Stories by Eldagiz Zamanli on Medium
BPMN bir abreviatura olaraq Business Process Modelling and Notation sözlərinin baş hərflərindən əmələ gəlib və iş proseslərini qrafikləşdirmək üçün istifadə edilən bir standartdır. Standart OMG(Object Modelling Group) tərəfindən yaradılıb və inkişaf etdirilməyə davam etdirilir. BPMN bir standart ortaya qoyduğu üçün, qurumdan-quruma fərqliliklər göstərmir. Bu da özlüyündə anlaşıqlığı artırır, işbirliyini rahatlaşdırır.
Bir BPMN örnəyi
BPMN elementləri
Hər bir BPMN diaqramı müxtəlif özəllikləri olan elementlərdən təşkil edilir. Bu elementləri isə 4 ana başlıqda ələ ala bilərik.
Axış elementləri(Flow objects)
Events — prosesin necə başladığını, davam etdiyini və sonlandığını göstərmək üçün istifadə edilir. Buradan da göründüyü kimi event-lər başlanğıc(start), ara(intermediate) və son(end) olaraq 3 hissəyə bölünə bilər. Təbii ki bunlar özləri də alt qruplara bölünərək, proses haqqında detallı məlumat təqdim etməyə imkan verir.
Başlanğıc(start) hadisələr: bir prosesin necə başladığını göstərmək üçün istifadə edilir və əsasən 4 tipdə ola bilir: None(hər hansısa tətikləyici olmadıqda), Message(müəyyən bir mesajla — sms, email, zəng başlayan proseslərdə), Timer(müəyyən zaman dilimində başlayan proseslərdə), Conditional(müəyyən bir şərt başverdikdə başlayan proseslərdə).
Ara(intermediate) hadisələr: bir prosesdə ortada baş verəcək hadisələri göstərmək üçün istifadə edilir. Bu hadisələr prosesi dayandıra və ya başqa bir istiqamətdə irəlilədə bilər. None(bir hadisə baş verir, lakin prosesin axışına təsir etmir), Message(bir mesaj alındıqda və ya göndərildikdə), Timer(müəyyən bir zaman dilimində baş verdikdə), Conditional(müəyyən bir şərt baş verdikdə) və Error(proses zamanı xəta baş verdikdə) olaraq 5 tipdə ola bilər.
End(bitiş) hadəsələri: bir prosesin hansı şəkildə bitdiyini göstərmək üçün istifadə edilir. None(proses normal şəkildə sonlandıqda), Message(bir mesaj göndərilərək proses sonlandırıldıqda), Error(bir xəta səbəbi ilə proses sonlandırıldıqda) və Terminate(prosesin bütün axınları dayandırılaraq sonlandırıldıqda) olaraq istifadə edilə bilir.
Activities — bir prosesin addımlarını göstərmək üçün istifadə edilir. Task və sub-proses olaraq iki yerə bölünürlər.
Task(tapşırıqlar) elementləri: bir prosesdə atomik addımları göstərmək üçün istifadə edilir. Taskların bir neçə tipi mövcuddur: manual task, user task və service task. Manual task hər hansısa köməkçi it həllindən istifadə etmədən birbaşa işçi tərəfindən həll edilən tapşırıqlardır. User task isə müəyyən it həllindən yardım alaraq tamamlanan tapşırıqları göstərmək üçün istifadə edilir. Service task isə tam avtomatlaşdırılmış şəkildə it sistemi tərəfindən icra edilən tapşırıqlar göstərilir.
Sub-proses(alt proses) elementləri: bir prosesi alt proseslərə bölmək üçün istifadə edilir. Bundan əsasən qarmaşıq bir prosesi daha rahat modelləmək lazım olduqda istifadə edirik. Sub-proses daxilindəki bütün əməliyyatları bir paket olaraq başqa bir yerdə də istifadə etməyə imkan verir.
Gateways — keçidlər prosesdə axışı yönləndirmək üçün istifadə edilir. BPMN-də əsasən 3 tip keçiddən istifadə edilir: XOR(Exclusive), AND(Paralel) və OR(Inclusive)
XOR keçidi — prosesi alternativ yollara ayırmaq üçün istifadə edilir. Burada əsas şərt bu yollardan sadəcə biri ilə davam ediləbilməsidir. Bu keçiddən həm də proses daxili döngülər yaratmaq üçün də istifadə edilə bilər. Məsələn, müəyyən şərt doğru olana qədər, prosesi davam et.
And keçidi —bu elementdə prosesi parçalayır. Lakin burada əsas şərt parçalanan bütün budaqların icra edilməsidir. Bu keçiddən eyni anda icra edilməli olan tapşırıqları göstərmək üçün istifadə edilir. Məsələn, işçi eyni anda A, B və C tapşırıqlarını icra etməlidir. Lakin bunların hansı ardıcıllıqla aparılmasının əhəmiyyəti yoxdur. Tək kriteriya bütün tapşırıqların uğurla tamamlanmasıdır.
OR keçidi — bu element XOR və AND keçidinin birləşməsi kimidir. Proses parçalanan hissələrdən biri və ya birneçəsini icra etdikdən sonra növbəti mərhələyə keçir. Burada vacib məqam, əgər heç bir tapşırığın icra edilmədiyi bir ehtimal varsa, o zaman proses kilidlənəcək. Bunun qarşısını almaq üçün default sequence flow-dan istifadə edilir.
Swimlines elementləri
Bu elementlər prosesdə tapşırıqların kimlərin məsuliyyət zonasında olduğunu və kimlər tərəfindən icra edildiyini göstərmək üçün istifadə edilir. İki ana element mövcuddur: pool və line.
Pool(havuz) elementi — proseslərdə bütün bir qurum və ya sistemin tamamını göstərmək üçün istifadə edilir. Bir diaqramda birdən çox pool istifadə edilə bilər.
Line(zolaq) elementi — havuz elementinin daxilində yerləşir və həmin havuzu birdən çox hissəyə bölməyə yarayır. Bu elementlə qrupdaxili departament və ya şöbələri göstərmək mümkündür.
Əlaqələndirmə elementləri(connecting objects)
Adından da göründüyü kimi digər elementlər arasında əlaqələndirici rol oynayır. Burada da 3 əsas elementdən istifadə edilir.
Sequence flow — axış elementlərini bir-birinə bağlamaq üçün istifadə edilir. Heç vaxt bir havuz daxilindən kənara çıxa bilməz.
Message flow — bir prosesi icra edən birdən çox icraçı arasında kommunikasiyanı təşkil etmək üçün istifadə edilir. Hovuz xaricinə çıxa bilir.
Association flow — axış elementləri ilə artifaktlar arasında əlaqə qurmağa imkan verir.
Artefakt elementləri(artifact objects)
Artefakt elementləri birbaşa prosesin axışına təsir etməyən, ancaq prosesin necə işlədiyini tanımlamağa imkan verən elementlərdir. Artefaktlarla bir proses çox daha açıqlayıcı şəkildə diaqramlaşdırılabilir. BPMN-də 3 ana artefakt mövcuddur:
Data object — bir prosesdə informasiya parçasını təmsil edir. Proses müddəti boyunca istifadə edilən və ya yaradılan informasiyanı göstərir.
Group object — prosesdəki digər elementləri qruplaşdırmaq üçün istifadə edilir.
Annotation object — prosesdəki bir element haqqında daha ətraflı məlumat verilmək istəndikdə istifadə edilir.
Təbii ki BPMN standartında çox daha artıq elementlər mövcuddur. Lakin ən çox istifadə edilənlər yuxarıda qeyd edilənlərdir.