Stories by Zahir Azamat on Medium
Anevrizma — beyin damarlarının partlaması — Əlamətlər, səbəblər, müalicə
Baş beyin arteriyalarının lokal sahədə genişlənməsi, damar divarlarının zədələnməsi, balonlaşmasıdır. Bu patologiya hər 100.000 əhalinin 13-də var və nəticədə beyin qanaması ilə sonuclanır. Çox hallarda xəstənin ölümünə səbəb olur.
Anevrizma yaranması simptomsuz başlayır, xəstə uzun müddət bundan xəbərsiz ola bilir və partlayıb qanaması da qəfil baş verir.
Medicina.az hansı qrup insanların anevrizma ilə üzləşdiyini və səbəbləri, müalicə yollarını təqdim edir.
Anevrizma adətən tam yetişməyən, zədəli damarlarda yaranır. Qanın güclü təzyiqi axını nəticəsində bu zədəli damar divarı dartılır, genişlənir və burda qabarıq sahə əmələ gəlir.
Anevrizmanın 2 tipi ayırd olunur:
-Kisə formalı — geniş yayılmış formasıdır, anevrizma yumru kisəciyi xatırladır və kiçik ayaqcıqla damara bitişmiş olur. Məhz bu kisəcik yırtılıb partlayaraq, qansızmaya səbəb ola bilər.
-Fuzi forma — bu formada dartılma, genişlənmə damarın bütün diametri boyu olur və KT çəkimlərində bu damarın bərabər qalınlaşması kimi görünür.
Anevrizmanın partlama riski ölçüsünə görədir. Məsələn, 33 mm diametrdə olan defektlər ciddi təhlükə daşımır. Belə insanlar müntəzəm olaraq müayinə olunmalı və ölçünü nəzarətdə saxlamalıdır. Əgər diametr böyümürsə, müalicə lazım olmur.
Anevrizmanı partlatmağa sövq edən vərdişlər:
-Təzyiqin qalxması və buna nəzarətin olmaması
-Az hərəkətlilik
-Siqaret
-İçki
-Artıq çəki
-Yağlı qidalanma- damarların xolesterinlə tutulması
Simptomları
Xırda anevrizmalaer heç bir simptom vermir, amma böyük, nəhəng anevrizmalar isə bəzi simptomlar verir. Çünki onlar beyində basqı yaradır.
-Baş gicəllənmə
-Görmədə ikiləşmə, görmənin tutqunluğu
-Danışıqda fərq, dəyişiklik
-Aşağı ətrafların keyiməsi
-Ürəkbulanma
-Koordinasiyada, hərəkətdə pozulma
Arteriyanın partlamasının əlamətləri:
-Dəhşətli baş ağrısı, sanki başa çəkiclə vururlar, xəstə ağrıdan başını divara vurmaq həddinə gəlir
-Ürəkbulanma, qusma
-Nitqin pozulması
-Dərinin qızarması, tər
-Huşun itməsi
-Hərəkətin çətinləşməsi
Ağırlaşmaları
Ən geniş yayılmış ağırlaşması hemorragik insultdur. Beynin hansı hissəsində baş verməsi, nə qədər sahəyə qan sızması, gücü, vaxtında tibbi müdaxilə olub –olmamasından asılı olaraq, ağırlaşmaları olur. Bir dəfə keçirmiş pasiyentlərdə təkrar insultlar ola bilər. Bu xəstələr neyrocərrah və nevroloq nəzarəti altında olmalıdırlar.
Müalicəsi
Ümumi damar, qan dövranı, xolesterin əleyhinə müalicələr yazılsa da, bu anevrizmanı tamam aradan qaldırmır. Anevrizma varsa, böyükdürsə, yeganə müalicə əməliyyatdır. 16 mm-dən böyük diametrli anevrizmalar çıxarılmalıdır.
ABŞ-ın Kolumbiya Universiteti Sakit okeanda yerləşən Marşal adalarında tədqiqat aparıb.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticəsində 4 adada nüvə qəzasının yaşandığı Çernobl və nüvə bombasının atıldığı Fukuşimadan 10–1000 dəfə artıq radiasiya səviyyəsinin olduğu müəyyənləşib.
ABŞ 1946–1958-ci illərdə Marşal adalarında 67 nüvə sınağı həyata keçirib. 1954-cü ildə Bikini mərcan adasına atılan “Castle Bravo” hidrogen bombası II Dünya Müharibəsində Yaponiyaya atılan bombalardan min dəfə güclü olub.
Ada sakinləri 1946-cı ildə məcburi şəkildə köçürülüb. 1960-cı illərdə Bikini yaşayış üçün təhlükəsiz hesab edilsə də, əraziyə qayıdan insanlar radiasiya səbəbilə yenidən köç etməli olub. Geri qayıdan əhalinin bir qismi xərçəng və radiasiya ilə əlaqədar xəstəliklərdən vəfat edib.
Qeyd edək ki, ABŞ 1946–1992-ci illərdə fərqli ərazilərdə 1154 nüvə sınağı reallaşdırıb.