz content əlavə etdikdən sonra artıq git ilə işləməyə başlaya bilərik.
Git ilə ilk addımlar
Əvvəlcə terminalı açın. Əgər Linux və ya MacOS istifadə edirsinizsə bash-dən Windows istifadə edirsinizsə PowerShell terminal üçün uyğundur. CTRL+SHIFT+` qısayolu ilə Visual Studio Code da terminalı aça bilərsiniz.
Proyektimizə git əlavə etmək üçün aşağıdakı əmri daxil edin:
git init
Git proyektimizdəki fayllar hal hazırda untracked vəziyyətdədir. Onları git proyektimizə əlavə etmək üçün iki yol var.
Birinci yol bütün faylları bir əmr ilə əlavə etməkdir:
git add .
İkinci yol isə faylları tək-tək əlavə etməkdir:
Məsələn,
git add index.html
Birinci yol əgər folder-də olan bütün faylları proyektimizə əlavə edəciksə əlverişlidir. Əgər sadəcə müəyyən folder və fayllar üstündə əməliyyat aparacıqsa o zaman ikinci üsul daha uyğundur. Bu layihədə qovluqdakı bütün fayllardan istifadə edəcəyimizə görə bütün faylları indexləyə bilərik. İndexləmə isə faylları git proyektinə əlavə etmək mənasını verir. “git add .” əmrindən sonra faylların yanında “A” ikonu gələcək ki, bu da index added mənasını verir.
Əgər git konfiqurasiyalarını etməyibsinizsə, aşağıdakı əmrlər ilə bunu edə bilərsiniz
git config --global user.name "İstifadəçi adınız"
git config --global user.email email@example.com
Etdiyimiz dəyişikliklərin git-ə əlavə edilməsi üçün commit əmrindən istifadə edilir. Commit əmri məcburi olaraq -m parametri qəbul edir və bu message mənasını verir.
git commit -m "mesajınız"
İlk commitiniz üçün “init” , “First commit” kimi mesajlar tövsiyyə olunandır. Lakin növbəti commitlər üçün “scriptdəki xətalar düzəldildi” mesajına bənzər etdiyiniz dəyişiklikləri göstərən mesajlar məqsədəuyğundur. Commit etdikdən sonra editorda (vscode) faylların rənginin və yanındakı hərfin yoxa çıxdığını görəcəksiniz.
Repo-nun yaradılması
Repo “repository” sözünün qısaldılmış formasıdır. Repository GitHub-dakı proyektlərə verilən addır.
İlk mərhələ özünüzə GitHub hesabı yaratmaqdır. Hesab yaratmaq mərhələləri digər platformalarla oxşar olduğu üçün hesabınızın olduğunu var sayaraq davam edək. Əgər hesabınız yoxdursa github.com adresinə gedərək pulsuz olaraq yarada bilərsiniz.
İndi isə repo-nu yaradaq.
Navbar da yerləşən “+” ikonunu klikləyərək menu-nu açın
Açılan menu-da “New Repository” seçimini klikləyin. Qarşınıza belə bir ekran çıxacaq:
“Resposity Name” hissəsinə repo adını yazın. Məsələn git-meqale . Daha sonra görünürlüyü seçin. Public hər kəsə açıb repo mənasını verir. Hər kəs sizin kodunuzu görə, klonlaya, öz dəyişikliklərini commit edə bilər. Private də isə sadəcə siz. Görünürlük sonradan dəyişdirilə bilir. Daha sonra “Create repository” düyməsini klikləyin. Artıq git repomuz yaradıldı.
Bu səhifədə repomuzun ssh və https linki yazılır. SSH yoxsa HTTPS linki istifadə edəcəyiniz sizin istəyinizə bağlıdır. SSH üçün əvvəlcədən konfiqurasiyalar edilməlidir. Lakin HTTPS üçün bu şərt deyil. SSH key istifadə etmədiyinizi və HTTPS linkini istifadə edəcəyinizi var sayaraq davam edək.
Lokal git proyektimiz ilə repo-nu əlaqələndirmək
HTTPS və ya SSH linkini kopyaladıqdan sonra aşağıdakı əmri daxil edin
Məsələn,
git remote add origin https://github.com/YunisDEV/git-meqale.git
Artıq lokal proyektimiz GitHub-a yüklənməyə hazırdır.
git push -u origin master
Yuxarıdakı əmri verərək lokal git proyektimizi GitHub-dakı repo-ya yüklədik. “origin master” hissəsinin mənası origin reponun master branch-na yükləmək mənasını verir. Branch-lar isə bizim proyektimizdə yaratdığımız budaqlardır.
Faydalı əmrlər
Proyektimizi github-a yüklədikdən sonra hələ də proyektinizi inkişaf etdirməyə davam edəcəksiniz. Tövsiyə edilir ki, hər vacib dəyişiklikdən sonra, push etməsəniz belə commit edəsiniz. Çünki bəzən fayllardan hansısa səhvən silinə bilər. Bu zaman aşağıdakı əmri daxil edin
Məsələn,
git checkout HEAD index.html
Kodlarınızda hər hansı bir dəyişiklik etdikdən sonra geri qaytarmaq üçün isə:
git reset --hard
əmrlərindən istifadə edə bilərsiniz
Ümid edirəm ki məqalə sizə faydalı olmuşdur. Gələcəkdə bu mövzularda bir çox məqalə yazmağı planlaşdırıram.
Oxuduğunuz üçün təşəkkürlər.
Mənbələr:
Git dokumentasiyası: https://git-scm.com/docs/
StackOverflow
Git nəyə görə var? Part 1 was originally published in Pragmatech on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Data Strukturlar nəyə görə lazımdır?
İstənilən bir proqramlaşdırma dilində ən vacib hissələrdən biri, Data Strukturlarıdır. Bəs Data Structures nədir?
Kod yazılan zaman əsas olaraq iki komponentdən ibarət olur: Alqoritm və Məlumat (Data). Alqoritm problemin həlli üçün olan addımlardır. Məlumat isə bu həll yolunda istifadə olunan bilgiləri daşıyan hissədir. Data Structures, bu məlumatın (datanın) saxlanma yollarıdır.
Hər an kompüterinizdə bir çox input və output olur. Yəni məlumat mübadiləsi baş verir. Bu məlumatların saxlanması üçün də bu data strukturlarından istifadə olunur. Məlumat saxlanılan zaman bəzi modellərdən istifadə olunur:
Array
Linked List
Stack
Queue
Binary Tree
Graph
Hashing
və s.
İndi isə bu data strukturlardan bəzilərinə nəzər salaq
Array
Array yaddaşda sıra ilə düzülmüş məlumatlar toplusudur
Array’lərin yaddaşda yer tutma şəkli
Əsas məqsəd bir neçə elementi eyni yerdə toplamaqdır. Array-də məlumatların mövqeyi indekslərlə qeyd edilir.İndekslər 0-dan sayılmağa başlayır. Kitab dolabındakı kitablar da Array kimi sıra ilə düzülür. Bu isə Array-lərə real nümunədir.
Linked List
Linked List, array-dən fərqli olaraq bitişik olmur. Linked List-lər aşağıdakı şəkildə olur:
Bu tip Data Strukturda iki dəyişən olur: biri qəbul edilən dəyəri yəni input-u saxlayır. Digəri isə növbəti məlumatın adresini. Linked List-in əsas üstünlüklərindən biri, səmərəli yaddaş istifadəsidir. Statistika ilə əlaqədar problemlərin həlli üçün məqsədəuyğundur.
Stack
Stack xətti bir data strukturdur. Stack-də sıralama LIFO (last in first out) və ya FILO (first in last out) şəklində olur.
Stack real həyatta çox qarşılaşdığımız bir şeydir. Məsələn, üst-üstə kubları yığdığınızı düşünün və siz ordan bir kub götürəndə ən son qoyuduğunuz kubu götürəcəksiniz. Həmçinin boşqab nümunəsində də.
Facebook-da son paylaşılan bir paylaşımın ilk önə çıxması da Stack-ə bənzəyir.
Queue
Stack-in əksinə, Queue FIFO (first in first out) şəklində düzülür. Queue üçün ən yaxşı nümunə marketə gələn istehlakçılardır. İlk gələn istehlakçı, ilk gedir.
Binary Tree
Elementlərinin ən çox 2 budağı olan yəni iki yerə bölünən Ağac data strukturuna Binary Tree deyilir. Budaqlar əsas olaraq sağ və sol child adlandırılır. Binary Tree-də əsas olaraq məlumat və budaqlar üçün pointerlər olur. Binary Tree həmçinin 3D oyunlarda hansı obyektin render olunmasını bilmək üçün istifadə olunur. Həmçinin bir çox axtarış motoru da binary tree-dən istifadə edir.
Graph
Graph nisbətən Tree-ə bənzəyir lakin, graph xətti struktura malik deyil. Graph kənar (edge) və qovşaqlardan (nodes) ibarətdir.
Graphların real həyatda bir çox faydaları var. Facebook, LinkedIn kimi sosial şəbəkələr Graphlardan istifadə edir. Facebook-da hər bir istifadəçinin məlumatları bir qovşaqda (node) yerləşdirilir. Kənarlar (edge) ilə də, istifadəçilər arasında əlaqələr qurulur.
Hashing
Hashing data strukturu önəmli data strukturlardan biridir və xüsusi olaraq Hash funksiyasından istifadə etməsi üçün yaradılıb. Məlumatların daha sürətlə əldə edilməsinə şərait yaradır. Xüsusi ilə də kriptoqrafiya üçün çox önəmlidir. Parolların təsdiqlənməsi hash üçün real nümunədir.
Mənbələr:
https://www.geeksforgeeks.org/data-structures/
Bəzi StackOverflow cavabları
Məqaləni oxuduğunuz üçün təşəkkürlər
Data Strukturlar nəyə görə lazımdır was originally published in Pragmatech on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Functional və OOP proqramlaşdırma dilləri tərəfindən geniş istifadə olunan paradiqmalardır. Bu iki paradiqmanı da bəzi hallarda eyni nəticəni əldə etmək üçün istifadə edə bilərik.
https://medium.com/media/f7f0eb2c562e71d0fd89ac52ea0f5f00/href
Yuxarıdakı kod blokunda hər iki üsul da oxşar obyektlər istehsal edir. Obyektlərin içindəki dəyərlər eynidir lakin u1 və u2 dəyişənlərinin eyni olduğunu deyə bilmərik. Bəs bu yollardan hansı daha üstündür?
Hansı standartın daha üstün olmasını dəqiq deyə bilmərik. Çünki istifadə edən şəxs və istifadə məqsədinə görə dəyişir. Hansı halda hansı üsulun daha üstün olduğunu tapmaq üçün bu iki yolu da bir-biri ilə qarşılaşdırmaq ən yaxşı yoldur.
Məlumat tipi
OOP dəyişən (mutable) məlumat istifadə edir.
Functional isə dəyişməyən (immutable) məlumat istifadə edir.
Dəyişən (mutable) məlumat
https://medium.com/media/139bfeb48fa4385e2dcc583e433b18a0/href
Şəkildə yuxarıdakı kodun arxa planda yaddaşı necə tuttuğu göstərilib. Referans tipli dəyişənlər dəyişən məlumatdan istifadə edir.
Dəyişməyən (immutable) məlumat
https://medium.com/media/a4cf330630451671555cbe644b28de90/href
Şəkildə yuxarıdakı kodun arxa planda yaddaşı necə tuttuğu göstərilib. Dəyişməyən bir məlumat yaradıldıqdan sonra dəyişmir. Dəyişən (variable) yeni dəyər aldıqda əvvəlki dəyəri əvəzləmir, RAM-da yeni məlumat yaradır və əvvəlki qalır.
Model
OOP imperative proqramlaşdırma modelindən istifadə edir.
Functional isə declarative.
Dəstək
OOP paralel proqramlaşdırmanı dəstəkləmir.
Functional isə paralel proqramlaşdırmanı dəstəkləyir.
Paralel proqramlaşdırma
Əgər hər hansı bir metod uzunmüddətli bir iş görürsə həmin iş kiçik hissələrə parçalanaraq ayrı ayrı nüvələrə verilir. Bununla da metod daha sürətli işləyir. Buna Paralel proqramlaşdırma deyilir. Məsələn hər hansı bir databazadan böyük bir məlumat çəkirsinizsə və ya bu məlumatın üstündə işləyirsinizsə, bunun sadəcə bir nüvədə edilməsi uzun çəkəcək. Lakin bir neçə nüvəyə bölünməsi işi tezləşdirəcək. Bu xüsusiyyəti nəzərə alsaq Functional proqramlaşdırmanın daha sürətli olduğunu deyə bilərik. Qeyd edim ki, JavaScript-də https://parallel.js.org/ vasitəsi ilə paralel proqramlaşdırmadan istifadə edə bilərsiniz.
İşləmə
OOP-də əmrlər müəyyən bir sıra ilə çalışır.
Functional-da isə əmrlər istənilən sıra ilə çalışa bilər.
Elementlər
OOP-də əsas elementlər metod və obyektlərdir.
Functional-da isə əsas elementlər dəyişənlər və funksiyalardır.
İstifadə məqsədləri
Yuxarıdakı xüsusiyyətləri qarşılaşdırdıqdan sonra hansı üsulun nə vaxt istifadə edilə biləcəyini təhlil etmək olar. OOP çoxlu məlumat toplamaq üçün əlverişlidir. Functional isə əksinə daha az məlumat toplamaq üçün uyğundur. Lakin funksiyonallıq cəhətdən Functional daha üstündür. İstifadə edə biləcəyimiz məqsədlərə nümunə verə bilərik. Əgər biz hər hansı bir databaza üçün client yazırıqsa, o zaman OOP daha məqsədə uyğundur. Və kodlarımız da daha strukturlu olar. Əgər biz az elementi emal etmək istəyiriksə və bəsit bir obyekt yaratmaq istəyiriksə, bu zaman isə Functional proqramlaşdırma daha əlverişlidir.
Məqaləmi oxuduğunuz üçün təşəkkürlərimi bildirirəm.
OOP yoxsa, Functional. Hansı daha üstündür? was originally published in Pragmatech on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.